Məhkəmə qərarları › İş №2(107)-1947/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1947/2020

11.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1947/2020 11.11.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradzadə Yeganə Rafail qızının katibliyi, iddiаçılar İddiaçı1, İddiaçı2 və cavabdeh X2 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh X4 qarşı “maddi və mənəvi ziyan” tələbinə dair mülki iş üzrə Ağsu Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(016)-436/2020 nömrəli qətnaməsindən cavabdeh X7 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ağsu Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(016)-436/2020 nömrəli qətnаməsi ilə (hakim Etibar Hümbətov) iddia qismən təmin olun edilmiş, X1 6000 (altı min) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı1 ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. İşin halları İddiaçı1 və İddiaçı2 cavabdeh X6 qarşı – cavabdehdən maddi ziyan 6000 (altı min) manat, mənəvi zərərə görə 20000 (iyirmi min) manat, cəmi 26000 (iyirmi altı min) manat alınaraq onlara verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Məhəmmədmusa Kərimov, SSRİ dövründə kəndlərində kolxoz sədri işləmişdir. Respublikanın Müstəqillik əldə etdiyi ilkin illərində cavabdeh, Nuran kəndindəki müxtəlif tikililəri və torpaq sahələrini qanunsuz əsaslarla “özününküləşdirmişdir”. Qeyd etdikləri torpaqların bəzi hissəsi Kürdəmir rayonunun Sığırlı kəndinə yaxın bir ərazidə - “Sığırlı selabı” adlanan ərazidə yerləşmişdir. Bildirirlər ki, təxminən 2005-2006-cı illərdə qohum-əqrəbalarına rəsmi məxsus olan 42,5 ha torpaq sahəsini icarəyə götürərək, istismar etməyə başlamışdır. Cavabdeh Məhəmmədmusa Kərimov, qeyri-qanuni yollarla özünküləşdirdiyi torpaqların artıq, əlindən çıxdığını görərək, “qaşıyıb, qan çıxarmaq” fikrinə düşmüş, nəyin bahasına olursaolsun, onları oradan uzalasdırmaq, onlara ziyan vurmaq, dost-tanış, qohum-əqrəba, qohumları Nuran kənd camaatı yanında nüfuzunu aşağılamağa çalışmışdır. Müxtəlif üsullarla onlara maneçilik törətmək istəyən cavabdehin qanunsuz və əsassız hərəkətləri barədə müxtəlif səlahiyyətli instansiyalara müraciətlər etmək zərurətində qalmışdırlar. Şikayətləri ilə əlaqədar olaraq, vəzifəli şəxslərin iştirakları ilə mübahisəli torpaq sahələrinə yerli baxışlar keçirilmiş və rəsmi aktlar tərtib edilmişdir. Aparılmış ilkin yoxlamalardan sonra Cavabdeh, kənd Bələdiyyə sədri vəzifəsindən azad edilmişdir. Bu məsələdən daha da hiddətlənən cavabdeh, icarəyə götürdüyü torpaq sahələrini şumlamaq üçün gedən traktorçuları söyərək təhqir etmiş, onları həmin sahələrdən qovmuşdur. Bir neçə dəfə də cavabdeh, qəsdən həmin torpaq sahələrinə həddindən artıq su buraxmaq yolu ilə oranı yararsız vəziyyətə salmış, şumlamanın qarşısını alaraq, onlara xeyli miqdarda maddi ziyan vurmuşdur. Cavabdehin qanunsuz, eləcə də, insanlığa sığmayan hərəkətləri ilə sözü gedən torpaq sahələrinə mütəxəsis vasitəsilə baxış keçirilərək, mütəxəssis rəyi alınmışdır. Alim-aqronom vasitəsilə xx xxxx 2019-cu il tarixdə qeyd etdiyi torpaq sahələrinə yerli baxış keçirilmiş və məlum olmuşdur ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində, ümumilikdə icarə torpaqlarının 10,0 hektar hissəsi su altında qalaraq (4,0 ha şumlanmış, 6,0 ha isə şumlanmamış) istifadəyə - əkinə yararırsız vəziyyətə gətirilmişdir. Daha sonra müəyyən olunmuşdur ki, ümumilikdə cavabdehin qanunsuz hərəkətləri nəticəsində görə onlara6.000 (altı min) manat maddi ziyan dəymişdir.Digər tərəfdən də, cavabdehin uzun illər onlarınmənəvi iztirablar nəticəsində vurduğu mənəvi zərərin məbləğini 20.000 (iyirmi min) manat məbləğində müəyyən edirlər. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı1 iddia ərizəsini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı, eyni zamanda digər İddiaçı1 nümayəndəsi İddiaçı2 iddianı müdafiə edərək izahatında göstərmişdir ki, cavabdehlə aralarında uzun illərdi mübahisələr vardır. Cavabdeh torpaq sahələrinin əvvəlki sahiblərini aldadaraq torpaq sahələrindən istifadə etmiş, sonda isə həmin şəxslər həmin torpaq sahələrini İddiaçı1 satmışdırlar. Hal-hazırda torpaq sahələrindən İddiaçı1 və o, istifadə edir. Demək olar ki, uzun illərdir cavabdehin qanunsuz hərəkətləri nəticəsində maddi ziyana düşmüşdürlər. Belə ki, 2018-ci ilin sonlarında 16,0 hektar torpaq sahəsində əkin əkmək üçün traktoru əraziyə aparmış,bu zaman 10 hektar torpaq sahəsini traktor şumlaya bilmiş, 6 hektar ərazini su basması nəticəsində şumlaya bilməmişdir. Bu zaman cavabdeh orada olmuş, ondan əraziyə su buraxmamasını xahiş etmiş, lakin cavabdeh onun sözlərinə əhəmiyyət verməmişdir. Bir neçə gündən sonra taxıl əkmək üçün traktoru əraziyə aparmış, trakor 6 hektar əraziyə taxılı əkmiş, lakin 4 hektar şumlanmış ərazinin isə su altında qaldığı üçün əkin aparmaq mümkün olmamışdır. Yenidən cavabdehə bu barədə bildirsə də, yenə də cavabdeh qanunsuz əməllərinə davam etmişdir. Şumlanmış ərazinin qurumasını gözləsə də, buna nail ola bilməmiş, cavabdeh hər gün əraziyə su buraxmışdır. Torpaq sahəsi cavabdehin torpaq sahələrinin ortasında yerləşdiyindən ondan başqa bir şəxsin onların torpaq sahəsinə su buraxması qeyri-mümkündür. Şumlanmış 4 ha və 6 ha göllənmiş torpaq sahəsində aqrotexniki tədbirlər və əkin apara bilməmişdir. Əkin əkdiyi 6 ha torpaq sahəsindən isə cavabdeh heyvanlarını otarmasına baxmayaraq 6000-7000 manata yaxın gəlir əldə etmişdir. Həmin zaman isə Ağsu rayonu Nuran kəndi ərazisində 1 hektar torpaq sahəsində yetirilmiş buğdanın orta məhsuldarlığı 2,9 ton və yaxud 29,1 sentner olmuşdur. 2019-cu ilin mart ayından mütəxəssisləri torpaq sahəsinə baxış keçirmək üçün dəvət etmiş və həqiqətən ziyan dəyməsi sübuta yetirilmişdir. 1 ilə yaxındır cavabdehdən dəymiş ziyanı ödəməsini tələb etsələr də, heç bir nəticəsi olmamış və dəymiş ziyanı ödəməyəcəyini bildirmişdir. Cavabdehin illərdir qanunsuz hərəkətləri nəticəsində iztirablar keçirtmişdirlər.Torpaq sahəsi həyat yoldaşına məxsus olsa da, torpaq sahəsinə özü nəzarət edir. Hazırda onlara dəymiş maddi ziyanın və mənəvi ziyanın cavabdehdən tutulmasını tələb edirlər. Göstərilənlərə əsasən, iddianın təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh X10 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, təsərrüfatla məşğul olur. Həqiqətən torpaq sahələri iddiaçının torpaq sahələri ilə qonşuluqda yerləşir. Həmçinin həmin ərazidə ferması vardır və həmin fermada heyvandarlıqla məşğul olur. Lakin iddiaçıların qeyri-qanuni yolla əldə etdiyi torpaq sahəsinə su buraxmamışdır. İddiaçılar ona qarşı əsassız iddia qaldırmışdır. Odur ki, iddianın rədd edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır Qətnamədən narazı qalan cavabdeh X7 аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh X7 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, qətnamə çıxarılarkən aşağıdakı səbəblərə görə maddi və prosessual hüquq normaları pozulduğundan, tamamilə ədalətsiz və qeyri obyektiv olduğu üçün qətnamə ləğv edilməlidir, iddianın rədd edilməsi barədə mülki iş üzrə yeni qətnamə çıxarılmalıdır. O, mülki iş üzrə Cavabdeh ilə, mülki iş üzrə İddiaçı1 Azərbaycan Respublikası Kürdəmir rayonunun Sığırlı kəndinə yaxın bir ərazidə “Sığırlı Selabi” adlanan yerdə iddiaçılara məxsus 16 (on altı) hektar torpaq sahəsi ilə ona məxsus ferma və torpaq sahəsi həmsərhəddir. İddiaçı1 məhkəmə baxış iclasında iddia edirdi ki, guya o, ona məxsus 4 (dörd) hektar şumlanmış, 6 (altı) hektar şumlanmamış torpaq sahəsinə hər gün su buraxmış, şumlanmış 4 (dörd) hektar, şumlanmamış 6 (altı) hektar torpaq sahələri göllənmiş, daha doğrusu su altında qalmışdır, bu səbəbdən də o, həmin göllənmiş torpaq sahələrində aqrotexniki tədbirlər və əkin apara bilməmişdir. İddiaçı1 iddiası həqiqətə uyğun deyildir. Belə ki, 2018, 2019, 2020 - ci illərdə dünyada havaların isti keçməsi ilə əlaqədar, yağışlar yağmadığından, su qıtlığı yarandığından 3 (üç) ilə yaxındır ki, Kürdəmir rayonunun Sığırlı kəndinə yaxın bir ərazidə “Sığırlı Selabi” adlanan yerdə olan onun fermasina və torpaq sahəsinə nə içməli su, nə də ki, texniki su gəlmir. İçməli suyu ona məxsus fermaya 20 (iyirmi) litrlik kauçuk qablarda ya Kürdəmir, ya da ki, Ağsu şəhərindən minik avtomobili ilə gətirirlər. Ona məxsus fermada saxlanılan iri buynuzlu və xırda buynuzlu heyvanları ona məxsus fermadan təxminən 400 - 500 yüz metr aralı keçən şor kanalının yanında yerləşən nohurlarda sulayırlar. O-mülki iş üzrə Cavabdeh məhkəmə baxış iclasında vəsatət qaldırmışdır ki, məhkəmə tərəfindən ekspertiza təyin edilsin, iddiaçının və onun torpaqlarına baxış keçirilsin və rəy verilsin ki, onların əkinlərini sulamaq üçün arx vasitəsilə su gəlir, yoxsa yox. Nədənsə hakim X12 onun vəsaitini təmin etmədi. Ağsu rayonunun İcra Hakimiyyətinin baş məsləhətçisi Bahəddin Azadovun, Nuran bələdiyyəsinin sədri Aris Mustafayevin və mülki iş üzrə İddiaçı2 iştirakı ilə tərtib edilən, xx xxxx 2019 - cu ildə tərtib edilmiş akt həqiqətə uyğun deyildir. Aktda qeyd edilmişdir ki, baxış zamanı torpaq sahəsinə suyun axıdıldığının şahidi oldular. Onda nə üçün tərtib edilmiş aktda qeyd edilməmişdir ki, İddiaçı1 torpaq sahəsinə su hansı istiqamətdən axıdılır, su axıdılan yerin torpaq sahəsi kimə məxsusdur. Nə üçün, İddiaçı1 su axıdılan torpaq sahəsi, su buraxan Cavabdeh torpaq sahəsi videoyla, telefonla çəkilməmişdir. Nə üçün İddiaçı1 torpaq sahəsinə baxış keçirilirkən o-Cavabdeh və onun fermasında işləyən şəxslərdən biri ora dəvət olunmamışdır. O, bu məlumatı, Ağsu rayon Məhkəməsi, iddiaçının iddia ərizəsinin bir surətini, ona poçt vasitəsilə göndərilib təqdim edildikdən sonra bilmişdir. O, belə qənaətə gəlir ki, akt, İddiaçı1 həyat yoldaşı İddiaçı2 sifarişi ilə tərtib edilmişdir. İddiaçı1 2019 - cu ilin payızında, yəni bir neçə aydan sonra ona məxsus 16 (on altı) hektar əkinə yararsız həmin torpaq sahəsində buğda əkmişdir. O, 2020- ci ildə dövlət tərəfindən verilən 3080 (üç min səksən) manat subsidiya pulunu kart vasitəsilə Azərbaycan Respublikası “Kapital” Bankın Ağsu rayon şöbəsində bankomat vasitəsilə almışdır. X3 oğlu və X32 ona məxsus fermaya, torpaq sahəsinə, içməli və ya texniki suyun gəlməməsini təsdiq edə bilərlər. İddiaçı1 həyat yoldaşı İddiaçı2 ilə birlikdə onlara dəyən maddi ziyanın hesablanması ilə əlaqədar rəy verməyə heç bir icazəsi və saləhiyyəti olmayan Ağsu rayonunun Gülüllü kəndində yaşayan X24 müraciət ediblər və ondan rəy alıblar ki, guya onlara 6.000 (altı min) manat məbləğində ziyan dəyib. Hakim Etibar Zülfüqar oğlu bu rəyi rəsmi hüquqi sənəd kimi qəbul edib, qətnamə çıxarmışdır. İddiaçı1 həyat yoldaşı İddiaçı2 ilə birlikdə mənə hücum etməkdə, məqsədləri bundan ibarətdir ki, nəyin bahasına olursa olsun, o, mülki iş üzrə Cavabdeh şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ictimaiyyət arasına nüfuzdan salsınlar. Onlar neçə illər keçməsinə baxmayaraq istək və arzularına nail ola bilməmişlər. Onlar 2008 - ci ildə ondan dəymiş ziyan əvəzinə 5425 (beş min dörd yüz iyirmi beş) manat pul tələbinə dair iddia ərizəsi ilə Ağsu Rayon Məhkəməsinə müraciət etdilər. Ağsu rayon məhkəməsinin xx xxxxxx 2008 - ci il tarixli 2 (016)-214/2008 saylı qətnaməsi ilə İddiaçı2 o- Cavabdeh 5425 (beş min dörd yüz iyirmi beş) manat məbləğində ziyan əvəzinin ödənilməsi tələbi əsassız olduğundan təmin edilmədi. xx xxxxxxx 2016 - cı il tarixdə Ağsu şəhər sakini İddiaçı2 müraciəti əsasında Kürdəmir rayonunun “Sığırlı Selabi” adlanan massivdə olan 42,5 hektar torpaq sahəsinə baxış keçirilən zaman həmin sahədə şum və əkin olmadığı məlum oldu, İddiaçı2 aktı imzalamaqdan imtina etdi. 2019 - cu ildə İddiaçı2 mən Cavabdeh qarşı maneələrin aradan qaldırılmasına dair iddia tələbi ilə Ağsu rayon məhkəməsinə müraciət etmişdir. Ağsu rayon məhkəməsinin xx xxxxxx 2019 - cu il tarixli 2 (016) - 143/2019 saylı qətnaməsi ilə İddiaçı2 o, Cavabdeh qarşı maneələrin aradan qaldırılmasına dair iddia tələbi təmin edilməmişdir. İddiaçı1 həyat yoldaşı, İddiaçı2 şikayət etmişdir ki, onun əkdiyi 6,5 hektar buğda sahəsinə həmsərhəd ərazidə ferması olan xırda buynuzlu qoyun - quzu, keçi saxlayan Ağsu şəhər sakini Cavabdeh xırda buynuzlu heyvanlarının onlara ziyanlıq vurduğunu bildirməklə dəymiş ziyanın təyin olunmasına köməklik göstərməsini xahiş etmişdir. Ağsu rayon İcra Hakimiyyətinin baş məsləhətçisi ixtisasca aqronom, X38 Dövlət - X31 mütəxəssisi Bədəl Qasımovun, Nuran Bələdiyyəsinin sədri Aris Mustafayevin, şikayətçi İddiaçı2 və o-Cavabdeh iştirakı ilə, şikayətçi İddiaçı2 əkdiyi 6,5 hektar buğda sahəsinə baxış keçirildi. Baxış zamanı ərazidə iri buynuzlu və xırda buynuzlu heyvanların ləpirlərinə və peyninə rast gəlinmədi. Sahəyə iri və xırda buynuzlu heyvanlar tərəfindən ziyanlıq dəymədiyi müəyyən olundu. Ona görə də, Ağsu Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(016)-436/2020 nömrəli qətnaməsinin ləğv edilməsini, mülki iş üzrə yeni qətnamə çıxarılmasını xahiş edir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında cavabdeh X7 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasya şikayətinin təmin edilməsini, Ağsu Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(016)-436/2020 nömrəli qətnaməsinin iddianın təmin edilmiş hissəsində ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiаçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin olunmamasını, Ağsu Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(016)-436/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apelyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” xx xxxxxxx 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apelyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apelyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, cavabdeh X7 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmalı, Ağsu Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(016)-436/2020 nömrəli qətnaməsi qismən-iddianın təmin edilmiş hissəsində ləğv edilməli, iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilməli və həmin qətnamə ilə iddia tələbi həmin hissədə də rədd edilməlidir. İşdə olan Ağsu Rayon İcra Hakimiyyətinin baş məsləhətçisi (aqronomu) B.Azadov, Ağsu rayon Nuran bələdiyyəsinin sədri Aris Mustafayevin və Ağsu şəhər sakini İddiaçı2 iştirakı ilə xx.xx.2019-cu il tarixdə Ağsu rayon “Nüydü” Bələdiyyəsində tərtib edilmiş aktı ilə müəyyən edilir ki,İddiaçı2 16,0 hektar torpaq sahəsinə baxış keçirilmiş, baxış zamanı torpaq sahəsinin 6,0 hektarında buğda əkildiyinin, 4,0 hektar sahənin şumlanmasının və 6,0 hektar sahənin su altında qalaraq gölləndiyinin şahidi olmuşlar. Şumlanmış 4,0 ha ərazidə və 6,0 hektar göllənmiş torpaq sahəsində aqrotexniki tədbirlər və əkin aparmaq mümkün deyildir. Baxış zamanı sahəyə suyun axıdılmasının şahidi olmuşlar. İşdə olan AN-İ seriyalı, ******* nömrəli, xx xxxxxx 2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X14, X15 və X27 2.96 torpaq sahəsini 2000 manata İddiaçı1 satmışdırlar. İşdə olan AN-İ seriyalı, ******* nömrəli, xx xxxxxx 2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X16, Cavadova Sevinc Böyükağa qızı, Babayev Böyükağa Qulu oğlu və Babayev Ramiz Böyükağa oğlu ümumi sahəsi 3,94 ha torpq sahəsindən 2.75911 ha torpaq sahəsini 2700 manata İddiaçı1 satmışdırlar. İşdə olan AN-İ seriyalı, ******* nömrəli, xx xxxxxx 2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X11, X17, X28, X18, X19 və X20 birgə mülkiyyətdə olan 4,1388 ha torpaq sahəsini 4100 manata İddiaçı1 satmışdırlar. İşdə olan AN-İ seriyalı, ******* nömrəli, xx xxxx 2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X8, və X21 paylı mülkiyyətdə olan 2,098 torpaq sahəsini 2100 manata İddiaçı1 satmışdırlar. İşdə olan Ağsu rayon icra Hakimiyyət başçısının Nuran kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx xxxxxx 2020-ci il tarixli, 31 saylı arayışından görünür ki, Nuran kənd inzibati ərazi dairəsində 2019-cu ildə taxılın orta məhsuldarlığı hektardan 29,1 sentner olmuşdur. İşdə olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Ağsu rayonu, Nuran kəndində yerləşən 2.098 ha kənd təsərrüfatı təyinatlı torpaq xüsusi mülkiyyət hüququ əsasında İddiaçı1 adına daşınmaz əmlakın dövlət reyestrində 58 nömrəli reyestr kitabının 40 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Ağsu rayonu, Nuran kəndində yerləşən 1.3796 ha kənd təsərrüfatı təyinatlı torpaq xüsusi mülkiyyət hüququ əsasında İddiaçı1 adına daşınmaz əmlakın dövlət reyestrində xx xxxxxx 2019-cu il tarixdə, ********** nömə ilə qeydiyyata alınmışdır. İşdə olan “xxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx xxxx 2020-ci il tarixli, 01 saylı məktubundan görünür ki, 2019-cu il üzrə Ağsu “xxx” MMC-nin bazarında 1 kq buğdanın orta satış qiyməti 0,35 manat ilə 0,45 manat arası olmuşdur. İşdə olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Ağsu Dövlət X31 xx xxxx 2020-ci il tarixli, 77 saylı məktubundan görünür ki, 2019-cu il üçün Ağsu rayonu Nuran kənd ərazisində 1 hektar torpaq sahəsində yetişdirilmiş buğdanın orta məhsuldarlığı 2,91 ton və yaxud 29,1 sentner olmuşdur. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən Azərbaycan Respublikası MülkiMəcəlləsinin 21.1, 152.5, 157.4, 170.3, 1096.1, 1096.2 və 1097.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxx 2008-ci il tarixli qərarına, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2008-ci il tarixli 7 №li qərarının 1 və 2-ci bəndlərinəistinad etmişdir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müyyən edilmiş hesab edilmişdir ki, cavabdeh Məhəmmədmusa Kərimov 2018-ci ilin oktyabr-noyabr aylarında İddiaçı1 (iddiaçıya) məxsus 4 hektar şumlanmış və 6 hektar şumlanmamıştorpaq sahəsinə su buraxmış və iddiaçı torpaq sahəsində aqrotexniki tədbirlər və əkin apara bilməməmişdir. İşin bu halı iş materiallarında olan xx.xx.2019-cu ildə tərtib olunmuş akt ilə təsdiq olunur. Digər tərəfdən,Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Ağsu Dövlət X31 xx xxxx 2020-ci il tarixli, 77 saylı məktubundan göründüyü kimi, 2019-cu il üçün Ağsu rayonu Nuran kənd ərazisində 1 hektar torpaq sahəsində yetişdirilmiş buğdanın orta məhsuldarlığı 2,91 ton və yaxud 29,1 sentner olmuşdur. “xxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx xxxx 2020-ci il tarixli, 01 saylı məktubundan göründüyü kimi, 2019-cu il üzrə Ağsu “xxx” MMC-nin bazarında 1 kq buğdanın orta satış qiyməti 0,35 manat ilə 0,45 manat arası olmuşdur. Qeyd olunan maddi hüquq normalarına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər və hazırkı işdə də cavabdeh Məhəmmədmusa Kərimova münasibətdə həmin əsaslar mövcuddur. Odur ki, iddia göstərilən hissədə təmin edilməlidir. Birinci instansiya məhkəməsi İddiaçı2 cavabdeh X4 qarşı maddi və mənəvi ziyan tələbinə dair iddiasının rədd edilməsini məqsədə müvafiq hesab etmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı KərimovRamil Əlləzi oğlununmüvafiq subyektiv hüquqa, yəni hazırki iddia üzrə cavabdehə qarşı iddia vermək hüququna malik şəxs kimi qəbul edilə bilməz. Mülki hüquq münasibətlərində subyektiv hüququn sahibi cavabdeh kimi qoyduğu hüquqi mükəlləfiyyətlidən müəyyən davranışı o halda tələb edə bilər ki, belə davranış onların arasında olan müqavilə və ya tərəflərin münasibətlərinin yaranması anında mövcud olan qanunun birbaşa göstərişinin qüvvəsinə görə labüd olsun. İddianın qanuni əsasının mövcud olmadığı halda tələbin təmin edilməsi isə müvafiq subyektiv hüquqa malik olmayan şəxs barəsində əsassız olaraq hüquqların (daha sonra qanunla qorunan) yaradılması nəticəsini doğurur. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı maddi ziyan tələb etmişdir. Lakin nəzərə alınmalıdır ki, torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədi məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı birinci instansiya məhkəməsi baxış iclasında verdiyi izahatında göstərmişdir ki, torpaq sahələri həyat yoldaşı İddiaçı1dır və torpaq sahəsindən həyat yoldaşı kimi özü istifadə edir. Birinci instansiya məhkəməsi yuxarıda qeyd olunanlara əsasən hesab etmişdir ki, İddiaçı2 cavabdeh X4 qarşı maddi ziyan tələbi rədd edilməlidir. Birinci instansiya məhkəməsi iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh X4 qarşı mənəvi ziyan tələbinin təmin edilməməsini məqsədə müvafiq hesab etmişdir. İş materialları və işin müəyyən edilmiş halları ilə cavabdeh tərəfindən iddiaçılara mənəvi ziyanın vurulması halları öz təsdiqini tapmamışdır. Yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə əsaslanaraq və işin hallarına məcmu halda qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbinin mənəvi ziyan tələbi rədd edilməlidir. Məhkəmə kollegiyası iddianı qismən də olsa təmin edərkən maddi və prosessual hüquq normalarını pozduğundan, məhkəmənin gəldiyi nəticənin işin faktiki hallarına uyğun olmadığından və məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan hallar sübut edilmədiyindən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı qismən də olsa təmin etməklə maddi və prosessual hüquq normalarını pozaraq əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apellyasiya baxışında apellyasiya şikayətində qoyulmuş əsaslarla apellyasiya şikayətinin təmin edilməsinə və qətnamənin iddianın təmin edilmiş hissəsində ləğv olunmasına əsas olan hallar müəyyən edilmişdir. Məhkəmə kollegiyasının araşdırmaları zamanı cavabdeh X2 iddiaçılar İddiaçı1 və İddiaçı2 6000 (altı min) manat maddi ziyan vurmasını təsdiq edən hər hansısa bir sübut aşkar edilməmişdir. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 76.1-ci mаddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səsvə video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 76.3-ci maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. «X5rşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Göründüyü kimi, cavabdeh X2 iddiaçılar İddiaçı1 və İddiaçı2 6000 (altı min) manat maddi ziyan vurması sübutа yetirilməmişdir. Belə оlаn hаldа birinci instаnsiyа məhkəməsi iddiа tələbini ümumiyyətlə təmin etməməli idi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkə-mə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 217-ci mаddəsinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı qismən də olsa təmin etməklə düzgün nəticəyə gəlmədiyindən, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan hallar sübut edilmədiyindən, qətnamə qəbul edərkən qətnamənin mübahisələndiriləniddianın qismən təmin edilmiş hissəsində ləğv edilməsinə əsas ola biləcək maddi və prosessual hüquq normalarının pozulmasına yol verdiyindən cavabdeh X7 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmalı, Ağsu Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(016)-436/2020 nömrəliqətnaməsi qismən-iddianın təmin edilmiş hissəsində ləğv edilməli, iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilməli və həmin qətnamə ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh X4 qarşı “maddi və mənəvi ziyan” tələbinə dair iddiasınıncavabdehdən 6000 (altı min) manat maddi ziyanın alınaraq onlara verilməsi hissəsi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəllənin 385.1.1, 385.1.3 və 385.1.4cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. Həmin Məcəllənin 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. Həmin Məcəllənin 389-cu maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. Həmin Məcəllənin 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Mülki Prosessual Məcəllənin 384.0.2-ci mаddəsinə əsаsən аpelyаsiyа instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 389-390, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh X7 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Ağsu Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(016)-436/2020 nömrəli qətnaməsi qismən-iddianın təmin edilmiş hissəsində ləğv edilsin. İş üzrə həmin hissədə yeni qətnamə qəbul edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh X4 qarşı “maddi və mənəvi ziyan” tələbinə dair iddiasınınmübahisələndirilən cavabdehdən 6000 (altı min) manat maddi ziyanın alınaraq onlara verilməsi hissəsi rədd edilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar