Məhkəmə qərarları › İş №2(107)-186/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-186/2020

11.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-186/2020 11.03.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Mübariz Rahil oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3, Cavabdeh5 qızına və Cavabdeh6 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka qoyulmuş əmlaklara yönəldilməsi tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(039)-262/2019 nömrəli qətnaməsindən İddiaçı ASC və Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Yevlax Rayon Məhkəməsinin (hakim Toğrul Əliyev) xx xxxxxx 2019-cu il tarixli, 2(039)- 262/2019 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək: Cavabdeh1 xx xxxxxx 2014-cü il tarixli, 115.LN.2105.220814.00001 saylı kredit müqaviləsi üzrə 17,163.35 manat əsas, 11.10 manat faiz borcu və 200 manat cərimənin, cəmi 17,374 (on yeddi min üç yüz yetmiş dörd) manat 45 (qırx beş) qəpik tutularaq İddiaçı ASC-nin xeyrinə tutulması, Tələb ipoteka ipoteka predmeti olan, Cavabdeh2 məxsus Yevlax şəhəri, Füzuli küçəsi, 14/2 saylı qeyri-yaşayış binasına 0.0081 ha torpaq sahəsi ilə birlikdə yönəldilərək həmin qeyriyaşayış sahəsi açıq hərracdan satılmaqla satış hesabına əldə edilmiş vəsaitdən borcun İddiaçı ASC-yə ödənilməsi, Yevlax şəhəri, Füzuli küçəsi, 14/2 saylı qeyri-yaşayış binasının 0.0081 ha torpaq sahəsi ilə birlikdə ilkin satış qiyməti 60,000 (altmış min) manat müəyyən edilməsi, həmin qeyri-yaşayış sahəsi satıldıqdan sonra ən geci bir ay ərzində tərk etmədiyi təqdirdə Cavabdeh2 həmin qeyri-yaşayış sahəsindən istifadə hüququ itirilmiş hesab edilməklə çıxarılması və onun tərəfindən qeyri-yaşayış sahəsi boşaldılması, Cavabdeh1 xx xxxxxxxx 2014-cü il tarixli 115.LN.2105.300914.00001 saylı kredit müqaviləsi üzrə 95,472.92 manat əsas, 18,687.98 manat faiz borcu, 200 manat cərimə, cəmi 114,360 (bir yüz on dörd min üz yüz altmış) manat 90 (doxsan) qəpik tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi, tələb həmin müqavilə üzrə ipoteka predmeti olan Cavabdeh1ma məxsus Yevlax şəhəri, Heydər Əliyev prospekti, 21/7 ünvanında yerləşən qeyri-yaşayış binasına 0.0083 ha torpaq sahəsi ilə birlikdə və Cavabdeh2 məxsus Yevlax şəhəri, Füzuli küçəsi, 7 saylı fərdi yaşayış evinə 0.0327 ha torpaq sahəsi ilə birlikdə yönəldilərək həmin qeyri-yaşayış sahəsi və yaşayış evi açıq hərracdan satılmaqla satış hesabına əldə edilmiş vəsaitdən borc İddiaçı ASC-yə ödənilməsi, Yevlax şəhəri, Heydər Əliyev prospekti, 21/7 ünvanında yerləşən qeyri-yaşayış binasının 0.0083 ha torpaq sahəsi ilə birlikdə ilkin satış qiyməti 140,000 (bir yüz qırx min) manat, Yevlax şəhəri, Füzuli küçəsi, 7 saylı fərdi yaşayış evinin 0.0327 ha torpaq sahəsi ilə birlikdə ilkin satış qiyməti 70,000 (yetmiş min) manat müəyyən edilməsi, Yevlax şəhəri, Heydər Əliyev prospekti, 21/7 ünvanında yerləşən qeyriyaşayış binası 0.0083 ha torpaq sahəsi ilə birlikdə satıldıqdan sonra ən geci bir ay ərzində tərk etmədiyi təqdirdə Cavabdeh1 həmin qeyri-yaşayış sahəsindən istifadə hüququ itirilmiş hesab edilməklə çıxarılması və onun tərəfindən qeyri-yaşayış sahəsi boşaldılması, Yevlax şəhəri, Füzuli küçəsi, 7 saylı fərdi yaşayış evi 0.0327 ha torpaq sahəsi ilə birlikdə satıldıqdan sonra Cavabdeh2 ən geci bir ay ərzində tərk etmədiyi təqdirdə həmin yaşayış sahəsindən istifadə hüququ itirilmiş hesab edilməklə çıxarılması və onun tərəfindən yaşayış sahəsinin boşaldılması, Cavabdeh1 xx xxxxxx 2015-ci il tarixli 115.LN.2004.080115.00002 saylı kredit müqaviləsi üzrə 13,123.31 manat əsas, 2,218.92 manat faiz borcu və 200 manat cərimə, cəmi 15,542 (on beş min beş yüz qırx iki) manat 23 (iyirmi üç) qəpik tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi, Tələb bu müqavilə üzrə ipoteka predmeti olan, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 qızına və Cavabdeh6 məxsus Yevlax şəhəri, C.Əzizov küçəsi, 49 saylı fərdi yaşayış evinə 0.05 ha torpaq sahəsi ilə birlikdə yönəldilərək həmin qeyri-yaşayış sahəsi açıq hərracdan satılmaqla satış hesabına əldə edilmiş vəsaitdən borc İddiaçı ASC-yə ödənilməsi, Yevlax şəhəri, C.Əzizov küçəsi, 49 saylı fərdi yaşayış evinin 0.05. ha torpaq sahəsi ilə birlikdə ilkin satış qiyməti 130,000 (bir yüz otuz min) manat müəyyən edilməsi, Yevlax şəhəri, C.Əzizov küçəsi, 49 saylı fərdi yaşayış evi 0.05 ha torpaq sahəsi ilə birlikdə satıldıqdan sonra ən geci bir ay ərzində tərk etmədikləri təqdirdə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 qızı və Cavabdeh6 həmin yaşayış sahəsindən istifadə hüququ itirilmiş hesab edilməklə çıxarılsınlar və onlar tərəfindən yaşayış sahəsinin boşaldılması, ödənilmiş 30.40 manat məbləğində dövlət rüsumunun və 124 manat məbləğində bildirişin DƏDRX-da qeydiyyata alınmasına dair xərcin əvəzinin, cəmi 154 (bir yüz əlli dörd) manat 40 (qırx) qəpik cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 qızından və Cavabdeh6 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. İşin hаllаrı : İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh6 qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh1 xx xxxxxx 2014-cü il tarixli, 115.LN.2105.220814.00001 saylı kredit müqaviləsi üzrə 17,163.35 manat əsas, 4,073.03 manat faiz borcun və 4,068.90 manat cərimənin, cəmi 25,305.28 manat məbləğinə borcun tutulması, Cavabdeh2 məxsus Yevlax şəhəri, Füzuli küçəsi 14/2 saylı qeyri-yaşayış binasına 0.0081 ha torpaq sahəsi ilə birlikdə yönəldilməsi, həmin qeyriyaşayış binanın torpaq sahəsi ilə birlikdə açıq hərracda satılması və borcun həmin qeyriyaşayış binasının açıq hərracda satışından əldə olunan vəsait hesabına ödənilməsi, tutmanın Cavabdeh2 məxsus Yevlax şəhəri, Füzuli küçəsi, 14/2 saylı qeyri-yaşayış binasına 0.081 ha torpaq sahəsi ilə birlikdə yönəldildikdə və onun satışından 1 ay sonra Yevlax şəhəri, Füzuli küçəsi, 14/2 saylı qeyri-yaşayış binasından 0.0081 ha torpaq sahəsi ilə birlikdə istifadə hüququnun itirilmiş hesab edilməsi və əmlakın boşaldılması, xx xxxxxxxx 2014-cü il tarixli 115.LN.2105.300914.00001 saylı Kredit Müqaviləsi üzrə Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 95,472.92 manat əsas, 24,633.79 manat faiz, 9,283.31 manat cərimə olmaqla, cəmi borcu 129,390.02 manat məbləğində borcun tutulması, tutmanın xx xxxxxxxx 2014-cü il tarixli 115.CL.080212.00001/a saylı sonrakı İpoteka müqaviləsi üzrə Cavabdeh1 məxsus Yevlax şəhəri, Heydər Əliyev prospekti 21/7 saylı qeyri-yaşayış binasına 0.0083 ha torpaq sahəsi ilə birlikdə yönəldilməsi, həmin qeyri-yaşayış binanın torpaq sahəsi ilə birlikdə açıq hərracda satılması və borcun həmin qeyri-yaşayış binasının torpaq sahəsi ilə birlikdə açıq hərracda satışından əldə olunan vəsait hesabına ödənilməsi, tutmanın xx xxxxxxxx 2014-cü il tarixli 115.CL. 171012.00001/b saylı sonrakı İpoteka müqaviləsi üzrə Cavabdeh2 məxsus Yevlax şəhəri, Füzuli küçəsi, 7 saylı fərdi yaşayış evinə 0.0327 ha torpaq sahəsi ilə birlikdə yönəldilməsi, həmin fərdi yaşayış evinin torpaq sahəsi ilə birlikdə açıq hərracda satılması və borcun həmin fərdi yaşayış evinin torpaq sahəsi ilə birlikdə açıq hərracda satışından əldə olunan vəsait hesabına ödənilməsi, tutmanın Cavabdeh1 a məxsus Yevlax şəhəri, Heydər Əliyev prospekti 21/7 saylı qeyri-yaşayış binasına 0.0083 ha torpaq sahəsi ilə birlikdə yönəldildikdə və onun satışından 1 ay sonra həmin qeyri-yaşayış binasından 0.0083 ha torpaq sahəsi ilə birlikdə istifadə hüquqlarının itirilmiş hesab edilməsi və əmlakın boşaldılması, Cavabdeh2 məxsus Yevlax şəhəri, Füzuli küçəsi, 7 saylı fərdi yaşayış evinə 0.0327 ha torpaq sahəsi ilə birlikdə yönəldikdə və onun satışından 1 ay sonra fərdi yaşayış evindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi, evdən çıxarılması və əmlakın boşaldılması, xx xxxxxx 2015-ci il tarixli 115.LN.2004.080115.00002 saylı Kredit Müqaviləsi üzrə Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 13,123.31 manat əsas, 2,401.12 manat faiz, 1,966.71 manat cərimə olmaqla, cəmi borcu 17491.14 manat məbləğində borcun tutulması, tutmanın xx xxxxxx 2015-ci il tarixli 115.CL.080115.00002/a saylı İpoteka müqaviləsi üzrə Cavabdeh2, Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 məxsus Yevlax şəhəri, C.Əzizov küçəsi, 49 saylı fərdi yaşayış evinə 0.05 ha torpaq sahəsi ilə birlikdə yönəldilməsi, həmin evin torpaq sahəsi ilə birlikdə açıq hərracda satılması və borcun fərdi yaşayış evinin torpaq sahəsi ilə birlikdə açıq hərracda satışından əldə olunan vəsait hesabına ödənilməsi, Cavabdeh2, Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 məxsus Yevlax şəhəri, C.Əzizov küçəsi, 49 saylı fərdi yaşayış evinə 0.05 ha torpaq sahəsi ilə birlikdə yönəldikdə və onun satışından 1 ay sonra fərdi yaşayış evindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi, evdən çıxarılması və əmlakın boşaldılması, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu və 124 manat məbləğində bildiriş DƏDRX-da qeydiyyata alınmasına dair xərcin cavabdehlərdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini belə əsaslandırmışlar ki, xx xxxxxx 2014-cü il tarixli, 115.LN.2105.220814.00001 saylı kredit müqaviləsinin şərtlərinə uyğun olaraq Cavabdeh1 illik 20 faizlə 24 ay müddətinə 20,000 manat, xx xxxxxxxx 2014-cü il tarixli 115.LN.2105.300914.00001 saylı kredit müqaviləsinin şərtlərinə uyğun olaraq Cavabdeh1 illik 19 faizlə 36 ay müddətinə 130,000 manat, xx xxxxxx 2015-ci il tarixli 115.LN.2004.080115.00002 saylı kredit müqaviləsinin şərtlərinə uyğun olaraq Cavabdeh1 illik 6 faizlə 36 ay müddətinə 15,000 manat məbləğində kredit verilmişdir. xx xxxxxx 2014-cü il tarixli, 115.LN.2105.220814.00001 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi üçün İddiaçı ASC (ipoteka saxlayan) ilə Cavabdeh2 (ipotka qoyan) arasında xx xxxxxx 2014-cü il tarixli, 115.CL.220814.00001/g saylı İpoteka müqaviləsi bağlanmış və həmin müqavilənin şərtlərinə görə İddiaçı ASC-yə Yevlax şəhəri, Füzuli küçəsi, 14/2 saylı qeyri-yaşayış binasına 0.0081 ha torpaq sahəsi ilə birlikdə ipoteka hüququ verilmiş və onların qeydiyyatı RX seriyalı ******* nömrəli çıxarışla təsdiqlənmiş, xx xxxxxxxx 2014-cü il tarixli 115.LN.2105.300914.00001 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi üçün İddiaçı ASC (ipoteka saxlayan) ilə Cavabdeh2 (ipoteka qoyan) arasında xx xxxxxxxx 2014-cü il tarixli 115.CL.171012.00001/b saylı sonrakı ipoteka müqaviləsi bağlanmış və Cavabdeh1 (ipoteka qoyan) arasında xx xxxxxxxx 2014-cü il tarixli 115.CL.080212.00001/a saylı ipoteka müqaviləsi bağlanmış və həmin müqavilənin şərtlərinə görə İddiaçı ASC-yə Cavabdeh2 məxsus Yevlax şəhəri, Füzuli küçəsi, 7 saylı fərdi yaşayış evinə 0.0327 ha torpaq sahəsi ilə birlikdə ipoteka hüququ verilmiş və onun qeydiyyatı RX seriyalı 0492143, Cavabdeh1 məxsus Yevlax şəhəri, Füzuli küçəsi 7 saylı fərdi yaşayış evinə 0.0327 ha torpaq sahəsi ilə birlikdə ipoteka hüququ verilmiş və onun qeydiyyatı RX seriyalı ******* saylı qeyri-yaşayış binasına 0.0083 ha torpaq sahəsi ilə birlikdə ipoteka hüququ verilmiş və onun qeydiyyatı RX sariya0492142 nömrəli çıxarışla təsdiqlənmiş, xx xxxxxx 2015-ci il tarixli 115.LN.2004.080115.00002 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi üçün İddiaçı ASC (ipoteka saxlayan) ilə Cavabdeh2, Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 (ipoteka qoyan) arasında xx xxxxxx 2015-ci il tarixli 115.CL.080115.00002/1 saylı ipoteka müqaviləsi bağlanmış və həmin müqavilələrin şərtlərinə görə İddiaçı ASC-yə Yevlax şəhəri, C.Əzizova küçəsi, 49 saylı fərdi yaşayış evinə 0.05. ha torpaq sahəsi ilə birlikdə ipoteka hüququ verilmiş və onun qeydiyyatı RX seriya ******* nömrəli çıxarışla təstiqlənmişdir. Cavabdeh1 xx xxxxxx 2014-cü il tarixli 115.LN.xx.xx.220814.00001 saylı kredit müqaviləsi üzrə İddiaçı ASC-yə xx xxxxxx 2017-ci il tarixə olan borcu 17,163.35 manat əsas, 4,073.03 manat faiz borcun və 4,068.90 manat cərimə borcun, cəmi 25,305.28 manat xx xxxxxxxx 2014-cü il tarixli 115.LN.2105.300914.0001 saylı kredit müqaviləsi üzrə xx xxxxxx 2018-ci il tarix olan borc 95,472.92 manat əsas, 24,633.79 manat faiz borcun və 9,283.31 manat cərimə borcun, cəmi 129,390.02 manat, xx xxxxxx 2015-ci il tarixli 115.LN.2004.080115.0002 saylı kredit müqaviləsi üzrə xx xxxxxx 2018-ci il tarixə olan borcu 13,123.31 manat əsas, 2,401.12 manat faiz borcu və 1,966.71 manat cərimə borcun, cəmi 17,491.14 manat təşkil edir. Birinci instansiya məhkəməsində İddiaçı ASC-nin nümayəndəsi Elmar Əliyev məhkəmə iclası zamanı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinə Cavabdeh1 ərizə göndərərək məhkəmə baxış iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyini qeyd edərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Brinci instansiya məhkəməsində digər cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh6 iştirak etməmişlər. İş üzrə yuxаrıdа göstərilən məhkəmə qətnаməsi çıxаrılmışdır. Apelyasiya şikаyətinin dəlilləri : İddiaçının “xxxx” ASC apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi ipoteka predmeti olan daşınmaz əmlakların bazar qiymətini müəyyən etmişdir. Lakin həmin qiymətlər hazırkı reallığı əks etdirmir, daşınmaz əmlakların qiyməti aşağı düşmüşdür. Qeyd edilən əmlaklar ipotekaya qoyularkən müəyyən edilən bazar qiyməti ilə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilən qiymət arasında iki dəfəyədək fərq vardır. Ona görə də ipoteka predmeti olan daşınmaz əmlakların qiymətinin ekspertiza təyin edilməklə müəyyən edilməsini və qətnamənin həmin hissədə ləğv edilməsini xahiş etmişdir. Cavabdeh1 apelyasiya şikayətini belə əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iddiaçının ipoteka predmetlərinə tutma yönəldildikdən və satıldıqdan sonra bir ay müddətində cavabdehlərin həmin fərdi yaşayış evlərinə münasibətdə istifadə hüquqlarının itirilməsi, qeyriyaşayış sahələrinin boşaldılması tələbini təmin etmişdir. Bunu əsassız hesab edir, belə ki, qeyd edilən qətnamə icraya yönəldilməmiş həmin müddəanın qeyd edilməsi əsasssızdır. Cavabdeh qeyd edir ki, faiz və cərimə borcunun həddindən artıq olduğundan həmin məbləğin azaldılmalıdır. Ona görə də qətnamənin ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izаhаtlаrı : Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tərəflərə rəsmi qaydada məlumat verilməsinə (həmçinin SMS məlumatlandırma göndərilmişdir) baxmayaraq, tərəflər məhkəmə kollegiyasının iclasında gəlmədiklərindən gəlmədiklərinə görə işə onların iştirakı olmadan baxılmasını Azərbaycan Respublikası Mülki Prоsessuаl Məcəlləsinin 376.2-ci maddəsinə uyğun hesab etdi. Hüquq məsələləri : Azərbaycan Respublikası Mülki Prоsessuаl Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı mаddəsində deyilir ki, аpelyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsinin qətnаməsinin əsаslılığını оnun bаrəsində аçıq və yа dоlаyısı ilə mübаhisə edilən hissəsi üzrə, şikаyət qərаrın ləğv edilməsinə yönəldikdə və yа аpelyаsiyа şikаyətində və оnа etirаzlаrdа ifаdə оlunmuş dəlillərə əsаsən mübаhisənin predmeti bölünməz оlduqdа isə tаm yоxlаyır. Həmin Məcəllənin 372.7-ci mаddəsinə görə, аpelyаsiyа instаnsiyаsı məhkəməsi şikаyətin dəlillərindən аsılı оlmаyаrаq, məhkəmənin mаddi və prоsessuаl hüquq nоrmаlаrınа riаyət etməsini yоxlаyır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Təqdim edilmiş İddiaçı ASC-nin Yevlax filialı ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli, 115.LN.2105.220814.00001 saylı kredit müqaviləsinin surətində müəyyən olunur ki, bu müqavilə əsasında Cavabdeh1 illik 20 faizlə 24 ay müddətinə 20,000 manat məbləğində kredit verilmiş, həmin müqavilənin təminatı olaraq eyni tərəflər və Cavabdeh2 arasında xx xxxxxx 2014-cü il tarixli, 115.CL.220814.00001/g saylı İpoteka müqaviləsi bağlanmış və həmin müqavilənin şərtlərinə görə Yevlax şəhəri, Füzuli küçəsi, 14/2 saylı qeyri-yaşayış binasına 0.0081 ha torpaq sahəsi ilə birlikdə Bank qarşısında yüklü edilmişdir. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxxxx 2014-cü il tarixli 115.LN.2105.300914.00001 saylı kredit müqaviləsinin şərtlərinə görə sonuncuya illik 19 faizlə 36 ay müddətinə 130,000 manat kredit verilmiş, müqavilənin təminatı olaraq eyni tərəflər və Cavabdeh2 arasında xx xxxxxxxx 2014-cü il tarixli 115.CL.171012.00001/b saylı sonrakı ipoteka müqaviləsi və Bankla Cavabdeh1 arasında xx xxxxxxxx 2014-cü il tarixli 115.CL.080212.00001/a saylı ipoteka müqavilələri bağlanmış, müvafiq olaraq Cavabdeh2 məxsus Yevlax şəhəri Füzuli küçəsi, 7 saylı fərdi yaşayış evi 0.0327 ha torpaq sahəsi ilə birlikdə və Cavabdeh1 məxsus Yevlax şəhəri, Heydər Əliyev prospekti, 21/7 ünvanında yerləşən qeyri-yaşayış binası 0.0083 ha torpaq sahəsi ilə birlikdə Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli 115.LN.2004.080115.00002 saylı kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh1 illik 6 faizlə 36 ay müddətinə 15,000 manat məbləğində kredit verilmiş, bu müqavilənin təminatı olaraq İddiaçı ASC (ipoteka saxlayan) ilə Cavabdeh2, Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 (ipoteka qoyan) arasında xx xxxxxx 2015-ci il tarixli 115.CL.080115.00002/1 saylı ipoteka müqaviləsi bağlanaraq Yevlax şəhəri, C.Əzizov küçəsi, 49 saylı fərdi yaşayış evi 0.05. ha torpaq sahəsi ilə birlikdə Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Qeyd edilən ipoteka müqavilələri barədə daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeyd aparılmış və həmin qeyddən çıxarışlar verilmişdir. “xxxx” MMC tərəfindən təqdim edilmiş mütəxəssis rəyində isə Yevlax şəhəri, Füzuli küçəsində Cavabdeh2 mülkiyyətində olan 0.0327 ha torpaq sahəsi ilə birlikdə, həmin torpaq sahəsi üzərində yerləşən 2 mərtəbəli, 2 otaqlı, 144.50 m2 ümumi, 44.99 m2 yaşayış, 99.51 m2 yardımçı sahədən və tikintialtı sahəsi 30.07 m olan yarımçıq tikili (liter B), 8.47 m olan hasar (liter 1) və darvazadan (liter 2) ibarət 7 nömrəli fərdi yaşayış evinin dəyəri 70,000 manat , Yevlax şəhəri, Füzuli küçəsində, Cavabdeh2 mülkiyyətində olan, 0.0081 ha torpaq sahəsi ilə birlikdə, həmin torpaq sahəsi üzərində 1 mərtəbəli, 62.90 m2 ümumi sahədən ibarət 14/2 nömrəli qeyri-yaşayış binasının dəyəri 60,000 manat, Yevlax şəhəri, C.Əzizov küçəsində mülkiyyətdə olan 0.05 ha torpaq sahəsi ilə birlikdə, həmin torpaq sahəsi üzərində yerləşən 2 mərtəbəli 2 otaqlı, 78.4 ümumi, 47.2 m2 yaşayış, 31.2 m2 yardımçı sahədən ibarət yaşayış evi (liter A), 2 mərtəbəli, 3 otaqlı, 186.2 m ümumi, 88.0 m yaşayış, 98.2 m yardımçı sahədən ibarət yaşayış evi (liter B) və tikintialtı sahəsi 20.50 m2 olan təsərrüfat binası (liter C), 11.60 m2 olan m olan hamam (liter D), 2.80 m olan ayaqyolu (liter 1), 0.55 m olan hasar (liter 2) və darvazadan (liter 3) ibarət 49 nömrəli fərdi yaşayış evinin dəyəri 130,000 manat və Yevlax şəhəri, Heydər Əliyev prospektində Cavabdeh1 mülkiyyətində olan, 0,0083 ha torpaq sahəsi ilə birlikdə, həmin torpaq sahəsi üzərində yerləşən 67.87 m2 ümumi sahədən ibarət 21/7 nömrəli qeyri-yaşayış binasının dəyəri 140,000 manat həcmində qiymətləndirilmişdir. Maliyyə arayışlarına əsasən İddiaçı ASC-nin Yevlax filialı ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli, 115.LN.2105.220814.00001 saylı kredit müqaviləsi üzrə kredit müqaviləsinin müddətinin bitdiyi tarixə 19,983.33 manat əsas, 11.10 manat faiz, 11.10 manat cərimə, xx xxxxxx 2019-cu il tarixə 17,163.35 manat əsas, 10,297.43 manat faiz, 10,297.43 manat cərimə, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxxxx 2014-cü il tarixli 115.LN.2105.300914.00001 saylı kredit müqaviləsi üzrə kredit müqaviləsinin müddətinin bitdiyi tarixə 95,472.92 manat əsas, 18,687.98 manat faiz, 3,337.5 manat cərimə, xx xxxxxx 2019-cu il tarixə 95,472.92 manat əsas, 53,405.44 manat faiz, 38,054.96 manat cərimə, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli 115.LN.2004.080115.00002 saylı kredit müqaviləsi üzrə kredit müqaviləsinin müddətinin bitdiyi tarixə 13,123.31 manat əsas, 2,218.92 manat faiz, 1,784.5 manat cərimə, xx xxxxxx 2019-cu il tarixə 13,123.31 manat əsas, 7,605 manat faiz, 7,170.73 manat cərimə borcu mövcuddur. Məhkəmə kollegiyası tərəfindən xx.xx.2019-cu il tarixli qərardadla təyin edilmiş məhkəməmühasibatlıq ekspertizasının xx.xx.2020-ci il tarixli 31407 nömrəli rəyinin nəticə hissəsindən müəyyən edilir ki: xx xxxxxx 2014-cü il tarixli, 115.LN.2105,220814,00001 saylı kredit razılaşması üzrə, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan maliyyə arayışı, hesabdan çıxarış məlumatlarında və xx xxxxxx 2014-cü il tarixli, 115.LN.2105.220814.00001 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh1 xx xxxxxx 2016-cı il tarixə (sualda qeyd edilən tarixə) İddiaçı ASC-yə olan borcu ümumilikdə 20.050,04 manat məbləğində müəyyən edilir, o cümlədən: xx.xx.2016-cı il tarixə (sualda qeyd edilən tarixə): əsas borc üzrə 20.000,00 manat, faiz borcu üzrə 50,04 manat, xx xxxxxxxx 2014-cü il tarixli, 115.LN.2105.300914.00001 saylı kredit razılaşması üzrə: rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan maliyyə arayışı, hesabdan çıxarış məlumatlarında və xx xxxxxxxx 2014-cü il tarixli, 115.LN.2105.300914.00001 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh1 xx xxxxxxxx 2017-ci il tarixə (sualda qeyd edilən tarixə) İddiaçı ASC-yə olan borcu ümumilikdə 115.368,04 manat məbləğində müəyyən edilir, o cümlədən: əsas borc üzrə 98.570,31 manat, faiz borcu üzrə 16.797,73 manat, xx xxxxxx 2015-ci il tarixli,115.LN.2004.080115,00002 saylı kredit razılaşması üzrə: rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan maliyyə arayışı, hesabdan çıxarış məlumatlarında və xx xxxxxx 2015-ci il tarixli, 115.LN.2004,080115.00002 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh1 xx xxxxxx 2018-ci il tarixə (sualda qeyd edilən tarixə) İddiaçı ASC-yə olan borcu ümumilikdə 13.858,59 manat məbləğində müəyyən edilir, o cümlədən: əsas borc üzrə 13.151,94 manat, faiz borcu üzrə 706,65 manat müəyyən edilmiş. Aparılmış tədqiqatın dəyərinin 150 manat olması qeyd edilmişdir. X2 xx.xx.2020-ci il tarixli ƏEM/Y12-012/20 nömrəli ipoteka predmeti olan əmlakların qiymətləndirilməsi ilə bağlı rəyinin nəticə hissəsindən görünür ki, Yevlax şəhəri, Füzuli küçəsi, 14/2 saylı qeyri-yaşayış binasının 0.0081 ha torpaq sahəsi ilə birlikdə real bazar dəyəri 63,000 (altmış üç min) manat, Yevlax şəhəri, Heydər Əliyev prospekti, 21/7 ünvanında yerləşən qeyri-yaşayış binasının 0.0083 ha torpaq sahəsi ilə birlikdə real bazar dəyəri 102,000 (bir yüz iki min) manat, Yevlax şəhəri, Füzuli küçəsi, 7 saylı fərdi yaşayış evinin 0.0327 ha torpaq sahəsi ilə birlikdə real bazar dəyəri 70,000 (yetmiş min) manat, Yevlax şəhəri, C.Əzizov küçəsi, 49 saylı fərdi yaşayış evinin 0.05 ha torpaq sahəsi ilə birlikdə real bazar dəyəri 112,000 (bir yüz on iki min) manat müəyyən edilmişdir. Aparılmış tədqiqatın dəyərinin 300 manat müəyyən edilməsi qeyd edilmişdir. Məhkəmə kоllegiyаsı аşаğıdаkı hаllаrа görə bu qənаətə gəldi ki, birinci instаnsiyа məhkəməsi mübаhisəni tərəflərə münаsibətdə qismən düzgün həll etmişdir. Mülki Məcəllənin (bundan sonra – MM) 739-cu maddəsinə əsasən kredit müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Tərəflər arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli, 115.LN.2105.220814.00001 saylı kredit müqaviləsi ilə Cavabdeh1 illik 20 faizlə 24 ay müddətinə 20,000 manat məbləğində kredit verilmiş, xx xxxxxxxx 2014-cü il tarixli 115.LN.2105.300914.00001 saylı kredit müqaviləsi ilə sonuncuya illik 19 faizlə 36 ay müddətinə 130,000 manat kredit verilmiş, həmçinin xx xxxxxx 2015ci il tarixli 115.LN.2004.080115.00002 saylı kredit müqaviləsinin şərtlərinə görə sonuncuya illik 6 faizlə 36 ay müddətinə 15,000 manat məbləğində kredit verilmişdir. Həmin müqavilənin şərtlərinə görə Bank krediti Borcalanın mülkiyyətinə verir, borcalan isə müəyyən edilmiş müddətdə onu faizi ilə birlikdə Borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Bu müqaviləyə əsasən borc alan öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə dəbbə pulu ödəməlidir. Cavabdeh-borc alan krediti alsa da, yəni iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyini icra etsə də, cavabdeh müəyyən olunmuş qrafik əsasında ödənişləri həyata keçirməmiş və nəticədə onun banka əsas borc üzrə tələb edilən borcu yaranmışdır. Beləliklə, cavabdeh müəyyən olunmuş qrafik əsasında ödənişləri vaxtında həyata keçirməməklə, MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, iddiaçı cavabdehdən kredit müqaviləsinin icrasını tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, kredit müqaviləsi üzrə borc verənin krediti verməsi borc alanın aldığı pul vəsaitini borc verənə qaytarmasını şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1-cimaddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. MM-in 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. MM-in423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. MM-in424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəfin öhdəlikinə xitam verilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1-ci maddəsinə görə isə əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır. MM-in317-ci maddəsində isə təsbit edilmişdir ki, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən kredit müqavilələrinin təminatı olaraq tərəflər və Cavabdeh2 arasında xx xxxxxx 2014-cü il tarixli, 115.CL.220814.00001/g saylı İpoteka müqaviləsi bağlanmış və həmin müqavilənin şərtlərinə görə Yevlax şəhəri, Füzuli küçəsi, 14/2 saylı qeyri-yaşayış binasına 0.0081 ha torpaq sahəsi ilə birlikdə, tərəflər və Cavabdeh2 arasında xx xxxxxxxx 2014-cü il tarixli 115.CL.171012.00001/b saylı sonrakı ipoteka müqaviləsi və Bankla Cavabdeh1 arasında xx xxxxxxxx 2014-cü il tarixli 115.CL.080212.00001/a saylı ipoteka müqavilələri bağlanmış, müvafiq olaraq Cavabdeh2 məxsus Yevlax şəhəri Füzuli küçəsi, 7 saylı fərdi yaşayış evi 0.0327 ha torpaq sahəsi ilə birlikdə və Cavabdeh1 məxsus Yevlax şəhəri, Heydər Əliyev prospekti, 21/7 ünvanında yerləşən qeyri-yaşayış binası 0.0083 ha torpaq sahəsi ilə birlikdə Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Həmçinin İddiaçı ASC (ipoteka saxlayan) ilə Cavabdeh2, Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 (ipoteka qoyan) arasında xx xxxxxx 2015-ci il tarixli 115.CL.080115.00002/1 saylı ipoteka müqaviləsi bağlanaraq Yevlax şəhəri, C.Əzizov küçəsi, 49 saylı fərdi yaşayış evi 0.05. ha torpaq sahəsi ilə birlikdə Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Qeyd edilən ipoteka müqavilələri barədə daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeyd aparılmış və həmin qeyddən çıxarışlar verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icranı təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətinin dəlili olan cavabdehlərin həddən artıq maliyyə məsuliyyətinə cəlb edilməsi ilə bağlı qeyd edir ki, Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2020-ci il tarixli 31407 nömrəli rəyindən görünür ki, xx xxxxxx 2014-cü il tarixli, 115.LN.2105,220814,00001 saylı kredit razılaşması üzrə əsas borc üzrə 20.000,00 manat, faiz borcu üzrə 50,04 manat, xx xxxxxxxx 2014-cü il tarixli, 115.LN.2105.300914.00001 saylı kredit razılaşması üzrə əsas borc üzrə 98.570,31 manat, faiz borcu üzrə 16.797,73 manat, həmçinin xx xxxxxx 2015-ci il tarixli,115.LN.2004.080115.00002 saylı kredit razılaşması üzrə əsas borc üzrə 13.151,94 manat, faiz borcu üzrə 706,65 manat təşkil edir. Birinci instansiya məhkəməsi isə qəbul etdiyi qətnamədə xx xxxxxx 2014-cü il tarixli, 115.LN.2105.220814.00001 saylı kredit müqaviləsi üzrə 17,163.35 manat əsas, 11.10 manat faiz borcu və 200 manat cərimə borcu, cəmi 17,374 (on yeddi min üç yüz yetmiş dörd) manat 45 (qırx beş) qəpik vəsaitin, xx xxxxxxxx 2014-cü il tarixli 115.LN.2105.300914.00001 saylı kredit müqaviləsi üzrə 95,472.92 manat əsas, 18,687.98 manat faiz borcu, 200 manat cərimə, cəmi 114,360 (bir yüz on dörd min üz yüz altmış) manat 90 (doxsan) qəpik vəsaitin, həmçinin xx xxxxxx 2015-ci il tarixli 115.LN.2004.080115.00002 saylı kredit müqaviləsi üzrə 13,123.31 manat əsas, 2,218.92 manat faiz borcu və 200 manat cərimə, cəmi 15,542 (on beş min beş yüz qırx iki) manat 23 (iyirmi üç) qəpik tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən tutulan kredit borcu üzrə gəldiyi nəticə məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə uyğun olmalıdır. Belə ki, qeyd edilən ekspet rəyini istisna edə biləcək sübut məhkəməyə təqdim edilməmişdir. Kollegiya belə vəziyyətdə ekspert rəyini şübhə altına alan hər hansı bir hal müəyyən etmədiyindən ekspert rəyi ilə razılaşmalı olur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən kredit müqavilələri üzrə cavabdehdən tutulan məbləğlər ekspert rəyində müəyyən edilən məbləğlərdən əsasən kiçik olduğundan yalnız ekspert rəyində müəyyən edilən məbləğlərindən artıq məbləğlər ekspert rəyinə uyğun tutulmalıdır. Belə ki, tərəflər arasında bağlanmış xx xxxxxxxx 2014-cü il tarixli, 115.LN.2105.300914.00001 saylı kredit razılaşması üzrə faiz borcu üzrə 18,687.98 manat məbləğ azaldılaraq ekspert rəyinə uyğun 16.797,73 manat və xx xxxxxx 2015-ci il tarixli,115.LN.2004.080115,00002 saylı kredit razılaşması üzrə faiz borcu olan 2,218.92 manat məbləğ azaldılaraq 706,65 manat müəyyən edilməlidir. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, məhkəmə kollegiyası tərəfindən təyin edilən əmlakın qiymətləndirilməsi barədə X2 xx.xx.2020-ci il tarixli ƏEM/Y12-012/20 nömrəli rəyin ə uyğun olaraq Yevlax şəhəri, Füzuli küçəsi, 14/2 saylı qeyri-yaşayış binasının 0.0081 ha torpaq sahəsi ilə birlikdə real bazar dəyəri 63,000 (altmış üç min) manat, Yevlax şəhəri, Heydər Əliyev prospekti, 21/7 ünvanında yerləşən qeyri-yaşayış binasının 0.0083 ha torpaq sahəsi ilə birlikdə real bazar dəyəri 102,000 (bir yüz iki min) manat, C.Əzizov küçəsi, 49 saylı fərdi yaşayış evinin 0.05 ha torpaq sahəsi ilə birlikdə real bazar dəyəri 112,000 (bir yüz on iki min) manat müəyyən edilməlidir. Digər ipoteka predmeti olan Yevlax şəhəri, Füzuli küçəsi, 7 saylı fərdi yaşayış evinin 0.0327 ha torpaq sahəsi ilə birlikdə real bazar dəyəri 70,000 (yetmiş min) manat müəyyən edilmiş və bu qiymət birinci instansiya məhkəməsinin müəyyənləşdirdiyi qiymətlə eynidir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunu məhkəmənin azalda bilməsini nəzərdə tutmuşdur. Göründüyü kimi dəbbə pulunun azalda bilməsi məhkəmənin hüququ kimi nəzərdə tutulmuşdur. Həm də istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azalda bilməsi göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır. Birinci instansiya məhkəməsi cərimə borcunu müəyyənləşdirərkən bu tənasüblüyü nəzərə aldığından, cavabdehin bununla bağlı apelyasiya şikayətinin dəlilləri əsaslı hesab edilməməlidir. Bundan əlavə cavabdehin apelyasiya şikayətinin ipoteka predmeti olan yaşayış evinin satıldıqdan sonra onun boşaldılması ilə bağlı dəlillərinə münasibətdə qeyd edilir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Hazırkı ipoteka predmeti yaşayış sahəsinə münasibətdə qanunvericilikdə müəyyən edilən göstərilən şərtlər ödənildiyindən apelyasiya şikayətində irəli sürülən bu dəlili də əsassızdır. Apelyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, hər iki tərəfin apelyasiya şikayətinin dəlilləri qismən əsalıdır və şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi üçün əsasdır. Belə ki, yuxarıda qeyd edilən kredit müqavilələri üzrə faiz borcunun məbləğləri iş üzrə təyin edilmiş məhkəmə-mühasibatıq ekspertizasının rəyinə, həmçinin yuxarıda qeyd edilən müvafiq ipoteka predmetlərinin dəyərləri müəyyən edilmiş real bazar dəyərinə uyğun müəyyən edilməklə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə əsasən aparılmış ekspert və mütəxəssis tədqiqatınin dəyəri isə tərəflərdən müştərək qaydada tutulub ödənilməlidir. Beləliklə, məhkəmə kоllegiyаsı bu qənаətə gəldi ki, Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 384.0.3-ci mаddəsinə əsаsən, həmin qətnаmə apelyasiya şikayəti verən şəxslərə münasibətdə dəyişdirilməli, аpelyаsiyа şikаyətləri isə qismən təmin edilməlidir. Yuxаrıdа göstərilənlərə əsаsən, məhkəmə kollegiyаsı qət etdi: İddiaçı ASC və Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətləri qismən təmin edilsin. Yevlax Rayon Məhkəməsinin Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(039)-262/2019 nömrəli qətnaməsi dəyişdirilərək- tərəflər arasında bağlanmış xx xxxxxxxx 2014-cü il tarixli, 115.LN.2105.300914.00001 saylı kredit razılaşması üzrə faiz borcu 16.797,73 manat müəyyən edilməklə, cəmi tutulan məbləğ 112470,65 (bir yüz on iki min dörd yüz yetmiş manat, 65 qəpik) manat, xx xxxxxx 2015-ci il tarixli,115.LN.2004.080115,00002 saylı kredit razılaşması üzrə faiz borcu olan 706,65 manat olmaqla cəmi tutulan məbləğ 14029,96 (on dörd min iyirmi doqquz manat doxsan altı qəpik) manat, ipoteka predmeti olan Yevlax şəhəri, Füzuli küçəsi, 14/2 saylı qeyriyaşayış binasının 0.0081 ha torpaq sahəsi ilə birlikdə real bazar dəyəri 63,000 (altmış üç min) manat, Yevlax şəhəri, Heydər Əliyev prospekti, 21/7 ünvanında yerləşən qeyri-yaşayış binasının 0.0083 ha torpaq sahəsi ilə birlikdə real bazar dəyəri 102,000 (bir yüz iki min) manat, C.Əzizov küçəsi, 49 saylı fərdi yaşayış evinin 0.05 ha torpaq sahəsi ilə birlikdə real bazar dəyəri 112,000 (bir yüz on iki min) manat müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlansın. Məhkəmə-mühasibatlıq ekspertiza tədqiqatının dəyəri olan 150 (bir yüz əlli) manat pulun İddiaçı ASC-dən və Cavabdeh1 hər birindən 75 (yetmiş beş) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin -VÖEN ********** Dövlət Xəzinədarlığı agentliyi, KOD 210005 VÖEN ********** m/h AZ 41 NABZ******************** S.W.İ.F.T. BİK CTREAZ 22.- hesabına köçürülsün. Əmlakın qiymətləndirilməsi barədə tədiqatın dəyəri olan 300 (üç yüz) manat pulun İddiaçı ASC-dən və Cavabdeh1 hər birindən 150 (bir yüz əlli) manat tutularaq “X4” Məhdud Məsuliyyətli Cəmiyyətin hesabına- VÖEN:**********, Hesab N AZN:AZ30GUNA********************, Bank:GUNAY BANK ASC, VÖEN:**********, Müxbir hesab:AZ25NABZ********************, KOD:505594; SWİFT:GUNAAZ22-ödənilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar