Məhkəmə qərarları › İş №2(107)-190/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-190/2020

16.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-190/2020 16.01.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Mübariz Rahil oğlu (sədrlik edən və məruzəçi), X1 və X4 ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi, İddiaçı İB-nin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı İB-in (bundan sonra mətndə iddiaçı) Cavabdeh (bundan sonra mətndə cavabdeh) qarşı qazdan istifadəyə görə yaranmış borcun tutulması tələbinə dair mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı İBtərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ağdaş Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixliqətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh 2011,50 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 2041,50 manat (iki min qırx bir manat əlli qəpik) tutularaq İddiaçı İB-in xeyrinə ödənilməsi, iddia qalan hissədə rədd edilməsi qət edilmişdir. İşin hаllаrı : “İddiaçı hazırkı iş üzrə cavabdehə qarşı qazdan istifadəyə görə yaranmış borcun tutulması tələbi haqqında iddia ərizəsi ilə məhkməyə müraciət edərək cavabdehdən 3691,86 manat əsas borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, 0,40 qəpik xidmət haqqının cəmi 3722,26 manat borcun cavabdehdən tutularaq İddiaçı İB-in hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, İddiaçı İB, Zaqatala RQİİ-nin Ağdaş xidmət sahəsində istehlakçı kimi qeydiyyatda olan Ağdaş rayonu Maşad kəndində yaşayan xx.xx.1949-cu il təvəllüdlü cavadehə məxsus mənzilində müvafiq alqı-satqı müqaviləsi əsasında təbii qazdan istifadə edilir. Cavabdehin yaşadığı mənzildə uzun müddət təbii qazdan istifadə edilsədə qaz hesabında yaranmış borc tam şəkildə ödənilməmişdir. Cavabdehin vəfat etmiş həyat yoldaşı Ağamir Hüseynovun adına rəsmiləşmiş **********02980 saylı qaz hesabında ödənilməmiş 3961.86 manat borc vardır, həmin borcun 1665.90 manat hissəsi sayğac göstəricisinə əsasən aparılmış hesabata və 2025.96 manat hissəsi isə təbii qazdan qeyri-qanuni istifadə edilməsi ilə bağlı aparılmış hesabata əsasən yaranmışdır. Belə ki, istehlakçı istifadə edilmiş təbii qazın dəyərini tam şəkildə ödəmədiyindən istismarda olan G-4 markalı ******* saylı qaz sayğacının 16027 m3 göstəricisi ilə 1665.90 manat borc yaranmışdır. Bundan başqa cavabdehə məxsus fərdi yaşayış evininin qaz hesabında qeydə alınmış 2025.96 manat həcmindəki dəymiş ziyan həmin ünvanda ayrı-ayrı vaxtlarda istismarda olan qaz sayğacından kənar dörd dəfə əlavə xətt ilə şəbəkəyə qoşularaq qanunsuz qazdan istifadə halı aşkar edilməsi nəticəsində yaranmışdır. Cavabdeh bu yolla faktiki istifadə etdiyi təbii qazın uçotunun aparılmasına maneələr yaradır və nəticədə bu yolla qazdan istifadənin əsl dəyərinin gizlətməkdədir. Belə ki, İddiaçı İB-nin Zaqatala RQİİ-nin nümayəndələrinin apardığı xidməti yoxlama zamanı xx.xx.2018-ci il tarixdə cavabdehin yaşadığı və qaz hesabı mərhum Ağamir Hüseynovun adına olan fərdi yaşayış evində cavabdehin sayğacdan kənar əlavə xətt ilə şəbəkəyə qoşularaq qanunsuz qazdan istifadə etdiyi aşkar etmişdir. Faktla bağlı qaz cihazlarının inventarizasiyası aparılmaqla istehlakçının iştirakı ilə təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2018-ci il tarixli ******* saylı akt tərtib edilmişdir. Qaz işlədicilərinin saatlıq qaz sərfi nəzərə alınmaqla itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır, itirilmiş qazın miqdarı isə Zaqatala RQİİ-nin xx.xx.2018-ci il tarixli qərarı ilə 2872.8 m3 (və ya 574.60 manat) həcmində müəyyən edilərək ziyanın əvəzinin ödənilməsi tələb olunmuşdur. Daha sonra İddiaçı İB-nin Zaqatala RQİİ-nin nümayəndələrinin apardığı təkrar xidməti yoxlama zamanı xx.xx.2018-ci il tarixdə Cavabdeh yaşadığı fərdi yaşayış evində cavabdehin sayğacdan kənar əlavə xətt ilə şəbəkəyə qoşularaq qanunsuz qazdan istifadə etdiyi aşkar etmişdir. Faktla bağlı qaz cihazlarının inventarizasiyası aparılmaqla istehlakçının iştirakı ilə təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2018-ci il tarixli ******* saylı akt tərtib edilmişdir. Qaz işlədicilərinin saatlıq qaz sərfi nəzərə alınmaqla itirilmiş qazın bərpası üçün hesabat aparılmış, itirilmiş qazın miqdarı isə Zaqatala RQİİ-nin xx.xx.2018-ci il tarixli qərarı ilə 3207 m3 (və ya 641.40 manat) həcmində müəyyən edilərək ziyanın əvəzinin ödənilməsi tələb olunmuşdur. Daha sonra İddiaçı İB-nin Zaqatala RQİİ-nin nümayəndələrinin apardığı təkrar xidməti yoxlama zamanı xx.xx.2018-ci il tarixdə Cavabdeh yaşadığı fərdi yaşayış evində cavabdehin sayğacdan kənar əlavə xətt ilə şəbəkəyə qoşularaq qanunsuz qazdan istifadə etdiyi aşkar etmişdir. Faktla bağlı qaz cihazlarının inventarizasiyası aparılmaqla istehlakçının iştirakı ilə təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2018-ci il tarixli ******* saylı akt tərtib edilmişdir. Qaz işlədicilərinin saatlıq qaz sərfi nəzərə alınmaqla itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır, itirilmiş qazın miqdarı isə Zaqatala RQİİ-nin xx.xx.2018-ci il tarixli qərarı ilə 2916 m3 (və ya 583.20 manat) həcmində müəyyən edilərək ziyanın əvəzinin ödənilməsi tələb olunmuşdur. Daha sonra İddiaçı İB-nin Zaqatala RQİİ-nin nümayəndələrinin apardığı təkrar xidməti yoxlama zamanı xx.xx.2018-ci il tarixdə Cavabdeh yaşadığı fərdi yaşayış evində cavabdehin sayğacdan kənar əlavə xətt ilə şəbəkəyə qoşularaq qanunsuz qazdan istifadə etdiyi aşkar etmişdir. Faktla bağlı qaz cihazlarının inventarizasiyası aparılmaqla istehlakçının iştirakı ilə təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2018-ci il tarixli ******* saylı akt tərtib edilmişdir. Qaz işlədicilərinin saatlıq qaz sərfi nəzərə alınmaqla itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır, itirilmiş qazın miqdarı isə Zaqatala RQİİ-nin xx.xx.2018-ci il tarixli qərarı ilə 2268 m3 (və ya 226.80 manat) həcmində müəyyən edilərək ziyanın əvəzinin ödənilməsi tələb olunmuşdur. Beləliklə cavabdehin ünvanında sayğacdan kənar əlavə xətt ilə şəbəkəyə qoşularaq qanunsuz qazdan istifadə edilməsi nəticəsində qaz paylayıcısına ümumilikdə 2025.96 manat (574.60 m + 641.40 m + 583.20 m + 226.80 m = 2025.96) ziyan dəymişdir. Eyni zamanda cavabdehə məxsus mənzildə təbii qazdan qeyri-qanuni qazdan istifadə halı ilə bağlı foto çəkiliş aparılmışdır. Bundan əlavə aşkar edilmiş qanun pozuntuları ilə əlaqədar qanunamüvafiq tədbirlərin görülməsi Ağdaş Rayon Polis Şöbəsinə və Ağdaş Rayon Prokurorluğuna müraciətlər edilmişdir. Cavabdeh Ağdaş RPŞ-də verdiyi izahatında qeyri qanuni xətt vasitəsilə təbii qazdan istifadə etdiyini etiraf etmişdir. Eyni zamanda Ağdaş RPŞ-nın TQ xx.xx.2019-cu il tarixli cinayət işi başlanılmasının rədd edilməsi haqqında qərarın surətini Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 282.1-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün Ağdaş RPŞ-nnı İTB-nə göndərmişdir. Daha sonra cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 282.1-ci maddəsi ilə təqsirli bilinərək xx.xx.2019-cu il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bundan sonra inzibati xəta haqqında materiallar inzibati tənbeh vermə haqqında qərar qəbul edilməsi üçün X2 Agentliyinə göndərilmişdir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat vermiş, həmçinin bildirmişdir ki, cavabdehin borcu, yəni itirilmiş qazın dəyəri 180 günə, 81 günə, 90, günə, 114 günə vurularaq hesablanmışdır. Odur ki, iddianın təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş göndərilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, məhkəmə cavabdehin iştirakı olmadan baxılmışdır. İş üzrə yuxаrıdа göstərilən məhkəmə qətnаməsi çıxаrılmışdır. Apelyаsiyа şikаyətinin dəlilləri : İddiaçı аpelyаsiyа şikаyəti verərək birinci instаnsiyа məhkəməsinin qətnаməsinin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xаhiş etmişdir. О, аpelyаsiyа şikаyətini belə əsаslаndırmışdır ki, birinci instаnsiyа məhkəməsi tərəfindən mаddi və prоsessuаl hüquq nоrmаlаrı pоzulmuşdur. Həmçinin cavabdehin qaz xəttinə 4 dəfə müdxilə edərək sayğacdankənar xətt çəkməsinə, həmçinin aparılmış hesabatları müdaxilə edilən müddətə uyğun olaraq hesablanmış məbləği iki dəfə 90 günə, 81 günə və 114 günə vurmaqla hesablamamış, ümumilikdə 30 günə vurmaqla hesablamış və həmin hala hansı normaya əsasən belə hesabladığını əsaslandırmamışdır. İşdə iştirаk edən şəxslərin izаhаtlаrı : İddiaçının nümayəndəsi X6 məhkəmə kollegiyasının iclasında apelyasiya şikayətinin təmin edilməsini və tələblərinin tam təmin edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etmədiyinə görə işə cavabdehin iştirakı olmadan baxıldı. Məhkəmə kollegiyasının iclasında mütəxəssis qismində dəvət edilmiş və dindirilmiş İddiaçıİB-nin Zaqatala RQİİ-nin istehlakçılara satılan qaza nəzarət şöbəsinin böyük məsləhətçisi X8 bildirdi ki, cavabdehin yaşadığı ünvanda 4 (dörd) dəfə (xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018) sayğacdan kənar xətt vasitəsilə qanunsuz qazdan istifadə halları aşkar edilmiş, Zaqatala RQİİ-nin xx.xx.2018-ci il tarixli qərarı ilə cavabdehə 3 ay 24 gün (114 gün) müddətində 2872.80 m3 və ya 574.56 manat dəymiş ziyan hesablanmışdır. İkinci dəfə Zaqatala RQİİ-nin xx.xx.2018-cu il tarixli qərarı ilə cavabdehə 2 ay 21 gün (81 gün) müddətində 3207 m3 və ya 641.40 manat dəymiş ziyan hesablanmışdır. Üçüncü dəfə Zaqatala RQİİ-nin xx.xx.2018-cu il tarixli qərarı ilə cavabdehə 3 ay (90 gün) müddətində 2916 m3 və ya 583.20 manat dəymiş ziyan hesablanmışdır. Dördüncü dəfə Zaqatala RQİİ-nin xx.xx.2018-cu il tarixli qərarı ilə cavabdehə 3 ay (90 gün) müddətində 2268 m3 və ya 226.80 manat dəymiş ziyan hesablanmışdır. Cavabdeh 4 (dörd) dəfə qeyri qanuni qazdan istifadə edilməsi nəticəsində hər dörd hal üzrə 30 (otuz) günlük hesabat aparıldığı zaman, mövsümə uyğun qaz cihazlarının işləmə müddəti və cizhazların sayı nəzərə alınmaqla dəymiş ziyanın həcmi birinci hal üçün 151,20 manat, ikinci hal üçün 194,40 manat, üçüncü hal üçün 194,40 manat və dördüncü hal üçün 75,60 manat, cəmi 615,60 manat təşkil edir. Mütəxəssis hesabatı məhkəməyə təqdim etmişdir. Hüquq məsələləri : Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı mаddəsində deyilir ki, аpelyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsinin qətnаməsinin əsаslılığını onun bаrəsində аçıq və yа dolаyısı ilə mübаhisə edilən hissəsi üzrə, şikаyət qərаrın ləğv edilməsinə yönəldikdə və yа аpellyаsiyа şikаyətində və onа etirаzlаrdа ifаdə olunmuş dəlillərə əsаsən mübаhisənin predmeti bölünməz olduqdа isə tаm yoxlаyır. Həmin Məcəllənin 372.7-ci mаddəsinə görə, аpelyаsiyа instаnsiyаsı məhkəməsi şikаyətin dəlillərindən аsılı olmаyаrаq, məhkəmənin mаddi və prosessuаl hüquq normаlаrınа riаyət etməsini yoxlаyır. Belə ki, işdən müəyyən edilir ki, qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə xx.xx.2019-cu il tarixli 7xx-xx-2019 nömrəli müqavilə bağlanmışdır. İşdə olan xx xxxxxx 2018-ci il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı aktın surətindən məlum olur ki, Cavabdeh yaşayış sahəsinin qaz təsərrüfatına baxış keçirilərkən sayğacdan kənar qeyri qanuni qaz xətti aşkar edilmişdir. İşdə olan Zaqatala RQİİ-nin İstehlakçılara satılan qaza nəzarət şöbəsində itirilmiş qazın bərpası üzrə xx xxxxxx 2018-ci il tarixli Aktın surətindən görünür ki, Cavabdeh mərhum əri X9 XSnin abonent bazasındakı **********02980 nömrəli abonent koduna 2268 m3 məbləğində itirilmiş qazın dəyəri hesablanaraq vurulmuşdur. İşdə olan xx xxxxxx 2018-ci il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı aktın surətindən məlum olur ki, Cavabdeh mərhum əri Ağamir Hüseynovun yaşayış sahəsinin qaz təsərrüfatına baxış keçirilərkən sayğacdan kənar qanunsuz birləşmə aşkar edilmişdir. İşdə olan Zaqatala RQİİ-nin İstehlakçılara satılan qaza nəzarət şöbəsində İtirilmiş qazın bərpası üzrə xx xxxxxx 2018-ci il tarixli Aktın surətindən görünür ki, Cavabdeh mərhum əri X9 XSnin abonent bazasındakı **********02980 nömrəli abonent koduna 2916 m3 məbləğində itirilmiş qazın dəyəri hesablanaraq vurulmuşdur. İşdə olan xx xxx 2018-ci il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı aktın surətindən məlum olur ki, Cavabdeh mərhum əri Ağamir Hüseynovun yaşayış sahəsinin qaz təsərrüfatına baxış keçirilərkən sayğacdan kənar qanunsuz birləşmə aşkar edilmişdir. İşdə olan Zaqatala RQİİ-nin İstehlakçılara satılan qaza nəzarət şöbəsində İtirilmiş qazın bərpası üzrə xx xxx 2018-ci il tarixli Aktın surətindən görünür ki, Cavabdeh mərhum əri X9 XS-nin abonent bazasındakı **********02980 nömrəli abonent koduna 3207 m3 məbləğində itirilmiş qazın dəyəri hesablanaraq vurulmuşdur. İşdə olan xx xxxxxx 2018-ci il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı aktın surətindən məlum olur ki, Cavabdeh mərhum əri Ağamir Hüseynovun yaşayış sahəsinin qaz təsərrüfatına baxış keçirilərkən sayğacdan kənar qanunsuz birləşmə aşkar edilmişdir. İşdə olan Zaqatala RQİİ-nin İstehlakçılara satılan qaza nəzarət şöbəsində İtirilmiş qazın bərpası üzrə xx xxxxxx 2018-ci il tarixli Aktın surətindən görünür ki, Cavabdeh mərhum əri X9 XSnin abonent bazasındakı **********02980 nömrəli abonent koduna 2872,8 m3 məbləğində itirilmiş qazın dəyəri hesablanaraq vurulmuşdur. İşdə olan Cavabdeh mərhum əri Ağamir Hüseynovun adına olan abonentin saldosundan görünür ki, Cavabdeh mərhum əri Ağamir Hüseynovun 2018-ci ilə qaza görə 3691,86 manat borcu vardır,borcun 2025,96 manat hissəsi qalıq və aktlar üzrə olan borcdur. Həmçinin İddiaçı İB-in X11 X7 Xidmət Sahəsinin əməkdaşları tərəfindən təbii qaz istehlakçıları tərəfindən təbii qazdan istifadə qaydalarına riayət edilməsi vəziyyəti yoxlanılarkən cavabdehin yaşadığı fərdi yaşayış evinin təbii qaz ilə təchizatına baxış keçirilən zaman təbbi qazdan istifadəyə dair sayğacdan kənar 4 dəfə ayrı-ayrılıqda qanunsuz birləşmə aşkar edilmişdir. Bundan əlavə aşkar edilmiş qanun pozuntuları ilə əlaqədar qanunamüvafiq tədbirlərin görülməsi Ağdaş Rayon Polis Şöbəsinə və Ağdaş Rayon Prokurorluğuna müraciətlər edilmişdir. Eyni zamanda Ağdaş RPŞ-nın TQ-nin xx xxxxxx 2019-cu il tarixli cinayət işi başlanılmasının rədd edilməsi haqqında qərarın surətini Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 282.1-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün Ağdaş RPŞ-nnı İTB-nə göndərmişdir. Daha sonra cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 282.1-ci maddəsi ilə təqsirli bilinərək xx xxxxxx 2019-cu il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd edilən sənədlər əsasında müəyyən edilir ki, təbii qazdan qanunsuz kənar xətt vasitəsi ilə istifadə nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəri olaraq cavabdehə cəmi 2025,96 manat borc yazılmışdır. Eyni zamanda, **********02980 nömrəli abonent saldosu adlı sənədlə müəyyən edilir ki, tələb edilən 1665,90 manat borc isə cavabdehin təbii qazdan istifadəsi nəticəsində yaranmış olan borcudur. Birinci instansiya məhkəməsi qətnaməsində qeyd etmişdir ki, aşkar edilmiş qanunsuz kənar xətt nəticəsində cavabdehə hesablanmış borc şişirdilmişdir, belə ki, dəymiş ziyan hesablanarkən hesabat müddəti 90 günə, 81 günə, 114 gün nəzərdə tutularaq cavabdehdən tələb edilən cərimə məbləği dəymiş ziyanın məbləğinə münasib deyildir. Ağdaş rayonu, Maşad kəndində yaşamış qaz abonenti kimi **********02980 kodu altında qeydiyyatda olan cavabdehin ərinin vəfatından sonra həmin ünvanda, Ağamir Hüseynovun oğlunun hüquq varisi kimi cavabdeh yaşadığından, iddiaçı tərəfindən qazdan istifadə qaydalarının pozulmasına dair tərtib edilmiş aktlara əsasən cavabdehin yaşadığı ünvanın abonet koduna vurulmuş itirilmiş qazın dəyərinə görə yazılmış borc iddiaçının qanunla qorunan hüquqlarını pozur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia qismən təmin edilərək dəymiş ziyan hesablanarkən hesabat müddəti 30 günə vurulmalı, cavabdehdən cəmi 2025,96 manat deyil, cəmi 345,6 manat qanunsuz kənar xətt nəticəsində iddiaçıya dəymiş ziyana görə və 1665,90 manat təbii qazdan istifadəyə görə, cəmi 2011,50 manat pul tutulmalı iddia qalan hissədə rədd edilməlidir. Ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Məhkəmə kоllegiyаsı аşаğıdаkı hаllаrа görə bu qənаətə gəldi ki, birinci instаnsiyа məhkəməsi iddiaçıya kənar qaz xəttinə müdaxilə nəticəsində itirilmiş qazın dəyərinin hesablanmasına münasibətdə mübаhisəni düzgün həll etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i. a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3 və 560.3.5.2.-ci maddələrinə görə istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli “Qazdan istifadə Qaydalarının” təsdiq edilməsi haqqında 80 saylı qərarı: 3.1.5-ci bəndinə əsasən istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərməlidir. 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. 6.1.4-cü bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə Qaz paylayıcısı bu Qaydaların 3.1.4-cü yarımbəndinin tələblərinə əməl etməklə aşağıdakı hallarda qazın verilməsini dayandıra bilər. 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Eyni zamanda, tərəflər arasında qaın alqı-satqısına dair bağlanmış xx.xx.2019-cu il tarixli 7xx-xx-2019 nömrəli müqavilənin aşağıdakı tələblər Qaz paylayıcısının vəzifəsi kimi müəyyən edilir: 2.1.7. İstehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamaq və hər ay istehlakçıya hesab təqdim etmək (göndərmək); 2.1.12. İstehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, Paylayıcının İstehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı İstehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və Paylayıcı ilə müvafiq müqavilə bağlanmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə İstehlakçıya yazılı bildiriş göndərmək; 2.2.6.4. Paylayıcının İstehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı İstehlakçıya Payalayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə istehlakçıya qazın verilməsini dayandırmaq hüququ vardır. Məhkəmə kollegiyası qeyd edir ki, istifadə olunmuş qazın dəyərini ödəmək istehlakçının vəzifəsidir. İş üzrə cavabdehə qaz xəttinə müdaxilə nəticəsində hesablanmış zərərin əvəzini hesablayarkən birinci instansiya məhkəməsi səhvə yol vermişdir. Belə ki, məhkəmə kollegiyasının iclasında mütəxəssis qismində dindirilmiş Əliyev Gündüz təqdim etdiyi hazırkı iş üzrə zərərin hesablaması rəyində zərərin 30 günlük müddət üçün itirilmiş dəyərini hesablamaqla vurulan zərərin cəminin 615,60 manat təşkil etməsi müəyyən edilir. Məhkəmə kollegiyası iddiaçı tərəfindən itirilmiş qazın dəyərini hesablayarkən müvafiq olaraq müdaxilə edilən aylarda iki dəfə 90 gün, 114 gün və 81 gün üçün hesablanmasını ədalətli və qanuni hesab etmir. Lakin birinci instansiya məhkəməsi qeyd edilən müdaxilələri cəmi bir ay üçün itirilmiş qazın dəyərinin hesablanması qənətinə gəlməkdə səhvə yol vermişdir. Belə ki, qeyd edilən pozuntular müxtəlif aylarda və müxtəlif mövsümlərdə müvafiq il daxilində baş vermişdir. İtirilmiş qazın dəyərinin hər bir hal üzrə bir ay üçün hesablanması qanuni və ədalətlidir. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən hüquq normalarının və tərəflər arasında bağlanmış təbii qazın alqı-satqı müqaviləsi ilə müəyyən edilən tələbləri baxımından hesab edir ki, Qaz paylayıcısının işçiləri ən azı hər ay bir dəfə də olsun qaz sayğacına baxış keçirir, borc barədə istehlakçıya hesabat təqdim edir. Bu müddət ərzində Qaz paylayıcısının işçisi müdaxilənin olubolmamasını və istehlakçının əlavə qaz xəttindən istifadə edib-etməməsini müəyyən edə və ya bu barədə aidiyyəti üzrə məlumat verə bilər. Bu baxımdan itirilmiş qazın dəyərinin bir aydan artıq müddət üçün hesablanması qanuna uyğun hesab edilə bilməz. Ona görə də itirilmiş qazın dəyərinin 345,60 manat deyil, mütəxəssis rəyinə uyğun olaraq 615,60 manat hesablanmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kоllegiyаsı bu qənаətə gəldi ki, Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 84.0.3-cü maddəsinə əsasən apelyasiya şikayəti qismən təmin edilərək birinci instаnsiyа məhkəməsinin qətnаməsi dəyişdirilərək itirilmiş qazın dəyəri 345,60 manat deyil, 615,60 manat hesablanmalı, qətnaməd qalan hissədə dəyişdirilmədən saxlanmalıdır. Yuxаrıdа göstərilənlərə əsаsən, məhkəmə kollegiyаsı qət etdi: İddiaçı apelyasiya şikayəti qismən təmin edilsin. Ağdaş Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixliqətnaməsi qismən- ödənilmiş dövlət rüsumu ilə birlikdə borcun cəmi məbləğinin 2311,5 (iki min üç yüz on bir manat əlli qəpik) müəyyən edilməklə, dəyişdirilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən qüvvəsində saxlansın. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən tərəflərə rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar