Məhkəmə qərarları › İş №2(107)-1958/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1958/2021

13.10.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1958/2021 13.10.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsrafilov Elçin Əvəz oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi Nümayəndə və vəkili X9 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «alimentin artırılması və qalıq aliment borcunun birdəfəlik ödənilməsi» tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 12 avqust 2021-ci il tarixli, 2(075)-1348/2021 nömrəli qətnaməsindən Cavabdeh nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Şəki Rayon Məhkəməsinin 12 avqust 2021-ci il tarixli, 2(075)-1348/2021 nömrəli qətnaməsi ilə (hakim Pərviz Hacıyev) iddia qismən təmin olunmuş, 01 oktyabr 2015-ci il təvəllüdlü X13 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay sabit pul məbləğində 150 (bir yüz əlli) manat alimentin tutularaq İddiaçı ödənilməsi, alimentin tutulmasının əvvəlinin qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanması, iddia tələbinin «cavabdehdən məhkəmənin 2(075)-1034/2019 saylı qətnaməsinin qəbul edilməsindən sonrakı dövr üçün ödənilməyərək kəsr saxladığı 2220 (iki min iki yüz iyirmi) manatın birdəfəlik alınaraq iddiaçıya ödənilməsi» hissəsinə xitam verilməsinə dair Şəki Rayon Məhkəməsinin 12 avqust 2021-ci il tarixli qərardadının nəzərə alınması, iddianın qalan hissəsinin təmin edilməməsi, Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki Rayon Məhkəməsinin iddia tələbi ilə qəbul etdiyi 23 sentyabr 2019- cu il tarixli, 2(075)-1034/2019 saylı qətnaməsi ilə cavabdeh, ünvan 1i ünvanında qeydiyyatda olan Cavabdeh ilə onun arasında 20 mart 2012-ci il tarixində, rəsmi 42 sayla bağlanmış nikahdan doğulmuş, 01 oktyabr 2015-ci il təvəllüdlü X13 yetkinlik yaşına çatanadək baxılması, saxlanması ilə bağlı hər ay üçün sabit pul məbləğində 120 (bir yüz iyirmi) manat olmaqla müəyyənləşdirilmiş aliment məbləğinin miqdarını artırmaqla, alimentin 200 (iki yüz) manat məbləğində müəyyən edilməsi, cavabdehdən məhkəmənin 2(075)-1034/2019 saylı qətnaməsinin qəbul edilməsindən sonrakı dövr üçün ödənilməyərək kəsr saxladığı 2220 (iki min iki yüz iyirmi) manatın da birdəfəlik alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə nikahları məhkəmə qaydasında pozulmuş, birgə nikahlarından 01 oktyabr 2015-ci il tarixdə doğulmuş X14 onun himayəsində saxlanılmışdır. Şəki Rayon Məhkəməsinin 23 sentyabr 2019-cu il tarixli, 2(075)-1034/2019 saylı qətnaməsi ilə cavabdehdən hər ay 120 manat alimentin alınaraq ona verilməsi qət edilmişdir. Cavabdeh indiyədək 3120 manat ödəməli olduğu haldan 900 manat ödəmiş, 2220 manat kəsr qalmışdır. Məhkəmə tərəfindən alimentin müəyyən edilməsindən ötən müddət ərzində himayəsində olan uşağın tələbatları artmışdır. O isə təkbaşına himayəsində olan uşağın tələbatlarını ödəyə bilmir. Məhkəmə tərəfindən təyin olunan alimentlə uşağın çox cüzi bir tələbatının ödənilməsi mümkündür. Cavabdeh aylıq 500-600 manat qazanır. O isə işsizdir və heç bir qazancı yoxdur. Bu səbəbdən də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddianı müdafiə etdiyini bildirmiş və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəfindən verilmiş suallara cavab olaraq bildirdi ki, məhkəmə tərəfindən 120 manat aliment kəsilsə də, cavabdeh 80-90 manat aliment ödəyir. Həmin məbləğlə isə uşağın heç bir tələbatını ödəyə bilmir. Həmçinin, Cavabdeh bir dəfə inzibati qaydada məhkəməyə gətirilmiş, ondan yığılmış aliment borcunu ödəməsi tələb edilmişdir. Cavabdeh məhkəmədən borcun yarısının ödənilməsi üçün bir gün vaxt istəmiş, məhkəmə ona ödəmək üçün vaxt vermiş, cavabdeh səhəri gün Azərbaycan Respublikasını tərk etmiş və Rusiya Federasiyasına qaçmışdır. Ona görə yığılmış aliment borcunu da tələb edir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh etibarnamə üzrə nümayəndəsi Nümayəndə göstərmişdir ki, Cavabdeh onun oğludur. Tərəflərin birgə nikahlarından 01 oktyabr 2015-ci il tarixdə Məhəmməd adlı uşaqları anadan olmuşdur. Şəki Rayon Məhkəməsinin 2(075)-1034/2019 saylı, 23 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə tərəflərin birgə nikahından olan X13 yetkinlik yaşına çatanadək saxlanılması üçün 120 manat məbləğində aliment təyin edilmişdir. Cavabdeh avtomobil qəzası keçirdiyindən ağır işlərdə işləyə bilmir. Maddi vəziyyəti aşağı səviyyədədir. Hər ay 80-90 manat alimenti güclə ödəyir. İddiaçı onun nəvəsi ilə görüşməyinə imkan vermir. Əgər nəvəsi ilə görüşsə bir nənə kimi o da maddi köməklik göstərər. Cavabdeh övladı 01 oktyabr 2015-ci il təvəllüdlü X1 üçün aliment ödəməkdən imtina etmir. Lakin maddi vəziyyəti aşağı olduğundan təyin edilmiş alimenti belə ödəməkdə çətinlik çəkir. Bütün bunları nəzərə alaraq məhkəmədən alimentin artırılmamasını xahiş edir. Cavabdeh 06 avqust 2021-ci il tarixdə iddia ərizəsinə etiraz göndərərək göstərmişdir ki, iddiaçı X6 qızı iddia ərizəsində maddi imkanının yaxşı olmadığını qeyd etmişdir. Lakin bu tamamilə yalandır. Əksinə iddiaçı Molla-X3 maddi imkanı olduqca yaxşıdır. Onun gözəllik salonu var və oradan yüksək miqdarda gəlir əldə edir. İddiaçının onun ödədiyi alimentə heç ehtiyacı belə yoxdur. Şəki Rayon Məhkəməsinin 23.09.2019-cu il tarixli qətnaməsi ilə hər ay ödəməli olduğu alimentin miqdarı müəyyən edilmişdir və keçən iki il ərzində onun maddi vəziyyətində hər hansı yaxşılaşmanın olmasına dair iddia ərizəsinə hər hansı sübut əlavə edilməmişdir. Sonuncu məhkəmə qətraməsi qanuni qüvvəyə mindikdən keçən müddət ərzində iddiaçı özünün maddi vəziyyətində hər hansı bir dəyişikliyin baş verməsi, həmçinin cavabdeh tərəfin maddi durumunun yaxşılaşması ilə bağlı məhkəməyə sübut təqdim etməmişdir. Bunun əksinə olaraq, o, avtomobil qəzası keçirmiş və demək olar ki, əmək qabiliyyətini itirmişdir. Avtomobil qəzası nəticəsində onurğa sütunu zədələnmiş və demək olar ki, yarımcan olmuşdur. Səhhətinə görə onu heç yerə işə götürmürlər. Ağır işlərdə işləyə bilmir. Odur ki, iddianın rədd edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh nümayəndəsi Nümayəndə аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh nümayəndəsi Nümayəndə apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Şəki Rayon Məhkəməsinin 12 avqust 2021-ci il tarixli, 2(075)-1348/2021 saylı qətnaməsini qeyri-obyektiv, birtərəfli, qərəzli, qanunsuz və ədalətsiz hesab edir. Məhkəmə işin hallarını hərtərəfli və obyektiv araşdırmamış, maddi hüquq normalarını düzgün tətbiq etməmiş, iş üçün əhəmiyyətli olan bütün halları aydınlaşdırmamışdır. Belə ki, iddiaçı X6 qızı iddia ərizəsində maddi imkanının yaxşı olmadığını qeyd etmişdir. Lakin bu tamamilə yalandır. Əksinə iddiaçı Molla-X3 maddi imkanı olduqca yaxşıdır. Onun gözəllik salonu var və oradan yüksək miqdarda gəlir əldə edir. Onun onun ödədiyi alimentə heç ehtiyacı belə yoxdur. Yuxarıda da qeyd edildiyi kimi, Şəki Rayon Məhkəməsinin 03.09.2019-cu il tarixli qətnaməsi ilə hər ay ödəməli olduğu alimentin miqdarı müəyyən edilmişdir və keçən iki il ərzində onun maddi vəziyyətində hər-hansı yaxşılaşmanın olmasına dair iddia ərizəsinə hər hansı sübut əlavə edilməmişdir. Sonuncu məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən keçən müddət ərzində iddiaçı özünün maddi vəziyyətində hər hansı bir dəyişikliyin baş verməsi, həmçinin cavabdeh tərəfin maddi durumunun yaxşılaşması ilə bağlı məhkəməyə sübut təqdim etməmişdir. Bunun əksinə olaraq, o, avtomobil qəzası keçirmişdir və demək olar ki əmək qabiliyyətini itirmişdir. Avtomobil qəzası nəticəsində onun onurğa sütunu zədələnmiş və o, demək olar ki yarımcan olmuşdur. Səhhətinə görə demək olar ki, heç yerə işə götürmürlər. Ağır işlərdə işləyə bilmir. Ölkə üzrə uşaqlar üçün yaşayış minimumunun hər ay 175 manat həddində müəyyən edilməsi ilə bağlı onu qeyd etmək olar ki, bu məbləğ Azərbaycan Respublikasında bir uşağın saxlanması üçün zəruri olan minimal məbləği ehtiva etməklə, özü-özlüyündə aliment məbləğinin bu həddə müəyyən edilməsi anlamına gəlmir. Qanunvericilik aliment məbləğinin müəyyən edilməsi zamanı bir sıra halların araşdırılmalı olduğunu tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, alimentin miqdarı müəyyən olunarkən məhkəmə, ilk növbədə, Ailə Məcəlləsinin 76.2 və 78.2-cı maddələrinə əsasən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları və ışağın əvvəlki təminatının səviyyəsini nəzərə almalıdır. Göstərilən qərarda Məhkəmə qeyd etmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi sabit pul məbləğində alimentin müəyyən edilməsi zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Bununla yanaşı, hər il ölkə üzrə bir uşağın saxlanması üçün tələb olunan yaşayış minimumu müəyyən edilir və həmin məbləğ qanunla tənzimlənir. Qanun, həmçinin tərəflərdən birinin ailə və ya maddi vəziyyətində yaranmış dəyişikliklə əlaqədar alimentin miqdarının artırılması və azaldılması imkanını nəzərdə tutur. Lakin qanunun mənasına görə bu, yalnız o halda mümkündür ki, tərəf həqiqətən də ailə və ya maddi vəziyyətində əhəmiyyətli pisləşməsini təsdiq edən sübutları məhkəməyə təqdim etsin, habelə daha az alimentin ödənilməsi ilə də uşaqların layiqli həyat şəraitini təmin etmək mümkün olmasın. Lakin iddiaçı ailə və ya maddi vəziyyətində əhəmiyyətli pisləşməsini təsdiq edən sübutları iddia ərizəsinə əlavə edilməmişdir. Ona görə də, Şəki Rayon Məhkəməsinin 12 avqust 2021-ci il tarixli, 2(075)- 1348/2021 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi Nümayəndə və vəkili X12 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Şəki Rayon Məhkəməsinin 12 avqust 2021-ci il tarixli, 2(075)-1348/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Şəki Rayon Məhkəməsinin 12 avqust 2021-ci il tarixli, 2(075)-1348/2021 nömrəli dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan Şəki Rayon Məhkəməsinin 2(075)-1034/2019 saylı, 23 sentyabr 2019-cu il tarixli qətnaməsindən görünür ki, 01 oktyabr 2015-ci il təvəllüdlü X13 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 120 manat alimentin Cavabdeh tutulub İddiaçı verilməsi qət edilmişdir. İşdə olan Şəki Rayon Məhkəməsinin 2(075)-1034/2019 saylı, 23 sentyabr 2019-cu il tarixli qətnaməsindən görünür ki, 01 oktyabr 2015-ci il təvəllüdlü X13 atası Cavabdeh, anası isə İddiaçıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1 və 112.1-ci maddələrinə və «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanunununa istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanunununa görə 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 171 manat məbləğində müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh birgə nikahlarından 01 oktyabr 2015-ci il tarixdə Məhəmməd adlı uşaqları anadan olmuşdur. Şəki Rayon Məhkəməsinin 2(075)- 1034/2019 saylı, 23 sentyabr 2019cu il tarixli qətnaməsi ilə tərəflərin birgə nikahlarından anadan olan X13 yetkinlik yaşına çatanadək saxlanılması üçün 120 manat məbləğində aliment təyin edilmişdir. İddiaçı həmin aliment məbləği ilə X13 tələbatlarının ödənilməsinin mümkünsüz olması və uşaqların tələbatlarının artmasını ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, 01 oktyabr 2015-ci il təvəllüdlü X13 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılmalıdır. Lakin iddiaçı tərəfindən cavabdehin aylıq qazancının miqdarı barədə heç bir sübut təqdim edilmədiyindən iddia tələbi qismən təmin edilməlidir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh tərəfin göstərdiyi dəlillər onu uşağı ilə bağlı hər hansı bir vəzifəsindən, o cümlədən maddi vəziyyətinin hansı səviyyədə olması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən heç də azad etmir. Belə ki, cavabdehin daimi iş yerinin olmaması onu həm mənəvi, həm də hüquqi cəhətdən borclu olduğu uşağının saxlanılmasına görə müəyyən edilmiş aliment ödəmək öhdəliyindən azad edilməsi üçün əsas ola bilməz. Çünki uşağın ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, həmçinin digər hüquq və mənafelərinin mühafizəsinin zəruriliyi cavabdehin də valideyn kimi borcu və vəzifəsi olduğundan onun da həmin proseslərdə bu və ya digər formada iştirak etməsini tələb edir Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, iddia qismən təmin edilməli, 01 oktyabr 2015-ci il təvəllüdlü X13 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəki Rayon Məhkəməsinin 2(075)-1034/2019 saylı, 23 sentyabr 2019- cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği artırılaraq hər ay 150 manat sabit pul məbləğində müəyyən edilməli, aliment tutulmasının əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. İddia tələbinin «qalıq aliment borcunun birdəfəlik ödənilməsi» hissəsinə xitam verilməsinə dair Şəki Rayon Məhkəməsinin 12 avqust 2021-ci il tarixli qərardadı nəzərə alınmalı, əsassız olduğundan iddia qalan hissədə təmin edilməməlidir. İddia qismən təmin edildiyindən Cavabdeh 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı qismən təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının araşdırmaları zamanı müəyyən edilmişdir ki, cavabdeh qətnamənin tam ləğv edilməsini xahiş etsə də, o, iddianın rədd olunmuş hissəsində qətnamənin nə üçün ləğv edilməli olmasına dair heç bir sübut və dəlili məhkəmə kollegiyasına təqdim etməmişdir. İddiaçı isə iddia tələbinin bir hissəsi üzrə iş üzrə icraata xitam verilməsi barədə olan qərardadı mübahisələndirmədiyindən həmin hissədə araşdırma aparılmamışdır. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdehin nümayəndəsi də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı qismən təmin edərkən iddianın təmin edilmiş hissəsində düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Şəki Rayon Məhkəməsinin 12 avqust 2021-ci il tarixli, 2(075)-1348/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh nümayəndəsi Nümayəndə tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Rayon Məhkəməsinin 12 avqust 2021-ci il tarixli, 2(075)-1348/2021 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar