Məhkəmə qərarları › İş №2(107)-1903/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1903/2020

14.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1903/2020 14.10.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Əliyev Fərid Mehdi oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin artırılması tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(075)-1060/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(075)-1060/2020 nömrəli qətnaməsi ilə (hakim Pərviz Hacıyev) iddia qismən təmin edilmiş, xx xxxxxx 2006-cı il təvəllüdlü Xəlilova Ətir Rövşən qızı və xx xxxxxx 2012-ci il təvəllüdlü Xəlilli Uğur Rövşən oğlunun yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün sabit pul məbləğində 120 (bir yüz iyirmi) manat olmaqla, 240 (iki yüz qırx) manat alimentin tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissəsinin təmin edilməməsi, alimentin tutulmasının əvvəlinin qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanması, Cavabdeh 20 (iyirmi) manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 2006-cı il təvəllüdlü Xəlilova Ətir Rövşən qızı və xx xxxxxx 2012-ci il təvəllüdlü Xəlilli Uğur Rövşən oğlunun yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 164 manat olmaqla, cəmi 328 manat alimentin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx xxxxxx 2001-ci il tarixdə nikahlarını rəsmi şəkildə qeyd etdirməklə ailə qurmuşdur. Birgə nikahdan xx xxxx 2012-ci il tarixdə Xəlilov Elşən Rövşən oğlu, xx xxxxxx 2006-cı il tarixdə Xəlilova Ətir Rövşən qızı və xx xxxxxx 2012-ci il tarixdə Xəlilli Uğur Rövşən oğluadlı övladları olmuşdur. Aralarındakı nikah məhkəmə qaydasında pozulmuş, birgə nikahdan anadan olan uşaqlar onun himayəsində saxlanılmışdır. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(075)- 604/2017 saylı qətnaməsi ilə xx xxxx 2012-ci il təvəllüdlü Xəlilov Elşən Rövşən oğlu, xx xxxxxx 2006-cı il təvəllüdlü Xəlilova Ətir Rövşən qızı və xx xxxxxx 2012-ci il təvəllüdlü Xəlilli Uğur Rövşən oğlunun yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 300 manat alimentin alınaraq ona verilməsi qət olunmuşdur. Cavabdehlə birgə nikahlarından anadan olmuş xx xxxx 2012-ci il təvəllüdlü Xəlilov Elşən Rövşən oğlu yetkinlik yaşına çatmışdır. Məhkəmə tərəfindən alimentin müəyyən edilməsindən ötən müddət ərzində himayəsində olan uşaqların tələbatları artmışdır. O isə təkbaşına himayəsində olan uşaqların tələbatlarını ödəyə bilmir. Məhkəmə tərəfindən təyin olunan alimentlə uşaqların çox cüzi bir tələbatının ödənilməsi mümkündür. Bu səbəbdən də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddianı müdafiə etdiyini bildirmiş və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh göstərmişdir ki, həqiqətən də İddiaçı ilə birgə nikahlarından xx xxxx 2012-ci il tarixdə Xəlilov Elşən Rövşən oğlu, xx xxxxxx 2006-cı il tarixdə Xəlilova Ətir Rövşən qızı və xx xxxxxx 2012-ci il tarixdə Xəlilli Uğur Rövşən oğluadlı uşaqları anadan olmuşdur. İddiaçı ilə ailə münasibətləri baş tutmadığından aralarındakı nikah məhkəmə qaydasında pozulmuş, birgə nikahdan anadan olmuş uşaqlar iddiaçının himayəsində saxlanılmışdır. Şəki Rayon Məhkəməsinin 2(075)-604/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə xx xxxx 2012-ci il təvəllüdlü Xəlilov Elşən Rövşən oğlu, xx xxxxxx 2006-cı il təvəllüdlü Xəlilova Ətir Rövşən qızı və xx xxxxxx 2012-ci il təvəllüdlü Xəlilli Uğur Rövşən oğlunun yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün ondan hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 300 manat alimentin iddiaçıya verilməsi qət edilmişdir. Özü masabəyi işləyir. Məlumdur ki, bütün dünyada mövcud olan pandemiya (COVİD-19) ilə əlaqədar ölkədə xüsusi karantin rejimi tətbiq olunmuşdur. Bununla bağlı Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən bir çox sahələrin fəaliyyəti qadağan olduğu kimi toy məclislərinin də keçirilməsinə məhdudiyyət qoyulmuşdur. Ona görə də artıq 6 aya yaxındır ki, heç bir gəlir yeri yoxdur. Övladlarının saxlanılmaları üçün aliment ödəməkdən imtina etmir. Bundan başqa yenidən nikaha daxil olmuş və ikinci evliliyindən bir övladı var. Bütün bunları nəzərə alaraq məhkəmədən qanuni qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn İddiaçı аpellyаsiyа şikаyəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri İddiaçı apelyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi iddianın təmin edilməyən hissəsində qanunsuz və ədalətsizdir. Hesab edir ki, onun iddiası tam təmin edilməlidir. Ona görə də, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(075)- 1060/2020 nömrəli qətnaməsinin təmin edilməyən hissədə ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apelyasiya şikayətinə etiraz edərək, apelyasiya şikayətinin təmin edilməməsini, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(075)-1060/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmamalı, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(075)-1060/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Ona görə də məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. İşdə olan Şəki Rayon Məhkəməsinin 2(075)-604/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli qətnaməsinin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında xx xxxxxx 2001-ci il tarixdə Şəki şəhər VVADQ Şöbəsində bağlanmış 118 nömrəli nikahın pozulması, tərəflərin birgə nikahdan olan uşaqları - xx xxxx 2002-ci il təvəllüdlü Xəlilov Elşən Rövşən oğlu, xx xxxxxx 2006-cı il təvəllüdlü Xəlilova Ətir Rövşən qızı və xx xxxxxx 2012-ci il təvəllüdlü Xəlilli Uğur Rövşən oğlunun anaları İddiaçı yanında qalmaqla onların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün sabit pul məbləğində 100 manat olmaqla, cəmi 300 manat məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. İşdə olan Şəki Rayon Məhkəməsinin 2(075)-604/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli qətnaməsinin təsdiq edilmiş surətindən görünür ki, xx xxxxxx 2006-cı il təvəllüdlü XəlilovaƏtir Rövşən qızı və xx xxxxxx 2012-ci il təvəllüdlü Xəlilli Uğur Rövşən oğlunun ataları Cavabdeh, anaları isə İddiaçıdır. İşdə olan Şəki regional “ASAN” xidmət mərkəzində qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxx 2019-cu il tarixli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, xx xxxxx 2019-cu il təvəllüdlü Xəlilzadə Onurbəy Rövşən oğlunun atası Cavabdeh, anası isə X1r. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Аzərbаycаn Respublikаsı Аilə Məcəlləsinin 78.1 və 112.1-ci maddələrinə istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh birgə nikahlarından xx xxxx 2012-ci il tarixdə Xəlilov Elşən Rövşən oğlu, xx xxxxxx 2006-cı il tarixdə Xəlilova Ətir Rövşən qızı və xx xxxxxx 2012-ci il tarixdə Xəlilli Uğur Rövşən oğluadlı uşaqları anadan olmuşdur. Şəki Rayon Məhkəməsinin 2(075)- 604/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə tərəflərin birgə nikahlarından anadan olmuş xx xxxx 2012-ci il təvəllüdlü Xəlilov Elşən Rövşən oğlu, xx xxxxxx 2006-cı il təvəllüdlü Xəlilova Ətir Rövşən qızı və xx xxxxxx 2012-ci il təvəllüdlü Xəlilli Uğur Rövşən oğlunun yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 300 manat məbləğində aliment təyin edilmişdir. Hazırda tərəflərin birgə nikahlarından anadan olmuş xx xxxx 2012-ci il təvəllüdlü Xəlilov Elşən Rövşən oğlu yetkinlik yaşına çatmışdır. İddiaçı həmin aliment məbləği ilə Xəlilova Ətir Rövşən qızı və Xəlilli Uğur Rövşən oğlunun tələbatlarının ödənilməsinin mümkünsüz olması, uşaqların tələbatlarının artmasını ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsi uşağın saxlanılması üçün zəruri tələbatları, İddiaçı Şəki Rayon Məhkəməsinin 2(075)-604/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği ilə uşaqların saxlanılmaları üçün artan tələbatı ödəyə bilməməsini nəzərə alaraq belə qənaətə gəlir ki, xx xxxxxx 2006-cı il təvəllüdlü Xəlilova Ətir Rövşən qızı və xx xxxxxx 2012-ci il təvəllüdlü Xəlilli Uğur Rövşən oğlunun yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılmalıdır. Lakin iddiaçı tərəfindən cavabdehin aylıq qazancının miqdarı barədə heç bir sübut təqdim edilmədiyindən iddia tələbi qismən təmin edilməlidir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia qismən təmin edilməli, xx xxxxxx 2006-cı il təvəllüdlü Xəlilova Ətir Rövşən qızı və xx xxxxxx 2012-ci il təvəllüdlü Xəlilli Uğur Rövşən oğlunun yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Şəki Rayon Məhkəməsinin 2(075)-604/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği artırılaraq hər ay hər uşaq üçün sabit pul məbləğində 120 (bir yüz iyirmi) manat olmaqla, 240 (iki yüz qırx) manat məbləğində müəyyən edilməli, aliment tutulmasının əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalı, əsassız olduğundan iddianın qalan hissəsi təmin edilməməlidir. İddia qismən təmin edildiyindən Cavabdeh 20 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnamə qəbul edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apelyasiya baxışında apelyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin ləğv edilməsinə və apelyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası iddiaçının apelyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan iddiaçı da göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. “Uşaq hüquqları haqqında” 1989-cu il Konvensiyasının 18-ci maddəsinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin birlikdə və eyni dərəcədə məsuliyyət daşıdığına dair prinsipinin taninmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın ən yaxşı maraqları valideynlərin əsas qayğı obyektidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx xxxx 2016-cı il tarixli Qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi). Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanılmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Ali Məhkəmənin yuxarıda göstərilən qərarında sərgilədiyi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” xx xxxx 2016-cı il tarixli qərarında da öz əksini tapmışdır. Həmin qərara görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Yuxarıda göstərilən qanun normalarının və qərarların tələblərindən də göründüyü kimi, iddiaçı hazırki iddia ilə məhkəməyə müraicət etməkdə, birinci instansiya məhkəməsi isə iddianı qismən təmin etməkdə haqlı olmuşdur. İddiaçı cavabdehin daha çox gəlirlərə malik olması barədə göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməmişdir. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edirki, birinci instаnsi yаməhkəməsi qətnamə qəbul edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpelyаsiyа qаydаsındа ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsаslаr olmаdığındаn İddiaçı apelyasiya şikayəti təmin olunmamalı, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(075)-1060/2020 nömrəli qətnaməsi isə dəyişdirilmədən sаxlаnılmаlıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpelyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpelyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyаbilər. Həmin Məcəllənin 404-1-ci maddəsinə əsasən Apelyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Hazırki iş üzrə iddiaçı hər ay uşaqların saxlanması üçün 200 manat aliment alırdı (hər uşağa görə 100 manat). Hazırkı iddiasında hər uşağa görə tələb 164 manat təşkil edir. Deməli, artırılması tələb olunan məbləğ iki uşağa görə 124 manat təşkil edir. Azərbaycan Respublikası MPM-in 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Tələb olunan məbləğin bir il ərzində məcmusu (124 X 12 ay = 1488 manat) təşkil edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(075)-1060/2020 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsi qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Rövşən Rəfiyev Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar