Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1985/2020 18.11.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı sökülmüş divarların bərpa edilməsi, ətəklərin sökülməsi və mənzildə istehsal fəaliyyətinə qadağa qoyulması, maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(063)-63/2020 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(063)-63/2020 nömrəli qətnaməsi ilə (hakim Elbrus Məmmədov) iddia qismən təmin edilmiş, İddiaçı1 mülkiyyətində olan Zaqatala şəhəri, Kiçikxanlı küçəsi, 37 saylı evin 2 saylı mənzilinin altında yerləşən mənzildə Cavabdeh tərəfindən qanunsuz olaraq evə artırılmış ətəyin (günlük) sökülməsi və mənzildə istehsal fəaliyyətinin aparılmasına qadağa qoyulması, vurulmuş maddi ziyana görə 1443 (bir min dörd yüz qırx üç) manatın Cavabdeh alınaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manatın Cavabdeh alınaraq Az.MEM, VÖİN**********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT Bik CTREAZ22 nömrəli hesaba keçirilməsi qət edilmişdir. İşin halları İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Zaqatala şəhəri, Kiçikxanlı küçəsi, 37 saylı evin 2 saylı mənzilinin altında yerləşən mənzildə cavabdeh tərəfindən sökülmüş divarların bərpa olunması, qanunsuz olaraq evə artırılmış ətəklərin sökülməsi, evin təməlindən daşınmış torpağın bərpa olunması, mənzildə istehsal fəaliyyətinin aparılmasına qadağa qoyulması, vurulmuş mənəvi zərərə görə 10.000 manatin, 15.000 manat maddi ziyanın və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq onlara verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbini belə əsaslandırmışlar ki, xüsusi mulkiyyətlərində ünvan 1 saylı ünvanda yerləşən binanın 2 saylı evləri vardır. Həmin mənzildə ailələri ilə yaşayırlar. Evdə körpə uşaq da yaşayır. Mənzil binanın 2-ci mərtəbəsində yerləşir. Binanın birinci mərtəbəsində cavabdehin mənzili yerləşir. Lakin cavabdeh mənzili qanunsuz olaraq qeyri yaşayış sahəsinə çevirmişdir. Evin içərisində olan arakəsmə divarlarını sökmüşdür, hansı ki həmin divarlar mənzillərinin beton döşəməsini saxlayır. Bundan başqa evin qarşısına ətək artırmışdır, hansı ki. yağış yağanda səs küydən evdə oturmaq olmur, nəinki gecə vaxtı yatmaq. Yağışın nəmi evin divarlarına çökür. Həmin divarların sökülməsi nəticəsində evləri maddi zərər görmüşdür, belə ki, divarlar tavandan ayrılmış, döşəmə çökmüş, evin təmiri zamanı görülmüş işlər (paduqalar qopub tökülmüş, oboylar aralanmış və sair) tam yararsız hala düşmüşdür. Onlar evini yenidən təmir etməli olmuşlar. Evin yenidən təmirinə isə ən azı 15 000 manat pul tələb olunur. Bundan başqa mənzili qeyri yaşayış sahəsinə çevirərək mənzildə elektriklə işləyən dəzgahlar işlədir, dəmirdən, plastikdən qapı pəncərə və sair əşyalar istehsal edir, həyətinə ümumi istifadə olunan hissəsinə dəmir tökür, qaldırıcı kranlar işlədir və sair. Bir sözlə mənzildə yaşamaq mümkün deyildir. Mənzili istehsal sahəsinə çevirmişdir. Bundan başqa binanın təməlini qazaraq daşımış və 60-70-sm torpağı aşağı salmışdır. Onun bu qanunsuz hərəkətləri barədə Zaqatala rayon İcra Hakimiyyətinə müraciət etmişlər Memarlıq şöbəsindən bu məsələni araşdırmışlar və iddiada qeyd etdikləri öz təsdiqini tapmışdır. Rayonun baş memarı cavabdehə məktub ünvanlayaraq qanunsuz sökdüyü divarların bərpa olunmasını tələb etsə də cavabdeh heç bir hərəkət etməmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etməli olmuşlar. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı1 iddia ərizəsinə oxşar məzmunda izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı2 məhkəmə iclasına gəlməmişdir. Birinci instansiya məhkəməsi digər iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iş üzrə Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, mənzil onun mülkiyyətindədir, mənzildə hər hansı dəyişikikliklərin aparılması onun hüququdur. Faktiki vəziyyətdə onun mənzilində aparılmış təmir işləri iddiaçıların hər hansı hüququnu pozmur. Evin ana divarlarına toxunulmamış, mənzilə yağış suyu vurduğundan ətək artırmışdır. Onun həmin mənzildən istədiyi kimi istifadə etmək hüququ vardır. Odur ki, iddianın təmin olunmamasını məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh apelyasiya şikаyəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri Cavabdeh apelyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə razılaşmır və hesab edir ki, qətnamə qanuni və əsaslı deyildir. Belə ki, Zaqatala Rayon Məhkəməsi işə baxarkən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları araşdırmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar məhkəmə tərəfindən sübut olunmamış, qeyri - mötəbər, ziddiyyətli və aid olmayan sübutlarla əsaslandırılmış və nəticədə tamamiylə qanunsuz olan qətnamə çıxarılmışdır. İş üzrə ekspertiza təyin edilmiş və Az. Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxx 2020-ci il tarixli, 31901 nömrəli ekspert rəyi alınmışdır. O, ekspert rəyi ilə razılıaşmır və hesab edir ki, verilmiş rəy təmamiylə əsassızdır. Belə ki, ekspert rəyində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 160 nömrəli qərarı ilə təsdiq edilmiş, “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması. Mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması qaydalarının tələbləri pozulmuşdur. Yuxarıda qeyd edilən qaydalar onun öz şəxsi mənzilində hər hansı bir arakəsmənin yerini dəyişdirməyinə hec bir aidyyatı yoxdur. Tərəfindən əsas yükgötürən barılarda hər hansı bir dəyişiklik edilməmişdir. Evinin hazırkı vəziyyəti evinin texniki pasportu ilə eynidir və tamamilə qanunauyğundur. Ekspert rəyindən həmçinin görünür ki, guya evində hansısa dəyişiklik etməyi nəticəsində yuxarı qonşunun divarlarında olan şpaklyovkada müəyyən çatlar əmələ gəlmiş, divar kağızı yararsız vəziyyətə düşmüşdür. Ekspertin bu mövqeyi təmamilə yanlışdır. Yuxarı qonşunun divarlarında olan şpaklyovkadakı çatların olmasının və divar kağızının köhnəlməsinin onun eviylə heç bir əlaqəsi yoxdur və belə bir əlaqəni fikirləşmək özü ağlasığmazdır. Ekspert onun qarşısına qoyulmuş, sökülmüş divarların binanın tamlığına və dayanıqlığına təsirinin olub-olmaması barədə 3-cü suala cavab vermir, bunun ona aid olmadığını bildirir, lakin tikinti işlərinin aparılması ilə bağlı iddiaçının mənzilinə dəymişdirmi sualına cavab olaraq yuxarıda qeyd etdiyi ziyanı yazır. Əgər tikinti işlərinin binanın tamlığına zərər yetirib-yetirməməsi sualına cavab verə bilmirsə həmin işlərin qonşu mənzilə ziyan vurmasını necə müəyyən edir. Yuxarıda qeyd olunanlar ekspert rəyinin əsassız olduğunu birbaşa təsdiq edir. Hənçinin məhkəmə onun öz divarına vurduğu ətəyin sökülməsi qərarına gəlməklə onun öz mülkiyyətindən sərbəst şəkildə istifadə etməklə bağlı hüquqlarını pozur. Bildirmişdir ki, ətək onun barısına vurulub və qonşuyla heç bir əlaqəsi yoxdur. Evinin qarşısına düşən yağış sularının qarşısını almaq məqsədi daşıyır. Zaqatala Rayon Məhkəməsi isə ekspert rəyindən və iddia tələbindən kənara çıxaraq qeyd edir ki, onun vurduğu ətək iddiaçının evinin fasad divarını korlayır. İddiaçının belə bir tələbi yoxdur. Məhkəmənin mövqeyi ilə ekspertin mövqeyi arasında burda ziddiyyət var. Yuxarıda qeyd edilən bütün xüsusatlar məhkəmə tərəfindən araşdırılmamış, nəticədə onun qanuni hüquqlarını pozan qətnamə qəbul edilmişdir. Ona görə də, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(063)- 63/2020 nömrəli qətnaməsinin ləğv edilməsini, iddiaçılar İddiaçı1 və İddiaçı2 Zaqatala şəhəri, 37 saylı evin 2 saylı mənzilinin altında yerləşən mənzildə cavabdeh tərəfindən sökülmüş divarların bərpa olunması, qanunsuz olaraq evə artırılmış ətəklərin sökülməsi, evin təməlindən daşınmış torpağın bərpa olunması, mənzildə istehsal fəaliyyətinin aparılmasına qadağa qoyulması, vurulmuş mənəvi zərər görə 10000 manatın, 15000 manat maddi ziyanın və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq onlara verilməsinə dair iddiasının əsassız olduğundan rədd edilməsini xahiş edir. Tərəflərin İzahatları İddiaçılar İddiaçı1, İddiaçı2, Cavabdeh və cavabdehin vəkili X3 lazımı qaydada məhkəmə kollegiyasının iclasına dəvət edilsələr də, məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən apelyasiya şikayətinə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında Cavabdeh və cavabdehin vəkili X3 apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini və qətnamənin iddianın təmin edilmiş hissəsində ləğv edilərək həmin hissədə də iddianın rədd edilməsini xahiş etmişlər. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” xx xxxxxxx 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmamalı, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(063)-63/2020 nömrəli qətnaməsinin mübahisələndirilən- İddiaçı1 mülkiyyətində olan Zaqatala şəhəri, Kiçikxanlı küçəsi, 37 saylı evin 2 saylı mənzilinin altında yerləşən mənzildə Cavabdeh tərəfindən qanunsuz olaraq evə artırılmış ətəyin (günlük) sökülməsi və mənzildə istehsal fəaliyyətinin aparılmasına qadağa qoyulması, vurulmuş maddi ziyana görə 1443 (bir min dörd yüz qırx üç) manatın Cavabdeh alınaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 verilməsi hissəsində dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Zaqatala şəhəri Kiçikxanlı küçəsində yerləşən 37 saylı evin, 2 saylı mənzili tam mülkiyyət hüququ üzrə İddiaçı1 adına daşınmaz əmlakın dövlət reyestrində 3 nömrəli reyestr kitabının 82 nömrəli vərəqində xx xxxx 2014-cü ildə qeydiyyata alınmışdır. İşdə olan xx xxxxxx 2010-ci il tarixli AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, X2 mülkiyyətində olan Zaqatala şəhəri Kiçikxanlı küçəsində yerləşən 37 saylı evin, 2 saylı mənzilini İddiaçı1 satmışdır. İşdə olan nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı2 ilə İddiaçı1 nikahlarını xx xxxxxxxx 1995-ci ildə bağlamışlar. İşdə olan Zaqatala rayon İcra Hakimiyyəti tərəfindən xx xxxxx 2020-ci il tarixdə Cavabdeh ünvanlanmış məktubdan görünür ki, sonuncunun mülkiyyətində olan mənzildə özbaşına yenidənqurma işləri aparılmaqla qeyri yaşayış sahəsi kimi uyğunlaşdırması faktı aşkar edilmiş və ona binaya özbaşına quraşdırılmış günlüyün sökülməsini təmin etməsi tövsiyə olunmuşdur. İşdə olan Zaqatala rayon İcra Hakimiyyəti tərəfindən xx xxxxx 2019-cu il tarixdə Cavabdeh ünvanlanmış məktubdan görünür ki, sonuncunun mülkiyyətində olan mənzildə özbaşına yenidənqurma işləri aparılmaqla qeyri yaşayış sahəsi kimi uyğunlaşdırması faktı aşkar edilmiş və ona binaya özbaşına apardığı yenidənqurma işləri zamanı sökülmüş divarların qısa müddət ərzində bərpa etməsi tövsiyə olunmuşdur. İşdə olan xx xxxx 2020-ci il tarixli 31901 saylı Məhkəmə Ekspertiza Mərkəzinin verdiyi məhkəmə mühəndis-texniki ekspertizasının rəyindən məlum olur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 2000-ci il tarixli 160 nömrəli qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”na əsasən, tikililərin inşa edilməsi, həmçinin binalarda hər hansı dəyişikliklərin və yenidənurma işlərinin aparılması, layihə-smeta sənədləri tərtib edildikdən, müvafiq qaydada ekspertizadan keçirildikdən və aidiyyatı orqanlarla razılaşdırıldıqdan sonra həyata keçirilə bilər. Tədqiq olunan tikilidə yenidənqurma işlərinin aparılmasına dair müvafiq icazə sənədləri olmadığından, həmin tikililərin inşası zamanı Azərbaycan Respublikası Nazir Kabinetinin xx.xx.2000-ci il tarixli, 160 №-li qərarı ilə təsdiq edilmiş ‘Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırılma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”na riayət olunmadığı müəyyən edilir. Zaqatala şəhəri. Kıçikxanlı küçəsi, bina 37, mənzil 2 də yaranmış qüsurların aradan qaldırılması üçün görülməli olan təmir-bərpa işlərinin təqribi dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq 1443,0 manat məbləğində olduğu müəyyən edilmişdir.Qərardadən üçüncü sualı üzrə qeyd olunur ki, Azərbaycan Respublikası FHN-ı X1 Dövlət Agentliyinin müvafiq mütəxəssis rəyi Mərkəzə təqdim olunmadığından həmin sual üzrə tədqiqat aparılması mümkün olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın qismən təmin edilməsini qət edərkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 157.2, 169.1, 170.1 və 170.2-ci maddələrinə istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 169.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş hallarda mülkiyyət hüququ məhdudlaşdırıla bilər. Həmin Məcəllənin 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən olunmuşdur ki, iş üzrə cavabdeh tərəfindən özünə məxsus mənzilində yenidənqurma işləri əvvəlcədən müvafiq orqanların razılığı olmadan aparılmış, nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 2000-ci il tarixli 160 nömrəli qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”nın tələbləri pozulmuşdur. İşin bu faktiki halı məhkəməyə təqdim edilmiş ekspert rəyi ilə təsdiq olunur. Eyni zamanda cavabdeh tərəfindən mənzildə yenidənqurma işlərinin özbaşına aparılması Zaqatala rayon İcra Hakimiyyəti tərəfindən cavabdehə göndərilmiş xx xxxxx 2019-cu il və xx xxxxx 2020-ci il tarixli məktublarla təsdiqini tapmışdır. Mübahisə ilə bağlı işin faktiki hallarının araşdırılması nəticəsində məhkəmə belə qənaətə gəlir ki, iş üzrə cavabdeh mənzildə şüşə kəsilməsi məqsədi ilə razılıqsız əlavə dəyişikliklər apararaq mənzilin təyinatını dəyişməkdə haqlı olmamışdır. Yaranmış vəziyyətdə məhkəmə iddia tələbinin cavabdeh tərəfindən mənzildən istehsal fəaliyyətindən qadağan edilməsi hissəsinə münasibətdə tələblə razılaşır. Birinci instansiya məhkəməsi iddia tələbinin cavabdeh tərəfindən mənzilin qabağına artırılmış ətəyin (günlüyün) sökülməsi hissəsini də əsaslı hesab etmişdir. Belə ki, faktiki vəziyyətdə yağış yağarkən artırılmış ətəyin (günlüyün) üzərinə tökülmüş yağış suları iddiaçının mənzilinin fasad divarını korlanması ilə nəticələnir. Odur ki, məhkəmə həmin hissədə də iddianın əsaslı olması nəticəsinə gəlmişdir. Birinci instansiya məhkəməsi tərəfindən işin hərtərəfli araşdırılması nəticəsində müəyyən olunmuşdur ki, iş üzrə cavabdeh tərəfindən mənzildə yenidənqurma işlərinin aparılması nəticəsində iddiaçıya vurulan maddi ziyan məbləği 1443 manat olmuşdur. Ekspert tərəfindən müəyyən edilmiş 1443 manat məbləğində iddiaçıya maddi ziyanın dəyməsi təsdiqini tapmışdır. Belə olduğu təqdirdə məhkəmə iddianın maddi ziyanla bağlı hissəsində tələblə qismən razılaşır. Birinci instansiya məhkəməsi iddianın evin təməlindən daşınmış torpağın bərpa olunması və mənəvi zərər hissəsinə münasibətdə həmin hissədə tələbi əsassız hesab edərək tələbin həmin hissədə təmin olunmaması nəticəsinə gəlmişdir. Belə ki, mənzilin təməlindən çıxarılmış torpaq əvəzinə mənzilin təməli cavabdeh tərəfindən betonlanaraq möhkənləndirilmişdir. Eyni zamanda sökülmüş ara divarları əvəzinə cavabdeh tərəfindən dəmir dirəklər qoyulmuşdur. Həmçinin iddiaçı tərəfindən ona dəymiş mənəvi ziyanla bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Birinci instansiya məhkəməsi şərh olunanların yekunu kimi belə nəticəyə gəlmişdir ki, iddia qismən təmin edilməli, İddiaçı1 mülkiyyətində olan Zaqatala şəhəri, Kiçikxanlı küçəsi, 37 saylı evin 2 saylı mənzilinin altında yerləşən mənzildə Cavabdeh tərəfindən qanunsuz olaraq evə artırılmış ətək (günlük) sökülməli, mənzildə istehsal fəaliyyətinin aparılmasına qadağa qoyulmalı, vurulmuş maddi ziyana görə 1443 manat cavabdehdən alınaraq iddiaçılara verilməlidir. Birinci instansiya məhkəməsi, həmçinin mülki prosessual qanunvericiliyin tələbləri baxımdan bu qənaətdədir ki, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat cavabdehdən alınaraq Az.MEM, VÖİN**********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT Bik CTREAZ22 nömrəli hesaba keçirilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnamə qəbul edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apelyasiya baxışında apelyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin ləğv edilməsinə və apelyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdeh də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən, apelyasiya şikayətində qeyd olunan məsələlər birinci instansiya məhkəməsi tərəfindən tam araşdırıldığından və qiymətləndirildiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi qətnamə qəbul edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin apelyasiya qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmamalı, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(063)-63/2020 nömrəli qətnaməsinin mübahisələndirilən- İddiaçı1 mülkiyyətində olan Zaqatala şəhəri, Kiçikxanlı küçəsi, 37 saylı evin 2 saylı mənzilinin altında yerləşən mənzildə Cavabdeh tərəfindən qanunsuz olaraq evə artırılmış ətəyin (günlük) sökülməsi və mənzildə istehsal fəaliyyətinin aparılmasına qadağa qoyulması, vurulmuş maddi ziyana görə 1443 (bir min dörd yüz qırx üç) manatın Cavabdeh alınaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 verilməsi hissəsi dəyişdirilmədən sаxlаnılmаlıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə apelyasiya instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, apelyasiya şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(063)-63/2020 nömrəli qətnaməsinin mübahisələndirilən-İddiaçı1 mülkiyyətində olan Zaqatala şəhəri, Kiçikxanlı küçəsi, 37 saylı evin 2 saylı mənzilinin altında yerləşən mənzildə Cavabdeh tərəfindən qanunsuz olaraq evə artırılmış ətəyin (günlük) sökülməsi və mənzildə istehsal fəaliyyətinin aparılmasına qadağa qoyulması, vurulmuş maddi ziyana görə 1443 (bir min dörd yüz qırx üç) manatın Cavabdeh alınaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 verilməsi hissəsi dəyişdirilmədən sаxlаnılsın. Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1985/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1985/2020
18.11.2020 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver