Məhkəmə qərarları › İş №2(107)-195/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-195/2025

28.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-195/2025 28.01.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər X6, Cavabdeh2, "xxxx" MMC və Cavabdeh3 qarşı (açar sözlər: Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr) Sədrlik edən (məruzəçi) -Hüseynov Elçin Şirin oğlu; Hakimlər - X7 və Sadiqov Zülfüqar Əhməd oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Həmidova Günel Vahid qızının katibliyi, İddiaçı - İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər X6, Cavabdeh2, "xxxx" MMC və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və borc məbləğinin ipoteka predmetinə yönəldilməsi tələbinə dair” mülki iş üzrə Ucar Rayon Məhkəməsinin 03 noyabr 2023-cü il tаrixli, 2(063)-2/2023 saylı qətnаməsindən cavabdehlər X6, Cavabdeh2 və Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları

1. İş materiallarında olan 29 oktyabr 2012-ci il tarixli, 26L000000758 nömrəli kredit xətti müqaviləsindən görünür ki, iddiaçı-bank bu müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə verilən kreditlər üçün kredit alana- birinci cavabdehə (X4) ******* USD məbləğində kredit xəttini açmışdır. Kreditlər tərəflər arasında “kredit razılaşması” və “bank qarantiyası verilməsi haqqında” müqavilə formasında bağlanmış ayrıca razılaşma əsasında veriləcəkdir. Bu müqavilə bankın kredit vermək vədini ifadə etmir.

2. İş materiallarında olan 29 oktyabr 2012-ci il tarixli, 26L000000758 nömrəli kredit xətti müqaviləsi üzrə 26R000001679 nömrəli, 30 oktyabr 2012-ci il tarixli kredit razılaşmasından görünür ki, iddiaçı-bank 400000 USD məbləğində krediti aylıq faiz dərəcəsi 1.5 faiz olmaqla 36 ay müddətinə kredit alana-birinci cavabdehə verməyi, kredit alan isə bu kredit razılaşmasının ayrılmaz hissəsi olan 1 saylı əlavədə göstərilmiş ödəniş planına əsasən razılaşdırılmış tarixlərdə kredit məbləğini, ona hesablanmış faizlə birlikdə banka qaytarmağı öhdələrinə götürmüşlər.

3. İş materiallarında olan kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında 10 mart 2015-ci il tarixli, 26R000001679S nömrəli sazişdən görünür ki, bank ilə kredit alan arasında 29 oktyabr 2012-ci il tarixli, 26L000000758 nömrəli kredit xətti müqaviləsi üzrə 30 oktyabr 2012-ci il tarixdə bağlanmış 26R000001679 nömrəli kredit razılaşmasının ayrılmaz hissəsi olan 30 oktyabr 2012-ci il tarixli ödəniş planı ilə müəyyən olunmuş ödəniş məbləğləri və ödəniş tarixləri bu sazişə əlavə olunan 10 mart 2015-ci il tarixli ödəniş planına uyğun olaraq dəyişdirilir.

4. İş materiallarında olan kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında 30 oktyabr 2015-ci il tarixli, 26R000001679SA nömrəli sazişdən görünür ki, bank ilə kredit alan arasında 29 oktyabr 2012-ci il tarixli, 26L000000758 nömrəli kredit xətti müqaviləsi üzrə 30 oktyabr 2012-ci il tarixdə bağlanmış 26R000001679 nömrəli kredit razılaşmasının ayrılmaz hissəsi olan 30 oktyabr 2012-ci il tarixli ödəniş planı ilə müəyyən olunmuş ödəniş məbləğləri və ödəniş tarixləri bu sazişə əlavə olunan 30 oktyabr 2015-ci il tarixli ödəniş planına (“yeni ödəniş planı”) uyğun olaraq dəyişdirilir.

5. İş materiallarında olan kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında 18 fevral 2016-cı il tarixli, 26R000001679SB nömrəli sazişdən görünür ki, bank ilə kredit alan arasında 29 oktyabr 2012-ci il tarixli, 26L000000758 nömrəli kredit xətti müqaviləsi üzrə 30 oktyabr 2012-ci il tarixdə bağlanmış 26R000001679 nömrəli kredit razılaşması (“kredit razılaşması”) əsasında verilmiş kreditin qalıq məbləğinə 18 fevral 2016-cı il tarixdən aylıq 1,2083 faiz dərəcəsi ilə faizlər hesablanır və kredit alan, kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu sazişə əlavə olunan 18 fevral 1016-cı il tarixli ödəniş planına uyğun olaraq banka ödəməlidir.

6. İş materiallarında olan kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında 24 noyabr 2016-cı il tarixli, 26R000001679SC nömrəli sazişdən görünür ki, bank ilə kredit alan arasında 29 oktyabr 2012-ci il tarixli, 26L000000758 nömrəli kredit xətti müqaviləsi üzrə 30 oktyabr 2012-ci il tarixdə bağlanmış 26R000001679 nömrəli kredit razılaşması (“kredit razılaşması”) əsasında kredit alan, kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu sazişə əlavə olunan 24 noyabr 2016-cı il tarixli ödəniş planına uyğun olaraq banka ödəməlidir.

7. İş materiallarında olan kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında 25 yanvar 2017-ci il tarixli, 26R000001679SD nömrəli sazişdən görünür ki, bank ilə kredit alan arasında 29 oktyabr 2012-ci il tarixli, 26L000000758 nömrəli kredit xətti müqaviləsi üzrə 30 oktyabr 2012-ci il tarixdə bağlanmış 26R000001679 nömrəli kredit razılaşması (“kredit razılaşması”) əsasında kredit alan, kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu sazişə əlavə olunan 25 yanvar 2017-ci il tarixli ödəniş planına uyğun olaraq banka ödəməlidir.

8. İş materiallarında olan kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında 19 may 2017-ci il tarixli, 26R000001679SE nömrəli sazişdən görünür ki, bank ilə kredit alan arasında 29 oktyabr 2012-ci il tarixli, 26L000000758 nömrəli kredit xətti müqaviləsi üzrə 30 oktyabr 2012-ci il tarixdə bağlanmış 26R000001679 nömrəli kredit razılaşması (“kredit razılaşması”) əsasında kredit alan, kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu sazişə əlavə olunan 19 may 2017-ci il tarixli ödəniş planına uyğun olaraq banka ödəməlidir.

9. İş materiallarında olan kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında 21 avqust 2017-ci il tarixli, 26R000001679SF nömrəli sazişdən görünür ki, bank ilə kredit alan arasında 29 oktyabr 2012-ci il tarixli, 26L000000758 nömrəli kredit xətti müqaviləsi üzrə 30 oktyabr 2012-ci il tarixdə bağlanmış 26R000001679 nömrəli kredit razılaşması (“kredit razılaşması”) əsasında kredit alan, kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu sazişə əlavə olunan 21 avqust 2017-ci il tarixli ödəniş planına uyğun olaraq banka ödəməlidir.

10. İş materiallarında olan kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında 30 noyabr 2017-ci il tarixli, 26R000001679SG nömrəli sazişdən görünür ki, bank ilə kredit alan arasında 29 oktyabr 2012-ci il tarixli, 26L000000758 nömrəli kredit xətti müqaviləsi üzrə 30 oktyabr 2012-ci il tarixdə bağlanmış 26R000001679 nömrəli kredit razılaşması (“kredit razılaşması”) əsasında kredit alan, kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu sazişə əlavə olunan 30 noyabr 2017-ci il tarixli ödəniş planına uyğun olaraq banka ödəməlidir.

11. İş materiallarında olan 29 oktyabr 2012-ci il tarixli, 26L000000758 nömrəli kredit xətti müqaviləsi üzrə 26R000004685 nömrəli, 24 fevral 2014-cü il tarixli kredit razılaşmasından görünür ki, iddiaçı-bank 300000 USD məbləğində krediti aylıq faiz dərəcəsi 1,3333 faiz olmaqla 36 ay müddətinə kredit alana-birinci cavabdehə verməyi, kredit alan isə bu kredit razılaşmasının ayrılmaz hissəsi olan 1 saylı əlavədə göstərilmiş ödəniş planına əsasən razılaşdırılmış tarixlərdə kredit məbləğini, ona hesablanmış faizlə birlikdə banka qaytarmağı öhdələrinə götürmüşlər.

12. İş materiallarında olan kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında 10 mart 2015-ci il tarixli, 26R000004685S nömrəli sazişdən görünür ki, bank ilə kredit alan arasında 29 oktyabr 2012-ci il tarixli, 26L000000758 nömrəli uzunmüddətli kredit müqaviləsi üzrə 24 fevral 2014-cü il tarixdə bağlanmış 26R000004685 nömrəli kredit razılaşmasının ayrılmaz hissəsi olan 24 fevral 2014-cü il tarixli ödəniş planı ilə müəyyən olunmuş ödəniş məbləğləri və ödəniş tarixləri bu sazişə əlavə olunan 10 mart 2015-ci il tarixli ödəniş planına uyğun olaraq dəyişdirilir.

13. İş materiallarında olan kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında 30 oktyabr 2015-ci il tarixli, 26R000004685SA nömrəli sazişdən görünür ki, bank ilə kredit alan arasında 29 oktyabr 2012-ci il tarixli, 26L000000758 nömrəli kredit xətti müqaviləsi üzrə 24 fevral 2014-cü il tarixdə bağlanmış 26R000004685 nömrəli kredit razılaşmasının ayrılmaz hissəsi olan 24 fevral 2014-cü il tarixli ödəniş planı ilə müəyyən olunmuş ödəniş məbləğləri və ödəniş tarixləri bu sazişə əlavə olunan 30 oktyabr 2015-ci il tarixli ödəniş planına (“yeni ödəniş planı”) uyğun olaraq dəyişdirilir.

14. İş materiallarında olan kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında 18 fevral 2016-cı il tarixli, 26R000004685SB nömrəli sazişdən görünür ki, bank ilə kredit alan arasında 29 oktyabr 2012-ci il tarixli, 26L000000758 nömrəli kredit xətti müqaviləsi üzrə 24 fevral 2014-cü il tarixdə bağlanmış 26R000004685 nömrəli kredit razılaşması (“kredit razılaşması") əsasında verilmiş kreditin qalıq məbləğinə 18 fevral 2016-cı il tarixdən aylıq 1,20833 faiz dərəcəsi ilə faizlər hesablanır və kredit alan, kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu sazişə əlavə olunan 18 fevral 2016-cı il tarixli ödəniş planına uyğun olaraq banka ödəməlidir.

15. İş materiallarında olan kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında 24 noyabr 2016-cı il tarixli, 26R000004685SC nömrəli sazişdən görünür ki, bank ilə kredit alan arasında 29 oktyabr 2012-ci il tarixli, 26L000000758 nömrəli kredit xətti müqaviləsi üzrə 24 fevral 2014-cü il tarixdə bağlanmış 26R000004685 nömrəli kredit razılaşması (“kredit razılaşması”) əsasında kredit alan, kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu sazişə əlavə olunan 24 noyabr 2016-cı il tarixli ödəniş planına uyğun olaraq banka ödəməlidir.

16. İş materiallarında olan kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında 25 yanvar 2017-ci il tarixli, 26R000004685SD nömrəli sazişdən görünür ki, bank ilə kredit alan arasında 29 oktyabr 2012-ci il tarixli, 26L000000758 nömrəli kredit xətti müqaviləsi üzrə 24 fevral 2014-cü il tarixdə bağlanmış 26R000004685 nömrəli kredit razılaşması (“kredit razılaşması”) əsasında kredit alan, kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu sazişə əlavə olunan 25 yanvar 2017-ci il tarixli ödəniş planına uyğun olaraq banka ödəməlidir.

17. İş materiallarında olan kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında 19 may 2017-ci il tarixli, 26R000004685SE nömrəli sazişdən görünür ki, bank ilə kredit alan arasında 29 oktyabr 2012-ci il tarixli, 26L000000758 nömrəli kredit xətti müqaviləsi üzrə 24 fevral 2014-cü il tarixdə bağlanmış 26R000004685 nömrəli kredit razılaşması (“kredit razılaşması”) əsasında kredit alan, kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu sazişə əlavə olunan 19 may 2017-ci il tarixli ödəniş planına uyğun olaraq banka ödəməlidir.

18. İş materiallarında olan kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında 21 avqust 2017-ci il tarixli, 26R000004685SF nömrəli sazişdən görünür ki, bank ilə kredit alan arasında 29 oktyabr 2012-ci il tarixli, 26L000000758 nömrəli kredit xətti müqaviləsi üzrə 24 fevral 2014-cü il tarixdə bağlanmış 26R000004685 nömrəli kredit razılaşması (“kredit razılaşması”) əsasında kredit alan, kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu sazişə əlavə olunan 21 avqust 2017-ci il tarixli ödəniş planına uyğun olaraq banka ödəməlidir.

19. İş materiallarında olan kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında 30 noyabr 2017-ci il tarixli, 26R000004685SG nömrəli sazişdən görünür ki, bank ilə kredit alan arasında 29 oktyabr 2012-ci il tarixli, 26L000000758 nömrəli kredit xətti müqaviləsi üzrə 24 fevral 2014-cü il tarixdə bağlanmış 26R000004685 nömrəli kredit razılaşması (“kredit razılaşması”) əsasında kredit alan, kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu sazişə əlavə olunan 30 noyabr 2017-ci il tarixli ödəniş planına uyğun olaraq banka ödəməlidir.

20. İş materiallarında olan 29 oktyabr 2012-ci il tarixli, 26S000001539 nömrəli zaminlik müqaviləsindən görünür ki, 29 oktyabr 2012-ci il tarixdə iddiaçı ilə ikinci cavabdeh (Cavabdeh2) arasında zaminlik müqaviləsi bağlanmış və zamin, borclunun kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır.

21. İş materiallarında olan 29 oktyabr 2012-ci il tarixli, 26S000001538 nömrəli zaminlik müqaviləsindən görünür ki, 29 oktyabr 2012-ci il tarixdə iddiaçı ilə üçüncü cavabdeh ("xxxx" MMC) arasında zaminlik müqaviləsi bağlanmış və zamin, borclunun kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır.

22. İş materiallarında olan 29 oktyabr 2012-ci il tarixli, 26S000001540 nömrəli zaminlik müqaviləsindən görünür ki, 29 oktyabr 2012-ci il tarixdə iddiaçı ilə dördüncü cavabdeh (Cavabdeh3) arasında zaminlik müqaviləsi bağlanmış və zamin, borclunun kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır.

23. İş materiallarında olan 29 oktyabr 2012-ci il tarixli, 26M000000300 nömrəli ipoteka müqaviləsinin lazımi qaydada təsdiq olunmuş surətindən görünür ki, 29 oktyabr 2012-ci il tarixdə iddiaçı ilə birinci cavabdeh arasında ipoteka müqaviləsi bağlanmış və ipoteka Ucar şəhəri, 20 Yanvar küçəsində xüsusi mülkiyyətdə olan 0.185 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən, xüsusi mülkiyyətdə olan 1713.3 kv.metr ümumi sahədən ibarət 1 mərtəbəli, 54 nömrəli qeyri-yaşayış binasını (təyinatı: ticarət) ipoteka ilə yüklü etmiş və ipoteka ilə yüklü edilmiş əmlakın dəyəri tərəflərin qarşılıqlı razılığı ilə 322785,72 manat məbləğində qiymətləndirilmişdir.

24. İş materiallarında olan RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Ucar şəhəri, 20 Yanvar küçəsində xüsusi mülkiyyətdə olan 0.185 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 54 nömrəli qeyri-yaşayış binası daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 49 nömrəli vərəqində 30 oktyabr 2012-ci ildə ipoteka növündə iddiaçının xeyrinə yüklü edilməklə qeydiyyata alınmışdır.

25. Kredit razılaşmalarının 4.2.2-ci bəndində göstərilmişdir ki, kredit alan ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,5 faizi məbləğində cərimə ödəyir. 26 İş materiallarında olan 25 iyun 2021-ci il tarixli, 14999 nömrəli maliyyə arayışından görünür ki, birinci cavabdehin 26R000001679 saylı, 30 oktyabr 2012-ci il tarixli kredit razılaşması üzrə 16 oktyabr 2019-cu il tarixə iddiaçıya olan borcu əsas borc üzrə 65237.31 USD, faiz borcu üzrə 37750.49 USD, cərimə borcu üzrə 52497.77 USD, cəmi 155485.57 USD təşkil edir.

27. İş materiallarında olan 25 iyun 2021-ci il tarixli, 15000 nömrəli maliyyə arayışından görünür ki, birinci cavabdehin 26R000004685 saylı, 24 fevral 2014-cü il tarixli kredit razılaşması üzrə 16 oktyabr 2019-cu il tarixə iddiaçıya olan borcu əsas borc üzrə 160917.54 USD, faiz borcu üzrə 92419.29 USD, cərimə borcu üzrə 107357.74 USD, cəmi 360694,57 USD təşkil edir.

28. İş materiallarında olan digər sənədlərdən görünür ki, iddiaçı tərəfindən birinci, ikinci və üçüncü və dördüncü cavabdehlərə xəbərdarlıqlar, birinci cavabdehə 28 avqust 2018-ci il tarixli, 11639 nömrəli ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildiriş, həmçinin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsinə 31 avqust 2018-ci il tarixli, 11929 nömrəli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması barədə ərizə göndərilmişdir.

II. İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

29. İddiaçı cavabdehlərə qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və borc tələbinin ipoteka predmetinə yönəldilməsi barədə iddia ərizəsi və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək birinci cavabdeh ilə iddiaçı arasında bağlanılmış 29 oktyabr 2012-ci il tarixli, 26L000000758 saylı kredit xətti müqaviləsinə, 30 oktyabr 2012-ci il tarixli, 26R000001679 saylı və 24 fevral 2014-cü il tarixli, 26R000004685 saylı kredit razılaşmalarına xitam verilməsi, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 26R000001679 saylı kredit razılaşması üzrə 65237.31 USD məbləğində kredit borcu, 37750.49 USD məbləğində faiz borcu və 52497.77 USD məbləğində cərimə borcu olmaqla, cəmi 155485.57 USD borcun, 26R000004685 saylı kredit razılaşması üzrə 160917.54 USD məbləğində kredit borcu, 92419.29 USD məbləğində faiz borcu və 107357.74 USD məbləğində çərimə borcu olmaqla, cəmi 360694.57 USD borcun, ümumilikdə iki kredit razılaşması üzrə cəmi 516180,14 USD məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqlarının tutulması, tələbin Ucar şəhəri, 20 Yanvar küçəsində mülkiyyətində olan 0.185 ha torpaq sahəsi və onun üzərində yerləşən 1 mərtəbəli 1713.3 kv.metr ümumi sahədən ibarət 54 nömrəli qeyri-yaşayış binasına yönəldilməsinə, həmin əmlakın açıq hərracdan satılması və 516180.14 məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqlarının ipoteka predmetinin açıq hərracdan satışından əldə olunan vəsait hesabına iddiaçıya ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən iddiaçının xeyrinə müştərək qaydada tutulması və Ucar şəhəri, 20 Yanvar küçəsində mülkiyyətində olan 0.185 ha torpaq sahəsi və onun üzərində yerləşən 1 mərtəbəli 1713.3 kv.metr ümumi sahədən ibarət 54 nömrəli qeyri yaşayış binasına tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

30. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi sonuncu tələb həcmində iddianı müdafiə edərək təmin edilməsini xahiş edərək izahatında göstərmişdir ki, birinci cavabdehə iddiaçı ilə bağladığı 29 oktyabr 2012-ci il tarixli, 26L000000758 saylı kredit xətti müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə ******* (iki milyon) USD məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə birinci cavabdeh iddiaçı ilə bağladığı 30 oktyabr 2012-ci il tarixli, 26R000001679 saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.5 faiz olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 400000 (dörd yüz min) USD məbləğində kredit götürmüşdür.Tərəflərin imzaladıqları 10 mart 2015-ci il tarixli, 26R000001679S saylı, 30 oktyabr 2015-ci il tarixli, 26R000001679SA saylı, 18 fevral 2016-cı il tarixli, 26R000001679SB saylı, 24 noyabr 2016-cı il tarixli, 26R000001679SC saylı, 25 yanvar 2017-ci il tarixli, 26R000001679SD saylı, 19 may 2017-ci il tarixli, 26R000001679SE saylı, 21 avqust 2017-ci il tarixli, 26R000001679SF saylı, 30 noyabr 2017-ci il tarixli, 26R000001679SG saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Birinci cavabdeh kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri banka qaytarmamışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5 faiz məbləğində cərimə ödəməlidir. Bundan başqa, kredit xətti müqaviləsi üzrə birinci cavabdeh iddiaçı ilə bağladığı 24 fevral 2014-cü il tarixli, 26R000004685 saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.3333 faiz olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 300000 (üç yüz min) USD məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 10 mart 2015-ci il tarixli, 26R000004685S saylı, 30 oktyabr 2015-ci il tarixli, 26R000004685SA saylı, 18 fevral 2016-cı il tarixli, 26R000004685SB saylı, 24 noyabr 2016-cı il tarixli, 26R000004685SC saylı, 25 yanvar 2017-ci il tarixli, 26R000004685SD saylı, 19 may 2017-ci il tarixli, 26R000004685SE saylı, 21 avqust 2017-ci il tarixli, 26R000004685SF saylı, 30 noyabr 2017-ci il tarixli, 26R000004685SG saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Birinci cavabdeh kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri banka qaytarmamışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5 faiz məbləğində cərimə ödəməlidir. Kredit xətti müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Kredit xətti müqaviləsi üzrə birinci cavabdehin öhdəliklərinin icrasını təmin etmək məqsədilə ikinci, üçüncü və dördüncü cavabdehlər zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən yuxarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında birinci cavabdeh ilə birgə məsuliyyət daşıyır və kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Kredit xətti müqaviləsi üzrə birinci cavabdehin öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə cavabdeh-ipoteka verən birinci cavabdehin iddiaçı ilə bağladığı 29 oktyabr 2012-ci il tarixli, 26M000000300 saylı ipoteka müqaviləsi əsasında Ucar şəhəri, 20 Yanvar küçəsində mülkiyyətində olan 0.185 ha torpaq sahəsi və onun üzərində yerləşən 1 mərtəbəli 1713.3 kv.metr ümumi sahədən ibarət 54 nömrəli qeyri-yaşayış binasını iddiaçının xeyrinə ipoteka ilə yüklü etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ucar Ərazi idarəsi tərəfindən 1 nömrəli reyestr kitabının 49 nömrəli vərəqində qeydiyyata alınmış və seriya RX, ******* nömrəli çıxarışa əsasən Ucar şəhəri, 20 Yanvar küçəsində mülkiyyətində olan 0.185 ha torpaq sahəsi və onun üzərində yerləşən 1 mərtəbəli 1713.3 kv.metr ümumi sahədən ibarət 54 nömrəli qeyri-yaşayış binasını birinci cavabdehin öhdəliklərinin icrasını təmin etmək üçün iddiaçının xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1.1-34.1.3-cü bəndlərində əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtin yerinə yetirilməməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi anı kimi nəzərdə tutulmuşdur. İpoteka saxlayan iddiaçı tərəfindən cavabdeh-ipoteka verən birinci cavabdehə “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci bəndinə uyğun olaraq ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərilmiş, bildiriş qəbul edilmiş və bu barədə akt tərtib edilmişdir, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında həmin bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portafı vasitəsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsinə təqdim olunmuş və idarədə qeydə alınmışdır. İddiaçı ipoteka bildirişinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsində qeydiyyata alınması üçün ümumilikdə 10 manat dövlət rüsumu və 21 manat xidmət haqqı ödəmişdir. İşə məhkəmədə baxarkən həmin iddia ərizəsinə əlavənin verilməsinə zərurət yaranmışdır. Belə ki, 30 oktyabr 2012-ci il tarixli, 26R000001679 saylı kredit razılaşması üzrə əsas kredit borcundan qismən ödəniş edilmişdir. Əlavə olaraq bildirdi ki, ekspert rəyi ilə razı deyildir. Rəydə əsas borc çox göstərilsə də faiz borcu düzgün nəzərə alınmamışdır, cərimə isə ümumiyyətlə hesablanmamışdır. Halbuki, kredit razılaşmalarında cərimənin hesablanması öz əksini tapmışdır. Kredit razılaşmasının 4.2.2-ci bəndinə əsasən borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5 faiz məbləğində cərimə ödəməlidir.

31. Birinci instansiya məhkəməsinin iclasında cavabdehlərin nümayəndəsi və vəkili sonuncu tələb həcmində iddianı qismən qəbul etdiyini bildirmiş və izahatında göstərmişdir ki, iddiaçı ilə kredit xətti müqaviləsi və kredit razılaşmaları bağlanmışdır, cavabdehin iddiaçıya borcu olsa da tələb borc məbləğində deyildir. Ekspert rəyi ilə bunun əsasları göstərilmişdir. Rəylə də qismən razıdır. Qeyri-yaşayış sahəsinin qiymətləndirilməsi ilə razıdır.

32. Ucar Rayon Məhkəməsinin (hakim Hilal Xəlilov) 03 noyabr 2023-cü il tаrixli, 2(063)-2/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə cavabdeh X6 arasında bağlanmış 29 oktyabr 2012-ci il tarixli, 26L000000758 saylı kredit xətti müqaviləsinə, 30 oktyabr 2012-ci il tarixli, 26R000001679 saylı və 24 fevral 2014-cü il tarixli, 26R000004685 saylı kredit razılaşmalarına xitam verilməsi, cavabdehlər X2, Cavabdeh2, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən və Cavabdeh3 müştərək qaydada 26R000001679 nömrəli kredit razılaşması üzrə əsas borca görə 65.237,31 USD, faiz borcuna görə 12.343,60 USD, cəriməyə (dəbbə puluna) görə 5000 USD, cəmi 82.580,91 USD, 26R000004685 nömrəli kredit razılaşması üzrə əsas borca görə 160.917,54 USD, cəriməyə (dəbbə puluna) görə 10000 USD, cəmi 170.917,54 USD, ümumilikdə hər iki razılaşma üzrə 253.498,45 USD məbləğində pul ödənilən gün məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə, habelə iş üzrə ödənilmiş dövlət rüsumuna görə 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 10 manat və xidmət haqqına görə 21 manat, ümumilikdə 61 (altmış bir) manat məbləğində pul tutularaq iddiaçı “AccessBank" QSC-yə ödənilməsi, tələb ipoteka predmeti olan Ucar şəhəri, 20 Yanvar küçəsində X3 mülkiyyətində olan 0.185 ha torpaq sahəsinə və onun üzərində yerləşən 1 mərtəbəli 1713.3 kv.metr ümumi sahədən ibarət 54 nömrəli qeyri-yaşayış binasına yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiyməti 771.000 manat müəyyən edilməklə qeyri-yaşayış binası və qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin açıq hərracda satılması, satıldıqdan 1 ay ərzində qeyri-yaşayış binası və qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin boşaldılması, satışdan əldə edilən məbləğ İddiaçı QSC-nin tələbindən artıq olarsa, artıq məbləğ cavabdeh X4 qaytarılması, iddianın qalan hissədə təmin edilməməsi, cavabdeh X2 iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyərinə görə 200 manat, 50 manat və 200) manat olmaqla, cəmi 450 manat X1 (kod:210005, VÖEN **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) və 500 (beş yüz) manat "xxxx" MMC-nin xeyrinə tutulması qət edilmişdir.

33. Məhkəmə müəyyən etmişdir ki, iddiaçı ilə birinci cavabdeh arasında azad surətdə və şərtləri müəyyənləşdirilməklə kredit xətti müqaviləsi, kredit razılaşmaları, kredit müqaviləsinin təminatı olaraq ipoteka müqaviləsi bağlanmış və birinci cavabdeh iddiaçı qarşısında öz öhdəliklərini lazımınca və vaxtında icra etməmiş, müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozmuş, bununla da iddiaçı öz qanunla qorunan hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdur.

34. Məhkəmə hesab etmişdir ki, ikinci, üçüncü və dördüncü cavabdehlər iddiaçı ilə zaminlik müqavilələri bağlamaqla kredit alanın bank qarşısında olan öz öhdəliklərini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərlərinə götürmüşlər və mülki qanunvericiliyin tələbinə görə borc alanla birlikdə məsuliyyət daşıyırlar.

35. Məhkəmə, kredit xətti müqaviləsinə və kredit razılaşmalarına xitam verilməsi ilə bağlı qeyd etmişdir ki, tərəflər arasında kredit xətti müqaviləsi və kredit razılaşmaları üzrə müəyyən şərtlər müəyyən olunmuş, lakin birinci cavabdeh kredit xətti müqaviləsinin və kredit razılaşmalarının şərtlərini əhəmiyyətli dərəcədə pozmaqla, iddiaçını ümid etməyə haqqı çatanlardan məhrum etmiş, öz riski ilə kredit xətti müqaviləsi və kredit razılaşmaları bağladığından həmin kredit xətti müqaviləsi və razılaşmalar üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Ona görə də kredit xətti müqaviləsinə və kredit razılaşmalarına xitam verilməlidir.

36. Məhkəmə hesab etmişdir ki, borclu-birinci cavabdeh öz öhdəliyini lazımınca və vaxtında icra etməmişdir, buna görə də tutma ipoteka saxlayanın tələbi ilə ipoteka predmetinə yönəldilməli, eyni zamanda, ipoteka predmetinin ilkin satış qiyməti yuxarıda qeyd olunan rəy ilə müəyyən edildiyi kimi, yəni 771000 manat göstərilməlidir.

37. Məhkəmə belə nəticəyə gəlmişdir ki, müqavilə şərtləri, habelə iddiaçının bu barədə tələbi nəzərə alınmaqla cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə cərimə tutulmalı, bu zaman MPM-in 467-ci maddəsinin tələbləri də nəzərə alınmalıdır. Məhkəmə nəzərə almışdır ki, cərimənin göstərilən həcmdə tutulması cavabdehlərin əmlak mənafelərinə xələl gətirə bilər. Cərimənin məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən cəriməni əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə bu nəticəyə gəlir ki, kredit razılaşmalarından irəli gələn cərimə tələbi tənasübsüz surətdə yüksək olduğundan azaldılmalı və iddia həmin hissədə qismən təmin edilməlidir.

38. Məhkəmə, iddiaçının hərracda satışdan əldə olunmuş vəsaitin borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən müştərək qaydada tutulması tələbini əsaslı hesab etməyərək göstərmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununda məcburi icra tədbirləri nəzərdə tutulmuşdur və qeyd olunan məsələlər icra zamanı həll edilə bilər. Buna görə də iddia hərracda satışdan əldə olunmuş vəsaitin borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən müştərək qaydada tutulması hissəsində təmin edilməməlidir.

39. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 14.2, 269.7, 385.1, 389.1, 390.1, 421.1, 421.2, 442, 448.1, 462.1, 467, 739.1, 739.2-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 33, 39.1, 39.3.3, 41.1, 47.4, 59.3-cü və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 177.1, 119, 216-220-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

40. Qətnamədən narazı qalan cavabdehlər X6, Cavabdeh2 və Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikаyəti vermişdir.

III. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Apellyasiya şikayətinin dəlilləri

41. Nümayəndə və Vəkil apellyasiya şikayətini belə əsaslandırmışdır ki, ...məhkəmə prosesi zamanı tərəflər arasında olan müzakirələrdən belə aydın olmuşdur ki, ümumilikdə hər iki razılaşma üzrə borcun məbləği 253 498.45 ABŞ dolları deyil, 226 000 ABŞ dolları təşkil edir. Qətnamədə məhkəmənin əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar dəqiq göstərilməmişdir. Qətnamənin əksər hissəsi təsvir edici məsələlərdir, əsaslandırıcı hissədə isə məhkəmə vacib məqamlara toxunmamışdır. Məhkəmə yalnız iddiaçının göstərdiyi məlumatları sadalamaqla kifayətlənmiş, hər bir sübutu qətnamədə şərh etməmiş, sübutlar əlaqələndirilməmiş və sübutun işə hansı aidiyyətinin olmasını müəyyən elməmişdir. Göstərdiyi sübutlara isə ümumilikdə heç bir qiymət verməmişdir. Göründüyü kimi məhkəmə onun hüquqlarının qorunmasını təmin etməmiş, formal xarakterli və hüquqi cəhətdən əsaslandırılmamış qətnamə qəbul etmişdir. Halbuki o, haqlı olmağını təsdiq edən çoxsaylı sübut və məlumatları məhkəməyə təqdim etsə də, lakin məhkəmə obyektivliyi təmin etmədən, yalnız iddiaçının dəlillərini əsas tutaraq qətnamə qəbul etmişdir. Nəticədə tərəflərin hüquq bərabərliyini prinsipi və onun hüquqları pozulmuşdur. Göstərilənlərə əsasən Ucar Rayon Məhkəməsinin 03 noyabr 2023-cü il tаrixli, 2(063)-2/2023 saylı qətnaməsinin qismən ləğv edilərək ümumilikdə hər iki razılaşma üzrə cəmi borc məbləğinin 226.000 ABŞ dolları məbləğində müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

42. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

43. Şəki Apellyasiya Məhkəməsinin 28 yanvar 2025-ci il tarixli, 2(107)-195/2025 saylı qərardadı ilə Ucar Rayon Məhkəməsinin 03 noyabr 2023-cü il tаrixli, 2(063)-2/2023 saylı qətnaməsindən verilmiş apellyasiya şikayəti mübahisə tərəfi olmayan, üçüncü şəxs qismində cəlb edilməyən X5 münasibətdə qeyri-mümkün hesab edilmişdir.

44. Məhkəmə kollegiyasının iclasında İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini, Ucar Rayon Məhkəməsinin 03 noyabr 2023-cü il tаrixli, 2(063)-2/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

45. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər X6, Cavabdeh2 və onların nümayəndəsi və vəkili Vəkil təkrarən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Cavabdehlər X6, Cavabdeh2 və Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək başqa məhkəmədə işi olduğundan hazırkı iclasda iştirak edə bilməyəcəyini və iclasın başqa vaxta təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, cavabdehlər X6, Cavabdeh2 və onların nümayəndəsi və vəkili Vəkil iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

46. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

47. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.

48. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.

49. İş üzrə cavabdehlərin nümayəndəsi və vəkili birinci instansiya məhkəməsinin qətnaməsini qismən – “ümumilikdə hər iki razılaşma üzrə cəmi borc məbləğinin tutulması” hissəsində mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissədə yoxlanılacaqdır.

V. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi:

50. Maddə 14.2.1 Qаnunvericilikdə nəzərdə tutulmuş müqаvilələr və bаşqа əqdlər mülki hüquqlаrın və vəzifələrin əmələ gəlməsi əsаslаrındаn biridir.

51. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

52. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

53. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

54. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

55. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.

56. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatandalardan xeyli dərəcədə məhrum olur.

57. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

58. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

59. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

60. Maddə 739.1 (köhnə redaksiyada) Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

61. Maddə 739.2 (köhnə redaksiyada). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

“İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu:

62. Maddə 1.0.9. İlkin satış qiyməti bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir.

63. Maddə 33. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər.

64. Maddə 39.1. İpoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər.

65. Maddə 39.3.3. İpoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.

66. Maddə 41.1. İpoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda satıla bilər.

67. Maddə 47.4. Həmin Qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

68. Maddə 14.2-ci Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

69. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

70. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

71. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

72. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

73. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

74. Maddə 372.1 Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, İş materiallarında olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

75. Maddə 372.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

76. Maddə 372.7 Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

77. Maddə 384.0.1 Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

78. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

VI. Apellyasiya məhkəməsinin mövqeyi

79. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Ucar Rayon Məhkəməsinin 03 noyabr 2023-cü il tаrixli, 2(063)-2/2023 saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

80. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

81. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

82. Müəyyən edilmişdir ki, birinci cavabdehə (X6) iddiaçı ilə bağladığı 29 oktyabr 2012-ci il tarixli, 26L000000758 saylı kredit xətti müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə ******* (iki milyon) USD məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə birinci cavabdeh iddiaçı ilə bağladığı 30 oktyabr 2012-ci il tarixli, 26R000001679 saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.5 faiz olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 400000 (dörd yüz min) USD məbləğində kredit götürmüşdür.Tərəflərin imzaladıqları 10 mart 2015-ci il tarixli, 26R000001679S saylı, 30 oktyabr 2015-ci il tarixli, 26R000001679SA saylı, 18 fevral 2016-cı il tarixli, 26R000001679SB saylı, 24 noyabr 2016-cı il tarixli, 26R000001679SC saylı, 25 yanvar 2017-ci il tarixli, 26R000001679SD saylı, 19 may 2017-ci il tarixli, 26R000001679SE saylı, 21 avqust 2017-ci il tarixli, 26R000001679SF saylı, 30 noyabr 2017-ci il tarixli, 26R000001679SG saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Birinci cavabdeh kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri banka qaytarmamışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5 faiz məbləğində cərimə ödəməlidir. Bundan başqa, kredit xətti müqaviləsi üzrə birinci cavabdeh iddiaçı ilə bağladığı 24 fevral 2014-cü il tarixli, 26R000004685 saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.3333 faiz olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 300000 (üç yüz min) USD məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 10 mart 2015-ci il tarixli, 26R000004685S saylı, 30 oktyabr 2015-ci il tarixli, 26R000004685SA saylı, 18 fevral 2016-cı il tarixli, 26R000004685SB saylı, 24 noyabr 2016-cı il tarixli, 26R000004685SC saylı, 25 yanvar 2017-ci il tarixli, 26R000004685SD saylı, 19 may 2017-ci il tarixli, 26R000004685SE saylı, 21 avqust 2017-ci il tarixli, 26R000004685SF saylı, 30 noyabr 2017-ci il tarixli, 26R000004685SG saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Birinci cavabdeh kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri banka qaytarmamışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5 faiz məbləğində cərimə ödəməlidir. Kredit xətti müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Kredit xətti müqaviləsi üzrə birinci cavabdehin öhdəliklərinin icrasını təmin etmək məqsədilə ikinci, üçüncü və dördüncü cavabdehlər zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən yuxarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında birinci cavabdeh ilə birgə məsuliyyət daşıyır və kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Kredit xətti müqaviləsi üzrə birinci cavabdehin öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə cavabdeh-ipoteka verən birinci cavabdehin iddiaçı ilə bağladığı 29 oktyabr 2012-ci il tarixli, 26M000000300 saylı ipoteka müqaviləsi əsasında Ucar şəhəri, 20 Yanvar küçəsində mülkiyyətində olan 0.185 ha torpaq sahəsi və onun üzərində yerləşən 1 mərtəbəli 1713.3 kv.metr ümumi sahədən ibarət 54 nömrəli qeyri-yaşayış binasını iddiaçının xeyrinə ipoteka ilə yüklü etmişdir. Birinci cavabdeh iddiaçı qarşısında öz öhdəliklərini lazımınca və vaxtında icra etməmiş, müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozmuş, bununla da iddiaçı öz qanunla qorunan hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Birinci instansiya məhkəməsi mübahisəni yuxarıda göstərilən qaydada həll etmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsindən narazı qalan cavabdehlərin nümayəndəsi və vəkili apellyasiya şikayəti vermişdir.

83. Apellyasiya şikayətinin başlıca dəlili birinci instansiya məhkəməsi tərəfindən hər iki razılaşma üzrə qət edilmiş 253.498,45 USD məbləğində borc pul məbləğinin şişirdilmiş olması ilə bağlıdır.

84. Bununla bağlı kollegiya bildirir ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 07 yanvar 2022-ci il tarixli, 9/7143 nömrəli ekspert rəyindən (məhkəmə mühasibatlıq) görünür ki, 30 oktyabr 2012-ci il tarixli, 26R000001679 saylı kredit razılaşması üzrə, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, birinci cavabdehin krediti üzrə banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, 30 oktyabr 2012-ci il tarixli, 26R000001679 saylı kredit razılaşmasının, əlavə sazişlərin şərtləri nəzərə alınmaqla birinci cavabdehin 16 oktyabr 2019-cu il tarixə (sualda göstərilən tarix) banka olan əsas və faiz borcu 108.112,90 USD məbləğində müəyyən edilir, o cümlədən: 16 oktyabr 2019-cu il tarixə əsas borc üzrə 95.769,31 USD, faiz borcu üzrə 12.343,60 USD. 24 fevral 2014-cü il tarixli, 26R000004685 saylı kredit razılaşması üzrə, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, birinci cavabdehin krediti üzrə banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, 24 fevral 2014-cü il tarixli, 26R000004685 saylı kredit razılaşmasının, əlavə sazişlərin şərtləri nəzərə alınmaqla birinci cavabdehin 16 oktyabr 2019-cu il tarixə (sualda göstərilən tarix) banka olan əsas və faiz borcu 203.441.77 USD məbləğində müəyyən edilir, o cümlədən: 16 oktyabr 2019-cu il tarixə əsas borc üzrə 203.441,77 USD, faiz borcu üzrə 0,00 USD. İddiaçı ilə birinci cavabdeh arasında bağlanmış 30 oktyabr 2012-ci il tarixli, 26R000001679 nömrəli və 24 fevral 2014-cü il tarixli, 26R000004685 nömrəli kredit razılaşmaları üzrə təqdim edilmiş hesabdan çıxarış məlumatlarına əsasən kredit ödənişlərinin gecikdirilməsinə görə bank tərəfindən cərimə hesablanmamışdır. Göstərilən səbəblərdən hazırkı tədqiqatla razılaşmalar üzrə cərimə hesablanmadı.

85. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 06 fevral 2023-cü il tarixli, 9/7003 nömrəli ekspert rəyindən (məhkəmə mühasibatlıq) görünür ki, 30 oktyabr 2012-ci il tarixli, 26R000001679 saylı kredit razılaşması üzrə, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, birinci cavabdehin krediti üzrə banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, 30 oktyabr 2012-ci il tarixli, 26R000001679 saylı kredit razılaşmasının, əlavə sazişlərin şərtləri nəzərə alınmaqla birinci cavabdehin 16 oktyabr 2019-cu il tarixə (sualda göstərilən tarix) banka olan əsas və faiz borcu 108.112,90 USD məbləğində müəyyən edilir, o cümlədən: 16 oktyabr 2019-cu il tarixə əsas borc üzrə 95.769,31 USD, faiz borcu üzrə 12.343,60 USD. 24 fevral 2014-cü il tarixli, 26R000004685 saylı kredit razılaşması üzrə, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, birinci cavabdehin krediti üzrə banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, 24 fevral 2014-cü il tarixli, 26R000004685 saylı kredit razılaşmasının, əlavə sazişlərin şərtləri nəzərə alınmaqla birinci cavabdehin 16 oktyabr 2019-cu il tarixə (sualda göstərilən tarix) banka olan əsas və faiz borcu 203.441,77 USD məbləğində müəyyən edilir, o cümlədən: 16 oktyabr 2019-cu il tarixə əsas borc üzrə 203.441,77 USD, faiz borcu üzrə 0,00 USD.

86. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 31 iyul 2023-cü il tarixli, 9/4558 nömrəli ekspert rəyindən (məhkəmə mühasibatlıq) görünür ki, 30 oktyabr 2012-ci il tarixli, 26R000001679 saylı kredit razılaşması üzrə, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, birinci cavabdehin kredit üzrə banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, 30 oktyabr 2012-ci il tarixli, 26R000001679 saylı kredit razılaşmasının, əlavə sazişlərin şərtləri nəzərə alınmaqla birinci cavabdehin 16 oktyabr 2019-cu il tarixə (sualda göstərilən tarix) banka olan əsas və faiz borcu 108.112,90 USD məbləğində müəyyən edilir, o cümlədən: əsas borc üzrə 95.769,31 USD, faiz borcu üzrə 12.343,60 USD. 24 fevral 2014-cü il tarixli, 26R000004685 saylı kredit razılaşması üzrə, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, birinci cavabdehin kredit üzrə banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, 24 fevral 2014-cü il tarixli, 26R000004685 saylı kredit razılaşmasının, əlavə sazişlərin şərtləri nəzərə alınmaqla birinci cavabdehin 16 oktyabr 2019-cu il tarixə (sualda göstərilən tarix) banka olan əsas və faiz borcu 203.441,77 USD məbləğində müəyyən edilir, o cümlədən: əsas borc üzrə 203.441,77 USD, faiz borcu üzrə 0,00 USD.

87. Buna görə də birinci instansiya məhkəməsi hesab etmişdir ki, ...cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 26R000001679 nömrəli kredit razılaşması üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə əsasən əsas borca görə 65.237,31 USD, ekspert rəyləri nəzərə alınmaqla faiz borcuna görə 12343.60 USD, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə əsasən cəriməyə (dəbbə puluna) görə 5000 USD, cəmi 82.580,91 USD, 26R000004685 nömrəli kredit razılaşması üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə əsasən əsas borca görə 160917.54 USD, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə əsasən cəriməyə (dəbbə puluna) görə 10000 USD, cəmi 170.917,54 USD məbləğində, ümumilikdə hər iki razılaşma üzrə 253498.45 USD pul ödənilən gün məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə tutulmalıdır.

88. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə verilmiş ekspert rəylərinə düzgün hüquqi qiymət verilmiş və həmin rəylərin düzgün olmaması qənaətinə gəlmək üçün heç bir əsas müəyyən olunmamışdır.

89. Apellyator şikayətində hansı əsaslarla ümumilikdə hər iki razılaşma üzrə borc məbləğinin 253.498.45 USD deyil, 226.000 USD təşkil etməsinin inandırıcı və ağlabatan izahını verə bilməmişdir.

90. Belə olan halda apellyasiya şikayətinin həmin dəlili əsassız hesab edilməlidir.

91. Kollegiya onu da qeyd etməyi zəruri sayır ki, iş üzrə alınmış hər üç ekspert rəyində əsas borc iddia tələbində göstərildiyindən əhəmiyyətli dərəcədə çox olmasına baxmayaraq birinci instansiya məhkəməsi MPM-in 218.3-cü maddəsinin müddəalarını rəhbər tutaraq verilmiş iddia tələblərinə uyğun qətnamə çıxarmışdır.

92. Eyni zamanda kollegiya qeyd edir ki, Kredit razılaşmalarının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5 faiz məbləğində cərimə ödəməlidir. Məhz razılaşmaların həmin şərtinə görə cərimə məbləğləri hesablanmış, birinci instansiya məhkəməsi isə həmin cərimə məbləğlərini tənasübsüz surətdə yüksək olduğuna görə Mülki Məcəllənin 467-ci maddəsinin tələblərini rəhbər tutaraq azaltmışdır.

93. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də mübahisəni düzgün həll etmişdir.

94. Məhkəmə kollegiyası tərəfindən apellyasiya baxışı zamanı apellyasiya şikayətində qoyulmuş dəlillərlə qətnamənin qismən ləğv olunmasına və apellyasiya şikayətinin təmin edilməsinə əsas verən hallar müəyyən edilməmişdir. Ona görə də birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi qanuni və əsaslı, həmin qətnamədən cavabdehlər X6, Cavabdeh2 və Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri isə əsassız və qəbuledilməzdir.

95. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti olаrаq həll edibsə, onun qərаrı heç bir şübhə doğurmаmаlıdır.

96. “Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı” iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа İnsаn Hаqlаrı üzrə Avropа Məhkəməsi qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyl, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, həmçinin təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir.

97. “Qаvаzov Bolqаrıstаnа qаrşı” iş üzrə 06 mаrt 2008-ci il tаrixli qərаrındа Avropа Məhkəməsi qeyd etmişdir ki, sübutlаr qiymətləndirilərkən, bir qаydа olаrаq əsаslı şübhədən kənаr stаndаrtlаr tətbiq olunur.

98. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.

99. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Ucar Rayon Məhkəməsinin 03 noyabr 2023-cü il tаrixli, 2(063)-2/2023 saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdehlər X6, Cavabdeh2 və Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Ucar Rayon Məhkəməsinin 03 noyabr 2023-cü il tаrixli, 2(063)-2/2023 saylı qətnаməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdehlər tərəfindən ödənilmiş dövlət rüsumu onların özlərinə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Elçin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar