Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1981/2020 18.11.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi ilə, İddiaçı «xxxxxxxxxxxxxxx» MMC-nin Cavabdeh qarşı «pul» tələbinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(046)-1577/2019 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(046)-1577/2019 nömrəli qətnaməsi ilə (hakim Zəfər Quliyev) iddia qismən təmin edilmiş, 1690 (min altı yüz doxsan) manat əsas borc, cərimə məbləği azaldılaraq 20 (iyirmi) manat və iddiaçı tərəfindən çəkilmiş xərcdən 18 (on səkkiz) manat olmaqla, cəmi 1728 (min yeddi yüz iyirmi səkkiz) manat məbləğində pulun Cavabdeh tutularaq iddiaçı «xxxxxxxxxxxxxxx» MMC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İşin halları İddiaçı «xxxxxxxxxxxxxxx» MMC Cavabdeh qarşı iddia qaldıraraq cavabdehdən onun xeyrinə 1690 manat əsas borcun, 500 manat cərimə borcunun, 30 manat ödənilmiş dövlət rüsumunun, 1 manat 50 qəpik poçt xərcinin tutulmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla cavabdeh arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən sonuncu aldığı 864gbbl modelli, «Apple» markalı bir ədəd telefona görə 10 ay ərzində ödəniş cədvəli üzrə hər ay 169 manat olmaqla, cəmi 1690 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq, ümumiyyətlə ödənişlər etməmişdir. Dəfərlərlə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh borcu ödəməkdən boyun qaçırır. Bundan əlavə cavabdehin üzərinə düşən vəzifəni icra etməməsi nəticəsində 500 manat cərimə borcu yaranmışdır. İddiaçıya birinci instansiya məhkəməsinin baxışının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, onun nümayəndəsi məhkəməyə gəlməmiş, lakin məhkəməyə ərizə təqdim edərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən işə bu şəxsin iştirakı olmadan baxılması mümkündür. Cavabdehə birinci instansiya məhkəməsinin baxışının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, o, məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılması mümkündür. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpelyаsiyа şikаyəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri Cavabdeh apelyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, həmin qətnaməni qanunsuz və əsassız hesab edir. Həmin kredit müqaviləsi üzrə ödənişlərini 5 ay mütamadi olaraq etmişdir. Lakin telefonu aldığı ilk aydan telefonda problemler yaranmışdır. Bu haqqda “xxxxxxxxxxxxxxx” MMC-nin əməktaşlarına dəfələrlə müraciət etsə də kreditin ödənişlərini etməyini və telefonun dəyişdiriləcəyini bildirsələr də, telefon dəyişdirilmədi. 5 ay gözlədikdən sonra yeniden telefonun dəyişdirilməsi üçün müraiət etsə də heç bir tədbir görülmədi. Bu səbəbdən də kredit ödənişini dayandırmış və bildirmişdir ki, telefon nə vaxt dəyişdirilsə ödənişi o zaman edəcəkdir. Həmçinin kredit müqaviləsi 5 ay mütamadi ödəniş etsə də, hakim iş üzrə əsas məbləğə hesablanmış faiz və cərimələrin kredit müqaviləsinin müddətinin 5 ay ödənilmiş hissəsinin hesablanıb-hesablanmamasını heç aydınlaşdırılmamışdır. Ona görə də, Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(046)- 1577/2019 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş edir. Tərəflərin İzahatları İddiaçı «xxxxxxxxxxxxxxx» MMC-nin nümayəndəsi və Cavabdeh lazımı qaydada məhkəmə kollegiyasının iclasına dəvət edilsələr də, məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən apelyasiya şikayətinə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında Cavabdeh apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Hüquq məsələləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apelyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” xx xxxxxxx 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apelyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apelyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin olunmalı, Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(046)-1577/2019 nömrəli qətnaməsi qismən- Cavabdeh 1690 manat əsas borcun tutularaq iddiaçı «xxxxxxxxxxxxxxx» MMC-yə ödənilməsi hissəsinin 845 (səkkiz yüz qırx beş) manata aid hissəsində ləğv edilməli, iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilməli, həmin qətnamə ilə iddiaçı «xxxxxxxxxxxxxxx» MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiasının 1690 manat əsas borca aid hissəsinin 845 (səkkiz yüz qırx beş) manatına aid hissəsi rədd edilməli, Cavabdeh tutularaq iddiaçı «xxxxxxxxxxxxxxx» MMC-yə ödənilməli olan cəmi borcun məbləği 883 (səkkiz yüz səksən üç) manat müəyyən edilməli, qətnamənin mübahisələndirilən Cavabdeh 883 (səkkiz yüz səksən üç) manatın tutularaq iddiaçı «xxxxxxxxxxxxxxx» MMC-yə ödənilməsi hissəsi dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 462.1, 467, 600.1, 601.1 vı 600.5-ci maddələrinə, Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə istinad etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqısatqı müqaviləsində əşya alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə görə isə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, iddiaçı 864gbbl modelli, «Apple» markalı bir ədəd telefonu 10 ay müddətinə hər ay 169 manat manat ödəmək şərti ilə, cəmi 1690 manata cavabdehə nisyə satmışdır. Cavabdehin ona satılan əşyanın dəyərini müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədiyindən ona cərimə hesablanmışdır. Cavabdeh iddiaçı qarşısında olan borcu barədə xəbərdar olunmuşdur. Cavabdehin iddiaçıya xx xxxxxx 2018-ci il tarixli müqaviləyə əsasən 1690 manat əsas borc, 500 manat cərimə borcu olmaqla, cəmi 2190 manat borcu vardır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh xx xxxxxx 2018-ci il tarixli müqavilədən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyi üçün aldığı əşyanın dəyərindən ödənilməmiş 1690 manat məbləğində pul ondan iddiaçının xeyrinə tutulmalıdır. «xxxxxxxxxxxxxxx» MMC-nin tələb etdiyi 500 manat cərimə ödənilməsi tələbi ilə bağlı birinci instansiya məhkəməsi həmçinin hesab etmişdir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. Birinci instansiya məhkəməsi, cavabdehin nisyə aldığı əşyanın dəyərini və hesablanmış dəbbə pulunun ödənilməmiş borca münasibətdə yüksək olmasını, həmçinin iddiaçının əmlak mənafelərini, digər tərəfdən cavabdehin ötən müddət ərzində nisyə alqısatqı müqaviləsi ilə müəyyən olunmuş məbləği qaytarmağa cəhd etməməsini, habelə tərəflərin digər əsaslı mənafelərini nəzərə alaraq hesab etmişdir ki, cavabdehdən iddiaçının xeyrinə tutulacaq cərimə miqdarı azaldılaraq 20 manat həddində müəyyən edilməlidir. İddiaçı poçt xərci kimi 1 manat 50 qəpik pulun tutulmasını cavabdehdən tələb etsə də, xx.xx.2019-cu il tarixli, 2 nömrəli reyestrə əsasən bu iş üzrə yalnız 50 qəpik xərc çəkilməsi müəyyən olunur. İddia tələbinin qismən təmin edilməsini nəzərə alaraq birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və 50 qəpik poçt xərcinin 12 manat 50 qəpiyi iddiaçıya aid edilməli, 18 manatı isə cavabdehdən alınıb iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan, cavabdeh tərəfindən apelyasiya şikayətinə əlavə edilmiş Cavabdeh adına tərtib olunmuş ödəmə cədvəlindən görünür ki, o, «xxxxxxxxxxxxxxx» MMC-yə xx.xx.2018ci ildə, xx.xx.2018-ci ildə, xx.xx.2018-ci ildə, xx.xx.2018-ci ildə və xx.xx.2018-ci ildə hər dəfə 169 manat olmaqla cəmi 845 manat ödəniş etmişdir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən Cavabdeh tərəfindən aldığı 864gbbl modelli, «Apple» markalı bir ədəd telefona görə 5 ay, hər ay 169 (bir yüz altmış doqquz) manat olmaqla cəmi 845 manat ödəniş edilməsini nəzərə almamış, iddianı hazırki həcmdə təminetməklə əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmiş, həmin hissədə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan hallar sübut edilməmiş və qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə kollegiyasının apelyasiya baxışında apelyasiya şikayətində qoyulmuş əsaslarla apelyasiya şikayətinin təmin edilməsinə, qətnamənin qismən ləğv olunmasına və qətnamənin ləğv edilən hissəsində iddianın rədd olunmasına əsas olan hallar müəyyən edilmişdir. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə əsаsən məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217-ci mаddəsinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin olunmalı, Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(046)-1577/2019 nömrəli qətnaməsi qismən- Cavabdeh 1690 manat əsas borcun tutularaq iddiaçı «xxxxxxxxxxxxxxx» MMC-yə ödənilməsi hissəsinin 845 (səkkiz yüz qırx beş) manata aid hissəsində ləğv edilməli, iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilməli, həmin qətnamə ilə iddiaçı «xxxxxxxxxxxxxxx» MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiasının 1690 manat əsas borca aid hissəsinin 845 (səkkiz yüz qırx beş) manatına aid hissəsi rədd edilməli, Cavabdeh tutularaq iddiaçı «xxxxxxxxxxxxxxx» MMC-yə ödənilməli olan cəmi borcun məbləği 883 (səkkiz yüz səksən üç) manat müəyyən edilməli, qətnamənin mübahisələndirilən Cavabdeh 883 (səkkiz yüz səksən üç) manatın tutularaq iddiaçı «xxxxxxxxxxxxxxx» MMC-yə ödənilməsi hissəsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəllənin 385.1.1, 385.1.3 və 385.1.4cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. Həmin Məcəllənin 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. Həmin Məcəllənin 389-cu maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. Həmin Məcəllənin 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Mülki Prosessual Məcəllənin 384.0.2-ci mаddəsinə əsаsən аpelyаsiyа instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 389-390, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. Göyçay Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(046)-1577/2019 nömrəli qətnaməsi qismən-Cavabdeh 1690 manat əsas borcun tutularaq iddiaçı «xxxxxxxxxxxxxxx» MMC-yə ödənilməsi hissəsinin 845 (səkkiz yüz qırx beş) manata aid hissəsində ləğv edilsin. İş üzrə həmin hissədə yeni qətnamə qəbul edilsin. İddiaçı «xxxxxxxxxxxxxxx» MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiasının 1690 manat əsas borca aid hissəsinin 845 (səkkiz yüz qırx beş) manatına aid hissəsi rədd edilsin. Cavabdeh tutularaq iddiaçı «xxxxxxxxxxxxxxx» MMC-yə ödənilməli olan cəmi borcun məbləği 883 (səkkiz yüz səksən üç) manat müəyyən edilsin. Qətnamənin mübahisələndirilən Cavabdeh 883 (səkkiz yüz səksən üç) manatın tutularaq iddiaçı «xxxxxxxxxxxxxxx» MMC-yə ödənilməsi hissəsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1981/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1981/2020
18.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver