Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1989/2021 11.10.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Qasımov Nizami Eldar oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin həcminin artırılması” tələbinə dair mülki iş üzrə İddiaçı tərəfindən verilmiş iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə Zaqatala Rayon Məhkəməsinin 20 avqust 2021-ci il tarixli 2(033)- 971/2021 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin həcminin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 22 fevral 2005-ci ildə doğulmuş X2 və 02 noyabr 2008-ci ildə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh tutulan aliment məbləğinin artırılaraq hər ay hər uşaq üçün 175 manat, cəmi 350 manat sabit pul məbləğində alimentin tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin 20 avqust 2021-ci il tarixli 2(033)-971/2021 nömrəli qərardadı ilə ə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan İddiaçı tərəfindən verilmiş şikayət 14 sentyabr 2021-ci il tarixdə Zaqatala Rayon Məhkəməsinə daxil olmuşdur. Zaqatala Rayon Məhkəməsinin 15 sentyabr 2021-ci il tarixli 2(033)-971/2021 nömrəli qərardadı ilə iddiaçı tərəfindən verilmiş şikayətin işlə birlikdə baxılması üçün Şəki Apelyаsiyа Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İşə Şəki Apelyаsiyа Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Zaqatala Rayon Məhkəməsi iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını qərara alarkən gəldiyi nəticəni əsaslandıraraq göstərmişdir ki, iddianın mahiyyətindən göründüyü kimi irəli sürülən tələb ailə münasibətlərindən irəli gələn mübahisə ilə bağlıdır və məhkəməyə müraciət etməzdən əvvəl tərəflər mediasiya prosesində iştirak etməmişlər və bu səbəbdən iddia ərizəsi və ona əlavə edilən sənədlər geri qaytarılmalıdır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 28.1-ci maddəsində qeyd edilmişdir ki, Kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.6-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə tədqiq edib hesab edir ki, şikayət təmin edilməməli, Zaqatala Rayon Məhkəməsinin 20 avqust 2021-ci il tarixli 2(033)-971/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessuаl Məcəllənin 398.0.1-ci mаddəsinə əsаsən аpellyаsiyа instаnsiyа məhkəməsi şikаyətə bаxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməyə bilər. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.2, 399 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Zaqatala Rayon Məhkəməsinin 20 avqust 2021-ci il tarixli 2(033)-971/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Əsədli Mahir Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1989/2021
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1989/2021
11.10.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver