Məhkəmə qərarları › İş №2(107)-1882/2020

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1882/2020

29.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1882/2020 29.09.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə İddiaçılar İddiaçı3, İddiaçı1, İddiaçı2 cavabdehlər Cavabdeh2, Vəliyev Möylam Abdulhəmid oğlu, Cavabdeh5, Cavabdeh6, Cavabdeh8, Cavabdeh3 Oktay oğlu, Cavabdeh1, Cavabdeh4, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11 və Cavabdeh12 Nizam oğlu, Cavabdeh10, Cavabdeh11 və Cavabdeh12 qarşı “maddi ziyan və dövlət rüsumu” tələbi barədə iddia ərizəsi üzrə çıxarılmış Zərdab Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(035)-536/2020 nömrəli qərardadından iş üzrə cavabdehlər Cavabdeh2, Vəliyev Möylam Abdulhəmid oğlu, Cavabdeh5, Cavabdeh6, Cavabdeh8, Cavabdeh3 Oktay oğlu, Cavabdeh1, Cavabdeh4, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11 və Cavabdeh12 tərəfindən verilmiş şikayətə, Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi : İddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2, Vəliyev Möylam Abdulhəmid oğlu, Cavabdeh5, Cavabdeh6, Cavabdeh8, X3, Cavabdeh1, Cavabdeh4, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11 və Cavabdeh12 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada onların xeyrinə 100.000 manat maddi ziyanın və 30 manat dövlət rüsumunun alınmasına dair qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar eyni zamanda məhkəməyə vəsatətlə müraciət edərək iddiaya mahiyyəti üzrə baxılanadək iddianın təmini tədbiri olaraq Çallı bələdiyyəsinin icarə müqaviləsi əsasında icarələrinə verilmiş torpaq sahəsinə cavabdehlərin daxil olması və mal-qara otarmalarmm qadağan edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişlər. Zərdab Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(035)-536/2020 nömrəli (hakim T.Qubadov) qərardadı ilə mülki işə baxılıb həll edilənə kimi Zərdab rayonu Çallı kəndində yerləşən - Çallı bələdiyyəsinin xx.xx.2000-ci il tarixli, 8 saylı qərarı və xx.xx.2007-ci il tarixli icarə müqaviləsi ilə 50 il müddətinə əkinçiliyin inkişafı üçün İddiaçı3 icarəsinə verilmiş 50.0 ha torpaq sahəsinə, Çallı bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 3 saylı qərarı və xx.xx.2005-ci il tarixli icarə müqaviləsi ilə 20 il müddətinə əkinçiliyin inkişafı üçün İddiaçı2 icarəsinə verilmiş 50.0 ha torpaq sahəsinə, Çallı bələdiyyəsinin xx.xx.2007ci il tarixli, 09 saylı qərarı və xx.xx.2007-ci il tarixli icarə müqaviləsi ilə 50 il müddətinə əkinçiliyin inkişafı üçün İddiaçı1 icarəsinə verilmiş 86.0 ha torpaq sahəsinə cavabdehlərin daxil olması və mal-qara otarmalarının qadağan olunması, qərardadın dərhal icra edilməsi, qərardadın icrasının Zərdab Rayon İcra və ProbasiyaŞöbəsinə həvalə edilməsiqərara alımışdır. Qərardaddan cavabdehlər Cavabdeh2, Vəliyev Möylam Abdulhəmid oğlu, Cavabdeh5, Cavabdeh6, Cavabdeh8, Cavabdeh3 Oktay oğlu, Cavabdeh1, Cavabdeh4, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11 və Cavabdeh12 şikayət verərək, Zərdab Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(035)-536/2020 nömrəli qərardadının ləğv edilməsi barədə yeni qərardad çıxarılmasını xahiş etmişlər. Zərdab Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(035)-536/2020 nömrəli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün mülki işlə birlikdə Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş, eləcə də gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Apelyasiya instansiya məhkəməsi şikayət ərizəsini iş materialları ilə birlikdə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli və Zərdab Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(035)-536/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı(bankın öhdəliklərinin könüllü restrukturizasiyası zamanı bank və (və ya) onun aktivləri ilə bağlı verilmiş iddia istisna olmaqla) təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1-ci və 158.1.1-ci, 158.1.2-ci və 158.1.3-cü maddəsinə əsasən, iddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq; müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək; mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək kimi kimi tədbirlər görülə bilər. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən cavabdehin əmlakı iddia tələbi həddində siyahıya alınır. Apelyasiya instansiya məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin tədbirinin tətbiqinə dair ərizəni təmin edərkən tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Apelyasiya instansiya məhkəməsi həmçinin hesab edir ki, ümumiyyətlə iddianı təmin etmək tədbirləri iddianın məhkəməyə verilməsi ilə qorunan əmlak mənafelərinin müdafiəsinin sürətləndirilmiş və çevik vasitəsi olduğuna görə bu tədbirlərin tətbiqindən ötrü sübutların mübahisənin mahiyyəti üzrə həlli üçün zəruri olan həcmdə məhkəməyə təqdim edilməsi tələb olunmur. Əks halda iddianı təmin etmə tədbirləri öz əhəmiyyətini itirmiş olar. Ona görə də işdə iştirak edən şəxsin iddianı təmin etmə tədbirinin görülməsi barədə ərizəsi məhkəməyə daxil olduqda, onun pozulmuş və ya mübahisəli hüququnun mövcudluğunu təsdiq edən sübutların təqdim olunması iddianı təmin etmək haqqında tədbirlərin görülməsi üçün kifayətdir. Yuxarıda şərh olunan mülki prosessual qanunvericiliyin normalarının mənasından da göründüyü kimi iddianın təmin tədbiri qətnamənin icrasını gələcəkdə qeyri-mümkün edə biləcək halların qarşısının alınmasına yönəlmiş müvəqqəti xarakterli prosessual tədbir kimi tətbiq edilir. Həmin tədbirlər işi mahiyyəti üzrə qabaqcadan həll etmir. Məhz bu baxımdan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıdığından və işi qabaqcadan mahiyyəti üzrə həll etmədiyindən, hazırki iş üzrə də iddianın təmini tədbiri iddia tələbinin məzmununa, həddinə və ruhuna uyğundur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0 və 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək etmək hüququ vardır. Şərh olunanları nəzərə alaraq, apelyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilmədən Zərdab Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(035)- 536/2020 nömrəli qərardadıdəyişdirilmədən saxlanmalıdır. Mülki Prosessual Məcəllənin 402-ci maddəsinin tələbinə görə apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: Cavabdehlər Cavabdeh2, Vəliyev Möylam Abdulhəmid oğlu, Cavabdeh5, Cavabdeh6, Cavabdeh8, Cavabdeh3 Oktay oğlu, Cavabdeh1, Cavabdeh4, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11 və Cavabdeh12 tərəfindən verilmiş şikayət təmin edilməsin. Zərdab Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(035)-536/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar