Məhkəmə qərarları › İş №2(107)-1976/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1976/2021

10.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1976/2021 10.11.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsində, hakimlər Abbasov Gündüz Qasım oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Səmədov İlyas Səməd oğlunun katibliyi, iddiaçı-"xxxx" MMC-nin nümayəndəsi X4, cavabdeh-Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borc tələbinə dair ilkin, Cavabdeh iddiaçı "xxxx" MMC-yə qarşı “əmlak müqaviləsinin 2.1-ci bəndində göstərilən dəyərinin mənzilin faktiki ölçüsünə uyğun olaraq azaldılması, müvafiq maliyyə arayışının verilməsi və mənzilin təmirinə icazə verilməsi öhdəliyinin qoyulması” qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin 11 iyul 2019-cu il tarixli, 2(014)-415/2019 nömrəli qətnaməsindən iddiaçı "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ağdaş Rayon Məhkəməsinin 11 iyul 2019-cu il tarixli, 2(014)-415/2019 nömrəli qətnaməsi ilə (hakim Famil Nəsibov) iddiа qismən təmin edilmiş, Cavabdeh «AAAF-İnşaat” MMC-nin xeyrinə 753 manat 60 qəpik əsas borc, 10 manat dəbbə pulu, cəmi 763 manat 60 qəpiyin (yeddi yüz altmış üç manat altmış qəpik) tutulması, iddianın qalan hissədə rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi, «AAAF-İnşaat” MMC-nin üzərinə əmlakın (mənzilin) "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış torpaq sahəsinin və fərdi yaşayış evinin alqı-satqısı haqqında 19 aprel 2014-cü il tarixli D(b)/045 №-li müqavilənin 2.1-ci bəndində göstərilən dəyərinin mənzilin faktiki ölçüsünə uyğun azaldılması, müvafiq maliyyə arayışının verilməsi və mənzilin təmirinə icazə verilməsi öhdəliyi qoyulması, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri cəmi 100 (yüz) manatın "xxxx" MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi, ödənilmiş dövlət rüsumunun tərəflərin özlərinə aid edilməsi qət edilmişdir. işin halları: "xxxx" MMC Cavabdeh qarşı borc tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə aralarında bağlanmış 19 aprel 2014-cü il tarixli mənzilin alqısatqısı haqqında D(b)/045 saylı alqı-satqı müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsi nəticəsində yaranmış 8580 manat əsas borc,13698 manat cərimə borcu, 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq «AAAF-İnşaat” MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiаçı «AAAF-İnşaat” MMC iddiasını onunla əsaslandırmışdır ki, «AAAF-İnşaat” MMC ilə cavabdeh arasında 19 aprel 2014-cü il tarixdə torpaq sahəsinin və fərdi yaşayış evinin alqı-satqısı haqqında D(b)/045 saylı alqı-satqı müqaviləsi bağlanmışdır.Həmin müqaviləyə əsasən Abşeron rayonu,Xırdalan şəhəri,H.Əliyev pr.167 «AAAF-Park” Yaşayış massivi B kompleksi,10 saylı binada,ümumi sahəsi 76,1 kv.metr olan,dəyəri 45660 manat məbləğində qiymətləndirilmiş 11 saylı mənzil 30 ay müddətinə aylıq ödəniş etmək şərti ilə cavabdehə satılmışdır.Müqavilənin 1.1-ci bəndinin tələbinə görə alıcı müqavilədə nəzərdə tutulmuş qaydada tərəflər arasında razılşadırılmış şərtlər daxilində aldığı vahid əmlakın dəyərini ödəməti öhdəsinə götürmüşdür.Lakin Cavabdeh müqavilə ilə müəyyən edilmiş öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmişdir.Borcun ödənilməsi ilə bağlı cavabdehə sonuncu dəfə 03 oktyabr 2018-ci il tarixdə xəbərdarlıq edilmişdir və cavabdehə öhdəliklərini yerinə yetirməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.Lakin cavabdeh xəbərdarlığa məhəl qoymamışdır.Cavabdeh cəmi 37080 manat ödəniş etmiş və onun «AAAF-İnşaat”-yə cəmi 8580 manat ödənilməmiş əsas borcu qalmışdır.Cavabdeh müqavilə üzrə ödəməli olduğu aylıq ödənişlərini 300 gün gecikdirmiş və ona müqavilənin 4.3-cü bəndinə əsasən gecikdirilən günlər üçün 13698 manat məbləğində cərimə hesablanmışdır. Odur ki, cavabdehlə aralarında bağlanmış 19 aprel 2014-cü il tarixli mənzilin alqı-satqısı haqqında D(b)/045 saylı alqı-satqı müqaviləsi üzrə öhdəliklərin yerinə yetirlməməsi nəticəsində yaranmış 8580 manat əsas borc,13698 manat cərimə borcu, 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq «AAAF-İnşaat” MMC-yə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilir. Cavabdeh «AAAF-İnşaat” MMC-yə qarşı əmlakın müqavilənin 2.1-ci bəndində göstərilən dəyərinin mənzilin faktiki ölçüsünə uyğun olaraq azaldılması, müvafiq maliyyə arayışının verilməsi və mənzlin təmirinə icazə verilməsi öhdəliyinin qoyulması tələbi hаqqındа qarşılıqlı iddiа ərizəsi ilə məhkəməyə mürаciət edərək «AAAF-İnşaat” MMC-nin üzərinə əmlakın(mənzilin) müqavilənin 2.1-ci bəndində göstərilən dəyərinin mənzilin faktiki ölçüsünə uyğun azaldılması,müvafiq maliyyə arayışının verilməsi və mənzilin təmirinə icazə verilməsi öhdəliyinin qoyulması və qarşılıqlı iddia üzrə dövlət rüsumu hesabına ödənilmiş 30 manatın «AAAF-İnşaat” MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh qarşılqlı iddiasını onunla əsaslandırmışdır ki, 19 aprel 2014-cü il tarixdə «AAAF-İnşaat” MMC ilə bağlanmış müqaviləyə əsasən «AAAF-İnşaat” MMC «AAAF-Park” Yaşayış massivi B kompleksi,10 saylı binada,ümumi sahəsi 76,1 kv.metr olan,2 otaqdan ibarət 11 saylı mənzili 45660 manat məbləində 30 ay müddətinə ödənilməklə satmağı öhdəsinə götürmüşdür. Tərəflərindən müqavilə üzrə ödənişlər vaxtından əvvəl,artıq ödənişlər aparılmaqla vicdanlı şəkildə həyata keçirilməkdə idi.Lakin ödəniş dövründə tərəflərindən mənzilin sahəsi ölçüləndə «AAAF-İnşaat” MMC tərəfindən müqavilənin 1.1-ci bəndinin tələbi pozularaq 62 kv.metr ölçüdə mənzil verildiyi aydın olmuş,dəfələrlə bu pozuntu barədə «AAAF-İnşaat” MMC-nin rəhbərliyinə şifahi müraciətlərin nəticəsi olmadığı üçün 10 dekabr 2016-cı ildə «AAAF-İnşaat” MMC-yə yazılı olaraq müraciət edilmiş müqaviləyə uyğun ölçüdə mənzil verilməsi və ya mənzilin qiymətinin faktiki 62 kv.m ölçüdəki mənzilə uyğun azaldılması xahiş olunmuşdur. «AAAF-İnşaat” MMC 06 yanvar 2017-ci il tarixli 953/2017 saylı heç bir hüquqi əsasıolmayan cavab məktubunda anlaşılmazlığın «AAAF-İnşaat” MMC tərəfindən müqavilə azadlığı prinsipi,öhdəlik və şərtlərinə nisbətdə ziddiyyət və uyğunsuzluq təşkil etmədiyi bildirilmiş,uyğunsuzluğu mübahisələndirə bilmək hüquqları göstərilmişdir. «AAAF-İnşaat” MMC-nin qanunsuzluğu baxımından ödənişlər tərəfindən dayandırılmış,onun ödənişlərlə bağlı məhkəməyə müraciəti zamanı qarşılıqlı iddia vermək niyyətləri olmuşdur.İddiaçıya qanunvericiliyin tələblərini aydın olmasına baxmayaraq mənzilin sahəsinin çöldən-çölə ölçülməli olduğunu,yan divarların mənzilin sahəsinə aid edildiyini iddia etməkdədir.Belə olduqda qonşu mənzillər arasında yan divarlar hər iki mənzilin sahəsinə hesablanır.Bu isə qanunvericiliyin,mənzil sahiblərinin hüquqlarını kobud pozulması deməkdir. Odur ki, «AAAF-İnşaat” MMC-nin üzərinə əmlakın(mənzilin) müqavilənin 2.1-ci bəndində göstərilən dəyərinin mənzilin faktiki ölçüsünə uyğun azaldılması, müvafiq maliyyə arayışının verilməsi və mənzilin təmirinə icazə verilməsi öhdəliyinin qoyulması və qarşılıqlı iddia üzrə dövlət rüsumu hesabına ödənilmiş 30 manatın «AAAF-İnşaat” MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilir. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh Aybəniz .Salehovanın nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı qəbul etməyərək,qarşılıqlı iddianı müdafiə edərək qarşılıqlı iddia ərizəsində yazılanlara uyğun izahat vermişdir və ekspert rəyinin nəzərə alınaraq qanuni qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn iddiaçı "xxxx" MMC-nin direktoru X2 аpellyаsiyа şikаyəti vermişdir. Qətnamədən narazı qalan cavabdeh- qarşılıqlı iddiaçı Cavabdeh kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsinin 01 mart 2021-ci il tarixli 2(107)-64/2021 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişlər Azərbaycan Respublikasının Ali Məhkəməsinin 07 iyul 2021-ci il tarixli 2(102)- 3944/2021 nömrəli qərarı ilə cavabdeh-qarşılıqlı iddiaçı Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 mart 2021-ci il tarixli 2(107)-64/2021 nömrəli qətnaməsi ləğv edilərək iş yeni apellyasiya baxışına göndərilmişdir. apellyasiya şikayətlərinin dəlilləri: İddiaçı "xxxx" MMC-nin direktoru X2 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Ağdaş Rayon Məhkəməsinin 2(014)-415/2019 nömrəli 11.07.2019-cu il tarixli qətnaməsinin qismən qanunsuz və əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, həmin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi sübuta yetirilir, bu səbəbdən qətnamə ləğv edilməklə iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Ağdaş Rayon Məhkəməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 03.06.2019-cu il tarixli 10108 nömrəli ekspert rəyinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443, 448, 462, 463, 465 və 467-ci maddələrinə istinad edərək iddia tələbinin qismən və qarşılıqlı iddia tələbinin əsaslı olması qənaətinə gəlmişdir. Halbuki məhkəmə mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, maddi və prosessual hüquq normalarının düzgün tətbiq etməməsi nəticəsində əsassız məhkəmə aktı qəbul etmişdir. Ağdaş rayon məhkəməsi iddiaçı Cəmiyyətin və Cavabdeh iddia tələbini ümumiyyətlə heç bir araşdırma aparmadan məhkəmə ekspertizasını keçirməklə kifayətlənmişdir. Məhkəmə ancaq, yeganə sübut növü kimi qiymətləndirməklə iş üzrə keçirilmiş məhkəmə espertizanın nəticəsi olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 03.06.2019-cu il tarixli 10108 nömrəli Ekspert rəyinə istinad edərək Cəmiyyətin tələbini qismən əsaslı hesab etmişdir. Halbuki birinci instansiya məhkəməsi maddi hüquq normalarını kobud şəkildə pozmuşdur. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 03.06.2019-cu il tarixli 10108 nömrəli (tikinti-texniki eksperti) Ekspert rəyinə görə tədqiqat hissəində göstərilənləri nəzərə alaraq, Abşeron rayonu, Xırdalan şəhərində, “AAAF PARK” yaşayış massivindəki B kompleksində inşa edilən 10 saylı bina, 2 otaqdan ibarət 11 saylı mənzilinin ümumi sahəsinin Şəhərsalma və Tikinti məcəlləsinin 59-cu maddəsinin 2-ci və 3-cü bəndinin tələblərinə uyğun olaraq 63.056 kv.m. müəyyən olunur. Hazırki ekspert rəyini natamam hesab edir. Ekspert rəyinin obyektivliyinə şübhə yaranmışdır. Belə ki, ekspertizanın keçirilməsi zamanı qarşı tərəfin iştirakı təmin edilməmişdir. Bu da, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 102.1-ci maddəsinin tələblərini pozmuşdur. Birinci instansiya məhkəməsi iş üzrə məhkəmə ekspertizasını təyin edən zaman ekspert qarşısında səthi araşdırmaq nöqteyi-nəzərdən mübahisələndirilən mənzilin ümumi sahəsinin həcmini müəyyən etməklə kifayətlənmişdir. Halbuki rayon məhkəməsi tərəfindən iddiaçı Cəmiyyətin iştirakı təmin edilmədiyindən qeyd olunan məsələyə münasibət bildirməmişdir. Ekspert tədqiqatında Cəmiyyət 19 aprel 2014-cü il tarixli D(b)/045 nömrəli Torpaq sahəsinin və fərdi yaşayış evinin alqı-satqısı haqqında müqavilə üzrə mübahisələndirilən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev pr. 167, “AAAF PARK” yaşayış massivindəki B kompleksi, 10 saylı binanın, 2 otaqdan ibarət 11 saylı mənzilin Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsinin 2-ci və 3cü bəndinin tələblərinə görə yanaşaraq ümumi sahə üzrə hesablama aparmışdır. Halbuki alıcı Cavabdeh sözügedən mənzili alan zaman tikintialtı sahə ilə birlikdə ümumi ölçməhesablama aparılması metodu ilə təhvil verilmişdir. Qeyd olunan mübahisəyə artıq Ali Məhkəmənin Mülki Kollegiyası münasibət bildirmişdir. Həmin ekspert rəyinin təsviri və tədqiqat hissələrində mənzilin ayrı-ayrılıqda sahələri ölçülən zaman yanlışlıqlara və mənzilin eskiz-layihə sənədlərinə zidd olaraq otaqların sahələrinə görə hesablama əmsalları düzgün seçilməməklə yol verilmişdir. Hesab edir ki, məhkəmə tikinti-texniki ekspertiza təyin edən zaman "'1). Mənzilin faktiki sahəsinin eskiz-layihəyə uyğun olubolmamasını? və 2) mənzilin tikintialtı ümumi sahəsini müəyyən etməmişdir?”. Bundan başqa, Ağdaş rayon məhkəməsi iddia tələbinə birtərəfli araşdıraraq, Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə hüquqi istinad etməmişdir. Nəzərə alınmalıdır ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 19.04.2014-cü il tarixli D(b)/045 nömrəli Torpaq sahəsinin və fərdi yaşayış evinin alqı-satqısı haqqında Müqaviləsi ləğv edilməmiş və qüvvədədir. Həmin müqavilənin 1.1 və 2.1-ci bəndlərinə müvafiq olaraq, Cavabdeh qızma mübahisələndirilən mənzil istifadəsinə təhvil verilmişdir. İddiaçı 2014- cü il tarixdən həmin mənzilə istifadə hüququ əldə etməklə istifadə etmiş, sərəncam vermiş və hazırda da hüquqlarını özündə saxlayır. Hazırda Cavabdeh həmin müqaviləni mübahisələndirmir. Xüsusilə vurğulamaq istərdi ki, alıcı Cavabdeh mənzilin ümumi sahəsinin hesablanma qaydası barədə tam məlumatlı olmuşdur. Ağdaş Rayon Məhkəməsi məhkəmə aktında qeyd edir ki, hazırki qətnamə gələcəkdə tərəflərdən birinin tələbi ilə qanunvericilikdə nəzərdə tutulmuş hallarda və qaydada müqavilənin dəyişdirilməsini və ya ləğv edilməsini istisna etmir. Məhkəmə nəzərə almamışdır ki, Cavabdeh məhkəmə baxışı zamanı iddia ərizəsinə təqdim etdiyi etirazda iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İş materiallarında mühabisə predmetinin əsasını təşkil edən 19.04.2014-cü il tarixli D(b)/045 nömrəli Torpaq sahəsinin və fərdi yaşayış evinin alqı- satqısı haqqında Müqavilə mübahisələndirilməmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsi icraata qəbul edilməkdən imtina olunmaqdan əlavə qarşılıqlı iddia tələbi tamamilə əsassızdır. Birinci instansiya məhkəməsinin yekun aktı hesab olunan qətnamədə "xxxx" MMC-nin üzərinə əmlakın (mənzilin) "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış torpaq sahəsinin və fərdi yaşayış evinin alqı-satqısı haqqında 19 aprel 2014-cü il tarixli D(b)/045 nömrəli müqavilənin 2.1-ci bəndində göstərilən dəyərinin mənzilin faktiki ölçüsünə uyğun azaldılması, müvafiq maliyyə arayışının verilməsi və mənzilin təmirinə icazə verilməsi öhdəliyinin qoyulması qət edilmişdir. Bu isə qətnamənin icrasını mümkünsüz edir. Çünki hazırda cavabdeh A.O.Salehova həmin müqavilə üzrə mənzildə yaşayır! Belə bir qeyri-müəyyənlik ortaya çıxır ki, cavabdeh A.O.Salehova mübahisəli mənzili Cəmiyyətə təhvil verməli və yeni mənzilini mühabisələndirdiyi sahəyə uyğun hissədə tələb etməlidir? Yaxud Cəmiyyət həmin mənzili söküb yerində yeni mənzil sahəsinə uyğun inşa etməlidir? Qeyd olunan xüsusatlar məhkəmə tərəfindən araşdırılmalı və qarşılıqlı iddia tələbinə münasibətdə düzgün, ədalətli və obyektiv hüquqi qiymət verilməli idi. Əfsuslar olsun ki, Ağdaş Rayon Məhkəməsi ümumiyyətlə mövcud sübutları tam, hərtərəfli və obyektiv araşdırmamışdır. Ağdaş Rayon Məhkəməsi bir neçə prosessual pozuntulara yol vermişdir, Cavabdeh özünü müdafiə xarakterli əsqssız qarşılıqlı iddia tələbi vermişdir. Əvvəl rayon məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 155-156, 188-ci maddələrinin tələblərini pozmuşdur. Cavabdeh 19.02.2019-cu il tarixli Qarşılıqlı iddia ərizəsi rayon məhkəməsinin dəftərxanasında 20.02.2019-cu il tarixdə qeydə alındığı təqdirdə məhz həmin 20.02.2019-cu il tarixində qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməsinə dair “qərardad” (formal xarakterli') qəbul etmişdir. Qərardadda qarşılıqlı iddia ərizəsinin iddiaçı X6 ğluna rəsmi qaydada verilməsi qeyd edilmişdir. Halbuki iddiaçı X3 deyil, "xxxx" MMCdir. Eyni zamanda rayon məhkəməsi AR MPM-nin 267-269-cu maddələrin tələblərini pozaraq şikayət hüququmuzu itirmişdir. Daha sonradan, rayon məhkəməsi iş üzrə məhkəmə ekspertizasının təyin edilməsi barədə qərardadı və ekspertizanın nəticəsinə dair verilmiş Ekspert rəyinin surətini tanış olmaq, münasibət bildirmək, əlavə sübutların təqdim edilməsi, ekspert qarşısında sualların qoyulmasına dair təkliflərin erilməsində iddiaçı Cəmiyyətə məlumat verilməmiş və bildirilməmişdir. İddiaçı Cəmiyyət Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasına şikayətindən sonra Ağdaş Rayon Məhkəməsinin 24 dekabr 2019- cu il tarixli 2(014)- 415/2019 nömrəli məktubu əsasənda məhkəmənin qətnaməsi, ekspert rəyi, qarşılıqlı iddia ərizəsinin, qərardadın surəti təqdim edilmişdir. Həmin vaxta kimi Cəmiyyət tərəfindən dəfələrlə müraciət edilməsinə baxmayaraq rayon məhkəməsi tərəfindən iddiaçı Cəmiyyətə heç bir məlumat verməməklə iştirakı təmin edilməmişdir. Ona görə də, Ağdaş Rayon Məhkəməsinin 11 iyul 2019-cu il tarixli, 2(014)-415/2019 nömrəli qətnaməsinin qismən, yəni iddiaçı "xxxx" MMC-nin iddia tələbinin təmin edilməmiş hissəsində və qarşılıqlı iddia ərizəsinin təmin edilmiş hissəsində ləğv edilməsini, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı iddia tələbinin tam təmin edilməsi və qarşılıqlı iddiaçı Cavabdeh Cəmiyyətə qarşı qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş edir. tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X7 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Ağdaş Rayon Məhkəməsinin 11 iyul 2019-cu il tarixli, 2(014)-415/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. hüquq məsələləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşdən görünür ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin 07 iyul 2021-ci il tarixli 2(102)-3944/2021 nömrəli qərarı ilə cavabdeh-qarşılıqlı iddiaçı Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 mart 2021-ci il tarixli 2(107)-64/2021 nömrəli qətnaməsi ləğv edilərək iş yeni apellyasiya baxışına göndərilən zaman qərarında bır sıra göstərişlər şərh etmişdir. Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə və Ali Məhkəmənin göstərişlərinə əsasən hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. İş materiallarında olan 19 aprel 2014-cü il tarixdə "xxxx" MMC ilə (satıcı) Cavabdeh (alıcı) arasında torpaq sahəsinin və fərdi yaşayış evinin alqı-satqısı haqqında müqavilə bağlanmış və həmin müqaviləyə əsasən satıcı öz üzərinə Xırdalan şəhəri, H.Əliyev prospekti “AAAF-Park” yaşayış massivindəki B kompleksində inşa edilən 10 saylı 6 mərtəbəli yaşayış binasında ümumi sahəsi 76,1 kv.metr olan 2 otaqdan ibarət 11 saylı mənzilini alıcıya satmaq barədə, alıcı isə həmin mənzilin dəyərini təşkil edən 45.660 manat məbləğində pul vəsaitinin birdəfəlik ödəniş şəklində və ya 30 ay müddətində ödəniş cədvəli üzrə satıcıya ödəmək barədə üzərlərinə öhdəlik götürmüşlər. İş materiallarında olan məhkəmə-tikinti ekspertizasının 03 iyun 2019-cu il tarixli 10108 №-li rəyindən görünür ki, Abşeron rayonu,Xırdalan şəhərində AAAF-PARK yaşayış massivindəki B kompleksində inşa edilən 10 saylı, 6 mərtəbəli yaşayış binasında yerləşən 2 otaqdan ibarət 11 saylı mənzilin ümumi sahəsi Şəhərsalma və Tikinti məcəlləsinin 59-cu maddəsinin 2-ci və 3-cü bəndinin tələblərinə uyğun olaraq 63,056 kv.m müəyyən olunmuşdur, ekspertiza xərci 100 manatdır. İş materiallarında olan 02 sentyabr 2020-ci il tаrixli, 2(107)-1342/2020 nömrəli əlavə məhkəmə tikinti-texniki ekspertizasının rəyində göstərilmişdir ki, Abşeron rayonu, Xırdalan şəhərində, AAAF-PARK yaşayış massivindəki B kompleksində inşa edilən 10 saylı, 6 mərtəbəli yaşayış binasında yerləşən 2 otaqdan ibarət 11 saylı mənzilin ümumi sahəsi Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsinin 2-ci və 3-cü bəndinin tələblərinə uyğun olaraq 63,056 kv.m və mənzilin tikinti altı nəzərə alınmaqla ümumi sahəsi 76,0 kv.m müəyyən olunur. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən qərardadın ikinci sualı üzrə tədqiqat aparılmamışdır. (Aparılmış tədqiqatın dəyəri 100 manat). Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında alqı satqı müqaviləsinin predmeti olan mənzilin ümümi sahəsi müqavilədə göstərildiyi kimi 76,1 kv.metr deyil, 63,056 kv.metrdir. Belə olan halda mənzilin ümumi dəyəri 45660 manat (76,1x600) deyil, 37833,60 manat (63,056x600) kimi qiymətləndirilməlidir. Cavabdehin də 37080 manat ödəniş etdiyini nəzərə alınsa, cavabdehin iddiaçıya qalan əsas borc məbləğinin 753,60 manat olması müəyyən edilməli, əsas borcun 753,60 manat olması nəzərə alınaraq cərimə borcu yüksək hesab edilərək cərimə boru azaldılaraq 10 manat həddində müəyyən edilməli,yəni iddia qismən təmin edilməlidir, qarşılıqlı iddia isə əsaslı olduğundan tam təmin edilməli, ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilməlidir Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, tərəflər arasında bağlanmış 19 aprel 2014-cü il tarixli alqı-satqı müqaviləsində AAAF İnşaat MMC Cavabdeh ümumi sahəsi 76,1 kv.metr təşkil edən mənzillə təmin etmək barədə üzərinə öhdəlik götürmüşdür. Lakin Cavabdeh iddia ərizəsindən və iş üzrə aparılmış ekspertiza tədqiqatlarının nəticələri barədə verilmiş rəylərdən görünür ki, iddiaçıya faktiki olaraq ümumi sahəsi cəmi 63,056 kv.metr təşkil edən yaşayış sahəsi verilmişdir. Tərəflər arasında bağlanmış müqavilədə mənzilin ölçüsünün müəyyən olunması qaydası, başqa sözlə hansı parametrlər əsasında müəyyən olunması göstərilməmişdir. Müqaviləni imzalayarkən Cavabdeh ona daxili ölçüləri 76,1 kv.metr təşkil edəcək mənzil veriləcəyini güman etmiş və onun dəyərini ödəmək barədə üzərinə öhdəlik götürmüşdür. Hazırkı vəziyyətdə isə mübahisəli mənzilin daxili ölçüləri alqı-satqı müqaviləsində müəyyən olunmuş sahədən azdır. Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 442-ci mаddəsinə əsаsən öhdəliyin icrа edilməməsi dedikdə оnun pоzulmаsı və yа lаzımıncа icrа edilməməsi (vаxtındа icrа edilməməsi, mаllаrdа, işlərdə və xidmətdə qüsurlаrlа və yа öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pоzmаqlа icrа edilməsi) bаşа düşülür. Həmin Məcəllənin 443.1-ci mаddəsinə əsаsən öhdəliyini icrа etməyən bоrclu kreditоrа dəymiş zərərin əvəzini ödəməyə bоrcludur. Həmin Məcəllənin 448.1-ci mаddəsinə əsаsən əgər bu Məcəllə ilə və müqаvilə ilə аyrı qаydа müəyyənləşdirilməyibsə, bоrclu оnun risk dаirəsinə dаxil оlаn öhdəliklərin icrа edilmədiyi bütün hаllаr üçün cavabdehdir. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1-ci maddəsinə görə mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Qanunun həmin normasından görünür ki, mübahisə edilən münasibət mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə, onda işgüzar adətlərə aid qaydalar tətbiq edilir. Həmin Məcəllənin 10-cu maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin hər hansı sahəsində təşəkkül tapan və geniş tətbiq edilən, qanunvericilikdə nəzərdə tutulmayan davranış qaydası, hansısa aktda qeyd edilib-edilmədiyindən asılı olmayaraq, işgüzar adət sayılır. Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəlləni 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydalarından bəhs edən Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsində göstərilir ki; 59.1. Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları bu maddənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 59.2. Yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. 59.3. Yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. 59.4. Yaşayış binalarında mənzillərin döşəmədən tavana qədər hündürlüyü 2,7 metrdən az olmamalıdır. 59.5. Mansarda mərtəbələrinin bayır divarlar boyunca hündürlüyü 1,6 metrdən, yüksək hissəsində hündürlüyü 2,7 metrdən az olmamalıdır. Göründüyü kimi, hazırkı mübahisə edilən münasibət qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimləndiyindən işgüzar adətlərə aid qaydaların tətbiq edilməsinə lüzum yoxdur MPM-in 217-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz İddiaçı alqı-satqı müqaviləsi üzrə öz öhdəliyini lazımınca yerinə yetirməsnii və cavabdehin hazırda iddia tələbində qeyd etdiyi məbləğdə borcu olduğunu təsdiq edən subutları məhkəməyə təqdim etməmiş və ya təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə birinci instansiya məhkəməsinin iddia tələbinin qismən təmin edilməsi hissəsində gəlmiş olduğu nəticə ilə razılaşır və həmin nəticənin işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirdiyini qeyd edir və buna görə də hesab edir ki, iş üzrə Ağdaş Rayon Məhkəməsinin 11 iyul 2019-cu il tarixli, 2(014)-415/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 389-390, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiаçı "xxxx" MMC-nin direktoru X2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Ağdaş Rayon Məhkəməsinin 11 iyul 2019-cu il tarixli, 2(014)-415/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiya Məhkəməsi zamanı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat "xxxx" MMC-dən alınıb dövlət büdcəsinə ödənilsin. (AZ34CTRE********************; Az.MEM, VÖEN**********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22) Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. İş üzrə sədrlik edən hakim Akif Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar