Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1896/2021 21.10.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi ilə, Ağdaş Rayon Məhkəməsinin 16 iyun 2021-ci il tarixli 2(014)-1082/2021 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Ağdaş Rayon Məhkəməsinin (hakim Nizam Əliyev) 16 iyun 2021-ci il tarixli 2(014)- 1082/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək 17 yanvar 2018-ci il tarixli 111.LN.2102.170118.00001 saylı kredit müqaviləsi üzrə 1173 (bir min yüz yetmiş üç) ABŞ dolları əsas, 31 (otuz bir) ABŞ dolları faiz, 100 (yüz) ABŞ dolları cərimə və kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 96 (doxsan altı) ABŞ dolları faiz borcu, cəmi 1400 (bir min dörd yüz) ABŞ dolları məbləğində borc (ödəniş gününə Mərkəzi Bankın müəyyən etdiyi məzənnə üzrə manat hesabı ilə) və ödənilmiş 30.40 mаnаt məbləğində dövlət rüsumunun, xx xxxxx 1972-ci il tarixdə Ağdaş şəhərində anadan olmuş, Ağdaş şəhər, H.Əliyev pr-58də yaşayan Cavabdeh1, xx xxxx 1972-ci il tarixdə Ağdaş şəhərində anadan olmuş, Ağdaş şəhər, N.Nərimanov küç3/4-də yaşayan X1 və 02 avqust 1952-ci il tarixdə Ağdaş rayonu Pirkəkə kəndində anadan olmuş, Ağdaş rayonu Pirkəkə kəndində yaşayan Cavabdeh3 müştərək qaydada alınaraq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. İşin halları İddiаçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra iddiaçı və ya ləğv prosesində olan İddiaçı ASC) cаvаbdеhlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 (bundan sonra cavabdeh və ya Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3) qаrşı «kredit borcunun qaytarılması» tələbinə dаir iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 1955 ( bir min doqquz yüz əlli beş) ABŞ dolları-bundan 1173 (bir min yüz yetmiş üç) ABŞ dolları əsas, 31 (otuz bir) ABŞ dolları faiz, 655 (altı yüz əlli beş) ABŞ dolları cərimə və kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 96 (doxsan altı)ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 30.40 ( otuz manat 40 qəpik) manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahis etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 111.LN.2102.170118.00001 saylı 17 yanvar 2018-ci il tarixli kredit müqaviləsi əsasən cavabdehə 16 ay müddətinə illik 16.08 (on altı tam və yüzdə səkkiz) faiz dərəcəsi ilə 5745.78 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh3 və Cavabdeh2 ilə bank arasında 17 yanvar 2018-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilələrin 2.1-ci bəndinə əsasən zamin durmuş şəxslər kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyırlar. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********341 saylı, 08.02.2021-ci il tarixli xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər.Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlərə həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyanının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabehlər onlara vermiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdeh1 12.01.2021-ci il tarixə kredit üzrə cəmi borcu 1955 ( bir min doqquz yüz əlli beş) ABŞ dolları-bundan 1173 (bir min yüz yetmiş üç) ABŞ dolları əsas, 31 (otuz bir) ABŞ dolları faiz, 655 (altı yüz əlli beş) ABŞ dolları cərimə və kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 96 (doxsan altı) ABŞ dolları faiz borcu təşkil edir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh1 məhkəmə iclasında iddia tələbini qismən qəbul edərək bildirmişdir ki, 111.LN.2102.170118.00001 saylı 17 yanvar 2018-ci il tarixli kredit müqaviləsinə əsasən ona 16 ay müddətinə illik 16.08 (on altı tam və yüzdə səkkiz) faiz dərəcəsi ilə 5745.78 ABŞ dolları məbləğində kredit verilmişdir. Müqavilə üzrə borcu əvvəllər ödəsə də, sonradan ödəyə bilməmişdir. Hazırda borc məbləği ilə razı deyil belə ki, bank tərəfindən faiz borcu süni olaraq şişirdilmişdir. İş üzrə Ağdaş Rayon Məhkəməsinin 16 iyun 2021-ci il tarixli 2(014)-1082/2021 nömrəli qətnaməsi qəbul edilmişdir. Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin dəyişdirilərək iddia tələbində əsas və faiz borclarının real məbləğində müəyyən edilərək cərimə borcunun silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli 2(107)-1896/2021 nömrəli qərardadı ilə Ağdaş Rayon Məhkəməsinin 16 iyun 2021-ci il tarixli 2(014)-1082/2021 nömrəli qətnaməsi qismən yəni – 17 yanvar 2018-ci il tarixli 111.LN.2102.170118.00001 saylı kredit müqaviləsi üzrə 1173 (bir min yüz yetmiş üç) ABŞ dolları əsas, 31 (otuz bir) ABŞ dolları faiz, 100 (yüz) ABŞ dolları cərimə və kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 96 (doxsan altı)ABŞ dolları faiz borcu, cəmi 1400 (bir min dörd yüz) ABŞ dolları məbləğində borc (ödəniş gününə Mərkəzi Bankın müəyyən etdiyi məzənnə üzrə manat hesabı ilə) və ödənilmiş 30.40 mаnаt məbləğində dövlət rüsumunun Ağdaş rayonu Pirkəkə kəndində yaşayan Cavabdeh3 müştərək qaydada alınaraq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi hissəsində ləğv edilmiş, həmin hissə üzrə mülki işin icraatına xitam verilmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, bank bugünədək etdiyi ödənişləri nəzərə almadan və düzgün hesablamadan artıq hesablanmış iddia tələbini irəli sürmüş, məhkəmə isə araşdırma aparmadan, işə düzgün baxmadan iddia tələbini qismən təmin etmişdir. Ağdaş Rayon Məhkəməsi 16 iyul 2021-ci il tarixli 2(014)-1082/2021 saylı qətnaməsi ilə ondan, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 1173 ABŞ dolları əsas borc, 31 ABŞ dolları faiz və 100 ABŞ dolları cərimə borcu olmaqla cəmi 1400 ABŞ dolları borcun və ödənilmiş 30.40 manat dövlət rüsumunun tutulmasını qət etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24.12.2014-cü il tarixli plenum qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonrada borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditorun digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmis vaxt üçün illik beş faiz tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cаvаbdеh Cavabdeh1 apellyasiya şikayətinin təmin edilməsini, Ağdaş Rayon Məhkəməsinin 16 iyun 2021-ci il tarixli 2(014)- 1082/2021 nömrəli qətnaməsinin dəyişdirilərək iddia tələbində əsas və faiz borclarının real məbləğində müəyyən edilərək cərimə borcunun silinməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cаvаbdеh Cavabdeh2 qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Həmin Məcəllənin 368.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində işə onun məhkəməyə daxil olduğu gündən 3 ay müddətində baxılmalı və müvafiq məhkəmə aktı qəbul edilməlidir. Qanunvericiliyin istinad olunan tələbini, habelə mülki işlər üzrə apellyasiya şikayətinə baxılması üçün qanunla 3 aylıq müddət müəyyən olunmasını nəzərə alaraq məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Hüquq məsələləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilən: İddiaçı ASC tərəfindən verilmiş 17 yanvar 2018-ci il tarixli 111.LN.2102.170118.00001 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 ilə İddiaçı ASC arasında kredit müqaviləsi bağlanmışdır. İddiaçı ASC tərəfindən verilmiş 17 yanvar 2018-ci il tarixli 111.CL.070118.00001/a, saylı zaminlik müqaviləsindən məlum olur ki, Cavabdeh3 ilə İddiaçı ASC arasında zaminlik müqaviləsi bağlanmışdır. İddiaçı ASC tərəfindən verilmiş 17 yanvar 2018-ci il tarixli 111.CL.070118.00001/b, saylı zaminlik müqaviləsindən məlum olur ki, Cavabdeh2 ilə İddiaçı ASC arasında zaminlik müqaviləsi bağlanmışdır. İddiaçı ASC Gəncə filialı tərəfindən verilmiş 22 yanvar 2021-ci il tarixli **********109 saylı Maliyyə arayışından məlum olur ki, Kredit müqaviləsinə əsasən 17 yanvar 2018-ci il tarixdən 12 yanvar 2021-ci il tarixədək Banka əsas məbləğ üzrə borc cəmi 1955 ( bir min doqquz yüz əlli beş) ABŞ dolları-bundan 1173 (bir min yüz yetmiş üç) ABŞ dolları əsas, 31 (otuz bir) ABŞ dolları faiz, 655 (altı yüz əlli beş) ABŞ dolları cərimə və kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 96 (doxsan altı)ABŞ dolları faiz borcu müəyyən olunur. İddiaçı ASC tərəfindən 08 fevral 2021-ci il tarixli **********341 saylı xəbərdarlıq məktubundan məlum olur ki, kredit borcunu 3 gün müddətində ödənmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Bakı Apellyasiya Məhkəməsinin inzibati Kollegiyası tərəfindən verilmiş 14 may 2020ci il tarixli 2-3(103)-132/2020 saylı qərarın surətindən məlum olur ki, Azərbaycan Respublikası Mərkəzi Bankının ərizəsi təmin edilməsi, "xxxx" ASC müflis elan edilməsi, Əmanətlərin Sığortalanması Fondu "xxxx" ASC X2 ləğvedicisi təyin edilməsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04.04.2020-ci il tarixli 135s nömrəli Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planına əsasən pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əmək haqqının müəyyən hissəsi üzrə və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi üzrə dövlət vəsaiti hesabına aparılan ödənişlərin təyinatı üzrə ödənilməsinə moratorium tətbiq olunmamamsına icazə verilməsi qərara alınmışdır. Məhkəmə kollegiyasının sorğusu əsasında alınmış Ağdaş rayon Qeydiyyat şöbəsinin 19 oktyabr 2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh3 20 mart 2018-ci il tarixdə vəfat etmişdir. Məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Tərəflər аrаsındа bаğlаnmış kredit və zаminlik müqаvilələri iddiа tələbi üzrə cаvаbdehin hüquq və öhdəliklərinin yаrаnmаsı üçün Mülki Məcəllənin 14.2.1 və 386.1-ci mаddələrində göstərilən hüquqi əsаslаrı təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi,o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditorun qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc аlаn) isə аldıqlаrını müvаfiq olаrаq pul və yа eyni keyfiyyətdə və miqdаrdа eyni növlü əşyаlаr şəklində borc verənə qаytаrmаğı öhdəsinə götürür. 739.2-ci mаddəsində göstərilir ki, borc müqаviləsinin predmeti pul məbləği olduqdа, o, kredit müqаviləsi аdlаnır. 742.1-ci mаddəsinə görə isə, bоrc аlаn bоrcun qаytаrılmаsı üçün qоyulmuş müddətdə bоrcu qаytаrmаlıdır. 470-ci mаddəsinə görə, zаminlik müqаviləsi üzrə zаmin bаşqа şəxsin kreditоru qаrşısındа həmin şəxsin öz öhdəliyini tаmаmilə və yа hissə-hissə icrа etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci mаddəsində göstərilmişdir ki, bоrclu zаminliklə təmin edilmiş öhdəliyi icrа etmədikdə və yа lаzımıncа icrа etmədikdə, əgər bu Məcəllədə və yа zаminlik müqаviləsində zаminin subsidiаr məsuliyyəti nəzərdə tutulmаyıbsа, zаmin və bоrclu kreditоr qаrşısındа birgə məsuliyyət dаşıyırlаr. 472.2-ci mаddəsində nəzərdə tutulmuşdur ki, zаminlik müqаviləsində аyrı qаydа nəzərdə tutulmаyıbsа, fаizlərin, bоrc tutulmаsı üzrə məhkəmə xərclərinin və bоrclunun öhdəliyi icrа etməməsi və yа lаzımıncа icrа etməməsi nəticəsində kreditоrа dəyən digər zərərin əvəzinin ödənilməsi də dаxil оlmаqlа, zаmin kreditоr qаrşısındа bоrclu ilə eyni həcmdə məsuliyyət dаşıyır. Birgə zаmin оlmuş şəxslər, əgər zаminlik müqаviləsində аyrı qаydа nəzərdə tutulmаyıbsа, kreditоr qаrşısındа birgə məsuliyyət dаşıyırlаr. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayəti qismən əsaslıdır. Belə ki, hazırkı mülki iş üzrə 28 oktyabr 2014-cü il tarixli kredit müqaviləsi Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının təsiri altına düşür. Fərmanın 5-ci bəndinə əsasən fiziki şəxslərin xarici valyutada əsas məbləği 10000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682 000 000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsi, eləcə də, bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215 000 000,0 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsi qərara alınmışdır. Fərmanın təsir dairəsinə (8.6. bəndi) fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar daxil edilmişdir. Qeyd olunan fərmanın 1-ci bəndinə əsasən fiziki şəxslərin banklara 10 000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına manatla ödənilməli, habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlər müəyyən edilərək Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq edilməlidir. Eyni zamanda banklara tövsiyə olunmuşdur ki, fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditləri üzrə vaxtı keçmiş və bu Fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısını müəyyən edərək vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər. Göründüyü kimi Fərmanın təsir dairəsinə düşən kredit müqavilələri üzrə artıq ödənilmiş vəsaitlərin qaytarılması, hesablanmış faiz və dəbbə pulunun azaldılması, vəsaitin restrukturizasiya olunması, yeni güzəştli şərtlərlə kredit müqavilələrinin bağlanmasının təklif edilməsi və digər güzəştlər edilməsi nəzərdə tutulmuşdur. Həmin güzəştlərin bankların vəsaiti deyil, dövlətin dəstəyi ilə həyata keçirilməsi nəzərdə tutulmuşdur. Sadalananlara əsasən məhkəmə kollegiyası Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli fəramanını faiz borcuna münasibətdə tətbiq etməyi məqsədəuyğun hesab edir. Məhkəmə kollegiyası bu qənaətə gəlmişdir ki, apellyasiya şikayəti tam təmin edilə bilməz. Belə ki, işdən görünür ki, 17 yanvar 2018-ci il tarixdə iddiaçı ilə Cavabdeh1 arasında 111.LN.2102.170118.00001 saylı kredit müqaviləsi bağlanmış, kredit müqaviləsinin şərtlərinə görə sonuncuya təşkilat tərəfindən 5745.78 ABŞ dolları məbləğində pul ayrılmışdır və o, kreditdən istifadə haqqı illik 16.08 faiz dərəcəsi ilə 16 ay ərzində kreditin əsas məbləğini və ona hesablanmış faizləri Kredit müqaviləsinin 1 saylı əlavəsindəki qrafik üzrə ödəməyi öhdəsinə götürmüşdür. Borclunun öhdəliyinin təminatı kimi təşkilatla 17 yanvar 2018-ci il tarixdə Cavabdeh3 və Cavabdeh2 arasında 111.CL.070118.00001/a, saylı zaminlik müqavilələri bağlanmışdır. Zaminlik müqavilələrinin şərtlərinə görə borclunun təşkilat qarşısında öhdəlikləri yerinə yetirilənədək zaminlər borclu ilə birlikdə məsuliyyət daşımağı öz öhdələrinə götürmüşlər. Bundan sonra kredit borcu ödənilməmiş, kreditor Cavabdeh1 üzərinə götürdüyü öhdəliyə əməl etməmişdir. İşdə olan Ağdaş Rayon Qeydiyyat şöbəsinin 19 oktyabr 2021-ci il tarixli arayışından görünür ki, zamin Cavabdeh3 20 mart 2018-ci il tarixdə ölmüşdür. Kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Ağdaş Rayon Məhkəməsinin 16 iyun 2021-ci il tarixli 2(014)-1082/2021 nömrəli qətnaməsi ləğv edilməli, yeni qətnamə çıxarılaraq iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 17 yanvar 2018-ci il tarixli 111.LN.2102.170118.00001 saylı kredit müqaviləsi üzrə 1173 (bir min yüz yetmiş üç) ABŞ dolları əsas borc məbləği (ödəniş gününə Mərkəzi Bankın müəyyən etdiyi məzənnə üzrə manat hesabı ilə) müştərək qaydada alınaraq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə verilməsi qət edilməli, iddia qalan hissədə rədd edilməlidir. İş üzrə cavabdeh (zamin) Cavabdeh3 münasibətdə Şəki Apellyasiya Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli 2(107)-1896/2021 nömrəli qərardadı nəzərə alınmalıdır. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarının izahına əsasən “istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı və i.) vurğulamışdır ki, “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyаsı hesab edir ki, birinci instansiya məhkəməsi faiz borcuna, cərimə və kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz borcuna münasibətdə maddi hüquq normalarını və ya prosessual hüquq normalarını pozmuş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, məhkəmənin qərarında göstərilmiş nəticələri işin hallarına uyğun olmamışdır. Ona görə də apellyasiya şikayəti qismən təmin edilməli, Ağdaş Rayon Məhkəməsinin 16 iyun 2021-ci il tarixli 2(014)-1082/2021 nömrəli qətnaməsi ləğv edilməli, yeni qətnamə çıxarılaraq iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 17 yanvar 2018-ci il tarixli 111.LN.2102.170118.00001 saylı kredit müqaviləsi üzrə 1173 (bir min yüz yetmiş üç) ABŞ dolları əsas borc məbləği (ödəniş gününə Mərkəzi Bankın müəyyən etdiyi məzənnə üzrə manat hesabı ilə) müştərək qaydada alınaraq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə verilməsi qət edilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, iddia qismən təmin olunduğundan ödənilmiş tələblərin məbləğinə münasib olaraq iddianın qaldırılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 20 (iyirmi) manatı cavabdehlər Cavabdeh1 və Cavabdeh2, 10 (on) manatı iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nə aid edilməlidir. İddia qalan hissədə rədd edilməlidir. MPM-in 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393, 402-406-cı mаddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh1 tərəfindən verilmiş аpellyаsiyа şikayəti qismən təmin edilsin. İş üzrə Ağdaş Rayon Məhkəməsinin 16 iyun 2021-ci il tarixli 2(014)-1082/2021 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın və iddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 17 yanvar 2018-ci il tarixli 111.LN.2102.170118.00001 saylı kredit müqaviləsi üzrə 1173 (bir min yüz yetmiş üç) ABŞ dolları əsas borc məbləği (ödəniş gününə Mərkəzi Bankın müəyyən etdiyi məzənnə üzrə manat hesabı ilə) müştərək qaydada alınaraq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilsin. İddia ərizəsinin verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun 20 (iyirmi) manatı müştərək qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2, 10 (on) manatı iddiaçı ləğv prosesində olan İddiaçı ASC-dən tutularaq dövlət büdcəsinin nəfinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-1896/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1896/2021
21.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver