Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1994/2020 28.10.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 Akif oğluna və Cavabdeh1 qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə Yevax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(039)-828/2020 nömrəli qətnaməsindən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Yevax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(039)-828/2020 nömrəli qətnaməsi ilə (hakim Günay Cavadova) iddia qismən təmin edilmiş, Cavabdeh2 Akif oğlundan kredit borcu üzrə 1621 (bir min altı yüz iyirmi bir) manat 74 (yetmiş dörd) qəpik məbləğində borcun, habelə “məhkəmə əmrinin qəbul edilməsi barədə” ərizənin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi – 20 (iyirmi) manat məbləğində pulun tutularaq İddiaçı QSC-nin xeyrinə, dövlət rüsumunun kəsirini təşkil edən 10 manat isə dövlət büdcəsinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İşin halları İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra mətndə İddiaçı QSC) cavabdehlər Cavabdeh2 Akif oğluna və Cavabdeh1 qarşı “borcun tutulması” tələbinə dair ərizə ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh2 Akif oğlundan və Cavabdeh1 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 015R000005612 saylı kredit müqaviləsi üzrə 1621,74 manat məbləğində kredit borcu, 700,66 manat məbləğində faiz borcu və 162,17 manat cərimə borcu olmaqla, ümumlikdə cəmi 2484,57 manat məbləğində borcun və ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun tutulması barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. İş üzrə məhkəmə əmri verilmiş, məhkəmə əmrinə etiraz edildiyindən iddia icraatına keçirilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 Akif oğluna İddiaçı QSC ilə xx.xx.2014-cü il tarixdə bağladığı 15L000002940 saylı X3nə əsasən 120 ay müddətində 30000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. X3 üzrə Cavabdeh2 Akif oğlu İddiaçı QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli 015R000005612 saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2.1667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 4000 manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2015-ci il tarixli 015R000005612S saylı sazişlə müqaviləyə və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh2 Akif oğlu kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2015-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. Cavabdeh2 Akif oğlu götürdüyü kredit borcundan 2378,26 manat ödəniş etmiş və onun iddiaçıya 1621,74 manat məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.3-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1 bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh2 Akif oğlu kredit borcunu və faiz borcunu kreditora qaytarmadığı üçün xx.xx.2017-ci il tarixə 568 gün üçün hesablanmış faiz borcu 700,66 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5 % məbləğində cərimə ödəməlidir. xx.xx.2017-ci il tarixə 20 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 162,17 manat təşkil edir. Göstərilən kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə zamin Cavabdeh1 ilə bağlanmış zaminlik müqaviləsinə əsasən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün kreditor qarşısında borclu Cavabdeh2 Akif oğlu ilə birgə məsuliyyət daşıyır və kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Birinci instansiya məhkəməsininiclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş cavabdehlər Cavabdeh2 Akif oğlu və Cavabdeh1 məhkəmə iclasına gəlmədiyindən və gəlmədiyi barədə məhkəməyə heç bir məlumat vermədiyindən birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə onların iştirakı olmadan baxmışdır. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı QSC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək 1621,74 manat kredit borcunun cavabdehlərdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 apelyasiya şikаyəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 apelyasiya şikayətini iddia ərizəsinin dəlilləri ilə əsaslandıraraq göstərmişdir ki, Yevax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(039)-828/2020 nömrəli qətnaməsi əsassız və qanunsuz olduğundan ləğv olunmalıdır. Yevlax Rayon Məhkəməsinin İddiaçı QSC ilə Cavabdeh1 (xx.xx.2014-cü il tarixli 15S000005360 saylı zaminlik müqaviləsi) arasında bağlanmış zaminlik müqaviləsi üzrə zaminliyə 477.0.1-ci maddəsinin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2018-ci il tarixli Qərarında təsbit edilmiş hüquqi mövqeyə görə iddia tələbi zaminə qarşı təmin oluna bilməməsi ilə bağlı gəldiyi nəticə aşağıda qeyd edilənlərə əsasən tamamilə əsassızdır. Hazırkı mübahisə üzrə məhkəmənin mövqeyinə münasibətdə qeyd etmişdir ki, iddiaçı ilə Cavabdeh2 Akif oğlu arasında bağlanmış xx.xx.2014-cü il tarixli 15L000002940 saylı X3nin 1.1-ci bəndinə əsasən Bank bu müqavilə ilə müəyyən edilmiş şərtlər əsasında hissələrlə verilən kreditlər üçün kredit alana 30000 ABŞ dolları məbləğində kredit xətti açır. Müqavilədə qeyd edilir ki, Kreditlər tərəflər arasında “Kredit razılaşması”, “Bank qarantiyası verilməsi haqqında müqavilə” və“Akreditiv açılması üçün razılaşma” formasında bağlanacaq ayrıca razılaşma əsasında veriləcək. Eyni zamanda qeyd olunan X3nin 1.3-cü bəndində qeyd olunmuşdur ki, bu kredit xətti əsasında verilən kreditlərin məbləği, müddəti və faizləri bank ilə kredit alan arasında bağlanan ayrıca kredit razılaşmaları ilə müəyyən olunur. Cavabdeh1 (xx.xx.2014-cü il tarixli 15S000005360 saylı zaminlik müqaviləsi) ilə bağlanmış zaminlik müqaviləsinə görə bu müqavilələr Bank və Cavabdeh2 Akif oğlu arasında xx.xx.2014-cü il tarixdə bağlanmış 15L000002940 saylı X3 və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan “Kredit razılaşması”, “Bank”, “qarantiyası verilməsi haqqında müqavilə” və “Akreditiv açılmasıüçün razılaşma” formasında bağlanan ayrıca Razılaşmalar üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə bağlanmışdır. Cavabdeh zaminlə iddiaçı arasında imzalanmış zaminlik müqaviləsində Cavabdeh2 Akif oğluna veriləcək kreditin maksimal məbləği və verilmə müddəti konkret göstərilmişdir. Həm də X3ndə göstərilən pul məbləğinin Kredit razılaşması əsasında verilməsi də zaminlik müqavilələrində öz əksini tapmışdır. Tərəflər arasında olan heç bir müqavilədə Kredit razılaşmasının bağlanması üçün yenidən zaminlik müqaviləsinin bağlanmalı olması barədə şərt də nəzərdə tutulmamışdır. Belə bir şərtin göstərilməsinə heç bir əsas da yoxdur. Çünki zaminliklə müəyyən edilməli olan əsas öhdəlik, yəni kredit xətti üzrə veriləcək pul məbləğinin yuxarı həddi (30.000 ABŞ dolları) və verilməsi müddəti (120 ay) zaminlik müqaviləsində öz əksini tapmışdır. Konkret olaraq zaminlər 120 ay müddətində, 30.000 ABŞ dolları həddində istənilən məbləğdə pul vəsaitinin borclu tərəfindən götürülməsi ilə bağlı öhdəliyin vaxtında icra edilməməsinə görə müqavilə imzalamışlar (AR MM-nin 470.2-ci maddəsi). Məhkəmənin qətnamədə qeyd edilən kreditin faiz dərəcəsi, qaytarılma müddəti və s. isə əsas öhdəlik kimi qiymətləndirilə bilməz. Zaminlik müqaviləsi üzrə təminat altına alınan əsas öhdəliyin nədən ibarət olması barədə yuxarıda qeyd etmişik. Əsas öhdəlik üzrə hesablanmış cərimə, dəbbə pulu və s. məbləğlər əsas öhdəliyin vaxtında və lazımı qaydada icra edilməməsi üçün müəyyən edilən əlavə öhdəlikdir ki, qanunverciliyin yuxarıda qeyd edilən normarından da göründüyü kimi, zaminin məsuliyyəti həmin öhdəliyi də (cərimə, məhkəmə xərcləri və s.) əhatə edir. Hazırkı iş üzrə zaminlik müqaviləsində Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1. 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 4 sentyabr tarixli qərarında göstərilənlərə uyğun olaraq zaminliyin xx.xx.2014-cü il tarixli X3ndən irəli gələn öhdəliklərə görə yaranması və borclunun kreditor qarşısında əsas öhdəliyinin həddi (məbləği və müddəti) açıq-aydın qeyd edilmişdir. Bundan başqa hesab edir ki, məhkəmənin əsaslandığı Azərbaycan Respublikas Konstitusiya Məhkəməsi Bakı Apelyasiya Məhkəməsinin və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin müraciətləri əsasında qəbul edilmiş “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 47.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 31 may tarixli qərarının hazırki işə tətbiq edilməsi düzgün deyil. Belə ki, zaminlik müqaviləsinin zaminin hüquq və vəzifələrini nəzərdə tutan 3-cü maddəsinə kredit məbləğinin faizlə veriləcəyi, kreditdən istifadə üçün faiz hesablanacağı, zaminin də həmin faiz məbləği üçün məsuliyyət daşıdığı müəyyən edilmişdir. Ona görə də, Yevax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(039)-828/2020 nömrəli qətnaməsinin Cavabdeh1 zaminliyinə xitam verilməsi hissəsində ləğv edilməsini və iddia tələbinin həmin hissədə borc məbləğinin Cavabdeh1 da müştərək qaydada tutulması barədə yeni qətnamə çıxarılmasını xahiş edir. Tərəflərin İzahatları İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi, cavabdehlər Cavabdeh2 Akif oğlu və Cavabdeh1 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apelyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apelyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” xx xxxxxxx 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apelyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apelyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmamalı, Yevax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(039)-828/2020 nömrəli qətnaməsinin mübahisələndirilən-Cavabdeh1 zaminliyinə xitam verilməsi və iddianın ona münasibətdə təmin edilməməsi hissəsi dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan xx.xx.2014-cü il tarixli 15L000002940 №li X3ndən görünür ki, İddiaçı QSCnin Mingəçevir filialı tərəfindən Cavabdeh2 Akif oğluna 120 ay müddətinə 30000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. İşdə olan İddiaçı QSC-nin “Mingəçevir” filialı ilə Cavabdeh1 (zamin) arasında xx.xx.2014-cü il tarixli 15L000002940 №li X3 üzrə kredit alanın öhdəliklərinin icrasını təmin etmək məqsədilə xx.xx.2014-cü il tarixdə 15S000005360 №li zaminlik müqaviləsi bağlanmışdır. İşdə olan xx.xx.2014-cü il tarixli, 015R000005612 №li kredit razılaşmasından görünür ki, xx.xx.2014-cü il tarixli 15L000002940 №li X3 üzrə İddiaçı QSC-nin Mingəçevir filialı tərəfindən Cavabdeh2 Akif oğluna 2,1667 faiz ödəmək şərti ilə 24 ay müddətinə 4000 manat məbləğində kredit verilir. Kredit alan bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə göstərilən ödəniş planına uyğun olaraq krediti və faizi Banka qaytarmağı öhdəsinə götürür. İşdə olan İddiaçı QSC-nin “Mingəçevir” filialı ilə Cavabdeh2 Akif oğlu arasında bağlanmış kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında 15R000005612S №li, xx.xx.2015-ci il tarixli sazişə əsasən 015R000005612 №li kredit razılaşmasının ayrılmaz hissəsi olan ödəniş planına dəyişiklik edilmişdir. İşdə olan İddiaçı QSC tərəfindən verilmiş arayışdan müəyyən olunur ki, Cavabdeh2 Akif oğlunun xx.xx.2014-cü il tarixdə bağlandığı 015R000005612 №li kredit razılaşması üzrə cəmi borcu 1621,74 manat təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın qismən təmin edilməsini qət edərkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 477.0.1 və 739-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2018-ci il tarixli Qərarına, Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 4 sentyabr tarixli Qərarına və Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinə əsasən zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2018-ci il tarixli Qərarında göstərilir ki, zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə gətirib çıxaran dəyişikliklər dedikdə, zaminin müqavilə bağlayarkən həmin müqavilə üzrə öhdəsinə götürdüyündən daha artıq öhdəliyinin yaranması nəzərdə tutulur. Göründüyü kimi, həmin maddə istənilən dəyişikliyə görə zaminliyin xitamını nəzərdə tutmur. Bu normaya əsasən, zaminliyin xitamı üçün təmin edilmiş öhdəliyə edilən dəyişiklik zaminin məsuliyyətini artırmalı və ya onun üçün başqa əlverişsiz nəticələrə səbəb olmalıdır. Zaminliyə xitam verilməsi üçün hər iki şərtin, yəni zaminin razılığı olmadan öhdəliyin dəyişdirilməsi və belə dəyişdirilmənin onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması vacibdir. Zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması hallarına kreditin ümumi məbləğinin artırılması, kreditin faizinin artırılması, kreditin valyutasının dəyişdirilməsi, kreditin qaytarılma müddətinin uzadılması və digər mühüm hallar aid edilə bilər. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 4 sentyabr tarixli Qərarında qeyd etmişdir ki, zaminlik müqaviləsi məhz əsas öhdəliyin icrasını təmin edən üsullardan biri olduğundan belə müqavilədə zaminliklə təmin edilən əsas öhdəliyin müəyyən olunması və ya müəyyən edilə bilməsi mümkün olmalıdır. Buna müvafiq olaraq zaminlik müqaviləsində aşağıdakılar göstərilməlidir: hansı əsas müqaviləyə dair zaminlik yaranır (müqavilənin tərəfləri, tarixi və nömrəsi göstərilməklə); əsas öhdəliyin (borclunun kreditor qarşısında öhdəliyinin) həddi barədə göstəriş. Zaminliklə təmin edilmiş öhdəliyin konkret məbləğinin müqavilədə göstərilməsi mühüm şərtlərdən biridir və zaminin qanuni maraqlarını qorumaq məqsədi daşıyır. Zaminin razılığı alınmadan bağlanmış kredit müqavilələrində nəzərdə tutulmuş öhdəliyin konkret həcmi X3 ilə müəyyən edilmiş ümumi məbləğ və müddət həddində olmalıdır. X3ndə faiz dərəcəsi göstərilmədikdə bağlanmış kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin razılığı alınmalıdır. Belə razılığın olmaması zaminin məsuliyyətinin artması kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən olunmuşdur ki, iddiaçı kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmiş, yəni kredit müqaviləsi üzrə kredit razılaşmasında nəzərdə tutulan pul vəsaitini xx.xx.2014-cü il tarixli kassa məxaric orderi ilə Cavabdeh2 Akif oğluna vermiş, kredit və hesablanmış faizlər hər ay ödənilməli olduğu halda Cavabdeh2 Akif oğlunun banka olan cəmi 1621,74 manat məbləğində borcu ödənilməmiş qalmışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının irəli sürdüyü tələb Cavabdeh2 Akif oğlundan 1621,74 manat əsas kredit borcunun tutulması hissəsində əsaslıdır. Digər Cavabdeh1 qarşı irəli sürülmüş tələb isə təmin edilə bilməz. Belə ki, iddiaçı ilə Cavabdeh1 (zamin) arasında bağlanmış zaminlik müqaviləsi xx.xx.2014-cü il tarixli 15L000002940 №li X3 üzrə kredit alanın öhdəliklərinin icrasını təmin etmək məqsədilə bağlanılsa da, X3ndə faiz dərcəsi müəyyən olunmamış, xx.xx.2014-cü il tarixli, 015R000005612 №li kredit razılaşması bağlanılarkən və həmin razılaşmanın tərkib hissəsi olan ödəniş planına dəyişiklik edilərkən zaminin razılığı alınmamışdır. Göstərilənləri nəzərə alaraq birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia qismən təmin olunmalı, Cavabdeh2 Akif oğlundan İddiaçı QSC-nin xeyrinə kredit borcu üzrə cəmi 1621,74 manat pultutulmalı, zaminliyə xitam verildiyi üçün iddia tələbi Cavabdeh1 münasibətdə təmin olunmamalıdır. Birinci instansiya məhkəməsi həmçinin hesab etmişdir ki, “məhkəmə əmrinin qəbul edilməsi barədə” ərizənin verilməsi üçün Bank tərəfindən ödənilmiş dövlət rüsumu, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə Cavabdeh2 aid edilməli, bu məqsədlə 20 manat məbləğində pul Cavabdeh2 Bankın xeyrinə, dövlət rüsumunun kəsirini təşkil edən 10 manat isə dövlət büdcəsinin xeyrinə tutulmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnamə qəbul edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apelyasiya baxışında apelyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin qismən ləğv edilməsinə və apelyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin apelyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan iddiaçının nümayəndəsi də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları yuxarıda şərh olunan maddi və prosessual hüquq normaları ilə əlaqəli şəkildə tədqiq edərək hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən düzgün nəticəyə gəldiyindən və qətnamə faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə isə düzgün olduğundan, işdə qətnamənin apelyasiya qaydasında qismən ləğv edilməsi üçün əsaslar olmadığından İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmamalı, Yevax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(039)- 828/2020 nömrəli qətnaməsinin mübahisələndirilən-Cavabdeh1 zaminliyinə xitam verilməsi və iddianın ona münasibətdə təmin edilməməsi hissəsi dəyişdirilmədən sаxlаnılmаlıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə apelyasiya instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, apelyasiya şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İş üzrə Yevax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(039)-828/2020 nömrəli qətnaməsinin mübahisələndirilən-Cavabdeh1 zaminliyinə xitam verilməsi və iddianın ona münasibətdə təmin edilməməsi hissəsi dəyişdirilmədən sаxlаnılsın. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 tərəfindən verilmiş аpelyasiya şikayəti təmin edilməsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1994/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1994/2020
28.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver