Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1843/2020 21.09.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı Bank “xxx” ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsinin ləğv edilməsi, kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Qax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(024)-301/2020 nömrəli qərardadından iddiaçı Bank “xxx” ASC-nin nümayəndəsi X1 və Cavabdeh2 tərəfindən verilmiş şikayətlərə аçıq məhkəmə iclаsındа bаxаrаq müəyyən etdi: İddiaçı Bank “xxx” ASC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək iddiaçı Bank “xxx” ASC-nin “Promo” filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli FN- 00278-05/18A saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsindən irəli gələn xx.xx.2020-ci il tarixinə ödənilməmiş 4385.33 manat əsas borc, 288.62 manat faiz borcu, 267.44 manat dəbbə borcu, ümumilikdə 4941.39 manat məbləğində borcun, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqının cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada iddiaçının xeyrinə tutularaq ödənilməsini xahiş etmişdir. Eyni zamanda iddiaçı Bank “xxx” ASC məhkəməyə vəsatətlə müraciət edərək iddianı təmin etmək üçün tədbirlər görülməsi kimi Cavabdeh2 mülkiyyətində olan “Mercedes 220” minik markalı, **-CJ-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz E 270 CDİ” minik markalı, **-NX-*** dövlət qeydiyyat nişanlı və “VAZ 21074” minik markalı, **-FD-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulması, cavabdehə avtomobillərdən istifadə etmək qadağan edilməklə avtomobillərin xüsusi dayanacağa yerləşdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçı Bank “xxx” ASC vəsatətini onunla əsaslandırmışdır ki, Ağayar oğluna və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Qax Rayon Məhkəməsinə müraciət etmişdir. Mülki iş hal-hazırda məhkəmənin icraatındadır. Bildirmək istəyir ki, Cavabdeh2 mülkiyyətində “Mercedes 220” minik markalı, **-CJ-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz E270 CDİ” minik markalı, **-NX-*** dövlət qeydiyyat nişanlı və “VAZ 21074” minik markalı, 90-FD-T79 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsiləri vardır. Göstərdiklərini nəzərə alaraq məhkəmədən iddianı təmin etmək üçün tədbirlər görülməsi kimi Cavabdeh2 mülkiyyətində olan “Mercedes 220” minik markalı, **-CJ-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz E270 CDİ” minik markalı, **- NX-*** dövlət qeydiyyat nişanlı və “VAZ 21074” minik markalı, **-FD-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulması, cavabdehə avtomobillərdən istifadə etmək qadağan edilməklə avtomobillərin xüsusi dayanacağa yerləşdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Qax Rayon Məhkəməsinin (hakim Malik Qarayev) xx xxxx 2020-ci il tarixli 2(024)- 301/2020 nömrəli qərаrdаdı ilə vəsatət qismən təmin edilərək iddiaçı Bank “xxx” ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsinin ləğv edilməsi, kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbi”nə dair mülki iş üzrə Cavabdeh2 mülkiyyətində olan “VAZ 21074” minik markalı, **-FD-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması və cavabdehə avtomobildən istifadə etmək qadağan edilməklə avtomobilin xüsusi dayanacağa yerləşdirilməsi qərara alınmışdır. İddiaçı Bank “xxx” ASC-nin nümayəndəsi X1 və Cavabdeh2 həmin qərardaddan şikayət vermişlər. İddiaçı Bank “xxx” ASC-nin nümayəndəsi X1 şikayətində göstərmişdir ki, həmin qərardad kreditorun maraqları nəzərə alınmadan və hüquqlarını pozmaqla qəbul edildiyinə görə dəyişdirilməlidir. Belə ki, məhkəmə iddia tələbində göstərilən ümumilikdə 4941.39 manat borc məbləğinə görə Cavabdeh2 mülkiyyətində olan hər üç avtomobilin üzərinə həbs qoyulmasına ehtiyac olmadığını və buraxılış ili 2009 olan “VAZ 21074” markalı avtomobilin üzərinə həbs qoyulmasının kifayət olduğunu bildirmişdir. Lakin həbsi təmin edilən “VAZ 21074” markalı avtomobilin hazrıki dəyəri borc mələğindən aşağıdır, borca mütənasib deyildir. Məhz bu əsas qətnamənin gələcəkdə icrasını çətinləşdirərək, qətnamənin tam icrasına mane olmaqla, qətnamə üzrə qalıq borcun qalmasına şərait yaradacaqdır. Odur ki, göstərilən hal Qax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(024)-301/2020 saylı qərardadının əsassız olduğunu sübut etməklə vəsatətin tam təmin olunması zərurətini yaratmışdır. Ona görə də, Qax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(024)-301/2020 nömrəli qərardadının dəyişdirilərək, vəsatətin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edir. Cavabdeh2 şikayətində göstərmişdir ki, həmin qərardadla onun mülkiyyətində olan “VAZ 21074” markalı, **-FD-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Həmin avtomobil girov qoyulmamışdır ki, üzərinə həbs qoyulsun. Ona görə də, Qax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(024)-301/2020 nömrəli qərardadının ləğv edilməsi, avtomobil üzərinə qoyulmuş məhdudiyyətin götürülməsi, əks halda MPM-nin 269-cu maddəsinə əsasən şikayəti işlə birlikdə baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Qax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(024)-301/2020 nömrəli qərardadı ilə iddiaçı Bank “xxx” ASC-nin və Cavabdeh2 şikayətləri təmin edilməmiş, Qax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(024)-301/2020 saylı qərardadı dəyişdirilmədən və ləğv edilmədən saxlanılmış, iddiaçı Bank “xxx” ASC-nin və Cavabdeh2 Qax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(024)-301/2020 saylı qərardadından verdiyi şikayət baxılması üçün mülki işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 özü tərəfindən verilmiş şikayətin dəlillərinə uyğun izahat verərək, həmi şikayətin təmin edilməsini, iddiaçı Bank “xxx” ASCnin nümayəndəsi X1 tərəfindən verilmiş şikayətin isə təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 izahat verərək, qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbardar edilmələrinə baxmayaraq iddiaçı Bank “xxx” ASC-nin nümayəndəsi və Cavabdeh3 məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbаycаn Respublikаsı MPM-nin 376.2-ci mаddəsinə əsаsən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətlərin dəlillərini iş materialları ilə birlikdə tədqiq edib hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçı Bank “xxx” ASC-nin nümayəndəsi X1 tərəfindən verilmiş şikayət təmin edilməməli, Cavabdeh2 tərəfindən verilmiş şikayət qismən təmin edilməli, Qax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(024)- 301/2020 nömrəli qərardadı qismən-“cavabdehə avtomobildən istifadə etmək qadağan edilməklə avtomobil xüsusi dayanacağa yerləşdirilməsi hissəsində ləğv edilməli və iddianı təmin etmə tədbiri haqqında vəsatət həmin hissədə təmin edilməməlidir. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 372.1-ci mаddəsinə əsаsən аpellyаsiyа instаnsiyаsı məhkəməsi tаm hüquqlu məhkəmə kimi işə, işdə olаn və əlаvə təqdim olunmuş sübutlаr əsаsındа mаhiyyəti üzrə bаxır. Həmin Məcəllənin 372.7-ci mаddəsinə əsаsən аpellyаsiyа instаnsiyаsı məhkəməsi şikаyətin dəlillərindən аsılı olmаyаrаq, məhkəmənin mаddi və prosessuаl hüquq normаlаrınа riаyət etməsini yoxlаyır. İşdə olan AR DİN BDYPİ-nin xx.xx.2020-ci il tarixli məktubunun surətinə əlavə edilmiş Qeydiyyat-İmtahan İdarəsinin kompyuter uçot bazasından çıxarışdan görünür ki, Cavabdeh2 adına buraxılış ili 1996 olan “Mercedes 220” minik markalı, **-CJ-*** dövlət qeydiyyat nişanlı, buraxılış ili 2001 olan “Mercedes Benz E270 CDİ” minik markalı, **-NX- *** dövlət qeydiyyat nişanlı və buraxılış ili 2009 olan “VAZ 21074” minik markalı, 90-FD- T79 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsiləri qeydiyyatdan keçmişdir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmiş hesab edilmişdir ki, iddianı təmin etmə tədbirinin tətbiqi üçün əsas mövcuddur. Lakin, birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia tələbində göstərilən ümumilikdə 4941.39 manat borc məbləğinə görə Cavabdeh2 mülkiyyətində olan hər üç avtomobilin üzərinə həbs qoyulmasına ehtiyac yoxdur. Belə ki, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə Cavabdeh2 mülkiyyətində olan buraxılış ili 2009 olan “VAZ 21074” minik markalı avtomobilin üzərinə həbs qoyulması kifayətdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, mülki iş üzrə iddiaçının iddianın təmin tədbiri barədə vəsatəti qismən təmin olunmalı, Cavabdeh2 mülkiyyətində “VAZ 21074” minik markalı, **-FD-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmalı, cavabdehə avtomobildən istifadə etmək qadağan edilməklə avtomobil xüsusi dayanacağa yerləşdirilməlidir. Məhkəmə kollegiyası iddianı təmin etmək üçün tədbirlər görülməsi barədə vəsatətin cavabdehə “VAZ 21074” minik markalı, **-FD-*** dövlət qeydiyyat nişanlı avtomobildən istifadə etməsinin qadağan edilməklə avtomobil xüsusi dayanacağa yerləşdirilmə hissəsinin təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Azərbaycan Respublikası MPM-nın 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İdianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Müəyyən hərəkətləri etməyin cavabdehə qadağan edilməsi Azərbaycan Respublikası MPM-nın 158.1.2-ci maddəsində iddianı təmin etmə tədbiri kimi nəzərdə tutulmuşdur. İddianın təmin edilməsində əsas məqsəd məhkəmənin gələcəkdə qəbul edəcəyi qətnamənin icra edilməsinin çətinliyi və ya mümkünsüz olacağı hallarla bağlıdır. Məhkəmə iddiaçının iddia tələblərinin icrasını gələcəkdə təmin etmək məqsədi ilə cavabdehə müəyyən hərəkətləri etməyi qadağan etmək hüququna malikdir. Bu halda qanunvericilik təmin olunması ehtimal olunan tələblərin məhkəmə tərəfindən təmin olunacağı təqdirdə maneə olmadan cavabdeh tərəfindən ödənilməsi (həyata keçirməsini) təmin etmək məqsədini güdür, lakin bu zaman məhkəmə cavabdeh tərəfindən iddia tələblərinin gələcəkdə icrasına maneə törədilə biləcəyi hərəkətlərin dairəsini dəqiq müəyyən etməli, həmin hərəkətlərin cavabdeh tərəfindən edilməsinə abstrakt baxımdan deyil, onların real olaraq törədilməsi baxımından yanaşmalıdır. İddianın təmini tədbiri prosessual bərabərlik baxımından mübahisə predmetinə münasibətdə hər iki tərəfin, həm iddiaçının, həm də cavabdehin mənafelərinə uyğun olmalıdır. İddianı təmin etmə tədbirləri məhkəməyə verilməsi ilə qorunan əmlak mənafelərinin müdafiəsinin sürətləndirilmiş vasitəsi olduğuna görə, bu tədbirlərin tətbiqindən ötrü sübutların mübahisənin mahiyyəti üzrə həlli üçün zəruri olan həcmdə məhkəməyə təqdim edilməsi tələb olunmur. Əks halda iddianı təmin etmə tədbirləri öz əhəmiyyətini itirmiş olar. Ona görə də bu tədbirlərin görülməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş işdə iştirak edən şəxsin pozulmuş və ya mübahisəli hüququnun mövcudluğunu təsdiq edən sübutun məhkəməyə təqdim olunması həmin tədbirləri tətbiq etmək üçün kifayətdir. İddianın təmin edilməsi mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilən halların aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Məhkəmə iddianı təmin etmə tədbirlərinin görülməsi haqqında qərardadında bu tədbirlərin görülməsi barədə ərizəyə baxılmasının nəticəsi üzrə hansı qərara gəlməsindən asılı olmayaraq bütün hallarda həmin ərizədə göstərilən dəlillərin əsaslı olub-olmamasına qiymət verməlidir. İddianı təmin etmə tədbirlərinin tətbiqinin zəruriliyi üçün işdə iştirak edən şəxsin irəli sürdüyü dəlillərə qiymət verilərkən məhkəmə həmin dəlillərin ağlabatan olmasını və əsasslılığını, bu tədbirlər görülmədikdə işdə iştirak edən şəxsin qanuni mənafeyinin əhəmiyyətli dərəcədə pozulması ehtimalını, işdə iştirak edən bütün şəxslərin, eləcə də işdə iştirak edən şəxs statusuna malik olmayan şəxslərin qanuni mənafelərinin tarazlığının təmin edilməli olmasını, iddianı təmin etmə tədbirləri tətbiq olunarkən ümumi mənafelərin və ayrı-ayrı şəxslərin mənafelərinin pozulmasının qarşısının alınmalı olmasını nəzərə almalıdır. İddianı təmin etmə tədbiri barədə qərardad qəbul edən məhkəmə iddiaçının iddia tələblərinin nə qədər əsaslı olduğunu, habelə həmin tələblərin təmin edilməsi haqqında gələcəkdə qəbul ediləcək qətnamənin icrasına maneələr yarada bilən cavabdehin hansısa qanunazidd hərəkətlər edəcəyi haqqında şübhələrin əsaslı olub-olmadığını müəyyən etməlidir. İddianı təmin etmək üçün müəyyən edilən tədbirlərin müxtəlifliyi məhkəməyə imkan verir ki, tələbin xarakterindən, predmetindən və məzmunundan asılı olaraq məqsədəmüvafiq olan tədbirləri seçsin. İddianın təmin edilməsi məhkəmə qətnaməsinin reallaşdırılmasına yönələn əməli tədbirdir. Azərbaycan Respublikası MPM-nin 162.3-cü maddəsinə əsasən iddia rədd edildikdə, məhkəmənin qəbul etdiyi iddianı təmin etmə tədbirləri qətnamə qanuni qüvvəyə minənə qədər saxlanılır. Həmin Məcəllənin 162.4-cü maddəsinə əsasən iddia təmin edildikdə onun təmin edilməsi üçün görülmüş tədbirlər məhkəmə aktının icrasına qədər öz qüvvəsini saxlayır. Mülki-hüquqi mənada əmlak hər hansı şəxsə mülkiyyət hüququ əsasında, yaxud istifadə hüququ ilə məxsus ola bilər. İddianı təmin etmə tədbiri kimi əmlak üzərinə həbs qoyulması həmin əmlak üzrəində borclunun sərəncam vermək hüququnun qadağan olunmasından ibarətdir. İddianı təmin etmək məqsədilə cavabdehə məxsus əmlaka həbs qoyulması həmin əmlak barəsində sərəncam vermək hüququnu bütün formalarda istisna edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Konstitusiyanın 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir.Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən mərhum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Avtomobillərin özgəninkiləşdirilməsi, idarə edilməsi və avtomobillərlə bağlı digər hərəkətlərin görülməsinin cavabdehə və başqa şəxslərə qadağan edilməsi kimi iddianı təmin etmə tədbiri ilə əlaqadar qərardadlar qəbul edilərkən avtomobillərin müvəqqəti saxlama meydançasına yerləşdirilməsi, bu işin icrasının Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət X2 həvalə edilməsi kimi göstərişlər mülki prosessual qanunvericiliyin tələblərinə müvafiq deyildir. Belə ki, məhkəmənin iddianı təmin etmə tədbiri məqsədi ilə avtomobilin müvəqqəti saxlama meydançasına yerləşdirilməsi, bu işin icrasının Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət X2 həvalə edilməsi avtomobilin istifadəsiz qalmaqla texniki cəhətdən yararsız hala düşməsinə səbəb olduğuna görə məqsədə müvafiq hesab edilmir. “VAZ 21074” markalı, **-FD-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmaqla bərabər, eyni zamanda əlavə olaraq həmin avtomobilin xüsusi dayanacağa (xüsusi saxlanc yerlərinə) yerləşdirilməsi barədə vəsatətin təmin edilməsi, hazırkı vəziyyətdə Cavabdeh2 sahiblik və istifadə hüququnun məhdudlaşdırılması deməkdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qeyd olunan prosessual hüquq normaları pozulmuşdur. Belə bir vəziyyətdə birinci instansiya məhkəməsi iddianı təmin tədbiri barədə vəsatəti – cavabdehə “VAZ 21074” markalı, **-FD-*** dövlət qeydiyyat nişanlı avtomobildən istifadə etmək qadağan edilməklə avtomobilin xüsusi dayanacağa yerləşdirilməsi hissəsində təmin etməklə qanunvericiliyin tələblərini pozmuşdur. Azərbаycаn Respublikаsının Mülki-Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 77.1-ci mаddəsinə görə hər bir tərəf öz tələblərinin və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Həmin Məcəllənin 88-ci mаddəsinə əsаsən məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə kollegiyаsının qənаətincə işin qeyd olunаn hаllаrını və yuxаrıdа şərh olunаn maddi və prosessuаl hüquq normаlаrının tələblərini lazımınca nəzərə аlmаyаn birinci instаnsiyа məhkəməsi iddianı təmin etmə tədbiri haqqında ərizə ilə bağlı qərar qəbul edərkən qismən əsаssız nəticəyə gəldiyindən şikayətin dəlillərini iş materialları ilə birlikdə tədqiq edib hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçı Bank “xxx” ASC-nin nümayəndəsi X1 tərəfindən verilmiş şikayət təmin edilməməli, Cavabdeh2 tərəfindən verilmiş şikayət qismən təmin edilməli, Qax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(024)-301/2020 nömrəli qərardadı qismən-cavabdehə avtomobildən istifadə etmək qadağan edilməklə avtomobil xüsusi dayanacağa yerləşdirilməsi hissəsində ləğv edilməli və iddianı təmin etmə tədbiri haqqında vəsatət həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessuаl Məcəllənin 398.0.2-ci mаddəsinə əsаsən аpellyаsiyа instаnsiyа məhkəməsi şikаyətə bаxıb qərаrdаdı tаm və yа qismən ləğv edib, yаxud dəyişib işi birinci instаnsiyа məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən apelyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.2, 399 və 400-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Bank “xxx” ASC-nin nümayəndəsi X1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Cavabdeh2 tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Qax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(024)-301/2020 nömrəli qərardadı qismən-cavabdehə avtomobildən istifadə etmək qadağan edilməklə avtomobil xüsusi dayanacağa yerləşdirilməsi hissəsində ləğv edilsin. İddiaçı Bank “xxx” ASC-nin iddianı təmin etmək üçün tədbirlər görülməsi barədə vəsatəti cavabdehə “VAZ 21074” markalı, **-FD-*** dövlət qeydiyyat nişanlı avtomobildən istifadə etmək qadağan edilməklə avtomobilin xüsusi dayanacağa yerləşdirilməsi hissəsində təmin edilməsin. Qərardadın qalan hissəsi dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1843/2020
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1843/2020
21.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver