Məhkəmə qərarları › İş №2(107)-1873/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1873/2020

30.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1873/2020 30.11.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(025)-774/2020 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Qəbələ Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(025)-774/2020 nömrəli (hakim Abbas Əliyev) qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Qəbələ Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli 2(025)-353/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilmiş, Cavabdeh xx xxxxxxxx 2014-cü il təvəllüdlü X9 və Abdullazadə Adil Elvin oğlu və xx xxxxxx 2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin məbləğinin artırılması, hər ay sabit pul məbləğində hər uşaq üçün 110 manat olmaqla, cəmi 330 (üç yüz otuz) manat alimentin tutularaq İddiaçı ödənilməsi, alimentin artırılmasının qətnamə qanuni qüvvəsini aldığı tarixdən, xx xxxxxx 2012-ci il təvəllüdlü X1 üçün 110 (bir yüz on) manat sabit pul məbləğində alimentin isə X5 cavabdeh X6 alınıb İddiaçı verildiyi tarixdən hesablanması, iddia tələbinin qalan hissədə təmin edilməməsi və Cavabdeh 30 (otuz) manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İşin halları İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 2012-ci il təvəllüdlü X7, xx xxxxxxxx 2014-cü il təvəllüdlü X4 və Abdullazadə Adil Elvin oğlunun saxlanılması üçün hər birinə hər ay 170 manat, ümumilikdə 510 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2011-ci ildə ailə qurmuşdur. Bu nikahdan xx.xx.2012-ci il tarixdə Qumru adında qızları, xx.xx.2014-cü il tarixdə isə əkiz övladları olan Nərmin və Adil dünyaya gəlmişlər. Lakin xasiyyətlərinin uyğun gəlməməsi səbəbindən Qəbələ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(025)- 353/2019 saylı qətnaməsi ilə nikahlarına xitam edilmişdir. Həmin qətnamə ilə onların aralarında Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2011-ci il tarixdə qeydə alınmış 187 nömrəli nikahın pozulması, xx xxxxxxxx 2014-cü il təvəllüdlü X9 və Abdullazadə Adil Elvin oğlunun onun yanında qalması, xx xxxxxx 2012-ci il təvəllüdlü X7 Cavabdeh alınıb ona verilməsi, Cavabdeh 2018-ci il noyabrın 13-dən başlayaraq uşaqları - xx xxxxxxxx 2014-cü il təvəllüdlü X9 və Abdullazadə Adil Elvin oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində hər uşaq üçün 80 manat olmaqla cəmi 160 (bir yüz altmış) manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi, xx xxxxxx 2012-ci il təvəllüdlü X1 üçün 80 manat sabit pul məbləğində alimentin cavabdehdən alınıb ona verildiyi tarixdən hesablanması, ilkin və qarşılıqlı iddia tələblərinin qalan hissədə təmin edilməməsi, cavabdehdən 10 manat dövlət rüsumunun alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Habelə, birinci instansiya məhkəməsi öz qətnaməsində qeyd etmişdir ki, uşaqlar azyaşlı və kiçik olmaqla ana qayğısına, ana nəvazişinə ehtiyacları vardır. Baxmayaraq ki, uşaqlardan Qumru hələ də atasının yanında yaşayır, lakin onların bir-birindən təcrid olunmaları onlara mənfi təsir göstərə bilər. Ona görə də hər üç uşağın ananın yanında qalması məqsədəmüvafiqdir. Məhkəmə bu nəticəyə gələrkən həm də onu əsas götürmüşdür ki, uşaqlar azyaşlıdır, onların normal inkişaf etməsi və böyüməsi üçün ciddi qulluq və ana qayğısı lazımdır, onların anası cavan və sağlamdır, əmək qabiliyyətlidir, uşaqlara lazımi qayğı və qulluq göstərmək imkanına malikdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə Qəbələ rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(102)-7408/2019 saylı qərarına əsasən, Cavabdeh kassasiya şikayəti təmin edilməmiş və Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-2149/2019 saylı iş üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsi cavabdehin kassasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Hal-hazırda o, işləmir. Ailəni dolandıran yeganə şəxs odur. Himayəsindəki uşaqlara baxmağa isə maddi gücü kifayət etmir. Uşaqlar isə böyüyür, günügündən onların ehtiyacları artır, o isə bu ehtiyacları qarşılaya bilmir. Bu səbəbdən də alimentin miqdarı artırılmalıdır. Heç bir yerdən gəliri, qazancı yoxdur. Atasının yanında yaşayır, valideynləri də işləmir. Həmçinin X2 nasazıqlar var. Nəfəs alıbverməsində problemlər olduğu üçün həkimlər əməliyyat olmasını məsləhət biliblər. Cavabdeh isə təsərrüfatla məşğuldur və meyvə bağı vardır. Habelə cavabdeh birinci instansiya məhkəməsində bildirmişdir ki, 50 ha torpaq sahəsi var, həm təsərrüfatla məşğuldur, həm də taksi fəaliyyəti ilə də məşğuldur, uşaqlara baxmağa gücü çatır Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda bildirmişdir ki, uşaqlar böyüdükcə günü-gündən onların ehtiyacları da artır. Qəyyumluq və Himayəçilik komissiyası əvvəlki məhkəmə işlərində rəyində yazmışdır ki, cavabdehin 0,50 ha torpağı var, həmin torpaqda təsərrüfatla məşğul olur. Həmçinin bundan əlavə cavabdeh taksi işləyir. Beləliklə, cavabdehin aliment ödəməsi üçün kifayət qədər imkanı vardır. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı vəkili və etibarnamə üzrə nümayəndəsi Vəkil uşaqların yaşayış minimunun artırıldığını, uşaqların saxlanılması üçün ölkə üzrə minimunun 170 manat olduğunun nəzərə alaraq, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək göstərmişdir ki, hazırda işsizdir. Atasının maşınını satıb 1600 manat aliment borcunu ödəmişdir. Bu səbəbdən hazırda taksi fəaliyyətilədə məşğul ola bilmir. Həmçinin atasına və anasınada o baxır. 80 manat alimenti güclə ödəyir və hələ ödənilməmiş aliment borcu vardır. Göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh apelyasiya şikаyəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri Cavabdeh apelyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, iddiaçının iddia ərizəsində qeyd etdikləri həqiqəti əks etdirmir. Belə ki, onun hər hansı meyvə bağı olan torpaq sahəsi yoxdur, taksi fəaliyyəti ilə məşğul olmur, hər hansı avtomobili olmadığından hal-hazırda heç bir yerdə işləmir, müəssisə və təşkilatlara müraciət edərək iş axtarır. Maddi vəziyyətində hər hansı dəyişiklik yoxdur, əksinə məlum xəstəlik ilə əlaqədar fərdi işlərlə də məşğul ola bilmədiyindən, qazancı yoxdur, valideynləri və o, banklardan götürdüyü krediti ödəyə bilmir. Məhkəmə qətnaməsi ilə təyin olunan alimentin bir hissəsini atasına məxsus avtomobili satıb ödəsə də, növbəti ayları çox çətinliklə qismən də olsa ödəyir. Əgər alimentin məbləği artırılarsa ödənişləri necə edəcəyini bilmir. Ona görə də, apellyasiya şikayətinin təmin olunmasını, Qəbələ Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(025)-353/2020 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilmədən saxlanılmasını xahiş edir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında Cavabdeh apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini xahiş etdi. İddiaçı lazımı qaydada məhkəmə kollegiyasının iclasına dəvət edilsə də, məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPMnin 376.2-ci maddəsinə əsasən apelyasiya şikayətinə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” xx xxxxxxx 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmamalı, Qəbələ Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(025)-774/2020 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan Qəbələ Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli 2(025)-353/2019 saylı qətnaməsindən görünür ki, ilkin və qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi, X10 ilə Abdullazadə (Dadaşzadə) Tamella İntiqam qızı arasında Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən 2011-ci il noyabr ayının 18-də qeydə alınmış 187 nömrəli nikahın pozulması,xx xxxxxxxx 2014-cü il təvəllüdlü X9 və Abdullazadə Adil Elvin oğlunun İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qızının yanında saxlanılması, xx xxxxxx 2012-ci il təvəllüdlü X7 X6 alınıb anası Abdullazadə (Dadaşzadə) Tamella İntiqam qızına verilməsi,ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh 2019-cu il noyabrın 13-dən başlayaraq uşağları - xx xxxxxxxx 2014-cü il təvəllüdlü X9 və Abdullazadə Adil Elvin oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində hər uşaq üçün 80 manat olmaqla cəmi 160 (bir yüz altmış) manat sabit pul məbləğində alimentin tutulub İddiaçı verilməsi, xx xxxxxx 2012-ci il təvəllüdlü X1 üçün 80 (səksən) manat sabit pul məbləğində alimentin X7 cavabdeh X6 alınıb iddiaçı Abdullazadə (Dadaşzadə) Tamella İntiqam qızına verildiyi tarixdən hesablanması, ilkin və qarşılıqlı iddia tələblərinin qalan hissədə təmin olunmaması qət edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(102)-7408\2019 nömrəli qərarının surətindən görünür ki, Cavabdeh kassasiya şikayətinin təmin edilmədən, Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)-2149/2019 nömrəli iş üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsi cavabdeh kassasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. İşdə olan AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxx 1991-ci il tarixdə doğulmuşdur. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 22.2.2, 75.1, 75.4, 78.1 və 100.2-ci maddələrinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddələrinə istinad etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.2-ci maddəsinə əsasən məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən edir. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəmə qərarı ilə tutulduqda aliment məhkəməyə müraciət edildiyi tarixdən tutulur. Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa müvafiq olaraq 2020-ci il üçün minimum yaşayış həddi uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bu zaman uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, tərəflər rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahlarından xx xxxxxx 2012-ci il təvəllüdlü X11, xx xxxxxxxx 2014-cü il təvəllüdlü X9 və Abdullazadə Adil Elvin oğlu adlı uşaqları doğulmuşdur, onlar arasında olan nikah rəsmi qaydada pozulmuş, tərəflərin birgə nikahından anadan olmuş uşaqları xx xxxxxxxx 2014-cü il təvəllüdlü X9 və Abdullazadə Adil Elvin oğlu ananın yanındadır. Tərəflərin birgə nikahlarından doğulmuş xx xxxxxx 2012-ci il təvəllüdlü X11 adlı uşaqlarının məhkəmə qətnaməsi ilə iddiaçının himayəsinə verilməsi qət edilsə də, hal-hazırda cavabdehin yanındadır. Qəbələ Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli 2(025)-353/2019 saylı qətnaməsinə əsasən ilkin və qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi,X10 ilə Abdullazadə (Dadaşzadə) Tamella İntiqam qızı arasında Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən 2011-ci il noyabr ayının 18-də qeydə alınmış 187 nömrəli nikahın pozulması,xx xxxxxxxx 2014-cü il təvəllüdlü X9 və Abdullazadə Adil Elvin oğlunun İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qızının yanında saxlanılması, xx xxxxxx 2012-ci il təvəllüdlü X7 X6 alınıb anası Abdullazadə (Dadaşzadə) Tamella İntiqam qızına verilməsi,ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh 2019-cu il noyabrın 13-dən başlayaraq uşağları - xx xxxxxxxx 2014-cü il təvəllüdlü X9 və Abdullazadə Adil Elvin oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində hər uşaq üçün 80 manat olmaqla cəmi 160 (bir yüz altmış) manat sabit pul məbləğində alimentin tutulub İddiaçı verilməsi, xx xxxxxx 2012-ci il təvəllüdlü X1 üçün 80 (səksən) manat sabit pul məbləğində alimentin X7 cavabdeh X6 alınıb iddiaçı Abdullazadə ( Dadaşzadə) Tamella İntiqam qızına verildiyi tarixdən hesablanması, ilkin və qarşılıqlı iddia tələblərinin qalan hissədə təmin olunmaması qət edilmişdir.İddiaçı həmin məbləğin uşağın minimum maddi tələbatının ödənilməsinə kifayət etmədiyini, cavabdehin isə kifayət qədər qazancı olduğunu, bu səbəbdən də, təyin olunmuş alimentin məbləğinin artırılmasını, cavabdehdən yetkinlik yaşına çatmayan xx xxxxxx 2012-ci il təvəllüdlü X11, xx xxxxxxxx 2014-cü il təvəllüdlü X9 və Abdullazadə Adil Elvin oğlunun saxlanması üçün hər uşaq üçün 170 manat aliment tutulmasını xahiş edir. Cavabdeh isə uşağın saxlanması üçün müəyyən edilmiş alimenti çətinliklə ödədiyini, 20 manatda əlavə ödəyə biləcəyini, məbləğ artırılarsa ödəyə bilməyəcəyini qeyd edir. Birinci instansiya məhkəməsi işin hallarını nəzərə alaraq xx xxxxxx 2012-ci il təvəllüdlü X11 və xx xxxxxxxx 2014-cü il təvəllüdlü X9 və Abdullazadə Adil Elvin oğlunun saxlanılması üçün Cavabdeh hər ay tutulan alimentin məbləğinin qismən artırılmasını, cavabdehdən hər ay sabit pul məbləğində hər uşaq üçün 110 (bir yüz on) manat aliment tutularaq iddiaçıya ödənilməsini əsaslı hesab edir. Məhkəmə belə qənaətə gələrkən cavabdehin rəsmi işinin olmamasını, iddiaçının cavabdehin hər ay 510 manat məbləğində aliment ödəmə qabiliyyətinə malik olmasına və əlavə gəlirlərinin olmasına dair iddiada hər hansı sübut təqdim etməməsini, övladlara baxmağın atanın vəzifəsi olduğu kimi, ananında vəzifəsi olmasını nəzərə almışdır. Birinci instansiya məhkəməsi təqdim edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlmişdir ki, iddia qismən təmin edilməli, Qəbələ Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli 2(025)-353/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilməli, Cavabdeh xx xxxxxxxx 2014-cü il təvəllüdlü X9 və Abdullazadə Adil Elvin oğlu və xx xxxxxx 2012-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin məbləği artırılmalı, hər ay sabit pul məbləğində hər uşaq üçün 110 manat olmaqla, cəmi 330 (üç yüz otuz) manat aliment tutularaq İddiaçı ödənilməli, alimentin artırılması qətnamə qanuni qüvvəsini aldığı tarixdən, xx xxxxxx 2012-ci il təvəllüdlü X1 üçün 110 (bir yüz on) manat sabit pul məbləğində aliment isə X7 cavabdeh X6 alınıb İddiaçı verildiyi tarixdənhesablanmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı qismən təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apelyasiya baxışında apelyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin ləğv edilməsinə və apelyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdeh də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. “Uşaq hüquqları haqqında” 1989-cu il Konvensiyasının 18-ci maddəsinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin birlikdə və eyni dərəcədə məsuliyyət daşıdığına dair prinsipinin taninmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın ən yaxşı maraqları valideynlərin əsas qayğı obyektidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx xxxx 2016-cı il tarixli Qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi). Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanılmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Ali Məhkəmənin yuxarıda göstərilən qərarında sərgilədiyi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” xx xxxx 2016-cı il tarixli qərarında da öz əksini tapmışdır. Həmin qərara görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı qismən təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin apelyasiya qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmamalı, Qəbələ Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(025)-774/2020 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Hazırki iş üzrə iddiaçı hər ay uşaqların saxlanması üçün 240 manat aliment alırdı (hər uşağa görə 80 manat). Hazırkı iddiasında hər uşağa görə tələb 170 manat təşkil edir. Deməli, artırılması tələb olunan məbləğ üç uşağa görə 270 manat təşkil edir. Azərbaycan Respublikası MPM-in 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Tələb olunan məbləğin bir il ərzində məcmusu (270 X 12 ay = 3240 manat) təşkil edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İş üzrə Qəbələ Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(025)-774/2020 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən sаxlаnılsın. Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Rövşən Rəfiyev Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar