Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-195/2022 12.01.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbi barədə Balakən Rayon Məhkəməsinin 18 oktyabr 2021-ci il tarixli 2(019)-999/2021 nömrəli qətnaməsindən Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Balakən Rayon Məhkəməsinin 18 oktyabr 2021-ci il tarixli 2(019)-999/2021 nömrəli qətnaməsi ilə (hakim Hümbət Səlimov) iddia təmin olunmuş, Balakən Rayon Məhkəməsinin 21 yanvar 2015-ci il tarixli 2(019)-97/2015 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi, qətnamənin qanuni qüvvəsini aldığı gündən başlayaraq 15 iyul 2007-ci ildə anadan olmuş X4 və 28 oktyabr 2008-ci ildə anadan olmuş X7 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh hər ay hər bir uşaq üçün 150 (bir yüz əlli) manat sabit pul məbləğində alimentin tutulub İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, Cavabdeh 30 (otuz) manat dövlət rüsumunun tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. İşin halları İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh Balakən Rayon Məhkəməsinin 21 yanvar 2015-ci il tarixli qətnaməsi ilə nəzərdə tutulan hər bir uşaq üçün 70 (yetmiş) manat cəmi 140 manat sabit pul məbləğində tutulan alimentin miqdarının artırılması, uşaqların sağlamlığı və təlim tərbiyəsi üçün zəruri olan əlavə xərclər nəzərə alınaraq, hər uşaq üçün ayda 250 manat olmaqla, iki uşağa görə ümumilikdə 500 manat məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 04 aprel 2009-cu ildə nikah münasibətlərinə girərək, nikahlarını rəsmiləşdirmişlər. Birgə nikahdan 15 iyul 2007- ci il tarixdə X11 və 28 oktyabr 2008-ci il tarixdə X12 adında iki uşaqları doğulmuşdur.Aralarında olan nikaha 05 dekabr 2014-cü il tarixdə məhkəmə qaydasında xitam verilmiş və birgə nikahdan olan uşaqları X11 və X7 onun himayəsində qalmaları qət edilmişdir.Balakən Rayon Məhkəməsinin 21 yanvar 2015-ci il tarixli 2(019)-97/2015 saylı qətnaməsi ilə onun Cavabdeh qarşı olan aliment tələbinə dair iddiası təmin edilməklə, Cavabdeh 22 dekabr 2014-cü il tarixdən başlayaraq, 15 iyul 2007- ci il təvəllüdlü X4 və 2008-ci ii təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanması üçün, hər ay bir uşaq üçün 70 (yetmiş) manat olmaqla sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilməsi qət edilmişdir. Aşağıda göstərilən hallara görə, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməklə, Cavabdeh himayəsində olan uşaqlarının saxlanması üçün tutulan alimentin məbləğinin artırılmasını tələb etmək zərurətində qalmışdır. Belə ki, birgə nikahdan doğulmuş uşaqların saxlanılması üçün məhkəmə tərəfindən müəyyən edilmiş və cavabdeh tərəfindən ödənilməli olan alimentin miqdarı çox aşağıdır. Məlum olduğu kimi, AR Nazirlər Kabineti tərəfindən bu il üçün uşaqların yaşayış minimumu həddinin məbləği 175 manat müəyyən olunmuşdur. Təəssüf ki, cavabdeh uşaqların saxlanması üçün əlavə xərclərə qatılmır, uşaqların sağlam böyüməsi, təlim-tərbiyəsi ilə bağlı ona heç bir maddi və mənəvi yardım göstərmir. O uşaqlara baxmır və onların heç bir maddi ehtiyacının qarşılanmasında iştirak etmək istəmir. Cavabdeh məhkəmə tərəfindən təyin edilmiş bu gün üçün həddən artıq az olan aliment məbləğini belə vaxtı-vaxtında ödəmir. Uşaqlarla görüşdən yayınır. Hətta uşaqlar tərəfindən görüşmək istəyini belə təmin etmir. Onların təlim- tərbiyəsində, maddi ehtiyaclarının ödənilməsində, əlavə zəruri xərclərində, xəstələnərkən meydana çıxan, nəzərdə tutulmayan əlavə xərclərin qarşılıqlı qaydada ödənilməsində iştirak etmək istəmir. O, hal-hazırda imkan daxilində, bir neçə yerdə işləməyə çalışaraq, himayəsində olan uşaqların gündən-günə artan maddi təminatını lazımı səviyyədə ödəməyə çalışsa da, maddi çətinliklər yaşayır. Bu səbəbdən də, cavabdehdən bu günə qədər məhkəmə qaydasında tutulan alimentin məbləğinin hər uşaq üçün ən azı 250 manata qaldırılmasını tələb etmək zərurətində qalmışdır. Rəsmi qaydada işləyib əmək haqqısı olmasa da, rayonda hamı bilir ki, cavabdeh biznes fəaliyyəti ilə məşquldur. İstifadəsində böyük evi və bir neçə nəqliyyat vasitəsi var. Lakin yüngül həyat tərzi keçirməyə üstünlük verərək, öz uşaqlarının təlim-tərbiyəsi və sağlam böyümələri üçün aliment ödəmək və əlavə xərclərə qatılmaq istəmir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək izahatında göstərmişdir ki, o, 2006-cı ildə İddiaçı ilə evlənmiş, 15 iyul 2007- ci il tarixdə X11 və 28 oktyabr 2008-ci il tarixdə X12 adında iki uşaqları doğulmuşdur. Aralarında olan nikaha 05 dekabr 2014-cü il tarixdə məhkəmə qaydasında xitam verilmiş və birgə nikahdan olan uşaqları X11 və X12 iddiaçının himayəsində saxlanmışdır. Həmin vaxt iddiaçı 700 manat əmək haqqı aldığını bildirərək uşaqlara baxa biləcəyini bildirmişdir.İddiaçı alimentin miqlarının artırılması tələbini iddia edərkən onun maddi vəziyyətində və gəlirində müsbətə doğru dəyişikliyə dair mötəbər sübutlar təqdim etməmişdir. Tələb etdiyi məbləğ absurddur. Onun maddi vəziyyətində və gəlirində heç bir irəliləyiş, artım olmamışdır, daha da pisləşmişdir. O, 20.05.2020-ci il tarixdə yeni ailə qurmuş və birgə nikahdan 29.07.2020-ci il tarixdə bir uşağı olmuşdur. Hazırda ümumilikdə üç övladı vardır. Heç yerdə işləmir. Maddi vəziyyəti çox aşağıdır. Ağır ailə şəraitində yaşayır. Himayəsində rəsmi olaraq İ qrup əlil atası vardır. Atasına özü baxır. Tələb olunan alimenti ödəmək iqtidarında deyildir. Yuxarıda göstərdiklərini nəzərə alaraq iddianın qismən (hər uşağa 100 manat-cəmi 200 manat) təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının tələbləri kobud şəkildə pozulmuş, 2014-cü ildən 6 il ərzində uşaqların hər biri üçün ödənilən 70 manat sabit pul məbləğində alimentin onların maddi təminatının təmin olunmasına yetərli olduğu, hazırda alimentin artırılmasına əsas olan halların olmasını təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilmədiyi halda əsassız olaraq alimentin miqdarını iki dəfədən artıq artırmışdır. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməmiş, alimentin hansı zərurətdən artılması olmasına dair iş materiallarında sübut mövcud olmamış, əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedibgetməməsi araşdırılmamış, alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin öhdəsində digər uşağının olması yalnız formal ifadələrlə nəzərə alınmışdır. Uşaqların əlavə xərclərə məruz qalması, cavabdehin maddi vəziyyətinin yaxşılaşması, məhz bu səbəbli alimentin miqdarının artırılmalı olması məhkəmə tərəfindən əsaslandırılmamışdır Uşaqların əvvəlki maddi təminatının və ya cavabdein maddi həyat səviyyəsinin artmasım təsdiq edən hər hansı mötəbər sübut mülki iş materiallarında mövcud olmamışdır. Ona görə də, Balakən Rayon Məhkəməsinin 18 oktyabr 2021-d il tarixli, 2(019)- 999/2021 saylı qətnaməsinin iddianın təmin olunduğu hissədə ləğv edilməsi, iddia tələbinin həmin hissədə rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. İddiaçı işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Balakən Rayon Məhkəməsinin 18 oktyabr 2021-ci il tarixli 2(019)-999/2021 nömrəli qətnaməsi mübahisələndirilən - iddianın təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 03 sentyabr 2021-ci il tarixli 0274 nömrəli arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etməklə bağlı müraciət etmiş, lakin cavabdeh iştirak etməmişdir. . İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 30 yanvar 2015-ci il il tarixdə verilmiş AZ-İ seriyalı 208451 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və İddiaçı arasında olan nikah ləğv edilmişdir. İşdə olan Balakən Rayon Məhkəməsinin 21 yanvar 2015-ci il tarixli 2(019)- 97/2015 nömrəli qətnaməsindən görünür ki, həmin qətnamə ilə İddiaçı iddiasının qismən təmin edilməsi, Cavabdeh 22 dekabr 2014-cü il tarixdən başlayaraq 15 iyul 2007-ci il tarixdə anadan olmuş X4 və 28 oktyabr 2008-ci ildə anadan olmuş X7 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər bir uşaq üçün 70 (yetmiş) manat sabit pul məbləğində alimentin tutulub İddiaçı verilməsi qət edilmişdlir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Qullar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 05 iyun 2020-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 379768 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X5 arısında 05 iyun 2020-ci il tarixdə nikah bağlanmış, nikah bağlanandan sonra arvada Bodurova soyadı verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 07 avqust 2020-ci il tarixdə verilmiş AZ-İV seriyalı 484706 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 29.07.2020-ci ildə anadan olmuş, atası Cavabdeh, anası X6 qeyd edidlmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu Rublik hüquqi Şəxsinin 16 saylı regional ərazi filialı tərəfindən 13 sentyabr 2021-ci il tarixdə verilmiş **********0 nömrəli arayışdan görünür ki, Cavabdeh 1-ci qrup əlil X2 qulluğa görə Prezident təqaüdü 50,00 manat 01.04.2019-cu ildən daimi sosial müavinət, təqaüd alır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət məşğulluq Agentliyinin 12 saylı Ərazi Məşğulluq Mərkəzi Filialı tərəfindən verilmiş 13 sentyabr 2021-ci il tarixli **********3 nömrəli arayışdan görünür ki, Cavabdeh həqiqətən 04.03.2020-ci il tarixdə X9 işaxtaran kimi qeydiyyata alınmışdır. Onun adına Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Yoxlamaların Mərkəzləşdirilmiş X1 «Əmək müqaviləsi bildirişləri» Alt sistemində aktiv əmək müqaviləsi qeydə alınmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34-cü maddələrinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 78.1, 78.2 və 112.1-ci maddələrinə və “Uşaq hüquqları haqqında “Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Konstitusiyanın 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcədə aliment verməyə borclu olan valideyn qazancı (gəliri) qeyri müntəzəm dəyişən olarsa,ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa , yaxud onun qazancı və sair gəliri yoxdursa , habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti,diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında “Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, İddiaçı 2006-cı ildə Cavabdeh ilə evlənmişdir. Birgə nikahlarından 15 iyul 2007-ci ildə X11 və 28 oktyabr 2008-ci ildə isə X12 adında iki uşaqları olmuşdur. Onlar 04 aprel 2009-cu ildə rəsmi nikah bağlamışlar. Tərəflərin arasında olan nikah pozulmuş və Balakən Rayon Məhkəməsinin 21 yanvar 2015-ci il tarixli 2(019)-97/2015 nömrəli qətnaməsinə əsasən Cavabdeh 22 dekabr 2014-cü il tarixdən başlayaraq 15 iyul 2007-ci ildə anadan olmuş X4 və 28 oktyabr 2008-ci ildə anadan olmuş X7 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər bir uşaq üçün 70 (yetmiş) manat sabit pul məbləğində alimentin tutulub İddiaçı verilməsi , iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı ödənilən alimentin miqdarının uşağın tələbatını ödəmədiyini göstərərək hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh digər nikahından da bir azyaşlı uşağı vardır. Birinci instansiya məhkəməsi tərəflər arasında alimentin ödənməsi ilə bağlı saziş olmamasını, cavabdehin ödədiyi alimentin iddiaçının himayəsində olan uşaqların tələbatını ödəməməsini, tərəflərin maddi və ailə vəziyyətlərini, iddiaçının cavabdehin qazancı barədə heç bir sübut təqdim edə bilməməsini, cavabdehin öhdəsində digər nikahından da bir azyaşlı uşağının olmasını nəzərə alaraq hesab etmişdir ki, iddia qismən təmin edilməli, Balakən Rayon Məhkəməsinin 21 yanvar 2015-ci il tarixli 2(019)-97/2015 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli, qətnamə qanuni qüvvəsini aldığı gündən başlayaraq 15 iyul 2007-ci ildə anadan olmuş X4 və 28 oktyabr 2008-ci ildə anadan olmuş X7 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay hər bir uşaq üçün 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə iddiaçının dövlət rüsumunu ödəməkdən azad edilməsini nəzərə alaraq hesab etmişdir ki, Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı qismən təmin edərkən iddianın təmin olunmuş hissəsində hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən həmin hissədə əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası cavabdehin, cavabdehin nümayəndəsi və vəkilinin apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdehin nümayəndəsi və vəkili də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı qismən təmin edərkən iddianın təmin olunmuş hissəsində düzgün nəticəyə gəldiyindən və qətnаmə həmin hissədə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin həmin hissədə аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Balakən Rayon Məhkəməsinin 18 oktyabr 2021-ci il tarixli 2(019)-999/2021 nömrəli qətnaməsi mübahisələndirilən - iddianın təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Balakən Rayon Məhkəməsinin 18 oktyabr 2021-ci il tarixli 2(019)-999/2021 nömrəli qətnaməsi mübahisələndirilən - iddianın təmin olunmuş hissəsində dəyişdirilmədən sаxlаnılsın. Qətnamədən kassasiya şikayəti verə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-195/2022
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-195/2022
12.01.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver