Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1965/2019 24.12.2019 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hаkimlər - Mahmudov Ayaz Akif oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - X6; İddiaçı - İddiaçı; Cavabdeh - Cavabdeh1 iştirakı ilə; Zaqatala Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli, 2(033)-646/2018 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq Müəyyən etdi: Zaqatala Rayon Məhkəməsinin xx xxx 2018-ci il tаrixli, 2(033)-646/2018 saylı qətnaməsi ilə (hakim Elbrus Məmmədov) iddiа qismən təmin edilmiş, Cavabdeh1 29000 (iyirmi doqquz min) manatın alınaraq iddaçı İddiaçı verilməsi və iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Şəki Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxxx 2018-ci il tarixli, 2(107)-2088/2018 saylı qətnaməsi ilə Cavabdeh1 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməmiş, Zaqatala Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli, 2(033)-646/2018 saylı qətnaməsi dəyişdirilmədən sаxlаnılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2(102)-1715/2019 saylı qərarı ilə Cavabdeh1 və vəkili X1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Şəki Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxxx 2018-ci il tarixli, 2(107)-2088/2018 saylı qətnaməsi iddianın təmin edilmiş hissəsində ləğv edilmiş və mülki iş ləğv olunan hissədə yenidən baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. İşin halları: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərərk cavabdhlər Cavabdeh1 və Cavabdeh2 31 000 (otuz bir min) manat borc məbləğinin alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclаsındа İddiaçı iddia ərizəsinin göstərilənlərə uyğun izahat verərək bildirmişdir ki, 2016-cı ildən başlanılmaqla cavabdehlərə müxtəlif vaxtlarda bank vasitəsilə pul göndərmişdir. Tələbində göstərdiyi 59 000 (əlli doqquz min) manat göndərilən pulun həqiqətən də cavabdehlərə verilməsini təsdiq edən bank qəbzləri vardır. Cavabdehlər borc məbləğindən 28000 (iyirmi səkkiz min) manatı ödəmişlər, lakin 31000 (otuz bir min) manat ödənilməmiş borc məbləği qalmışdır. Odur ki, iddianın təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclаsındа Cavabdeh1 iddiaçının göstərdiyi borc məbləğini ödədiyini bilidirərək bununla bağlı İddiaçı bank vasitəsi ilə göndərdiyi pul məbləğlərini əks etdirən sübutları təqdim etmiş və mübahisələrin həllini məhkəmənin mülahizəsinə buraxmışdır. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Birinci instаnsiyа məhkəməsinin iş üzrə qətnаməsindən Cavabdeh1 tərəfindən apelyasiya şikayəti verilmişdir. Apelyasiya şikayətinin dəlilləri: Apelyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Belə ki, o, iddiaçı ilə yaxın qohumdur. O, qızıl-zinət əşyalarının satışı ilə məşğul olduğundan iddiaçı tərəfindən ona maraqlı təkliflər olmuşdur. Onlar bir müddət birlikdə işləmişlər. Sonra aralarında maddi anlaşılmazlıq yaranmışdır. Məhkəmə cavabdehin yəni onun borc məbləğindən 28.000 manata ödədiyi qənaətinə gəlmişdir. Qalan məbləği sübut etməyinə isə imkan yaratmamışdır. Belə ki, 2007-ci il avqust ayının 1-ci on günlüyündə iddaçı anası ilə birlikdə onlara gəlib bir müddət qonaq qalmışlar. Həmin müddət ərzində qaynanasına məxsus evi X2 girov qoyaraq 28.000 manat pul götürüb iddiaçıya vermişdir. xx.xx.2017-ci il tarixdə iddiaçı nənəsigildə olduğu zaman isə 3500 manat ona vermişdir. xx xxxxxx 2017-ci il tarixdə iddaçı onun adına "xxxx” ASC-nin Zaqatala fılalına 10.000 manat pul göndərmişdi. Həmin pulun müqabilində xx xxxxxx 2017-ci il tarixdə 360 qram çəkidə qızıl - zinət əşyalarını Zaqatala - Bakı maşrutu üzrə sərnişin daşıyan avtobusun sürücüsü Asimlə iddiaçıya göndərmişdir. Bu pullar iddiaçıya verdiyi qızıl-zinət əşyalarının pulu olduğu halda hakim həmin 10.000 manatı iddiaçıya borclu olduğunun sübutu kimi qəbul edərək səhv nəticəyə gəlmişdir. Halbukı, bu pullar iddaçıya avtobus sürücüsü ilə göndərdiyi qızılların pulu idi. Bundan başqa o, iddaçınn tapşırığına əsasən 4800 manat pulu onun bacısı Hüsevnova Arzunun adına köçürmüşdür. Bunlara baxmayaraq, ayrı-ayrı şəxslərin onun adına göndərdikləri pulların pəbzlərini də hakim sübut kimi qəbul edərək iddianı təmin etmişdir. Hansı ki, bu qəbzlərin bu işə heç bir adiyatı yoxdur. İddaçı 2017-ci ilin təxminən sentyabr ayında ona təklif etmişdir ki, onun dost tanışları qızıl - zinət əşyaları düzəldirlər, bu işdə kifayət qədər xeyr olacaq. O da iddiaçının bu təklifi ilə razılaşmış və onlar bir müddət birlikdə işləmişlər. Sonradan ona məlum olmuşdur ki, iddiaçının göndərdiyi qızıllar saxtadır. Hal-hazırda bununla bağlı Yasamal RPİ-də araşdırma aparılır. Məhkəmə tələsik işə baxaraq şahidlərini dinləməmiş, çəkişmə prinsipinə əməl etməmiş, əlavə subutlar təqdim etməyə imkan verməmiş və MPM-in 9.1 və 14.2-ci maddələrinin tələbini pozmuşdur. Məhkəmə qətnamədə qeyd etmişdir ki, “məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək bildirmişdir ki. 2016-cı ildən başlanılmaqİa cavabdehlərə müxtəlif vaxtlarda bank vasitəsi ilə pul göndərmişdir. Tələbində göstərdiyi 59.000 manat pulun həqiqətən də cavabdehlərə verilməsini təsdiq edən bank qəbzləri vardır. Cavabdehlər borc məbləğindən 28.000 manat ödəmişlər, lakin 31000 manat ödənilməmiş qalmışdır." İddiaçının qətnamədə göstərilən dırnaqarası izahatından isə o, heç nə başa düşə bilməmişdir. İzahatına gəldikdə isə o, iddia tələbinin əsassız olduğunu, iddianı qəbul etmədiyini bildirmişdir. Məhkəmə izahatını tam yazmamış, izahatını təhrif etmişdir. Ona görə də, Zaqatala Rayon Məhkəməsinin xx xxx 2018-ci il tаrixli, 2(033)-646/2018 saylı qətnаməsini ləğv edərək iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apelyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini, Zaqatala Rayon Məhkəməsinin xx xxx 2018-ci il tаrixli, 2(033)- 646/2018 saylı qətnаməsini ləğv edərək iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apelyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini və Zaqatala Rayon Məhkəməsinin xx xxx 2018-ci il tаrixli, 2(033)-646/2018 saylı qətnаməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və yaapelyasiyaşikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X5 HaqqındaKonvensiyanın 6-cımaddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq, hazırkı iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2(102)- 1715/2019 saylı qərarında göstərilənləri əsas tutaraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməməli, Zaqatala Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli, 2(033)- 646/2018 saylı qətnaməsi ləğv edilməlidir. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, iddiaçı tərəfindən cavabdehə 54305 (əlli dörd min üç yüz beş) manatın və 4000 (dörd min) ABŞ dollarının, cavabdeh tərəfindən isə iddiaçıya 30 000 (otuz min) manatın göndərilməsi təqdim edilmiş sübutlar əsasında öz təsdiqini tapmış və tərəflər həmin məbləğlərin həqiqi olmasını mübahisələndirməmişlər. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin gəlmiş olduğu həmin nəticə işin faktiki hallarına uyğun olmadığından və tərəflərin həqiqi münasibətlərini əks etdirmədiyindən əsaslı sayıla bilməz. İddiaçı iddia ərizəsində cavabdehə 59000 manat pul verdiyini, həmin pulu bank vasitəsi ilə müxtəlif vaxtlarda göndərdiyini iddia edir. Cavabdeh birinci instansiya məhkəməsinin iclasında iddiaçının göstərdiyi borc məbləğini bank vasitəsi ilə qaytardığını bildirmişdir. Cavabdehin apelyasiya şikayətində isə öz qayınanasına məxsus evi girov qoyaraq 28.000 manat pulu, sonradan xx.xx.2017-ci il tarixdə 3500 manat pulu iddiaçıya verməsi, iddiaçının xx xxxxxx 2017-ci il tarixdə cavabdehin adına "xxxx” ASC-nin Zaqatala fılalına 10.000 manat pul göndərməsi müqabilində cavabdeh tərəfindən xx xxxxxx 2017-ci il tarixdə 360 qram çəkidə qızıl - zinət əşyalarını Zaqatala - Bakı maşrutu üzrə sərnişin daşıyan avtobusun sürücüsü Asimlə iddiaçıya göndərdiyini, iddaçının tapşırığına əsasən 4800 manat pulu onun bacısı Hüsevnova Arzunun adına köçürdüyünü, onun iddiaçıya heç bir borcu olmadığını, əksinə iddiaçının ona borcu olduğunu, əslində özünün iddiaçıya qarşı iddia qaldırmalı olduğunu bildirmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2(102)-1715/2019 saylı qərarında göstərmişdir ki, “apellyasiya instansiyası məhkəməsi pulun köçürülməsi ilə bağlı iş materiallarında olan çoxsaylı bank sənədləri üzrə dəqiq hesablama aparılması baxımından xüsusi bilik tələb edildiyindən iş üzrə müvafiq ekspertizanın keçirilməsinin zəruriliyini müzakirə etməmiş, sübut kimi qəbul edilmiş 11 ədəd qəbzin hər birinin tarixi və məbləği qətnamədə göstərilməmiş, tərəflərin bir-birilərinə göndərdikləri pulların məbləği müəyyən edilərkən eyni bank köçürməsinə dair məbləğ 2 dəfə nəzərə alınmış (həm köçürmə bildirişi əsasında, həm də həmin vəsaitin banka mədaxil edilməsi barədə mədaxil qəbzi əsasında) və məhkəmə tərəfindən də iddiaçı tərəfindən cavabdehə göndərilmiş pulun ümumi məbləği düzgün müəyyən edilməmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə hüquqi qiymət verməkdə davam edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş materiallarında olan hazırkı işə aidiyyəti olmayan ayrı-ayrı şəxslərin cavabdehin adına göndərdikləri pulların qəbzlərinin sübut olaraq qəbul edilməsinin əsaslarını göstərməmiş, göndərilən bu pulların təyinatı, hazırkı iddia ilə əlaqəsinin olub-olmaması baxımından araşdırma aparmamışdır”. İş üzrə qаnuni və obyektiv qərar qəbul edilməsi üçün Şəki Apelyasiya Məhkəməsinin Mülki kollegiyаsının xx xxxx 2019-cu il tarixli, 2(107)-1965/2019 saylı qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizаsı Mərkəzinə həvаlə edilmişdir. Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizаsı Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli, 19036 nömrəli rəyində qeyd edilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən iş materiallarında olan bank sənədləri (köçürmə bildirişləri, bank qəbzləri (iş vərəqi 6-16, 33-96, 156-160)) əsasında İddiaçı Cavabdeh1 hesabına 37.505,0 manat və 4000,0 ABŞ dolları məbləğində vəsaiti köçürdüyü müəyyən edildi. 37.505,0 manat məbləğində vəsaitin köçürülməsi üçün xidmət haqqı 79,0 manat, 4000,0 ABŞ dolları məbləğində vəsaitin köçürülməsi üçün isə 16,0 ABŞ dolları nəzərdə tutulmuşdur. Təqdim edilmiş bank sənədləri (köçürmə bildirişləri, bank qəbzləri (iş vərəqi 6-16, 33- 96, 156-160)) əsasında Cavabdeh1 İddiaçı hesabına 20793,53 manat məbləğində vəsaiti köçürdüyü 'müəyyən edildi. 20793,53 manat məbləğində vəsaitin köçürülməsi üçün xidmət haqqı 79,73 manat nəzərdə tutulmuşdur. Təqdim edilmiş bank sənədləri (köçürmə bildirişləri, bank qəbzləri (iş vərəqi 33-96, 156- 160) əsasında Fərqanə Əliyeva tərəfindən İddiaçı hesabına 10189,7 manat məbləğində vəsaiti köçürdüyü müəyyən edildi. 10.189,7 manat məbləğində vəsaitin köçürülməsi üçün xidmət haqqı 41,7 manat nəzərdə tutulmuşdur. Bank sənədləri (köçürmə bildirişləri, bank qəbzləri (iş vərəqi 6-16, 33-96, 156-160) əsasında ayrı-ayrı şəxslər tərəfindən İddiaçı və Cavabdeh1 adlarına göndərilən və ya onlar tərəfindən göndərilən pulun məbləği ayrı-ayrılıqda aşağıdakı kimi olmuşdur: Kamil Kərimov tərəfindən İddiaçı 23.11,2017-ci il tarixdə 150,0 manat, Kərim Hüseynov tərəfindən İddiaçı xx.xx.2017-ci il tarixdə 120,0 manat, Cavid Abdullayev tərəfindən Ramil İsmayılova xx.xx.2017-ci il tarixdə 2000,0 manat, Dadaş Cəfərov tərəfindən Cavabdeh1 995,0 manat, Cavabdeh1 tərəfindən Arzu Hüseynovaya xx.xx.2017-ci il tarixdə 2000,0 manat, Fərqanə Əliyeva tərəfindən xx.xx.2017-ci il tarixdə Samir Əzizova 1300,0 manat, Fərqanə Əliyeva tərəfindən Arzu Hüseynovaya xx.xx.2017-ci il tarixdə 800,0 manat, xx.xx.2017-ci il tarixdə 2000,0 manat, İddiaçı tərəfindən Fərqanə Əliyevaya xx.xx.2017-ci il tarixdə 3800,0 manat məbləğində pul göndərilmişdir. Məhkəmə kollegiyası həmi iddiaçının, həm də cavabdehin göstərdiklərinə tənqidi yanaşır. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, iddiаçı İddiaçı 2016-cı ildən başlanılmaqla Cavabdeh1 müxtəlif vaxtlarda bank vasitəsilə 37.505,0 manat və 4000,0 ABŞ dolları pul göndərmişdir. Cavabdeh həmin borc məbləğin bir qismini, yəni 20793,53 manat məbləğində pulu bank vasitəsi ilə iddiaçıya qaytarmışdır. Məhkəmə kolegiyasının iclasında iddiaçı bank qəbzlərində göstərləndən artıq məbləğdə (iddia tələbində göstərilən) cavabdehə pul verdiyini, lakin həmin məbləğə dair mötəbər sübutları təqdim edə bilmədiyini göstərmişdir. Cavabdeh də məhkəmə kollegiyasının iclasında iddiaçıya olan borcunu bank qəbzlərində göstəriləndən artıq məbləğdə qaytardığı barədə mötəbər sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası iddia tələbini Cavabdeh2 münasibətdə əsaslı saymır. Belə ki, iddiaçı tərəfindən Cavabdeh2 hər hansı məbləğdə pulun verilməsi məhkəmə araşdırması nəticəsində öz təsdiqini tapmamışdır. Odur ki, iddia Cavabdeh2 münasibətdə əsassızdır və sonuncu hazırkı iş üzrə iddia tələbinin yönəldiyi şəxs deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə görə borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Qanunvericilik aktının qeyd olunan normasından da göründüyü kimi hazırkı mülki iş üzrə tərəflər arasında etibarlı borc müqaviləsinin bağlanması, borc alana razılaşdırılmış borcun verilməsi və verilmiş borcun qaytarılma vaxtının çatması kimi şərtlərin mövcud olub-olmaması yoxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 445-ci mаddəsinin tələbinə görə, icrаnı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zаmаnı təsаdüfən bаş vermiş icrа mümkünsüzlüyünün nəticələri üçün kreditor qаrşısındа məsuliyyət dаşıyır. Həmin Məcəllənin 448.1-ci mаddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqаvilə ilə аyrı qаydа müəyyənləşdirilməyibsə, borclu onun risk dаirəsinə dаxil olаn öhdəliklərin icrа edilmədiyi bütün hаllаr üçün cаvаbdehdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cаvаbdeh Cavabdeh1ndаn 29000 (iyirmi doqquz min) mаnаt məbləğində pulun аlınаrаq iddiаçı İddiaçınа verilməsi nəticəsinə gələrkən haqlı olmamışdır. İş materiallarından görünür ki, Fərqanə Əliyeva tərəfindən İddiaçı hesabına ayrı-ayrı vaxtlarda (14 dəfə) 10189,70 manat məbləğində, İddiaçı tərəfindən Fərqanə Əliyevaya xx.xx.2017-ci il tarixdə 3800,0 manat məbləğində pul göndərilmişdir. Cavabdeh Fərqanə Əliyevanın onun adından iddiaçıya olan borcuna görə müxtəlif vaxtlarda sonuncunun hesabına pul köçürdüyünü bildirmiş, iddiaçı isə bunu təkzib edərək onun Fərqanə Əliyeva ilə ayrıca biznes münasibətləri olduğunu bildirmişdir. Məhkəmə kollegiyası bununla əlaqədar qeyd edir ki, əgər Fərqanə Əliyeva tərəfindən iddiaçının hesabına pul vəsaitinin cavabdehin tapşırığına əsasən göndərildiyi qəbul edilsə, iddiaçının Fərqanə Əliyevaya pul göndərməsinin səbəbinin ağlabatan izahı yoxdur. İddiaçı ilə Fərqanə Əliyevanın bir-birinə qarşılıqlı surətdə pul göndərmələri onlar arasında müəyyən münasibətlərin olduğuna dəlalət edən haldır və bu halın hazırkı iş üzrə tərəflər arasında olan münasibətlərə aidiyyəti olmamışdır. İş materiallarında olan bank qəbzlərindən Kamil Kərimov tərəfindən İddiaçı 150,0 manat, Kərim Hüseynov tərəfindən İddiaçı 120,0 manat, Cavid Abdullayev tərəfindən Ramil İsmayılova 2000,0 manat, Dadaş Cəfərov tərəfindən Cavabdeh1 995,0 manat, Cavabdeh1 tərəfindən Arzu Hüseynovaya 2000,0 manat, Fərqanə Əliyeva tərəfindən Samir Əzizova 1300,0 manat, Fərqanə Əliyeva tərəfindən Arzu Hüseynovaya ayrı-ayrı vaxtlarda 800,0 manat, 2000,0 manat göndərildiyi məlum olur. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, həmin şəxslərin və onların göndərdikləri pulların hazırkı iddia ilə heç bir əlaqəsi olmamışdır. Buna baxmayarq birinci instansiya məhkəməsi ayrıayrı şəxslərin cavabdehin adına göndərdikləri pulların qəbzlərini sübut olaraq qəbul etmişdir. Məhkəmə kollegiyası Cavabdeh1 iddiaçıya olan borcundan 4800 manatını sonuncunun bacısı Arzu Hüseynovanın adına göndərməsi barədə bəyanını da inandırıcı və ağlabatan hesab etmir. Əvvəla, bank qəbzlərindən Cavabdeh1 Arzu Hüseynovaya göndərdiyi pulun 2000 manat olduğu məlum olur. İkincisi, cavabdeh tərəfindən həm iddiaçıya, həm də Arzu Hüseynovaya eyni zaman kəsiyində (2017-ci ilin sentyabr-oktyabr aylarında) pul göndərilməsinin tərəflər arasında olan hazırkı mübahisənin predmeti ilə əlaqələndirilməsi düzgün olmazdı. Məhkəmə kollegiyası İddiaçı Cavabdeh1 ilə şərikli lombard işi görmələri ilə bağlı ona 30000 manat pul verməsi, sonuncunun isə ona aylıq 1000 manat xeyir verməsi, lombardı yoxladıqda heç bir qızılın olmaması, cavabdehin ona göndərdiyi pulun əsas məbləğdən qaytarması, onu əkin əkməyə aparması, orada onu aldatması kimi izahatları ilə əlaqədar araşdırma aparmağa cəhd etsə də, tərəflər həmin xüsusatlarla bağlı məhkəmə kollegiyasına heç bir əsaslı sübutlar təqdim etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Sadalanan prosessual normaların mənasına görə, iddiaçı, iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlılığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında həticəyə gəlməsinin ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3)bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Bu baxımdan məhkəmə kollegiyası tərəflərin izahatını iş üzrə toplanmış sübutlar əsasında və formal həqiqət prinsipinə uyğun şəkildə qiymətləndirməklə belə qənaətə gəlir ki, iddiaçının cavabdehə vermiş olduğu pul məbləğindən cavabdehin ona qaytarmış məbləğ çıxılmaqla yerdə qalan hissədə iddia təmin olunmalıdır. Məhkəmə kollegiyasının gəlmiş olduğu bu qənaət iş üzrə alınmış ekspert rəyinə uyğundur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101.3-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Məhkəmə kollegiyası qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə kollegiyası ekspert rəyini tədqiq edərək, məhkəmə araşdırması zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyini nəzərə alaraq, həmin rəylə razılaşır və belə nəticəyə gəlir ki, hazırkı iş üzrə ekspert rəyi sübut kimi qəbul edilməlidir. “X3rşı işi üzrə” xx xxxxxx 2010-cu il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hesab etmişdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Məhkəmə kollegiyası apelyasiya şikayətinə münasibətdə iş üzrə cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin qətnamənin ləğv edilməsi ilə bağlı dəlilləri ilə razılaşmır. Belə ki, Cavabdeh1 apelyasiya şikayətində iddiaçıya olan borcunu tam ödədiyini qeyd etmişdir. Məhkəmə kollegiyası şikayətin həmin dəlili ilə razılaşmır. Belə ki, cavabdeh bu barədə məhkəmələrə hər hansı sübut növü təqdim etməmişdir. Apelyasiya şikayətinin həmin dəlili ancaq mülahizələrdən ibarət olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Zaqatala Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli, 2(033)-646/2018 saylı qətnаməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməklə iddia tələbi qismən təmin edilməli, Cavabdeh1ndаn 16711,47 manat və 4000 ABŞ dolları ödəniş gününə Azərbaycan manatına məzənnəsi ilə аlınаrаq iddiаçı İddiaçınа verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə məhkəmə xərci olan məhkəmə-mühasibatlıq ekspertrizası ilə bağlı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 200 manat məbləğində pulun 100 manatı cаvаbdeh Cavabdeh1, 100 manatı iddiаçı İddiaçı tutulmalı və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Az.MEM, VÖİN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41 NABZ ********************, SWİFT BİK CTREAZ 22) hesabına ödənilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cаvаbdeh Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. Zaqatala Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli, 2(033)-646/2018 saylı qətnаməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi qismən təmin edilsin. Cavabdeh1ndаn 16.711,47 manat və 4000 ABŞ dolları ödəniş gününə Azərbaycan manatına məzənnəsi ilə аlınаrаq iddiаçı İddiaçınа verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə məhkəmə xərci olan məhkəmə-mühasibatlıq ekspertrizası ilə bağlı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 200 manat məbləğində pulun 100 manatı cаvаbdeh Cavabdeh1, 100 manatı iddiаçı İddiaçı tutulsun və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Az.MEM, VÖİN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41 NABZ ********************, SWİFT BİK CTREAZ 22) hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslər tələbləri təmin olunmadığı hallarda rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməzsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Elçin Hüseynov Hakimlər: Ayaz Mahmudov Vəzirxan Məlikov
Məhkəmə qərarları › İş №2(107)-1965/2019
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1965/2019
24.12.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver