Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-184/2022 02.02.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi, iddiaçılar İddiaçı1 Rafiq qızının, İddiaçı2, X2 və Cavabdeh iştirakları ilə, İddiaçılar İddiaçı1 Rafiq qızı, İddiaçı2 və X2 Cavabdeh qarşı «cinayət əməli nəticəsində dələduzluq yolu ilə vurulmuş ziyanın ödənilməsi» tələbi barədə Mingəçevir Şəhər Məhkəməsinin 16.02.2021-ci il tarixli 2(051)-208/2021 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Mingəçevir Şəhər Məhkəməsinin 16.02.2021-ci il tarixli 2(051)-208/2021 nömrəli qətnaməsi ilə (hakim Hüseyn Mirzəliyev) iddia qismən təmin olunmuş, Cavabdeh 37131 (otuz yeddi min bir yüz otuz bir) manatın alınıb iddiaçılar İddiaçı1 Rafiq qızı, İddiaçı2 və X4 verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İşin halları İddiaçı1 Rafiq qızı, İddiaçı2 və X5 iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh cinayətkar əməli nəticəsində dələduzluq yolu ilə onlardan alınmış, məhkəmə hökmü ilə təstiq edilmiş 40207,65 manat məbləğində pul pulun alınıb onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında İddiaçı1 Rafiq qızı iddia tələbində qalaraq izahatında göstərmişdir ki, onlar Laçın və Ağdam rayonun məcburi küçkünləridir. Hazırda Yevlax rayonun, Hürüuşağı kəndində məskunlaşıb yaşayırlar. Mingəçevir şəhərinə qeydiyyata düşmüşlər. Həyat tərzləri olduqca çətindir. Hazıki cinayətkar bizim və ailməizin başına bu oyunu gətirmiş Cavabdeh Şəki Penitensiar müəssisəində cəza çəkir. Mingəçevir şəhər Məhkəməsinin 12 iyul 2019-cu il tarixli hökmü ilə Cavabdeh təqsirli bilinib məhkum edilmişdir. O, 2016-cı ilin oktyabr ayında İddiaçı1 Rafiq qızı ilə Mingəçevir şəhərində təhsil aldıqları “Tibbi Kolleci” ndə tanış olduqdan bir müddət sonra ona qarşı sevgi hislərinin olduğunu, gələcəkdə onunla ailə həyatı qurmaq niyyətində olduğunu yalandan vəd verərək etibarını qazanmış, nəticədə onun sözlərinə inanan İddiaçı1 ona ailələrinə məxsus bütün sirləri, o cümlədən birgə yaşadığı dayısı İddiaçı2 məxsus Yevlax rayon, Hürüuşağı kəndindəki evin sandığında İddiaçı2 və özünə (İddiaçı1) məxsus ümumilikdə 16000 ABŞ dolları və 9300 manat məbləğdə pul olduğunu dedikdən bir müddət sonra İddiaçı1 ona olan etibarından sui-istifadə edib onu aldadaraq xeyli borclarının olduğunu,sevgi münasibətlərində olan şəxs kimi ona kömək etməli olduğunu, borclarını ödəyib qurtardıqdan sonra ondan almış olduğu pulu qaytaracağını deyib vahid niyyətlə 2017-ci ilin iyul ayının əvvəlindən sonunadək olan müddət ərzində Mingəçevir şəhəri, 20 Yanvar küçəsi ilə M.Ə.Sabir küçəsinin kəsişməsində yerləşən “Gross” marketin yanında 1 ABŞ dollarının Azərbaycan manatına nisbətdə məzənnəsi 1.7021 manat olduğu dövrdə hissəhissə 5000 ABŞ dolları (8510.5 AZN), 7000 ABŞ dolları (11914.7 AZN), 4000 ABŞ dolları (6808.4 AZN) və 9300 manatı 24 dekabr 2017-ci il tarixdə isə istifadəsində olan ***-***-**- ** mobil nömrəsindən İddiaçı1 istifadəsində olan 055-683-41- 05 mobil nömrəsinə bir neçə dəfə zəng edib, ona eyni məzunlu yalan vədlər verməklə İddiaçı1 xalası mən iddiaçı X4 məxsus çantadan götürdüyü və Tayirə Abışovanın yaşadığı Mingəçevir şəhəri, V.Abdullayev küçəsi, 5 saylı evin, 14 saylı mənzilinin eyvanından aşağı atmaqla ona verdiyi 1 ədəd 10.45 qram çəkidə, 750 əyyarlı qızıldan hazırlanmış 730 manat məbləğində qızıl qolbağını, 1 ədəd 24.80 qram çəkidə, 750 əyyarlı qızıldan hazırlanmış 1736 manat məıbləğində qızıl boyunbağını, 1 ABŞ dollarının Azərbaycan manatına nisbətdə məzənnəsi 1.7001 manat olduğu dövrdə 200 ABŞ dolları (340.02 AZN) məbləğdə pulunu, həmçinin özünə məxsus 300 ABŞ dolları (510.03 AZN) və 358 manat məbləğdə pulunu ümumilikdə 40207.65 manat məbləğdə pulunu alıb ələ keçirərək zərərçəkmiş şəxslər biz iddiaçılara İddiaçı1, İddiaçı2 və Tayirə Abışovaya xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bu səbəbdəndə Mingəçevir şəhər Məhkəməsi onu AR CM-nin 177.2.4-cü maddəsi ilə təqsiri bilib cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 2 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum etmişdir. Hökmdən məhkum Cavabdeh müdafiəçisi X3 tərəfindən verilmiş apelyasiya şikayətinə baxan Şəki apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 noyabr 2019-cu il tarixli qərarı ilə Mingəçevir şəhər Məhkəməsinin 12 iyul 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, apelyasiya şikayəti təmin edilməmişdir. Qeyd olunan apelyasiya qərarından kassasiya şikayəti verilmiş, kassasiya şikayətləri təmin edilməmiş, Mingəçevir şəhər Məhkəməsinin 12 iyul 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Cavabdeh barəsində Şəki Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasını 06 noyabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanmışdır. Məhkəmə hökmü ilə biz zərərçəkənlərə vurulmuş maddi ziyan 1 ABŞ dollarının AZərbaycan manatına nisbətdə məzənnəsi 1.7021 manat olduğu dövrdə hissə-hissə 5000 ABŞ dolları (8510.5) manat, 7000 ABŞ dolları (11914.7) manat, 4000 ABŞ dolları (6808.4) manat və 9300 manatın. 24.12.2017-ci il tarixdə isə istifadəsində olan ***-***-**-** mobil nömrəsindən İddiaçı1 istifadəsində olan ***-***-**-** mobil nömrəsinə bir neçə dəfə zəng edib, ona eyni məzmunlu yalan vədlər verməklə İddiaçı1 xalası iddiaçı X4 məxsus çantadan götürdüyü və onun yaşadığı Mingəçevir şəhəri, V.Abdullayev küçəsi, ev 5, mənzil 14-ün eyvanından aşağı atmaqla məhkum edilmiş şəxs tərəfindən dələduzluq yolu ilə alınmış, 1 ədəd 10.45 qram çəkidə, 750 əyyarlı qızıldan hazırlanmış 730 manat məbləğində qızıl qolbağı, 1 ədəd 24.80 qram çəkidə, 750 əyyarlı qızıldan hazırlanmış 1736 manat məbləğində qızıl boyunbağı, 1 ABŞ dollarının Azərbaycan manatına nisbətdə məzənnəsi 1.7001 manat olduğu dövrdə 200 ABŞ dolları (300.02) manat məbləğdə pulun, həmçinin özünə məxsus 300 ABŞ dolları (510.03) manat və 358 manat məbləğdə pulun ümumilikdə 40207.65 manat məbləğdə pulun məhkum edilmiş şəxs, hazırda isə cavabdeh şəxs tərəfindən mənimsənilmişdir. Ona görə də Cavabdeh cinayətkar əməli nəticəsində dələduzluq yolu ilə onlardan alınmış, məhkəmə hökmü ilə təstiq edilmiş 40207,65 manat məbləğində pul pulun alınıb onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehlər İddiaçı2 və X5 cavabdeh İddiaçı1 Rafiq qızının izahatına uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada Cavabdeh məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Lakin Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Şəki Penitensiar müəssisəsi vasitəsi ilə göndərdiyi ərizədə göstərmişdir ki, o barəsində Mingəçevir Şəhər Məhkəməsinin hökmü ilə 2 il azadlıqdan məhrumetmə cəzası verilmiş və cəzasının 1 il 9 ayını çəkir. Ona qarşı iddiaçılar İddiaçı1 Rafiq qızı, İddiaçı2 və X5 tərəfindən verilən iddia əsassızdır və rədd olunmalıdır. Belə ki, ona sözügedən oğurluqdan Siyavuş tərəfindən cəmi 500 manat dərman pulu verilmişdir. Ona görə də iddianın rədd olunmasını xahiş edir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, məhkəmə işə baxarkən Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası Mülki Məcəlləsinin, həmçinin normativ hüquqi aktların və Azərbaycan Respublikası MPM-nin 385-386-cı maddələrinin tələblərinə riayət etmədən qeyri-obyektiv, ədalətsiz və qanunsuz qətnamə qəbul etməklə mənim hüquqlarımı kobud surətdə pozmuşdur. İddiaçı1 2016-cı ilin noyabr ayında Mingəçevir şəhər "Tibb kolleci”ndə oxuyan zaman tanımışdır. Onunla münasibəti yaxşı olmuşdur. Günellə tanışlığının ilk vaxtlarında Günel ondan 400 manat ailəsinə məxsus pulu istəmiş, ona pul lazım oldğunu bildirdiyi üçün 2016-cı ilin sonlarında İddiaçı1 400 manat borc pul vermişdir. Lakin Günel uzun müddət ərzində ona olan borcunu qaytara bilməmiş, həmişə ona verdiyi puldan da artıq qaytaracağını demiş, bir dəfə isə Günel 2016-cı ilin sonlarında ona 50 manat pul vermişdir. Təxminən 2017-ci ilin dekabr ayının əvvələrində Günellə telefonla danışan zaman pula ehtiyacı olduğunu və pul tapa bilmədiyini demişdir. Günel isə ona lazım olan məbləğdə pul verə biləcəyini demişdir. 2017-ci ilin dekabr ayının əvvələrində Günel ona yaşadığı Mingəçevir şəhəri, 20 Yanvar küçəsindəki evinin eyvanından aşağı atmaqla 270 manat pul vermiş, lakin pulu verərkən pulun özünə məxsus olduğunu deyərək əvəzsiz olaraq verdiyini bildirmişdir. Ancaq bir neçə gündən sonra Günel ona zəng edib verdiyi 270 manat pulun dayısının pulu olduğunu deyərək ona bir ədəd boyunbağı, bir cüt sırğa və bir ədəd qızıl üzük verib sataraq pulunu ona verməsini xahiş etmişdir. Özü də həmin qızılları 269 manata Mingəçevir şəhərinin H.Əliyev prospektindəki qızıl-zinət əşyaları mağazasına satıb Günelə vermişdir. Bundan sonra, yenə özünə pul lazım olduğundan 2017-ci ilin dekabr ayının 24-də Günel ona köməklik etmək üçün 300 ABŞ dolları və 200 manat pulu evin eyvanından aşağı atmaqla borc vermişdir. 25 dekabr 2017-ci il tarixdə Günel ona zəng edib evin eyvanından atmaqla ona bir ədəd qızıl boyunbağı və bir ədəd qızıl qolbağ vermiş və həmin qızılları təmir etdirib satmağını və borclarını verməyini bildirmişdir. O, isə həmin qızılları satmayacağını bildirmişdir. Bu zaman Günel ona özünü öldürəcəyini demişdir. Bundan sonra Günel ona zəng edərək onu hədələmiş, bu zaman özü ona olan borcunu düzəldib verəcəyini və ondan ayrılacağını bildirdikdə, Günel ondan ayrılacağı təqdirdə özünü ödürəcəyini və ya başına başqa bir oyun açacağını demişdir. 26 dekabr 2017-ci il tarixdə, saat 11 radələrində Günelin dayısı Hacı kimi özünü təqdim edən şəxs ona zəng edib Güneldən aldığı pul və qızıl-zinət əyşalarını geri qaytarmasını tələb etmiş, özü İddiaçı2 qızıl-zinət əşyalarını, Güneldən aldığı 300 ABŞ dolları və 100 manatın üzərində olduğunu və qaytara biləcəyini, lakin 100 manat pulu xərclədiyini, axşama kimi həmin pulu da qaytaracağını demişdir. Bundan sonra dostuna zəng edib onunla birlikdə Hacı adlı şəxsin görüşünə getməsini xahiş etmişdir. Dostu ilə birlikdə Mingəçevir şəhəri, 20 Yanvar küçəsində yerləşən «Güllü Bağ» adlanan dairədə Hacı adlı şəxslə görüşərkən polis əməkdaşları gəlib onları polis şöbəsinə dəvət etmişlər. Güneldən aldığı bir ədəd qızıl boyunbağı və bir ədəd qızıl qolbağı, 300 ABŞ dolları və 100 manat pulu orada polis əməkdaşlarına təqdim etmişdir. Lakin 100 manat pulu xərclədiyini bildirib, həmin pulu da qaytaracağına söz vermişdir. İddiaçı1 yuxarıda göstərdiklərindən başqa heç bir vaxt pul və qızıl-zinət əşyaları almamışdır. İddiaçıların iddia tələbləri tam qanunsuz və əsassızdır. O, ümumiyyətlə heç İddiaçı2 və Tayirə Abışovadan qızıl-zinət və ya pul almamışdır. Ona görə də, Mingəçevir Şəhər Məhkəməsinin 16.02.2021-ci il tarixli 2(051)- 208/2021 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, onun iddiaçılara heç bir borcu yoxdur, buna baxmayaraq evini satıb onlara olan borcu ödəyəcəkdir. Məhkəmə kollegiyasının iclasında iddiaçılar İddiaçı1 Rafiq qızı, İddiaçı2 və X5 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Mingəçevir Şəhər Məhkəməsinin 16.02.2021-ci il tarixli 2(051)-208/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Mingəçevir Şəhər Məhkəməsinin 16.02.2021-ci il tarixli 2(051)-208/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşə əlavə olunmuş Mingəçevir şəhər məhkəməsinin 12.07.2019-cu il tarixli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş. İş üzrə 1 ədəd qızıl qolbağ, 1 ədəd boyunbağ, 300 ABŞ dolları və 100 manat məbləğdə pulun zərər çəkmiş şəxslərə qaytarılması nəzərə alınmışdır. İşə əlavə olunmuş Şəki Apelyasiya Məhkəməsinin 06.11.2019-cu il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs Cavabdeh müdafiəçisi X1, zərərçəkmiş şəxslər İddiaçı2 Mircə oğlu, X6 və X9 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin 01.09.2020-ci il tarixli qərarından görünür ki, Zərərçəkmiş şəxslər İddiaçı2 qızı, X5 və İddiaçı1 Rafiq qızı və onların nümayəndəsi Vəkil tərəfindən birgə verilmiş kassasiya şikayəti və məhkumun müdafiəçisi X1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 1096.1, 1096.2 və 1097.1-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunla və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096.1-ci maddəsində verilmiş tərifə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsində deyilir ki, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, iddiaçılar İddiaçı1 Rafiq qızı, İddiaçı2 və X2 Cavabdeh qarşı maddi ziyanla bağlı tələbi əsaslıdır. Belə ki, iddaçı cavabdehə pul verməsi məhkəmə hökmü ilə də öz əksini tapmışdır. Göstərilən hall mübahisələndirilmir. Lakin iş materiallarından da göründüyü kimi cavabdeh iddiaçılara vurulmuş ziyandan 1 ədəd 10.45 qram çəkidə, 750 əyyarlı qızıldan hazırlanmış 730 manat məbləğində qızıl qolbağı, 1 ədəd 24.80 qram çəkidə, 750 əyyarlı qızıldan hazırlanmış 1736 manat məbləğində qızıl boyunbağı, 300 ABŞ dolları pul və 100 manat məbləğində pulu qaytarmışdır. Ona görə də iddia həmin hissədə nəzərə alınmalı və ümumi məbləğdən qaytarılan qızıl zinət əşyalarının məbləği və pul çıxılaraq qalan hissədə təmin edilməlidir. Belə ki, qızıl-zinət əşyalarının cəmi dəyəri 2466 manat (730+1736 manat), 100 manat və 300 ABŞ dolları (bu günə 1.7 ekvivalenti olmaqla) manat məzənnəsi ilə 510 manat pul göstərilən məbləğdən çıxılaraq qalıq pul təmin olunmalıdır. Beləliklə cəmi 3076 manat ödənilmiş pul (qızıl-zinət əşyalarıda daxil olmaqla) tələb olunan 40207 manatpuldan çıxılmaqla, cəmi 37131 manat maddi ziyan təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı qismən – 37131 manat həcmində təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdeh də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı qismən təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Mingəçevir Şəhər Məhkəməsinin 16.02.2021-ci il tarixli 2(051)-208/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 16.02.2021-ci il tarixli 2(051)-208/2021 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-184/2022
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-184/2022
02.02.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver