Məhkəmə qərarları › İş №2(107)-196/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-196/2020

02.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-196/2020 02.03.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Aslanov Kamal Sahib oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(039)- 1422/2019 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(039)-1422/2019 nömrəli (hakim Günay Cavadova) qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Gəncə şəhəri, Nizami rayonu, Avtozavod yolu ünvanında 0,04 ha torpaq sahəsi üzərində yerləşən tərkibinə A yaşayış binası olmaqla, (ümumi sahəsi 100,4 kv.m: yaşayış sahəsi 35 kv.m., yardımçı sahəsi 65,4 kv.m. olan 2 otaq), sahəsi 135,8 kv.m. olan 1 talvar, sahəsi 28 kv.m. olan köməkçi tikili daxil olan bağ evinin 100,4 kv.m. 2 otağına aid hissəsinə dair iddiaçı İddiaçı ilə Cavabdeh arasında bağlanmış və bu barədə müvafiq reyestrdə 4Ə-133 nömrə ilə qeydiyyatı aparılmış xx.xx.2015-ci il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi qət edilmişdir. İşin halları İddiaçı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, göstərmişdir ki, Gəncə şəhəri, Avtozavod yolu ünvanında 0,04 ha torpaq sahəsi üzərində yerləşən A yaşayış binası olmaqla, ümumi sahəsi 100,4 kv.m. yaşayış sahəsi 35 kv.m., yardımçı sahəsi 65,4 kv.m. olan 2 otaq, 1 talvar, 135,8 kv.m. köməkçi tikili, 28 kv.m. olan bağ evini dayısı Binnət Şahmarov qız övladına hədiyyə olaraq tikdirmiş, buna görə də onun kürəkəni X3 tikilinin tikilməsində həm maddi, həm də digər məsələlərdə yaxından köməklik etmiş, həmin tikili ilə bağlı bəzi sənədləşmə işləri iləəlaqədar müəyyən orqanlara getmək zərurəti yaranmış, bu zaman o, səhhətində yaranmış problemlərlə bağlı gedə bilməyəcəyindən S.Abdullayev bu işləri görəcək yaxşı tanışının olduğunu və həmin şəxsə etibarnamə verməsini təklif etmiş, sənədlərin hazırlanmasını həmin dövrdə S.Abdullayevlə yaxşı münasibətləri olan Gəncə şəhəri Nizami rayon İcra Hakimiyyətinin başçısı Məharət Mustafayev öz üzərinə götürmüş, bununla bağlı M.Mustafayev iddiaçıdan onun dediyi adama etibarnamə verməsini istəmiş, o, notariat orqanına gedərək etibarnamə vermiş, çıxarışın və digər sənədlərin əsillərini M.Mustafayevə vermiş, sonradan dayısı mübahisəli tikilini öz adına rəsmiləşdirmək üçün ondan sənədlərin əsillərini istədikdə, o, həmin sənədləri M.Mustafayevə verdiyini bildirmiş, sonradan dəfələrlə sənədlərin əsillərini M.Mustafayevdən istəsələr də, M.Mustafayev sənədləri verməyərək, sənədlərin itdiyini bildirmişdir. Bu dövr Gəncədə baş vermiş məlum hadisə-Elmar Vəliyevin vurulması dövrünə təsadüf edirdi ki, həmin vaxtlarda da onun yaxın adamı M.Mustafayev gözə görünməməyə başladı. Sənədlərin əsillərini əldə edə bilmədiklərindən onlar sənədlərin dublikatının alınmasıüçün ƏMDK DƏDRX-in 3 saylı Gəncə şəhər Ərazi İdarəsinə, sənədlərin itməsi ilə bağlı Polis İdarəsinə müraciət etmiş, nəticədə sənədlərin dublikatını almış, xx.xx.2018-ci il tarixdə də mübahisəli tikili bağışlama müqaviləsinə əsasən onun tərəfindən X4 bağışlanmış, həmin müqaviləyə əsasən də B.Şahmarov öz adına çıxarış almış, bundan sonra onlar mübahisəli tikiliyə gedən zaman tikilinin Şahid tərəfindən zəbt edildiyini görmüş, Şahid onlara bildirmişdir ki, mübahisəli tikili ona keçmiş Gəncəşəhəri İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin göstərişi ilə Gəncə çayının yatağında mülkiyyətində olmuş evinin sökülməsinin əvəzində Məharət Mustafayev tərəfindən verilmişdir, onlar Gəncəşəhər Nizami rayon Polis Şöbəsinə müraciət etmiş, sahə müvəkkili ilə birlikdə ora getmişlər, həmin vaxt Şahid evin Cavabdeh satıldığını bildirmiş, bununla bağlı Şahid Polis Şöbəsinə çağrılaraq dindirilmiş, bu hadisədən sonra M.Mustafayev dəfələrlə onlara zəng edərək, bu məsələdən əl çəkmələrini tələb etmişdir, o, notariat kontoruna etibarnamə vermək üçün getmiş, həmin sənədin alqı-satqı müqaviləsi olduğunu bilməmişdir, əks halda 100 000 manatdan çox qiyməti olan tikiliyə dair 5000 manata alqısatqı müqaviləsini bağlaya bilməzdi. Göstərilənlərə əsasən onunla Cavabdeh arasında mübahisəli tikiliyə dair bağlanmış xx.xx.2015-ci il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. (İddiaçı tərəfindən iddia tələbi dəqiqləşdirilmişdir.) Cavabdeh iddia ərizəsinə etiraz verərək göstərmişdir ki, iddiaçı ərizəsində bir-birinə ziddiyyətli fikirlər bildirərək, mübahisələndirdiyi müqaviləni gah aldatma nəticəsində bağladığını, gah da qorxunun təsiri ilə bağladığını qeyd etmişdir. Alqı-satqı müqaviləsini iddiaçı şəxsən özü imzalamış, iddiaçının həyat yoldaşı da notariat kontoruna gedərək, alqı-satqı müqaviləsinin bağlanmasına razılıq vermişdir. Əslində 2015-ci ildə S.Abdullayev Yevlaxda onlara gələrək Gəncədə qohumlarının ucuz qiymətə yarımçıq bir tikili satdığını bildirmiş, onlar birlikdə gedərək tikiliyə baxıb bəyənmiş, 23 000 manata razılaşaraq, tikilini almış, notariat orqanında sənədləşmə həyata keçirilmiş, alqı-satqı müqaviləsi və tikilinin texniki pasportu ona verilmiş, o, həmin sənədlərin tikilinin sənədləri olduğunu bilmiş və tikilinin DƏDRX-in 3 saylı Ərazi İdarəsində qeydiyyatdan keçirilməli olduğunu bilməmişdir. Bu müddətdə orada təmir-tikinti işləri görmüş, təmir-tikintiyə 30 000 manatdan artıq pul sərf etmişdir. Mübahisəli tikiliyə dair iddiaçının çıxarışı olduğu halda, hansı sənədləşməüçün çıxarışı M.Mustafayevə verməsini iddia etməsi də onun bu dəlilinin düzgün olmadığını təsdiq edir. Göstərilənlərə əsasən iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddiaya uyğun mövqeyini müdafiə edərək iddianın təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsinə verdikləri etiraza uyğun izahat verərək, iddianın rədd edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs S.Abdullayev iddiaçı ilə eyni məzmunlu izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır Qətnamədən narazı qalan Cavabdeh apelyasiya şikаyəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri Cavabdeh apelyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi qanunsuz və əsassızdır. Qətnamə qət edilərkən işin materialları tamamilə araşdırılmamış, maddi hüquq normaları düzgün tətbiq edilməmiş, maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmişdir. İddiaçı iddia ərizəsində gah aldadılaraq etibarnamə əvəzinə alqı-satqı müqaviləsini imzaladığını, gah da alqı-satqı müqaviləsi zor və təsirin-təhdidin altında baş verdiyini və qorxudularaq məcburiyyət qarşısında notariat orqanına gedərək bilmədiyi müqavilənin ona imzalatdırıldığını qeyd edir. İddiaçı ya aldadıldığını ya da qorxudulduğunu yazmalı idi. Məntiqlə də sübut olunar ki, o ya aldadıla ya da qoxudula bilərdi. Məhkəmə də iddiaçının iddia ərizəsində iddia tələbini bir-birinə zidd dəlillərlə əsaslandırdığına göz yummuşdur. Heç aldadılaraq etibarnamə əvəzinə alqı-satqı müqaviləsinin imzalatdırılması da mümkün deyil. Axı notariusda etibarnamə verən şəxs dindirilir. Etibarnamə gözü yumulu verilmir. Notariusun vətəndaşı aldadaraq etibarnamə əvəzinə daşınmaz əmlakın alqı-satqı müqaviləsini imzalatdırması da mümkün deyil. Belə olan halda da iddia notariat kontoruna qarşı qaldırılmalıdır. Bundan başqa iddiaçı iddia ərizəsində qeyd etdiyi yuxarıda qara həriflərlə yazılan ifadəsində qeyd edib ki, o, həmin müqavilənin alqı-satqı müqaviləsi olduğunu bilməmişdir. Bu da o deməkdir ki, iddiaçı mübahisəli bağ evi ilə əlaqədar notariat kontorunda rəsmiləşdirdiyi sənədin etibarnamə yox, hansısa müqavilə olduğunu bilib. O, həm də notariat Kontoruna tək getməyib. Bağ evi birgə nigah dövründə əldə' olunan əmlak olduğuna görə iddiaçı həyat yoldaşı Tünzalə Əhmədova ilə birlikdə notariat kontoruna getmiş və T. Əhmədova bağ evinin ona (cavabdehə) satılmasına razılıq vermişdir. Ərizəsi də, notariat işi ilə birlikdə məhkəmə işinin içindədir. Məhkəmə işinin içində olan Gəncə 1 saylı Notariat Kontorunda rəsmiləşdirilən mübahisəli bağ evinin alqı-satqısına dair 4ə-133 reyestr nömrəli notariat işinin 6-cı səhifəsində olan, 7E-3268 reyster nömrəsi ilə qeydiyyata alınaraq təsdiqlənən iddiaçının həyat yoldaşı Tünzalə Əhmədovanın ərizəsindən görünür ki, o notariat kontoruna gedərək və ərizə yazaraq bildirmişdir ki, əri İddiaçı məxsus Gəncə şəhəri Avtozavod yolu ünvanında yerləşən bağ evinin satılmasına razıdır və etiraz etmir. Məhkəməyə yaxşı məlumdur ki, etibarnamə veriləndə həyat yoldaşının razılığı tələb olunmur. Bu hal və iddiaçının həyat yoldaşı T.Əhmədovanın notariat kontoruna gedib evin satılmasına etiraz etməməsi də sübut edir ki, iddiaçı heç də evə dair etibarnamə vermək üçün yox, evin alqı-satqısını rəsmiləşdirmək üçün notariat kontoruna getmişdir. Bununla da məhkəməni - iddiaçının evi satmaq niyyətinin olmadığını, evə dair alqı-satqı müqaviləsi bağlamadığını, əslində M. Mustafayevin dediyi adama etibarnamə vermək üçün notariat kontoruna getdiyini - ifadəsinə istinad edib AR MM-nin 339.2-ci maddəsini tətbiq etməkdə səhvə yol verdiyi sübut olunur. Məhkəmə İddiaçı, onun həyat yoldaşı Tünzalə Əhmədovanı və mübahisələndirilən alqı-satqı müqaviləsini rəsmiləşdirən Gəncə 1 saylı notariat kontorunun əməkdaşlarının məhkəmə iclasında iştirakını mütləq olaraq təmin edib, onların hərtərəfli izahatları alınaraq onların həqiqətən ''aldadılıb-aldadılmamalarının, qorxudub-qorxudulmamalarının və hədələnib-hədələnməmələrini habelə kimlər tərəfindən necə, nə cür aldadıldıqlarını və ya qorxudulduqlarını araşdırıb aydınlaşdırmalı idi. Ancaq bunu etməmiş və işi ümumiyyətlə araşdırmamışdır. Hətta həmin şəxslərin iclasında iştiraklarının təmin olunmalarına dair onların vəsatəti təmin edilməmişdir. Bununla da iddiaçının notariat kontoruna etibarnamə vermək adı ilə yox, birbaşa bağ evinin alqı- satqısını rəsmiləşdirmək üçün getdiyi, məhkəmənin də öz tərəfsizliyini itirib iddiaçının mənafeyini müdafiə etməsi sübut olunur. İddiaçı iddia ərizəsinin 1-ci səhifəsinin 2-ci abzasının 2-ci cümləsindən başlayan izahatında yazır ki, “sözügedən evin tikintisi başa çatandan sonra Samir Abdullayev həmin evə İcra başçısının sərəncamının və aidiyyatı dövlət qurumları tərəfindən lazımı icazə sənədlərinin alınması və hazırlanmasının vacib olduğunu bildirmişdir. Mən səhhətimdə yaranmış problemlər ilə bağlı sənədlərin hazırlanmasında dövlət orqanlarına gedə bilməyəcəyini bildirdim. Həmin müddət ərzində Samir mənə bu işləri bacaracaq birinə notariat qaydada etibarnamə verilməsini bildirmişdir.Sözügedən sənədlərin hazırlanmasını o zaman Gəncə şəhəri Nizami rayonu İcra Hakimiyyətinin Başçısı olmuş Məharət Mustafayev öz üzərinə götürmüşdür və bu səbəbdən o, Samirdən mənim onun dediyi adama notarial qaydada etibarnamə verəcəyini bildirmişdir. Məlumat üçün bildirir ki, o zaman Samirlə Məharətin arasında yaxşı münasibət və etibar var idi. Mən bu münasibətə inanaraq deyildiyi kimi notariusa getdim və orada notarial qaydada Məharət Mustafayevin dediyi əvəllər tanımadığım insana etibarnamə verdim. Həmin ərəfədə Məharət məndən evə aid olan çıxarış və digər sənədlərin əslini almış, İcra Başçısı tərəfindən veriləcək sərəncamın hazırlanması üçün çıxarış və digər sənədlərin əsillərinin onda qalmasının vacib olduğunu bildirmiş dir. Bu səbəbdən də sənədlərin əsli Məharətdə qalmışdır. Biz mütəmadi olaraq sənədlərin əslini və sərəncamı istəyən zaman Məharət sözügedən sənədlərin Gəncə Şəhərinin İcra Hakimiyyətinin sabiq başçısı Elmar Vəliyevin sərəncam verməsi ilə bağlı Memarlıq şöbəsində olduğunu, bir müddət sonra isə həmin sənədlərin naməlum səbəbdən itdiyini” bildirmişdir. Göründüyü kimi məhkəmə iddiaçının iddia ərizəsində yazdığı - “Mən bu münasibətə inanaraq deyildiyi kimi notariusa getdim və orada notarial qaydada Məharət Mustafayevin dediyi əvəllər tanımadığım insana etibarnamə verdim”, və “Mən qorxudularaq məcburiyyət qarşısında notariat orqanına gedərək bilmədiyim müqaviləni mənə imzalatmışlar” İfadələrinə məhəl qoymadan və həmin ifadələrin yaratdığı halları araşdırıbaydınlaşdırmadan, qətnamənin 2-ci səhifəsinin sonuncu abzasında yerləşən əsaslandırma hissəsində- “İddiaçı mübahisələndirilən tikilini satmaq niyyətinin olmadığını, həmin tikiliyə dair hər hansı alqı-satqı müqaviləsi bağlamadığını, əslində Gəncə Şəhəri Nizami rayon İcra Hakimiyyətinin başçısı M.Mustafayevin dediyi adama etibarnamə vermək üçün notariat kontoruna getdiyini, mübahisələndirdiyi əqdin bağlanması zamanı aldadıldığını bildirmişdir”-ifadəsinə əsaslanaraq AR MM-nin 339.3-cü maddəsini tətbiq etmişdir.Məhkəmə bununla da səhvə yol vermişdir. İddiaçının iddia ərizəsinin 2-ci səhifəsinin 1-ci abzasında - “Mən bu münasibətə inanaraq deyildiyi kimi notariusa getdim və orada notarial qaydada M.Mustafayevin dediyi əvəllər, tanımadığım * insana etibarnamə verdim” ifadəsini yazmaqda məqsədi isə alqısatqı guya o yox, etibarnamə verdiyi M.Mustafayevin dediyi adamın reallaşdırdığı halını yaratmaq olmuşdur. Alqı-satqı müqaviləsinin arxa tərəfində satıcının yerində iddiaçının öz şəkli olduğu üçün məhkəmə bu hala istinad edə bilməmişdir. Beləliklə məhkəmə iddiaçının iddia ərizəsində biri-birinə zidd olan: - “Mən qorxudularaq məcburiyyət qarşısında notariat orqanına gedərək bilmədiyim müqaviləni mənə imzalatmışlar”, - hamin tikiliyə dair hər lıansı alqı-satqı müqaviləsi bağlamadığını, əslində Gəncə şəhəri Nizami rayon icra Hakimiyyətinin başçısı M.Mustafayevin dediyi adama etibarnamə vermək iiçün notariat kontoruna getdiyini, mübahisələndiriləıı əqdin bağlanması zamanı aldadıldığını ” və -“mən bu münasibətə inanaraq deyildiyi kimi notariusa getdim və orada notarial qaydada M.Mustafayevin dediyi əvəllər tanımadığım insana etibarnamə verdim” ifadələrinin hər birini və həmin ifadələrin yaratdığı halları hərtərəfli araşdırmalı və aydınlaşdırmalı idi ki, bu ifadələr tamamilə biri-birinə zidd ifadələrdir və yaratdığı hallar biridigərini inkar edir. Notariat kontoru da heç vaxt belə kor-koranə, gözüyumulu əqdləri rəsmiləşdirmir. Kontorun əməkdaşı da notariusun özü də əqdi rəsmiləşdirən şəxsi sorğusual edib hansı notariat hərəkətinin aparıldığını izah edib, şəxsin razılığı ilə əqdi rəsmiləşdirir. Nəyinki iddiaçı və onunla notariusa gələn ali təhsilli Samir Abdullayev, heç ruhi-əsəb "dispanserinin pasienti də etibarnamə əvəzinə evinin alqı-satqısını bilmədən rəsmiləşdirə bilməzdi.Bütün hallarda məhkəmə iddiaçını və notariat kontorunun əməkdaşlarını məhkəmə iclasına dəvət edib sorğu-sual edib, niyə etibarnamə əvəzinə evin alqı-satqısının rəsmiləşdirildiyini aydınlaşdırmalı protokola qeyd aparmalı idi. Ancaq bunların heç birini etməmişdir.Bu da yenə sübut edir ki, iş araşdırılmamışdır.Məhkəmə bir tərəfli olaraq iddiaçının tərəfində olmuşdur. Əgər məhkəmə bu ifadələri (dəlilləri) proseslərdə müzakirələrə çıxarıb çəkişmə şəraiti yaratsaydı, bu hallara mütləq aydınlıq gələrdi. Hakimin istinad etdiyi dəlil onun özünün quraşdırdığı əsaslandırmadır. İddiaçı və onun şəriki olan 3-cü şəxs daha çox hədə və qorxudulmaya və idddiaçının M.Mustafayevin dediyi insana etibarnamə verdiyinə istinad ediblər. İcraat müddətində cəmi 2 proses baş tutub. Həmin proseslərdə də 3-cü şəxsə iddiaçının əvəzinə də işin mahiyyətindən kənar ağzına gələni danışmağa şərait yaradılırdı.Bu səbəbə görə də işin sübutları və halları araşdırılmırdı. İddiaçı iddia ərizəsinin 2-ci səhifəsinin 1-ci və 2-ci abzaslarında iddia tələbinin dəyişdirilməsinə dair ərizəsinin 2-ci səhifəsinin 2 və 3-cü abzaslarında 2-ci cümlədən başlayaraq qeyd edib ki, - “Həmin ərəfədə Məharət məndə evə aid olan çıxarışvə digər sənədlərin əslini almış, icra başçısı tərəfindən veriləcək sərəncamın hazırlanması üçün çıxarış və digər sənədlərin əsli Məharətdə qalmışdır. Biz mütəmadi olaraq sənədlərin əslini və sərəncamı istəyən zaman Məharət sözügedən sənədlərin Gəncə şəhərinin İcra Hakimiyyətinin sabiq başçısı Elmar Vəliyevin sərəncam verməsi ilə bağlı Memarlıq şöbəsində olduğunu, bir müddət sonra isə həmin sənədlərin naməlum səbəbdən itdiyini bildirmişdir. ” Ancaq barəsində apelyasiya şikayəti verdikləri qətnamənin 4-cü səhifəsinin 3-cü abzasından göründüyü kimi məhkəmənin tələbi ilə mübahisələndirilən bağ evinə dair xx.xx.2015-ci il tarixli 4ə-133 reyster nömrəli alqı-satqı müqaviləsinin notariat işinin təsdiqlənmiş surəti məhkəmə işinə təqdim olunub. Notariat iş materialları məhkəmə işinin içindədir. Məhkəmə işinin içində olan mübahisələndirilən alqı-satqı müqaviləsinin rəsmiləşdirdiyi Gəncə 1 saylı notariat kontoruna aid 4ə-133 reyster nömrəli notariat işinin 7-ci səhifəsində olan Hüquqların Dövlət qeydiyyatı haqqında DƏDR-dən xx.xx.2015 tarixli **********8 qeydiyyat nömrəli RX seriyalı ******* saylı çıxarış iddiaçının Polis İdarəsinə itdiyi bəyan edilən və qəzetdə itdiyi elan edilən çıxarışdır. Əgər iddiaçı iddia ərizəsində yazdığı kimi çıxarışın əslini sərəncam almaq üçün Məharət Mustafayevə, o da Gəncə Şəhər İH-nin Memarlıq Şöbəsinə vermiş olsaydı O, Polis İdarəsinə yazdığı ərizədə mütləq olaraq çıxarışı M.Mustafayevə, o da Gəncə Şəhər İH-nin Memarlıq Şöbəsinə verdiyini yazardı. Həm də polisə çıxarışın itdiyini bildirəndə polisin özü harada, necə və hansı şəraitdə itmə ehtimallarını soruşur. Əgər həqiqətən də iddiaçı çıxarışı M.Mustafayevə o da Memarlıq Şöbəsinə vermiş olsaydı o, mütləq Polisə izahat verərdi.Polis də memarlıq Şöbəsinə sorğu göndərərdi. Göründüyü kimi iddiaçının iddia ərizəsindəki izahatı və iddia tələbinin bu haldakı dəlilləri də saxta və yalan olduğu sübut olunur. Bununla tam sübut olunur ki, işin içində olan sübutların və sənədlərin heç biri və həmin sübutların yaratdığı hallar məhkəmə tərəfindən araşdırılmamışdır. Qətnamədən aydın görünür ki, yuxarıda qeyd olunan işin materiallarını təşkil edən və gizlədilən sübutları niyə rədd etməsi və ya gizlətməsi və gizlətməsi üçün istinad etdiyi dəlillər göstərilməmişdir. Sübutlar əlaqəli şəkildə şərh edilməmiş, qəbul edilməməsinin səbəbləri izah edilməmişdir. Mübahisələnən alqı-satqı müqaviləsinin notariat işi materiallarına yox, bu işə aidiyyatı olmayan bağışlanma müqaviləsinin materiallarına daha çox şərh verilərək istinad olunmuşdur. Qətnamənin 4-cii səhifəsinin 5-ci abzasında notariat işinin içində olan onun adından notariat kontorunun əməkdaşlarının yazdıqları və ona məlum olmayan əizəyə istinad olunub. Ərizədə qeyd edilib ki-qohumumuz olan İddiaçı məxsus Gəncə şəhəri Avtozavod yolu ünvanında yerləşən 400 kv.m torpaq sahəsini 2013-cü ildə 5000 manata razılaşaraq pulunu tam ödədim və torpaq sahəsini təhvil aldım, qarşılıqlı etibarımız olduğu üçün o vaxt sənədləşmə aparmadıq. Daha sonra həmin torpaq sahəsində öz maddi imkanımız hesabına ev inşa etdirdik. Xahiş edirəm alqı-satqı müqaviləmizi o vaxt razılaşaraq aldığımız qiymət göstərilməklə rəsmiləşdirəsiniz. Onun həmin ərizədən xəbəri olmayıb. Müqaviləni imzaladanda notariat kontorunun əməkdaşları ərizəni də aralıqda imzaladıblar. O, bağ evini ona satan bu iş üzrə İddiaçı evə baxmağa gedəndə ilk dəfə görmüşdür. Onunla heç bir qohumluğu da yoxdur.Ərizədə onun adından yazılıb ki-torpaq sahəsini alandan sonra öz maddi imkanı hesabına ev inşa etdirdilər. Onun ərizədən xəbəri olsaydı, bu onun üçün göydən düşmə bir fakt (dəlil) olardı.Əgər o evi o, tikdirmiş olsaydı tikiliyə bütövlükdə iddia edərdi.Daha niyə satın aldığını yazırdı.Əgər evi o,inşa elətdirmişdirsə, alqı-satqı müqaviləsində ev niyə ona satılırdı. Təkcə torpağın satıldığı qeyd olunardı. Ərizənin saxta və quraşdırma olduğunu işdə olan Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2014 tarixli 199 saylı sərəncamı sübut edir. Belə ki, ərizədə yazılıb ki, guya torpaq sahəsi ona 2013-cü ildə satılıb. Ancaq sərəncamın 2-ci bəndindən görünür ki, “torpaq sahəsi iddiaçıya xx.xx.2014cü il tarixindən sonra verilib. Sadəcə vergidən yayınmaq üçün həmin ərizə quraşdırılaraq notariat işinə əlavə edilib. Bundan başqa ərizədə onun əvəzindən yazılan - Öz maddi imkanımız hesabına ev inşa etdirdiyimiz- İfadəsinin ona məxsus ifadə olmadığını iddiaçı öz iddia ərizəsində də sübut edir. Belə ki, o iddia ərizəsinin 1-ci səhifəsinin 2-ci abzasında - həmin tikilini Binnəl Şahmarov qız övladı X1 hədiyyə olaraq tikdirmişdir. Bu səbəbə görə də onun kürəkəni X3 bəzi hallarda həm maddi həm də digər məsələlərdə evin tikintisinə yaxından köməklik etmişdir.Sözügedən bağ evinin, tikintisi başa çatdıqdan sonra Samir Abdullayev həmin evə icra başçısının sərəncamının və icazə sənədlərinin alınması və hazırlanması vacib olduğunu bildirmişdir. Göründüyü kimi iddiaçı evin o, yox, özlərinin tiktirdiyini qeyd edir. Odur ki, məhkəmənin tədbiq etdiyi AR MM-nin 324.5-ci və 404.1-cimaddələri onların bu dəlilinə hüquqi əsas verir. Həmin ərizəni o, yazmış olsaydı belə, axı həmin ərizədə yazılan “torpaq sahəsini 2013-cü ildə torpaq sahəsi kimi satın alıb ev tikdirmişəm ” ifadəsi heç bir halda iddiaçının “etibarnamə vermək üçün notariat kontoruna gəlmişdim məni aldadıb alqı-satqı müqaviləsi imzaladıblar” dəlilinə əsas vermir. Əgər o, iddiaçıya 2013-cü ildə ərizə yazıb ona etibarnamə verməsini xahiş etsəydi və notariusa da ərizə yazıb etibarnamə yox, alqı-satqı müqaviləsini rəsmiləşdirməsini xahiş etsəydi, o halda onu aldatmış olardı. Bundan başqa o, notariat kontorunun bu alqı-satqı müqaviləsini sənədləşdirmiş əməkdaşı olmuş olsaydı, o halda ona qarşı belə bir dəlillə qaldırılan iddia ağlabatan və əsaslı ola bilərdi. Məhkəmə heç olmasa alqı-satqı müqaviləsindəki onun imzasını və yazısını, iddiaçının imzası və yazısı ilə tutuşduraydı və qiymətləndirəydi. Onun heç orta təhsili belə olmadığı halda ali təhsilli iddiaçı və 3-cü şəxsi o, necə aldada bilərdi. Heç ola bilərdimi ali təhsilli şəxslər notariat kontoruna etibarnamə vermək üçün gedib etibarnamə yox, alqısatqı müqaviləsini imzalasınlar?! Mübahisəli bağ evinə dair çıxarışın əsli, çıxarışın itdiyi bəyan edilərək polisdən alınan arayış, çıxarışın itdiyi elan verilən qəzetin səhifəsi iddiaçının yalan əsaslarla dublikat çıxarış alıb ona satdığı evi dayısına bağışlamasını, iddiaçının həyat yoldaşının evi ona satanda notariusa gedib evin ona satılmasına rəsmi razılıq verməsini və sonra da iddiaçının dayısına bağışlanmasına rəsmi razılıq verməsini sübut edən sübutlar işin içində olduğu halda bu sübutların gizlədilməsi ilə çıxarılan qətnamə əsaslı hesab edilə bilməz. Qətnamənin əsaslandırma hissəsi ilə işin materialları və iddia ərizəsi ilə onların etirazlar tutuşdurularaq araşdırılıb müqayisə edilsə çox aydın görünür ki, iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilməli olan sübutlar və faktlar gizlədilmiş, qətnamə ancaq iddiaçının iddia ərizəsində yazdığı biri-birinə zidd dəlillərdən birinə istinad olunmuş, heç həmin hal da mötəbər sübut və faktlarla əks etdirilməmişdir.Qətnamədə göstərilən hallar nə işin materialları ilə, nə də iddiaçının iddia ərizəsindəki dəlilləri ilə uyğun gəlmir. Məhkəməyə məlum olmalı idi ki, əgər o, keçmiş İHB-na bu qədər yaxın idisə bütün Gəncə və Gəncəətrafı rayonlarının əhalisini torpaq sahəsi ilə təmin edən İHB-nın gücü çatmazdımı bir torpaq sahəsi də ona versin və ev tikməkdə köməklik etsin. Daha iddiaçının evini niyə alıb ona verməli idi. Əgər Gəncədə və Yevlaxda torpaq maqnatı kimi ad çıxardan M.Mustafayevə o, iddiaçının dediyi qədər yaxın idisə, torpaq verilməsi onun əlində olduğu halda niyə ona bir torpaq sahəsi verməyib, başqasının torpağını əlindən alıb ona verməli idi? Fakt budur ki, qətnamədə məhkəmənin gəldiyi nəticə üçün mühum əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, məhkəmə tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyəti olan hallar sübut edilməmişdir. Qətnamə üzrə nəticə işin hallarına və materiallarına uyğun gəlmir. Maddi və prosessual hüquq normaları da, pozulmuş və düzgün tətbiq olunmamışdır. Ona görə də, Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(039)- 1422/2019 nömrəli qətnaməsini ləğv edib, işə mahiyyəti üzrə yenidən baxıb, iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apelyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1 apelyasiya şikayətinə etiraz edərək, apelyasiya şikayətinin təmin edilməməsini, Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(039)-1422/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Üçüncü şəxs Gəncə şəhəri 1 saylı xüsusi notariat ofisinin nümayəndəsi, Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 lazımı qaydada məhkəmə kollegiyasının iclasına dəvət edilsələr də, məhkəmə kollegiyasının iclaslarına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən apelyasiya şikayətinə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında Cavabdeh apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apelyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 apelyasiya şikayətinə etiraz edərək, apelyasiya şikayətinin təmin edilməməsini, Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(039)-1422/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372.1-ci mаddəsinə əsаsən apelyasiya instаnsiyаsı məhkəməsi tаm hüquqlu məhkəmə kimi işə, işdə olаn və əlаvə təqdim olunmuş sübutlаr əsаsındа mаhiyyəti üzrə bаxır. Həmin Məcəllənin 372.6-cı mаddəsinə əsаsən apelyasiya instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsinin qətnаməsinin əsаslılığını onun düzünə və yа dolаyısı ilə mübаhisələndirilən hissəsində, şikаyət qərаrın ləğv edilməsinə yönəldildikdə və yа apelyasiya şikаyətində və onа etirаzlаrdа ifаdə olunmuş dəlillərə əsаsən mübаhisənin predmeti bölünməz olduqdа isə tаm yoxlаyır. Həmin Məcəllənin 372.7-ci mаddəsinə əsаsən apelyasiya instаnsiyаsı məhkəməsi şikаyətin dəlillərindən аslı olmаyаrаq, məhkəmənin mаddi və prosessuаl hüquq normаlаrınа riаyət etməsini yoxlаyır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apelyasiya şikayəti təmin olunmamalı, Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(039)-1422/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Ona görə də məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. İşdə olan ƏMDK DƏDRX-in 3 saylı Gəncə şəhər Ərazi İdarəsindən xx.xx.2019-cu il tarixdə tələb edilmiş materiallardan müəyyən olunmuşdur ki, mübahisəli bağ evi Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2014-cü il tarixli 1711 saylı sərəncamına əsasən İddiaçı adına qeydiyyata alınmış və ona xx.xx.2015-ci il tarixində çıxarış verilmiş, xx.xx.2018-ci il tarixli bağışlama müqaviləsinə əsasən bağ evi onun tərəfindən X4 bağışlanmış və xx.xx.2018-ci il tarixdə B.Şahmarov adına çıxarış almışdır. Həmin materiallardan görünür ki, mübahisəli bağ evinə dair sözügedən əqd bağlanarkən həqiqətən də İddiaçı adına olan xx.xx.2015-ci il tarixli çıxarışın dublikatı ilə hərəkətlər həyata keçirilmişdir. İşdə olan Gəncə şəhər Baş Polis İdarəsinin Nizami Rayon Polis İdarəsinin xx.xx.2018-ci il tarixli arayışından müəyyən olunmuşdur ki, İddiaçı Nizami RPİ-yə ərizə ilə müraciət edərək ona məxsus olan Gəncə şəhəri, Avtozavod qəsəbəsində yerləşən bağ evinin xx.xx.2009-cu il tarixli çıxarışının Gəncə şəhərində itdiyini bildirmişdir. Həmin sənədin tapılması ilə bağlı müvafiq tədbirlər həyata keçirilsə də, nəticəsi olmamışdır. İşdə olan “Ədalət” qəzetinin xx.xx.2018-ci il tarixli buraxılışında Gəncə şəhəri, Avtozavod qəsəbəsində yerləşən İddiaçı məxsus bağ evinin xx.xx.2015-ci il tarixli çıxarışının itdiyi üçün etibarsız sayılmasına dair elan yerləşdirilmişdir. İşdə olan Gəncə şəhər Baş Polis İdarəsi Nizami Rayon Polis İdarəsinin materiallarından müəyyən olunmuşdur ki, mübahisəli evin Şahid tərəfindən zəbt olunması ilə bağlı ərizə ilə İdarəyə müraciət olunmuş, bununla bağlı İdarə tərəfindən tərəflər çağırılaraq izahatları alınmış və mübahisə mülki xarakterli olduğu üçün məhkəməyə müraciət olunması tövsiyə edilmişdir. İşdə olan Gəncə Apellyasiya Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(104)-2313/19 saylı qətnaməsindən müəyyən olunmuşdur ki, iddiaçı X2 cavabdeh Şahid qarşı mübahisəli evdən çıxarılma tələbinə dair iddiası Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(044)-5133/19 saylı qətnaməsi ilə təmin edilmiş və Şahid tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. İşdə olan xx.xx.2019-cu il tarixli vəsiyyətnamədən görünür ki, X5 ölən günədək ona məxsus olan bütün daşınar və daşınmaz əmlakını X1 vəsiyyət etmişdir Birinci instansiya məhkəməsi iddianı təmin edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.5, 339.2 və 404.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu da “T.Mənsurovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2010-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxx 2011-ci il tarixli Qərarına istinad etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər həmin Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Həmin Məcəllənin 339.2-ci maddəsinə görə şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Həmin Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu da “T.Mənsurovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2010-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxx 2011-ci il tarixli Qərarında da xüsusilə göstərmişdir ki, məhkəmələr tərəfindən əqd etibarsız olduqda, tərəflərin hüquqi statusu ilkin (əvvəlki) vəziyyətə qaytarılmalı, etibarsız əqddən irəli gələn məsələlər həll edilməlidir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən mübahisələndirilən tikiliyə dair bağışlama müqaviləsi bağlanarkən həqiqətən də iddiaçı xx.xx.2015-ci il tarixli çıxarışın dublikatı ilə hərəkətlər etmiş, çıxarışın itməsi ilə bağlı polisə müraciət etmiş, qəzetdə elan yerləşdirmiş, mübahisəli tikilinin Şahid tərəfindən zəbt olunması ilə bağlı da polisə müraciət etmişdir. Cavabdeh tərəf mübahisəli tikilinin həqiqətən də iddiaçı tərəfindən ona satıldığını bildirsə də, lakin aradan keçən bu müddətdə həmin alqı-satqıya əsasən tikiliyə dair niyə öz adına müvafiq çıxarış almadığını ağlabatan şəkildə əsaslandıra-izah edə bilməmişdir. Bundan başqa, birinci instansiya məhkəməsi tərəfindən Gəncə şəhəri 1 saylı Notariat Ofisindən tələb edilmiş 4 Ə-133 saylı notariat işindən müəyyən olunmuşdur ki, iddiaçıya məxsus Gəncə şəhəri, Nizami rayonu, Avtozavod yolu ünvanında 0,04 ha torpaq sahəsi üzərində yerləşən tərkibinə A yaşayış binası olmaqla, (ümumi sahəsi 100,4 kv.m: yaşayış sahəsi 35 kv.m., yardımçı sahəsi 65,4 kv.m. olan 2 otaq), sahəsi 135,8 kv.m. olan 1 talvar, sahəsi 28 kv.m. olan köməkçi tikili daxil olan bağ evinin 100,4 kv.m. 2 otağına aid hissəsinə dair iddiaçı İddiaçı ilə Cavabdeh arasında xx.xx.2015-ci il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmış və bu barədə müvafiq reyestrdə 4Ə-133 nömrə ilə qeydiyyat aparılmışdır. Həmin notariat işində hazırkı iş üzrə Cavabdeh məxsus ərizə mövcuddur. Həmin ərizədə Cavabdeh göstərmişdir ki: “Qohumumuz olan İddiaçı məxsus Gəncə şəhəri, Avtozavod yolu ünvanında yerləşən 400 kv.m. torpaq sahəsini 2013-cü ildə 5000 manata razılaşaraq, pulunu tam ödədim və torpaq sahəsini təhvil aldım, qarşılıqlı etibarımız olduğu üçün o vaxt sənədləşmə aparmadıq. Daha sonra həmin torpaq sahəsində öz maddi imkanımız hesabına ev inşa etdirdik. Xahiş edirəm alqı-satqı müqaviləmizi o vaxt razılaşaraq aldığımız qiymət göstərilməklə rəsmiləşdirəsiniz.” Lakin cavabdeh tərəf iddiaya dair etirazında, izahatında, mübahisəli tikiliyə dair bağlanmış bağışlama müqaviləsinin etibarsız hesab olunmasına dair iddia ərizəsində həmin hallarla bağlı hər hansı xüsusatı qeyd etməmiş, əksinə həmin hallardan fərqli hallar göstərərək bildirmişdir ki, 2015-ci ildə S.Abdullayev Yevlaxda onlara gələrək Gəncədə qohumlarının ucuz qiymətə yarımçıq bir tikili satdığını bildirmiş, onlar birlikdə gedərək tikiliyə baxıb bəyənmiş, 23 000 manata razılaşaraq almışdır. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh tərəf notariat işindəki sözügedən ərizə ilə bağlı ağlabatan izahat verə bilməmişdir. Beləliklə, qeyd olunanlardan iddiaçının dəlillərinin əsaslı, cavabdehin etirazının isə əsassız olduğu müəyyən olunur. Tərəflərin əqdin bağlanmasından sonrakı davranışları ilə müəyyən olunmuşdur ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi zamanı tərəflərin əsl niyyəti (iradə ifadəsi) mübahisəli tikilinin alınıb-satılması olmamış, onların iradə ifadəsi buna yönəlməmişdir. Halbuki müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin zəruri şərtidir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia təmin edilməli, Gəncə şəhəri, Nizami rayonu, Avtozavod yolu ünvanında 0,04 ha torpaq sahəsi üzərində yerləşən tərkibinə A yaşayış binası olmaqla, (ümumi sahəsi 100,4 kv.m: yaşayış sahəsi 35 kv.m., yardımçı sahəsi 65,4 kv.m. olan 2 otaq), sahəsi 135,8 kv.m. olan 1 talvar, sahəsi 28 kv.m. olan köməkçi tikili daxil olan bağ evinin 100,4 kv.m. 2 otağına aid hissəsinə dair iddiaçı İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilməlidir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi iddiaçı həmin əqdin bağlanması zamanı cavabdehdən hər hansı məbləğ almamışdır. Cavabdeh həmin əqdə dair yuxarıda istinad olunan notariat işindəki ərizəsində də məbləğin formal olaraq yazıldığını təsdiq etmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, hazırkı hala MM-in 337.5-ci maddəsinin tətbiqi istisna olunur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı təmin etməklə əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apelyasiya baxışında apelyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin ləğv olunmasına və apelyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdeh də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən, eyni zamanda iddiaçı iddia tələbinin qanuni əsası kimi istinad etdiyi sübutları birinci instansiya məhkəməsinə təqdim etdiyindən cavabdehin göstərdikləri əsaslı hesab edilə bilməz. Yuxarıda göstərilən qanun normalarının tələblərindən də göründüyü kimi, iddiaçı hazırki iddia ilə məhkəməyə müraicət etməkdə, birinci instansiya məhkəməsi isə iddianı təmin etməkdə haqlı olmuşdur. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin apelyasiya qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh tərəfindən verilmiş apelyasiya şikаyəti təmin edilmədən, iş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(039)-1422/2019 nömrəli qətnaməsi isə dəyişdirilmədən sаxlаnılmаlıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə apelyasiya instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, apelyasiya şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(039)-1422/2019 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Cavabdehnm tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar