Məhkəmə qərarları › İş №2(107)-1917/2020

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1917/2020

05.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1917/2020 05.10.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı Ağalar oğlunun iştirakı ilə İddiaçı Ağalar oğlunun Cavabdeh qarşı maddi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(037)-726/2020 nömrəli qərardadından İddiaçı Ağalar oğlu tərəfindən verilmiş şikаyətə Şəki Apelyasiya Məhkəməsinin binasında аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı Ağalar oğlu Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək cavabdehə məxsus mal-qara tərəfindən vurulmuş 640 manat maddi zərərin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(037)-726/2020 nömrəli (hakim R.Şirinov) qərardadı ilə İddiaçı Ağalar oğlunun Cavabdeh qarşı maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Qərardaddan narazı qalan İddiaçı Ağalar oğlu şikayət verərək, qərardadın ləğv olunmasını və iddia ərizəsinin icraata götürülməsi barədə yeni qərardad çıxarılmasını xahiş etmişdir. O, şikayətini belə əsaslandırmışdır ki, əvvəllər bu kateqoriyadan onun iddiaçı olduğu işə Abşeron Rayon Məhkəməsində baxıldıqdan sonra Ali Məhkəmədə kassasiya şikayətinə baxılarkən ona bildirilmişdir ki, torpaq sahəsi ilə bağlı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddiaçı olduğu işlərə torpaq sahəsinin yerləşdiyi ərazi üzrə baxıla bilər. Hazırkı iddia tələbi üzrə torpaq sahəsi İsmayıllı rayonu ərazisində yerləşir. Onun tələbi həmin torpaq sahəsinə dəymiş ziyana görədir. Ona görə də hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin qaytarılması barədə qərardad əsassız və qanunsuzdur. Göstərilən qərardadın ləğv edilməsini, iddia ərizəsinin icraata qəbul edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(037)-726/2020 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı Ağalar oğlu şikayəti müdafiə edərək bildirmişdir ki, hesab edir ki, onun əvvəlki işinə İsmayıllı Rayon Məhkəməsində baxıldığından, hazırki tələbə də məhz İsmayıllı Rayon Məhkəməsində baxılmalıdır. Odur ki, şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdehməhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdırıb və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli və iş üzrə birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə olunmuş AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh Abşeron rayonu Masazır kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 62-ci maddəsinə görə, məhkəmə aidiyyətinin qanunsuz dəyişdirilməsinə yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə görə, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərədə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin nMəcəllənin 35.2-ci maddəsinə hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Həmin Məcəllənin 152.1.3. maddəsinə görə, əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Mülki Prosessual Məcəllənin 24-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. Həmin Məcəllənin 31-ci maddəsinə görə, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Aidiyyət qaydalarına riayət etməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə görə, əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə kollegiyası iclasında müəyyən müəyyən olunur ki, Cavabdeh Abşeron rayonu Masazır kəndində qeydiyyatdadır. İddiaçı cavabdehdən ona dəymiş ziyanın ödənilməsini tələb edir. İddiaçı aidiyyat qaydalarına riayət etmədən məhkəməyə müraciət etmişdir. Göründüyü kimi torpaq sahəsi İsmayıllı rayon ərazisində yerləşsə də iddiaçı torpaq sahəsinin cavabdehin qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan hüquqların pozulmasının aradan qaldırılması tələbi ilə deyil, cavabdeh tərəfindən həmin torpaq sahəsinə vurulmuş maddi ziyanın ona ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının hazırkı iddia ərizəsinin MPM-nin 39.1-ci maddəsində qeyd olunan müstəsna aidiyyat kimi torpaq sahəsinin olduğu yerə görə verilməsi nəzərdə tutulmamışdır. Beləliklə də iddiaçı hazırkı tələblə bağlı İsmayıllı Rayon Məhkəməsinə deyil, cavabdehin rəsmi qeydə alındığı yer üzrə məhkəməyə müraciət etməlidir. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsinin geri qaytarılması barədə qərardad qəbul edərkən onun gələcəkdə hansı prosedur hərəkəti həyata keçirəcəyini deyil, yalnız iddia ərizəsini və işdə olan sənədləri diqqətə almış və göstərilənlərə əsasən məhkəmə bununla bağlı qərardad qəbul edərkən düzgün nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikаyət əsassız olduğundan təmin edilməməli, İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(037)-726/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Аzərbаycаn Respublikаsının Mülki Prosessual Məcəlləsinin 263-264, 357, 360, 398.0.1, 400, 402-405-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə kоllegiyаsı Qərara aldı: İddiaçı Ağalar oğlu tərəfindən verilmiş şikayət təmin edilməsin. İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(037)-726/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi аndаn qüvvəyə minir. Qərardadan şikayət verilə bilməz. Sədrlik edən: Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar