Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-184/2020 15.01.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hаkimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Hüseynov Mübariz Rahil oğlundan ibаrət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi ilə, Göyçay Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2(046)-1639/2018 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş аpellyаsiyа şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Göyçay Rayon Məhkəməsinin (hakim Tofiq Məmmədov) xx xxxx 2018-ci il tarixli 2(046)-1639/2018 nömrəli qətnaməsi ilə İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) Cavabdeh (bundan sonra cavabdeh və ya Cavabdeh) qarşı “pulun qaytarılması” tələbinə dair iddiası təmin edilərək Cavabdeh 20000 (iyirmi min) manat məbləğində pulun və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu olmaqla cəmi 20030 (iyirmi min otuz) manat pulun alınıb İddiaçı ödənilməsi qət edilmişdir. İşin halları İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Göyçay Rayon Məhkəməsinə müraciət edərək cavabdehdən 20000 manat pul və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 20030 manat məbləğində pulun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki,cavabdeh ondan iş görmək məqsədi ilə xx xxxxxx 2018-ci il tarixdə 20000 (iyirmi min) manat pul almış, öz xətti ilə sadə yazılı formada qəbz yazaraq ona təqdim etmişdir. Cavabdeh öz xətti ilə qəbz yazmış və imzalamış, qəbzi ona təqdim etmişdir. Lakin heç bir iş görməmişdir. Bu səbəbdən də ondan pulunu tələb etmişdir. Cavabdeh maddi vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşdiyini bəhanə gətirməklə ondan aldığı pulu qaytarmaq fikrində deyil. Bununla da pulun qaytarılması təhlükəyə məruz qalmışdır. Bununla əlaqədar o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddiasının təmin olunmasını məhkəmədən xahiş etmiş, əlavə olaraq göstərmişdir ki, borc verilən vaxt orada o və cavabdeh olmuş, X15 və onun (iddiaçının) atası Çingiz Mayılov digər otaqda söhbət etmişlər. X15 ilə onun arasında notariat qaydasında bağlanmış borc müqaviləsinin cavabdehə verilən borca aidiyyəti yoxdur. Birinci instansiya məhkəməsinin iclasında izahat verən cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçı ona pul verməmişdir. O, qəbzə imza atsa da, iddiaçı ona 20000 manat pulu verməmişdir. Qəbzə də onunla birgə işləyən X4 əvəzinə imza etmişdir. Həmin vaxt orada onunla iddiaçıdan başqa, X16 və iddiaçının atası Çingiz Mayılov olmuşdur. İş üzrə Göyçay Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2(046)-1639/2018 nömrəli qətnaməsi çıxarılmışdır. Birinci instansiya məhkəməsinin həmin qətnaməsindən hüquq və vəzifələrinə toxunulan cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək pozulmuş hüquqlarının bərpa olunmasını xahiş etmişlər. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxx 2019-cu il tarixli 2(107)-1550/2019 nömrəli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Göyçay Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2(046)- 1639/2018 saylı qətnаməsi dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxx 2019-cu il tarixli 2(107)-1550/2019 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti əsasında işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli 2(102)-6127/2019 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilimiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxx 2019-cu il tarixli 2(107)-1550/2019 nömrəliqətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini belə əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işin hallarını tam araşdırmamış, diqqətəlayiq halları nəzərə almamış, maddi və prossesual hüquq normalarını pozmuş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, iddiaçı ona pul verməmişdir. O, qəbzə imza atsa da, iddiaçı ona 20000 manat pulu verməmişdir. O, aldadılmışdır. Buna görə həmin qəbz də etibarsızdır. Bundan əlavə birinci instansiya məhkəməsində hazırlıq iclası da keçirilməmişdir. Onun hazırlıq iclasında iştirakı təmin edilməmişdir. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh və nümayəndəsi, eyni zamanda vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməsini, Göyçay Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2(046)-1639/2018 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi X12 apellyasiya şikayətinin təmin edilməməsini, Göyçay Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2(046)-1639/2018 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. AzərbaycanRespublikasınınMPM-in 376.2-ci maddəsinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Həmin Məcəllənin 368.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində işə onun məhkəməyə daxil olduğu gündən 3 ay müddətində baxılmalı və müvafiq məhkəmə aktı qəbul edilməlidir. Qanunvericiliyin istinad olunan tələbini, habelə mülki işlər üzrə apellyasiya şikayətinə baxılması üçün qanunla 3 aylıq müddət müəyyən olunmasını nəzərə alaraq məhkəmə kollegiyası iddiaçının iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında şahid qismində ifadə verən X18 bildirmişdir ki, Cavabdeh yaxşı tanıyır. Neçə illərdir bir yerdə işləyirlər. Eldos yaxın tanışı İdris Yaqubovun qohumudur. O, əvvəllər İdrislə inkubator işi ilə (yəni inkubatorda cücələrin çıxarılması, saxlanılması, satılması və s.) məşğul olurdu. Sonradan bəzi problemləri yaranmış, yaxın qohumu rəhmətə getdiyindən o bu işdən uzaqlaşmış və işi oğlu Sadiqə həvalə etmişdir. İdris Yaqubov ona demişdir ki, işə (inkubator işinə) başlamaq üçün 40000 (qırx min) manat pul lazımdır. Özündə pul olmadığı üçün həmin qeyd olunan 40000 manat pulu tanıdığı Rəşad adlı şəxsdən borc almışdır. Oğlu 40000 manatın 20000 manatını xx xxxxxx 2018-ci il tarixdə Cavabdeh, 20000 manatını isə bir gün sonra İdris Yaqubova notariat qaydada borc vermişdir. O, pulun Eldosa notariat qaydada verilməsini təklif etsə də, İdris ona demişdir ki, Eldosa görə narahat olma, ona mən cavabdehəm. İdrislə uzun illər işgüzar münasibətləri olduğuna görə, ona güvəndiyindən Eldos ilə notariat qaydada müqavilə bağlanılmasını zəruri bilməmişdir. Həmin pulun sayılıb verilməsində iştirak etməsə də, kənardan müşahidə etmiş, həmin məbləğin hansı əskinazlarla verildiyini görməmiş, latın əlifbasını oxuyub yaza bilmədiyi üçün qəbzdə yazılanları oxumamışdır. Qeyd olunan 40000 manat pulu mövsümün sonuna qaytarmalı idilər. Çünki əvvəllərdə İdris işə başlamaq üçün mövsümün əvvəlində ondan pul alırdı və mövsümün sonunda qaytarırdı. Ancaq bu dəfə ona olan borclarını qaytara bilmədilər. Onların ucbatından ailəsi çox pis vəziyyətə düşmüş və borcu yaranmışdır. Tanışı Rəşaddan aldığı 40000 manatı qaytara bilmədiyi üçün əlavə 7000 manat da alaraq evini ona satmışdır. Hüquq məsələləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilən: Əl yazısı ilə icra edilərək tərtib edilmiş qəbzdən görünür ki, Cavabdeh İddiaçı 20000 (iyirmi min) manat məbləğini xx.xx.2018-ci il tarixdə təhvil aldığını bildirmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Göyçay rayon Şöbəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli arayışdan görünür ki, X16 DSMF-un Göyçay rayon Şöbəsindən 1-ci qrup əlil kimi 190.77 manat məbləğində pensiya alır. xx.xx.2018-ci il tarixdə notariat qaydada bağlanan kredit müqaviləsindən görünür ki, borcverən İddiaçı borcalan X13 20000 (iyirmi min) manat məbləğində borc vermişdir. Göyçay Rayon Notariat Kontorunun xüsusi notariusu tərəfindən X13 verilmiş bildirişdə onun xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə borcun 30 gün ərzində ödənilməsini təmin etmədiyi halda kreditin məcburi ödənilməsi üçün İcra Qeydinin çıxarılacağı qeyd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(102)- 6127/2019 nömrəli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxx 2019-cu il tarixli 2(107)-1550/2019 nömrəli qətnaməsi ləğv edilib işə yenidən baxan məhkəmə üçün göstərişlər müəyyən edilmişdir. Ali Məhkəmənin yuxarıda qeyd edilən qərarında göstərilmişdir ki,“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, kassasiya məhkəməsinin qərarında şərh edilən göstərişlərin həmin işə yenidən baxan apellyasiya məhkəməsi üçün məcburiliyi bu göstərişlərin qanuna uyğun və hərtərəfli əsaslandırılmış olmasına əsaslanır. Kassasiya məhkəməsinin məhz bu cür hərtərəfli əsaslandırılmış göstərişlərinin məcburiliyi apellyasiya məhkəməsinin üzərinə işin yeni baxışı zamanı bu göstərişlərə riayət etmək vəzifəsi qoyur. Apellyasiya məhkəməsi tərəfindən kassasiya məhkəməsinin məcburi göstərişlərinə riayət edilməməsi mübahisənin yanlış həllinə və apellyasiya məhkəməsinin qərarına yenidən baxılmasına səbəb ola bilər. Belə olan halda, apellyasiya məhkəməsinin qərarının yenidən baxılmasının əsasını həmin göstərişlərdə qeyd olunan və aradan qaldırılmayan qanun pozuntuları təşkil edir. Bu mənada, MPM-in 407.1.4, 407.2, 408.1.5, 416 və 420-ci maddələrinin müddəaları baxımından kassasiya məhkəməsi işə baxmanın hədlərindən çıxaraq öz mülahizəsi ilə heç bir, o cümlədən hansı halların hansı sübutetmə vasitələri ilə təsdiq və ya inkar edilməsi, işə yenidən baxılarkən hansı sübutların toplanması və araşdırılması, habelə işə yenidən baxan məhkəmənin hansı nəticəyə gəlməli olması haqqında göstəriş verə bilməz. Prosessual qanunvericiliyin tələblərinə görə kassasiya instansiyası məhkəməsinin iddianın rədd edilməsi barədə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməklə işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərarı özü-özlüyündə yenidən işə baxan apellyasiya məhkəməsi tərəfindən iddianın təmin edilməsi barədə qətnamə qəbul etməsi üçün əsas hesab edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxan tam hüquqlu məhkəmə kimi göstərişlərdə qeyd olunan qanun pozuntularını aradan qaldırmaqla qanuni və əsaslı qətnamə qəbul etməlidir. Qeyd edildiyi kimi iddiaçının tələbinin əsasını cavabdehdən 20.000 manat məbləğində pulun onun xeyrinə tutulması təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçının cavabdehə tələb etdiyi pulu verməsini sübut etmək vəzifəsi iddiaçının, cavabdehin aldığı pulu qaytardığını sübutetmə vəzifəsi cavabdehin üzərinə düşür. İddiaçı tələbinin əsası kimi “Mən X1 Sadiq Çingiz oğlundan 20.000 manat məbləğində xx xxxxxx 2018-ci ildə təhvil aldım” məzmunlu sadə yazılı qəbzə istinad etmişdir. Cavabdeh isə iddiaya etiraz edərək bildirmişdir ki, o, xx xxxxxx 2018-ci ilədək iddiaçını tanımamışdır. X4 təsərrüfatında fəhləlik edir. X16 özü də iddiaçının atası Çingiz Mayılovla uzun müddətdir ki, birgə inkubator işində əməkdaşlıq edirlər. X26 Mayılova xx xxxxxx 2018-ci il tarixdə cücə mövsümünün başlanması ilə əlaqədar pul lazım olduğunu bildirmiş, sonuncu yazılı müqavilə əsasında ona həmin pul məbləğini borc verməyi təklif etmişdir. Həmin tarixdə iddiaçının hazırda istinad etdiyi sadə yazılı qəbz tərtib edilmiş, Çingiz Mayılov isə həmin qəbz əsasında 20.000 manat məbləğində borc verə bilməyəcəyini bildirərək notarial qaydada müqavilə bağlanılmasını tələb etmişdir. xx xxxxxx 2018-ci il tarixdə İdris X2 Mayılov arasında notarial qaydada təsdiqlənmiş borc müqaviləsi bağlanılmışdır. Sübutların anlayışını və əsaslarını müəyyən edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsinin tələblərinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin sübutların qiymətləndirilməsinin əsaslarını müəyyən edən 88-ci maddəsinin tələblərinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən normaların məzmunundan göründüyü kimi tərəflərin, o cümlədən cavabdehin izahatı da sübut növü kimi digər sübutlarla yanaşı qiymətləndirilməlidir. İşin mübahisələndirilməyən halları ilə müəyyən edilir ki, iddiaçının cavabdehə 20.000 manat məbləğində pul verməsinin və həmin pulun qaytarılmasına dair iddiasının əsasını istinad etdiyi kimi xx xxxxxx 2018-ci il tarixindən bir gün sonra, xx.xx.2018-ci il tarixdə notarial qaydada təsdiqlənməklə bağlanmış kredit müqaviləsinə əsasən İddiaçı X13 20.000 manat borc vermişdir. Göründüyü kimi, hər iki əqdin predmetini 20.000 manat pul vəsaiti təşkil edir. Buna baxmayaraq, xx xxxxxx 2018-ci il tarixdə cavabdeh tərəfindən imzalanmaqla tərtib edilmiş qəbzdə yalnız pulun təhvil alınması göstərilmiş, ondan sonrakı gün notarial qaydada təsdiqlənməklə bağlanmış xx xxxxxx 2018-ci il tarixli müqavilədə borcverən və borcalanın öhdəliklərini müəyyən edən müddəalar əksini tapmışdır. Apellyasiya məhkəməsi iş üzrə tərəflər arasında onların öhdəliklərini dəqiq müəyyən edən müqavilə bağlanması barədə nəticəyə gələrkən nəzərə almamışdır ki, xx xxxxxx 2018-ci il tarixli qəbzdə nəinki tərəflərin öhdəlikləri dəqiq müəyyən edilməmiş, həmin qəbzdə pulun ümumiyyətlə hansı əsasla alındığı, məbləği, təhvil alan barəsində hansı öhdəlik yaratdığı, qaytarılmalı olub-olmadığı barədə şərtlərin heç biri göstərilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin müqavilənin anlayışını və əsaslarını müəyyən edən 389-cu maddəsinin tələblərinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Apellyasiya məhkəməsinin xx xxxxx 2019-cu il tarixli iclas protokolundan da görünür ki, vəkilin sualına cavab olaraq İddiaçı niyə məhz uzun illər işgüzar münasibətdə olmaqla tanıdıqları şəxs olan İdris Yaqubova borcun notarial qaydada təsdiq edilmiş müqavilə əsasında verilməsini, tanımadığı cavabdehə isə hansı əsasla etibar edərək sadə formada tərtib edilmiş qəbzlə eyni məbləğdə borc verməsini əsaslandıra bilməmişdir. Beləliklə, məbləğin ən azından hansı əsasla (borcun alınması və ya borcun qaytarılması, bağışlama, digər müqavilələr üzrə ödəniş və s.) alınması barədə şərtləri özündə əks etdirməyən qəbzin ikitərəfli müqavilə kimi qiymətləndirilməsi müqavilənin anlayışını və əsaslarını müəyyən edən qanunvericiliyin tələblərinə ziddir. Eyni zamanda Mülki Məcəllənin 740.2-ci maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Apellyasiya məhkəməsi iddiaçı tərəfindən təqdim edilmiş 20.000 manat məbləğində pulun alınması əsaslarının qeyri-müəyyən olduğu qəbzi “müqavilə” kimi qiymətləndirərək, cavabdehin xx xxxxxx 2018-ci il tarixli müqaviləni imzaladığı və müqavilənin ləğvini və ya etibarsızlığını tələb etmədiyini göstərmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin əqdlərin etibarsızlığı anlayışı və onun nəticələrini, mübahisə edilən və əhəmiyyətsiz əqdlərin əsaslarını müəyyən edən 337-ci maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Digər tərəfdən, cavabdeh iddiaya etirazında, iştirak etdiyi məhkəmə iclaslarında, apellyasiya şikayətində və hazırkı kassasiya şikayətində iddiaçının hazırda ondan əsassız olaraq tələb etdiyi məbləğin əslində iddiaçının xx xxxxxx 2018-ci il tarixli müqavilə əsasında İdris Yaqubova verdiyi məbləğ olduğunu bildirmiş, sonuncu da şahid kimi ifadə verərək qeyd edilən halı təsdiq etmişdir. Apellyasiya məhkəməsinin iclasında cavabdeh vəsatətlə müraciət edərək iddiaçının atasının şahid qismində dindirilməsini xahiş etmişdir. İddiaçı vəsatətlə razılaşmayaraq atasının ölkə ərazisində olmadığını, bu səbəbdən də məhkəmə iclasında iştirak edə bilməyəcəyini, iştirak etsə belə, atası olduğu üçün təbii ki, onun göstərdiyi xüsusatları eyni ilə təsdiq edəcəyini bildirmişdir. Apellyasiya məhkəməsi cavabdehin iddiaçının yaxın qohumu olan şəxsin şahid kimi dindirilməsi barədə əsaslı vəsatətini iddiaçının absurd etirazları əsasında rədd etmişdir. Beləliklə, apellyasiya məhkəməsi işin qeyd edilən hallarına müqavilənin əsaslarını, eyni zamanda sübutetmənin əsaslarını müəyyən edən qanunvericiliyin tələbləri baxımından düzgün hüquqi qiymət verməməklə, iş üzrə səhv nəticəyə gəlmişdir.”. MPM-in 420-ci maddəsinə görə, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Ali Məhkəmənin tövsiyəsini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, ilk olaraq Ali Məhkəmənin qərarında qeyd edilən məsələlər araşdırılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Ali Məhkəmənin qərarında göstərilən göstərişlərlə qarşılıqlı surətdə araşdıraraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmamışdır. Apellyasiya şikayətinin dəlilləri əsaslıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, “cavabdeh iddiaçıdan iş görmək məqsədi ilə xx.xx.2018-ci il tarixdə 20000 manat pul almışdır. Lakin cavabdeh iş görməmiş və bu məqsədlə aldığı pulu da iddiaçıya qaytarmamışdır. Cavabdeh iddiaçıdan 20000 manat pulun alınması barədə qəbz yazaraq verməsini etiraf etsə də, iddiaçıdan həmin məbləğdə pul almamasını və digər şəxs X11 əvəzinə qəbzi imzaladığını bildirmişdir. Lakin bu halları təsdiqləyən sübutları cavabdeh məhkəməyə təqdim etməmişdir. İddiaçı da bu halları inkar etmişdir.”. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, iddia tələbinin yeganə əsası olan qəbzdə Cavabdeh İddiaçı 20000 manat məbləğində pulu təhvil aldığı qeyd edilmiş, birinci instansiya məhkəməsi də həmin qəbzi borc müqaviləsi kimi qiymətləndirərək iddianı təmin etmişdir. Lakin məhkəmə kollegiyasının araşdırması zamanı iş materiallarına əlavə edilmiş sənədlərlə, o cümlədən cavabdehin izahatı ilə müəyyən edilir ki, hazırkı iş üzrə cavabdehin qohumu X16 1-ci qrup əlil olduğundan, xəstə olması səbəbindən özü icra edə bilmədiyindən, onun iddiaçıdan borc alması haqqında qəbzə tərəflərin razılığı ilə Cavabdeh imza etmişdir. Sonradan həmin borc məbləği ilə bağlı tərəflərin (yəni İddiaçı və İdris Yaqubovun) aralarında notariat qaydada kredit müqaviləsi rəsmiləşdirildikdən sonra artıq qüvvəsini itirmiş həmin qəbzin iddiaçı tərəfindən cırılıb atılacağı vəd verildiyi halda atılmamış və hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edilmişdir. Bundan başqa işin gerçək halları ilə müəyyən olunur ki, iddiaçı və onun atası Çingiz Mayılov cavabdehin qohumu olan İdris Yaqubovu uzun illər ərzində tanımış, aralarında davamlı işgüzar münasibətlər yaranmış, məhz həmin işgüzar münasibətlərin davam etdirilməsi üçün zəruri olduğundan, bu məqsədlə İdris Yaqubova 20000 manat məbləğində borcun verilməsi halı meydana çıxmışdır. İş materialında olan qəbzdən görünür ki, həmin qəbzdə Cavabdeh İddiaçı 20000 manat məbləğində pulu təhvil aldığı qeyd edilsə də, həmin məbləğin borc olaraq və ya başqa məqsədlə alınması, pulun geri qaytarılması vaxtı, eləcə də şərtləri barədə hər hansı bir digər öhdəlik xarakterli ifadələr qeyd edilməmişdir. Məhkəmə kollegiyası tərəfindən Ali Məhkəmənin göstərişinə uyğun olaraq iddiaçının atası X18 məhkəmə kolegiyasının iclasında şahid kimi dindirilərkən verdiyi ifadəsində Cavabdeh İddiaçı 20000 manat məbləğində pulu iş görmək üçün (inkubatorda cücələrin çıxarılması, saxlanılması, satılması və s. ilə bağlı) aldığını, həmin pulun sayılıb verilməsində iştirak etməsə də kənardan müşahidə etdiyini, həmin məbləğin hansı əskinazlarla verildiyini görmədiyini, latın əlifbasını oxuyub yaza bilmədiyi üçün qəbzdə yazılanları oxumadığını bildirmişdir. Kollegiyanın iclasında iddiaçının nümayəndəsinə və şahid qismində dindirilən atası Çingiz Mayılova iddiaçının həm Cavabdeh, həm də onun qohumu olan İdris Yaqubova ayrı-ayrılıqda 20000 manat məbləğində borc verdiyini, lakin uzun illər işgüzar münasibətləri olmaqla tanıdıqları və etibar etdikləri şəxs olan İdris Yaqubova borcun notariat qaydada təsdiq edilmiş rəsmi müqavilə əsasında verilddiyi halda, o qədər də yaxşı tanımadıqları cavabdehə notariat qaydada deyil, sadə formada tərtib edilmiş qəbzlə eyni məbləğdə borc verilməsinin səbəbi barədə sual verilsə də, nümayəndə Gülzadə Mayılova həmin suala cavabını əsaslandıra bilməmiş, Çingiz Mayılov isə mücərrəd cavab verərək bildirmişdir ki, pulun Eldosa notariat qaydada verilməsini təklif etsə də, İdris Yaqubov ona demişdir ki, Eldosa görə narahat olma, ona mən cavabdehəm. İdrislə uzun illər işgüzar münasibətləri olduğuna görə, ona güvəndiyindən Eldos ilə notariat qaydada müqavilə bağlanılmasını zəruri bilməmişdir. Lakin məhkəmə kollegiyası Çingiz Yaqubovun ifadəsini inandırıcı hesab etmir. Belə ki, əgər iddia tərəfi İdris Yaqubovla aralarında uzun müddətli və davamlı işgüzar əlaqələrə görə yaranan güvənli münasibətlərə görə İdrisin faktiki olaraq işçisi sayılan Cavabdeh 20000 manat məbləğində borcun notariat qaydada təsdiq edilmiş müqavilə olmadan, primitiv tərtib edilən sadə qəbz əsasında verilməsini mümkün hesab edirdisə, onda ilk növbədə həmin şəxsin özünə verilən borc həmin qaydada (yəni notariusa getmədən) verilməli idi. Qeyd edildiyi kimi, İdris Yaqubova borc xx.xx.2018-ci il tarixdə notariat qaydada təsdiq edilmiş rəsmi müqavilə əsasında verilmişdir. Kollegiya iddiaçının atası Çingiz Yaqubovun ifadəsinə tənqidi yanaşaraq həmin ifadəni iddiaçı ilə qohumluq (ata-oğul) münasibətlərinə əsaslanan, iddianın təmin edilməsinə yönəlmiş və məhkəmə kollegiyasını çaşdırmaq məqsədli hesab edir. Bütün bunlarla yanaşı, qeyd edilməlidir ki, tərəflər arasında olan münasibətlərdən göründüyü kimi, iddiaçı tərəflə Cavabdeh arasında deyil, İdris Yaqubovun arasında uzun illər ərzində davamlı işgüzar münasibətlər yaranmış, məhz həmin işgüzar münasibətlərin davam etdirilməsi üçün zəruri olduğundan, bu məqsədlə İdris Yaqubova borc pulun verilməsi halı meydana çıxmışdır. Belə olan təqdirdə həmin borc məbləği də İdris Yaqubova verilməli olduğu halda, faktiki olaraq İdris Yaqubovun işçisi funklsiyalarını yerinə yetirən və iddia tərəfi ilə İdris Yaqubovun aralarında olan işgüzar münasibətlərə görə müstəqil cavabdehlik daşımayan Cavabdeh həmin işgüzar münasibətlərin davam etdirilməsi üçün kifayət qədər böyük məbləğ sayılan 20000 manat məbləğində borcun verilməsi (həmdə primitiv qaydada tərtib edilmiş qəbz əsasında) ağlabatan deyildir. Göründüyü kimi, işin mübahisələndirilməyən halları ilə müəyyən edilir ki, iddiaçının cavabdehə 20000 manat məbləğində pul verməsinin və həmin pulun qaytarılmasına dair iddiasının əsası olaraq istinad etdiyi xx xxxxxx 2018-ci il tarixli qəbzin tərtib edilməsindən bir gün sonra, xx.xx.2018-ci il tarixdə notarial qaydada təsdiqlənməklə bağlanmış kredit müqaviləsinə əsasən Sadiq X5 20000 manat məbləğində borc vermişdir. Göründüyü kimi, hər iki əqdin predmetini 20000 manat məbləğində pul vəsaiti təşkil etmişdir. Buna baxmayaraq, xx xxxxxx 2018-ci il tarixdə cavabdeh tərəfindən imzalanmaqla tərtib edilmiş qəbzdə yalnız pulun təhvil alınması göstərilmiş,həmin qəbzdə pulun hansı əsasla alındığı, təhvil alan barəsində hansı öhdəlik yaratdığı, verilən pulun qaytarılmalı olub-olmadığı, əgər qaytarılmalıdırsa hansı müddətdə qaytarılması barədə şərtlər göstərilməmişdir. Lakin bundan sonrakı gün notariat qaydada təsdiqlənməklə bağlanmış xx xxxxxx 2018-ci il tarixli müqavilədə borcverənin və borcalan İdris Yaqubovun öhdəliklərini müəyyən edən müddəalar əksini tapmışdır. Birinci instansiya məhkəməsi isə iş üzrə tərəflər arasında onların öhdəliklərini dəqiq müəyyən edən müqavilə bağlanması barədə nəticəyə gələrkən yuxarıda göstərilənləri nəzərə almamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müqavilənin anlayışını və əsaslarını müəyyən edən 389-cu maddəsinin tələblərinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Kollegiya hesab edir ki, məbləğin ən azından hansı əsasla (borcun alınması və ya borcun qaytarılması, bağışlama, digər müqavilələr üzrə ödəniş və s.) alınması barədə şərtləri özündə əks etdirməyən qəbzin ikitərəfli müqavilə kimi qiymətləndirilməsi müqavilənin anlayışını və əsaslarını müəyyən edən qanunvericiliyin tələblərinə ziddir. Bundan başqa Mülki Məcəllənin 740.2-ci maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Birinci instansiya məhkəməsi iddiaçı tərəfindən təqdim edilmiş 20000 manat məbləğində pulun alınması əsaslarının qeyri-müəyyən olduğu qəbzi müqavilə kimi qiymətləndirərək, cavabdehin xx xxxxxx 2018-ci il tarixli müqaviləni imzaladığı və müqavilənin ləğvini və ya etibarsızlığını tələb etmədiyini göstərmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin əqdlərin etibarsızlığı anlayışı və onun nəticələrini, mübahisə edilən və əhəmiyyətsiz əqdlərin əsaslarını müəyyən edən 337-ci maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Kollegiyanın qənaətinə görə, Cavabdeh İddiaçı 20000 manat məbləğində pulun alınması əsaslarının qeyri-müəyyən olduğu, primitiv qaydada tərtib edilmiş qəbzi mülki qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş müqavilə hesab etmək mümkün deyildir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin yuxarıda qeyd edilən hallarını nəzərə almamış, iddia tələbini təmin etmiş, bununla da mübahisə üzrə səhv nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsinin bu mövqeyini qanuni və ədalətli hesab etmək mümkün deyildir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edir. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. X21 Məhkəməsi özünün bir çox qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə xx xxxxxx 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə xx xxxxxxx 1982-ci il tarixli qərarı və i.) vurğulamışdır ki, “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxx 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-in 385.1.1-ci mаddəsinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. MPM-in 384.0.2-ci mаddəsinə əsаsən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn Ali Məhkəmənin xx xxxxxxx 2019-cu il tarixli 2(102)-6127/2019 nömrəli qərarı ilə müəyyən edilən göstərişlər və mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, Cavabdeh tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməli, Göyçay Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2(046)-1639/2018 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı, yeni qətnamə ilə iddia tələbi təmin edilməməlidir. MPM-in 107-ci mаddəsinə əsаsən, məhkəmə xərcləri dövlət rüsumundаn və işə bаxılmаsı ilə əlаqədаr оlаn məsrəflərdən ibаrətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İş üzrə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddia təmin edilmədiyinə görə İddiaçı aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393, 402-406-cı mаddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş аpellyаsiyа şikayəti təmin edilsin. Göyçay Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2(046)-1639/2018 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdeh qarşı “pul tələbi” haqqında iddiası təmin edilməsin. İş üzrə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu İddiaçı aid edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilərlər.
Məhkəmə qərarları › İş №2(107)-184/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-184/2020
15.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver