Məhkəmə qərarları › İş №2(107)-1963/2020

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1963/2020

12.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1963/2020 12.10.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi və İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər X3 və X2 qarşı dəymiş maddi ziyana görə 1530 manat pul və cavabdeh tərəfindən həyətyanı sahənin otazdırılmasının (müdaxilənin) qadağan edilməsi tələbinə dair mülki iş üzrə İddiaçı iddianın təmin tədbiri barədə vəsatətinin təmin edilməsi Zərdab Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(035)-456/2020 nömrəli qərardadından cavabdeh X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1ş qızı və X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər tərəfindən Zərdab rayonu Dəliquşçu kəndi ərazisində olan fərdi yaşayış evinin həyətinə şəxsi mülkiyyətində olan iri və xırda buynuzlu heyvanların salınaraq orada olan müxtəlif növ meyvə ağaclarını, tərəvəz məhsulları və sair yaşıllıqları otazdıraraq yararsız hala salmaları nəticəsində vurduqları ziyana görə 350 manat, həyətyanı sahədəki xeyli sayda olan yonca kiplərinin məhv edilməsinə görə 1150 manat və ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 1530 manat pulun cavabdehlərdən müştərək qaydada məcburi olaraq alınaraq ona verilməsinə və ona məxsus həyətyanı sahənin cavabdehlərin şəxsi təsərrüfatlarında olan iri və xırda buynuzlu heyvanlara otazdırılmasının (müdaxilənin) qadağan edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə prosesinin gedişində iddiaçı vəsatətlə məhkəməyə müraciət edərək iddiaya mahiyyəti üzrə baxılanadək iddianın təmini tədbiri olaraq cavabdehlərin ona məxsus həyətyanı torpaq sahəsinə daxil olmaları, iri və xırda buynuzlu heyvanları otarmalarının qadağan edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Zərdab Rayon Məhkəməsinin (hakim Tahir Qubadov) xx xxxxxx 2020-ci il tarixli, 2(035)-456/2020 nömrəli qərardadı ilə mülki işə baxılıb həll edilənə kimi Zərdab rayonu Dəliquşçu kəndində İddiaçı məxsus həyətyanı torpaq sahəsinə cavabdehlərin daxil olmaları, iri və xırda buynuzlu heyvanları otarmalarının qadağan olunması, qərardadın dərhal icra edilməsi, qərardadın icrası Zərdab Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsi qərara alınmışdır. Cavabdeh X4 qərardaddan narazı qalaraq şikayət vermiş və şikayəti onunla əsaslandırmışdır ki, qərardadla heç bir halda razı deyildir. Belə ki, cavabdeh sözü gedən ərazinin ona məxsus olmasını iddia etsə də, lakin, torpaq sahəsinə dair heç bir konkret hüquqi sənəd məhkəməyə təqdim edə bilməmişdir. Məhkəməyə təqdim etdiyi torpağın şəhadətnaməsinin isə sözügedən əraziyə məxsus olması şübhəlidir. Belə ki, Dəliquşçu kənd Bələdiyyəsi tərəfindən verilən arayışdan da məlum olur ki, torpaq sahəsinin kimin mülkiyyətində olması mübahisə mövzusudur. Bundan əlavə, məhkəmə proseduru zamanı verdiyi vəsatət təmin olunaraq sözü gedən əraziyə Dövlət X1 əməkdaşlarının dəvət olunması qərara alınmışdır. Ona görə də, Zərdab Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(035)- 456/2020 nömrəli qərardadının ləğv edilərək məhkəmə proseduru bitənə kimi sözü gedən torpaq sahəsindən istifadə hüququnun bərpa olunmasını xahiş edir. Zərdab Rayon Məhkəməsinin x xxxxxxxx 2020-ci il tarixli 2(035)-456/2020 nömrəli qərardadı ilə Zərdab Rayon Məhkəməsinin 2(035)-456/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadının ləğv edilməsi barədə Cavabdeh2 tərəfindən verilmiş şikayət təmin edilməmiş, şikayət iş materialları ilə birlikdə baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı şikayətə etiraz edərək, şikayətin təmin edilməməsini, Zərdab Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(035)-456/2020 nömrəli qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbardar edilmələrinə baxmayaraq cavabdehlər X3 və X4 məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbаycаn Respublikаsı MPM-nin 376.2-ci mаddəsinə əsаsən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə tədqiq edib hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməməli, iş üzrə Zərdab Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(035)-456/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi iddia ərizəsi üzrə 2(035)-456/2020 saylı mülki işin materiallarını və iddianın təmini tədbiri haqqında vəsatəti nəzərdən keçirib və yuxarıda sadalanan qanunvericilik normalarını rəhbər tutaraq hesab etmişdir ki, işə mahiyyəti üzrə baxılana qədər iddianın təmini tədbirinin tətbiqi barədə ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 157.1-ci maddəsinin tələblərinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianın təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinin mənasına görə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1, 158.1.3-cü maddələrinə əsasən məhkəmə iddianı təmin etmək üçün müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan edə bilər. Həmin Məcəllənin 159.1-ci maddəsinin tələblərinə əsasən iddianın təmin etmək haqqında ərizəyə mübahisəni həll edən hakim tərəfindən, daxil olduğu gündən təxirə salınmadan baxılır. Həmin Məcəllənin 159.2-ci maddəsinə görə hakim ərizəyə baxılmanın nəticəsi barədə qərardad çıxarır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır. Məhkəmə kollegiyası işin şərh olunan hallarına tətbiq edilməli hüquq normalarının tələblərinə uyğun qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir, şikayətin dəlilləri əsassızdır, Zərdab Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(035)-456/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən apelyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessal Məcəlləsinin 263-264, 397, 398.0.1 və 400-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh X4 tərəfindən verilmiş şikаyət təmin edilməsin. İş üzrə Zərdab Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(035)-456/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Rövşən Rəfiyev Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar