Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-197/2021 26.01.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər - Hüseynov Mirbahəddin Mirdamət oğlundan və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi; Cavabdeh - Cavabdeh3 iştirakı ilə Qax Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(024)-656/2018 saylı qətnaməsindən cavabdehlər X7, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Qax Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tаrixli, 2(024)-656/2018 saylı (hаkim Malik Qarayev) qətnaməsi ilə ilk iddia təmin edilmiş, Qax rayonu, İlisu kəndində yerləşən seriya RX № ******* saylı çıxarışa əsasən İddiaçı məxsus 0.07 ha torpaq sahəsinin kənarının hasarlanması üçün cavabdehlərin yaratdığı maneələrin aradan qaldırılması, cavabdehlər X7, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 İddiaçı qarşı “gediş-gəliş yoluna aid hissədə İddiaçı adına verilmiş Seriya RX № ******* saylı reyestrdən çıxarışın mübahisələndirilən gediş-gəliş yoluna aid hissədə etibarsız hesab olunması və onun maneələrin aradan qaldırılmasına dair iddiasının rədd edilməsi haqqında qarşılıqlı iddiasının rədd edilməsi, qarşılıqlı iddia tələbinə görə cavabdehlər tərəfindən ödənilmiş 10 (on) manat dövlət rüsumunun cavabdehlərin özlərinə aid edilməsi, iş üzrə 50 manat ekspertiza xərcinin cavabdehlər X7, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına və 60 manat ekspertiza xərcinin alınıb Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin hesabına ödənilməsi qət edilmişdir. Şəki Apellyаsiyа Məhkəməsinin Mülki kollegiyаsının xx xxxxxx 2020-ci il tarixli, 2(107)-28/2020 saylı qətnaməsi ilə cavabdehlər X7, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Qax Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tаrixli, 2(024)-656/2018 saylı qətnaməsi ilk iddianın təmin edilmiş hissəsində ləğv edilmiş, ilk iddia tələbi üzrə yeni qətnamə qəbul edilməklə iddia qismən təmin edilmiş, Qax rayonu, İlisu kəndində yerləşən seriya RX № ******* olan çıxarışa əsasən İddiaçı məxsus 0.07 ha torpaq sahəsinin kənarı mövcud yarımtikili daş hasardan (1 döngə nöqtəsindən) 2 metr sağ tərəfə genişləndirilərək 3-cü döngə nöqtəsində yolun bağlanmamaq şərtilə düzxətt boyunca hasar çəkilməsinə cavabdehlər tərəfindən yaradılmış maneənin aradan qaldırılması, ilk iddianın qalan hissədə təmin edilməməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması, iş üzrə 50 manat məhkəmə ekspertizası xərcinin cavabdehlər X7, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxxxx 2020ci il tarixli, 2(102)-3227/2020 saylı qərarı ilə İddiaçı və vəkili Nümayəndə tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Şəki Apellyаsiyа Məhkəməsinin Mülki kollegiyаsının xx xxxxxx 2020-ci il tarixli, 2(107)-28/2020 saylı qətnaməsi ilk iddia tələbləri hissəsində ləğv edilmiş və iş həmin hissədə yenidən baxılması üçün Şəki Apellyаsiyа Məhkəməsinə qaytarılmışdır. İşin halları: İddiaçı cavabdehlər X7, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Qax rayonu, İlisu kəndində yerləşən seriya RX № ******* saylı çıxarışa əsasən özünə məxsus 0.07 ha torpaq sahəsinin kənarının hasarlanması üçün cavabdehlərin yaratdığı maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, ünvan 1 mənzil 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Qax rayonu, İlisu kəndində 0.07 ha torpaq sahəsi vardır. Həmin torpaq sahəsi onun şəxsi mülkiyyətindədir. O, həmin torpaq sahəsinin kənarını hasarlamaq üçün xx.xx.2018-ci il tarixdə usta tutmuş, həmçinin əraziyə tikinti üçün lazimi ləvazimatlar alıb gətirmişdir. Torpaq sahəsinin kənarına hasar tikmək üçün gələn ustaları Qax rayonu, İlisu kənd sakinləri X7, Cavabdeh4, Cavabdeh2 və X8 əngəlliyərək onları işləməyə qoymamışlar. Həmin vaxt polis şöbəsinə zəng vuraraq onların qanunsuz hərəkətlərindən şikayət etmişdir. Əraziyə gələn polis əməkdaşları onları ərazidən uzaqlaşdırmış onlar gedəndən sonra yenidən həmin şəxslər hasar tikmək istədiyi əraziyə gələrək onların işinə mane olmuşlar. O, həmin vaxtı həm maddi, həm də mənəvi zərər çəkmişdir. Cavabdehlərin iddiasına görə həmin ərazidən onların mal-qaraları otlaq üçün gedib-gələn yol olmuşdur və hazırda da əvvəlki dövrlərdə olduğu kimi qalmalıdır. Lakin həmin torpaq sahəsi onun tam olaraq mülkiyyətindədir. Onların mal-qarasının otlaması üçün əraziyə getməyə ətraf ərazidən yol vardır. O, cavabdehlərə bütün bünları nə qədər izah etsə də, onlar bunu başa düşmək istəmir və onun qanuni mülkiyyətində olan torpaq sahəsinin kənarını hasarlamağa imkan vermir. O, belə olan halda məhkəməyə müraciət etməli olmuşdur. Odur ki, göstərilənləri nəzərə alaraq məhkəmədən Qax rayonu, İlisu kəndində yerləşən seriya RX № ******* saylı çıxarışa əsasən özünə məxsus 0.07 ha torpaq sahəsinin kənarının hasarlanması üçün cavabdehlərin yaratdığı maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda cavabdehlər X7, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək gediş-gəliş yoluna aid hissədə İddiaçı adına verilmiş Seriya RX №0318144 saylı reyestrdən çıxarışın mübahisələndirilən gediş-gəliş yoluna aid hissədə etibarsız hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Birinci instansiya məhkəməsinin iclаsındа İddiaçı vəkili və etibarnamə üzrə nümayəndəsi Nümayəndə ilkin iddianın təmin edilməsini, qarşılıqlı iddianın rədd edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclаsındа cavabdeh X7 qarşılqlı iddia ərizəsinə uyğun izahat verərək göstərmişdir ki, iddianı tamamilə qanunsuz hesab edir. Çünki həmin torpaq sahəsi qədimdən qalma ümumi istifadədə olan yoldur. Keçmişdən həmin yoldan gediş-gəliş üçün istifadə etmiş, mal-qara örüşə getmiş, texnika işləmişdir. İddiaçı isə gedişgəliş yolunu öz torpaq sahəsinə qatmaq istəyir. İlkin iddianı qəbul etmir. Məhkəmədən gediş-gəliş yoluna aid hissədə İddiaçı adına verilmiş Seriya RX №0318144 saylı reyestrdən çıxarışın mübahisələndirilən gediş-gəliş yoluna aid hissədə etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını və maneələrin aradan qaldırılmasına dair ilkin iddianın rədd edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclаsındа cavabdehlər Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 digər cavabdeh Çingiz Mamedovun izahatı ilə və qarşlıqlı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək gediş-gəliş yoluna aid hissədə İddiaçı adına verilmiş Seriya RX №0318144 saylı reyestrdən çıxarışın mübahisələndirilən gediş-gəliş yoluna aid hissədə etibarsız hesab olunması və onun maneələrin aradan qaldırılmasına dair ilkin iddiasının rədd edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişlər. Birinci instansiya məhkəməsində işə iddiaçının iştirakı olmadan baxılmışdır. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Birinci instаnsiyа məhkəməsinin qətnаməsindən cavabdehlər X7, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 apellyasiya şikayəti vermişlər. Apellyasiya şikayətinin dəlilləri: Cavabdehlər X7, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozaraq qətnamə çıxarmışdır. Belə ki, ilkin iddianı tamamilə qanunsuz hesab edirlər. Çünki həmin torpaq sahəsi qədimdən qalma ümumi istifadədə olan yoldur. Keçmişdən həmin yoldan gediş-gəliş üçün istifadə edilmiş, mal-qara örüşə getmiş, texnika işləmişdir. İddiaçı isə əsassız olaraq gediş-gəliş yolunu öz torpaq sahəsinə qatmaq istəyir. Ona görə də, Qax Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli, 2(019)- 439/2018 saylı qətnaməsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişlər. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh3 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini, Qax Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli, 2(019)-439/2018 saylı qətnaməsinin ləğv edilməsi və ilk iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq digər tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli qərarına əsasən, apelyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X4 Haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli, 2(102)-3227/2020 saylı qərarına əsasən, hazırkı mülki iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qarşılıqlı iddia tələbləri hissəsində qüvvədə olduğundan məhkəmə kollegiyası həmin qətnamənin ilk iddia tələblərinin təmin olunması hissəsində qanuniliyini və əsaslılığını yoxlamışdır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq, hazırkı iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli, 2(102)- 3227/2020 saylı qərarında göstərilənləri əsas tutaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Qax Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilk iddianın təmin edilməsi hissəsində dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş Seriya RX № ******* saylı Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Qax rayonu İlisu kəndində yerləşən 0.07 ha həyətyanı torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2018-ci il tarixli, 24704 saylı rəyindən görünür ki, mübahisə predmeti olan torpaq sahəsi 50 kv.m olub, 48 kv.m hissəsi İddiaçı məxsus RX seriyalı ******* saylı Çıxarışda göstərilən ərazi ilə eynilik təşkil edir. İddiaçı məxsus RX seriyalı ******* saylı Çıxarışda göstərilən torpaq sahəsinin koordinatları, həndəsi ölçüləri və coğrafi yerləşmə konfiqurasiyası eynilik təşkil etmir. İddiaçının sənəd üzrə mülkiyyətində 0.07 ha torpaq sahəsi göstərilsə də, fatiki istifadəsində 0.065 ha torpaq sahəsi vardır. Sənəd üzrə və faktiki istifadə arasında fərq tərtib edilmiş sxemdə göstərilmişdir. Mübahisəli ərazi sxemdə ştrixlənmiş, iddiaçının faktiki istifadə vəziyyəti qırıq-qırıq xətlərlə göstərilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspertiza xərclərinə dair xx xxxxxx 2018-ci il tarixli bildirişdən görünür ki, iş üzrə ekspertiza xərci 50 (əlli) manat təşkil edir. Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Ekspertizаsı Mərkəzi tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli 19048 nömrəli ekspertizanın rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şəki LTl-nin mühəndisi Rəşad Xalbayevin tərtib etdiyi mütəxəssis rəyində göstərilmişdir ki, iddiaçı X1 Qax rayonu İlisu kəndində RX № ******* saylı reyestrindən çıxarışa əsasən ona məxsus, 0,07 ha torpaq sahəsi kənd bələdiyyəsi tərəfindən ona satılarkən torpaq sahəsi ilə bitişik kənd sakinlərinin hazırda istifadə etdikləri yol mövcud olması barədə məlumat yoxdur. Satılan torpaq sahəsinin cizgiləri hazırlanarkən ilkin torpaqayırma sxemlərindən göründüyü kimi həmin ərazidə yol nəzərdə tutulmamışdır. Mübahisələndirilən torpaq sahəsinin yerləşdiyi ərazi DƏDRX-nin tərtib etdiyi RX Na ******* saylı Çıxarışa əsasən 0,07 ha torpaq sahəsi göstərilsə də, naturada iddiaçının faktiki istifadəsində 0,0612 ha torpaq sahəsi mövcuddur. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 13, 29 və Mülki Məcəllənin 152, 157-ci maddələrinə istinad edərək hesab etmişdir ki, ilk iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşır. Belə ki, məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Seriya RX № ******* saylı Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Qax rayonu İlisu kəndində yerləşən 0.07 ha həyətyanı torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyləri ilə də mübahisələndirilən torpaq sahəsinin iddiaçının mülkiyyətində olması öz təsdiqini tapmışdır. İddiaçı cavabdehlər X7, Cavabdeh4, Cavabdeh2 və X5 Qax rayonu, İlisu kəndində yerləşən seriya RX № ******* saylı çıxarışa əsasən özünə məxsus 0.07 ha torpaq sahəsinin kənarının hasarlanması üçün yaratdığı maneələrin aradan qaldırılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi ilk iddia tələblərini təmin edilmiş, həmin qətnamədən narazı qalan cavabdehlər apelyasiya şikayəti vermişlər. Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə görə, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 63.1-ci maddəsinə əsasən, xüsusi biliyə malik olan, bu Məcəllədə nəzərdə tutulmuş hallarda rəy verməsi zəruri hesab edilən, məhkəmə tərəfindən təyin edilən və ya işdə iştirak edən şəxslərlə ekspertizanın aparılması barədə müqavilə bağlamış şəxs məhkəmədə ekspert qismində çıxış edə bilər. Mülki Prosessual Məcəllənin 101.3.-cü maddəsinə görə, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1 və 103.2-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə kollegiyası qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə kollegiyası hazırkı iş üzrə alınmış ekspert rəylərini tədqiq edərək, məhkəmə araşdırması zamanı hazırkı ekspert rəylərində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyini nəzərə alaraq, həmin rəylərlə razılaşır və həmin rəyləri sübut növü kimi qəbul edir. X3rşı işi üzrə” xx xxxxxx 2010-cu il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hesab etmişdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin birinci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrumedilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ–subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə görə, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyataalınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Məhkəmə kollegiyasının qənaətincə, birinci instansiya məhkəməsi ilk iddia tələbləri üzrə mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibətdə iş üzrə cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinin qətnamənin ləğv edilməsi ilə bağlı dəlilləri ilə razılaşmır. Belə ki, apellyasiya qaydasında işə baxılarkən cavabdehlər, məhkəmə kollegiyasına heç bir sübut növü təqdim etməmiş və apellyasiya şikayətinin dəlilləri iş materialları ilə təsdiqini tapmamışdır. Apellyasiya şikayətinin dəlilləri ancaq mülahizələrdən ibarət olmuşdur. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğv edilməsi üçün yetərli deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və iş üzrə Qax Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(024)-656/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 382, 384, 392-393, və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdehlər X7, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qax Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(024)-656/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslər tələbləri təmin olunmadığı hallarda rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verə bilərlər. Qətnamədən şikayət verilməzsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-197/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-197/2021
26.01.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver