Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1996/2020 05.11.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, Yevlax Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tаrixli, 2(039)-1066/2019 saylı qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxx” Açıq Səhmdar Cəmiyyəti (bundan sonra mətndə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC) cavabdeh X2 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin xeyrinə kredit müqaviləsi üzrə ödənilməmiş qalan 4.367,16 manat məbləğində borcu, 533,44 manat faiz borcu, 210,46 manat dəbbə borcu olmaqla, cəmi 5.111,06 manat kredit borcu və 30 manat məbləğində dövlət rüsumunun, habelə 0,40 manat bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tаrixli, 2(039)-1066/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 4.367,16 manat məbləğində əsas borc, 533,44 manat faiz borcu, 100 manat dəbbə borcu olmaqla, cəmi 5.000 (beş min) manat 60 (altmış) qəpik məbləğində borc iddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin xeyrinə tutulması, iddianın qalan hissədə rədd edilməsi və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 ( otuz ) manat və 0,40 manat bank xidmət haqqı cavabdeh X1 tutularaq iddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxı” ASC-yə verilməsi qət edilmişdir. Birinci instаnsiyа məhkəməsinin iş üzrə qətnаməsindən Cavabdeh apellyasiya şikayəti vermişdir. Apellyasiya şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin hallarını tam araşdırmamış, diqqətəlayiq halları nəzərə almamış, maddi və prossesual hüquq normalarını pozmuş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, o borcunu ödəməkdən imtina etmir. Sadəcə maddi problemləri vardır. Bundan əlavə kredit borcu şişirdilmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və yeni qətnamə çıxarılmalıdır. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, tərəflər heç bir üzürlü səbəblər olmadan məhkəmə kollegiyasının iclasına gəlməmiş və gələməmələrinin səbəbləri barədə məhəkəmə kollegiyasına məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası onların iştirakı olmadan məhkəmə iclasının davam etdirilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayaraq, işdə olan sübutları tədqiq edib hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Yevlax Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tаrixli, 2(039)-1066/2019 saylı qətnаməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 387.2 və 387.2.2-ci maddələrinə əsasən, işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. İş materiallarından görünür ki, mülki iş üzrə məhkəmə baxış iclası xx xxxx 2019-cu il tarixə təyin edilmiş, lakin bu barədə işdə iştirak edən cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş və işə onun iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdır. Bu hal isə Azərbaycan Respubluikası Mülki Prosessual Məcəlləsinin 387.2 və 387.2.2-ci maddələrinə əsasən, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsasdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tаrixli, 2(039)-1066/2019 saylı qətnаməsi tamamilə ləğv edilməli və yeni qətnamə qəbul edilməlidir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC ilə xx.xx.2018-ci il tarixdə bağladığı 77xx.xx.2018-002943 saylı kredit müqaviləsinə əsasən Bank tərəfindən borcluya 36 ay müddətinə, illik 27 faiz dərəcəsi ilə hesablanmaqla, 5000 manat məbləğində kredit verilmişdir. Borclu kredit vəsaitindən tam istifadə etmiş, lakin kredit borcu və hesablanmış faizləri müqavilə ilə müəyyən edilmiş qaydada ödəməkdən boyun qaçırır. Cavabdeh banka 4.367,16 manat məbləğində əsas borcu, 533,44 manat faiz borcu, 210,46 manat dəbbə borcu olmaqla, cəmi 5.111,06 manat borcu yaranmışdır. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, iddiaçı kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini cavabdehə vermiş, kredit və hesablanmış faizlər hər ay ödənilməli olduğu halda cavabdehin banka 4.367,16 manat məbləğində əsas borcu, 533,44 manat faiz borcu, 210,46 manat dəbbə borcu olmaqla, cəmi 5.111,06 manat məbləğində borcu ödənilməmiş qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc аlаn) isə аldıqlаrını müvаfiq olаrаq pul və yа eyni keyfiyyətdə və miqdаrdа eyni növlü əşyаlаr şəklində borc verənə qаytаrmаğı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci mаdəsində isə göstərilir ki, borc müqаviləsinin predmeti pul məbləği olduqdа,o, kredit müqаviləsi аdlаnır. Həmin Məcəllənin 442-ci mаdəsinin tələbinə görə öhdəliyin icrа edilməməsi dedikdə onun pozulmаsı və yа lаzımıncа icrа edilməməsi bаşа düşülür. Həmin Məcəllənin 445.2.1-ci mаdəsində qeyd edilir ki, öhdəliyin onun icrаsı üçün müəyyənləşdirilmiş müddətdə icrа edilməməsi borclunun icrаnı gecikdirməsi sаyılır. Bunun nəticəsində icrаnı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zаmаnı təsаdüfən bаş vermiş icrа mümkünsüzlüyünün nəticələri üçün kreditor qаrşısındа məsuliyyət dаşıyır. Həmin Məcəllənin 448.1-ci mаddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqаvilə ilə аyrı qаydа müəyyənləşdirilməyibsə, borclu onun risk dаirəsinə dаxil olаn öhdəliklərin icrа edilmədiyi bütün hаllаr üçün cаvаbdehdir. Həmin Məcəllənin 448.2-ci mаddəsinin tələbinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Cərimənin ödənilməsi tələbinin hüquqi əsaslarını müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi , o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 463.2-ci maddəsinə görə dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayəti qismən əsaslıdır. Belə ki, mülki iş üzrə məhkəmə baxış iclası xx xxxx 2019-cu il tarixə təyin edilmiş, lakin bu barədə işdə iştirak edən cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş və işə onun iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti qalan hissədə təmin edilə bilməz. Belə ki, cavabdeh maddi problemlərinin olduğunu bildirsə də, bu onu öhdəliyin icrasından azad etmir. Bundan əlavə apelyator kredit borcunun şişirdildiyini bildirsə də, bunu təsdiq edən hər hansı bir dəlili məhkəmə kollegiyasına təqdim etməmişdir. Məhkəmə kollegiyası iddia tələbinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi qismən əsaslıdır. Belə ki, Cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC ilə xx.xx.2018-ci il tarixdə bağladığı 77xx.xx.2018- 002943 saylı kredit müqaviləsinə əsasən Bank tərəfindən borcluya 36 ay müddətinə, illik 27 faiz dərəcəsi ilə hesablanmaqla, 5000 manat məbləğində kredit verilmişdir. Borclu kredit vəsaitindən tam istifadə etmiş, lakin kredit borcu və hesablanmış faizləri müqavilə ilə müəyyən edilmiş qaydada ödəməkdən boyun qaçırır. Cavabdeh banka 4.367,16 manat məbləğində əsas borcu, 533,44 manat faiz borcu, 210,46 manat dəbbə borcu olmaqla, cəmi 5.111,06 manat borcu yaranmışdır. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, cərimə məbləği 100 manatadək azaldılmalıdır. Cavabdehin də mənafeyi nəzərə alınmalı və o həddən artıq yüklənməməlidir. Beləliklə apelyasiya şikayəti qismən təmin edilməli, Yevlax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(039)-1066/2019 saylı qətnаməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apelyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Yevlax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(039)-1066/2019 saylıqətnаməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 385, və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(039)-1066/2019 saylı qətnaməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdeh 4.367,16 manat məbləğində əsas borc, 533,44 manat faiz borcu, 100 manat dəbbə borcu olmaqla, cəmi 5.000 (beş min) manat 60 (altmış) qəpik məbləğində borc iddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin olunmasın. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 ( otuz ) manat və 0,40 manat bank xidmət haqqıcavabdeh X1 tutularaq iddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxı” ASC-yə verilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1996/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1996/2020
05.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver