Məhkəmə qərarları › İş №2(107)-1899/2020

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1899/2020

01.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1899/2020 01.10.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı və cavabdeh Yevlax Rayon Mərkəzi X3 Şəxsinin nümayəndəsi X1 iştirakı ilə, Yevlax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(039)-75/2020 saylı qərardadından cavabdeh Yevlax Rayon Mərkəzi X3 Şəxsi tərəfindən verilmiş şikayətə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı cavabdeh X9 X3 şəxsə qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh X2 X7 səhhətinə vurduqları maddi ziyana görə 10,000 manat və mənəvi ziyana görə 10,000 manat pul vəsaitinin alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin 2(039)-75/2020 №-li, xx xxxxxx 2020-ci il tarixli qətnaməsinə əsasən cavabdeh “Yevlax Rayon Mərkəzi Xəstəxanası” X7 vurulmuş mənəvi ziyana görə 1,000 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30.40 manat, ümumi 1,030 (bir min otuz) manat 40 (qırx) qəpik İddiaçı xeyrinə tutulması qət edilmişdir. Cavabdeh “Yevlax Rayon Mərkəzi Xəstəxanası” X10 direktor müavini-baş həkim X5 Rayon Məhkəməsinə qətnamədən apellyasiya şikayəti verərək Yevlax Rayon Məhkəməsinin 2(039)- 75/2020 №-li, xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv olunması və iddianın tam məzmunu üzrə rədd olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin 2(039)-75/2020 №-li, xx xxxx 2020-ci il tarixli qərardadı ilə cavabdeh “Yevlax Rayon Mərkəzi Xəstəxanası” X10 direktor müavini-baş həkim Nurəddin Əhmədov tərəfindən Yevlax Rayon Məhkəməsinin 2(039)75/2020 №-li, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən verilmiş apelyasiya şikayəti geri qaytarılmışdır. Həmin qətnamədən apelyasiya şikayəti verilmədiyi üçün qətnamə xx xxxx 2020-ci il tarixdə qanuni qüvvəyə minmiş və icra olunması üçün aidiyyəti zrə Yevlax Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Bundan sonra cavabdeh “Yevlax Rayon Mərkəzi Xəstəxanası” X10 direktoru X8 Rayon Məhkəməsinə təkrarən qətnamədən apellyasiya şikayəti verərək Yevlax Rayon Məhkəməsinin 2(039)-75/2020 №-li, xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv olunması və iddianın tam məzmunu üzrə rədd olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin 2(039)-75/2020 №-li, xx xxxx 2020-ci il tarixli qərardadı ilə cavabdeh “Yevlax Rayon Mərkəzi Xəstəxanası” X10 direktoru Azər İsmayılov tərəfindən Yevlax Rayon Məhkəməsinin 2(039)-75/2020 №-li, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən verilmiş apelyasiya şikayəti qanununla müəyyən olunmuş müddət keçdikdən sonra verildiyindən, apellyasiya şikayəti imzalanmadığından və müddət bərpası barədə ərizə təqdim edilmədiyindən geri qaytarılmışdır. Bundan sonra cavabdeh “Yevlax Rayon Mərkəzi Xəstəxanası” X10 direktoru X8 Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək Yevlax Rayon Məhkəməsinin 2(039)-75/2020 №-li, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən apelyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş müddətin bərpa edilməsini və apellyasiya şikayətinin baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin 2(039)-75/2020 saylı xx xxxx 2020-ci il tarixli qərardadı ilə Cavabdeh “Yevlax Rayon Mərkəzi Xəstəxanası” X10 direktoru X6 Rayon Məhkəməsinin 2(039)- 75/2020 №-li, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa olunmasına dair ərizəsi müzakirə edilməsi üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Yevlax Rayon Mərkəzi X3 Şəxsinin nümayəndəsi X4 şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Yevlax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(039)-75/2020 saylı qərardadı ləğv edilməli, Yevlax Rayon Məhkəməsinin 2(039)-75/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh Yevlax Rayon Mərkəzi X3 Şəxsi tərəfindənapelyasiya şikayəti vermək üçün ötürülmüş müddət üzürlü hesab edilməklə bərpa edilməli, iş apellyasiya icraatına qəbul edilməklə, Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133-cü maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Belə ki, Dünyada yayılmış koronavirus (COVİD-19) pandemiyası ilə mübarizədə müxtəlif ölkələrin təcrübəsini nəzərə alaraq, əhalinin sağlamlığının qorunmasını ali məqsəd kimi qəbul edərək, koronavirus infeksiyasının ölkədə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Sanitariya-epidemioloji salamatlıq haqqında Qanununun 25-ci maddəsinə əsasən Azərbaycan Respublikasında xüsusi karantin rejimi elan edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında xx xxxxx 2020-ci il tarixli, 124 nömrəli qərarı ilə Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunmuşdur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə xx xxxxx 2020-ci il tarixli, 144 nömrəli qərarı ilə Koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 4 may saat 00:00-dək uzadılmışdır. Göründüyü kimi cavabdeh Yevlax Rayon Mərkəzi X3 Şəxsi qətnamədən apelyasiya şikayəti vermə müddətini üzürlü səbəbdən ötürmüşdür. Azərbaycan Respublikası Mülki Prоsessuаl Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qəbul etdiyi bir çox qərarlarında qeyd etmişdir ki, beynəlxalq hüquqda (İnsan hüquqları haqqında ümumi Bəyannamənin 8-ci maddəsi, Vətəndaş və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsinin 1-ci bəndi, insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi) məhkəmə müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Konstitusiyada ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir (MPM-in 9.1, 9.3 və 88-ci maddələri). Belə ki, Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəllənin 357.1-ci maddəsinə görə, birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş, qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apelyasiya şikayəti verə bilərlər. Həmin Məcəllənin 360-cı mаddəsinə əsаsən, аpelyаsiyа şikаyəti məhkəmə qətnаməsi rəsmi qаydаdа verildiyi gündən 1 аy müddətində verilir. «O.Hüseynovun şikаyəti üzrə məhkəməyə mürаciət hüququnun pozulmаsınа dаir» iş üzrə xx xxxx 2007-ci il tаrixli qərаrındа Konstitusiyа Məhkəməsinin Plenumu qeyd etmişdir ki, mülki prosessuаl qаnunvericilik birinci instаnsiyа məhkəməsinin qətnаməsindən verilən şikаyətlər üçün də müddətin məhz məhkəmə аktının tərəfə təqdim olunduğu gündən hesаblаndığını nəzərdə tutur. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 398.0.3-cü maddəsinə müvafiq olaraq, apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə hüququ vardır ki, qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etsin. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən apelyasiya məhkəmələrinin mülki və inzibatiiqtisadi kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və inzibatiiqtisadi kollegiyalarının qətnamələrindən, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133-cü maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, Yevlax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(039)-75/2020 saylı qərardadı ləğv edilməli, Yevlax Rayon Məhkəməsinin 2(039)-75/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh Yevlax Rayon Mərkəzi X3 Şəxs tərəfindənapelyasiya şikayəti vermək üçün ötürülmüş müddət üzürlü hesab edilməklə bərpa edilməli, iş apellyasiya icraatına qəbul edilməklə, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133, 400 və 409-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Şikayət təmin edilsin. Yevlax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(039)-75/2020 saylı qərardadı ləğv edilsin. Yevlax Rayon Məhkəməsinin 2(039)-75/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh Yevlax Rayon Mərkəzi X3 Şəxsi tərəfindən verilmiş apelyasiya şikayəti üzrə buraxılmış prossesual müddət bərpa edilsin. Mülki iş apellyasiya icraatına qəbul edilməklə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına verilsin. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar