Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1982/2021 26.10.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X5, İddiaçı və Cavabdeh1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 20 may 2015-ci il tarixli, 2(075)-804/2015 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və X2 tələb etdiyi, 3060 manat pulun və 5 il ərzində əldən çıxmış faydanın hesablanıb cavabdehlərdən tutularaq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin (hakim K.Süleymanov) 20 may 2015-ci il tarixli, 2(075)- 804/2015 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdeh X2 3060 manat pulun alınaraq İddiaçı verilməsi, iddia tələbinin cavabdeh X3 qarşı olan qalan hissəsi və Cavabdeh2 qarşı olan hissəsinin təmin edilməməsi, İddiaçı iddia ərizəsi ilə bağlı məhkəməyə ödədiyi 30 manat məbləğində dövlət rüsumu xərcinin cavabdeh X2 alınaraq İddiaçı verilməsi qət edilmişdir. Qətnamənin dəlilləri ilə razılaşmayan Cavabdeh1 apellyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 sentyabr 2021-ci il tarixli, 2(107)-1982/2021 nömrəli qərardadı ilə apellyasiya şikayəti mümkün hesab edilərək icraata qəbul edilmiş, eyni zamanda Azərbaycan Respublikası Bakı Şəhər Səbail rayon İcra şöbəsinə sorğu verilərək Şəki Rayon Məhkəməsinin 23 iyun 2015-ci il tarixli, 2(075)- 804/2015 nöməli icra vərəqəsinin Bakı şəhər Səbail rayon İcra və Probasiya şöbəsinə nə vaxt daxil olması, cavabdehin həmin icra vərəqəsindən nə vaxtdan məlumatlı olması, ilkin icra hərəkətlərinin nə zaman başlanması haqqında məlumatların qısa vaxt ərzində Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi xahiş edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, 2015-ci il tarixdə keçirilən məhkəmə proseslərindən xəbəri olmayıb. Məhkəmə qərarından Səbail İcra İdarəsində məlumat almışdır. Hesab edir ki, müddət keçdiyindən cavabdeh artıq ondan pul tələb edə bilməz. Ona görə də şikayətin təmin olunmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək, sonda təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh2 məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apelyasiya şikayəti verə bilər. Məhkəmə kollegiyası təqdim olunmuş apellyasiya şikayətini tərəflərin izahatı və iş materialları ilə birlikdə əlaqəli şəkildə təhlil edərək belə qənaətə gəlir ki, hazırki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin 28.09.2021-ci il tarixli, 2(107)-1982/2021 nömrəli qərardadı (mümkünlük barədə qərardadı) ləğv edilməli və apellyasiya şikayəti apellyasiya baxışından çıxarılaraq, apellyasiya şikayətinin uyğunluğunun yoxlanılması üçün mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, apellyasiya icraatı zamanı Azərbaycan Respublikası Bakı Şəhər Səbail rayon İcra şöbəsi tərəfindən Şəki Apellyasiya Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli 2(107)- 1982/2021 nömrəli sorğusuna cavab olaraq bildirilmişdir ki, Şəki Rayon məhkəməsinin 2(075)-804/2015 saylı, 20.05.2015-ci il tarixli icra sənədinə əsasən X2 3090 manat tutularaq İddiaçı xeyrinə ödənilməlidir. İcra sənədi 19.08.2015-ci ildə şöbənin icraatına daxil olmuş və müvafiq qaydada icraata yönəldilmişdir. X1 11,04.2016-cı il tarixdə şöbədə olmuş, icraata başlamaq haqqında qərarı və tələbin könüllü icrası ilə bağlı bildirişi qəbul etmişdir. Könüllü müddət bitdikdən sonra məcburi icra tədbirlərinə başlanılmışdır. Azərbaycan Respublikası Bakı Şəhər Səbail rayon İcra şöbəsi tərəfindən daxil olmuş 19.08.2015-ci il tarixli, 17/64-3545-9/3117/2015 nömrəli bildirişin surətindən görünür ki, icra şöbəsinin 19 avqust 2015-ci l tarixli icraata başlama haqqında qərarın surəti X1 tərəfindən bildirişə imza edilməklə 11.04.2016-ci il tarixdə qəbul edilmişdir. Lakin iş materiallarınadan müəyyən edilir ki, birinci instansiya məhkəməsi qeyd edilən halları araşdırmadan, qətnamənin X3 təqdim edilmə tarixini müəyyən etmədən, apellyasiya şikayətindən imtinanın səbəbləri, həmçinin həmin ərizədə olan imzanın sonuncuya məxsus olub-olmamsını, apellyasiya şikayətinin təkrar yaxud ilk dəfə verilib-verilmədiyini aydınlaşdırmadan, müvafiq icra işini tələb edib öyrənmədən və nəhayət cavabdeh tərəfindən qətnamədən apellyasiya şikayəti vermə müddətinin buraxılıb-buraxılmamasını müəyyən etmədən, bir sözlə apellyasiya şikayətinin MPM-ə uyğunluğunu yoxlamadan şikayəti baxılması üçün Apellyasiya məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 366.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. 366.2-ci maddəsinə görə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilir. Yuxarıda sadalanan qanunvericiliyin tələbinə görə apellyasiya şikayəti işə birinci instansiyada baxmış məhkəməyə təqdim edilir. Şikayətin baxılmağa qəbul edilməsi və yaxud geri qaytarılması məsələləri də məhz həmin məhkəmədə həll edilir. Bununla belə, apellyasiya instansiyası məhkəməsi daxil olmuş işlərin apellyasiya qaydasında baxılmasının mümkünlüyünü yoxlayır. Təkrar yoxlamanın məqsədi birinci instansiya məhkəməsinin yol verdiyi səhvlərin aradan qaldırılmasına, apellyasiyası mümkün olmayan şikayətlərin qarşısının alınmasına xidmət edir. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Hətta ilkin mərhələdə mümkün sayılmış apelyasiya şikayəti, aparılmış araşdırmalar zamanı sonradan da qəbul olunmamış hesab oluna və qeyri-mümkün sayıla bilər. Kollegiya hesab edir ki, istər birinci instansiya, istərsə də apellyasiya məhkəməsi tərəfindən buraxılmış səhvin davam etdirilməsi mülki mühakimə icraatının hamılıqla qəbul edilmiş prosessual qənaət prinsipinə ziddir. Mülki Prosessual Məcəllənin 384.0.6-cı maddəsinə əsasən apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Beləliklə yuxarıda qeyd olunanlara və tətbiq edilməli olan hüquq normalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, Şəki Apellyasiya Məhkəməsinin 28.09.2021-ci il tarixli, 2(107)-1982/2021 nömrəli qərardadı (mümkünlük barədə qərardadı) ləğv edilməli, Şəki Rayon Məhkəməsinin 20 may 2015-ci il tarixli, 2(075)-804/2015 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti apellyasiya baxışından çıxarmaqla Mülki Prosessual Məcəllənin tələblərinə uyğunluğunu müəyyən etmək üçün birinci instansiyası məhkəməsinə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Həmin Məcəllənin 402.2.5-ci maddəsinə əsasən bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından və həmin qərardadlardan kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 408.1.4, 408.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Şəki Apellyasiya Məhkəməsinin 28.09.2021-ci il tarixli, 2(107)-1982/2021 nömrəli qərardadı (mümkünlük barədə qərardadı) ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 20 may 2015-ci il tarixli, 2(075)-804/2015 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti apellyasiya baxışından çıxarmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357-363cü maddələrinin tələblərinin yerinə yetirilməsi və sonrakı prosessual hərəkətlər edilməsi üçün Şəki Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan tərəflər onu aldıqdan sonra 10 (on) gün müddətinə Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1982/2021
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1982/2021
26.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver