Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1883/2020 28.09.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi, Cavabdeh1 Əlvida oğlunun nümayəndəsi X1, cavabdehlər Cavabdeh5, X2 və Cavabdeh7 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1 Əlvida oğlu, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh9, Cavabdeh10, Cavabdeh8, X4, Cavabdeh2, Cavabdeh7, Cavabdeh12, Cavabdeh13 və Cavabdeh6 qarşı maddi ziyan və dövlət rüsumu tələbinə dair mülki iş üzrə iddiaçılar tərəfindən verilmiş iddianın təmin tədbiri ilə bağlı vəsatətin təmin edilməsi barədə Zərdab Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(035)-537/2020 nömrəli qərardadından cavabdehlər Cavabdeh1 Əlvida oğlu, Cavabdeh3, Cavabdeh4, X3, Cavabdeh9, Cavabdeh10, Cavabdeh8, X4, Cavabdeh2, Cavabdeh7, Cavabdeh12, Cavabdeh13 və Cavabdeh6 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1 Əlvida oğlu, X7, Cavabdeh4, Cavabdeh5, Cavabdeh9, Cavabdeh10, Cavabdeh8, X5, Cavabdeh2, Cavabdeh7, Cavabdeh12, Cavabdeh13 və Cavabdeh6 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada onların xeyrinə 50.000 manat maddi ziyanın və 30 manat dövlət rüsumunun alınmasına dair qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar eyni zamanda məhkəməyə vəsatətlə müraciət edərək iddiaya mahiyyəti üzrə baxılanadək iddianın təmini tədbiri olaraq Çallı bələdiyyəsinin icarə müqaviləsi əsasında icarələrinə verilmiş torpaq sahəsinə cavabdehlərin daxil olması və mal-qara otarmalarınm qadağan edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişlər. Zərdab Rayon Məhkəməsinin (hakim Tahir Qubadov) xx xxxxxx 2020-ci il tarixli, 2(035)-537/2020 nömrəli qərardadı ilə mülki işə baxılıb həll edilənə kimi Zərdab rayonu Çallı kəndində yerləşən - Çallı bələdiyyəsinin xx.xx.2000-ci il tarixli, 8 saylı qərarı və xx.xx.2007-ci il tarixli icarə müqaviləsi ilə 50 il müddətinə əkinçiliyin inkişafı üçün İddiaçı1 icarəsinə verilmiş 50.0 ha torpaq sahəsinə, Çallı bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 3 saylı qərarı və xx.xx.2005-ci il tarixli icarə müqaviləsi ilə 20 il müddətinə əkinçiliyin inkişafı üçün İddiaçı3 icarəsinə verilmiş 50.0 ha torpaq sahəsinə, Çallı bələdiyyəsinin xx.xx.2007ci il tarixli, 09 saylı qərarı və xx.xx.2007-ci il tarixli icarə müqaviləsi ilə 50 il müddətinə əkinçiliyin inkişafı üçün İddiaçı2 icarəsinə verilmiş 86.0 ha torpaq sahəsinə cavabdehlərin daxil olmasının və mal-qara otarmalarının qadağan olunması, qərardadın dərhal icra edilməsi, qərardadın icrasının Zərdab Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsi qərara alınmışdır. Cavabdehlər Cavabdeh1 Əlvida oğlu, Cavabdeh3, Cavabdeh4, X3, Cavabdeh9, Cavabdeh10, Cavabdeh8, X4, Cavabdeh2, Cavabdeh7, Cavabdeh12, Cavabdeh13 və Cavabdeh6 qərardaddan narazı qalaraq şikayət vermiş və şikayəti onunla əsaslandırmışlar ki, qərardad qanunun düzgün tətbiq və təfsir edilməməsi ilə, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığından ləğv edilməli işə mahiyyəti üzrə baxılması barədə yeni qərardad qəbul edilməlidir. Belə ki, torpaq sahəsinə cavabdehlərin daxil olması və mal-qara otarmalarının qadağan olunması dedikdə onların onunla bağlı heç bir əlaqələrinin olmadığını məhkəmə düzgün araşdırmamışdır. Hazırki, iddia ilə bağlı onlara məlum olan gündən iddianın ləğv olunmasına dair onlar etiraz ərizəsi vermişlər və onların iddiaçıların icarəyə ötürdükləri torpaq sahələrinin otarılmasında heç bir əlaqəsi yoxdur. Sadalanlardan göründüyü kimi, Zərdab Rayon Məhkəməsinin sözü gedən qərardadı qanunsuzdur, maddi və prosesual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Ona görə də, Zərdab Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(035)- 537/2020 nömrəli qərardadının ləğv edilməsinə dair yeni qərar qəbul edilməsini, əks təqdirdə işin baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş edir. Zərdab Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(035)-537/2020 nömrəli qərardadı ilə Zərdab Rayon Məhkəməsinin 2(035)-537/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadından cavabdehlər Cavabdeh1 Əlvida oğlu, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh9, Cavabdeh10 Oqtay oğlu, Cavabdeh8, Cavabdeh11, Cavabdeh2, Cavabdeh7, Cavabdeh12, Cavabdeh13 və Cavabdeh6 tərəfindən verilmiş şikayət təmin edilməmiş, şikayət iş materialları ilə birlikdə baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 Əlvida oğlunun nümayəndəsi X6, cavabdehlər Cavabdeh5, X4 və Cavabdeh7 şikayətin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdilər. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3, cavabdehlər Cavabdeh1 Əlvida oğlu, Cavabdeh3, Cavabdeh4, , Cavabdeh9, Cavabdeh10, Cavabdeh8, Cavabdeh2, Cavabdeh12, Cavabdeh13 və Cavabdeh6 lazımı qaydada məhkəmə kollegiyasının iclasına dəvət edilsələr də, məhkəmə kollegiyasının iclasına gəlməmişlər. İddiaçı1 məhkəməyə teleqram ünvanlayaraq, səhhəti ilə əlaqədar məhkəməyə gələ bilmədiyini bildirmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə tədqiq edib hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməməli, iş üzrə Zərdab Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(035)-537/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi iddia ərizəsi üzrə 2(O35)-537/2O20 saylı mülki işin materiallarını və iddianın təmini tədbiri haqqında vəsatəti nəzərdən keçirib və yuxarıda sadalanan qanunvericilik normalarını rəhbər tutaraq hesab etmişdir ki, işə mahiyyəti üzrə baxılana qədər iddianın təmini tədbirinin tətbiqi barədə ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1, 158.1.3-cü maddələrinə əsasən məhkəmə iddianı təmin etmək üçün müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan edə bilər. Həmin Məcəllənin 159.1-ci maddəsinin tələblərinə əsasən iddianın təmin etmək haqqında ərizəyə mübahisəni həll edən hakim tərəfindən, daxil olduğu gündən təxirə salınmadan baxılır. Həmin Məcəllənin 159.2-ci maddəsinə görə hakirn-ərizəyə baxılmanın nəticəsi barədə qərardad çıxarır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır. Məhkəmə kollegiyası işin şərh olunan hallarına tətbiq edilməli hüquq normalarının tələblərinə uyğun qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir, şikayətin dəlilləri əsassızdır, Zərdab Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(035)-537/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən apelyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessal Məcəlləsinin 263-264, 397, 398.0.1 və 400-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehlər Cavabdeh1 Əlvida oğlu, Cavabdeh3, Cavabdeh4, X3, Cavabdeh9, Cavabdeh10, Cavabdeh8, X4, Cavabdeh2, Cavabdeh7, Cavabdeh12, Cavabdeh13 və Cavabdeh6 tərəfindən verilmiş şikаyət təmin edilməsin. İş üzrə Zərdab Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(035)-537/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1883/2020
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1883/2020
28.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver