Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-193/2025 21.01.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə (Açar sözlər: Torpaq sahəsindən çıxarılma, ekspertiza tədqiqatı) X1 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X7 ibarət tərkibdə, məhkəmə iclas katibi Abdullayev Xəzri Elxan oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh, Cavabdeh nümayəndələri və vəkilləri Nümayəndə və Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin 09 oktyabr 2024-cü il tarixli, 2(046)-353/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakıları müəyyən etdi. İşin halları
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək özünün və ailə üzvlərinin mülkiyyətində olan 0.5173 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınması üçün zəruri olan inventarlaşdırma işlərinin X8 tərəfindən yaradılmış maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı iddianının predmentinin dəyişdirilməsi barədə ərizə ilə müraciət edərək Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri xidmətinin ******* saylı çıxarışına əsasən mülkiyyətində olan Göyçay rayonunun Qarabaqqal kəndində yerləşən 0.5173 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən cavabdehin çıxarılaraq həmin torpaq sahəsinə girişinə qadağa qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Göyçay rayonunun Qarabaqqal kəndində yerləşən 0.5173 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi onun və ailə üzvlərinin mülkiyyətindədir. Mülkiyyətində olan 0.5173 ha torpaq sahəsinin elektron uçotun nəticələrinə uyğun olaraq tərtib edilmiş həmin xəritəyə əsasən elektron kadastr məlumatlarına əsasən torpaq sahənin yeri ona tanıdılmışdır. Hazırda mülkiyyətimdə olan Göyçay rayonunun Qarabaqqal kəndində kəndində yerləşən 0.5173 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh tərəfindən zəbt edilərək qanunsuz istifadə olunur. Dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq Cavabdeh qanunsuz hərəkətlərini davam etdirmişdir.
4. Cavabdeh iddiaya etirazını onunla əsaslandırılmışdır ki, iddiaçı Eldar Şıxəliyevin sözügedən ərazidə torpaq sahəsi yoxdur. Həmin torpaq sahəsi ona məxsusdur, həmin torpaq sahəsini alqı-satqı müqaviləsi əsasında vətəndaşlardan qanunu qaydada alımışdır. Həmin torpaq sahəsi onun adına reyestrdə rəsmiləşdirilərək çıxarış veirlmişdir. Eldar Şəxəliyevin təqdim etdiyi sənədin əsası yoxdur, çünki həmin torpaq sahəsi Aqrar İslahat Komissiyasının qərarı ilə Göyçay rayonu Qarabaqqal kənd sakinlərinə verilmişdir. Həmin tarixdən həmin şəxslər özlərinə məxsus torpaqları alqı-satqı müqaviləsi ilə satmışlar. Həmin torpaq sahəsi 1998-ci il tarixdən onun istifadəsindədir əkib becərib dövlətdən hər il subsidiya alır. Aqrar İslahat Komissiyasının qərarı ilə Eldar Şıxəliyevə verilmiş həmin 0,5173 ha torpaq sahəsi həmin ərazidən təxminən 2 km aralı məsafədə yerləşir. Hazırda həmin torpaq sahəsini iddiaçı Eldar Şıxəliyev özü əkib becərir. İddiaçı Eldar Şəxəliyev bir sənəd əsasında iki ərazidə torpaq sahəsi əldə etmək istəyir. Elektron bazada edilən bu saxtakarlıq vəzifə cinayətidir. Torapaq sahəsinin 25 il sonra 2 km məsafədən sürüşdürülərək ona məxsus mülkiyətin üzərinə yerləşdilməsi cinayət hesab olunur.
Birinci instansiya məhkəməsində icraat
5. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək göstərmişdir ki, Göyçay rayon Qarabaqqal kəndində yerləşən 0.5173 ha torpaq sahəsi onun və ailə üzvlərinin mülkiyyətinə verilmiş, həmin torpaq sahəsinə çıxarış əldə etmişdir. Yeni elektron xəritəyə uyğun olaraq həmin torpaq sahəsindən cavabdeh qanunsuz olaraq istifadə edir. Buna görə də iddianın təmin edilməsini xahiş etmişdir.
6. İş üzrə Cavabdeh iddiaya etirazda qeyd etdiyi xüsastlara uyğun izahat verərək göstərmişdir ki, hazırda iddiaçının mülkiyyəti kimi qeyd edilmiş 0.5173 ha torpaq sahəsi onun mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşür.Belə vəziyyətin yaranmasına səbəb elektron xəritənin düzgün işlənməməsi olmuşdur. Bununla bağlı Reyestr Xidmətinə müraciət etmişdir. Hesab edir ki, əvvəllər iddiaçının mülkiyyəti kimi qeyd edilmiş həmin torpaq sahəsi, hazırda onun mülkiyyəti kimi qeyd edilmiş torpaq sahəsindən 1810 metr kənarda yerləşdiyindən iddia əsassızdır. Buna görə də iddianın rədd edilməsini xahiş edir.
7. Göyçay Rayon Məhkəməsinin 09 oktyabr 2024-cü il tarixli, 2(046)-353/2024 nömrəli qətnaməsi ilə (hakim İ.Fəttahov), iddianın təmin edilməsi, Göyçay rayonu Qarabaqqal kəndində yerləşən Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş **********46 reyestr nömrəli çıxarışa əsasən İddiaçı və ailə üzvlərinin xüsusi mülkiyyətində olan 0.5173 ha torpaq sahəsindən Cavabdeh çıxarılması, dövlət rüsumu kimi ödənilmiş 100 manat Cavabdeh alınaraq İddiaçı verilməsi, iş üzrə ekspertiza xərcləri olan 100 manatın Cavabdeh alınaraq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********1, AZ 34CTRE******************** nömrəli hesabına keçirilməsi qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı xüsusi mülkiyyətində olan Göyçay rayonun Qarabaqqal kəndində yerləşən 0.5173 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cavabdeh tərəfindən qanunsuz istifadə edildiyini iddia edir və cavabdehin mübahisəli torpaq sahəsindən çıxarılmasını və yenidən daxil olmasına qadağa qoyulması barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;
9. Məhkəmə qeyd etmişdir ki, məhkəmə iddia tələbinin əsaslığını yoxlamaq üçün mülki iş üzrə mütəxəssis rəyinə əsasən ekspertizası təyin edərək, müvafiq rəy almış, həmin rəyə əsasən müəyyən edilmişdir ki, iddiaçının və ailə üzvlərinin xüsusi mülkiyyətində olan Göyçay rayonun Qarabaqqal kəndində yerləşən 0.5173 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh tərəfindən naturada istifadə edilir.
10. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna və Mülki Məcəllənin yuxarıda qeyd olunan normalarına əsaslanmaqla məhkəmə belə nəticəyə gəlmişdir ki, iddiaçının iradəsinin ziddinə olaraq onların qanuni sahibliyində olan 0.5173 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini istifadə etməsi, həmin daşınmaz əmlaka olan mülkiyyət hüququnu “şərti və qeyri-sabit” xarakterli edir, bu torpaq sahəsinə sahiblik, istifadə və sərəncam hüququnun həyata keçirilməsinə maneə yaradır. Cavabdehin hərəkətləri iddiaçının mülkiyyətində olan torpaq sahəsi üzərində sahiblik və mülkiyyət hüquqlarının pozuntusunu yaradan hal kimi qəbul edilməlidir.
11. Məhkəmə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, İddiaçı iddiası təmin edilməli, Göyçay rayonu Qarabaqqal kəndində yerləşən Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş **********46 reyestr nömrəli çıxarışa əsasən iddiaçının və ailə üzvlərinin xüsusi mülkiyyətində olan 0.5173 ha torpaq sahəsindən Cavabdeh çıxarılmalıdır.
12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 3-cü bəndinə, 71-ci maddəsinin 2-ci bəndinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarına, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarına, İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə, “İnsan hüquqları və əsas azadlıqların müdafiəçi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi ilə əlaqədar Avropa İnsan Hüquqları Məhkəməsinin Sporronq və Lonnrotun İsveçrə qarşı məhkəmə işinə, Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına” qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli, “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli, “Avşar Türkiyəyə qarşı” iş üzrə qərarlarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 80, 81, 217-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
13. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermişdir.
14. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı iddia edir ki, ona ayrılmış pay torpaq sahəsini cavabdeh qanunsuz olaraq zəbt etmişdir. Lakin iş materialları ilə və ekspert rəyi ilə bu öz təsdiqini tapmır. Belə ki, ayrı-ayrı vətəndaşlara müvafiq torpaq sahələri ayrılmışdır. Bir sıra vətəndaşlar 1998-ci ildə onlara ayrılmış torpaq sahələrini Şövqi Şıxəliyevə satmışdır. Belə ki, yan yana olan 0,2876 ha, 0,3030 ha və 0,12 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrini Şövqi Şıxəliyev mülkiyyətçilərindən 1998-ci ildə almış və həmin vaxtdan bu günə kimi istifadə etməkdədir. 2020-ci ildə mülkiyyətçilər ilə aralarında notarial Alqı-satqı müqaviləsi imzalamışdırlar. Nəticədə hər üç torpaq sahəsi üzrə onun hüquqları qeydə alınmışdır.
15. İddiaçı Eldar Şıxəliyevə ayrılmış pay torpaq sahəsi mübahisəli torpaq sahəsindən 1810 metr şimal-qərbdə yerləşir. Bu gün həmin yerdə yerləşən torpaq sahəsini iddiaçı əkib becərir. Lakin buna baxmayaraq o yenidən bu torpaq sahələrinin ona ayrıldığını və zəbt edildiyini qeyd edir.
16. xx.xx.2024-cü il tarixli ekspert rəyinin nəticəsindən göründüyü kimi iddiaçının iddia etdikləri öz təsdiqini tapmır. Bundan başqa bü gün hər iki tərəfin qanunla qorunan mülkiyyət hüquqları müvafiq olaraq daşınmaz əmlakda qeydə alınmışdır. Hər iki tərəfin adına qeydə alınmış çıxarışlar bu gün qüvvədədir. Əgər hansısa tərəfə verilmiş çıxarış qanunsuz olmuşdursa onu mübahisələndirmək tərəfin hüququdur. Bu gün heç bir tərəf bu çıxarışları mübahisələndirmir. İddiaçını və ya cavabdehi adına qeydə alınmış torpaq sahəsindən məhrum etdikdə həmin şəxsin mülkiyyət hüqüqları pozulmuş olacaqdır. Hesab edir ki, iddia edən şəxs ilk növbədə hüquqların qeydiyyatının qanunsuzluğunu sübut etməli, həçinin qeydiyyatın ləğvinə nail olduqdan sonra mübahisəli iddianı qaldırmaq hüququna malik olmalıdır. Əks halda qüvvədə olan və dövlət reyestrində qeydə alınmış çıxarış üzrə mülkiyyət hüquqlarını pozmuş olunar. Bununla da tərəfin Azərbaycan Respublikası Konstitusiyanın ilə müəyyən edilmiş Mülkiyyətin toxunulmazlığı hüquqları pozular.
17. Məhkəmənin qətnaməsi və qanuni olmamaqla yanaşı, iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmamışdır. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan hallardan biri və ən əsası iddiaçının irəli sürdüyü tələbi əsaslandıran halların araşdırılması idi. Ancaq işə birinci instansiya məhkəməsi qismində baxan məhkəmə iş üzrə obyektiv məhkəmə araşdırmasını təmin etməmiş, iddiaçının faktiki olaraq çıxarışla mülkiyyətində olan torpaq sahəsindən istifadə edib-etməməsini, əgər istifadə etmirsə bunun səbəblərini belə araşdırmamış, yekunda heç bir hüquqi əsası olmayan natamam şəkildə sənədlərlə verilmiş olan iddia tələbinin təmin edilməsi barədə hazırda mübahisələndirilən qətnaməni qəbul etmişdir.
18. Odur ki, Göyçay Rayon Məhkəməsinin 2(046)-353/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi, İddiaçı Cavabdeh qarşı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri xidmətinin ******* saylı çıxarışına əsasən mülkiyyətində olan Göyçay rayonunun Qarabaqqal kəndində yerləşən 0.5173 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən cavabdehin çıxarılaraq həmin torpaq sahəsinə girişinə qadağa qoyulması tələbinə dair iddiasının təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
20. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsi, Göyçay Rayon Məhkəməsinin 09 oktyabr 2024-cü il tarixli, 2(046)-353/2024 nömrəli qətnaməsinin ləğv edilərək, İddiaçı ona qarşı iddiasının rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
21. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsi, Göyçay Rayon Məhkəməsinin 09 oktyabr 2024-cü il tarixli, 2(046)-353/2024 nömrəli qətnaməsinin ləğv edilərək, İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma, torpaq sahəsinə girişinə qadağa qoyulma tələbinə dair iddiasının rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
22. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsi, Göyçay Rayon Məhkəməsinin 09 oktyabr 2024-cü il tarixli, 2(046)-353/2024 nömrəli qətnaməsinin ləğv edilərək, İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma, torpaq sahəsinə girişinə qadağa qoyulma tələbinə dair iddiasının rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
23. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsi, Göyçay Rayon Məhkəməsinin 09 oktyabr 2024-cü il tarixli, 2(046)-353/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
24. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməməsinin səbəb və mümkünsüzlüyü barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
25. Azərbaycan Respublikası Konstitusiyasının; 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. 29-cu maddəsinin 2-ci və 3-cü hissələrinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir və mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
26. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3-cü maddəsinə əsasən istifadə hüququ- əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4-cü maddəsinə əsasən sərəncam hüququ-əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 213.6-cı maddəsinə əsasən ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər.
27. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin; 82-ci maddəsinə əsasən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamalıdırlar. 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyati üzrə geri qaytarılmalıdır.
28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 97.1-ci maddəsində qeyd olunur ki, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. 101.3.-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 119.1-ci maddəsinə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
29. “X5rşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər.
Apellyasiya baxışının hədləri
30. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
31. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
32. Apellyator apellyasiya şikayətinin yekununda Göyçay Rayon Məhkəməsinin 2(046)-353/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi, iddiaçının iddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etsə də, məhkəmə kollegiyasının iclasında cavabdeh və onun nümayəndələri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
33. Apellyator Göyçay Rayon Məhkəməsinin 09 oktyabr 2024-cü il tarixli, 2(046)- 353/2024 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsini tam həcmdə yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları üzrə yoxlayıb hesab edir ki, birinci instansiya məhkəməsi mübahisəni həll edərkən düzgün hüquqi nəticəyə gəlməmişdir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları araşdırılmamış, qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, prosessual hüquq normalarının tələbləri pozulmuş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmamışdır.
35. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
36. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********46, qeydiyyat tarixi xx.xx.2015-ci il olan Çıxarışa əsasən Göyçay rayonu Qarabaqqal kəndində yerləşən 0.5173 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı ümumibirgə mülkiyyətindədir. İddiaçı həmin torpaq sahəsinin Cavabdeh zəbtində olmasını əsas gətirərək hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh tərəfindən iddia tələbi qəbul edilməmişdir. Birinci instansiya məhkəməsinin təyin etdiyi ekspertiza tədqiqatı ilə daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********46, qeydiyyat tarixi xx.xx.2015-ci il olan Çıxarışa əsasən iddiaçının birgə mülkiyyətində olan torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilmə halı müəyyən edilməmişdir.
37. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməli olmasına dair apellyasiya şikayətində irəli sürülmüş tələblə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsinin hazırkı iş üzrə iddia tələbinin təmin edilməsinə dair gəldiyi nəticə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində nəzərdə tutulmuş işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılması prinsiplərinə cavab vermir.
38. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iddiaçının ona ayrılmış pay torpaq sahəsinin cavabdehin qanunsuz olaraq zəbt etməsinə dair iddiasının iş materialları və xx.xx.2024-cü il tarixli ekspert rəyi ilə öz təsdiqini tapmaması, iddiaçı Eldar Şıxəliyevə ayrılmış pay torpaq sahəsinin mübahisəli torpaq sahəsindən 1810 metr şimal-qərbdə yerləşməsinə dair dəlilləri ilə razılaşaraq hesab edir ki, apellyasiya şikayətinin həmin dəlilləri əsaslıdır.
39. Belə ki, birinci instansiya məhkəməsi yalnız iddiaçının izahatında göstərdiklərini əsas götürməklə və məhkəmə tikinti texniki ekspertizasında qeyd edilənləri səhv təfsir etməklə iddianın təmin edilməli olması qənaətinə gəlmiş, iddiaçının məhz Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri xidmətinin ******* saylı çıxarışına əsasən mülkiyyətində olan Göyçay rayonunun Qarabaqqal kəndində yerləşən 0.5173 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən cavabdehin çıxarılmasını tələb etməsini, məhkəmə tikinti texniki ekspertizasının 09 sentyabr 2024-cü il tarixli 10/5267 nömrəli rəyində ******* saylı çıxarışa əsasən iddiaçının ümumibirgə mülkiyyətində olan torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilməməsinə dair aydın şəkildə ifadə edilmiş mövqenin olmasını diqqətə almamış, beləliklə iş üzrə düzgün və hərtərəfli məhkəmə araşdırılmasını təmin etməmişdir.
40. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə tam, hərtərəfli və obyektiv araşdırmanın aparılmasının təmin edilməsi məqsədi ilə 23 fevral 2024-cü il tarixli qərardadı ilə məhkəmə tikinti texniki ekspertizası təyin etsə də, xüsusi bilik tələb olunan məsələnin aydınlaşdırılması məqsədi ilə əldə edilmiş sübutu, yəni qərardadın icrası üzrə verilmiş 09 sentyabr 2024-cü il tarixli 10/5267 nömrəli rəyi yanlış şərh etməklə səhvə yol vermişdir.
41. Kollegiya qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir.
42. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
43. Nəzərə alınmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
44. Göyçay rayon Məhkəməsinin 23 fevral 2024-cü il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə havalə edilmişdir.
45. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 sentyabr 2024-cü il tarixli 10/5267 nömrəli ekspert rəyində göstərilir ki:
46. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən müəyyən edilmişdir:
47. **********46 reyestr nömrəli çıxarışla (RX 0637701) X9 və ailə üzvlərinin mülkiyyətinə verilmiş ( A192328 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü sənədi”) 0.5173 ha torpaq sahəsi cavabdeh X10 tərəfindən istifadə edilmir. Belə ki, **********46 reyestr nömrəli çıxarışa əlavə A192328 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü sənədi”ndə əks olunan koordinatlarla müəyyənləşən 0.5173 ha torpaq sahəsi iddiaçının naturada göstərdiyi, iddia etdiyi torpaq sahəsindən 1810 m şimal-qərbdə yerləşir.
48. İddiaçının naturada göstərdiyi 0.51 ha torpaq sahəsi və Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatlarında (TEKUİS) iddiaçının mülkiyyətinə verilmiş **********46 reyestr nömrəli çıxarışın verilməsinə əsas olan JN-1359Z nömrəli Dövlət Aktı ilə verilmiş 0.51 ha torpaq sahəsi islahat xəritəsi üzərində tərtib edilən, X3 mülkiyyətinə **********29, **********92, **********31 saylı çıxarışlarla verilmiş torpaq sahələri ilə üst-üstə düşür.
49. Torpaqların elektron kadastr uçotu nformasiya sistemi məlumatlarnda **********29 saylı çıxarışın verilməsinə əsas olan JN-1284D nömrəli, **********92 saylı çıxarışın verilməsinə əsas olan JN-1286D nömrəli, **********31 saylı çıxarışın verilməsinə əsas olan JN-1287D nömrəli X12 elektron kadastr uçotu informasiya sistemi məlumatlarında iddiaçının mülkiyyətinə verilmiş **********46 reyestr nömrəli çıxarışın verilməsinə əsas olan JN-1359Z nömrəli Dövlət Aktı ilə verilmiş 0.51 ha torpaq sahəsi ilə üst-üstə düşmür, (sxemdə göstərilmişdir).
50. Azərbaycan Respublikası MPM-nin 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir.
51. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur.
52. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə tikinti-texniki ekspertizasına dair Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 09 sentyabr 2024-cü il tarixli 10/5267 nömrəli ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, həmin rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, bununla bağlı sübutlar təqdim edilməmişdir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş 09 sentyabr 2024-cü il tarixli 10/5267 nömrəli ekpsert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.
53. Kollegiya qeyd edir ki, ekspertiza tədqiqatı zamanı birinci instansiya məhkəməsinin ekspert qarşısında qoyduğu suala ekspert aydın şəkildə cavab verərək göstərmişdir ki, **********46 reyestr nömrəli çıxarışla (RX 0637701) X9 və ailə üzvlərinin mülkiyyətinə verilmiş (A192328 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü sənədi”) 0.5173 ha torpaq sahəsi cavabdeh X10 tərəfindən istifadə edilmir. **********46 reyestr nömrəli çıxarışa əlavə A192328 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü sənədi”ndə əks olunan koordinatlarla müəyyənləşən 0.5173 ha torpaq sahəsi iddiaçının naturada göstərdiyi, iddia etdiyi torpaq sahəsindən 1810 m şimal-qərbdə yerləşir.
54. İddiaçının iddia tələbi məhz ******* saylı çıxarışa əsasən mülkiyyətində olan torpaq sahəsindən cavabdehin çıxarılması ilə bağlı olduğu, ekspertiza tədqiqatı ilə isə **********46 reyestr nömrəli çıxarışla (RX 0637701) X4 ümumibirgə mülkiyyətində olan torpaq sahəsinin cavabdeh X10 tərəfindən istifadə edilməməsi müəyyən edildiyi halda, birinci instansiya məhkəməsi yanlış olaraq, ******* saylı çıxarışa əsasən iddiaçının ümumibirgə mülkiyyətində olan torpaq sahəsinin cavabdeh tərəfindən istifadə edilməsi qənaətinə gəlmişdir.
55. Məhkəmə kollegiyası apellyasiya şikayətinin hər iki tərəfin qanunla qorunan mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, hər iki tərəfin adına qeydə alınmış çıxarışların qüvvədə olması, iddia edən şəxsin ilk növbədə hüquqların qeydiyyatının qanunsuzluğunu sübut etməli olmasına dair dəlilləri ilə də razılaşaraq qeyd edir ki, ekspertiza tədqiqatı ilə iddiaçının naturada göstərdiyi, iddiaçının mülkiyyətinə verilmiş **********46 reyestr nömrəli çıxarışın verilməsinə əsas olan JN- 1359Z nömrəli Dövlət Aktı ilə verilmiş 0.51 ha torpaq sahəsinin, X3 mülkiyyətinə **********29, **********92, **********31 saylı çıxarışlarla verilmiş torpaq sahələri ilə üst-üstə düşməsi müəyyən edilsə də, iddiaçının mülkiyyətində olan 0.5173 ha torpaq sahəsi üzrə hazırda qüvvədə olan hüquqmüəyyənedici sənəd JN-1359Z nömrəli Dövlət Aktı deyil, daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********46, qeydiyyat tarixi xx.xx.2015-ci il olan Çıxarışdır.
56. İddiaçı X9 JN-1359Z nömrəli Dövlət Aktı üzrə torpağın zəbtdən azad edilməsi məsələsini mübahisələndirmək niyyətindədirsə, bunun üçün əvvəlcə adına verilmiş digər hüquqmüəyyənedici sənədi mübahisələndirməlidir.
57. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən maddi və prosessual hüquq normalarını pozduğundan, iddianın təmin olunması ilə bağlı məhkəmənin gəldiyi nəticə işin faktiki hallarına uyğun olmadığından və məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan hallar sübut edilmədiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır.
58. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir.
59. Beləliklə məhkəmə kollegiyasının araşdırmaları zamanı müəyyən edilmiş hallardan bəlli olur ki, Cavabdeh iddiaçının çıxarılmasını, girişinə qadağa qoyulmasını tələb etdiyi torpaq sahəsini zəbt etməmişdir.
60. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı təmin etməklə əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir.
61. Məhkəmə kollegiyasının apellyasiya baxışında apellyasiya şikayətində qoyulmuş əsaslarla apellyasiya şikayətinin təmin edilməsinə və qətnamənin ləğv olunmasına əsas olan hallar müəyyən edilmişdir.
62. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Göyçay Rayon Məhkəməsinin 09 oktyabr 2024-cü il tarixli, 2(046)-353/2024 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı Cavabdeh qarşı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri xidmətinin ******* saylı çıxarışına əsasən mülkiyyətində olan Göyçay rayonunun Qarabaqqal kəndində yerləşən 0.5173 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən cavabdehin çıxarılaraq həmin torpaq sahəsinə girişinə qadağa qoyulması tələbinə dair iddiası rədd edilməlidir.
63. Məhkəmə kollegiyası hesab edir ki, iddianın təmin edilməməsi nəzərə alınaraq, ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı özünə aid edilməli, məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olan 100 manat ekspertiza xərci İddiaçı tutularaq dövlət büdcəsi hesabına (AZ34CTRE**********00020 88501; Az.MEM, VÖEN**********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22) keçirilməlidir.
64. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Göyçay Rayon Məhkəməsinin 09 oktyabr 2024-cü il tarixli, 2(046)-353/2024 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri xidmətinin ******* saylı çıxarışına əsasən mülkiyyətində olan Göyçay rayonunun Qarabaqqal kəndində yerləşən 0.5173 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən cavabdehin çıxarılaraq həmin torpaq sahəsinə girişinə qadağa qoyulması tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olan 100 manat ekspertiza xərci İddiaçı tutularaq dövlət büdcəsi hesabına (AZ34CTRE**********00020 88501; Az.MEM, VÖEN**********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22) keçirilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.