Məhkəmə qərarları › İş №2(107)-199/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-199/2022

12.01.2022 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-199/2022 12.01.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi, iddiaçı İddiaçı, Cavabdeh qızının və onun nümayəndəsi və vəkili X3 iştirakları ilə, İddiaçı İddiaçı Cavabdeh qızına qarşı "maneənin aradan qaldırılması" tələbi barədə Şəki Rayon Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli 2(075)-1884/2021 nömrəli qətnaməsindən Cavabdeh nümayəndəsi və vəkili X6 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Şəki Rayon Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli 2(075)-1884/2021 nömrəli qətnaməsi ilə (hakim Cahid İmanov) iddia təmin olunmuş, İddiaçı vərəsəlik yolu ilə 1/4 hissəsi paylı mülkiyyətinə keçmiş və ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarını həyata keçirməyinə, həmçinin, həmin ünvanda ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinin əməkdaşlarının ölçmə işləri aparmasına cavabdeh İsayeva (Zərgərova) Yeganə Adil qızı tərəfindən edilən maneələrin aradan qaldırılması, ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vərəsəlik yolu ilə 1/4 hissəsi paylı mülkiyyətinə keçmiş və ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarını həyata keçirməyinə, həmçinin, həmin ünvanda ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinin əməkdaşlarının ölçmə işləri aparmasına cavabdeh İsayeva (Zərgərova) Yeganə Adil qızı tərəfindən hər hansı maneəçiliyin törədilməsinin qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclası zamanı İddiaçı iddianı müdafiə edərək göstərdi ki, onun atası X7 18 iyul 2002-ci il tarixdə vəfat etmişdir. Atasının vəfatından sonra onun vərəsələri kimi o, qardaşı X20, bacısı X10 qalmışdır. Digər qardaşı X14 isə 2002-ci ildə, lakin atasından əvvəl vəfat etmişdir. O, atası X1 qulluğunda durmuş, atasına baxmış və atasının vəfatından sonra onun dəfn və bundan sonraki yas mərasimlərində yaxından iştirak etmiş, ümumiyyətlə atasının yas mərasimini yola verilməsində yaxından iştirak etmişdir. Beləliklə də o, atasından qalmış miras əmlakı faktiki olaraq qəbul etməyini nümayiş etdirmişdir. Onun atası X4 vəfat etdiyi günə, yəni 18 iyul 2002-ci il tarixə ondan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi miras qalmışdır. Həmin miras evdən payının müəyyən edilməsi üçün notariat kontoruna müraciət etsə də, notaris tərəfindən tələbinin icrasından imtina edilmiş və ona aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Buna səbəb kimi müddətin ötürülməsi göstərilmişdir. Buna görə də həmin tələblə məhkəməyə müraciət etmişdir. Şəki Rayon Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli, 2(075)- 1153/2020 nömrəli qətnaməsinə əsasən onun atasından miras qalmış həmin fərdi yaşayış evindən 1/4 hissə mirası qəbul etməsi faktı müəyyən edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini aldıqdan sonra Şəki regional “ASAN” xidmət mərkəzində notariat ofisi tərəfindən ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. O, həmin şəhadətnamə əsasında onun payına düşən hissədə çıxarışın verilməsi ilə bağlı ƏMDK yanında DƏDRXnin Şəki Ərazi idarəsinə müraciət etmişdir. Lakin, həmin evdə yaşayan cavabdeh İsayeya (Zərgərova) Yeganə Adil qızı ƏMDK yanında DƏDRX-nin əməkdaşlarının həmin ünvanda ölçmə işləri aparmalarına imkan verməmişdir. Həmçinin, onun da həmin evdən istifadəsinə maneəçilikər yaradır. Göründüyü kimi mübahisə predmeti olan fərdi yaşayaş evi 1/4 hissədə ona məxsusdur. Yaranmış vəziyyətdə cavabdeh tərəfindən edilən manelərin qadağan edilməsini tələb etmək hüququ vardır. İddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh izahat verərək göstərdi ki, o, iddiaçının mərhum qardaşı X11 arvadıdır. O, 1993-cü ildə X14 ilə rəsmi qaydada ailə quraraq sözügedən evə gəlin gəlmişdir. Həmin vaxtdan hal-hazıradək 2 uşağı ilə birlikdə sözügedən evdə yaşayır. Göstərmişdir ki, həyat yoldaş Aydın Rusiya federasiyasında vəfat etmişdir. O, gəlin gəldiyi vaxtdan qeyd edilən evdə yaşayır. Həmin evdə müəyyən yaxşılaşdırmalar aparmışdır. İddiaçının özünün aydıca evi vardır və o, ailəsi ilə birlikdə həmin evdə yaşayır. Şəki Rayon Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli, 2(075)-1153/2020 nömrəli qətnaməsinə əsasən iddiaçının atasından miras qalmış həmin fərdi yaşayış evindən 1/4 hissə mirası qəbul etməsi faktı müəyyən edilmişdir. Evdə iki uşağı və nəvəsi vardır. İddiaçı ayrılıb gedəndən sonra heç vaxt miras əmlakda yaşamamışdır. Bu yaxınlarda ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinin işçiləri kimi özlərini təqdim etmiş şəxslər onların evinə daxil olmaq istəmişlər. Lakin həmin şəxslərin bu barədə hər hansı sənədləri olmadığından onları içəri buraxmamışdır. Məhkəmədən iddianın təmin olunmamasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh nümayəndəsi və vəkili X6 аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh nümayəndəsi və vəkili X6 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Şəki Rayon Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli, 2(075)-1884/2021 saylı qətnaməsini qeyri-obyektiv, birtərəfli, qərəzli, qanunsuz və ədalətsiz hesab edir. Məhkəmə işin hallarını hərtərəfli və obyektiv araşdırmamış, prosessual və maddi hüquq normalarını düzgün tətbiq etməmiş, iş üçün əhəmiyyətli olan bütün halları aydınlaşdırmamışdır. Belə ki, o iddiaçının mərhum qardaşı X11 arvadıdır. O, 1993-cü ildə X14 ilə rəsmi qaydada ailə quraraq sözügedən evə gəlin gəlmişdir. Həmin vaxtdan hal-hazıradək 2 uşağı ilə birlikdə sözügedən evdə yaşayır. İddiaçının özünün ayrıca evi vardır və o, ailəsi ilə birlikdə həmin evdə yaşayır. Şəki Rayon Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli, 2(075)-1153/2020 nömrəli qətnaməsinə əsasən iddiaçının atasından miras qalmış həmin fərdi yaşayış evindən 1/4 hissə mirası qəbul etməsi faktı müəyyən edilmişdir. İddiaçı ayrılıb gedəndən sonra heç vaxt miras əmlakda yaşamamışdır. Faktiki olaraq iddiaçının atasından qalmış miras əmlak mövcud deyil. Həmin ev köhnə və yararsız olduğundan o, həmin evin əsasında yeni fərdi yaşayış evi inşa etmişdir. Miras əmlak mövcud olmadığından iddiaçının mirası qəbul etməsindən və ona görə də iddiaçıya mövcud olmayan evin 1/4 hissəsinin verilməsindən söhbət gedə bilməz. ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinin işçiləri kimi özlərini təqdim etmiş şəxslər onun evinə daxil olaraq mərhum X7ndan miras qalmış əmlakı ölçmək istəmişlər. O da onlara həmin evin faktiki olaraq mövcud olmadığını və ona görə də bunun mümkün olmadığını bildirmişdir. Onların ölçmək istədikləri ev isə onun tərəfindən inşa edilmiş yeni fərdi yaşayış evidir. Miras əmlak mövcud olmadığından faktiki olaraq məhv olduğundan məhv olmuş evin vərəsəlik qaydasında iddiaçının mülkiyyətinə keçməsindən söhbət belə gedə bilməz. Göstərilənlərə əsasən hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi işin hallarına uyğun olmadığından, əsassız və qanunsuz olduğundan, maddi və prosessual hüquq normaları kobud şəkildə pozulduğundan ləğv edilməlidir. Ona görə də, Şəki Rayon Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli 2(075)- 1884/2021 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında Cavabdeh qızı və onun nümayəndəsi və vəkili X8 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Şəki Rayon Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli 2(075)-1884/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh nümayəndəsi və vəkili X6 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Şəki Rayon Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli 2(075)-1884/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan “Dağ dibi” məhəllə nümayəndəsi tərəfindən verilmiş 12 oktyabr 2021-ci il tarixli, 433 nömrəli arayışdan görünür ki, Cavabdeh Şəki şəhəri “Dağ dibi” məhəlləsi, A.Abdullayev küçəsi, 1 saylı evdə yaşayır. İşdə olan ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən İddiaçı göndərilmiş 16 iyun 2021-ci il tarixli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasınınn dayandırılması barədə bildirişdən görünür ki, Şəki şəhəri, R.Axundov küçəsinsə yerləşən fərdi yaşayış evinin torpaq sahəsi ilə birgə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə 26.05.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli ərizəyə baxılmışdır. Aparılan çöl ölçmə işləri zamanı fərdi yaşayış evi üzərində mübahisə olduğu məlum olmuşdur. Bu səbəbdən, ərizənin icrası qanunvericiliklə müəyyən olunmuş müddətdə mümkün olmamış və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən ərizənin icrası 1 (bir) ay müddətinə dayandırılmışdır. Məlumat üçün bildirilmişdir ki, qeyd olunmuş müddət ərzində fərdi yaşayış evi üzərində mübahisə başa çatmayacağı təqdirdə ərizənin icrasından imtina olunacaqdır. İşdə olan ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən İddiaçı göndərilmiş 16 iyul 2021-ci il tarixli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişdən görünür ki, X5 məxsus Şəki şəhəri, R.Axundov küçəsində yerləşən fərdi yaşayış evinin torpaq sahəsi ilə birgə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə 26 may 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli ərizəyə baxılmışdır. Müayinə-ölçü işlərinin aparılmasına şərait yaradılmadığından “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin müddəalarına əsasən ərizənin icrası 1 (bir) ay müddətinə dayandırılmiş, lakin dayandırma müddətində dayandırmaya səbəb aradan qaldırılmadığından ərizənin icrası mümkün olmamışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina edilir. İşdə olan Şəki Rayon Məhkəməsinin 28 okyabr 2020-ci il tarixli, 2(075)-1153/2020 saylı qətnaməsindən görünür ki, İddiaçı 18 iyul 2002-ci il tarixdə vəfat etmiş mərhum atası X2 miras qalmış ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evindən ibarət mirasın ¼ hissəsini qəbul etməsi faktının müəyyən edilməsi qət edilmiş və qətnamə qanuni qüvvəsini almışdır. İşdə olan Şəki Rayon Məhkəməsinin 28 okyabr 2020-ci il tarixli, 2(075)-1153/2020 saylı qətnaməsinin məzmununda olan Şəki rayonlararası Texniki İnventarlaşdırılma Bürosu tərəfindən 05 sentyabr 1991-ci il tarixdə verilmiş qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi X4 adına qeydiyyata alınmışdır. Yenə həmin qətnamənin məzmununda olan; Şəki rayon qeydiyyat şöbəsi tərəfindən 20 iyun 2020-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X19 oğlu 21 iyul 2002-ci il tarixdə vəfat etmişdir. Şəki rayon qeydiyyat şöbəsi tərəfindən 15 oktyabr 2020-ci il tarixdə verilmiş nikaha dair çıxarışdan görünür ki, X9 ilə X12 arasında 12 dekabr 1963-cü il tarixdə nikah bağlanmışdır. Şəki rayon qeydiyyat şöbəsi tərəfindən 15 oktyabr 2020-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X15 04 noyabr 2004-cü il tarixdə vəfat etmişdir. Nuxa şəhər VVAQ Bürosu tərəfindən 28 noyabr 1964-cü il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx xxxxxxxx 1964-cü il təvəllüdlü İddiaçı atası X9, anası isə X13r. Nuxa şəhər VVAQ Bürosu tərəfindən mart 1966-cı il tarixdə verilmiş doğum haqqında akt qeydindən görünür ki, 23 mart 1966-cı il təvəllüdlü X11 atası X9, anası isə X13r. Şəki rayon Qeydiyyat Şöbəsinin 21 oktyabr 2020-ci il tarixli məktubundan görünür ki, X11 ölümü barədə Şəki rayon Qeydiyyat Şöbəsinin arxivində akt qeydi aşkar eidlməmişdir. Şəki şəhər İHB-nin Dağdibi məhəllə nümayəndəliyi tərəfindən verilmiş 17 iyun 2020ci il tarixli, 184 nömrəli arayışda göstərilmişdir ki, Şəki şəhəri, A.Abdullayev küçəsi 1 saylı evdə yaşamış X9 həqiqətən 2002-ci ildə vəfat etmiş, onun vərəsələri kimi İddiaçı, X20, X10, X14 (vəfat etmişdir) qalmışlar. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Konstitusiyanın 13 və 29-cu maddəsinə, «İnsаn hüquqlаrının və əsаs аzаdlıqlаrının müdаfiəsi hаqqındа» Konvensiyаnın 1 sаylı Protokolunun 1-ci mаddəsinə, “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinə, Avropa İnsan Hüquqları Məhkəməsi “Marks Belçikaya qarşı” 13.06.1979-cu il tarixli qərarına, «Önəryıldız Türkiyəyə qarşı» qərarına, Ə.Ə.Axverdiyevin şikayəti üzrə 29 yanvar 2015-ci il tarixli qərarına, Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982- ci il tarixli, X23rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarlarına, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyası presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenimununun 30 mart 2006-cı il tarixli Qərarına və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 və 169.1-ci maddələrinə istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. «İnsаn hüquqlаrının və əsаs аzаdlıqlаrının müdаfiəsi hаqqındа» Konvensiyаnın 1 sаylı Protokolunun 1-ci mаddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən mаneəsiz istifаdə etmək hüququnа mаlikdir. Heç kəs, cəmiyyətin mаrаqlаrı nаminə, qаnunlа və beynəlxаlq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisnа olmаqlа, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Marks Belçikaya qarşı” 13.06.1979-cu il tarixli işində qeyd etmişdir ki, hər bir şəxsin öz əmlakından maneəsiz istifadə etmək hüququnu tanıyan 1-ci maddə, mənasına görə mülkiyyət hüququnun qarantiyası rolunu oynayır. Ona görə ki, öz mülkiyyəti üzərində sərəncam vermək hüququ mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektdir. Avropa Məhkəməsi «Önəryıldız Türkiyəyə qarşı» qərarında xatırlatmışdır ki, 1 saylı Protokolun 1-ci maddəsində «mülkiyyət anlayışı müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqlar və maraqlar da «mülkiyyət hüquqları» hesab edilə bilər. Məhkəmə hesab etmişdir ki, istər daxili qanunlar tərəfindən şəxsi marağın «hüquq» kimi tanınmaması, istərsə də, bu qanunlar tərəfindən həmin marağın «mülkiyyət hüququ» hesab edilməməsi faktı heç də sözügedən marağın 1 saylı Protokolun 1-ci maddəsi baxımından müəyyən hallarda «mülkiyyət» hesab edilməsinin qarşısını almır. Həmin qərarda Avropa Məhkəməsi həmçinin vurğulamışdır ki, şəhərin planlaşdırılması qaydalarının pozulmasına və hər hansı etibarlı hüquqi sənədin olmadığına baxmayaraq, hər halda ərizəçi tikdiyi evə sərf olunmuş materialların, evdəki daşınar əşyaların və avadanlıqların sahibidir və evdəki bütün ev təsərrüfatı ləvazimatları və şəxsi əşyalar ona məxsusdur və ərizəçinin tikdiyi ev onun üçün mühüm iqtisadi maraq kəsb edir. Dövlət orqanlarının uzun müddət ərzində yol verdikləri bu maraq 1 saylı Protokolun 1-ci maddəsinin birinci cümləsində əks olunmuş normanın mənası baxımından «mülkiyyət»ə bərabərdir. Ə.Ə.Axverdiyevin şikayəti üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 29 yanvar 2015-ci il tarixli qərarının 73-cü paraqrafında qeyd edilmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malik olub maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatdan asılı deyil. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından mülkiyyət hesab olunmalıdır. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə məhdudlaşmır və tələblər də daxil olmaqla, ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. X22 Məhkəməsinin bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982- ci il tarixli qərarı, X23rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) qeyd olunmuşdur ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyası presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenimununun 30 mart 2006-cı il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası «İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 15.04.2002-ci ildən konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasını tanıyır. İnsan və vətəndaş hüquqları və azadlıqlarını gözləmək və qorumaq, o cümlədən insan hüquqları üzrə Avropa Məhkəməsinin həmin hüquqların təmininə yönəlmiş qərarlarının icrası məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüqüq və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr Konvensiya müddəalarını rəhbər tutmalı və bu zaman İnsan Hüqaqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. İnsan hüquqları üzrə Avropa məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı «Marks Belçikaya qarşı» işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarı ilə mülkiyyət hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinin tələblərinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 169.1-ci maddəsinin tələblərinə əsasən yalnız Mülki Məcəllədə müəyyənləşdirilmiş hallarda mülkiyyət hüququ məhdudlaşdırıla bilər Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, Şəki Rayon Məhkəməsinin 28 okyabr 2020-ci il tarixli, 2(075)- 1153/2020 saylı qətnaməsinə əsasən İddiaçı 18 iyul 2002-ci il tarixdə vəfat etmiş mərhum atası X2 miras qalmış ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evindən ibarət mirasın ¼ hissəsini qəbul etməsi faktının müəyyən edilmişdir. İddiaçı isə çıxarış almaq üçün ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinin əməkdaşları tərəfindən ölçü işlərinin aparılmasını istəyir. Lakin Cavabdeh ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinin əməkdaşlarının sənədləri olmadan onların evinə gəlmələrini əsas gətirərək onların ölçü işlərinin aparmalarına imkan vermir. İddiaçı iddiasını müdafiə edir. Cavabdeh isə iddianı qəbul etmir. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, iddia təmin edilərək, İddiaçı vərəsəlik yolu ilə 1/4 hissəsi paylı mülkiyyətinə keçmiş və ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarını həyata keçirməyinə, həmçinin, həmin ünvanda ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinin əməkdaşlarının ölçmə işləri aparmasına cavabdeh İsayeva (Zərgərova) Yeganə Adil qızı tərəfindən edilən maneələr aradan qaldırılmalıdır. Tələb etmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsi və vəkilinin apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdehin nümayəndəsi və vəkili də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh nümayəndəsi və vəkili X6 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Şəki Rayon Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli 2(075)-1884/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh nümayəndəsi və vəkili X6 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Rayon Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli 2(075)-1884/2021 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar