Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1966/2021 13.10.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsrafilov Elçin Əvəz oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı vurulmuş ziyanın əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Balakən Rayon Məhkəməsinin 04 avqust 2021-ci il tarixli, 2(019)-658/2021 nömrəli qətnaməsindən İddiaçı nümyəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Balakən Rayon Məhkəməsinin 04 avqust 2021-ci il tarixli, 2(019)-658/2021 nömrəli qətnaməsi ilə (hakim Hümbət Səlimov) İddiaçı Cavabdeh qarşı ziyan tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. İşin halları İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 670 (altı yüz yetmiş ) manat pulun və dövlət rüsumunun ödənilməsinə çəkilmiş 30 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir Birinci instansiya məhkəməsinin baxış iclasında İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178ci maddəsinin tərkibi olduğundan xüsusi qərar çıxarılmaqla bu barədə prokurora məlumat verilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, o, Balakən rayonu Qaysa kəndində yaşayır, qəssablıq ilə məşğul olur. Balakən rayonu Qullar kənd sakini Cavabdeh 1 baş qısır inəyi olduğunu və onu kəsmək üçün satmaq istədiyini bildirmişdir. 21 mart 2021-ci il tarixdə cavabdehdən 1 baş qısır inəyi kəsmək məqsədi ilə 670 manat pula razılaşaraq almışdır. O, maşın göndərərək inəyi evə gətirmiş və evdə baxıb görmüşdür ki, inək halsız vəziyyətdədir. O, bu barədə Murtuzəlinin qardaşı Şəmsəddinə bildirmiş və onunla birlikdə inəyi geri aparmalarını xahiş etmişdir. Şəmsəddindən bir xəbər olmadığına görə cavabdehə zəng edərək onun satdığı malın xəstə olduğunu və belə malı kəsib satmaq məsuliyyət yaradacağını bildirmişdir. Cavabdeh isə ona bildirdi ki, o elə bilmişdir ki, guya o, inəyin xəstə olduğunu bilməmişdir. O, cavabdehə demişdir ki, xəstə inək kəsib satan deyil. Cavabdeh axşam zəng edərək bildirmişdir ki, səhər inəyi aparacaqlar. Lakin səhər cavabdeh inəyi aparmaqdan imtina etmişdir. 24 mart 2021-ci il tarixdə inək xəstəlikdən ölmüşdür.O,Murtuzəli ilə olan telefon danışıqlarını yazdıraraq diskə köçürmüşdür. Sonuncu dəfə cavabdehlə şəxsən görüşsə də, telefonla əlaqə saxlasa da, cavabdeh ona olan borcu ödəməkdən yayınır.Bundan sonra Cavabdeh götürdüyü öhdəliyi yerinə yetirməmiş və vədinə əməl etməmişdir. Bununla əlaqədar cavabdehə dəfələrlə şifahi xəbərdarlıq edilməsinə, tərəfindən mübahisənin məhkəmədənkənar qaydada həll edilməsinə cəhd göstərilməsinə baxmayaraq heç bir nəticə əldə edilməmişdir.Cavabdehin hərəkəti ilə bağlı Balakən rayon polis şöbəsinə müraciət etsə də, tələbin mülki xarakterli olması səbəbindən bu iddia ilə bağlı məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Cavabdeh müxtəlif bəhanələr gətirərək 670 manat pulu ödəməkdən yayınır. Buna görə də Balakən Rayon Məhkəməsinə müraciət etməyə məcbur olmuşdur. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, o, Balakən rayonu Qullar kəndində yaşayır. Mərhum yoldaşı xəstə olduğu üçün inək almışdı. Yoldaşı rəhmətə gedəndən sonra inəyi satmaq qərarına gəlmişdir. Qardaşı inəyi alması üçün onlara qəssab göndərmiş, inəyi aparması üçün gələn sürücü inəyin başını bağlamış və maşına mindirmişdir.Sürücü inəyi aparmışdır. Gecə saat 11-12 radələrində İddiaçı ona zəng edərək inəyin xəstə olduğunu bildirmiş və inəyi gəlib aparmağını tələb etmişdir. O, gecə olduğundan gələ bilməyəcəyini, səhər gələcəyini bildirmişdir.Ruslan ona təkidlə gəlib inəyi aparmasını söyləmişdir. Daha sonra Ruslan ona video göndərmiş və orda inəyinin yıxıldığını buynuzunun qırıldığını və qan axdığını görmüşdür. O da Ruslana inəyi onun həyətindən apardığı vəziyyətdə gətirərsə qəbul edəcəyini demişdir. Səhər o, polis şöbəsinə dəvət olunmuş və izahat vermişdir.Onun inəyi xəstə olmamış, inək buynuzu qırıldığından və çoxlu qan itirdiyindən ölmüşdür.Odur ki, qeyd edilənləri nəzərə alıb iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Qabaqçöl qəsəbəsində yaşayır və qəssablıqla məşğul olur. 21 mart 2021-ci il tarixdə inəyi kəsmək üçün onun evinə gətirmişlər. İnəyi maşından düşürdən zaman onun ayaqları tutmamış və yerə yıxılaraq buynuzu sınmışdır. Bundan sonra inək başını yerə vurmağa başlamışdır. Həmən zaman o, Ruslana zəng vurmuşdur ki, inək xəstədir. Ruslan baytar həkim gətirmiş, həkim gəlib inəyin vəziyyətini gördükdə kəsimə yararlı olmadığını bildirmişdir. İnək 2-3 gün onun həyətində qaldıqdan sonra ölmüşdür. O,həmçinin göstərdi ki, Cavabdeh yaşadığı Balakən rayonu Qullar kəndi ilə onun yaşadığı Balakən rayonu Qabaqçöl qəsəbəsinin arasındakı məsafə 15-20 km olar. İnək onun həyətinə gətirilərkən qoşquda ayaq üstə olmuşdur.İnək qoşqudan düşürülərkən yıxılmış, ondan sonra ayağa qalxmamışdır. Birinci instansiya məhkəməsinin iclasında Şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Qabaqçöl qəsəbəsində Baytar həkim işləyir. 21 mart 2021-ci il tarixdə onu İddiaçı inəyə baxmaq üçün çağırmışdır. O, gedəndə inəyi uzanmış vəziyyətdə ağzından köpük axdığını və gözlərinin böyüdüyünü görmüşdür. İddiaçı ondan bu vəziyyətdə inəyi kəsməyin mümkün olmasını soruşmuş, oda inəyin kəsimə yararlı olduğuna söz verə bilmədiyini bildirmişdir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı X1 təqdim etdiyi diskə baxış keçirilmişdir. Diskdə olan videodan görünür ki, bir baş inək uzanıqlı vəziyyətdədir, hərdən başını yerə vurur, ətrafında isə çox miqdarda qan vardır. Diskdə olan audio yazı qanunvericiliyin tələbinə zidd olaraq gizli yazıldığından Azərbaycan Respublikası MPM-in 95.2-ci maddəsinə uyğun olaraq sübut kimi qəbul edilməmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn İddiaçı nümyəndəsi və vəkili Nümayəndə аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı nümyəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Balakən rayon məhkəməsinin hakimi qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarını pozmuş, o cümlədən, düzgün tətbiq etməmiş, sübutları tam, hərtərəfli və obyektiv araşdırmamış və nəticədə işin həqiqi hallarına uyğun olmayan, qeyriobyektiv və qərəzli qətnamə qəbul etmişdir. İddiaçı Balakən rayonu Qaysa kəndində yaşayır, qəssablıq ilə məşğul olur. Balakən rayonu Qullar kənd sakini Cavabdeh 1 baş qısır inəyi olduğunu və onu kəsmək üçün satmaq istədiyini bildirmişdir. 21 mart 2021-ci il tarixdə cavabdehdən 1 baş qısır inəyi kəsmək məqsədi ilə 670 manat pula razılaşaraq almışdır. O, maşın göndərərək inəyi evə gətirmiş və evdə baxıb görmüşdür ki, inək halsız vəziyyətdədir, inəyi maşından yerə düşürdükdən sonra inək köpmüş vəziyyətdə idi, buynuzlarını yerə vuraraq çırpınırdı. O həmin vaxt baytar həkimi gətirmiş, baytar həkimindən inəyi kəsib əhaliyə satmağın mümkün olub-olmamasını soruşmuş, baytar həkim bu vəziyyətdə olan inəyin kəsilməsinin qəti qadağan olduğunu, hazırda inəyin xəstə olduğunu bildirmişdir. O, bu barədə Murtuzəlinin qardaşı Şəmsəddinə bildirmiş və onunla birlikdə inəyi geri aparmalarını xahiş etmişdir. Şəmsəddindən bir xəbər olmadığına görə cavabdehə zəng edərək onun satdığı malın xəstə olduğunu və belə malı kəsib satmaq məsuliyyət yaradacağını bildirmişdir. Cavabdeh isə ona telefonla bildirmişdir ki, o elə bilmişdir ki, guya o, inəyin xəstə olduğunu bilir. O, cavabdehə demişdir ki, xəstə inək kəsib satan deyil. Cavabdeh axşam zəng edərək bildirmişdir ki, səhər inəyi aparacaqlar. Lakin səhər cavabdeh inəyi aparmaqdan imtina etmişdir. 22 mart 2021-ci ildə Cavabdeh hərəkətlərindən Balakən rayon Polis Şöbəsinə müraciət etmiş, Balakən rayon Polis şöbəsinin rəisi 27 mart 2021-ci il tarixdə ona məktub ünvanlayaraq müraciətin araşdırıldığını, müraciətdə qeyd edilən xüsusatların məhkəmə səlahiyyətlərinə aid olduğundan məhkəmə orqanlarına müraciət etməsi tövsiyə olunmuşdur. 24 mart 2021-ci il tarixdə isə inək xəstəlikdən ölmüşdür. O, Murtuzəli ilə olan telefon danışıqlarını yazdıraraq diskə köçürmüşdür. Sonuncu dəfə cavabdehlə şəxsən görüşsə də, telefonla əlaqə saxlasa da, cavabdeh ona olan borcu ödəməkdən yayınır. Bundan sonra Cavabdeh götürdüyü öhdəliyi yerinə yetirməmiş və vədinə əməl etməmişdir. Bununla əlaqədar cavabdehə dəfələrlə şifahi xəbərdarlıq edilməsinə, tərəfindən mübahisənin məhkəmədənkənar qaydada həll edilməsinə cəhd göstərilməsinə baxmayaraq heç bir nəticə əldə edilməmişdir. Cavabdeh müxtəlif bəhanələr gətirərək 670 manat pulu ödəməkdən yayınır. İddiaçı iddia tələbini əsaslandırmaq üçün aldığı inəyin xəstə olması, həkim çağırmasını, sonradan inəyin ölməsini əks etdirən video görüntüləri, cavabdehlə öz aralarında olan telefon danışıqlarını qeydə alaraq diskə köçürmüş və məhkəməyə təqdim etmiş, eyni zamanda həmin halları təsdiq edən şahidləri məhkəməyə dəvət etmişdir. İddiaçı iddia ərizəsində, həmçinin məhkəməyə təqdim etdiyi videoçəkilişlərdə, səs yazısında, şahid ifadələrində əşyanın qüsurlu olmasını sübuta yetrdiyini, səs yazısında cavabdehin bunu etiraf etdiyi halda, məhkəmə iddiaçının təqdim etdiyi sübutlara düzgün qiymət verməmiş, həmin halları araşdırmamış, şahid ifadələrini cavabdehin verdiyi izahata uyğun təhrif etmiş, videogörüntülərə və audioyazıya baxış keçirmiş, nəticədə inəyin ölüm səbəbinin qoşqudan yıxılması, buynuzunun sınması və qanaxmadan bir neçə gündən ölməsini müəyyən edərək iddianı rədd etmişdir. Lakin məhkəmə iclasında dindirilmiş şahidlər isə belə halın olmadığını bildirmişlər. İnəyə baxan baytar həkim isə inəyin xəstə olmasını, hansı xəstəliyinin laboratoriyada müayinədən sonra müəyyən edilməsini, inəyin yıxılmaqla qanaxmadan ölməsinin mümkün olmamasını bildirsə də, məhkəmə işin hallarına uyğun olmayan qətnamə qəbul etmişdir. Ona görə də, Balakən Rayon Məhkəməsinin 04 avqust 2021-ci il tarixli, 2(019)- 658/2021 nömrəli qətnaməsinin ləğv edilməsini və təqdim edilmiş sübutlar əsasında yenidən araşdırma aparılmaqla iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Balakən Rayon Məhkəməsinin 04 avqust 2021-ci il tarixli, 2(019)-658/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İddiaçı işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, cavabdehin izahatını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, İddiaçı nümyəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Balakən Rayon Məhkəməsinin 04 avqust 2021-ci il tarixli, 2(019)-658/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567, 608, 609.1, 609.2, 609.3, 609.4 və 609.5-ci maddələrinə istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 608-ci maddəsinə əsasən əgər bu paraqrafın aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, heyvanların, quşların və balıqların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar tətbiq edilir. Həmin Məcəllənin 609-cu maddəsinə əsasən: 609.1. Heyvan, quş və balıq satıcısı yalnız müqaviləyə aşağıda müəyyənləşdirilmiş uyğunsuzluqlar (başlıca qüsurlar) üçün və yalnız bu qüsurların konkret müddətlər (qarantiya müddətləri) ərzində aşkara çıxdığı halda məsuliyyət daşıyır. 609.2. Faydalı və damazlıq heyvanların satıldığı halda aşağıdakılar başlıca qüsurlar sayılır: 609.2.1. cıdır və yük heyvanlarında -manqo, şüurun azalması ilə baş beyinin sağalmaz xəstəliyi, qırtlağın və ya traxeyanın və ya ağ ciyərlərin və ya ürəyin sağalmaz xəstəliyi nəticəsində tənəffüsün çətinləşməsi, habelə gözün daxili orqanlarının iltihablı dəyişməsi - 14 günlük qarantiya müddəti ilə; 609.2.2. qaramalda - heyvanın vəziyyəti ümumən pisləşməklə vərəm xəstəliyi - 14 günlük qarantiya müddəti ilə, habelə ağ ciyərlərin tam iltihabı - 28 günlük qarantiya müddəti ilə; 609.2.3. davarda - qoturluq - 14 günlük qarantiya müddəti ilə, qızıl yel - 3 günlük qarantiya müddəti ilə; taun - 10 günlük qarantiya müddəti ilə. 609.3. Yeyinti məhsulları əldə etmək məqsədilə heyvanların kəsilmək üçün satıldığı halda aşağıdakılar başlıca qüsurlar sayılır: 609.3.1. cıdır və yük heyvanlarında - manqo - 14 günlük qarantiya müddəti ilə; 609.3.2. qaramalda - heyvanın çəkisinin yarıdan çoxunu insanın qidalanması üçün yararsız etmiş vərəm xəstəliyi - 14 günlük qarantiya müddəti ilə; 609.3.3. qoyunlarda və keçilərdə - ümumi hidropos - 14 günlük qarantiya müddəti ilə; 609.3.4. donuzlarda - heyvanın çəkisinin yarıdan çoxunu insanın qidalanması üçün yararsız etmiş vərəm xəstəliyi - 14 günlük qarantiya müddəti ilə, habelə trixin - 14 günlük qarantiya müddəti ilə. 609.4. Digər heyvanlar, quşlar və balıqlar satılarkən başlıca qüsurlar müvafiq icra hakimiyyəti orqanı tərəfindən, normativ hüquqi aktlar olmadıqda isə müqavilə ilə müəyyənləşdirilir. 609.5. Qarantiya müddəti riskin alıcıya keçdiyi günün sonundan başlanır. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, İddiaçı 21 mart 2021-ci il tarixdə Cavabdeh bir baş inəyi 670 manata razılaşaraq almışdır. İddiaçı göstərişi ilə inək qoşquda Balakən rayonu Qullar kəndindən Balakən rayonu Qabaqçöl qəsəbəsinə qəssab Şahid2 həyətinə aparılmışdır. İnək qoşqudan düşürülərkən yıxılmış və buynuzu sınmışdır. Həmin hissədən çoxlu miqdarda qan axmış, bir neçə gündən sonra isə inək ölmüşdür. İddiaçı inəyin xəstə olduğundan öldüyünü,nəticədə ona maddi ziyan dəydiyini iddia edərək hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı Cavabdeh ona satdığı inəyin xəstə olmasını göstərsə də bunu təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilmədi. İddiaçının vəsatəti ilə məhkəmə iclasında şahid qismində dindirilmiş orta ixtisas təhsilli baytar həkim Şahid1 ifadəsi isə hər hansı müayinənin, tibbi tədqiqatın nəticələrinə əsaslanmadığından məhkəmə həmin ifadəni mötəbər sübut kimi qəbul etməmişdir. Birinci instansiya məhkəməsi həmçinin qeyd edilənlərə əsasən Cavabdeh əməlində cinayət tərkibinin olması barədə iddiaçının ərizəsini əsassız hesab etmişdir. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı rədd edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsi və vəkilinin apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan iddiaçının nümayəndəsi və vəkili də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı rədd edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn İddiaçı nümyəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Balakən Rayon Məhkəməsinin 04 avqust 2021-ci il tarixli, 2(019)-658/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı nümyəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Balakən Rayon Məhkəməsinin 04 avqust 2021-ci il tarixli, 2(019)-658/2021 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1966/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1966/2021
13.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver