Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-198/2020 21.01.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh5, Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka qoyulmuş əmlaklara yönəldilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Yevlax Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(039)-206/2019 nömrəli qətnaməsindən iş üzrə cavabdehlər Cavabdeh5 və Cavabdeh4 tərəfindən verilmiş apelyasiya şikayətlərinə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh5, Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərzəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh4 İddiaçı ASC-nin xeyrinə xx xxxxxx 2014-cü il tarixli, 115.LN.2102.080814.00005 sayl Kredit Müqaviləsi və əlavə razılıq 3 № üzrə Cavabdeh4 İddiaçı ASC-nin xeyrinə 20,016.28 manat əsas, 5,701.05 manat faiz, 4,020.57 manat cərimə olmaqla, cəmi 29,737.90 manat məbləğində borcun tutulmasını, tutmanın Cavabdeh4 məxsus ünvan 2ir şəhəri, M.Maqomayev küçəsi ev 71, mənzil 6-ya yönəlməsi, həmin mənzilin açıq hərracda satılması və borcun qeyd olunan mənzilin açıq hərracda satışdan əldə olunan vəsaitin hesabına ödənilməsi, tutmanın Cavabdeh3 məxsus ünvan 2ir şəhəri, H.Əliyev prospekti, ev 21, mənzil 23-ə yönəldilməsi həmin mənzilin açıq hərracda satilmasi və borcun qeyd olunan mənzilin açıq hərracda satışdan əldə olunan vəsait hesabına ödənilməsi, Cavabdeh4 məxsus ünvan 1 ünvanında yönəldikdə və onun satışından 1 ay sonra ünvan 2ir şəhəri, M.Maqomayev prospekti, ev 71, mənzil 6-nın istifadə hüquqlarının itirilmiş hesab edilməsi, mənzildən çıxarılması və mənzilin boşaldılması, Cavabdeh3 məxsus ünvan 2ir şəhəri, H.Əliyev prospekti, ev 21, mənzil 23-ə yönəldikdə və onun satışdan 1 ay sonra ünvan 2ir şəhəri, H.Əliyev prospekti ev 21, mənzil 23 istifadə hüquqlarının itirilmiş hesab edilməsi, mənzildən çıxarılması və boşaldılması, ödənilmiş 30.40 manat məbləğində dövlət rüsumu və 62 manat məbləğində bildirişin DƏDRX-da qeydiyyata alınması dair xərcin cavabdehlərdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(039)-206/2019 nömrəli qətnaməsi ilə (hakim T.Əliyev) iddia qismən təmin edilərək, Cavabdeh4 xx xxxxxx 2014-cü il tarixli, 115.LN.2102.080814.00005 saylı kredit müqaviləsi və 3 nömrəli əlavə üzrə 18,377.87 manat əsas, 369.89 manat faiz borcu, 200 manat cərimə, 30.40 manat ödənilmiş dövlət rüsumunun əvəzi və 31 manat bildirişin qeydə alınması üçün ödənilmiş dövlət rüsumunun əvəzi, cəmi 19,009 (on doqquz min doqquz) manat 16 (on altı) qəpik İddiaçı ASC-nin xeyrinə tutulması, tələb ilk olaraq Cavabdeh4 məxsus ünvan 2ir şəhəri, M.Maqomayev küçəsi, 71 saylı evin 6 saylı mənzilinə yönəldilməklə həmin yaşayış evi açıq hərracdan satılmaqla satış hesabına əldə edilmiş vəsaitdən borc İddiaçı ASC-yə ödənilməsi, ünvan 2ir şəhəri, M.Maqomayev küçəsi, 71 saylı evin 6 saylı mənzilinin ilkin satış qiyməti 57,000 (əlli yeddi min) manat müəyyən edilməsi, bu mənzil satıldıqdan sonra ən geci bir ay ərzində tərk etmədikləri təqdirdə cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh1 və Cavabdeh2 həmin mənzildən istifadə hüququ itirilmiş hesab edilməklə çıxarılmaları və onlar tərəfindən mənzilin boşaldılması, bu, borcun ödənilməsinə yetmədikdə tələb Cavabdeh3 məxsus ünvan 2ir şəhəri, H.Əliyev prospekti, 21 saylı evin 23 saylı mənzilinə yönəldilməklə həmin mənzil açıq hərracdan satılmaqla satış hesabına əldə edilmiş vəsaitdən borc İddiaçı ASC-yə ödənilməsi, ünvan 2ir şəhəri, H.Əliyev prospekti, 21 saylı evin 23 saylı mənzilinin ilkin satış qiyməti 67,000 (altmış yeddi min) manat müəyyən edilməsi, həmin mənzil satıldıqdan sonra ən geci bir ay ərzində tərk etmədiyi təqdirdə Cavabdeh3 həmin mənzildən istifadə hüququ itirilmiş hesab edilməklə çıxarılması və onun tərəfindən mənzilin boşaldılması, iddianın qalan hissədə təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri 145 (bir yüz qırx beş) manat Cavabdeh4 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN ********** Dövlət Xəzinədarlığı agentliyi, KOD 210005 VÖEN ********** m/h AZ 41 NABZ******************** S.W.İ.F.T. BİK CTREAZ 22. hesabına köçürülməsi qət edilmişdir. Yevlax Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(039)-206/2019 saylı qərardadı ilə qətnamədə yol verilmiş yanlışlıq düzəldilərək “ünvan 2ir şəhəri, H.Əliyev prospekti, 21 saylı evin 23 saylı mənzilinin ilkin satış qiyməti 67,000 (altmış yeddi min) manat müəyyən edilmiş” sözləri 68000 (altmış səkkiz min) manat müəyyən edilməsi kimi oxunması qərara alınmışdır. Qətnamədən narazı qalan Cavabdeh5 apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ödənilmiş kredit borcu nəzərə alınmaqla mənzillərin ardıcıl satılmasının ləğv edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh4 isə apelyasiya şikayəti verərək, qətnamənin dəyişdirilərək, əsas borcun azaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddia tələbi onunla əsaslandırmışdır ki, xx xxxxxx 2014-cü il tarixli 115.LN.2102.080814.00005 saylı Kredit Müqaviləsinin şərtlərinə uyğun olaraq Cavabdeh4 36 ay müddətinə illik 26 % ödəmək şərti ilə 35,000 (on beş min) manat məbləğində kredit verilmişdir. xx xxxx 2016-cı il tarixdə 115.LN.2102.080814.00005 saylı kredit müqaviləsinə əlavə razılıq № 3 bağlanılmışdır. xx xxxxxx 2014-cü il tarixli 115.LN.2102.080814.00005 saylı Kredit Müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi üçün İddiaçı ASC (ipoteka saxlayan) ilə Cavabdeh4 (ipoteka qoyan) arasında xx xxxxxx 2014-cü il tarixdə 115.CL.080814.00005/c saylı İpoteka müqaviləsi bağlanmış və həmin müqavilənin şərtlərinə görə İddiaçı ASC-yə ünvan 2ir şəhəri, M.Maqomayev küç., ev 71, mənzil 6 ipoteka hüququ verilmiş və onun qeydiyyatı RX seriyalı ******* nömrəli çıxarışla təsdiqlənmişdir. xx xxxxxx 2014-cü il tarixli 115.LN.2102.080814.00005 saylı Kredit Müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi üçün İddiaçı ASC (ipoteka saxlayan) ilə Cavabdeh3 (ipoteka qoyan) arasında xx xxxxxx 2014-cü il tarixdə 115.CL.080814.00005/a saylı İpoteka müqaviləsi bağlanmış və həmin müqavilənin şərtlərinə görə İddiaçı ASC-yə ünvan 2ir şəhəri, H.Əliyev prospekti, ev 21, mənzil 23 ipoteka hüququ verimiş və onun qeydiyyatı RX seriyalı ******* nömrəli çıxarışla təsdiqlənmişdir. Cavabdeh4 xx xxxxxx 2014cü il tarixli 115.LN.2102.080814.000005 saylı Kredit Müqaviləsi və əlavə razılıq № 3 üzrə İddiaçı ASC-yə xx.xx.2018-ci il tarixə olan borcu əsas 20,016.28 manat, faiz 5,701.05 manat gecikdirməyə görə cərimə 4,020.57 manat olmaqla, cəmi 29,737.90 manat təşkil edir. Bu günədək Cavabdeh4 tərəfindən kredit müqaviləsinin şərtləri dəfələrlə yerinə yetirilməmiş və kredit üzrə faizlərin ödənilməsi müddəti pozulmuşdur ki, bu da öz növbəsində Azərbaycan Respublikas Mülki Məcəlləsini 295 və 319-cu maddələrinə əsasən İddiaçı ASC-yə ipoteka müqaviləsinin şərtlərinə görə ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi hüququnu verir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apelyasiya şikayətinin dəlilləri: Cavabdeh5 apelyasiya şikayətini onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsində işə baxılarkən işin faktiki halları araşdırılmadan maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Belə ki, iddia tələbinin ipoteka ilə yüklü edilən ünvan 2ir şəhəri, H.Əliyev prospekti, ev 21, 23 saylı mənzili kredit müqaviləsi bağlanılarkən və həmin ev girov qoyularkən Cavabdeh3 ailə üzvlərinin razılığı alınmamış, həmçinin onun da xəbəri olmamış və həmin müqavilədə onun imzaları yoxdur. Onun istifadəsində olan ünvan 2ir şəhəri, M.Maqomayev küçəsi ev 71, mənzil 6 və Cavabdeh3 məxsus ünvan 2ir şəhəri, H.Əliyev prospekti, ev 21, 23 nömrəli mənzilin ardıcıl olaraq birlikdə yönəldilməsi qeyri-qanuni hesab edilməlidir. Cavabdeh4 apelyasiya şikayətini onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsində işə baxılarkən işin faktiki halları araşdırılmadan maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Belə ki, bank tərəfindən əsas borc düzgün hesablanmamış, həddindən artıq yüksək hesablanmışdır. Həmin borcu ödəməyə onun və ailə üzvlərini maddi imkanı yoxdur. Apelyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, İddiaçı ASC-nin nümayəndəsi və cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Cavabdehlərdən Cavabdeh5 məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasının yenidən təxirə salınmasını, digər Cavabdeh3 isə məhkəməyə teleqram ünvanlayaraq xəstəliyi ilə əlaqədar prosesdə iştirak edə bilməyəcəyini və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apelyasiya şikayətləri qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini mülki işin materialları ilə birlikdə, hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdırıb və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Bundan əlavə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. MPM-in 372.7-ci maddəsində isə göstərilmişdir ki, apelyasiya instansiyası məhkəməsi ikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli qərarına əsasən, apelyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. MPM-in 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq, apelyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apelyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apelyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalı və iş üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edibetməməsinə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apelyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apelyasiya şikayətləri təmin edilməməli, iş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(039)- 206/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Buna baxmayaraq, tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından,cavabdehin apelyasiya şikayətində göstərdiyi dəlillərin apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. İş materiallarında olan və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; İddiaçı ASC-nin Yevlax filialı ilə Cavabdeh4 arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli, 115.LN.2102.080814.00005 saylı kredit müqaviləsinin surətində müəyyən olunur ki, bu müqavilə əsasında Cavabdeh4 illik 26 faizlə 36 ay müddətinə 35,000 manat məbləğində kredit verilmişdir. xx xxxxxx 2014-cü il tarixli 115.LN.2102.080814.00005 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi üçün İddiaçı ASC (ipoteka saxlayan) ilə Cavabdeh4 (ipoteka qoyan) arasında xx xxxxxx 2014-cü il tarixdə 115.CL.080814.00005/c saylı İpoteka müqaviləsi bağlanmış və həmin müqavilənin şərtlərinə görə ünvan 2ir şəhəri, M.Maqomayev küçəsi, 71 saylı evin 6 saylı mənzili Bankın xeyrinə yüklü edilmişdir. Cavabdeh4 həmin zaman yetkinlik yaşına çatmış ailə üzvləri Cavabdeh5 və Cavabdeh4 buna razılıq verərək iddia qaldırıldığı halda mənzili könüllü boşaltmağı və ünvanda qeydiyyatdan çıxmağı üzərilərinə götürmüşlər. xx xxxxxx 2014-cü il tarixli 115.LN.2102.080814.00005 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi üçün İddiaçı ASC (ipoteka saxlayan) ilə Cavabdeh3 (ipoteka qoyan) arasında xx xxxxxx 2014-cü il tarixdə 115.CL.080814.00005/a saylı İpoteka müqaviləsi bağlanmış və həmin müqavilənin şərtlərinə görə ünvan 2ir şəhəri, H.Əliyev prospekti, 21 saylı evin 23 saylı mənzili Bankın xeyrinə yüklü edilmişdir. xx xxxx 2016-cı il tarixdə 115.LN.2102.080814.00005 saylı kredit müqaviləsinə əlavə razılıq 3 №-li bağlanmış, razılığın şərtlərinə görə illik 20 % müəyyən edilmiş və kreditin müddəti xx xxxxxx 2017-ci il tarixədək uzadılmışdır. Qeyd edilən ipoteka müqavilələri barədə daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeyd aparılmış və həmin qeyddən çıxarışlar verilmişdir. “xxxxxxxxxxxxxxx” MMC tərəfindən təqdim edilmiş xx xxxxx 2019-cu il tarixli mütəxəssis rəylərində qeyd olunur ki, ünvan 2ir şəhəri, M.Maqomayev küçəsi, 71 saylı evin 6 saylı mənzilinin orta bazar qiyməti 57,000 manat, ünvan 2ir şəhəri, H.Əliyev prospekti, 21 saylı evin 23 saylı mənzilin orta bazar qiyməti isə 68,000 manat müəyyən edilir. Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli ekspert rəyində qeyd olunur ki, xx xxxxxx 2014-cü il tarixli 115.LN.2102.080814.00005 saylı kredit müqaviləsi üzrə Cavabdeh4 xx xxxxxx 2017-ci il tarixə 24,085.63 manat əsas, 369.89 manat faiz borcu, xx xxxxxxxx 2018-ci il tarixə isə 21,464.00 manat əsas, 462.07 manat faiz borcu müəyyən olunur. Maliyyə arayışlarına əsasən İddiaçı ASC-nin Yevlax filialı ilə Cavabdeh4 arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli, 115.LN.2102.080814.00005 saylı kredit müqaviləsinin müddətinin bitdiyi tarixə 22,267.41 manat əsas, 2,808.97 manat faiz, 424.62 manat artırılmış faiz borcu, xx xxxxxxxx 2019-cu il tarixə 20,001.28 manat əsas, əsas borc üzrə kompensasiya ödənildikdən sonra 18,377.87 manat əsas, 6,029.55 manat faiz, 5,055.13 manat artırılmış faiz borcu mövcuddur. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319,1, 385.1, 442, 467, 739.1-ci maddələrinə və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 33, 34, 41, 39, 59 maddələrinə istinad edərək hazırkı mübahisələndirilən qətnaməni qəbul etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu nəticə ilə razılaşır və hesabedirki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 279-cu maddəsinə əsasən, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələblini girov faktiki təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanılması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. Mülki Məcəlləsinin 295-ci maddəsinə müvafiq olaraq, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 296.1-ci maddəsinə görə, girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Bu cür razılaşma olmadıqda, girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 307.6-cı maddəsinə uyğun olaraq, ipoteka müqaviləsi ipoteka verən və ipoteka saxlayan tərəfindən, habelə ipoteka verən borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanmalıdır. Mülki Məcəllənin 317.1-ci maddəsinə uyğun olaraq, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipotekasaxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Mülki Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, zərərin əvəzinin ödənilməsinə dair Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məs, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin şərh olunmuş normaları və tərəflər arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli, 115.LN.2102.080814.00005 sayl kredit müqaviləsinin qeyd olunmuş müddəaları baxımından Cavabdeh4 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, onun tərəfindən kredit öhdəlikləri üzrə müəyyən ödənişlər edilsə də, sonradan ödənişlərin edilməsi dayandırılmışdır. Bu halda öhdəliyin lazımınca icra edilməməsinə görə onun məsuliyyət məsələsi Mülki Məcəllənin 443.1-ci maddəsinə görə həll edilməlidir. Həmin maddəyə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Beləliklə də göründüyü kimi iddiaçının Cavabdeh4 münasibətdə tələbi qanuni və əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Bununla belə, iş materiallarından görünür ki, ipoteka saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən ipoteka ilə yüklü edilmiş fərdi yaşayış evi hesabına ödənilməsinə dair ipoteka saxlayanla ipoteka qoyan arasında notariat qaydasında təsdiqlənmiş razılaşma yoxdur. Odur ki ipoteka saxlayanın tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilməlidir. "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra-«İpoteka haqqında» Qanunun ) 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. "İpoteka haqqında" Qanunun 34.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. "İpoteka haqqında" Qanunun 39.1-ci maddəsinə əsasən ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 39.3. və 39.3.3-cü maddələrinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən ipoteka predmetinin ilkin satış qiymətini qərarda göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehlər Cavabdeh3 və Cavabdeh4 ilə iddiaçı arasında ipoteka müqaviləsi kredit müqaviləsinin təminatı kimi bağlanılmış və bu müqavilə bağlanarkən qanunun tələblərinə tam əməl edilmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun; 59.1. Yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda, ona tutma yönəldildikdə və o satıldıqda həmin Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. 59.2. Yaşayış evinin və ya mənzilin yeni mülkiyyətçisi ilə evin və ya mənzilin keçmiş mülkiyyətçisi arasında həmin evin və ya mənzilin kirayəsi barəsində müqavilə bağlanılır. Yeni mülkiyyətçi kirayə müqaviləsi bağlamaqdan imtina etdikdə keçmiş mülkiyyətçi (ipoteka qoyan) kirayə müqaviləsinin bağlanması üçün məhkəməyə müraciət edə bilər. 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. 59.4. Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Beləliklə, məhkəmə kollegiyasının iclasında müəyyən olunur ki, xx xxxxxx 2014-cü il tarixli, 115.LN.2102.080814.00005 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə 36 ay müddətinə illik 26 % ödəmək şərti ilə 35,000 (on beş min) manat kredit verilmişdir. xx xxxx 2016-cı il tarixdə 115.LN.2102.080814.00005 saylı kredit müqaviləsinə əlavə razılıq № 3 bağlanılmışdır. xx xxxxxx 2014-cü il tarixli 115.LN.2102.080814.00005 saylı Kredit Müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi üçün İddiaçı ASC (ipoteka saxlayan) ilə Cavabdeh4 (ipoteka qoyan) arasında xx xxxxxx 2014-cü il tarixdə 115.CL.080814.00005/c saylı İpoteka müqaviləsi bağlanmış və həmin müqavilənin şərtlərinə görə İddiaçı ASC-yə ünvan 2ir şəhəri, M.Maqomayev küç., ev 71, mənzil 6 ipoteka hüququ verilmiş və onun qeydiyyatı RX seriyalı ******* nömrəli çıxarışla təsdiqlənmişdir. xx xxxxxx 2014-cü il tarixli 115.LN.2102.080814.00005 saylı Kredit Müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi üçün İddiaçı ASC (ipoteka saxlayan) ilə Cavabdeh3 (ipoteka qoyan) arasında xx xxxxxx 2014-cü il tarixdə 115.CL.080814.00005/a saylı İpoteka müqaviləsi bağlanmış və həmin müqavilənin şərtlərinə görə İddiaçı ASC-yə ünvan 2ir şəhəri, H.Əliyev prospekti, ev 21, mənzil 23 ipoteka hüququ verimiş və onun qeydiyyatı RX seriyalı ******* nömrəli çıxarışla təsdiqlənmişdir. Kredit borcunun kredit müqaviləsi və ona əlavə olan ödəniş cədvəlinə uyğun şəkildə ödənilməsi barədə bank tərəfindən cavabdehə edilmiş xəbərdarlıqların da heç bir nəticəsi olmamışdır. İpoteka predmeti olan evin yüklülüyünə dair reyestrdən çıxarış verilmişdir. Kredit borcunun kredit müqavilələri və onlara əlavə olan ödəniş cədvəllərinə uyğun şəkildə ödənilməsi barədə bank tərəfindən cavabdehə edilmiş xəbərdarlıqların da heç bir nəticəsi olmamışdır. Ona görə də kreditor hazırki tələblə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi də hazırda mübahisələndirilən qətnaməni qəbul etmişdir. Məhkəmə kollegiyası da birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Apelyasiya şikayətlərinin dəlillərinə ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətlərin dəlilləri əsassızdır və şikayətdə qeyd olunan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil. Belə ki, Cavabdeh5 apelyasiya şikayətində ödənilmiş kredit borcu nəzərə alınmaqla mənzillərin ardıcıl satılmasının ləğv edilməsini bildirsə də, məhkəmə kollegiyası tərəfindən həm məhkəmə prosesində, məm də məhkəmə bildirişi vasitəsilə təklif olunmasına baxmayaraq buna dair hər hansı mötəbər sübut təqdim etməmiş, öz fikrini formal mülahizələr əsasında əsaslandırmağa çalışmışdır. Cavabdeh4 isə apelyasiya şikayətində bank tərəfindən əsas borcun düzgün hesablanmadığını, həddindən artıq yüksək hesablandığını bildirmişdir. Lаkin cаvаbdeh bununlа bаğlı məhkəməyə heç bir sənəd təqdim etməmiş, şişirdilmənin nədən ibаrət оlmаsını əsаslаndırmаmışdır. Ona görə də apelyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1. maddəsinə əsasən, apelyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətindəgöstərilənlərəsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnaməninləğviüçün heç bir hüquqi əsaslar yoxdur. Ona görə də apelyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372- 376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdehlər Cavabdeh5 və Cavabdeh4 tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilməsin. Yevlax Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(039)-206/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-198/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-198/2020
21.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver