Məhkəmə qərarları › İş №2(107)-1921/2020

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1921/2020

08.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1921/2020 08.10.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu, Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X5 iştirakı ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh, X6, X7 və X1 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka qoyulmuş əmlaklara yönəldilməsi tələbinə dair iddia ərizəsi üzrə çıxarılmış Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(039)- 2272/2019 nömrəli qərardadından iş üzrə hüquq və vəzifələrinə toxunan şəxs X11 tərəfindən verilmiş şikayətə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı «xxxxxxxxxxxx» Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X4 və X2 müştərək qaydada «xxxxxxxxxxxx» ASC-nin xeyrinə 6756.76 manat əsas, 1277.04 manat faiz borcu olmaqla, cəmi 8033.80 manat borc və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(039)-2272/2019 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir Hüquq və vəzifələrinə toxunan şəxs X3 Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il il tarixli, 2(039)-2272/2019 nömrəli qətnaməsindən apelyasiya şikayəti ilə məhkəməyə müraciət etmiş, Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(039)-2272/2019 nömrəli (hakim T.Əliyev) qərardadı ilə apelyasiya şikayəti geri qaytarılmışdır. Hüquq və vəzifələrinə toxunan şəxs X11 məhkəmənin həmin qərardadından şikayət verərək Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(039)-2272/2019 nömrəli qərardadının ləğv edilməsi bаrədə qərardad çıxаrılmаsını xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(039)-2272/2019 nömrəli qərаrdаdı ilə hüquq və vəzifələrinə toxunan şəxs X11 tərəfindən verilmiş şikayət mülki iş materialları ilə birlikdə baxılması üçün Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iclasının vaxt və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər, eləcə də gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdırıb və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli və Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(039)-2272/2019 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apelyasiya şikayəti verə bilər. Həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Prokuror bu Məcəllənin 50-ci və 306-cı maddələrində göstərilən hallarda məhkəmə baxışında iddiaçı və ya ərizəçi olarsa, məhkəmə aktlarından protest verə bilər. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apelyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 364-cü maddəsinə əsasən apelyasiya şikayətini aldıqdan sonra birinci instansiya məhkəməsi apelyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apelyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apelyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apelyasiya instansiyası məhkəməsinə göndərilir. Təqdim olunmuş iş materiallarından görünür ki, mübahisəsi gedən Yevlax şəhəri, Zərdab küçəsi, 43 saylı fərdi yaşayış evinin mülkiyyətçisi Cavabdehdur. Mülkiyyətçi sərbəst şəkildə bankla müqavilə bağlamış və özünə məxsus əmlakı ipoteka qoymuşdur. X11 iş üzrə tərəf olmamışdır. Bundan əlavə iş materiallarının 37-ci səhifəsində olan arayışdan (Forma 2) görünür ki, mübahisəsi gedən ipoteka müqaviləsi rəsmiləşdirilərkən X11 həmin evdə yaşayn və ya qeydiyyatda olan şəxslərin dairəsində olmamışdır. Ona görə də kollegiya belə qənaətə gəlir ki, X8 hazırki qətnamə ilə hüquq və vəzifələrinə toxunan hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, X8 ipoteka qoyulmuş evdə qeydiyyatda olması onun iş üzrə hüquq və vəzifələrinə toxunan şəxs kimi hazırki iş üzrə cəlb edilməsi qəbul edilə bilməz. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, X8 hüquq və vəzifələrinə toxunmadığından onun Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(039)-2272/2019 nömrəli qətnaməsindən apelyasiya şikayəti vermək hüququ yoxdur. Bu səbəbdən də məhkəmə kollegiyası belə qənaətə gəlir ki, şikayət əsassız olduğundan təmin edilməməli, Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(039)-2272/2019 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 357, 360, 398.0.1, 400 və 402-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: X11 tərəfindən verilmiş şikayət təmin edilməsin. Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(039)-2272/2019 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayəti verilə bilməz Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar