Məhkəmə qərarları › İş №2(107)-19/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-19/2021

11.02.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-19/2021 11.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Həsənzadə Haqverdi Nəbi oğlunun katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 və Cavabdeh3 iştirakı ilə, Qəbələ rayon Məhkəməsinin xx xxxx 2019-cu il tаrixli, 2(025)-13/2019 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, JN-0015, JN0016, JN-0026 və JN-0027 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktları ilə mülkiyyətlərinə verilmiş torpaq sahələrinə gedən və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən əsassız olaraq bağlanmış yolun yola qoyulan maneələrin sökülməsi ilə açılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Sonradan, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, JN-0015, JN-0016, JN0026 və JN- 0027 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktları ilə mülkiyyətlərinə verilmiş torpaq sahələrinə gedən və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən əsassız olaraq bağlanmış yolun yola qoyulan maneələrin sökülməsi ilə məcburi qaydada açılması, həmin torpaqların qonşu torpaqlarla sərhəd koordinatlarının onlara tanıdılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Cavabdeh3 cavabdeh qismində, Qəbələ rayonu Mirzəbəyli bələdiyyəsi isə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişlər. Qəbələ rayon Məhkəməsinin xx xxxx 2019-cu il tаrixli, 2(025)-13/2019 saylı qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilmişdir. Həmin qətnamədən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin hallarını tam araşdırmamış, diqqətəlayiq halları nəzərə almamış, maddi və prossesual hüquq normalarını pozmuş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, Qəbələ rayon X3 xx xxx 1998-ci il tarixli, 09 saylı qərarı ilə Qəbələ rayonu, İmamlı kəndində X1 və 6 nəfər ailə üzvlərinin mülkiyyətinə 1.03 ha (JN-0010 saylı dövlət aktı), X2 və 3 nəfər ailə üzvlərinin mülkiyyətinə 1.01 ha (JN-0011 saylı dövlət aktı), Cavabdeh2 mülkiyyətinə 0.36 ha (JN-0012 saylı dövlət aktı) və Cavabdeh1 mülkiyyətinə 0.36 ha (JN-0013 saylı dövlət aktı) kənd təsərrüfatı təyinatlı torpaq sahələri verilmişdir. İddiaçı1 ilə İddiaçı3 mülkiyyətlərində olan torpaq sahələri bir-biriləri ilə həmsərhəd olmaqla onların mülkiyyətlərində olan 0.36 ha torpaq sahəsi ilə həmsərhəddir. İddiaçı1 ilə İddiaçı3 mülkiyyətlərində olan torpaq sahələrindən cənub tərəfə yolları var. İddiaçı2 və İddiaçı4 torpaq sahələri ilə onların mülkiyyətlərində olan torpaq sahələrini su yolu ayırır və həmin mülkiyyətçilərin torpaq sahələrindən şimal tərəfə yolları var. Həmin yol, həmçinin bu şəxslərin torpaqları ilə onların torpaq sahələrinin arasında olan pay torpaqları boyunca 15 metr enində bələdiyyə mülkiyyətinə aid olan torpaq sahəsi İddiaçı2 və İddiaçı4 arvadlarının qardaşı Vaqif Kərimov tərəfindən zəbt edilmişdir. Onlar uzun müddət pay torpaqlarından istifadə edərkən torpağın sərhədlərini hasarlamamışlar. 2016-cı ildə onlar öz pay torpaqlarında 500 ədəd fındıq topaları və baramaçılığın inkişafı üçün Çindən gətirilmiş 500 ədəd gər tingləri əkmişlər. Bu zaman həmin bitkilərin mal-qara tapdağından qorunması üçün torpaq sahəsini hasarlamaq zərurəti yaranmış və onlar bələdiyyəyə müraciət edərək torpaq sahələrini ölçdürmüşlər. Həmin ölçüyə uyğun olaraq torpaq sahələrini kolla və tikanlı məftillərlə hasarlamışlar. Bundan sonra iddiaçıların yolun açılması ilə bağlı müxtəlif orqanlara müraciətləri başlamışdır. Belə ki, onlar torpaq sahələrinin sərhədlərini bağlayana kimi iddiaçılar onların mülkiyyətlərində olan torpaq sahələrindən yol kimi istifadə edidilər. Onlar torpaq sahələrinin sərhədlərini hasarlayandan sonra iddiaçılar onların torpaqlarından gediş-gəliş yolu kimi istifadə edə bilməmişlər. Göründüyü kimi onlar iddiaçıların gediş-gəliş yolunu zəbt etməmişlər. Bundan əlavə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli 4256 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası ƏMDKnın yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin «Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi»nin Şəki LTİ-nin mütəxəssis rəyinə əsasən, iddiaçıların yol yeri istədiyi ərazidə yol yerinin nəzərdə tutulmadığı, həmin ərazinin bələdiyyənin mülkiyyətində olduğu, iddiaçıların yol yeri istədiyi ərazinin cavabdehlər tərəfindən tutulduğu, lakin həmin yol yerində cavabdehlər tərəfindən hər hansı tikilinin (yaşayış və ya qeyri-yaşayış binası) inşa olunmadığı müəyyən edilmişdir. Bu faktı birinci instansiya məhkəməsi iclasında bələdiyyənin nümayəndəsi də təsdiq etmişdir. Ona görə də qeyd olunanlar nəzərə alınaraq Qəbələ rayon Məhkəməsinin xx xxxx 2019-cu il tаrixli, 2(025)-13/2019 saylı qətnaməsi ləğv edilməli, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh3 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq digər tərəflər heç bir üzürlü səbəblər olmadan məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası tərəflərin apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayaraq, işdə olan sübutları tədqiq edib proses iştirakçılarının izahatlarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Qəbələ rayon Məhkəməsinin xx xxxx 2019-cu il tаrixli, 2(025)-13/2019 saylı qətnaməsi qismən, yəni iddianın təmin olunmuş hissəsində ləğv edilməli, həmin hissə üzrə yeni qətnamə qəbul edilməli, iddia həmin hissədə də rədd edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyasının iclasında mübahisə ilə bağlı işin faktiki hallarını araşdıraraq məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi mübahisəni həll edərkən iddia tələbini qismən təmin etməklə düzgün olmayan hüquqi nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Qəbələ rayon X3 xx xxx 1998-ci il tarixli, 09 saylı qərarı ilə Qəbələ rayonu, İmamlı kəndində X1 və 6 nəfər ailə üzvlərinin mülkiyyətinə 1.03 ha (JN-0010 saylı dövlət aktı), X2 və 3 nəfər ailə üzvlərinin mülkiyyətinə 1.01 ha (JN-0011 saylı dövlət aktı), Cavabdeh2 mülkiyyətinə 0.36 ha (JN-0012 saylı dövlət aktı) və Cavabdeh1 mülkiyyətinə 0.36 ha (JN-0013 saylı dövlət aktı) kənd təsərrüfatı təyinatlı torpaq sahələri verilmişdir. İddiaçı1 ilə İddiaçı3 mülkiyyətlərində olan torpaq sahələri bir-biriləri ilə həmsərhəd olmaqla onların mülkiyyətlərində olan 0.36 ha torpaq sahəsi ilə həmsərhəddir. İddiaçı2 və İddiaçı4 torpaq sahələri ilə cavabdehlərin mülkiyyətlərində olan torpaq sahələrini su yolu ayırır və həmin mülkiyyətçilərin torpaq sahələrindən şimal tərəfə yolları var. Qəbələ rayonu keçmiş Xanlar adına təsərrüfatın ərazisində aparılmış torpaq islahatına dair yerquruluşu xəritəsinə əsasən iddiaçıların JN-0015, JN-0016, JN- 0026 və JN-0027 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktları ilə mülkiyyətinə verilmiş torpaq sahələrinə gediş-gəliş yolu nəzərdə tutulmamışdır. Аzərbаycаn Respublikаsı Kоnstitusiyаsının 13-cü mаddəsinin İ hissəsində göstərilir ki, Аzərbаycаn Respublikаsındа mülkiyyət tоxunulmаzdır və dövlət tərəfindən müdаfiə оlunur. Аzərbаycаn Respublikаsı Kоnstitusiyаsının 29-cu mаddəsində göstərilir ki, hər kəsin mülkiyyət hüququ vаrdır. Mülkiyyət hüququ, о cümlədən xüsusi mülkiyyət hüququ qаnunlа qоrunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbаşınа və yа bаşqаlаrı ilə birlikdə əmlаkа sаhib оlmаq, əmlаkdаn istifаdə etmək və оnun bаrəsində sərəncаm vermək hüquqlаrındаn ibаrətdir. Heç kəs məhkəmənin qərаrı оlmаdаn mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İİİ bəndində göstərilir ki, mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 152.5-ci maddəsində göstərilmişdir ki, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən, qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, birbirinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayəti qismən əsaslıdır. Belə ki, Qəbələ rayon X3 xx xxx 1998-ci il tarixli, 09 saylı qərarı ilə Qəbələ rayonu, İmamlı kəndində X1 və 6 nəfər ailə üzvlərinin mülkiyyətinə 1.03 ha (JN-0010 saylı dövlət aktı), X2 və 3 nəfər ailə üzvlərinin mülkiyyətinə 1.01 ha (JN-0011 saylı dövlət aktı), Cavabdeh2 mülkiyyətinə 0.36 ha (JN-0012 saylı dövlət aktı) və Cavabdeh1 mülkiyyətinə 0.36 ha (JN-0013 saylı dövlət aktı) kənd təsərrüfatı təyinatlı torpaq sahələri verilmişdir. İddiaçı1 ilə İddiaçı3 mülkiyyətlərində olan torpaq sahələri bir-biriləri ilə həmsərhəd olmaqla onların mülkiyyətlərində olan 0.36 ha torpaq sahəsi ilə həmsərhəddir. İddiaçı2 və İddiaçı4 torpaq sahələri ilə cavabdehlərin mülkiyyətlərində olan torpaq sahələrini su yolu ayırır və həmin mülkiyyətçilərin torpaq sahələrindən şimal tərəfə yolları var. Cavabdehlər uzun müddət pay torpaqlarından istifadə edərkən torpağın sərhədlərini hasarlamamışlar. 2016-cı ildə onlar öz pay torpaqlarında fındıq topaları və baramaçılığın inkişafı üçün Çindən gətirilmiş gər tingləri əkmişlər. Bu zaman həmin bitkilərin mal-qara tapdağından qorunması üçün torpaq sahəsini hasarlamaq zərurəti yaranmış və onlar bələdiyyəyə müraciət edərək torpaq sahələrini ölçdürmüşlər. Həmin ölçüyə uyğun olaraq torpaq sahələrini kolla və tikanlı məftillərlə hasarlamışlar. Məhkəmə kollegiyası tərəfindən təyin edilmiş xx xxxxxx 2020-ci il tarixli ekspert rəyinə əsasən Qəbələ rayonu keçmiş Xanlar adına təsərrüfatın ərazisində aparılmış torpaq islahatına dair yerquruluşu xəritəsinə əsasən iddiaçıların JN-0015, JN-0016, JN-0026 və JN-0027 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktları ilə mülkiyyətinə verilmiş torpaq sahələrinə gediş-gəliş yolu nəzərdə tutulmamışdır. Ona görə də apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Qəbələ rayon Məhkəməsinin xx xxxx 2019-cu il tаrixli, 2(025)-13/2019 saylı qətnaməsi qismən, yəni iddianın təmin olunmuş hissəsində ləğv edilməli, həmin hissə üzrə yeni qətnamə qəbul edilməli, iddia həmin hissədə də rədd edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-ci maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası yuxarıda şərh olunanlara hüquqi qiymət verib belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Qəbələ rayon Məhkəməsinin xx xxxx 2019-cu il tаrixli, 2(025)-13/2019 saylı qətnaməsi qismən, yəni iddianın təmin olunmuş hissəsində ləğv edilməli, həmin hissə üzrə yeni qətnamə qəbul edilməli, iddia həmin hissədə də rədd edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Qəbələ rayon Məhkəməsinin xx xxxx 2019-cu il tаrixli, 2(025)-13/2019 saylı qətnaməsi qismən, yəni iddia tələbinin təmin edilmiş hissəsində ləğv edilsin. Həmin hissə üzrə yeni qətnamə qəbul edilsin. İddia həmin hissədə də rədd edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat pul iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 müştərək qaydada tutularaq Dövlət büdcəsinə-AZ.MEM. VÖEN **********, Dövlət Xəzinədаrlığı Agentliyi, KOD 210005 VÖEN **********, müxbir hesаb AZ 41, NABZ ********************, SFİFT BİK CTREAZ 22 hesаbа ödənilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar