1 Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1989/2020 26.11.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(019)-105/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh çinar ağacı 20 ədəd 600 manat, 3 ədəd qoz ağacı-300 manat, fındıq məhsulu 3 il müddətində-1000 kq-2500 manat, qoz məhsulu 100 kq-250 manat, xurma-karalyok, alma və digər meyvə-200 manat, dəmir list 10 ədəd-200 manat, ata evindən payına düşən hissəsinin məbləği-6810 manat, evin təmiri üçün verilmiş pulun 1/3 hissəsi-1333 manat və torpaq sahəsindən istifadədən gəlir- 300 manat olmaqla, cəmi 12493 (on iki min dörd yüz doxsan üç) manat ziyanın və 30 manat dövlət rüsumunun alınaraq, ona verilməsibarədə qətnamə çıxarılmasını xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(019)-105/2020 saylı qətnaməsi ilə iddiа qismən təmin edilmiş, Cavabdeh 200 manat dəyərində 10 ədəd dəmir list, həmin dəmir listlər olmadıqda isə onların dəyəri və fərdi yaşayış evinin dəyərinin 1 / 4 hissəsi olan 375 manat məbləğində pul alınıb, İddiaçı ödənilməsi və iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsinin həmin qətnaməsindən iş üzrə İddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, həmin qətnamə maddi və prosessual hüquq normaların tələbləri pozulmaqla çıxarıldığından, qeyri-qanuni, qərəzli və əsassız olduğundan tamamilə ləğv edilməlidir. Belə ki, o, Balakən rayonunun Sarıbulaq kəndində qeydiyyatdadır. Valideynlərindən atası X1 xx xxxxxx 2009-cu ildə, anası X2 isə xx xxxx 2015-ci ildə vəfat etmişdir. Valideynləri vəfat etdikdən sonra onlardan müəyyən əmlak miras qalmışdır. Bu miras əmlaka Notariat Kontoru tərəfindən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışlar. Valideynlərindən ona həm həyətyanı, həm də pay torpaq islahatı aparılarkən onun payına da müəyyən torpaq sahəsi verilmişdir. Hal-hazırda həm valideynlərindən miras qalmış, həm də mülkiyyətinə verilmiş torpaq sahələrinə dair hüquqmüəyyənedici sənəd olan “Çıxarış”lar almışdır. Lakin qardaşı Cavabdeh ona bu sahədən istifadə etməyə imkan verməmişdir. Həmçinin mərhum atasına məxsus olmuş və onun da qeydiyyatda olduğu Sarıbulaq kəndində yerləşən yaşayış evində də onun miras payı olmuşdur. 2013-cü ildə baş vermiş zəlzələ nəticəsində ev yararsız vəziyyətə düşmüş və Fövqaladə Hallar Nazirliyi tərəfindən evin bərpası üçün 4000 (dörd min) manat kompensasiya pulu təyin edilmişdir. Lakin Cavabdeh bu pulu almağına baxmayaraq, evi təmir etdirməmiş. əksinə evi dağıtmış, onun materiallarından istifadə edərək, özünə məxsus həyətyanı sahədə müxtəlif tikililər tikdirmişdir. Cavabdeh vaxtında və qəsdən Notariat Kontoruna vərəsəliyin açılması ilə bağlı müraciət etmədiyindən vərəsəliyə dair şəhadətnamələrin alınması müddəti uzanmış və 2016-cı ildə qədər davam etmişdir. Bu illər ərzində iddiaçı Cavabdeh halhazırda onun istifadəsinə verilmiş torpaq sahəsindən 30-a yaxın çinar ağacını, 3 ədəd qoz ağacını və 20 ədəd akasiya ağacını kəsib satmışdır. Bundan başqa hər il onun payına düşən sahədən 300-350 kq fındıq, 150200 kq xurma-karalyok, 100 kq qoz, 60-70 kq alma məhsulu yığaraq satmışdır. Torpaq sahəsini əkib-becərməklə xeyli gəlir götürmüşdür. O, payına düşən torpaq sahəsində olan meyvə ağaclarını qıraraq, yerində fındıq ağacları əkmişdir. Həyətyanı sahənin kənarına atası Qafar tərəfindən hasar əvəzi çəkdirilmiş 16 mm-lik dəmir listləri 2009-cu ildə söküb mənimsəmiş, yerinə tikanlı kol 1 1 əkmişdir. Həmçinin cavabdeh tərəfindən onun atasından miras qalmış ev sökülmüşdür. Lakin birinci instansiya məhkəməsi iddianı tam deyil, qismən təmin etmişdir. Əslində isə iddia tam təmin olunmalı idi. Bundan əlavə xx xxxxxx 2020-ci il tarixli məhkəmə iclasının başqa bir vaxta təyin edilməsini xahiş etsə də, birinci instansiya məhkəməsi bunu nəzərə almamış, işə baxaraq yekun məhkəmə aktı qəbul etmişdir. Odur ki, qeyd olunanlar nəzərə alınaraq Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(019)-105/2020 saylı qətnaməsinin ləğv edilərək iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(019)-105/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Balakən Rayon Məhkəməsinin 2(019)- 104/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə İddiaçı Balakən rayonu Sarıbulaq kəndində yerləşən 0,1716 hektar həyətyanı torpaq sahəsindən 35/48 hissə payının və 0.81 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən 7/12 hissə payının ekspert rəyinə əlavə edilmiş sxemə uyğun naturada ayrılması qət edilmişdir. İddiaçıya düşən torpaq sahəsi xx.xx.2018-ci il tarixli akta əsasən Balakən rayon İcra və Probasiya Şöbəsi tərəfindən təhvil verilmişdir. Torpaq sahəsi iddiaçıya təhvil verildikdən sonra onun sərhədləri bərkidilmişdir. Cavabdeh tərəfindən iddiaçıya məxsus torpaq sahəsində çinar, qoz və sair ağaclar kəsilməmişdir. İddiaçıya məxsus olan 10 ədəd dəmir list hazırda cavabdehdədir. Cavabdeh həmin əmlakın iddiaçıya verilməsinə etiraz etmir. İddiaçının mübahisələndirdiyi evə 2012-ci ildə bölgədə baş vermiş zəlzələ nəticəsində ziyan dəymiş və FHN-nin müvafiq komissiyası tərəfindən həmin evə bərpa gücləndirmə rəyi verilmiş, dövlət tərəfindən evin bərpasına 4000.00 (dörd min) manat kompensasiya ayrılmışdır. Növbəti ardıcıl yeraltı təkanlardan sonra Cavabdeh Sarıbulaq kənd İƏD-nə etdiyi şifahi müraciəti əsasında 2017-ci ildə nümayəndəlik tərəfindən evə baxış keçirilmiş və fərdi yaşayış evinin yaşayış üçün tamamilə yararsız vəziyyətə düşdüyü aşkar edilmişdir. Buna görə də 2017ci ildə ev Cavabdeh tərəfindən sökülmüşdür. Evin 1/4 hissəsi iddiaçıya məxsus olduğuna görə dövlət tərəfindən evin bərpasına ayrılmış 4000.00 (dörd min) manat kompensasiyanın 3000 (üç min) manatı cavabdehə ödənilmişdir. Göstərilən sökülmüş evin qiyməti ekspert rəyinə əsasən 1500 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Konvensiyanın ( Avropa Konvensiyası) 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 2 1 Göründüyü kimi, həm milli qanunvericilik, həm də, beynəlxalq hüquq, o cümlədən X4 Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. Azərbaycan Respublikası Mülki Məcəllənin zərərin əvəzinin ödənilməsini müəyyən edən 21.1 və 21.2-cimaddələrinəəsasənhüququ pozulmuş şəxs pozulmuş hüququnun bərpası üçün çəkdiyi xərcləri, əmlakından məhrum olması ilə əlaqədar və ya hüququ pozulmasaydı, əmlakı zədələnməsəydi, onun adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərin əvəzini tələb edə bilər; zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququ bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarının nəticəvi hissəsinin 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.2-ci maddəsinin tələbinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.7-ci maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-1092.2-ci maddələrinə görə hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə edən şəxs əsassız varlanan şəxs (varlanmış şəxs) sayılır; əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə görə isə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibətdə iş üzrə cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin qətnamənin ləğv edilməsi ilə bağlı dəlilləri ilə razılaşmır. Belə ki, iddiaçı onun payına düşən sahədə olan ağaclardan 300-350 kq fındıq, 150-200 kq xurma-karalyok, 100 kq qoz, 60- 70 kq alma məhsulunu yığması, cavabdeh tərəfdən 600 manatlıq 20 ədəd çinar ağacının, 300 manat dəyərində 3 ədəd qoz ağacının və digər ağacların kəsilməsi, cavabdehin təqsiri nəticəsində 2500 manatlıq 3 il müddətində 1000 kq fındıq məhsulundan, 250 manatlıq 100 kq qoz məhsulundan və 200 manatlıq xurmakaralyok və digər meyvələrdən məhrum olması, tələb etdiyi ata evindən payına düşən 6810 manat məbləğin 375 manat hissəsindən artıq məbləğin ona ödənilməli olması, tələb etdiyi evin təmiri üçün verilmiş pulun 1/3 hissəsi-1333 manat və torpaq sahəsindən 300 manat gəlir əldə etməli olması ilə bağlı iddia tələbinin əsaslandırıldığı halları, ona bu məbləğlərdə zərər vurulmasını, bu zərərlə cavabdehin hansısa qanunsuz hərəkətləri arasında səbəbli əlaqənin olmasını və bu zərərin vurulmasında cavabdehin təqsirli olmasını təsdiq edən hər hansı mötəbər sübutu məhkəmə kollegiyasına təqdim edə bilməmişdir. Bundan əlavə iddiaçı xx xxxxxx 2020-ci il tarixli məhkəmə iclasının başqa bir vaxta təyin edilməsini xahiş etdiyini, birinci instansiya məhkəməsinin bunu nəzərə almadığını bildirsə də, iş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli məhkəmə iclas protokolundan görünür ki, iddiaçı həmin tarixli məhkəmə iclasında iştirak etmiş, izahat da vermişdir. Bundan sonrakı xx xxx 2020-ci il, xx xxx 2020-ci il, xx xxxx 2020-ci il tarixli məhkəmə iclaslarına isə gəlmədiyi üçün təxirə salınmışdır. Daha sonra isə iddiaçı xx xxxx 2020-ci il, xx xxxx 2020-ci il və xx xxxx 2020-ci il tarixli məhkəmə iclaslarında iştirak etmişdir. Bundan əlavə iddiaçı məhkəmədən xx xxxxxx 2020-ci il tarixli məhkəmə iclasının başqa bir vaxta təxirə salınmasını xahiş etsə də, bunu şərtləndirən hər hansı bir 3 1 sübutu məhkəməyə təqdim etməmişdir. Həmçinin məhkəmə iclasının yenidən təxirə salınmasına zərurət olmamış, məhkəmə araşdırmasının ağlabatan müddətdə aparılması nəzərə alınmışdır. Beləliklə iddiaçının apellyasiya dəlilləri işin halları və məhkəmə araşdırması ilə öz təsdiqini tapmamışdır. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının xx xxxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2008-ci il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Həmin maddənin Vİİ hissəsinə əsasən isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin maddənin 3-cü bəndinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O öz qərarını yalnız tərəflərin bu prinsipə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ümumilikdə ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onlarınç səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. Məhkəmə öz hüquqi mövqeyini əsaslandıraraq, aşağıdakı nəticəyə gəlmişdir: 1. məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır; 2. tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir. Ona görə də apelyasiya şikayətinin dəlilləri iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün kifayətedici hesab edilə bilməz. Beləliklə məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddianı qismən təmin etməklə birinci instansiya məhkəməsi düzgün hüquqi nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apelyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(019)-105/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(019)-105/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli 4 1 Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov 5
Məhkəmə qərarları › İş №2(107)-1989/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1989/2020
26.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver