Məhkəmə qərarları › İş №2(107)-1968/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1968/2021

21.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1968/2021 21.10.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Niymət oğluna qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddia- borc tələbi, borcun tutulması, təbii qazdan istifadə hüququ) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, iddiaçı «Azəriqaz” İB-in nümayəndəsi Elmar Mikayılovun iştirakı ilə, Şəki Rayon Məhkəməsinin 2(075)-1277/2021 saylı, 23 iyul 2021-ci il tаrixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiacı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki şəhəri, A.Şaiq küçəsi 34 A ünvanında yaşayan 11 avqust 1978-ci il təvəllüdlü Cavabdeh Niymət oğlundan 668,50 manat borcun, əvvəlcədən ödənilmiş 30 manat dövlət rüsumunun, 0,40 qəpik xidmət haqqının, ümumilikdə 698,90 manat borcun İddiaçı Zaqatala X4 İdarəsinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Zaqatala X4 İdarəsinin ünvan 1 ünvanında yaşayan Cavabdeh Niymət oğlu qaz paylayıcısı ilə fiziki şəxs arasında qazın alqısatqısı barədə müqavilə əsasında G-4 markalı, 1602A21 nömrəli məişət qaz sayğacı vasitəsi ilə təbii qazdan istifadə edir. Cavabdeh Niymət oğlunun yaşadığı ünvan 2 ünvanında yerləşən mənzilində uzun müddət təbii qazdan istifadə edilsə də, **********30000 saylı qaz hesabında yaranmış borc tam şəkildə ödənilməmişdir. İstehlakçının G-4 markalı, 1602A21 nömrəli məişət qaz sayğacının 668,50 manat borcu yaranmışdır. Həmin məbləğin 127,70 manatı sayğac üzrə qazdan istifadəyə görə aparılmış hesabata əsasən yaranmış borc, 540,80 manatı isə sayğac üzrə qazdan istifadə qaydalarını pozulması nəticəsində itirilmiş təbii qaza görə aparılmış hesabata əsasən yaranmış borcun qalıq hissəsidir. Əslində, Cavabdeh Niymət oğluna qazdan istifadə qaydalarını pozulması nəticəsində 820,80 manat hesabat aparılsada, həmin məbləğin 280 manatı Cavabdeh Niymət oğlu tərəfindən ödənilmişdir. Yaranmış borcun dəfələrlə könüllü ödənilməsi tələbi ilə abonentə xəbərdarlıq edilsə də, bildirişlər verilsə də, bu günə kimi 668,50 manat məbləğindəki borcu ödənilməmişdir. Beləliklə də, Cavabdeh Niymət oğlu qaz paylayıcısı ilə fiziki şəxs arasında qazın alqı-satqısı barədə müqavilə əsasında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Buna görə də hazırki tələblə məhkəməyə müraciət edilmişdir. Hesab edir ki, iddia tələbi əsaslıdır və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat Şəki Rayon Məhkəməsinin 2(075)-1277/2021 saylı, 23 iyul 2021-ci il tаrixli qətnaməsi ilə (hakim: E.Mehdiyev) iddia qismən təmin edilmiş, ünvan 3 ünvanında yaşayan Cavabdeh Niymət oğlundan təbii qazdan istifadəyə görə yaranmış 127,70 manat borc və 10 manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissəsinin təmin edilməməsi, ödənilmiş 30 manat dövlət rüsumunun 20 manatı və 0,40 manat xidmət haqqının İddiaçı özünə aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh Niymət oğlu İddiaçı Zaqatala X4 İdarəsinin abonenti olmaqla Şəki şəhəri, A.Şaiq küçəsi 34 A-da yaşayır. O, halhazırda 19 fevral 2021-ci il tarixli “qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilə əsasında fasiləsiz təbii qazdan istifadə edir. Həmin ünvanda G-4 markalı 1602A21 nömrəli məişət qaz sayğacı quraşdırılmış və cavabdehin adına rəsmiləşdirilmişdir. Cavabdehin mənzilində uzun müddət təbii qazdan istifadə edilsə də, G-4 markalı 1602A21 nömrəli sayğacın ərizə ilə məhkəməyə müraciət edildiyi dövr üçün yaranmış borcun ödənilməsi təmin edilməmişdir. Ona görə də İddiaçı hazırkı ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Mülki iş materiallarını araşdırıb iddiaçının nümayəndəsinin izahatını dinləyib, təqdim olunmuş sənədləri tədqiq edərək məhkəmə belə qənaətə gəlmişdir ki, İddiaçı iddiası qismən əsaslıdır. 09 fevral 2021-ci il tarixli “qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqısatqısı barədə” qaz paylayıcısı ilə Cavabdeh Niymət oğlunun arasında bağlanmış qazın alqısatqı müqaviləsinin 3.4-cü bəndinə əsasən istehlakçı istifadə etdiyi qazın dəyərini hesab təqdim edilən tarixdən bir ay müddətində bank və ya poçt şöbələri vasitəsi ilə təchizatçının hesabına tam ödəyir. İddiaçı tərəfindən müqavilə ilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilərək Cavabdeh Niymət oğlunun ünvanına qazın verilməsi təmin edilməsinə baxmayaraq Cavabdeh Niymət oğlu müqavilə ilə üzərinə götürdüyü öhdəliklərin icrasını tam şəkildə təmin etməmişdir. Bu səbəbdən də İddiaçı Cavabdeh Niymət oğlundan istifadə etdiyi lakin ödəmədiyi qazın dəyərinin ödənişini tələb etməkdə haqlıdır. İstehlakçı Cavabdeh Niymət oğlunun yaşadığı fərdi yaşayış evində İddiaçı Zaqatala X3 İdarəsinin əməkdaşları tərəfindən təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmışdır. Baxış keçirilən zaman aşkar olunmuş nöqsanlar barədə qeyddə sayğacdan kənar qaz xəttinə qoşulma göstərilmişdir. Həmçinin, 10 fevral 2021-ci il tarixli dəymiş ziyanın ödənilməsi barədə tələbnamədən görünür ki, ******* nömrəli, 09 fevral 2021-ci il tarixli akt əsasında qaz işlədicilərinin orta günlük iş rejimi 24 saat olmaqla 90 gün üçün hesabat aparılmış və dəymiş ziyanın həcmi 8208 kubmetr, hər kubmer 10 qəpik hesabı ilə 820,8 manat təşkil etmişdir. Lakin, məhkəmə itirilmiş təbii qazın həmin akta əsasən hesablanmış miqdarı ilə razılaşmamışdır. Belə ki, İddiaçı tərəfindən aparılmış həmin hesabata əsasən iddiaçının evində quraşdırılmış qaz işlədicilərinin işlədilməsi zamanı itirilmiş təbii qazın həcmi müəyyən edilmişdir. Həmin vaxt itirilmiş qazın həcminin müəyyən edilməsi üçün hesabat qaz işlədiciləri ilə bağlı 90 gün üçün hesablanmışdır. "Qazdan istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə müəyyən edilir ki, paylayıcı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya hesab təqdim etməlidir. Həmin hesab qaz paylayıcısı tərəfindən yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablanmalıdır. Bu isə qaz paylayıcısı tərəfindən qaz sayğacına ayda bir dəfə baxış keçirilməsi yolu ilə müəyyən edilə bilər. Belə olan halda qaz paylayıcısı tərəfindən istehlakçının evinə quraşdırılmış qaz sayğacına ayda bir dəfə baxılmalı olmasını və bu zaman sayğacda ola biləcək hər hansı bir nasazlığın müəyyən ediləcəyini nəzərə alaraq məhkəmə hesab edir ki, itirilmiş təbii qazın həcminin bir aydan artıq müddət üçün hesablanması əsaslı hesab edilə bilməz. Buna görə də Azəriqaz” İB tərəfindən aparılmış həmin hesabata əsasən iddiaçının evində quraşdırılmış qaz işlədicilərinin işlədilməsi zamanı itirilmiş təbii qazın həcmi 1 aylıq, yəni 30 günlük müddət üçün, hər kubmetri 10 qəpikdən hesablanmalıdır. İddiaçıya məxsus mənzildə istifadə edilmiş qaz işlədicilərinin orta günlük iş rejimi 24 saat hesabat olmaqla 30 gün müddət üçün 2736 kubmetr, yəni hər kubmetri 10 qəpik hesabı ilə 273,60 manat təşkil edir. Odur ki, İddiaçı əməkdaşları tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, 09 fevral 2021-ci il tarixli akt əsasında tərtib etdikləri 10 fevral 2021-ci il tarixli dəymiş ziyanın ödənilməsi barədə tələbnaməyə əsasən Cavabdeh Niymət oğlunun İddiaçınə itirilmiş təbii qazın dəyəri olan 273,60 manat məbləğində ödəniş etməli olduğu müəyyən edilir. Cavabdeh Niymət oğlu isə ******* nömrəli, 09 fevral 2021-ci il tarixli akt əsasında tərtib edilmiş 10 fevral 2021-ci il tarixli dəymiş ziyanın ödənilməsi barədə tələbnaməyə əsasən 280 manat ödəniş etmiş, yəni həmin tələbnamə üzrə borcunu tam şəkildə ödəmişdir. Göstərilənlərə əsasən məhkəmə istifadə edilmiş qazın dəyəri kimi 127,70 manat, itirilmiş təbii qazın dəyəri kimi 273,60 manatın tələb edilməsini əsaslı hesab etsə də, iddia tələbinin 547,2 manat dəymiş zərərlə bağlı hissəsi, həmçinin ödənilməsi nəzərə alınaraq 273,60 manatla bağlı hissəsi əsaslı deyildir. Şərh edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddia qismən təmin edilərək ünvan 4 ünvanında yaşayan Cavabdeh Niymət oğlundan təbii qazdan istifadəyə görə yaranmış 127,70 manat borc və 10 manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilməli, iddia tələbinin qalan hissəsi əsaslı olmadığından təmin edilməməlidir. Ödənilmiş 30 manat dövlət rüsumunun 20 manatı və 0,40 manat xidmət haqqı İddiaçı özünə aid edilməlidir. Həmçinin birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 13.6-cı maddəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci, 442-ci, 445.2.1-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, cavabdehə məxsus fərdi yaşayış evində istismarda olan qaz sayğacından kənar əlavə xətt ilə şəbəkəyə qoşularaq qanunsuz qazdan istifadə etməsi mülki işin mübahisəsiz halıdır və birinci instansiya məhkəməsində öz təsdiqini tapmışdır. Birinci instansiya məhkəməsi işin həqiqi hallarına diqqət yetirmədən, sonda iddia tələbinin təmin edilməyən hissəsində düzgün olmayan nəticəyə gəlməklə zərərin məbləğini azaltmışdır. Birinci halda məhkəməyə təqdim edilmiş video çəkilişdən də göründüyü kimi cavabdehin qeyri-qanuni qazdan istifadə üçün qanunsuz birləşmə sayğacdan yuxarıda giriş çıxış qaz xətlərini birləşdiriən dəmir parçasının (armatur) içərisi deşilməklə qanunsuz qazdan istifadə edilib. Belə olan halda onun sərbəst şəkildə kənardan vizual müşahidə edilməsi mümkün deyildir. İkinci halda Məhkəmə "Qazdan istifadə Qaydaları"nın müəyyən edilən, paylayıcı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya hesab təqdim etməlidir. Bununla bağlı bildirilir ki, sözügedən norma yalnız mexaniki sayğaclar üçün nəzərdə tutulmuşdur. İş materiallarından da göründüyü kimi cavabdehin ünvanında 18.05.2016-cı ildən 09.02.2021-ci il tarixədək əvvəlcədən ödənişli Smart kart tipli sayğac istismarda olmuşdur. Bu səbəbdən "Qazdan istifadə Qaydaları"nın 5.2-ci bəninə əsasən Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). "Smart-kart" tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. Belə olan halda nəzarətçi çilingərin hər ay həmin ünvana bildiriş verməsi tələb olunmur və məhkəmənin "bu zaman sayğacda ola biləcək hər hansı bir nasazlığı müəyyən edə bilərdi" yanaşması düzgün olmamışdır. Üçüncü halda məhkəmə sübut etmə yükünü iddiaçının üzərinə qoysa da, özü belə dəymiş zərərin azaldılmasını maddi hüquqi normalarla əsaslandırmamış və bu qənaətə hansı kriteriyalara yanaşmaqla gəlməsi göstərilməmişdir. Dördüncü halda məhkəmə qətnaməsindən də göründüyü kimi cavabdeh tərəf məhkəmə iclaslarında iştirak etməmiş, eyni zamanda zərər məbləğinin yüksək olmasını heç bir halda mübahisələndirməmişdir. Göründüyü kimi məhkəmə o halda zərər məbləğinin azaldılması halına baxa bilərki həmin məbləğin yüksək olması cavabdeh tərəfindən mübahisələndirsin. Prosessual qanunverciliyin normalarından da bəllidir ki, məhkəmə yalnız mübahisələndirilən hissədə tələbə hüquqi qiymət verməlidir. Beşinci halda yuxarıda qeyd etdikləri kimi 18.05.2016-cı ildən 09.02.2021-ci il tarixədək əvvəlcədən ödənişli Smart kart tipli sayğac istismarda olmuşdur. Cavabdeh tərəfin abonent saldosundan da göründüyü kimi həmin müddət ərzində onun sonuncu ödənişi 2020-ci ilin yanvar ayına təsadüf edir və həmin dövrdən qüsur aşkar edilənədək Smart kart tipli sayğac heç bir sərfiyyat qeydə almamışdır. Qeyd olunanlar, həmçinin cavabdehin həmin ünvanda daimi yaşaması, qazdan istifadə etməsi ona əsas verir ki, cavabdeh nəinki 90 gün ərzində, hətta 2020-ci ilin yanvar ayından 2021-ci ilin fevral ayınadək 12 ay ərzində qeyri-qanuni qazdan istifadə etmişdir. Belə olan halda məhkəmənin dəymiş zərərin 30 gün ərzində müəyyən etməsi işin faktiki və həqiqi halları ilə uzlaşmır. Göründüyü kimi iddiaçı dəymiş ziyan müəyyən edilməsi ilə bağlı rəhbər tutduğu sənədlərdə hesabat müddəti işin hallarına uyğun olaraq 3 aydan 3 ilədək müəyyən edilmişdir və iddiaçı tərəf həmin sənədlərə uyğun olaraq hesabat aparmışdır. Birinci instansiya məhkəməsi hesabatın borcun şişirdilməsi əsası ilə hesabat müddətini qısadılması üçün heç bir maddi hüquq normasına istinad etməmişdir. Yuxarıda qeyd etdiyimiz sənədlərdən göründüyü kimi, cavabdeh tərəfindən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halı aşkar olunduğu üçün, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydalarının 6.5-ci bəndinə əsasən qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilişini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Bu səbəbdən yuxarıda qeyd olunanları nəzərə alaraq apellyasiya şikayətinin təmin edilməsini, Şəki Rayon Məhkəməsinin 23.07.2021-ci il tarixli e-2(075)-1277/2021 saylı qətnaməsinin qismən - iddia tələbinin təmin edilməyən hissələrdə ləğv edilməsini, İddiaçı Cavabdeh Niymət oğluna qarşı iddia tələbinin tam təmin edilməsini, həmçinin apellyasiya şikayətinin verilməsi üçün əvvəlcədən ödənilmiş dövlət rüsumunun Cavabdeh Niymət oğlundan tutularaq İddiaçı hesabına ödənilməsi barədə yeni qətnamə çıxarılmalıdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştiirak edən İddiaçı İB-nin nümayəndəsi X5 Rayon Məhkəməsinin 23.07.2021-ci il tarixli e-2(075)-1277/2021 saylı qətnaməsinin qismən - iddia tələbinin təmin edilməyən hissələrdə ləğv edilməsini, İddiaçı Cavabdeh Niymət oğluna qarşı iddia tələbinin tam təmin edilməsini, həmçinin apellyasiya şikayətinin verilməsi üçün əvvəlcədən ödənilmiş dövlət rüsumunun Cavabdeh Niymət oğlundan tutularaq İddiaçı hesabına ödənilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6. maddəsinə əsasən məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3 və 560.3.5.2.-ci maddələrinə görə istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. Qaz təchizatı haqqında Azərbaycan Respublikası qanunu: Qaz təchizatı haqqında Azərbaycan Respublikası qanununun 13-cü maddəsinin 6-cı bəndində göstərilir ki, qaz paylayıcısı aşağıdakı hallarda qazın verilməsini dayandıra bilər: istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; istehlakçının qaz qurğusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə; paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; paylayıcı ilə müvafiq müqavilə bağlanmadıqda; məhkəmənin qərarı ilə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”-nın 5.5-ci bəndinə əsasən qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını qismən mübahisələndirir. Şəki Rayon Məhkəməsinin 23.07.2021-ci il tarixli e-2(075)-1277/2021 saylı qətnaməsinin qismən - iddia tələbinin təmin edilməyən hissələrdə ləğv edilməsini, İddiaçı Cavabdeh Niymət oğluna qarşı iddia tələbinin tam təmin edilməsini, həmçinin apellyasiya şikayətinin verilməsi üçün əvvəlcədən ödənilmiş dövlət rüsumunun Cavabdeh Niymət oğlundan tutularaq İddiaçı hesabına ödənilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş edirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Rayon Məhkəməsinin 23.07.2021-ci il tarixli e-2(075)-1277/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Cavabdeh Niymət oğlu İddiaçı Zaqatala X4 İdarəsinin abonenti olmaqla ünvan 2-də yaşayır. O, hal-hazırda 19 fevral 2021-ci il tarixli “qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilə əsasında fasiləsiz təbii qazdan istifadə edir. Həmin ünvanda G-4 markalı 1602A21 nömrəli məişət qaz sayğacı quraşdırılmış və cavabdehin adına rəsmiləşdirilmişdir. Cavabdehin mənzilində uzun müddət təbii qazdan istifadə edilsə də, G-4 markalı 1602A21 nömrəli sayğacın ərizə ilə məhkəməyə müraciət edildiyi dövr üçün yaranmış borcun ödənilməsi təmin edilməmişdir. Ona görə də İddiaçı hazırkı ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməyən hissəsi üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayəti əsaslandırılmamış və formal mülahizələrdən ibarət olmuşdur. Belə ki, 09 fevral 2021-ci il tarixli “qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqısatqısı barədə” qaz paylayıcısı ilə Cavabdeh Niymət oğlunun arasında bağlanmış qazın alqısatqı müqaviləsinin 3.4-cü bəndinə əsasən istehlakçı istifadə etdiyi qazın dəyərini hesab təqdim edilən tarixdən bir ay müddətində bank və ya poçt şöbələri vasitəsi ilə təchizatçının hesabına tam ödəyir. İstehlakçı Cavabdeh Niymət oğlunun yaşadığı fərdi yaşayış evində İddiaçı Zaqatala X3 İdarəsinin əməkdaşları tərəfindən təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmışdır. Baxış keçirilən zaman aşkar olunmuş nöqsanlar barədə qeyddə sayğacdan kənar qaz xəttinə qoşulma göstərilmişdir. Həmçinin, 10 fevral 2021-ci il tarixli dəymiş ziyanın ödənilməsi barədə tələbnamədən görünür ki, ******* nömrəli, 09 fevral 2021-ci il tarixli akt əsasında qaz işlədicilərinin orta günlük iş rejimi 24 saat olmaqla 90 gün üçün hesabat aparılmış və dəymiş ziyanın həcmi 8208 kubmetr, hər kubmer 10 qəpik hesabı ilə 820,8 manat təşkil etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan kollegiya qeyd edir ki, İddiaçı tərəfindən aparılmış həmin hesabata əsasən iddiaçının evində quraşdırılmış qaz işlədicilərinin işlədilməsi zamanı itirilmiş təbii qazın həcmi müəyyən edilmişdir. Həmin vaxt itirilmiş qazın həcminin müəyyən edilməsi üçün hesabat qaz işlədiciləri ilə bağlı 90 gün üçün hesablanmışdır. "Qazdan istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə müəyyən edilir ki, paylayıcı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya hesab təqdim etməlidir. Həmin hesab qaz paylayıcısı tərəfindən yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablanmalıdır. Bu isə qaz paylayıcısı tərəfindən qaz sayğacına ayda bir dəfə baxış keçirilməsi yolu ilə müəyyən edilə bilər. Belə olan halda qaz paylayıcısı tərəfindən istehlakçının evinə quraşdırılmış qaz sayğacına ayda bir dəfə baxılmalı olmasını və bu zaman sayğacda ola biləcək hər hansı bir nasazlığın müəyyən ediləcəyini nəzərə alaraq məhkəmə hesab edir ki, itirilmiş təbii qazın həcminin bir aydan artıq müddət üçün hesablanması əsaslı hesab edilə bilməz. Buna görə də Azəriqaz” İB tərəfindən aparılmış həmin hesabata əsasən iddiaçının evində quraşdırılmış qaz işlədicilərinin işlədilməsi zamanı itirilmiş təbii qazın həcmi 1 aylıq, yəni 30 günlük müddət üçün, hər kubmetri 10 qəpikdən hesablanmalı olmasısında birinci instansiya məhkəməsi düz nəticəyə gəlmişdir. İddiaçıya məxsus mənzildə istifadə edilmiş qaz işlədicilərinin orta günlük iş rejimi 24 saat hesabat olmaqla 30 gün müddət üçün 2736 kubmetr, yəni hər kubmetri 10 qəpik hesabı ilə 273,60 manat təşkil edir. Odur ki, İddiaçı əməkdaşları tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, 09 fevral 2021-ci il tarixli akt əsasında tərtib etdikləri 10 fevral 2021-ci il tarixli dəymiş ziyanın ödənilməsi barədə tələbnaməyə əsasən Cavabdeh Niymət oğlunun İddiaçınə itirilmiş təbii qazın dəyəri olan 273,60 manat məbləğində ödəniş etməli olduğu müəyyən edilir. Cavabdeh Niymət oğlu isə ******* nömrəli, 09 fevral 2021-ci il tarixli akt əsasında tərtib edilmiş 10 fevral 2021-ci il tarixli dəymiş ziyanın ödənilməsi barədə tələbnaməyə əsasən 280 manat ödəniş etmiş, yəni həmin tələbnamə üzrə borcunu tam şəkildə ödəmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, istifadə edilmiş qazın dəyəri kimi 127,70 manat, itirilmiş təbii qazın dəyəri kimi 273,60 manatın tələb edilməsini əsaslı hesab etsə də, iddia tələbinin 547,2 manat dəymiş zərərlə bağlı hissəsi, həmçinin ödənilməsi nəzərə alınaraq 273,60 manatla bağlı hissəsi əsaslı olmamamı ilə bağlı birinci instansiya məhkəməsi ilə razılaşır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və iş üzrə Şəki Rayon Məhkəməsinin 23.07.2021-ci il tarixli e-2(075)-l277/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı «Azəriqaz” İB tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Rayon Məhkəməsinin 23.07.2021-ci il tarixli e-2(075)-l277/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar