Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-185/2021 29.07.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı QSC-nin cаvаbdеhlər Cavabdeh2 və Cavabdeh1 qаrşı «kredit müqaviləsi üzrə borc» tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddia- kredit müqaviləsi, borc tələbi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı QSC-nin nümayəndəsi X4 iştirakı ilə, Ağdaş Rayon Məhkəməsinin 21 iyul 2020-ci il tаrixli, 2(014)-980/2020 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı QSC-nin cаvаbdеhlər Cavabdeh2 və Cavabdeh1 qаrşı «kredit müqaviləsi üzrə borc» tələbinə dаir mülki iş üzrə məhkəməyə mürаciət еdərək, cаvаbdеhlər Cavabdeh2 və Cavabdeh1müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 4713.7 manat məbləğində kredit borcu, 334.58 manat məbləğində faiz borcun və 296.99 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 5345 (beş min üç yüz aırx beş) manat 27 (iyirmi yeddi) qəpik məbləğində borcun və tərəflərindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı QSC iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 İddiaçı QSC ilə bağladığı 07.10.2019-cu il tarixli 029A********** saylı kredit müqaviləsi əsasında fazi dərəcəsi 2.0833% olmaqla 36 ( otuz altı) ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 5000 ( beş min)manat məbləğində kredit götürmüşdür. O, kredit müqaviləsinin 1.2 –ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə 07.02.2020-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit borcundan 286.3 manat ödəniş etmiş və onun iddiaçıya 4713.7 manat məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən, faiz qaytarmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Kredit borcunu və faiz borcunu kreditora qaytarmadığı üçün 21.04.2020-ci il tarixə 74 gün üçün hesablanmış faiz borcu 334.58 manat təşkil edir.Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kedit qalığının 0.1% məbləğində cərimə ödəməlidir. 21.04.2020-ci il tarixdə 74 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 296.99 manat təşkil edir. Kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Cavabdeh1 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən, yuxarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh2 ilə birgə məsuliyyət daşıyır və kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidir. Birinci instansiya məhkəməsində icraat Ağdaş Rayon Məhkəməsinin 21 iyul 2020-ci il tаrixli, 2(014)-980/2020 saylı qətnaməsi ilə iddia təmin edilmiş, xx.xx.1992-ci ildə Ağdaş rayon, Yenicə kəndində doğulmuş, Ağdaş rayon Yenicə kəndində qeydiyyatda olan Cavabdeh2 və 25.07.1995-ci ildə Ağdaş rayon, Yenicə kəndində doğulmuş, Ağdaş rayon, Yenicə kəndinə qeydiyyatda olan Cavabdeh1 4713.7 manat məbləğində kredit borcu, 334.58 manat məbləğində faiz borcun və 296.99 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 5345 (beş min üç yüz qırx beş) manat 27 (iyirmi yeddi) qəpik məbləğində borc və ödənilmiş 30 mаnаt məbləğində dövlət rüsumunun, müştərək qaydada alınaraq İddiaçı QSC-yə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh2 İddiaçı QSC ilə bağladığı 07.10.2019-cu il tarixli 029A********** saylı kredit müqaviləsi əsasında fazi dərəcəsi 2.0833% olmaqla 36 ( otuz altı) ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 5000 ( beş min)manat məbləğində kredit götürmüşdür. O, kredit müqaviləsinin 1.2–ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə 07.02.2020-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit borcundan 286.3 manat ödəniş etmiş və onun iddiaçıya 4713.7 manat məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən, faiz qaytarmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Kredit borcunu və faiz borcunu kreditora qaytarmadığı üçün 21.04.2020-ci il tarixə 74 gün üçün hesablanmış faiz borcu 334.58 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kedit qalığının 0.1% məbləğində cərimə ödəməlidir. 21.04.2020-ci il tarixdə 74 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 296.99 manat təşkil edir. Kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Cavabdeh1 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür.Kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyən Cavabdeh2 4713.7 manat məbləğində kredit borcu, 334.58 manat məbləğində faiz borcun və 296.99 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 5345 (beş min üç yüz aırx beş) manat 27 (iyirmi yeddi) qəpik məbləğində borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq borc ödənilməmişdir. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Хəbərdаrlıq və bildiriş məktublаrındаn görünür ki, İddiaçı QSC prеtеnziyа qаydаsınа riаyət еdərək, cаvаbdеhlər Cavabdeh2 və Cavabdeh1 bоrcu ödəmələrini tələb еtmiş, əks təqdirdə məhkəməyə mürаciət оlunаcаğı bаrədə оnları хəbərdаr еtmişdir. Ödəniş qəbzindən görünür ki, 30 mаnаt məbləğində dövlət rüsumu ödənilmişdir. Cavabdeh2 İddiaçı QSC ilə bağladığı 07.10.2019-cu il tarixli, 029A********** saylı kredit müqaviləsi əsasında fazi dərəcəsi 2.0833% olmaqla 36 ( otuz altı) ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 5000 ( beş min)manat məbləğində kredit götürmüşdür. O, kredit müqaviləsinin 1.2 –ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə 07.02.2020-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit borcundan 286.3 manat ödəniş etmiş və onun iddiaçıya 4713.7 manat məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən, faiz qaytarmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Kredit borcunu və faiz borcunu kreditora qaytarmadığı üçün 21.04.2020-ci il tarixə 74 gün üçün hesablanmış faiz borcu 334.58 manat təşkil edir.Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kedit qalığının 0.1% məbləğində cərimə ödəməlidir. 21.04.2020-ci il tarixdə 74 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 296.99 manat təşkil edir. Kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Cavabdeh1 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. Kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyən Cavabdeh2 4713.7 manat məbləğində kredit borcu, 334.58 manat məbləğində faiz borcun və 296.99 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 5345 (beş min üç yüz q ırx beş) manat 27 (iyirmi yeddi) qəpik məbləğində borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq borc ödənilməmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci, 385.1-ci, 386.1-ci, 442-ci, 443-cü, 445.1-ci, 445.2.1-ci, 448.1ci, 448.2-ci, 449.1-ci, 460.1-ci, 465.2-ci, 467-ci, 470.1-ci, 472.1-ci, 472.2-ci, 739.1-ci, 739.2-ci maddələri, Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının qanununun 8.1.2-ci, 9.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Hakim tərəfindən onun iştirakı və məlumatlandırılması təmin edilməmişdir. Həmin qətnamə aidiyyat qaydalarının pozulması ilə qəbul olunduğundan ləğv edilməli və yenidən aidiyyatlı məhkəmədə baxılmalıdır. Apellyasiya şikayətinə əlavə edilmiş arayışdan görünür ki, o, Bakı şəhəri, Sabunçu rayonu ərazisində qeydiyyatdadır və orada yaşayır. Bundan əlavə, o, iş üzrə tərəf kimi vəsatət vermək hüququndan faydalana bilməmiş, bunun nəticəsində o, iş üzrə əlində olan sübutlar əsasında iddiaçıya ödədiyi və hazırda real olaraq borclu olduğu borc məbləğinin iddiaçının göstərdiyi kimi olmadığını sübut etmək, məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi barədə qərardad qəbul edərkən ekspert qarşısında sualların tərtibində iştirak edə bilməmişdir. Apelyatorun prosessual hüquqları pozulmuşdur, çünki məhkəmə iclasında onda olan sübutları təqdim etmək və iş üzrə ekspertizanın keçirilməsini tələb etmək hüququ vardır, bu hüquqların təmin edilməməsi məhkəmənin iş üzrə çəkişmə prinsipi əsasında hərtərəfli araşdırma aparmadığını göstərir. Odur ki, Ağdaş Rayon Məhkəməsinin 21 iyul 2020-ci il tаrixli, 2(014)-980/2020 saylı qətnaməsinin ləğv edilməsini, işin aidiyyatı üzrə məhkəməyə göndərilməsi barədə qərar verilməsi üçün geri göndərilməsini xahiş edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı QSC-nin nümayəndəsi X2 Rayon Məhkəməsinin 21 iyul 2020-ci il tаrixli, 2(014)-980/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6. maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikası MM-nin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM-nin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası MM-nin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya shdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası MM-nin 443-cü maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası MM-nin 445.1-ci maddəsində göstərilir ki, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsidə vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünun nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası MM-nin 445.2.1-ci maddəsində göstərilir ki, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası MM-nin 448.1-ci maddəsində göstərilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası MM-nin 448.2-ci maddəsində göstərilir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası MM-nin 449.1-ci maddəsində göstərilir ki, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaşırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası MM-nin 460.1-ci maddəsində göstərilir ki, öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanılması, zaminlik, qarantiya, beh ilə bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullurla təmin edilə bilər. Azərbaycan Respublikası MM-nin 465.2-ci maddəsində göstərilir ki, Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsində göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Eyni zamanda məsələ məhkəmə qaydasında həll edildiyi halda belə, tərəflər, yəni kreditorla borclu arasında müqavilə münasibətləri davam edir və borcun, faizin və maliyyə sanksiyasının tutulmasına dair məhkəmə qərarının çıxarılması bu münasibətlərə xitam verilməsinə səbəb olmur. Аzərbаycаn Rеspublikаsı Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə gsrə, iştirakşılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakşıya (borc alana) keşirməyi shdəsinə gstürür, digər iştirakşı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Аzərbаycаn Rеspublikаsı Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının qanunu: Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 500 manatdan yuxarı olduqda 30 manat dövlət rüsumu ödənilir. Həmin qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Həmin Məcəllənin 392.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki Prosessual Məcəllənin 97.1-ci maddəsində qeyd olunur ki, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Həmin Məcəllənin 101.3.-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apelyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirir , Ağdaş Rayon Məhkəməsinin 21 iyul 2020-ci il tаrixli, 2(014)-980/2020 saylı qətnaməsinin ləğv edilməsini, işin aidiyyatı üzrə məhkəməyə göndərilməsi barədə qərar verilməsi üçün geri göndərilməsini xahiş edir. Kollegiya bununla bağlı qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Bundan başqa Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin cavabdehlərdən yalnız apelyator Cavabdeh2 apellyasiya şikayəti üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Ona görə də kollegiya Ağdaş Rayon Məhkəməsinin 21 iyul 2020-ci il tаrixli, 2(014)-980/2020 saylı qətnaməsini apelyator Cavabdeh2 apellyasiya şikayətinə münasibətdə yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olmayaraq tam təmin etmişdir. Birinci instansiya məhkəməsi 4713.7 manat məbləğində kredit borcu müəyyənləşdirmə hissəsində səhvə yol vermişdir. Ona görə də apellyasiya şikayəti qismən təmin edilməli, Ağdaş Rayon Məhkəməsinin 21 iyul 2020-ci il tаrixli, 2(014)-980/2020 saylı qətnaməsinin 4713.7 manat məbləğində kredit borcu hissəsi, 4664.69 manat məbləğində kredit borcu şəklində dəyişdirilməlidir. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, Cavabdeh2 İddiaçı QSC ilə bağladığı 07.10.2019-cu il tarixli, 029A********** saylı kredit müqaviləsi əsasında fazi dərəcəsi 2.0833% olmaqla 36 ( otuz altı) ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 5000 ( beş min)manat məbləğində kredit götürmüşdür. O, kredit müqaviləsinin 1.2 –ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə 07.02.2020-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit borcundan 286.3 manat ödəniş etmiş və onun iddiaçıya 4664.69 manat məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən, faiz qaytarmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Kredit borcunu və faiz borcunu kreditora qaytarmadığı üçün 21.04.2020-ci il tarixə 74 gün üçün hesablanmış faiz borcu 334.58 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kedit qalığının 0.1% məbləğində cərimə ödəməlidir. 21.04.2020-ci il tarixdə 74 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 296.99 manat təşkil edir. Kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Cavabdeh1 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür.Kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyən Cavabdeh2 4664.69 manat məbləğində kredit borcu, 334.58 manat məbləğində faiz borcun və 296.99 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 5296.26 manat 26 (iyirmi altı) qəpik məbləğində borcu vardır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi üçün əsas olsa da, ləğv edilməsi üçün əsas deyil. Belə ki, apelyator şikayətinin ilk dəlilində bildirmişdir ki, o, iş üzrə tərəf kimi vəsatət vermək hüququndan faydalana bilməmiş, bunun nəticəsində o, iş üzrə əlində olan sübutlar əsasında iddiaçıya ödədiyi və hazırda real olaraq borclu olduğu borc məbləğinin iddiaçının göstərdiyi kimi olmadığını sübut etmək, məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi barədə qərardad qəbul edərkən ekspert qarşısında sualların tərtibində iştirak edə bilməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən apelyatorun iştirakının və məlumatlandırılmasının təmin edilməməsi bağlı şikayətin dəlili ilə razılaşmayan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən səhvə yol verilməmişdir. Belə ki, iş materiallarının 31-cu səhifəsində olan SMS xəbərdarlığı barədə bildirişdən və 36-cı səhifəsində olan xəbərnamədən görünür ki, X3 məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış və sözügedən xəbərnaməyə 07 iyul 2020-ci il tarixində imza etməklə almışdır. Dəlillər bu hissədə də əsassızdır. Bundan başqa Məhkəmə Kollegiyası tərəfindən təyin edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 iyun 2021-ci il tarixli, 9/2548 saylı ekspert rəyinin nəticə hissəsinə əsasən, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin “Həzi Aslanov” filialı ilə Cavabdeh2 arasında bağlanmış 07 oktyabr 2019cu il tarixli, 029A********** saylı kredit müqaviləsinin şərtləri əsas götürülməklə, ödədiyi məbləğlər nəzərə alınmaqla Cavabdeh2 banka olan borcu 21 aprel 2020-ci tarixə əsas borc-4664.69 manat, faiz borcu 180.75 manat, 29 mart 2021-ci il tarixə isə əsas borcu 4664.69 manat, faiz borcu isə 1275.64 manat müəyyən edilmişdir. Bundan başqa 07 oktyabr 2019-cu il tarixli, 029A********** saylı kredit müqaviləsi üzrə cərimə hesabı təqdim olunmadığı üçün cərimə hesablanmamışdır. Məhkəmə kollegiyasının qənaətinə görə cavabdehin banka olan əsas borcu keçirilmiş ekspertiza rəyinə uyğun olaraq müəyyən edilməlidir. Ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, mühasibatlıq ekspertizası üzrə tədqiqat təqdim olunmuş materiallar əsasında keçirilərək, cavabdehin kredit üzrə ödənişləri nəzərə alınmışdır. Rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Şikayətin digər dəlili ondan ibarətdir ki, hazırkı qətnamə aidiyyat qaydalarının pozulması ilə qəbul olunduğundan ləğv edilməli və yenidən aidiyyatlı məhkəmədə baxılmalıdır. Məhkəmə kollegiyası şikayətin bu dəlilləri ilə də razılaşmır. Belə ki, iş materiallarında olan Cavabdeh2 barədə MAPS arayışından görünür ki, o, Ağdaş rayonu, Yenicə kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Birinci instansiya məhkəməsi tərəfindən mülki iş icraata götürülərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələbləri pozulmamışdır. Bu səbəblə də, şikayətin bu dəlili də əsassızdır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Ağdaş Rayon Məhkəməsinin 21 iyul 2020-ci il tаrixli, 2(014)-980/2020 saylı qətnaməsinin 4713.7 manat məbləğində kredit borcu hissəsi, 4664.69 manat məbləğində kredit borcu şəklində dəyişdirilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilmiş qalan hissədə apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti əsas kredit borcuna münasibətdə qismən təmin edilsin. Ağdaş Rayon Məhkəməsinin 21 iyul 2020-ci il tаrixli, 2(014)-980/2020 saylı qətnaməsi əsas borc olan 4713.7 manat məbləğində kredit borcu hissəsi, 4664.69 manat məbləğində kredit borcu şəklində dəyişdirilsin. Ağdaş Rayon Məhkəməsinin 21 iyul 2020-ci il tаrixli, 2(014)-980/2020 saylı qətnaməsi apelyatorun apellyasiya şikayəti üzrə mübahisələndirdikləri qalan hissədə dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza xərcini təşkil edən 150 (yüz əlli) manat pulun 75 (yetmiş beş) manatı cavabdeh Cavabdeh2, 75 manatı isə İddiaçı QSC-dən tutularaq, büdcə təsnifatının kodu-142595, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS), X1, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-185/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-185/2021
29.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver