Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1913/2020 20.10.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X5, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh vəkili X3 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dаir mülki iş üzrə çıxarılmış Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(019)-380/2020 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı Cavabdehqarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Balakən Rayon Məhkəməsinin 2(019)941/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək, cavabdeh xx xxxxxxxx 2011-ci il tarixdə doğulmuş X2 və xx xxx 2014-cü il tarixdə doğulmuş X1 üçün hər ay hər uşaq üçün 200 (iki yüz) manat alimentin onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(019)-380/2020 nömrəli (hakim Z.Tahirov) qətnaməsi ilə iddia tələbi təmin edilərək, Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(019)-941/2019 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilməsi (artırılması), xx xxxxxxxx 2011-ci il tarixdə doğulmuş X6 və xx xxx 2014-cü il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən Cavabdeh hər ay hər bir uşaq üçün 200 manat olmaqla ayda cəmi 400 manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı xeyrinə ödənilməsi, Cavabdeh 30 manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan cavabdeh Əliyev X12 Rayon Məhkəməsinin xx xxxxxx 2020ci il tarixli, 2(019)-380/2020 nömrəli qətnaməsindən apelyasiya şikayəti vermişdir. İşin faktiki halları: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx xxxx 2010-cu ildə nikahlarını Balakən rayon Qeydiyyat Şöbəsində 141 sayla rəsmiləşdirməklə evlənmişdir. Cavabdehlə birgə nikahlarından xx xxxxxxxx 2011-ci il tarixdə X6 və xx xxx 2014-cü il tarixdə X10 adında iki uşaqları olmuşdur. O, Cavabdehlə evləndikdən sonra, bir müddət mehriban yaşamışlar. Sonradan aralarında ailə münasibətləri zəminində mübahisələr baş vermişdir. Aralarında baş vermiş narazılıqla əlaqədar uşaqları da götürüb, valideynlərinin evinə getmişdir. Artıq bir neçə aydır ki, Cavabdehlə ayrı yaşayır. Birgə nikahlarından olan iki uşağı hazırda özünün himayəsində yaşayır. Balakən Rayon Məhkəməsinin 2(019)-941 /2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsinə əsasən Cavabdeh ilə cavabdeh İddiaçı Soltanrnəcid qızı arasında xx xxxx 2010-cu ildə Balakən rayon Qeydiyyat şöbəsində 141 nömrə ilə qeydə alınmış nikahın pozulması, nikah pozularkən tərəflərin birgə nikahından olan uşaqları- xx xxxxxxxx 2011-ci il tarixdə doğulmuş X6 və xx xxx 2014-cü il tarixdə doğulmuş X4 anaları İddiaçı Soltanrnəcid qızının yanında saxlanılması, ərizənin verildiyi xx xxxxxxx 2019-cu il tarixdən başlayaraq xx xxxxxxxx 2011-ci il tarixdə doğulmuş X2 və xx xxx 2014-cü il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında aliment tutularaq, İddiaçı ödənilməsi qət edilmişdir. Hazırda Cavabdeh xx xxxxxxxx 2011-ci il tarixdə doğulmuş X2 və xx xxx 2014-cü il tarixdə doğulmuş X1 üçün 130 (bir yüz otuz) manat aliment tutulur. Həmin məbləğdə alimentlə uşağını baxmaq onun üçün çox çətindir. Çünki Cavabdeh xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx ASC Zaqatala fılialı-Balakən şöbəsində aparıcı mütəxəssis işləyir. Bundan əlavə Cavabdeh Humanitar və X7 müəllim işləyir. Onun ümumilikdə gəliri və digər qazancı 1000 manata qədərdir. Onun hər iki təşkilatda ümumi gəlirinin müəyyən edilməsi üçün həmin təşkilatlara müraciət etsə də, həmin təşkilatlar yalnız məhkəmə sorğusu əsasında Cavabdeh əmək haqqı və digər gəlirləri barədə arayış verə biləcəklərini bildirmişlər. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra Cavabdeh maddi vəziyyətində dəyişiklik olmuş, onun qazancı və digər gəlirləri artmış və hazırda o 1000 (bir min) manata qədər ümumi gəlir əldə edir.Qeyd edilənləri nəzərə alıb, iddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apelyasiya şikayətinin dəlilləri: Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmaqla, işin faktiki hallarını araşdırmadan əsassız qətnamə qəbul etmişdir. Belə ki, o hər ay fərqli olaraq əmək haqqı alır. Məhkəmənin sabit pul məbləğində hər uşaq üçün 200 manat aliment alınaraq iddiaçıya ödənilməsi maddi hüquq normalarının pozulması kimi qeyd olunmalıdır. Əmək haqqı və ona əlavələr olaraq hesablanmış ay ərzində gəliri orta hesabla 700 manat təşkil edir. Belə olduğu təqdirdə sabit pul məbləğinin hər uşaq üçün 200 manat təmin olunması əsassızdır. Eyni zamanda iddiaçının rəsmi gəliri vardır. İddiaçı əmək fəaliyyəti ilə məşğuldur. Məhkəmənin sabit pul məbləğində hər uşaq üçün hər ay 200 manat alimentin alınaraq iddiaçıya verilməsini qətt etməsi iddiaçının maraqlarını təmin etmiş, cavabdehin ailə vəziyyəti, əmək haqqının qeyri stabil olaraq dəyişməsi və digər halları cavabdehə münasibətdə nəzərə almamışdır. Alimentin məbləğinin 200 manat təmin olunması cavabdeh üçün gələcəkdə ağır maddi məhrumiyyətlər yaratmışdır. Buna görə də mülki işə apelyasiya qaydasında yenidən baxılmalı, Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2020ci il tarixli, 2(019)-380/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və hər uşaq üçün hər ay iddiaçının xeyrinə 150 manat alimentin ondan tutularaq İddiaçı verilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh vəkili X11 apelyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, birinci instansiya məhkəməsi hazırki iş üzrə yekun nəticəyə gələrkən tətbiq edilməli olan hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, cavabdeh hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat məbləğində aliment ödəyə bilər. Ona görə də apelyasiya şikayətinin təmin olunmasını və alimentin məbləğinin dəyişdirilməsini məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil apelyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, cavabdeh hazırda Beynəlxalq bakda işləməklə kifayət qədər aylıq əmək haqqına malikdir. Cavabdehin aylıq qazancı 1200 manatdan yuxarıdır. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş edir. Hüquqi məsələlər: Apelyasiya şikayəti qətnamənin dəyişdirilməsinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi alimentin miqdarı ilə bağlı hissədə dəyişdirilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən xx xxxxxxx 2011-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 747173 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X6 xx xxxxxxxx 2011-ci il tarixdə anadan olmuş, atası Cavabdeh, anası İddiaçı yazılmışdır. Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən xx xxx 2014-cü il tarixdə verilmiş AZ-İİİ seriyalı 329281 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X10 xx xxx 2014cü il tarixdə anadan olmuş, atası Cavabdeh, anası İddiaçıyazılmışdır. Balakən Rayon Məhkəməsinin 2(019)-941 /2019 saylı xx xxxxxx 2019-cu nömrəli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, Cavabdeh ilə cavabdeh İddiaçı arasında xx xxxx 2010-cu ildə Balakən rayon Qeydiyyat Şöbəsində 141 nömrə ilə qeydə alınmış nikahın pozulması, nikah pozularkən tərəflərin birgə nikahından olan uşaqları- xx xxxxxxxx 2011-ci il tarixdə doğulmuş X6 və xx xxx 2014-cü il tarixdə doğulmuş X4 anaları İddiaçı Soltanrnəcid qızının yanında saxlanılması, ərizənin verildiyi xx xxxxxxx 2019-cu il tarixdən başlayaraq xx xxxxxxxx 2011-ci il tarixdə doğulmuş X2 və xx xxx 2014-cü il tarixdə doğulmuş X4 yetkinlik yaşma çatana kimi saxlanılması üçün Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında aliment tutularaq, İddiaçı Soltanrnəcid qızına ödənilməsi qət edilmişdir.«xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC-nin xx.xx.2020-ci il tarixli İR-309 saylı məktubundan görünür ki, Cavabdeh xx.xx.2017-ci il tarixdən xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx ASC-də işləyir və hal-hazırda 605 manat maaşla Balakən şöbəsinin satış üzrə aparıcı mütəxəssisi vəzifəsində çalışır. «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC tərəfindən təqdim olunmuş Cavabdeh xx.xx.2020ci il tarixli hesabdan çıxarışından görünür ki, Cavabdeh həmin bankdan aldığı əmək haqqı qeyri-müntəzəm dəyişən xarakter daşımışdır; belə ki, o, bankdan xx.xx.2020ci il tarixdə 580,47 manat, xx.xx.2020-ci il tarixdə 581,00 manat, xx.xx.2020ci il tarixdə 602,28 manat, xx.xx.2020-ci il tarixdə 602,00 manat, xx.xx.2020-ci il tarixdə 994,57 manat, xx.xx.2020-ci il tarixdə 995,00 manat, xx.xx.2020-ci il tarixdə 573,87 manat, ..., xx.xx.2020-ci il tarixdə 500.00 manat, …, xx.xx.2020-ci il tarixdə 662,68 manat, xx.xx.2020-ci il tarixdə 600,00 manat, … xx.xx.2020-ci il tarixdə 960,42 manat, xx.xx.2020ci il tarixdə 950 manat, …, xx.xx.2020-ci il tarixdə 638,30 manat, xx.xx.2020ci il tarixdə 600 manat,…, xx.xx.2020-ci il tarixdə 960,88 manat, xx.xx.2020-ci il tarixdə 800 manat almışdır. Azərbaycan Respublikası Əmək və X8 Nazirliyinin Mərkəzləşdirilmiş Elekron İnformasiya sistemi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş iş yerinə dair arayışdan (əmək haqqı göstərilməklə) görünür ki, Əliyev X9 və X7 müəllim işləyir. Aylıq əmək haqqının məbləği 194,33 manatdır. «xxxxxxxxxxx»ASC-nin Balakən filialının verdiyi xx xxxxxx 2020-ci il tarixli, 2259 saylı məktub və İddiaçı adına olan kart və cari hesabdan çıxarışdan görünür ki, İddiaçı tərəfindən cari kart və hesabından 2020-02-03 tarixdə 1890 manat, 2020-02-12 tarixdə 1,00 manat, 2020-02-17 tarixdə 2,00 manat, 2020-02-08 tarixdə 184,28 manat, 2020-03- 02 tarixdə 186,00 manat, 2020-03-18 tarixdə 184,28 manat, 2020-03-19 tarixdə 184,00 manat, 2020-04-13 tarixdə 0,37 manat, 2020-04-28 tarixdə 184,28 manat, 2020-04-28 tarixdə 67,59 manat, 2020-04-29 tarixdə 116,00 manat, 2020-05-13 tarixdə 0,69 manat, 2020-05-31 tarixdə 184,28 manat, 2020-05-31 tarixdə 15,00 manat, 2020-05-31 tarixdə 2,00 manat, 2020-05-31 tarixdə 1,00 manat, 2020-05-31 tarixdə 60,00 manat, 2020-05-31 tarixdə 31,59 manat, 2020-06-08 tarixdə 50,00 manat, 2020-06-08 tarixdə 3,00 manat, 2020-06-11 tarixdə 1,69 manat, 2020-06-24 tarixdə 184,28 manat, 2020-06-24 tarixdə 301,84 manat, 2020-06-24 tarixdə 76,35 manat, 202006-25 tarixdə 9,00 manat, 2020-06- 25 tarixdə 1,00 manat, 2020-06-29 tarixdə 350,00 manat, 2020-06-29 tarixdə 2,85 manat, 2020-06-29 tarixdə 0,30 manat, 2020-06-30 tarixdə 3,50 manat, 2020-06-30 tarixdə 40,00 manat, 2020-07-03 tarixdə 1,00 manat və 2020-07-13 tarixdə 2,12 manat çıxarışlar edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34.4-cü maddələrinə görə, uşaq-la-rın qayğısına qal-maq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nə-zarət edir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynin həm hüququ, həm də bor-cudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə görə valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağın sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1.-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən, cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 76-cı maddəsinə əsasən; 76.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1. 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 76.1.2. 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 76.1.3. 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı. 76.2. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2020-ci il üçün yaşayış minimumu ölkə üzrə 190 manat, əmək qabiliyyətli əhali üçün 201 manat, pensiyaçılar üçün 157 manat, uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edilə bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016cı il tarixli qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir (8.2-ci bənd). Məhkəmə alimenti ödəyicinin qazancının (gəlirinin) müəyyən hissəsi kimi deyil, sabit pul məbləğində tutarsa bunu qətnamədə əsaslandırmalıdır(8.4-cü bənd). Daimi iş yeri (gəlir mənbəyi) olan şəxsdən qazancın(gəlirin) müəyyən hissəsi kimi alimentin tutulması tərəflərdən birinin mənafeyini əhəmiyyətli dərəcədə pozarsa(məsələn, xeyrinə aliment tutulan şəxsin əlil olması, əmək fəaliyyəti ilə məşğul olmasını istisna edən xəstəlikdən əziyyət çəkməsi, yaxud himayəsində belə uşaqların olması və.s) məhkəmə alimenti sabit pul məbləğində müəyyən edə bilər. Bu zaman əmək haqqının aşağı olmasına baxmayaraq həmin şəxsin bu əmək haqqının həddini aşan daha çox vəsait xərcləməsi(məsələn, şəxsin hər ay banka kredit müqaviləsi üzrə əmək haqqında qat-qat yüksək həddə kredit borcunu ödəməsi, yaxud nikah pozulduqdan sonra aliment tələbi irəli sürülənədək uşağın saxlanması üçün əmək haqqında yüksək miqdarda vəsait verməsi) və s. kimi hallar nəzərə alınır. (8.6-cı bənd). Apelyasiya şikayətinə ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası qeyd edir ki, həmin apelyasiya şikayətində qeyd olunanlar şikayətin tam təmin olunması üçün əsaslı olmasa da, qismən təmin edilməsi və alimentin məbləğinin dəyişdirilməsi üçün əsaslıdır. Belə ki, birinci instаnsiyа məhkəməsi аlimentin miqdаrını müəyyən edərkən cavabdehin gəlirinin qeyri-sabit olmasına və müəyyən edilmiş alimentin məbləğinin Ailə Məcəlləsinin 76.1.2-ci maddəsinin tələbi ilə uzlaşmamasına xüsusi diqqət yetirməmişdir. Düzdür, cavabdehin apelyasiya şikayətində göstərdiyi dəlillər onu uşağı ilə bağlı hər hansı bir vəzifəsindən, o cümlədən uşaqları saxlamaq, saxlamadıqda isə uşağın saxlanması üçün məhkəmə qaydasında müəyən edilmiş aliment ödəmək vəzifəsindən azad etmir. Cavabdehin apelyasiya şikayətində göstərdiyi, o cümlədən onun himayəsində digər şəxslərin olması kimi dəlillər onu həm mənəvi, həm də hüquqi cəhətdən borclu olduğu uşaqlarının saxlanılmasına görə müəyyən edilmiş aliment ödəmək öhdəliyindən azad edilməsi üçün əsas ola bilməz. Çünki, uşağın ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, həmçinin digər hüquq və mənafelərinin mühafizəsinin zəruriliyi atanın da valideyn kimi borcu və vəzifəsi olduğundan onun da həmin proseslərdə bu və ya digər formada iştirak etməsini tələb edir. Lakin yuxarıda qeyd olunanlarla yanaşı, işin faktiki halını da nəzərə almaq lazımdır. Belə ki, iş materialları ilə sübut olunur ki, cavabdeh rəsmi işləməklə, aylıq gəliri stabil deyil. Ona görə də məhkəmə kollegiyası bütün yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, xx xxxxxxxx 2011-ci il tarixdə doğulmuş X6 və xx xxx 2014-cü il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər bir uşaq üçün 200 manat sabit pul məbləğində alimentin məbləği dəyişdirilərək hər ay bir uşaq üçün 170 (bir yüz yetmiş) mаnаt, cəmi 340 (üç yüz qırx) manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0 və 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Mülki Prоsessuаl Məcəllənin 384.0.3-cü mаddəsinə əsаsən, аpellyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsinin qətnаməsini dəyişdirə bilər. Mülki Prosessual Məcəllənin 404.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilər. Kollegiya belə qənaətə gəlir ki, cavabdehdən tutulan əvvəlki aliment sabit pul məbləğində olmadığından hazırki iddianın mübahisəli hissəsini dəqiq müəyyən etmək mümkün deyildir. Ona görə də kollegiyanın qənaətinə görə hazırki qətnamədən kassasiya şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372- 376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(019)-380/2020 nömrəli qətnaməsi “xx xxxxxxxx 2011-ci il tarixdə doğulmuş X6 və xx xxx 2014-cü il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər bir uşaq üçün 200 manat olmaqla, ayda cəmi 400 manat sabit pul məbləğində alimentin tutulması hissəsində dəyişdirilsin və həmin аlimentin məbləği hər ay bir uşaq üçün 170 (bir yüz yetmiş) manat , cəmi 340 (üç yüz qırx) manat məbləğində müəyyən edilsin. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1913/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1913/2020
20.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver