Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-193/2020 22.01.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, X3 iclas katibliyi və Cavabdeh vəkili Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Yevlax Rayon Məhkəməsində Cavabdeh qarşı iddia qaldıraraq, Cavabdeh tərəfindən ona məxsus X9 1814LS markalı ** LV *** dövlət qeydiyyat nişanlı yük avtomaşınına qoşqusu ilə birlikdə dəymiş 70.000 ABŞ dolları ziyanın alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin (hakim T.Əliyev) xx xxxxxx 2018-ci il tаrixli2(039)- 2028/2018 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh vurulmuş maddi ziyanın əvəzi olaraq 65.000 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30,40 manat, cəmi 65.040 (altmış beş min manat qırx qəpik) manatın İddiaçı xeyrinə tutulması, qalan hissədə iddianın təmin edilməməsi, ekspertiza xərci olan bir yüz iyirmi manatın Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN ********** Dövlət Xəzinədarlığı agentliyi, KOD 210005 VÖEN ********** m/h AZ 41 NABZ******************** S.W.İ.F.T. BİK CTREAZ 22. hesabına köçürülməsi qət edilmişdir. Cаvаbdeh Cavabdeh аpelyаsiyа şikаyəti verərək qeyd olunan qətnаmənin ləğv оlunmаsını və iddiаnın təmin оlunmаmаsı barədə yeni qətnamə qəbul edilməsini xаhiş etmişdir. Şəki Apelyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə аpelyаsiyа şikayəti təmin edilmədən, Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tаrixli2(039)- 2028/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cаvаbdeh Şəki Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək, Şəki Apelyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. İŞİN HALLARİ İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxx 2018-ci ildə, saat 13 radələrində X1- Blaqodarnıy-Budenovsk yolunda Qurbanov X6 Benz Aktros 1814LS markalı ** LV *** dövlət qeydiyyat nişanlı yük avtomaşını qoşqusu ilə birlikdə yol kənarındakı ağaca vurmuş, avtomaşın qoşqusu ilə birlikdə tam yararsız hala düşmüş, ümumilikdə ona 70.000 ABŞ dolları həcmində ziyan dəymişdir. Həmin X9 1814LS markalı ** LV *** dövlət qeydiyyat nişanlı yük avtomaşınının kəllə hissəsi Gürcüstan Respublikasından 25.000 ABŞ dollarına, arxa qoşqusunu isə 26.000 ABŞ dollarına almış, gömrükdən keçirmə rüsumu 12.000 ABŞ dolları təşkil etmiş, əlavə olaraq 12 təkər 6.000 ABŞ dollarına, 1.000 ABŞ dolları dövlət nömrə nişanlarına və əlavə olaraq digər xərclər çəkilmişdir. Kəllə 25.000 ABŞ dolları, qoşqusu 26.000 ABŞ dolları, 12 təkər 6.000 ABŞ dolları üstə gəl 1.000 ABŞ dolları, cəmi 70.000 ABŞ dolları. Cavabdeh zərərin ödənilməsindən imtina edir, telefon zənglərinə cavab vermir. Birinci instansiya məhkəməsi tələb üzrə yuxarıda göstərilən nəticəyə gəlmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, çıxarılmış qətnamə qanun pozuntusu ilə çıxarıldığından əsaslı hesab edilə bilməz. Belə ki, məhkəmə işə mahiyyəti üzrə baxsa da, həqiqətə nail olmaq üçün bütün halları tam, hərtərəfli və obyektiv araşdırmamış, mübahisə mahiyyəti üzrə düzgün həll edilməmiş, maddi və prosessual hüquq normaları pozulmaqla hüququn tətbiqində məhkəmə səhv nəticəyə gələrək düzgün olmayan qərar qəbul etmiş, nəticədə MPM-in tələbləri və ədalətli məhkəmə baxışı hüquqları əhəmiyyətli dərəcədə pozulmuşdur. O, iddianı qəbul etmir. Qaldırılan iddia əsaslı deyildir. O, heç bir kəsin qarşısında heç bir mülki öhdəlik daşımır. Bu baxımdan da heç kəsin qarşısında məsul deyildir. Mülki işin materiallarında hansısa mülki məsuliyyətin olması qeyd edilir. O, iddiaçı qarşısında həmin hüquqda olmamışdır. Şəxs ondan yolda qalmış avtomobilini aparmaq üçün onu aidiyyəti üzrə X1 Blaqodarnıy-Budonevsk yoluna aparmış və ondan xahiş etmişdir ki, qeyd olunan avtomobili həmin ərazidən Azərbaycanın ərazisinə çıxarsın. O da bunu etmişdir. Ancaq baş verən hadisə onun təqsirli hərəkəti nəticəsində baş verməmişdir. İddiaçı həmin avtomobilin sərhədə gətirilməsini ondan xahiş etmişdir. O da bütün bunların zəminində qeyd olunan hərəkətləri etmişdir. Qəzanın baş verməsi və avtomobilə zərər dəyməsi onun günahı ucbatından baş verməmişdir. Onunla hər hansı bir şəkildə əmək müqaviləsi bağlanmamışdır. Bu baxımdan da baş verən hadisələrlə bağlı o, konkret heç bir məsuliyyət daşımır. O, İddiaçı nə işçisi, nə də onun avtomobilinin mülki məsuliyyətçisidir. Məhkəmə qətnaməsinə qeyd edilir ki, mülki məsuliyyət haqqında müqavilənin surətindən görünür ki, Cavabdeh ona etibar edilmiş **-LV-*** dövlət qeydiyyat nişanlı X10 1841LS yük markalı avtomobili və **-ZC-*** dövlət qeydiyyat nişanlı SCHİTZ SKO 24 yarımqoşqu markalı nəqliyyat vasitəsini qoruyub saxlanmasını, istifadə etməsini, texniki qaydalara uyğun istismarının layiqincə, tam məsuliyyəti ilə öz üzərinə götürməsi bildirilir. Nə belə bir müqavilə, nə də onunla məsuliyyəti müəyyən edə biləcək dəlil mövcud deyil, ola da bilməzdi. O, Rusiya Federasiyasında heç bir qanun pozuntusu etməmişdir. Baş verən hadisə onun təqsiri ucbatından yox, avtomobilin özündə olan ciddi qüsurlar səbəbindən baş vermişdir. Həmin qüsur avtomobildə mövcud olmuşdur. Maşının hansı qiymətdə olması onun üçün önəmli deyil. Şəxs ondan həmin avtomobili sərhədə çıxarmağı xahiş etmiş, o da bunu etməyə çalışmışdır, iddiaçıya zərər vurmamışdır. Həmin avtomobilin nasaz olmasını, avtomobilin mülkiyyətçisi bilmişdir. Qəza onun təqsiri ucbatından baş versəydi, X7 Məcəlləsi ilə barəsində inzibati xəta haqqında qərar qəbul edilərdi. Belə bir qərar mövcud deyildir. Onun məhkəmə prosesindən heç bir halda xəbəri olmamışdır. Ondan avtomobilin sərhədə qədər gətirilməsi xahiş edilib. O da onun istək və razılığı ilə avtomobili sərhədə gətirərkən avtomobildə olan nasazlıq və ciddi qüsur nəticəsində avtomobil öz yolundan çıxaraq qəza vəziyyətinə düşmüşdür. Burada onun təqsirli hərəkətləri olmamış, onunla mülkiyyətçi arasında avtomobillə bağlı baş verə biləcək hadisə ilə əlaqədar mülki məsuliyyəti heç bir halda müəyyən edilməmişdir. Onunla belə müqavilə bağlamamış və o heç bir məsuliyyət daşımır. Ona görə də apelyasiya şikayətinin təmin edilməsini, Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(039)-2028/2018 nömrəli qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsinə dair yeni məhkəmə qətnaməsi qəbul edilməsini xahiş edir. PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında apelyasiya şikayətinin dəlillərinə uyğun çıxış edən cavabdehin vəkili Nümayəndə bildirmişdir ki, apelyasiya şikayətini müdafiə edirəm. Həmin şikayətdə mövqeyimizi ətraflı bildirmişik. Hesab edirəm ki, apelyasiya şikayətinin dəlilləri əsaslıdır. Müdafiə etdiyim şəxs həm maşına, həm də qoşquya münasibətdə maddi məsuliyyət daşımadığına görə ondan qeyd olunan məbləğin tutulması düzgün deyil. İddiaçı cavabdehdən maşının Azərbaycana gətirilməsini xahiş etmişdir. Müdafiə etdiyim şəxs yola çıxdığı gün imzalamaq üçün ona təqdim edilən sənədlərin müqavilə olduğunu bilməyib, onun mənasını, maddi məsuliyyətini anlamayıb. Həmin müqavilərdən onun xəbəri olmayıb. Cavabdehin müqavilə üzrə mülki məsuliyyəti yaranmır, çünki müqavilənin şərtlərinə görə məsuliyyət cavabdehin təqsiri olduğu halda yaranır. Təqdim etdiyimiz inzibati xəta haqqında qərardan isə görünür ki, baş vermiş hadisədə Cavabdeh inzibati məsuliyyəti müəyyən edilməmişdir. O da qeyd olunmalıdır ki, Cavabdeh ağ kagıza imza etdiyini bildirir. Hesab edirik ki, hər bir halda Cavabdeh məsuliyyət daşımır. Qoşqunun mülkiyyətçinin isə işə cəlb edilməsini məqsədəmüvafiq hesab etmirəm, çünki həmin adam öz əmlakı ilə bağlı iddia qaldırmamışdır. Sığorta ilə bağlı onu qeyd edə bilərəm ki, Azərbaycan Respublikası da “Yaşıl Kart” sisteminə qoşulub və belə olan halda mülkiyyətçi ona vurulan ziyanın əvəzini hadisə baş verdiyi ölkədən ala bilər. İddiaçının “Yaşıl Kart” sahibi olduğunu sorğular əsasında müəyyən etdik. O, əvvəl bu barədə məlumatı məhkəməyə təqdim etmək istəmirdi. İddiaçının sığorta pulunu alıb-almaması barədə dəqiq məlumatınız yoxdur. Təqsirlilik məsələsi müqavilənin şərtlərindən biridirsə və müdafiə etdiyim şəxsin təqsiri müəyyən edilməyibsə, hesab edirəm ki, ekpertizaya zərurət qalmır. Əlavə təqdim ediləsi sübutlarımız yoxdur. Ona görə də Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tаrixliqətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş edirəm. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, İddiaçı, onun vəkili Şəmsəddin Quliyev və Cavabdeh üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasına gəlməmiş, məhkəmə kollegiyası onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsində isə göstərilmişdir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası MPM-in 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli qərarına əsasən, apelyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq, apelyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apelyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apelyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası iş üzrə tərəfləri dinləyib, apelyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və apelyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin edilməli, iş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tаrixli qətnaməsi ləğv edilməli və iddia tələbi təmin edilməməlidir. Belə ki, işdə olan sübutlardan, yəni: xx.xx.2017-ci il tarixli AC seriyalı 984807 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, yəhərli dartıcı tipli, 2008-ci il buraxılışlı, WDB9340621L224757 şassi nömrəli, ağ rəngli, ** LV *** dövlət qeydiyyat nişanlı X101814LS yük markalı avtomobil İddiaçı məxsusdur. xx.xx.2017-ci il tarixli AC seriyalı 974399 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, ** ZC *** dövlət qeydiyyat nişanlı, SCHMİTZ SKO24 markalı, 2008-ci il buraxlışlı, WSM**********9495 şassi nömrəli, ağ rəngli, furqon tipli soyuducu yarımqoşqu X5 məxsusdur. xx xxxxx 2018-ci ildə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Şevçenko küçəsi, ev 17-də qeydiyyatda olan X4 ilə Yevlax rayonunun Aran qəsəbəsində qeydiyyatda olan Cavabdeh arasında bağlanmış icarə müqaviləsinin surətindən görünür ki, xx.xx.2017-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən, şassi nömrəsi WDB9340621L224757, nömrəsiz mühərriki, tipi yəhərli dartıcı, 2008-ci il buraxılışlı, ağ rəngli, **-LV-*** dövlət qeydiyyat nişanlı X101841LS yük markalı avtomobil və xx.xx.2017ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən şassi nömrəsi WSM**********9495, tipi furqon soyuducu, buraxılış ili 2008, ağ rəngli, **-ZC-*** dövlət qeydiyyat nişanlı, SCHMİTZ SKO24 markalı yarımqoşqu bir il, yəni xx xxxxx 2018-ci ildən xx xxxxx 2019-cu ilədək Cavabdeh icarəyə verirmişdir. Müqavilə hər iki şəxs tərəfindən imzalanmışdır. Mülki məsuliyyət haqqında müqavilənin surətindən görünür ki, birinci tərəf–icarədar İddiaçı **-LV-*** dövlət qeydiyyat nişanlı X10 1841LS yük markalı avtomobili və **-ZC-*** dövlət qeydiyyat nişanlı SCHİTZ SKO 24 yarımqoşqu markalı nəqliyyat vasitəsini ikinci tərəf-icarəçi Cavabdeh ona etibar etmiş və icarəçi Cavabdeh qeyd olunan avtonəqliyyat vasitəsinin qorunub saxlanmasını, istifadə etməsini, texniki qaydalara uyğun istismarını, layiqincə, tam məsuliyyəti ilə öz üzərinə götürmüşdür. AE 216701№-li sürücülük vəsiqəsinin surətindən görünür ki, Cavabdeh BCED dərəcəli sürücülük hüququ vardır. Azərbaycan Respublikası Ədliyyə Nazirli Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxx 2018-ci i tarixli ekspert arayışında qeyd olunur ki, X101814 LS markalı, ** LV *** dövlət qeydiyyat nişanlı, 2008-ci il buraxılışlı, yük tipli, mühərrik gücü 11946 sm 3 olan, normal vəziyyətdə saxlanılmış istifadəyə yararlı avtomobilin nəzəri orta bazar qiyməti təxminən 65,000.00 manat müəyyən olunmuşdur. xx xxx 2018-ci il tarixli inzibati xəta haqqında qərardadın surətindən görünür ki, Cavabdeh barəsində X2 Xətalar Məcəlləsinin 12.24-cü maddəsinin 2-ci hissəsi ilə inzibati iş açılmışdır. İnzibati istintaq müddətinin uzadılması haqqında xx xxxx 2018-ci il tarixli qərardadından görünür ki, (i. v. 109) xx.xx.2017-ci ildə X2 Xətalar Məcəlləsinin 12.27-ci maddəsinin 2-ci hissəsi üzrə başladılmış inzibati hüquq pozuntusu haqqında inzibati istintaq müddəti iki ay müddətə, yəni xx.xx.2018-ci ilədək uzadılmışdır. İnzibati hüquq pozuntusu haqqında iş üzrə icraatın dayandırılması haqqında xx.xx.2018-ci il tarixli qərardan (i.v. 107) görünür ki, inzibati hüquq pozuntusu tərkibi olmadığı üçün inzibati hüquq pozuntusu haqqında RF İXM-in 24.5-ci maddəsinin 1-ci hissəsinin 2-ci bəndinin əsasları üzrə inzibati hüquq pozuntusu haqqında icaata xitam verilmişdir. Cavabdeh vəkili Nümayəndə İcbari Sığorta Bürosuna ünvanladığı sorğuya xx xxxx 2019-cu il tarixli **-DO-***7/19 nömrəli cavab məktubundan (i. v. 111) görünür ki, Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitələrinə dəymiş zərərin qiymətləndirilməsi və sığorta ödənişinin məbləği, qəzanın baş verdiyi ölkənin qanunvericiliyinə uyğun tənzimlənir. Rusiya Federasiyasının qanunvericiliyinə əsasən sığorta ödənişinin məbləğləri:
1. Əmlaka dəyən zərərə görə – 400.000 (dörd yüz min) rubl,
2. Sağlamlığa dəyən zərərə görə – 500.000 (beş yüz min) rubl müəyyənləşdirilmişdir. Bundan başqa, zərərçəkmiş şəxs yol nəqliyyat hadisəsini törətmiş şəxsin avtonəqliyyat vasitəsinin sığortalandığı sığorta şirkətinə müraciət etməlidir. X10 markalı, **-LV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx xxx 2018-ci ildə “Yaşıl Kart” sistemi çərçivəsində sığortalı olmuşdur. Beləliklə, işdən görünür ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, təqdim edilmiş icarə və mülki məsuliyyət haqqında müqavilələrin şərtlərinə, habelə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarının tələblərinə görə, vurulmuş zərərə görə məhz Cavabdeh məsuliyyət daşıyır. Məhkəmə təqdim edilmiş sübutlarla iddiaçıya məxsus avtomobilə maddi zərərin vurulmasının tam olaraq təsdiq edilməsini, iş üzrə tərəflərin buna dair hər hansı digər sübut təqdim etməməsini nəzərə alaraq hesab edir ki, hazırkı halda digər sübutların mövcud olmaması səbəbilə hazırki iddia təmin edilməyə bilməz və ekspertiza arayışında qeyd edilən məbləğ vurulmuş ziyanın məbləği kimi qəbul edilməlidir. Bundan başqa, iddia tələbində furqon soyuducu 2008-ci il buraxlışlı, ağ rəngli, **-ZC-*** dövlət qeydiyyat nişanlı, SCHMİTZ SKO24 markalı yarımqoşquya vurulmuş ziyan da tələb edilsə də, təqdim edilmiş sübutlarla təsdiq edilir ki, həmin yarımqoşqu iddiaçıya deyil, X5 məxsusdur. Bu səbəbdən həmin hissədə iddia təmin edilməməlidir. Cavabdeh isə birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmamış və birinci instansiya məhkəməsinin qətnaməsindən apelyasiya şikayəti verərək, qanunsuz və əsassız olduğundan qətnamənin ləğv edilməsini apelyasiya instansiyası məhkəməsindən xahiş etmişdir. Məhkəmə kollegiyası apelyasiya tələbi ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi işin həqiqi hallarına uyğun olmamaqla, iş üzrə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan maddi hüquq normaları ilə bağlı düzgün nəticəyə gəlməmiş, iddia tələbini qismən təmin etməklə səhvə yol vermişdir. Halbuki, MPM-in 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisəni araşdırarkən ilk növbədə cavabdehin iddiaçı qarşısında mülki məsuliyyət daşımaması ilə bağlı dəlillər üzrə araşdırma aparmalı və onlara hüquqi qiymət verməli olduğu halda bunu etməmişdir. Məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunur ki, xx xxx 2018-ci ildə, saat 13 radələrində X1-Blaqodarnıy-Budenovsk yolunda iddiaçıya məxsus olub Cavabdeh təfəfindən idarə olunan X9 1814LS markalı ** LV *** dövlət qeydiyyat nişanlı yük avtomobili qoşqusu ilə birlikdə qəzaya uğramış, hadisə nəticəsində həm X9 1814LS markalı avtomobilə, həm də yarımqoşquya xeyli miqdarda ziyan dəymişdir. Lakin bu ziyanın Cavabdeh təqsirli hərəkətləri, yəni günahı üzündən vurulması müəyyən olunmur. Belə ki, həm apelyasiya şikayətinin dəlillərindən, həm də cavabdehin vəkilinin məhkəmə kollegiyasındakı çıxışından görünür ki, Cavabdeh yolda qalmış avtomobili aparmaq üçün iddiaçının onu aidiyyəti üzrə X1 Blaqodarnıy Budonevsk yoluna aparmasını xahiş etdiyini, yolda qəzanın baş verməsi və avtomobilə zərər dəyməsinin onun günahı ucbatından baş verməməsini, aralarında nə bir müqavilə, nə də onunla məsuliyyəti müəyyən edə biləcək heç bir dəlilin mövcud olmamasını və ola da bilməməsini, vurulmuş zərərə görə məsuliyyət daşıyıcısı olmamasını, baş verən hadisənin onun təqsiri ucbatından yox, avtomobilin özündə olan ciddi qüsurlar səbəbindən baş verməsini, qəzanın onun təqsiri ucbatından baş versəydi, X7 Məcəlləsi ilə inzibati qərar qəbul edilə biləcəyini, onun təqsirli hərəkətlərinin olmamasını, onunla mülkiyyətçi arasında avtomobilin təhlükəsizliyi ilə bağlı baş verə biləcək hadisə ilə əlaqədar mülki məsuliyyətin heç bir halda müəyyən edilməməsini göstərmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işdə olan xx xxxxx 2018-ci il tarixli icarə müqaviləsinə və mülki məsuliyyət haqqında müqaviləyə istinad etsə də, cavabdehin apelyasiya şikayətinin əsas dəlili kimi aralarında belə bir müqavilənin olmamasına dair dəlili üzrə araşdırma aparmamış, həmin sənədlərin əslinin iş materiallarında olmasına baxmayaraq, bu sübutlara lazımi hüquqi qiymət verməmiş, qətnaməsində göstərmişdir ki, təqdim edilmiş sübutlarla təsdiq olunur ki, Cavabdeh təqsirli hərəkəti nəticəsində İddiaçı məxsus X101814 LS markalı ** LV *** dövlət qeydiyyat nişanlı yük avtomobilinə maddi ziyan vurulmuşdur. Birinci instansiya məhkəməsi qeyd edilən dəlillər üzrə tam araşdırma aparmamaqla yanaşı, tərəflər arasında müqavilə münasibətlərinin olmasını müəyyən edərkən mübahisəyə deliktlə bağlı maddi hüquq normalarının tətbiqini dəəsaslandırmamışdır.Halbuki, qanunvericiliyə əsasən tərəflər arasında müqavilə münasibətləri olmadığı halda, mülki hüquq pozuntusu ilə əlaqədar mübahisələrdə mübahisənin həllinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 1096.1, 1097.1-ci maddəsinə əsasən həll edilməli olması təsbit edilmişdir. Belə ki, MM-in 21, 1096, 1097.1-ci maddələrinin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: - zərərin mövcud olması, - zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, - zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, - zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Göründüyü kimi, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına səbəb olan təqsirli, hüquqazidd əməldir. Bunun nəticəsində yaranmış öhdəlikdə delikt törətmiş zərərvuran və zərərçəkmiş şəxs iştirak edir. Mülki hüquq pozuntusunun yaranmasında nəzərdə tutulan hüquqazidd əməl dedikdə, mülki qanunvericiliyin normalarını pozan hərəkət və ya hərəkətsizlik başa düşülür. Bu zaman də delikt törətmiş şəxs həmin əməldə təqsirli olmalıdır. Təqsirli əməl isə şəxsin qəsdi və ya ehtiyyatsızlığı nəticəsində yaranır. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda göstərilən əlamətləri özündə ehtiva edən mülki hüquq pozuntusu (delikt) törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qanunvericiliyin tələbindən də aydın olduğu kimi, mülki hüquq pozuntusu törətmiş şəxs hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə vurduğu zərərəin əvəzini tam həcmdə ödəməlidir. Lakin işdə olan xx xxx 2018-ci il tarixli inzibati xəta haqqında qərardadın surətindən görünür ki, Cavabdeh barədə X2 Xətalar Məcəlləsinin 12.24-cü maddəsinin 2ci hissəsi ilə inzibati iş açılmış, xx xxxx 2018-ci il tarixli qərardadla (i. v. 109) X2 Xətalar Məcəlləsinin 12.27-ci maddəsinin 2-ci hissəsi üzrə başladılmış inzibati hüquq pozuntusu üzrə araşdırma müddəti iki ay uzadılmış, xx.xx.2018-ci ildə isə (i. v. 103, 107) RF İXM-in 24.5-ci maddəsinin 1-ci hissəsinin 2-ci bəndinə əsasən, inzibati hüquq pozuntusu üzrə inzibati xəta tərkibi olmadığı üçün iş üzrə icraata xitam verilmişdir. Cavabdeh mülki hüquq pozuntusu (delikt) törətməsi ilə əlaqədar mülki məsuliyyətinin yaranmaması ilə bərabər, onun iddiaçı ilə imzaladığı mülki məsuliyyət barədə müqaviləyə əsasən də məsuliyyəti yaranmır. Belə ki, işdə olan mülki məsuliyyət haqqında müqavilənin 3-cü bəndində qeyd olunmuşdur ki, icarəçinin günahı üzündən avtonəqliyyat vasitəsinə dəyən ziyanın miqdarı müəyyən edildikdən sonra onun ödənişi mövcud qanunvericilik əsasında həyata keçirilir. İcarədar icarəçidən bu müqavilədə nəzərdə tutulan vəzifələrin icra olunmasını tələb etməlidir. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən MM-in 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəlləyə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər (mad. 6.2). Həmin Məcəllənin 14.2.1-ci maddəsində isə qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlərin, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. MM-in 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (MM-in 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki qanunvericiliyin sadalanan normalarının mənasına görə, mülki hüquq münasibətlərində subyektiv hüququn sahibi cavabdeh kimi qoyduğu hüquqi mükəlləfiyyətlidən müəyyən davranışı o halda tələb edə bilər ki, belə davranış onların arasında olan müqavilə və ya tərəflərin münasibətlərinin yaranması anında mövcud olan qanunun birbaşa göstərişinin qüvvəsinə görə labüd olsun. Qanunun yuxarıda göstərilən normalarına əsasən isə öhdəliklərin lazımınca yerinə yetirlməməsi və bununla əlaqədar dəymiş ziyanın ödənilməsi onun məzmunu ilə müəyyən olunur ki, bu da MM-in 386.1-ci maddəsinə əsasən, onun iştirakçıları arasında müvafiq müqavilənin bağlanması yolu ilə həyata keçirilir. Belə müqavilənin mövcudluğu öhdəliklərin yaranması üçün zəruri şərtdir, çünki onun məzmunu tərəflərin etməli olduğu hərəkətləri müəyyən edir. MM-in göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətlərinin yaranması faktı sübuta yetirildiyi halda iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməli idi. Lakin birinci instansiya məhkəməsi işin bu halına diqqət yetirməmiş, mabahisənin predmetini təşkil edən nəqliyyat vasitəsinin qəzaya uğramasında cavabdehin təqsirinin, günahının təsdiq edilmədiyi halda cavabdehi mülki məsuiyyətə cəlb etmiş və buna görə iddia tələbini qismən təmin edərək cavabdehin iddiaçıya vurduğu maddi ziyanın əvəzi olaraq, cəmi altmış beş min otuz manat qırx qəpiyin iddiaçıdan alınıb cavabdehə verilməsini, 120 manat ekspertiza xərcinin isə cavabdehdən alınıb dövlət büdcəsinə ödənilməsini qət etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin mülki məsuliyyətinin müəyyən edilmədiyi halda iş üzrə ekspertiza keçirilməsinə zərurət olmamışdır, çünki iş üzrə o zaman ekspertiza keçirilə bilərdi ki, mübahisəli avtomobilə ziyan yetirilməsində cavabdehin təqsiri və ya günahı müəyyən edilmiş olsun. Əgər birinci instansiya məhkəməsi iş üzrə mövcud olan sübutlara MPM-in 88-ci maddəsinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət versə idi işin həqiqi hallarını müəyyən edə və nəticədə ekspertizanın keçirməməsi qənaətinə gəlmiş olardı ki, bunu da etməmişdir. Cavabdehin iddiaçıya məxsusX101814 LS markalı ** LV *** dövlət qeydiyyat nişanlı yük avtomobilinə və X5 məxsus 2008-ci il buraxılışlı, ağ rəngli, **-ZC-*** dövlət qeydiyyat nişanlı SCHMİTZ SKO24 markalı furqon soyuducu yarımqoşquya ziyan vurulmasında təqsirliliyi və ya günahı müəyyən edilmədiyi üçün məhkəmə kollegiyası iddiaçının özünə məxsus olmayan yarımqoşqunu cavabdehin icarəsinə verməsi və bu zaman onun səlahiyyətinin (hüququnun) olub-olmaması, yarımqoşquya vurulan ziyanla bağlı mülkiyyətçinin cavabdehə qarşı iddia qaldırmamasının səbəblərinin müəyyən edilməsi, habelə yarımqoşqunun mülkiyyətçinin iş üzrə cəlb edilib dindirilməsini iddianın nəticəsinə təsir etməyən hal kimi qiymətləndirir. Göstərilənlərlə yanaşı, cavabdehin vəkilinin İcbari Sığorta Bürosuna ünvanladığı sorğuya cavabdan müəyyən edilir ki, Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitələrinə dəymiş zərərin qiymətləndirilməsi və sığorta ödənişinin məbləği, qəzanın baş verdiyi ölkənin qanunvericiliyinə uyğun tənzimlənir. Rusiya Federasiyasının qanunvericiliyinə əsasən sığorta ödənişinin məbləğləri:
1. Əmlaka dəyən zərərə görə – 400.000 (dörd yüz min) rubl,
2. Sağlamlığa dəyən zərərə görə – 500.000 (beş yüz min) rubl müəyyənləşdirilmişdir. Bundan başqa, zərərçəkmiş şəxs yol nəqliyyat hadisəsini törətmiş şəxsin avtonəqliyyat vasitəsinin sığortalandığı sığorta şirkətinə müraciət etməlidir. X10 markalı **-LV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx xxx 2018-ci ildə “Yaşıl Kart” sistemi çərçivəsində sığortalı olmuşdur. Cavabdehin vəkili isə çıxışında bildirmişdir ki, iddiaçının sığorta pulunu alıb-almaması barədə dəqiq məlumatımız yoxdur. Belə olan halda iddiaçı sığortalı X10 markalı nəqliyyat vasitəsinə görə “Yaşıl Kart” sistemi çərçivəsində sığorta haqqı almamışdırsa avtonəqliyyat vasitəsinin sığortalandığı sığorta şirkətindən bunu tələb edə bilər. İddiaçı ona dəyən maddi ziyanın məhz cavabdehin təqsirli hərəkəti və ya günahı üzündən baş verməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməlidir. Lakin iş materiallarından belə bir sübutun təqdim olunması müəyyən edilmir. Halbuki, MPM-in tələblərinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (mad. 14.2) və hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (mad.77.1). Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barədə məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. “Məhkəmələr və hakimlər haqqında” qanunun 3-cü maddəsinə əsasən, məhkəmələr ədalət mühakiməsini həyata keçirərkən təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını, mülkiyyət formasından asılı olmayaraq şəxslərin hüquqlarını və qanuni mənafelərini hər cür qəsdlərdən və qanun pozuntularından müdafiə edirlər. Həmin qanunun 8-ci maddəsinə görə ədalət mühakiməsi heç bir məhdudiyyət qoyulmadan ədalətlə həyata keçirilir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» xx xxxxxx 2005-ci il tarixli 4 saylı qərarında göstərilir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Həmin Qərarın 17-ci bəndinin tövsiyyəsinə görə kassasiya və apelyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikasının Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinənin əsas prinsipləri kimi işlərə qəzərsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması təsbit olunmuşdur (127-ci maddənin İİ hissəsi). Birinci instansiya məhkəməsinin qeyd edilən Plenum qərarının tələbləri baxımından sübutlara müfəssəl hüquqi qiymət verməyərək işə baxarkən həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, işin faktiki hallarını düzgün müəyyənləşdirməmiş, iddiaçının iddia tələbinin əsası kimi, cavabdehlərin isə iddiaya olan etirazının əsas kimi istinad etdikləri hallara və sübutlara lazımi hüquqi qiymət verməyərək vurulmuş zərərə görə Cavabdeh məsuliyyət daşıması barədə gəldiyi nəticəni qanunauyğun əsaslandırmamışdır. Ona görə də iddia təmin edilə bilməz. Məhkəmə kollegiyasının gəldiyi nəticə MPM-in 420-ci maddəsinin tələbləri baxımından da əsaslıdır. Belə ki, həmin maddənin mənasına görə, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğv edən kassasiya instansiyası məhkəməsinin göstərişi də belədir. MPM-in 385-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Ankerlin” işində qeyd etmişdir ki, əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin bərabərliyi onu nəzərdə tutur ki, hər bir tərəf öz sübutlarını digər tərəfin ona münasibətdə heç bir üstünlüyə malik olmadığı şəraitdə təqdim etmək üçün ağlabatan imkana malik olmalıdır. Tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi isə məhkəmələr tərəfindən həyata keçirilməlidir. Məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi olmamalı və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidirlər. Beləliklə, məhkəmə kollegiyası tədqiq etdiyi sübutlara və Azərbaycan Respublikası Ali Məhkəməsinin yuxarıda qeyd olunan qərarına əsasən, belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğundan, apelyasiya şikayəti təmin olunmalı, Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tаrixli qətnaməsi ləğv edilməli və iddia tələbi təmin olunmamalıdır. Qeyd olunanlardan əlavə, MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsində isə göstərilir ki, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi təmin edilmədiyi üçün iddiaçının dövlət büdcəsinə ödədiyi dövlət rüsumu onun özünə aid edilməli, birinci instansiya məhkəməsində keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 120 manat isə iddiaçıdan tutulub Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. MPM-in 384.0.2-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
NƏTİCƏVİ HİSSƏ
Şərh olunanlara əsasən və MPM-in 372, 384, 387, 392, 393, 402, 403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Apelyasiya şikayəti təmin olunsun. Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tаrixli2(033)-1549/2017 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilməsin. İddiaçının dövlət büdcəsinə ödədiyi 30 manat dövlət rüsumu onun özünə aid edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 120 manat iddiaçıdan tutulub Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (VÖEN ********** Dövlət Xəzinədarlığı agentliyi, KOD 210005 VÖEN ********** m/h AZ 41 NABZ******************** S.W.İ.F.T. BİK CTREAZ 22.) hesabına köçürülsün. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində tələbləri təmin olunmayan şəxslər Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verə bilərlər. Kassasiya şikayəti verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.