Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1855/2021 07.10.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hаkimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair mülki iş üzrə Balakən Rayon Məhkəməsinin 20 avqust 2020-ci il tarixli 2(019)-520/2020 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikаyətinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Balakən Rayon Məhkəməsinin (hakim Hümbət Səlimov) 20 avqust 2020-ci il tarixli 2(019)-520/2020 nömrəli qətnaməsi ilə iddia təmin edilərək Cavabdeh 3000 (üç min) manat pul, ödənilmiş 30 manat dövlət rüsumu xərci, cəmi 3030 (üç min otuz) manatın alınıb İddiaçı ödənilməsi qət edilmişdir. İşin halları İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) Cavabdeh (bundan sonra cavabdeh və ya Cavabdeh) qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək 3000 (üç min) manat pulun və dövlət rüsumunun ödənilməsinə çəkilmiş 30 manat məbləğində pulun Cavabdeh alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında izahat verən İddiaçı iddianı müdafiə edərək göstərmişdir ki, o, Balakən rayon Qazma kəndində yaşamış, 2020-ci ilin mart ayından Balakən şəhəri Səfıyyə Dibirova küçəsi 6-da ev alıb orada yaşayır. Cavabdeh həmkəndlisidir. Onunla 2019-cu ilin axırlarında Balakən rayon bazarında rastlaşmış, onunla söhbət əsnasında torpaq sahəsi almaq istədiyini və axtardığını bildirmişdir. Həmin zaman Rəsul ona özünün də torpaq alqı-satqısı ilə məşğul olduğunu və Balakən rayonunda müxtəlif ərazilərdə satlıq torpaq sahələri olduğunu bildirmişdir. O, onun mobil nömrəsini götürmüş, həmin məsələ ilə bağlı bir neçə gün sonra Rəsula zəng vuraraq torpaq sahəsini almaq istədiyini demişdir. O, həm Qazbinə, həm də Tülü kəndində torpaq sahələrinin olduğunu, torpaq sahələrinin hər ikisinin də satışda olduğunu bildirərək torpağın sənədləşdirilməsi üçün pula ehtiyacı olduğunu demişdir. Ona etibar etdiyi üçün ona gəlib evdən pulu götürməsini demişdir. Bir neçə gün sonra Qazma kəndində əvvəllər yaşadığı evinə idarə etdiyi qara rəngli VAZ-21015 markalı maşın gəlmiş, rəfiqəsi Şahid qızı və bacısı X1 yanlarında 1500 manat pul sayıb Cavabdeh vermişdir. 10 gün sonra yenidən onun adına sənəd almaq üçün pula ehtiyacı olduğunu bildirərərək yenidən Qazma kəndində əvvəllər yaşadığı evinə, idarə etdiyi qara rəngli VAZ-21015 markalı maşınla gəlmiş və rəfiqəsi Şahid qızı və bacısı X1 yanlarında 1500 manat pul sayıb ona vermişdir. Cavabdeh 1 həftə sonra Notariat Kontoruna gedəcəklərini bildirmiş və dediyi vaxtda Balakən Rayon Notariat Kontoruna getmək üçün Cavabdeh zəng etmiş, lakin onun mobil nömrəsinə zəng çatmamışdır. 10 gün sonra dostunun vasitəsi ilə onunla əlaqə saxlamış, həmin vaxt Cavabdeh ona “sənədləşmə işləri düzəlməyib, sənin pulunu geri qaytaracam” demişdir. O, 3 aya qədər pulunu qaytaracağını gözləmiş, vermədiyinə görə Balakən RPŞnə müraciət etmişdir. Cavabdeh orada izahat verərək 3 ay müddətinə pulunu qaytaracağına söz vermişdir. Lakin hazıradək nə pulunu qaytarmayıb nə də ki, torpaq sahəsi təşkil etməmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilən Şahid qızı göstərdi ki, İddiaçı tanıyır, Nuranə onun rəfiqəsidir. İddiaçı özünə torpaq sahəsi almaq məqsədi ilə Cavabdeh onun yanında iki dəfəyə-cəmi 3000 manat pul vermişdir. X9 nə torpaq almış, nədəki onun pulunu qaytarmamışdır. İddiaçı dəfələrlə cavabdehə pulunu qaytarmasını demiş, lakin bunun heç bir nəticəsi olmamışdır. İş üzrə Balakən Rayon Məhkəməsinin 20 avqust 2020-ci il tarixli 2(019)-520/2020 nömrəli qətnaməsi çıxarılmışdır. Birinci instansiya məhkəməsinin həmin qətnaməsindən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi haqqında yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı iddiası üzrə Balakən Rayon Məhkəməsində işə baxılarkən tələb X2 qarşı yönəlmiş, Cavabdeh Bahəddin oğlu iş üzrə tərəf olmamış, keçirilmiş məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumatlandırılmamış, iş üzrə qəbul edilmiş qətnamə ona təqdim edilməmiş, qətnamə icraya yönəldikdən, icra sənədinin icrası ilə bağlı barəsində verilmiş axtarış əsasında icra şöbəsinə gətirildikdən sonra məlumatlı olmuş, daha sonra rəsmi müraciət etməklə qətnaməni əldə etmişdir. Belə olan halda cavabdehin məhkəmə müdafiəsi hüququ kobud şəkildə pozulmuşdur. Bundan başqa, mübahisə predmeti olan qətnamə vaxtında cavabdehə təqdim olunmadığından, onun həmin qətnamədən şikayət verməklə bağlı prosessual hüququ pozulmuşdur. Habelə mübahisə predmeti olan qətnamə, Cavabdeh Bahəddin oğluna münasibətdə deyil, X2 münasibətdə çıxarılmış, həmin qaydada da icraya yönəldilmişdir. İcra mərhələsində X2 yönəldilmiş tələb, Cavabdeh Bahəddin oğlundan tələb edilmiş, sonuncunun icra sənədinin icrasından yayınması əsas gətirilərək barəsində protokol tərtib olunmuş, Balakən Rayon Məhkəməsinin 31 may 2021-ci il tarixli qərarına əsasən Cavabdeh Bahəddin oğlu haqqında İXM-in 528.1- ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata əməlində həmin inzibati xəta tərkibinin olmaması əsası ilə xitam verilmişdir. Bundan başqa, Cavabdeh iş üzrə iddiaçıya hər hansı borcu olmamış, iddiaçı tələbini Rəsul İbrahimova qarşı yönəltmiş, mülki iş üzrə sübutlar sonuncuya münasibətdə araşdırılmışdır. Belə ki, Cavabdeh Şahid qızını şəhər sakini kimi tanısa da, X3 hazırki vaxtadək heç görməmiş, onu tanımır, onların iştirakı ilə iddiaçıdan pul almamışdır. Sonuncunun da Cavabdeh tanımadığı şübhəsizdir. İddiaçı tələbini X2 qarşı yönəltməklə Cavabdeh oğlundan hər hansı borcu tələb etməmiş, ona münasibətdə iddiasını əsaslandıra bilməmiş, tələbini təsdiq edən mötəbər sübutları məhkməyə təqdim etməmişdir. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında izahat verən İddiaçı izahatında apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Həmin Məcəllənin 368.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində işə onun məhkəməyə daxil olduğu gündən 3 ay müddətində baxılmalı və müvafiq məhkəmə aktı qəbul edilməlidir. Qanunvericiliyin istinad olunan tələbini, habelə mülki işlər üzrə apellyasiya şikayətinə baxılması üçün qanunla 3 aylıq müddət müəyyən olunmasını nəzərə alaraq məhkəmə kollegiyası cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Hüquq məsələləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilən: İddiaçı Balakən Rayon Polis Şöbəsinə ünvanladığı şikayət ərizəsi əsasında toplanmış materialdan görünür ki, Cavabdeh 05 fevral 2020-ci il tarixdə iltizam yazaraq İddiaçı 3000 manat borclu olduğunu, pulu 2020-ci ilin aprel ayının 30-na kimi qaytaracağına söz verdiyini göstərmişdir. Balakən Rayon Məhkəməsinin 17 fevral 2021-ci il tarixli 8(019)-7/2021 nömrəli qərardadından görünür ki, tələbkar İddiaçı ərizəsi təmin edilərək Balakən Raon Məhkəməsinin 20 avqust 2020-ci il tarixli 2(019)-520 nömrəli qətnaməsində və 20 avqust 2020-ci il tarixli 2(019)-520 nömrəli icra sənədində “cavabdeh X4” sözlərinin “Cavabdeh” kimi oxunması qərara alınmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə qarşılıqlı araşdıraraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmuşdır. Apellyasiya şikayətinin dəlilləri əsassızdır. İşin gerçək halları ilə müəyyən olunur ki, Cavabdeh 2019-cu ildə İddiaçı 3000 manat pul almış, həmin pulu 30.04.2020-ci ilədək qaytaracağını öhdəsinə götürmüşdür. Dəfələrlə cavabdehdən pulu məhkəmədən kənar qaydada qaytarması tələb edilsə də, cavabdeh pulu verməkdən imtina etdiyindən iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı məxsus 3000 manat pul vəsaiti Cavabdeh qanunsuz sahibliyindədir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bunları qeyd etməyi zəruri hesab edir. Azərbаycаn Respublikаsının Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə görə, əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu digər iştirakçıya (borc alana) verməyi, digər iştirakçı borc alan isə aldığı pulu borc verənə qaytarmağı öhdəsinə götürür. 740.1-ci maddəsinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. İş materiallarından görünür ki, iddiaçıya məxsus 3000 manat pul vəsaiti cavabdehin qanunsuz sahibliyindədir və o həmin pulu qaytarmaqdan imtina edir. Yuxarıda qeyd olunan qanunvericilik normalarının tələbindən göründüyü kimi iddiaçı cavabdehin borclu olduğu 3000 manat məbləğində pulun cavabdehdən alınıb ona verilməsini tələb etməkdə haqlıdır. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində qeyd etdiyi “qətnamə Cavabdeh Bahəddin oğluna münasibətdə deyil, X2 münasibətdə çıxarılmış, həmin qaydada da icraya yönəldilmişdir” dəlilinə münasibət bildirərək qeyd edir ki, iş materiallarında olan Balakən Rayon Məhkəməsinin 17 fevral 2021-ci il tarixli 8(019)- 7/2021 nömrəli qərardadından görünür ki, tələbkar İddiaçı ərizəsi təmin edilərək Balakən Raon Məhkəməsinin 20 avqust 2020-ci il tarixli 2(019)-520 nömrəli qətnaməsində və 20 avqust 2020-ci il tarixli 2(019)-520 nömrəli icra sənədində “cavabdeh X4” sözlərinin “Cavabdeh” kimi oxuması qərara alınmışdır. Bununla da cavabdehin apellyasiya şikayətinin həmin dəlilinin əsassız olması təsdiq olunur. Məhkəmə kollegiyasına görə, iddiaçının tələbi iş materiallarında olan sübutlarla təsdiq olunduğuna görə, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri əsassızdır. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına” qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, o cümlədən təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. “Avşar Türkiyəyə qаrşı” iş üzrə qərаrındа Avropа Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. İstinad olunan milli qanunvericilik normalarından və Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyindən göründüyü kimi, hazırkı mübahisədə iddianı sübuetmə yükü iddiaçının üzərinə düşür. İddiaçı öz iddiasının haqlı olmasını mötəbər sübutlarla sübut edə bilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyаsı hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını və ya prosessual hüquq normalarını pozmamış, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmışdır, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyətli hallar sübut edilmişdir və məhkəmənin qərarında göstərilmiş nəticələri işin hallarına uyğun gəlir. Ona görə də məhkəmə kollegiyаsı apellyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün yetərli hesab etmir və bu nəticəyə gəlir ki, MPM-in 384.0.1-ci mаddəsinə əsasən, аpellyasiya şikayəti təmin edilməməli və Balakən Rayon Məhkəməsinin 20 avqust 2020-ci il tarixli 2(019)-520/2020 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılmаlıdır. MPM-in 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsasən və MPM-in 384, 392, 393, 402-406-cı mаddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh oğlu tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. Balakən Rayon Məhkəməsinin 20 avqust 2020-ci il tarixli 2(019)-520/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-1855/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1855/2021
07.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver