Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-189/2020 14.01.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Abbasov Gündüz Qasım oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, İslamova Türkay Abdurəhim qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı qazdan istifadəyə görə yaranmış borcun tutulması tələbinə dair mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(014)-975/2019 nömrəli qətnaməsindən iddiaçı "İddiaçı" İB tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Ağdaş Rayon Məhkəməsinin (hakim Famil Nəsibov) xx xxxx 2019-cu il tarixli 2(014)- 975/2019nömrəli qətnaməsi ilə İddiaçı İB-nin Cavabdeh qarşı qazdan istifadəyə görə yaranmış borcun tutulması tələbinə dair iddiası qismən təmin edilərək, Cavabdeh 1193 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 1223 (bir min iki yüz iyirmi üç manat) manatın tutularaq İddiaçı İB-in xeyrinə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. İşin halları İddiaçı İB Cavabdeh qarşı qazdan istifadəyə görə yaranmış borcun tutulması tələbi haqqında iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək cavabdehdən 2164,10 manat əsas borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, 0,40 qəpik xidmət haqqının, cəmi 2194,50 manat borcun cavabdehdən tutularaq İddiaçı İB-in hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı İB iddiasını onunla əsaslandırmışdır ki, İddiaçı İB, Zaqatala RQİİ-nin Ağdaş xidmət sahəsində istehlakçı kimi qeydiyyatda olan Ağdaş rayonu Yuxarı Zeynəddin kəndində yaşayan xx xxxxxxxx 1961-ci il təvəllüdlü Cavabdeh məxsus mənzilində müvafiq alqı-satqı müqaviləsi əsasında təbii qazdan istifadə edilir. Cavabdehin yaşadığı mənzildə uzun müddət təbii qazdan istifadə edils də qaz hesabında yaranmış borc tam şəkildə ödənilməmişdir. Cavabdeh adına rəsmiləşmiş **********01000 saylı qaz hesabında ödənilməmiş 2164,10 manat borc vardır, həmin borcun 678,40 manat hissəsi sayğac göstəricisinə əsasən aparılmış hesabata və 1485,70 manat hissəsi isə təbii qazdan qeyriqanuni istifadə edilməsi ilə bağlı aparılmış hesabata əsasən yaranmışdır. Belə ki, istehlakçı istifadə edilmiş təbii qazın dəyərini tam şəkildə ödəmədiyindən istismarda olan G-4 markalı ******* saylı qaz sayğacının 10569 m3 göstəricisi ilə 688,40 manat borc yaranmışdır. Həmin borcun 10 manatı ödənilmişdir. Bundan başqa cavabdehə məxsus fərdi yaşayış evininin qaz hesabında qeydə alınmış 1483,70 manat həcmindəki dəymiş ziyan həmin ünvanda ayrı-ayrı vaxtlarda istismarda olan qaz sayğacından kənar dörd dəfə əlavə xətt ilə şəbəkəyə qoşularaq qanunsuz qazdan istifadə halı aşkar edilməsi nəticəsində yaranmışdır. Cavabdeh bu yolla faktiki istifadə etdiyi təbii qazın uçotunun aparılmasına maneələr yaradır və nəticədə bu yolla qazdan istifadənin əsl dəyərini gizlətməkdədir. Belə ki, İddiaçı İB-nin Zaqatala RQİİ-nin nümayəndələrinin apardığı xidməti yoxlama zamanı xx xxxxx 2017-ci il tarixdə Cavabdeh yaşadığı və qaz hesabı Cavabdeh adına olan fərdi yaşayış evində cavabdehin sayğacdan kənar əlavə xətt ilə şəbəkəyə qoşularaq qanunsuz qazdan istifadə etdiyi aşkar edilmişdir. Faktla bağlı qaz cihazlarının inventarizasiyası aparılmaqla istehlakçının iştirakı ilə təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx xxxxx 2017-ci il tarixli ******* saylı akt tərtib edilmişdir. Qaz işlədicilərinin saatlıq qaz sərfi nəzərə alınmaqla itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır, itirilmiş qazın miqdarı isə Zaqatala RQİİ-nin xx xxxxx 2017-ci il tarixli qərarı ilə 1340 m3 (və ya 268 manat) həcmində müəyyən edilərək ziyanın əvəzinin ödənilməsi tələb olunmuşdur. Daha sonra İddiaçı İB-nin Zaqatala RQİİ-nin nümayəndələrinin apardığı təkrar xidməti yoxlama zamanı xx xxxxxx 2018-ci il tarixdə Cavabdeh yaşadığı fərdi yaşayış evində cavabdehin sayğacdan kənar əlavə xətt ilə şəbəkəyə qoşularaq qanunsuz qazdan istifadə etdiyi aşkar etmişdir. Faktla bağlı qaz cihazlarının inventarizasiyası aparılmaqla istehlakçının iştirakı ilə təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2018-ci il tarixli ******* saylı akt tərtib edilmişdir. Qaz işlədicilərinin saatlıq qaz sərfi nəzərə alınmaqla itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır, itirilmiş qazın miqdarı isə Zaqatala RQİİ-nin xx.xx.2018-ci il tarixli qərarı ilə 2796 m3 (və ya 559,20 manat) həcmində müəyyən edilərək ziyanın əvəzinin ödənilməsi tələb olunmuşdur. Daha sonra İddiaçı İB-nin Zaqatala RQİİ-nin nümayəndələrinin apardığı təkrar xidməti yoxlama zamanı xx.xx.2018-ci il tarixdə Cavabdeh yaşadığı fərdi yaşayış evində cavabdehin sayğacdan kənar əlavə xətt ilə şəbəkəyə qoşularaq qanunsuz qazdan istifadə etdiyi aşkar etmişdir. Faktla bağlı qaz cihazlarının inventarizasiyası aparılmaqla istehlakçının iştirakı ilə təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2018-ci il tarixli ******* saylı akt tərtib edilmişdir. Qaz işlədicilərinin saatlıq qaz sərfi nəzərə alınmaqla itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır, itirilmiş qazın miqdarı isə Zaqatala RQİİ-nin xx.xx.2018-ci il tarixli qərarı ilə 1478 m3 (və ya 295,60 manat) həcmində müəyyən edilərək ziyanın əvəzinin ödənilməsi tələb olunmuşdur. Daha sonra İddiaçı İB-nin Zaqatala RQİİnin nümayəndələrinin apardığı təkrar xidməti yoxlama zamanı xx.xx.2018-ci il tarixdə Cavabdeh yaşadığı fərdi yaşayış evində cavabdehin sayğacdan kənar əlavə xətt ilə şəbəkəyə qoşularaq qanunsuz qazdan istifadə etdiyi aşkar etmişdir. Faktla bağlı qaz cihazlarının inventarizasiyası aparılmaqla istehlakçının iştirakı ilə təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2018-ci il tarixli ******* saylı akt tərtib edilmişdir. Qaz işlədicilərinin saatlıq qaz sərfi nəzərə alınmaqla itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır, itirilmiş qazın miqdarı isə Zaqatala RQİİ-nin xx.xx.2018-ci il tarixli qərarı ilə 3629 m3 (və ya 362,90 manat) həcmində müəyyən edilərək ziyanın əvəzinin ödənilməsi tələb olunmuşdur. Beləliklə, cavabdehin ünvanında sayğacdan kənar əlavə xətt ilə şəbəkəyə qoşularaq qanunsuz qazdan istifadə edilməsi nəticəsində qaz paylayıcısına ümumilikdə 1483,70 manat ziyan dəymişdir. Eyni zamanda cavabdehə məxsus mənzildə təbii qazdan qeyri-qanuni qazdan istifadə halı ilə bağlı foto çəkiliş aparılmışdır. Bundan əlavə aşkar edilmiş qanun pozuntuları ilə əlaqədar qanunamüvafiq tədbirlərin görülməsi Ağdaş Rayon Polis Şöbəsinə və Ağdaş Rayon Prokurorluğuna müraciətlər edilmişdir. Odur ki,iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçı İB-in nümayəndəsi E.Mikayılov birinci instansiya məhkəməsinin iclasında iddia ərizəsinə uyğun izahat vermiş, həmçinin bildirmişdir ki, cavabdehin borcu, yəni itirilmiş qazın dəyəri 168 günə, 66 günə, 22 günə, 65 günə, 115 günə, 54 günə vurularaq hesablanmışdır. Odur ki, iddianın təmin edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. İddiaçı "İddiaçı" İB həmin qətnamədən аpelyаsiyа şikаyəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri İddiaçı apelyasiya şikayətini iddia ərizəsinin dəlilləri ilə əsaslandıraraq Ağdaş Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(014)-975/2019 nömrəli qətnaməsinin qismən, iddianın təmin olunmayan hissədə ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsi və apelyasiya şikayəti verilməsi üçün əvvəlcədən ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı İstehsalat Biriliyinin hesabına ödənilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə apelyasiya şikayətinin təmin edilməsini, Ağdaş Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(014)-975/2019 nömrəli qətnaməsinin qismən, iddianın təmin olunmayan hissədə ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsi və apelyasiya şikayəti verilməsi üçün əvvəlcədən ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı İstehsalat Biriliyinin hesabına ödənilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbardar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbаycаn Respublikаsı MPM-nin 376.2-ci mаddəsinə əsаsən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquq məsələləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş və iş materiallarında olan: - Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilənin surətindən görünür ki, Ağdaş QİS-dən Cavabdeh qazdan istifadə qaydalarına dair müqavilə bağlamışlar. - xx xxxxxxx 2018-cı il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı aktın surətindən məlum olur ki, Cavabdeh yaşayış sahəsinin qaz təsərrüfatına baxış keçirilərkən sayğacdan kənar qeyri-qanuni qaz xətti aşkar edilmişdir. - Zaqatala RQİİ-nin İstehlakçılara satılan qaza nəzarət şöbəsində İtirilmiş qazın bərpası üzrə xx xxxxxxx 2018-ci il tarixli Aktın surətindən görünür ki, Cavabdeh Ağdaş XSnin abonent bazasındakı **********01000 nömrəli abonent koduna 3629 m3 məbləğində itirilmiş qazın dəyəri hesablanaraq vurulmuşdur. - xx xxx 2018-ci il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı aktın surətindən məlum olur ki, Cavabdeh yaşayış sahəsinin qaz təsərrüfatına baxış keçirilərkən sayğacdan kənar qanunsuz birləşmə aşkar edilmişdir. - Zaqatala RQİİ-nin İstehlakçılara satılan qaza nəzarət şöbəsində İtirilmiş qazın bərpası üzrə xx xxx 2018-ci il tarixli Aktın surətindən görünür ki, Cavabdeh Ağdaş XS-nin abonent bazasındakı **********01000 nömrəli abonent koduna 1478 m3 məbləğində itirilmiş qazın dəyəri hesablanaraq vurulmuşdur. - xx xxxxxx 2018-ci il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı aktın surətindən məlum olur ki, Cavabdeh yaşayış sahəsinin qaz təsərrüfatına baxış keçirilərkən sayğacdan kənar qanunsuz birləşmə aşkar edilmişdir. - Zaqatala RQİİ-nin İstehlakçılara satılan qaza nəzarət şöbəsində İtirilmiş qazın bərpası üzrə xx xxxxxx 2018-ci il tarixli Aktın surətindən görünür ki, Cavabdeh Ağdaş XSnin abonent bazasındakı **********01000 nömrəli abonent koduna 2796 m3 məbləğində itirilmiş qazın dəyəri hesablanaraq vurulmuşdur. - xx xxxxx 2017-ci il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı aktın surətindən məlum olur ki, Cavabdeh yaşayış sahəsinin qaz təsərrüfatına baxış keçirilərkən sayğacdan kənar qanunsuz birləşmə aşkar edilmişdir. - Ağsu RQİİ-nin İstehlakçılara satılan qaza nəzarət şöbəsində İtirilmiş qazın bərpası üzrə xx xxxxx 2017-ci il tarixli Aktın surətindən görünür ki, Cavabdeh Ağdaş XS-nin abonent bazasındakı **********01000 nömrəli abonent koduna 1340 m3 məbləğində itirilmiş qazın dəyəri hesablanaraq vurulmuşdur. -Cavabdeh adına olan abonentin saldosundan görünür ki, Cavabdeh 2018-ci ilə qaza görə 1217,70 manat qalıq və aktlar üzrə borcu vardır. Məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş iş materiallarından müəyyən edildi ki, İddiaçı İB-in X2 X1 Xidmət Sahəsinin əməkdaşları tərəfindən təbii qaz istehlakçıları tərəfindən təbii qazdan istifadə qaydalarına riayət edilməsi vəziyyəti yoxlanılarkən cavabdehin yaşadığı fərdi yaşayış evinin təbii qaz ilə təchizatına baxış keçirilən zaman təbii qazdan istifadəyə dair sayğacdan kənar 4 dəfə ayrı-ayrılıqda qanunsuz birləşmə aşkar edilmişdir. Bundan əlavə aşkar edilmiş qanun pozuntuları ilə əlaqədar qanunamüvafiq tədbirlərin görülməsi Ağdaş Rayon Polis Şöbəsinə və Ağdaş Rayon Prokurorluğuna müraciətlər edilmişdir. Təbii qazdan qanunsuz kənar xətt vasitəsi ilə istifadə nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəri olaraq cavabdehə cəmi 2164,10 manat borc yazılmışdır. Tələb edilən 678,40 manat borc isə cavabdehin təbii qazdan istifadəsi nəticəsində yaranmış olan borcudur. İddiaçı cavabdehdən qazdan qanunsuz istifadə nəticəsində 1485,70 manat borc məbləğinin ödənilməsini tələb edir. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərkən mövqeyini onunla əsaslandırmışdır ki, aşkar edilmiş qanunsuz kənar xətt nəticəsində cavabdehə hesablanmış cərimə 1217,70 manat borc şişirdilmişdir, belə ki, dəymiş ziyan hesablanarkən hesabat müddəti müəyən edilərkən 168 gün, 66 gün, 22 gün, 65 gün, 115 gün, 54 gün nəzərdə tutularaq cavabdehdən tələb edilən cərimə məbləği dəymiş ziyanın məbləğinə münasib deyildir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, qanunsuz kənar xətt nəticəsində cavabdehə hesablanmış borc şişirdilmişdir. Belə ki, dəymiş ziyan hesablanarkən hesabat müddəti müəyən edilərkən 168 gün, 66 gün, 22 gün, 65 gün, 115 gün, 54 gün nəzərdə tutularaq cavabdehdən tələb edilən cərimə məbləğinin İddiaçı İB tərəfindən nəyə əsasən hesablanması aydın olaraq görünmür. Bununla bağlı məhkəmə kollegiyası tərəfindən aparılan araşdırma zamanı iddiaçının nümayəndəsindən 168 gün, 66 gün, 22 gün, 65 gün, 115 gün, 54 gün müddətin nəyə əsasən müəyyən edilməsi və həmin müddətlərə əsasən borc məbləğinin necə hesablanması ilə bağlı açıqlama cədvəlinin təqdim edilməsi təklif edilmiş, bu məqsədlə məhkəmə iclasının təxirə salınmasına baxmayaraq, növbəti məhkəmə iclasında isə iddiaçı nümayəndəsinin iştirakını təmin etməmiş, qeyd edilən açıqlama cədvəlini təqdim etməmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq etdilən “Qazdan istifadə qaydaları”nın: - 3.2.1-ci bəndinə əsasən Qazdan istifadə edən istehlakçılar qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların normativ hüquqi akta (normativ hüquqi aktın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş müvafiq yazılı göstərişlərinə əməl etməlidir. - 5.2-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. - 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. - 6.5-ci bəndinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”na 2 saylı əlavə olan “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilənin: -2.3-cü bəndində, bu Müqavilənin və “Qazdan istifadə Qaydaları”nın tələblərinə əməl etməsi, təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəməsi, bu Müqavilə üzrə müəyyən edilmiş şərtlərin yerinə yetirilməməsinə görə qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyəti daşıması, “Qazdan istifadə Qaydaları”nda nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirməsi cavabdehin müqavilə üzrə vəzifələri kimi müəyyən edilmişdir. - 3.3-cü bəndində göstərilir ki, istehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması bu müqaviləyə əlavə olunmuş ARDNŞ-in Şurasının xx xxxx 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş qaydalara uyğun olaraq tənzimlənir. Həmin qaydaların 3-cü bəndində əsasən, sayğacdan əvvəl qaz xəttinə qoşulma aşkar olunduqda qazın verilməsi qeyd-şərtsiz dayandırılır, qaz kəmərinin əlavə qoşulma aşkarlanan qoşulma nöqtəsindəki en kəsiyindən təziqindən asılı olaraq axırıncı texniki baxış müddətindən sonrakı gün üçün və ya yay aylarında gündəlik 12 saat, qış aylarında isə gündəlik 24 saat hesabı ilə iddia müddəti ərzində qaz sərfinə bərabər qanunsuz istifadə olunmuş qazın dəyəri hesablanaraq istehlakçı tərəfindən təchizatçının hesablaşma hesabına ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət dаşıyır. - 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). - 1097.1-ci madəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. - 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. - 14.2-ci mаddəsinin tələbinə görə, məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və оnlаrdаn istifаdə etməlidir. - 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnamə qəbul edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Məhkəmə kollegiyası iddiaçının apelyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan iddiaçı da göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən, iddiaçının şikayətdə göstərdikləri dəliləri əsaslı hesab edilə bilməz. Ona görə də birinci instansiya məhkəməsi haqlı olaraq belə nəticəyə gəlmişdir ki, iddia qismən təmin edilərək dəymiş ziyan hesablanarkən hesabat müddəti 30 günə vurulmalı, cavabdehdən 514,60 manat qanunsuz kənar xətt nəticəsində iddiaçıya dəymiş ziyana görə və 678,40 manat təbii qazdan istifadəyə görə, cəmi 1193 manat pul tutulmalı iddia qalan hissədə rədd edilməlidir. Ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi ilk iddianı qismən təmin etməkdə düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpelyаsiyа qаydаsındа ləğvi üçün əsаslаr olmаdığındаn İddiaçı аpelyаsiyа şikаyəti təmin edilmədən, iş üzrə Ağdaş Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(014)-975/2019 nömrəli qətnaməsi isə dəyişdirilmədən sаxlаnılmаlıdır. AzərbаycаnRespublikаsıMülki-ProsessuаlMəcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpelyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpelyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş аpelyasiya şikayəti təmin edilməsin. İş üzrə Ağdaş Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(014)-975/2019 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2(107)-189/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-189/2020
14.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver