Məhkəmə qərarları › İş №2(107)-186/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-186/2021

18.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-186/2021 18.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Mirbahəddin Mirdamət oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, Ağdaş Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(014)-608/2020 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş аpellyаsiyа şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Ağdaş Rayon Məhkəməsinin (hakim Famil Nəsibov) xx xxxx 2020-ci il tarixli 2(014)- 608/2020 nömrəli qətnaməsi ilə iddiaçı «xxxx» X3 Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borc” tələbinə dair iddiası qismən təmin edilərək, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 2316,01 ABŞ dolları (iki min üç yüz on altı ABŞ dolları bir sent) ödəniş gününə məzənnə üzrə manatla borc və ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun tutularaq «xxxx» KB ASC-nin xeyrinə ödənilməsi, habelə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 10 (on) manat dövlət rüsumunun alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. İşin halları İddiaçı «xxxx» X3 Səhmdar Cəmiyyətinin (bundan sonra iddiaçı və ya «xxxx» KB ASC) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 (bundan sonra cavabdeh və ya Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3) qarşı iddia ərizəsi ilə Ağdaş Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 5268,02 ABŞ dolları əsas borc, 611,05 ABŞ dolları faiz borcu, 516,20 ABŞ dolları cərimə borcu, cəmi 6395,27 ABŞ dolları borc və 20 manat ödənilmiş dövlət rüsumunun tutularaq «xxxx» KB ASC-nin xeyrinə ödənilməsi barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx xxxx 2015-cı il tarixli məhkəmə əmri ilə ərizə təmin edilmiş, lakin Cavabdeh2 tərəfindən xx xxxx 2020-ci il tarixdə məhkəmə əmrindən etiraz edilərək məhkəmə əmrinin ləğv edilməsinə və işin iddia icraatı qaydasında mahiyyəti üzrə baxılmasına dair qərardad çıxarılması barədə ərizə verilmişdir. Birinci instansiya məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadına əsasən xx xxxx 2015-cı il tarixli məhkəmə əmri ləğv edilmiş və işə iddia icraatı qaydasında baxılması üçün təyin edilmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, «xxxx» KB ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxx 2014-cü il tarixli kredit müqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün 24 ay müddətinə illik 27% ödəmək şərti ilə 7700 ABŞ dolları kredit verilmişdir. Cavabdeh1 öhdəliyinin icrasının təmin edilməsi məqsədi ilə xx xxxxx 2014-cü il tarixdə Cavabdeh2 və Cavabdeh3 ilə zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin şərtlərinə görə zamin Cavabdeh2 və Cavabdeh3 və Cavabdeh1 «xxxx» KB ASC qarşısında öz öhdəliklərini yerinə yetirənədək birlikdə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Müqavilə üzrə öhdəliklərini icra etməyən Cavabdeh1 5268,02 ABŞ dolları əsas borcu, 611,05 ABŞ dolları faiz borcu, 516,20 ABŞ dolları cərimə borcu, cəmi 6395,27 ABŞ dolları borcu vardır, xəbərdarlıq edilməsinə baxmayaraq borc ödənilməmişdir. Buna görə də Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 5268,02 ABŞ dolları əsas borc, 611,05 ABŞ dolları faiz borcu, 516,20 ABŞ dolları cərimə borcu, cəmi 6395,27 ABŞ dolları borcun və ödənilmiş 20 manat dövlət rüsumunun tutulması xahiş edilir. «xxxx» KB ASC-nin nümayəndəsi birinci instansiya məhkəməsinə ərizə göndərərək iddianı qismən müdafiə etdiklərini, sözügedən kredit müqaviləsinin Azərbaycan Respublikasının Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanının təsiri dairəsinə düşmədiyini, lakin cavabdehin ödəniş etdiyi borcdan 5383,99 ABŞ dolları borcun tələb olunan məbləğdən silindiyi, hazırda cavabdehlərin 2316,01 ABŞ dolları borcları olduğunu bildirərək işə iştirakları olmadan baxılmasını xahiş etdiklərini bildirmiş, birinci instansiya məhkəməsi iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə Ağdaş Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(014)-608/2020 nömrəli qətnaməsi qəbul edilmişdir. Cavabdeh1 apellyasiya şikayəti verərək Ağdaş Rayon Məhkəməsinin xx xxxx 2020ci il tarixli 2(014)-608/2020 nömrəli qətnaməsinin ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh1 apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı ilə onun arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün 24 ay müddətinə illik 27 % ödəmək şərti ilə 7700 ABŞ dolları kredit verilmişdir. O,həmin müqavilə üzrə öhdəliklərini tam icra etmiş və banka heç bir borcu qalmamışdır. Ağdaş Rayon Məhkəməsi iş materiallarını tam obyektiv və ədalətli şəkildə araşdırmamışdır. Belə ki, onun ödədiyi pul qəbzlərini və digər zəruri sənədləri bankdan tələb etməmiş və mülki işə səthi yanaşmışdır. Kredit müqaviləsi üzrə əsas və faiz borcunun düzgün hesablanıb-hesablanmadığını, borcu olub-olmadığının müəyyənləşdirilməsi məqsədilə, hakim bu mülki iş üzrə məhkəmə-mühasıbatlıq ekspertizası təyin elməli idi. İşə baxan məhkəmə, məhkəmə-mühasibathq ekspertizası təyin etmədən, qeyri-obyektiv, ədalətsiz, tez-bazar onun əleyhinə qətnamə çıxarmışdır. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını obyektiv araşdırmalıdır, toplanmış sübutlara hüquqi qiymət verməlidir və apellyasiya şikayəti əsaslı olduğu üçün təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməli və mülki iş üzrə yeni qətnamə çıxarmalıdır. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən «xxxx» KB ASC-nin nümayəndəsi X1 izahatında apellyasiya şikayətinin təmin edilməməsini, Ağdaş Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(014)-608/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının tarixi, vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmələrinə baxmayaraq Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Həmin Məcəllənin 368.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində işə onun məhkəməyə daxil olduğu gündən 3 ay müddətində baxılmalı və müvafiq məhkəmə aktı qəbul edilməlidir. Qanunvericiliyin istinad olunan tələbini, habelə mülki işlər üzrə apellyasiya şikayətinə baxılması üçün qanunla 3 aylıq müddət müəyyən olunmasını nəzərə alaraq məhkəmə kollegiyası onların iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Hüquq məsələləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilən: «xxxx» KB ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxx 2014-cü il tarixli kredit müqaviləsindən görünür ki, həmin müqavilə üzrə Cavabdeh1 istehlak məqsədləri üçün 24 ay müddətinə illik 27% ödəmək şərti ilə 7700 ABŞ dolları məbləğində kredit verilmişdir. xx xxxxx 2014-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 öhdəliyinin icrasının təmin edilməsi məqsədi ilə Cavabdeh2 və Cavabdeh3 ilə zaminlik müqaviləsi bağlanmışdır. Məhkəmə Mühasibatlıq Ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 9/5900 nömrəli rəyindən görünür ki, Rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən, Cavabdeh1 ilə iddiaçı «xxxx» KB ASC arasında bağlanılmış xx xxxxx 2014-cü il tarixli, 1096micMNG/14 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri əsas götürülməklə Cavabdeh1 iddiaçı bank “xxxx” Açıq Səhmdar Cəmiyyətinə iddianın verildiyi xx xxxx 2015-ci il tarixə ödənilməli olan ümumi borcu 5.874,48 ABŞ dolları məbləğində maliyyə arayışının verildiyi xx xxxxx 2020-ci il tarixə ödənilməli olan ümumi borcu isə 2.316,01 ABŞ dolları məbləğində müəyyən olunur, o cümlədən: xx.xx.2015-ci il (iddianın verildiyi) tarixə: əsas kredit borcu 5262,23 ABŞ dolları, faiz borcu 612,25 ABŞ dolları və xx.xx.2020-ci il maliyyə arayışının verildiyi) tarixə:əsas kredit borcu 2316,01 ABŞ dolları, faiz borcu 0,00 ABŞ dolları. Qeyd edilir ki, hazırki ekspertiza tədqiqatı zamanı tərəflər arasında imzalanmış xx xxxxx 2014-cü il tarixli, 1096micMNG/14 saylı kredit müqaviləsi üzrə cərimə bəndi nəzərdə tutulsa da bank tərəfindən təqdim edilən sənədlərdə (cərimə hesabı üzrə) cərimə borcunun silinməsi ilə əlaqədar məlumat olmadığı üçün sualda soruşulan tarixə Cavabdeh1 cərimə borcu hesablanmadı. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair xx.xx.2020-ci il tarixli, 9/5900 №-li bildirişindən görünür ki, iş üzrə aparılmış məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri 145 (yüz qırx beş) manat təşkil edir. Məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Tərəflər аrаsındа bаğlаnmış kredit müqаviləsi iddiа tələbi üzrə cаvаbdehin hüquq və öhdəliklərinin yаrаnmаsı üçün Mülki Məcəllənin 14.2.1 və 386.1-ci mаddələrində göstərilən hüquqi əsаslаrı təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc аlаn) isə аldıqlаrını müvаfiq olаrаq pul və yа eyni keyfiyyətdə və miqdаrdа eyni növlü əşyаlаr şəklində borc verənə qаytаrmаğı öhdəsinə götürür. 739.2-ci mаddəsində göstərilir ki, borc müqаviləsinin predmeti pul məbləği olduqdа, o, kredit müqаviləsi аdlаnır. 742.1-ci mаddəsinə görə isə, bоrc аlаn bоrcun qаytаrılmаsı üçün qоyulmuş müddətdə bоrcu qаytаrmаlıdır. İşin həqiqi halları ilə müəyyən edilir ki, «xxxx» KB ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxx 2014-cü il tarixli kredit müqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün 24 ay müddətinə illik 27% ödəmək şərti ilə 7700 ABŞ dolları kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürür. Cavabdeh1 öhdəliyinin icrasının təmin edilməsi məqsədi ilə xx xxxxx 2014-cü il tarixdə Cavabdeh2 və Cavabdeh3 ilə zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin şərtlərinə görə zamin Cavabdeh2 və Cavabdeh3 Cavabdeh1 «xxxx» KB ASC qarşısında öz öhdəliklərini yerinə yetirənədək birlikdə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Lakin Cavabdeh1 müqavilənin şərtlərini pozaraq, ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Bundan sonra iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etmişdir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində “kredit müqaviləsi üzrə əsas və faiz borcunun düzgün hesablanıb-hesablanmadığını, borcun olub-olmadığının müəyyənləşdirilməsi məqsədilə, mülki iş üzrə məhkəmə-mühasıbatlıq ekspertizası təyin elməli idi” dəlili ilə bağlı aşağdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin qeyd edilən dəlili ilə bağlı Cavabdeh1 iddianın verildiyi xx xxxx 2015-ci il tаrixə və maliyyə arayışının verildiyi xx xxxxx 2020-ci il tarixə «xxxx» X3 Səhmdar Cəmiyyətinə cəmi də göstərilməklə nə qədər və hansı borcu olmasının müəyyən edilməsi üçün Məhkəmə mühasibatlıq ekspertizası təyin etmişdir. İşdə olan Məhkəmə-mühasibalıq ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 9/5900 nömrəli rəyindən görünür ki, Cavabdeh1 iddianın verildiyi xx xxxx 2015-ci il tarixə ödənilməli olan ümumi borcu 5.874,48 ABŞ dolları məbləğində, maliyyə arayışının verildiyi xx xxxxx 2020-ci il tarixə ödənilməli olan ümumi borcu isə 2.316,01 ABŞ dolları məbləğində təşkil edir. MPM-in 101.3-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Kollegiya hesab edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Göründüyü kimi, ekspert rəyi ilə birinci instansiya məhkəməsi tərəfindən təmin edilən məbləğlər eynidir. Həmin məbləğlər arasında fərq yoxdur. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, kredit müqaviləsi üzrə Azərbaycan Respublikasının Prezidentinin xx xxxxxx 2019-cu il tarixli fərmanının təsiri dairəsinə düşmür, lakin buna baxmayaraq borc üzrə ödəniş edilmiş və hazırda cavabdehlərin iddiaçı banka 2316,01 ABŞ dolları borcu qalmışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlərdən müştərək qaydada iddiaçı bankın xeyrinə 2316,01 ABŞ dolları ödəniş gününə məzənnə üzrə manatla borc tutulmalıdır. Kollegiya birinci instansiya məhkəməsinin qeyd olunan mövqeyi ilə razılaşır. Kollegiyaya görə, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğv edilməsi üçün yetərli deyildir. Apellyasiya şikayəti əsasında işə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən pozuntulara yol verilməsi öz təsdiqini tapmamışdır. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə xx xxxx 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli qərarının izahına əsasən “istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. X2 Məhkəməsi özünün bir çox qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə xx xxxxxx 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə xx xxxxxxx 1982-ci il tarixli qərarı və i.) vurğulamışdır ki, “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxx 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyаsı hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını və ya prosessual hüquq normalarını pozmamış, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmışdır, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli hallar sübut edilmişdir və məhkəmənin qərarında göstərilmiş nəticələri işin hallarına uyğun gəlir. Ona görə də məhkəmə kollegiyаsı apellyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün yetərli hesab etmir və bu nəticəyə gəlir ki, MPM-in 384.0.1-ci mаddəsinə əsasən, аpellyаsiyа şikayəti təmin edilməməli və Ağdaş Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(014)-608/2020 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılmаlıdır. MPM-in 107-ci mаddəsinə əsаsən, məhkəmə xərcləri dövlət rüsumundаn və işə bаxılmаsı ilə əlаqədаr оlаn məsrəflərdən ibаrətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İş üzrə keçirilmiş Məhkəmə mühasibatlıq ekspertizasının xərci olan 145 (bir yüz qırx beş) manat məbləğində pul Cavabdeh1 tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinin hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393, 402-406-cı mаddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh1 tərəfindən verilmiş аpellyаsiyа şikayəti təmin edilməsin. Ağdaş Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(014)-608/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş Məhkəmə mühasibatlıq ekspertizasının xərci olan 145 (bir yüz qırx beş) manat məbləğində pul Cavabdeh1 tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə- Az. MEM, VÖEN **********,Hesab AZ34CRTE********************, Dövlət Xəzinədarlığı Agentliyi KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT Bik CTREAZ22 hesaba ödənilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilərlər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar