Məhkəmə qərarları › İş №2(107)-1992/2021

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1992/2021

19.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1992/2021 19.10.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması” tələbinə dair mülki iş üzrə Balakən Rayon Məhkəməsinin 30 iyul 2021-ci il tarixli, 2(019)-1125/2015 nömrəli qərardadından iş üzrə Cavabdeh2 tərəfindən verilmiş şikаyətə аçıq məhkəmə iclаsındа bаxаrаq, müəyyən etdi: Borclu Cavabdeh2 etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, Balakən Rayon Məhkəməsinin 24.08.2015-ci il tarixli, 2(019)-1125/2015 nömrəli mülki iş üzrə məhkəmə əmrini ləğv edərək, işə iddia icraatı qaydasında baxılmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Borclu Cavabdeh2 etirazını onunla əsaslandırmışdır ki, Balakən rayon Məhkəməsinin 24 avqust 2015-ci il tarixli 2(019)-1125/2015 nömrəli məhkəmə əmrinə əsasən 1657.92 manat əsas, 252.23 manat faiz borcu, cəmi 1910.15 manat məbləğipdə borc və 20 manat dövlət rüsumunun ondan tutularaq kreditor İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə məhkəmə əmri çıxarılmışdır. Balakən Rayon Məhkəməsinin 24.08.2015-ci il tarixli 2(019)-1125/2015 nömrəli məhkəmə əmri ona verilməmişdir. Həmin məhkəmə əmrindən narazıdır. Çünki, o, kreditor İddiaçı ASC-dən həmin məbləğdə kredit götürməmiş, onun heç bir mənfəəti olmamışdır, ona görə də etirazını bildirir. Məhkəmə əmrini ləğv edib yenidən baxılmasını xahiş edir. Balakən Rayon Məhkəməsinin 30 iyul 2021-ci il tarixli, 2(019)-1125/2015 nömrəli qərardadı ilə borclu Cavabdeh2 Balakən Rayon Məhkəməsinin 24.08.2015-ci il tarixli, 2(019)-1125/2015 nömrəli məhkəmə əmrinə qarşı etirazı təmin edilməmişdir. Həmin qərardaddan iş üzrə Cavabdeh2 şikayət ərizəsilə məhkəməyə müraciət edərək, Balakən Rayon Məhkəməsinin 30 iyul 2021-ci il tarixli, 2(019)-1125/2015 nömrəli qərardadının ləğv edilərək, məhkəmə əmrindən etirazının təmin edilməsini, iddia icraatında işə yenidən baxılmasını təmin edən qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Balakən Rayon Məhkəməsinin 24 avqust 2015-ci il tarixli, 2(019)-1125/2015 nömrəli məhkəmə əmrinə əsasən 1657.92 manat əsas, 252.23 manat faiz borcu, cəmi 1910.15 manat məbləğində borc və 20 manat dövlət rüsumunun ondan tutularaq, kreditor İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə məhkəmə əmri çıxarılmışdır. Əmrdən etiraz vermiş, lakin Balakən Rayon Məhkəməsinin 30.07.2021- ci il tarixli, 2(019)-1125/2015 nömrəli qərardadına əsasən etirazı təmin olunmamışdır. Məhkəmə qərardadında onun məhkəmə əmrinin 25.08.2015-ci il tarixdə sifarişlixəbərnaməli poçt vasitəsilə borcluların ünvanına göndərilməsi, o cümləds^onufTümrin surətini qəbul etməkdən imtina etməsi göstərilmişdir. Ona heç vaxt məhkəmə əmri gəlməmişdir, onu almamış, almaqdan imtina etməmişdir, əgər elə bir hal varsa, araşdırılmasını və ədalətli qərar qəbul edilməsini xahiş edir. O, onkoloji xəstədir, müalicəsi xaricdə aparılmalıdır. Sözügedən məhkəmə əmrinin icrası nəticəsində o, müalicəsi üçün xarici ölkəyə gedərkən ölkədən çıxışına məhdudiyyət qoyulduğundan aeroportdan geri qaytarılmışdır. Xəstəliyi günü gündən pisləşir. Təcil' olaraq xaricə getməlidir. Sözügedən məhkəmə əmri ilə razı deyil, ona görə də iddia icraatında baxılmasını xahiş edir və yekun məhkəmə aktından sonra ödəniş edəcəkdir. Balakən Rayon Məhkəməsinin 19 avqust 2021-ci il tarixli, 2(019)-1125/2015 nömrəli qərardadı şikаyət təmin edilməmiş və bаxılmаsı üçün işlə birlikdə Şəki Аpellyаsiyа Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbаycаn Respublikаsı MPM-nin 376.2-ci mаddəsinə əsаsən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kоllegiyаsı аşаğıdаkı hаllаrа görə bu qənаətə gəldi ki, şikаyət əsаssız оlduğundan təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilən: Poçt göndərişinin verilməsi barədə xəbərnamədən görünür ki, Balakən Rayon Məhkəməsinin 24.08.2015-ci il tarixli 2(019)-1125/2015 nömrəli məhkəmə əmri borclu Cavabdeh2 göndərilmiş, Cavabdeh2 məhkəmə əmrini qəbul etməkdən imtina etmişdir. Beləliklə iş materialllarından müəyyən edilir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək cavabdehlər ŞirbidovArzuman Cuma oğlundan və Cavabdeh2 10 sentyabr 2014-cü il tarixli, İK 565/FM/14 saylı keredit müqaviləsi üzrə 1657.92 manat əsas, 252 manat faiz olmaqla cəmi 1910.15 manat məbləğində borc və 20 manat ödənilmiş dövlət rüsumunun alınaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsinə dair məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin 24.08.2015-ci il tarixli 2(019)- 1125/2015 nömrəli məhkəmə əmri ilə ərizə təmin edilmişdir. Məhkəmə əmri 25 avqust 2015-ci il tarixdə sifarişli-xəbərnaməli poçt vasitəsi ilə borcluların ünvanına göndərilmişdir. Borclu Cavabdeh2 məhkəmə əmrini qəbul etməkdən imtina etmişdir. 6 ilə yaxın müddət keçdikdən sonra Cavabdeh2 məhkəmə əmrinə etiraz vermişdir. Qeyd olunanlardan kollegiya belə nəticəyə gəlir ki, borclu Cavabdeh2 tərəfindən məhkəmə əmrinə verilmiş etiraz prosessual müddət ötürülməklə verilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 282-ci maddəsinə əsasən borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Kollegiya qeyd edir ki, prosessual hərəkətlərin edilməsi üçün dəqiq müddətlər müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.1-ci maddəsində prosessual müddətlərin buraxılmasının hüquqi nəticələri müəyyən olunaraq göstərilmişdir ki, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Eyni zamanda mülki prosessual qanunvericilik prosessual müddətlərin üzrlü səbəblərdən ötürülməsi halında tərəfin hüquqi müdafiə mexanizmini müəyyən edərək, məhkəmənin qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab etdiyi halda, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddətin bərpa edilməsinin mümkünlüyünü də nəzərdə tutur (MPM-nin 133.1-ci maddəsi). Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya etitrazı geri qaytarmaqda haqlı olmuşdur. Şikayətin təmin olunması üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0 və 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək etmək hüququ vardır. Mülki Prosessual Məcəllənin 402.2-ci maddəsinin tələbinə görə Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; . kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; . iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyin tələbinə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 130, 263, 264, 267 və 402-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Borclu Cavabdeh2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Balakən Rayon Məhkəməsinin 30 iyul 2021-ci il tarixli, 2(019)-1125/2015 nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar