Məhkəmə qərarları › İş №2(107)-1921/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1921/2021

21.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1921/2021 21.10.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı «borcun və dəymiş ziyanın ödənilməsi» tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddia- maddi ziyan, podrat, ekspert rəyi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, Ağdaş Rayon Məhkəməsinin 2(014)-18/2021 saylı, 03 may 2021-ci il tаrixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı «borcun və dəymiş ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1050 (min əlli) manat miqdarında borcun, ona dəymiş 600 (altı yüz) manat maddi zərərin əvəzinin və ödənilmiş 30 manat dövlət rüsumunun ondan alınıb ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırdı ki, Cavabdeh 2019-cu ilin avqust ayında həyətyanı sahəsində dam örtüyü hazırlaması üçün razılaşmışlar. Razılaşmaya əsasən cavabdeh 850 manatlıq tikinti materialları aldıraraq həyətyanı sahəsində dam örtüyü düzəltməklə ona xidmət göstərməyi öz öhdəsinə götürmüşdür. İşin yekununda da cavabdehə 400 manat xidmət haqqı ödənilməsi barədə danışmışlar. Ümumilikdə göstəriləcək xidmət və ödəniləcək məbləğlə bağlı şifahi olaraq aralarında razılaşmışlar. Cavabdeh 10 avqust 2019cu ildə həyətyanı sahəsində işləməyə başlamış, 2-ci iş günü cavabdeh ona aldırdığı materialların düzgün alınmadığını bəhanə gətirərək əlavə olaraq ondan 100 manat da pul almışdır ki əlavə material alacaq. Lakin həmin məbləğin mübaqibilində heç bir tikinti materialları gətirməmişdir. Cavabdeh 3 iş günü ərzində alınan bütün materialları korlamış, dam örtüyün bütün novça hissəsini yararsız hala salmışdır. Öhdəsinə götürdüyü işi lazımi şəkildə görməmişdir. Bündan əlavə yaşayış evinin dam örütüyünün 18 metr uzunluğu 45 sm eni olan hissəsinin dam örütüyünü də kəsərək korlamışdır. Korlanmış dəmir örütyünün ümumi məbləği 200 manat dəyərindədir. Yaşayış evinə də xeyli miqdarda ziyan dəymişdir. Cavabdehdən üzərinə düşən öhdəliyi tam icra etməsini tələb etsə də əlindən gələnin bu olduğunu, başqa da xidmət göstərə bilməyəcəyini bildirmişdir. Dəfələrlə mübahisəni aralarında həll etməyə çalışsa da cavabdeh ona bundan əlavə xidmət göstərməyəcəyini və heç bir dəymiş ziyanlıq ödəməyəcəyini bildirmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Birinci instansiya məhkəməsində icraat Ağdaş Rayon Məhkəməsinin 2(014)-18/2021 saylı, 03 may 2021-ci il tаrixli qətnaməsi ilə (hakim N.Əliyev) iddia qismən təmin edilmiş, Cavabdehdan 879 manat məbləğində pul və 20 manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə verilmiş, iddia qalan hissədə rədd edilmiş, eyni zamanda iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun qalan 10 manatı İddiaçı aid edilmiş və aparılmış ekspertiza tədqiqatın dəyəri 300 (üç yüz) manat ekspertiza xərci Cavabdehdan alınıb KapitalBank ASC-nin 1 saylı Sahil filialına, kod 201218, VÖEN ********** m/h AZ37NABZ********************, SWİFT AİİBAZ2X, benefisiarın adı: MÜSTƏQİL EKPERTİZA MƏRKƏZİ MMC, benefisiarın hesabı AZ64AİİB400900C**********208, VÖEN ********** hesabına ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh ilə İddiaçı arasında mübahisələndirilən evə bitişik dəmir dirəklər üzərində quraşdırılmış metal çardağın üzərinin metal şifirlərlə örtülməsinə dair usta xidmətlərinin göstərilməsi barədə razılıq olmuş, sirafişçi tərəfindən icraçıya verilən sifariş qüsurlu icra olunaraq iddiaçıya ziyan dəymişdir. İş materiallarında göstərilmiş 05 aprel 2021-ci il tarixli 59 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, qüsurlu görülən işin nəticəsində iddiaçıya vurulmuş ziyanın (zay olmuş, istifadəyə yararsız mal materiallar nəzərə almaqla) məbləği 879 manat təşkil edir. İddiaçı evə suyun axıdılması nəticəsində əlavə ziyan dəydiyini iddia etsə də, bununla bağlı sübutlar məhkəməyə təqdim etməmişdir Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Tərəflər arasında şifahi tapşırıq müqaviləsi bağlanmış, Cavabdeh ilə İddiaçı arasında mübahisələndirilən evə bitişik dəmir dirəklər üzərində quraşdırılmış metal çardağın üzərinin metal şifirlərlə örtülməsinə dair usta xidmətlərinin göstərilməsi barədə razılıq olmuş, sirafişçi tərəfindən icraçıya verilən sifariş qüsurlu icra olunaraq iddiaçıya ziyan dəymişdir. İş materiallarında göstərilmiş 05 aprel 2021-ci il tarixli 59 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, qüsurlu görülən işin nəticəsində iddiaçıya vurulmuş ziyanın (zay olmuş, istifadəyə yararsız mal materiallar nəzərə almaqla) məbləği 879 manat təşkil edir. İddiaçı evə suyun axıdılması nəticəsində əlavə ziyan dəydiyini iddia etsə də, bununla bağlı sübutlar məhkəməyə təqdim etməmişdir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları və məhkəmə iclasında tətbiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab etmişdir ki, iddia qismən təmin edilməli, Cavabdehdan 879 manat məbləğində pul və 20 manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə verilməli, iddia qalan hissədə rədd edilməli, eyni zamanda iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun qalan 10 manatı İddiaçı aid edilməli və aparılmış ekspertiza tədqiqatın dəyəri 300 (üç yüz) manat ekspertiza xərci Cavabdehdan alınıb KapitalBank ASC-nin 1 saylı Sahil filialına, kod 201218, VÖEN ********** m/h AZ37NABZ********************, SWİFT AİİBAZ2X, benefisiarın adı: MÜSTƏQİL EKPERTİZA MƏRKƏZİ MMC, benefisiarın hesabı AZ64AİİB400900C**********208, VÖEN ********** hesabına ödənilməsi qət edilməlidir. Həmçinin birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı, 443,448,752,753,759,763,764,765, 1096.1-ci, 1096.2-ci, 1097.1-ci, 1097.3-cü, maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin fatiki hallarını diqqətə almamış, əsaslı və qanuna uyğun olmayan qətnamə qəbul etmişdir. Belə ki, o, məhkəmə iclasında ifadə verərkən ona qarşı qoyulmuş iddianın əsassız olduğunu bildirərək iddia tələbini rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edərək iddiaçıya görmüş olduğu işin qüsursuz olduğunu, əksinə işin qüsurlu olması barədə əsassız bəhanə ilə onun əmək haqqının verməməsini və buna görə də görmüş olduğu işi iddiaçının razılığı ilə əmək haqqını vermədiyinə görə sökməyini demişdir. daha sonra Ekspertizanın rəyi qətnamədə yuxarıda göstərilənlər kimi öz əksini tapsa da, hakim tərəfindən tədqiq edilmədən, heç bir əsaslandırma aparılmadan razılaşmışdır. Azərbayca Respublikasının MPM-nin 103.2 maddəsində göstərilir. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. Bu hal üzrə hakim tərəfindən Azərbaycan Respublikadı MPM- nin 103.2 maddəsinin tələbləri pozulmuşdur. Lakin məhkəmə tərəfindən bu maddələrin də tələbləri pozularaq iş üzrə əlavə və ya təkrar ekspertiza təşkil edilməmişdir. Digər tərəfdən məhkəmənin sübut kimi qəbul etdiyi ekspert rəyində qüsurlu görülən iş nəticəsində 300 manat dəyərində 15 ədəd şifer, 105 manat dəyərində sinxləşdirilmiş metal təbəqənin, 37 ədəd metal su novçunun (74 manat dəyərində ) 150 manat dəyərində şurup, kley,mismar və sair dəyərləri və usta haqqı (yarasız materialların sökülməsi daşınması və yeni materialların işlənməsi) 250 manat dəyərində və cəmi 897 manat ziyan hesablanmışdır. Lakin məhkəmə tərəfindən rəy obyektiv olaraq tədqiq edilmədən kor-koranə olaraq sübut kimi qəbul edilmişdir. Bu səbəbdən apellyasiya şikayətinin təmin edilməsini, Ağdaş Rayon Məhkəməsinin 2(014)-18/2021 saylı, 03 may 2021-ci il tаrixli qətnaməsinin ləğv edilərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh məhkəmə kollegiyası iclasında iştirak edərək apellyasiya şikayətinin təmin edilməsini, Ağdaş Rayon Məhkəməsinin 2(014)-18/2021 saylı, 03 may 2021-ci il tаrixli qətnaməsinin ləğv edilərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İddiaçı məhkəmə kollegiyasının iclasında iştirak edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777.1-ci maddəsinə əsasən, tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 752.1.Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2.Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. 752.3.Podratla bağlı smetanın tərtibi, əgər razılaşmada ayrı qayda müəyyənləşdirilməyibsə, ödənilmir. 753.1.Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. 759.1.Sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yeri 759.2.Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. 760.1 Əgər podratçı tərəfindən müqaviləyə bilavasitə sifarişçinin hərəkətləri nəticəsində baş verməyən və ya həmin hərəkətlərlə bağlı olmayan səbəbə görə xitam verilirsə, podratçı işlər qurtaranadək müqaviləyə elə tərzdə xitam verməlidir ki, sifarişçi işləri başqa şəkildə və bərabər və ya daha əlverişli şərtlərlə ala bilsin. Bu zaman podratçı yerinə yetirilmiş işin haqqının ödənilməsini tələb edə bilər, bu şərtlə ki, sifarişçinin əvvəl görülmüş işlərə hansısa marağı olsun. 760.2.Əgər podratçı tərəfindən müqaviləyə bilavasitə sifarişçinin hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilirsə, podratçı yerinə yetirilmiş işin haqqını və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. 764.1-ci maddəsinə əsasən əgər podratçı xərclərin tənasübsüzlüyünə baxmayaraq, əlavə icradan imtina etməzsə, lakin əlavə icra üçün müəyyənləşdirilmiş müddət nəticəsiz qurtararsa, sifarişçi qüsuru özü aradan qaldırıb çəkdiyi xərclərin əvəzini ödəməyi tələb edə bilər. 765-ci maddəsinə əsasən Məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericilik normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq pozuntusuna görə məsuliyyət daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1. maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Mülki Prosessual Məcəllənin 97.1-ci maddəsində qeyd olunur ki, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirir, Ağdaş Rayon Məhkəməsinin 2(014)-18/2021 saylı, 03 may 2021-ci il tаrixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Ağdaş Rayon Məhkəməsinin 2(014)-18/2021 saylı, 03 may 2021-ci il tаrixli qətnaməsini iddianın təmin edilmiş hissəsinə və ekspert rəyinə aid hissəsinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Ağdaş Rayon Məhkəməsinin 2(014)-18/2021 saylı, 03 may 2021-ci il tаrixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, Cavabdeh ilə İddiaçı arasında mübahisələndirilən evə bitişik dəmir dirəklər üzərində quraşdırılmış metal çardağın üzərinin metal şifirlərlə örtülməsinə dair usta xidmətlərinin göstərilməsi barədə razılıq olmuş, sifarişçi tərəfindən icraçıya verilən sifariş qüsurlu icra olunaraq iddiaçıya ziyan dəymişdir. İş materiallarında göstərilmiş 05 aprel 2021-ci il tarixli 59 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, qüsurlu görülən işin nəticəsində iddiaçıya vurulmuş ziyanın (zay olmuş, istifadəyə yararsız mal materiallar nəzərə almaqla) məbləği 879 manat təşkil edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki apellyasiya şikayəti əsaslandırılmamış və formal mülahizələrdən ibarət olmuşdur. Belə ki, tərəflərin izahatı və iş materialları ilə müəyyən edilir ki, tərəflər arasında şifahi tapşırıq müqaviləsi bağlanmış, Cavabdeh ilə İddiaçı arasında mübahisələndirilən evə bitişik dəmir dirəklər üzərində quraşdırılmış metal çardağın üzərinin metal şifirlərlə örtülməsinə dair usta xidmətlərinin göstərilməsi barədə razılıq olmuş, sirafişçi tərəfindən icraçıya verilən sifariş qüsurlu icra olunaraq iddiaçıya ziyan dəymişdir. İş materiallarında göstərilmiş 05 aprel 2021-ci il tarixli 59 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, qüsurlu görülən işin nəticəsində iddiaçıya vurulmuş ziyanın (zay olmuş, istifadəyə yararsız mal materiallar nəzərə almaqla) məbləği 879 manat təşkil edir. Ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, ekspertiza tikinti-texniki ekspertizası üzrə tədqiqata təqdim olunmuş materiallar əsasında keçirilərək, cavabdehin vurduğu ziyan hesablanmışdır. Rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və Ağdaş Rayon Məhkəməsinin 2(014)- 18/2021 saylı, 03 may 2021-ci il tаrixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağdaş Rayon Məhkəməsinin 2(014)-18/2021 saylı, 03 may 2021-ci il tаrixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar