Məhkəmə qərarları › İş №2(107)-1891/2020

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1891/2020

01.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1891/2020 01.10.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, Yevlax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(039)-2672/2018 saylı qərardadından Cavabdeh verdiyi şikayətə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: Yevlax Rayon Məhkəməsinin 2(039)-2672/2018 №-li, xx xxxxxx 2018-ci il tarixli qiyabi qətnaməsinə əsasən Cavabdeh “BMW-523 ” markalı, ** EA *** markalı avtomobil alınaraq İddiaçı Ağali oğluna verilməli, vəkilin göstərdiyi yardıma görə ödənilməli olan 300 (üç yüz) manat, habelə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat, cəmi 330 (üç yüz otuz) manat pulun Cavabdeh İddiaçı Ağali oğlunun xeyrinə tutulması qət edilmişdir. Cavabdeh etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, Yevlax Rayon Məhkəməsinin 2(039)-2672/2018 №-li, xx xxxxxx 2018-ci il tarixli qiyabi qətnaməsinin ləğv edilməsini və işə yenidən baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(039)-2672/2018 saylı qərardadı ilə etiraz təmin edilməmişdir. Həmin qərardaddan Cavabdeh şikayət vermişdir. Yevlax Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(039)-2672/2018 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Cavabdeh vəkili Roman Qaraşov məhkəmə kollegiyasına ərizə ərizə ünvanlayaraq məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. İddiaçı işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, heç bir üzürlü səbəblər olmadan məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə olan sənədlərə hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməli, iş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(039)-2672/2018 saylı qərardadı ləğv edilərək, mülki iş qiyabi qətnamədən verilmiş etiraza baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmır. Belə ki, birinci instansiya məhkəməsi prossesual pozuntuya yol verərək cavabdehin məhkəmə iclasında iştirakını təmin etmədən iş üzrə qiyabi qətnamə qəbul etmişdir. İş materiallarında Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehin məlumatlandırıldığını təsdiq edən hər hansı bir sübut yoxdur. Mülki Prossesual Məcəllənin 238.1-ci maddəsinə əsasən yalnız məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Həmin Məcəllənin 238.3-cü maddəsinə əsasən işdə cavabdehin lazımi qaydada xəbərdar edilməsi barədə məlumatlar olmalıdır. Göründüyü kimi birinci instansiya məhkəməsi iş üzrə qiyabi qətnamə qəbul etməklə qanunvericiliyin tələblərini pozmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 240.1.1-ci maddəsinə əsasən gəlməmiş tərəf bu Məcəllə ilə müəyyən olunmuş qaydada xəbərdar edilməmişsə qiyabi qətnamənin qəbul edilməsinə yol verilmir. Həmin Məcəllənin 249-cu maddəsinə əsasən hakim, qiyabi qətnamənin ləğvi haqqında ərizəyə baxaraq, ərizənin təmin olunmaması haqqında, yaxud qiyabi qətnamənin ləğv edilməsi və işin təzələnərək mahiyyəti üzrə baxılması barədə qərardad çıxarır. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 267.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 398.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərə bilər. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, şikayət təmin edilməli, iş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(039)-2672/2018 saylı qərardadı ləğv edilərək, mülki iş qiyabi qətnamədən verilmiş etiraza baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 263, 264, 397, 398, 400 və 405-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı qərаrа аldı: Cavabdeh şikаyəti təmin edilsin. İş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(039)-2672/2018 saylı qərardadı ləğv edilsin. Mülki iş qiyabi qətnamədən verilmiş etiraza baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar