Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1875/2021 05.10.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Səmədov İlyas Səməd oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbinə dair” mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin 08 iyul 2021-ci il tarixli, 2(046)-1252/2021 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Göyçay Rayon Məhkəməsinin (hakim İbrahim Fəttahov) 08 iyul 2021-ci il tarixli, 2(046)-1252/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdeh1 1850 manat məbləğində pul və 30 manat dövlət rüsumu alınaraq İddiaçı verilməsi və iddia Cavabdeh2 qarşı qaldırılan hissədə təmin edilməməsi qət edilmişdir. İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1850 manat pulun və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddianı tələbini belə əsaslandırmışdır ki, Cavabdeh1 26.08.2020-ci il tarixdə 2000 manat borc pul vermiş, cavabdeh həmin pulu hər ay 50 manat ödəmək şərti ilə qayataracağını öz üzərinə götürmüşdür. Digər Cavabdeh2 isə digər cavabdehin həmin pulu ödəməyəcəyi təqdirdə qaytaracağını öz üzərinə götürmüşdür. Cavabdeh həmin puldan 150 manatını qaytarmış, 1850 manat borcu qalmışdır. Cavabdehlərə dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, cavabdehlər bu günə qədər həmin puldan ona heç bir ödəniş etməmişlər. Buna görə də tələbinin təmin olunması barədə qətnamə çıxarılmasın xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh1 iddianı qəbul etməyərək göstərmişdir ki, İddiaçı onun bacısıdır. İddiaçıdan pul almamış ona borcu yoxdur. Lakin valideyinlərdən miras qalmış fərdi yaşayış evindən iddiaçının imtina etməsinə görə ona 2000 manat pul ödəyəcəyini öhdəsinə götürmüşdür. Həmin puldan 150 manatını qaytarmışdır. Buna görə də iddianın rədd edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında digər Cavabdeh2 məhkəmə baxışında iştirak etməmiş, məhkəməyə ərizə ilə müraciət edərək göstərmişdir ki, İddiaçı borc pul almamışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Yevlax Rayon Məhkəməsinin 08 iyul 2021-ci il tarixli, 2(046)-1252/2021 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh1 tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin və proses iştirakçısının dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı X1 onun bacısıdır. Günel Əkbərova uzun müddət bundan əvvəl ailə həyatı qurmuş, bir müddətdən sonra ayrılmış, ayrıldıqdan sonra məhkəmə qərarı ilə keçmiş həyat yoldaşının yaşadığı ünvandan ona yaşayış hüququ verilmişdir. Əvvələr iddiaçı ilə aralarında heç bir mübahisə olmamışdır. O, uzun müddətdir ki, anası ilə birgə mərhum atasından miras qalmış Göyçay şəhəri Nizami küçəsində yerləşən dalan 18 ev 3 saylı fərdi yaşayış evində yaşayır. Bir neçə il bundan əvvəl mərhum atasından miras qalmış Göyçay şəhəri Nizami küçəsində yerləşən fərdi yaşayış evinə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Göyçay rayon notariat kontoruna müraciət etmişdir. Müraciəti əsnasında notariat kontorunda ailə üzvüləri, xüsusəndə bacısı Günel Əkbərovada iştirak etmiş və onların razılığı ilə ona Göyçay rayon notariat kontorunda vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bundan sonra hüquqları dövlət qeydiyyatına alınaraq ona Daşınmaz Əmlakın Dövlət Reyesterindən çıxarış və texniki pasport verilmişdir. İddiaçının iddia etdiyi borc pula bağlı onu qeyd etmək istəyir ki, sözügedən əmlakla bağlı həmin vaxt aralarında heç bir sözdələşmə olmamışdır. Lakin iddiaçı iddia edir ki, guya o, həmin vaxt Göyçay şəhəri Nizami küçəsində yerləşən dalan 18 ev 3 saylı fərdi yaşayış evindən ona düşən əmlak payından imtina etməsinə görə 2000 (iki min) manat pulun ona hər ay 50 manat ödəməklə razılığa gəlmişdir. Hesab edir ki, iddiaçı bunu ona qarşı qərəzli şəkildə edir. Çünki, sözügedən qətnamənin qüvvədə qalmağı onun gələcəkdə mülkiyyət hüququnun pozulması ilə nəticələnəcəkdir. Qeyd etməyi zəruri hesab edir ki, iddiaçı ilə onların arasında olan razılaşma tamamilə başqa müstəvidə olmuşdur. Həmin borc qəbzinin yazılmağı da iddiaçı ilə onun şifahi olaraq həqiqi razılaşmaları əsnasında olmuşdur. Belə ki, yuxarıda qeyd etyi tarixdə iddiaçının və digər ailə üzvülərinin razılığı ilə əldə etdiyi Göyçay Göyçay şəhəri Nizami küçəsində yerləşən dalan 18 ev 3 saylı fərdi yaşayış evi bütün hüquqmüyyənedici sənədlərlə ona aid olmağına baxmayaraq ailə üzvüləri hələ də ona məxsus sözügedən fərdi yaşayış evində qeydiyyatda qalmışdılar. Ailə üzvülərinin bir hissəsi öz razılıqları ilə qeydiyyatdan çıxsalarda bacısı İddiaçı qeydiyyatdan çıxmamışdır. Buna görə də, aralarında bir neçə mübahisələr yaranmağa başlamışdır. Bütün olanlara baxmayaraq nəhayət ki, sonuncu dəfə iddiaçı ilə aralarında razılığa gəldilər. Aralarında olan razılığa əsasən iddiaçının həmin fərdi yaşayış evindən qeydiyyatdan çıxması üçün ona 2000 (iki min) manat pul verəcəyini, həmin pulu aylara bölərək hər ay 50 (əlli) manat olmaqla ona ödənilməsi üçün razılığa gəldik. İddiaçı isə Göyçay şəhəri Nizami küçəsində yerləşən dalan 18 ev 3 saylı fərdi yaşayış evindən 3 ay ödəniş olunandan sonra öz istəyilə qeydiyyatdan çıxacağı barədə öz üzərinə öhdəlik götürdü. Bu niyyətlə aralarında qəbz yazaraq hər ikisi həmin qəbzi imzaları ilə təsdiqlədilər. Bundan sonra İddiaçı qəbz imzaladaraq ona hər ay 50 (əlli) manat manat pul ödəmişdir. Ümumilikdə bu 4 ay davam etmişdir. Lakin buna baxmayarq İddiaçı öz üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Aralarında olan razılaşma pozulmuşdur. Ona görə də, məcbur qalaraq sonuncuya ödənilən ödənişlərini dayandırmışdır. Onun İddiaçı heç bir borcu yoxdur. İddiaçı birinci instansiya məhkəməsində yalan ifadə verərək guya ki, ona 3 ay cəmi 150 (yüz əlli) manat pulun ödənildiyini göstərmişdir. Lakin qeyd etdiyi kimi 4 ay İddiaçı qəbzi imzalamaqla hər ay 50 (əlli) manat olmaqla cəmi 200 (iki yüz) manat pul ödəmişdir. İddiaçının birinci instansiya məhkəməsində verdiyi izahatdan da aydın görünür ki, onun niyyəti həmin pulun ona qarşılıqsız ödənilməsi istəyindədir. Birinci instansiya məhkəməsi heç bir dəlilə və sübuta əsaslanmamış və həmin yazılmış qəbzin hansı niyyətlə yazılmağı iddiaçı tərəfindən və yaxud məhkəmə tərəfindən sübuta yetirilməmiş və nəticədə formal olaraq məhkməmə tərəfindən iddiaçının iddia tələbi təmin edilmişdir. Buna görə də, hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə düzgün qiymət verilməmiş və nəticədə qətnamədə maddi və prosessual hüquq normaları pozulmuşdur. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul olunaraq iddia tələbi rədd edilməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellysiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Apellyasiya məhkəməsi iclasının vaxtı və yeri barədə İddiaçı və iş üzrə digər Cavabdeh2 lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-in) 376.2-ci maddəsinə əsasən apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb, işdə iştirak edən şəxsin izahat və çıxışlarını dinləyib, iş üzrə tədqiq edilən sübutlara tətbiq edilməli hüquq normaları baxımından qiymət verib hesab edir ki, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Göyçay Rayon Məhkəməsinin 08 iyul 2021ci il tarixli, 2(046)-1252/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdırıb və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). MPM-in 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. MPM-in 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. MPM-in 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalı və iş üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edib-etməməsinə hüquqi qiymət verilməlidir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işə əlavə edilmiş qəbzdən görünür ki, Cavabdeh2 Cavabdeh1 İddiaçı 2000 manat borc pulu qaytara bilməyəcəyi təqdirdə həmin pulu pensiyası hesbaına ödəyəcəyini öhdəsinə götürmüşdür. Beləliklə müəyyən edilmişdir ki, Cavabdeh1 İddiaçı 2000 manat borc pul almış, həmin pulu 26.08.2020-ci il tarixdən hər ay 50 manat ödəməklə qaytaracağını öz öhdəsinə götürmüş, Cavabdeh2 Cavabdeh1 iddiaçıdan götürdüyü borc pulu qaytara bilməyəcəyi təqdirdə ödəyəcəyini öhdəsinə götürmüşdür. İddiaçı cavabdehlərdən müştərək qaydada qeyd edilən 1850 manat pul tələb edir. Yuxarıda göstərilənlərə əsasən birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı 1850 manat pul tələbi Cavabdeh2 aid hissədə əsassızdır. Belə ki, Azərbaycan Respublıkası Konstıtusıya Məhkəməsinin Plenumunun 04.09.2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur. (MM-in 471-ci maddəsi) Qanunvericilikdə zaminlik müqaviləsinin yazılı formada bağlanması tələbinin nəzərdə tutulması ilə birtərəfli qaydada öhdəlik yaradan zaminlik müqaviləsinin zamin tərəfindən dərk edilmədən bağlanmasının qarşısı alınır və bununla da ilk növbədə zaminin maraqları qorunur. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, zaminlik müqaviləsi məhz əsas öhdəliyin icrasını təmin edən üsullardan biri olduğundan belə müqavilədə zaminliklə təmin edilən əsas öhdəliyin müəyyən olunması və ya müəyyən edilə bilməsi mümkün olmalıdır. Buna müvafiq olaraq zaminlik müqaviləsində aşağıdakılar göstərilməlidir: hansı əsas müqaviləyə dair zaminlik yaranır (müqavilənin tərəfləri, tarixi və nömrəsi göstərilməklə); əsas öhdəliyin (borclunun kreditor qarşısında öhdəliyi) həddi barədə göstəriş; Zaminliklə təmin edilmiş öhdəliyin konkret məbləğinin müqavilədə göstərilməsi mühüm şərtlərdən biridir və zaminin qanuni maraqlarını qorumaq məqsədi daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 406.3-cı maddəsinə əsasən yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə poçt, teleqraf, teletayp, telefon, elektron rabitəsi və ya sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən digər rabitə vasitəsilə sənədlər mübadiləsi yolu ilə bağlana bilər. Həmin Məcəllənin 471-ci maddəsinə əasən zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Cavabdeh2 tərəfindən imzalanmış iddiaçı tərəfindən zaminlik müqaviləsi kimi hesab edilən qəbzdən görünür ki, həmin qəbz iddiaçı (kreditor) İddiaçı tərəfindən imzalanmamış, qəbzdə tərtib edildiyi tarix və yer qeyd edilməmişdir. Qanunun mənasından da göründüyü kimi, zaminlik müqaviləsi hər iki (kreditor, zamin) tərəfindən imzalanmalıdır. Ona görə də iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Cavabdeh2 tərəfindən tərtib edilmiş qəbz zaminlik müqaviləsi hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; Həmin Məcəllənin 445.2.2-ci maddəsinə əsasən icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi, borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu digər iştirakçıya (borc alana) verməyi, digər iştirakçı borc alan isə aldığı pulu borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Ona görə də birinci instansiya məhkəməsi haqlı olaraq hesаb etmişdir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 1850 (bir min səkkiz yüz əlli) manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. Məhkəmə kollegiyasının qənaətincə, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərək Cavabdeh1 1850 (bir min səkkiz yüz əlli) manat məbləğində pulun alınıb İddiaçı verilməsini (qaytarılmasını) qət etməkdə haqlı olmuş, işin müəyyən olunmuş halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Ona görə də məhkəmənin iş üzrə qətnaməsi qanuni və əsaslı, həmin qətnamədən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri isə əsassız və qəbuledilməzdir. MPM-in 217-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsi beş min manatdan az olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, iş üzrə Göyçay Rayon Məhkəməsinin 08 iyul 2021-ci il tarixli, 2(046)-1252/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 403-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh1 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Göyçay Rayon Məhkəməsinin 08 iyul 2021-ci il tarixli, 2(046)-1252/2021 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Hazırkı qətnamə surəti işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz. İş üzrə sədrlik edən hakim: İmanverdi Şükürov
Məhkəmə qərarları › İş №2(107)-1875/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1875/2021
05.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver