Məhkəmə qərarları › İş №2(107)-200/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-200/2024

16.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-200/2024 16.05.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" X11 Cəmiyyətinin Cavabdeh qarşı “xx.xx.2014-cü il tarixli **********23914 nömrəli kredit müqaviləsi üzrə borcun restrukturizasiyasına dair saziş üzrə qalıq borc məbləğinin borc alandan tutulması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: xx.xx.2014-cü il tarixli **********23914 nömrəli kredit müqaviləsi üzrə borcun restrukturizasiyasına dair saziş üzrə qalıq borc məbləğinin borc alandan tutulması tələbi, işin araşdırılması prinsiplərinin tələblərinin pozulması, ekspertiza məsələləri) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X1 ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi, iddiaçı "xxxx" X11 Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı "xxxx" X11 Cəmiyyətinin Cavabdeh qarşı xx.xx.2014-cü il tarixli **********23914 nömrəli kredit müqaviləsi üzrə borcun restrukturizasiyasına dair saziş üzrə qalıq borc məbləğinin borc alandan tutulması tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 11 sentyabr 2023-cü il tarixli, 2(051)-61/2023 saylı qətnaməsindən iddiaçı "xxxx" X11 Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı "xxxx" X11 Cəmiyyəti Cavabdeh qarşı xx.xx.2014-cü il tarixli **********23914 №-li Kredit müqaviləsi üzrə borcun restrukturizasiyasına dair Saziş üzrə Cavabdeh iddiaçı ASC "xxxx" Bankı qarşısında 14 062,28 (on dörd min sıfır altmış iki ABŞ dolları 28 sent) ABŞ dolları məbləğində xx.xx.2020-ci il tarixinədək illik 19% (on doqquz faiz) dərəcəsi ilə hesablanmış və ödənilməmiş adi faizlər üzrə borc məbləği, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 5% (beş faiz) dərəcəsi ilə hesablanmış 554,84 (beş yüz əlli dörd ABŞ dolları 84 sent) ABŞ dolları məbləğində əldən çıxmış faydanın (zərər) əvəzi, xx.xx.2020-ci il tarixə qədər kredit üzrə ödənilməsi gecikdirilmiş məbləğə illik 15% (on beş faiz) dərəcəsi ilə hesablanmış 4 737,18 (dörd min yeddi yüz otuz yeddi ABŞ dolları 18 sent) ABŞ dolları məbləğində penya, cəmi 19 354,30 (on doqquz min üç yüzəlli dörd ABŞ dolları 30 sent) ABŞ dolları məbləğində pul vəsaiti Cavabdeh iddiaçı ASC "xxxx" Bankının xeyrinə tutulması və iddia ərizəsinin verilməsinə görə 189 (bir yüz səksən doqquz) manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclər cavabdehdən iddiaçının xeyrinə tutulması tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldırmışdır. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, iddiaçı (kreditor) ASC "xxxx" Bankı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli **********23914 №-li Kredit müqaviləsinə (bundan sonra «Kredit müqaviləsi» adlandırılacaq) müvafiq olaraq iddiaçı tərəfindən borc alana 48 (qırx səkkiz) ay müddətinə, illik 19 % (on doqquz faiz) ödəmək şərtilə 25 000 (iyirmi beş min) ABŞ dolları məbləğində kredit verilmişdir. Daha sonra Cavabdehla iddiaçı arasında «xx.xx.2014-cü il tarixli **********23914 №-li Kredit müqaviləsi üzrə mövcud borcun restrukturizasiyasına dair» xx.xx.2015-ci il tarixdə Saziş (bundan sonra «Saziş» adlandırılacaq) bağlanmışdır. Qeyd edilən Sazişlə iddiaçı və Cavabdeh sonuncunun Kredit müqaviləsi üzrə Bank qarşısındakı xx.xx.2015-ci il tarixinə mövcud olan əsas borcunun, vaxtı keçmiş əsas borcunun, kreditdən istifadəyə görə hesablanmış faiz borcunun və vaxtı keçmiş əsas borc məbləğinə hesablanmış penyanın kapitallaşdırılmaqla, kreditin qaytarılma müddəti uzadılmaqla restrukturizasiyası barədə razılığa gəlmişlər. Beləliklə, Sazişə əsasən kredit üzrə əsas borcun məbləği xx.xx.2015-ci il tarixinə 21 697,47 (iyirmi bir min altı yüz doxsan yeddiABŞ dolları 47 sent) ABŞ dolları təşkil etmişdir, kreditin qaytarılması müddəti xx.xx.2020-ci il tarixinədək uzaldılmışdır. Saziş üzrə borc alan Cavabdeh öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə iddiaçı ASC "xxxx" Bankı ilə digər cavabdeh X4 arasında mülkiyyət hüququ əsasında sonuncuya məxsus Mingəçevir şəhəri, Aydın Məmmədov küçəsində istifadəsində olan 0,16 ha torpaq sahəsində yerləşən, 15 nömrəli binanın 2-ci girişində, 4cü mərtəbəsində 57,67 kv.m yaşayış, 22,68 kv.m yardımçi sahədən ibarət olmaqla, ümumi sahəsi 80,35 kv.m təşkil edən 5 otaqlı, 22 nömrəli mənzilin (bundan sonra “Mənzil” adlandırılacaq) ipoteka qoyulması barədə xx.xx.2014-cü iltarixli **********23914/ip №-li İpoteka müqaviləsi (həmin Müqaviləyə xx.xx.2015-ci il tarixli 01 №-li Əlavə Saziş nəzərə alınmaqla) bağlanmışdır. Cavabdeh tərəfindən Kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməməsinə görə iddiaçı ASC "xxxx" Bankı (bundan sonra – «Bank» adlandırılacaq) Kredit müqaviləsi üzrə borcun restrukturizasiyasına dair Sazişdən irəli gələn tələblərinin təmin edilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi və satışdan sonra ipoteka predmeti olan mənzildən çıxarma haqqında iddia tələbi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin 01 avqust 2017-ci il tarixli 2(051)859/2017 №-li qətnaməsi (bundan sonra “Qətnamə” adlandırılacaq) ilə bankın iddiası qismən təmin edilmişdir. Belə ki, qətnamə ilə Cavabdeh 21647,47 ABŞ doları məbləğində əsas, 4657,52 ABŞ dolları məbləğində hesablanmış faiz və 10 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 26364,99 ABŞ dolları məbləğində borc qətnamə icra olunan günə manat məzənnəsi ilə hesablanıb ASC "xxxx" Bankına verilməsi, həmin borcun ödənilməsi ipotekaya qoyulmuş, X3 mülkiyyətində olan Mingəçevir şəhəri, Aydın Məmmədov küçəsində istifadəsində olan 0,16 ha torpaq sahəsində yerləşən, 15 nömrəli binanın 2-ci girişində, 4cü mərtəbəsində 57,67 kv.m yaşayış, 22,68 kv.m yardımçı sahədən ibarət olmaqla, ümumi sahəsi 80,35 kv.m təşkil edən 5 otaqlı, 22 nömrəli mənzilə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 65000 manat müəyyən edilməsi, mənzilin açıq hərracda satılmasından əldə olunacaq vəsait hesabına Cavabdeh banka olan borcunun ödənilməsi, dövlət rüsumu qismində ödənilmiş 30 (otuz) manat pul vəsaitinin, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin dövlət qeydiyyatına alınmasına görə ödənilmiş 30 (otuz) manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə ödənilmiş 24 (iyirmi dörd) manat məbləğində rüsum Cavabdeh alınıb iddiaçı ASC "xxxx" Bankının hesabına ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh nümayəndəsi X6 apellyasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsindən həmin qətnamənin ləğv edilməsini xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin 15 noyabr 2017-ci il tarixli 2(107)-2418/2017 №-li qətnaməs ilə apelyasiya şikayəti təmin edilmədən, qətnamə isə dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra bank tərəfindən kassasiya şikayəti verilərək Azərbaycan Respublikasının Ali Məhkəməsindən Şəki Apellyasiya Məhkəməsinin 15 noyabr 2017-ci il tarixli 2(107)-2418/2017 №-li qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Ali Məhkəmənin 07 senyabr 2018-ci il tarixli 2(102)-5755/2018 №-li qərarı ilə kassasiya şikayəti təmin edilməmişdir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilməsi üçün Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə göndərilmiş və iş icra mərhələsində olarkən Cavabdeh tərəfindən ödənilən ödənişlər hesabına qətnamə üzrə borc məbləği tam şəkildə ödənilmiş və bununla əlaqədar olaraq, mənzil üzərində ipotekaya xitam verilmişdir. Lakin, Cavabdeh bank qarşısında kredit öhdəliklərini tam icra etmədiyi üçün Kredit müqaviləsi qüvvədə qalmışdır. Belə ki, cavabdehin kredit müqaviləsi üzrə iddiaçı qarşısında kreditin qaytarılma müddətinin bitdiyi xx.xx.2020-ci il tarixinədək illik 19% (on doqquz faiz) dərəcəsi ilə hesablanmış və ödənilməmiş 14 062,28 (on dörd min sıfır altmış iki ABŞ dolları 28 sent) ABŞ dolları məbləğində adi faizlər üzrə borcu qalmışdır. Bundan əlavə cavabdeh kredit üzrə ödənişlərin həyata keçirilməsinin gecikdirilməsi ilə əlaqədar olaraq banka Sazişin 1.8ci bəndinə əsasən ödənilməsi gecikdirilmiş məbləğə illik 15% (on beş faiz) dərəcəsi ilə penya ödəməlidir. Lakin bankın daxili qərarına əsasən kredit müqaviləsi üzrə penyanın hesablanması xx.xx.2020-ci il tarixdən etibarən borc alanın xeyrinə dayandırılmışdır. Beləliklə, xx.xx.2020-ci il tarixinə bu məbləğ 4 737,18 (dörd min yeddi yüz otuz yeddi ABŞ dolları 18 sent) ABŞ dolları təşkil edir. Yuxarıda göstərilənlərdən başqa qeyd etmək istəyir ki, kredit müqaviləsi üzrə əsas borc həmin müqavilə ilə nəzərdə tutulmuş kreditin qaytarılma müddəti bitdikdən uzun müddət sonra qaytarıldığından bank həmin müddətdə ona qaytarılmalı olan pul vəsaitindən istifadə edə bilməmiş və bunun nəticəsində əldən çıxmış fayda qismində zərərə uğramışdır. İddiaçı ilə cavabdeh arasında bağlanmış Kredit müqaviləsinin 5.1-ci bəndinə əsasən həmin müqavilə tərəflərin öz üzərinə götürdükləri öhdəliklərin tam icra edilməsi anına qədər qüvvəsini saxlayır və bu şərt Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsində ifadə olunmuş normaya tam uyğundur. Bu normanın hüquqi mahiyyəti bir daha “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında öztəsdiqini tapmışdır. Həmin qərarda Konstitusiya məhkəməsi qeyd edir ki: “Həmin norma müqavilədən yaranan öhdəliklərin icra olunma anına qədər müqavilənin qüvvədə olması prezumpsiyasına əsaslanır. Bu prezumpsiya isə “öhdəliklər vicdanla yerinə yetirilməlidir” (pacta sunt servanda) hüquqi prinsipindən yaranır. Belə ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması və bununla əlaqədar müqavilə üzrə öhdəliklərin də xitamı şərtləri müqavilədə dəqiq göstərilməlidir”. Yuxarıda qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin həmin qərarın nəticə hissəsində ifadə etdiyi hüquqi mövqeyinə görə kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilməsinə qədər müqavilə qüvvədə sayılır. Konstitusiya Məhkəməsi yuxarıda qeyd edilmiş əsaslardan çıxış edərək daha sonra həmin qərarda növbəti hüquqi mövqeyini ifadə edərək, göstərir ki, “kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.” Bundan əlavə, müvafiq qərarda qeyd olunur ki, “Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.” Qeyd olunana əsasən bank kreditin qaytarılma müddətinin bitdiyi tarixdən, yəni xx.xx.2020-ci il tarixdən əsas borcun ödənildiyi xx.xx.2021-ci il tarixə kimi faizlər formasında əldən çıxmış faydanın hesablanmasında yuxarıda göstərilmiş faiz dərəcəsini (illik 5%) əldə rəhbər tutmağı əsaslı hesab edir. Müvafiq hesablanma aparıldıqdan sonra kreditin qaytarılma müddətinin bitdiyi tarixdən (xx.xx.2020-ci il) əsas borcun ödənildiyi tarixədək (xx.xx.2021ci il) olan dövr üçün müvafiq məbləğ 554,84 (beş yüzəlli dörd ABŞ dolları 84 sent) ABŞ dolları təşkil edir. Kredit müqaviləsi üzrə Cavabdeh tərəfindən üzərinə götürdüyü öhdəlikləri kobud şəkildə pozduğuna görə onunla bir neçə dəfə əlaqə saxlanılmasına və borcun ödənilməsinin tələb edilməsinə dair xx.xx.2021-ci il tarixli, 389 №-li Xəbərdarlıq məktubunun təqdim edilməsinə baxmayaraq, onun tərəfindən borcun ödənilməsi üçün bu günə qədər heç bir əməli addım atılmamışdır. Birinci instansiya məhkəməsində icraat Mingəçevir Şəhər Məhkəməsinin (hakim: Ə.Hüseynov) 11 sentyabr 2023-cü il tarixli, 2(051)-61/2023 saylı qətnaməsi ilə, iddiaçı "xxxx" X11 Cəmiyyətininin Cavabdeh qarşı xx.xx.2014-cü il tarixli **********23914 nömrəli kredit müqaviləsi üzrə borcun restrukturizasiyasına dair saziş üzrə qalıq borc məbləğinin borc alandan tutulması tələbinə dair iddiasının rədd edilməsi, ekspertiza tədqiqatlarının dəyəri olaraq 250 manat məbləğində məhkəmə xərci "xxxx" X11 Cəmiyyətindən tutularaq dövlət büdcəsi hesabına keçirilməsi, (AZ34CTRE********************; Az.MEM, VÖEN**********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ01360 1**********3944 SWİFT BİK CTREAZ 22), ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; İddiaçı bankla cavabdeh arasında 2 iyul 2014-cü il tarixdə predmeti pul məbləği olan kredit müqaviləsi adlanan borc müqaviləsi bağlanmış, iddiaçı 25000 ABŞ dolları məbləğində pulu cavabdehə verməyi, cavabdeh isə kredit məbləğini əsas borc və faizləri ilə birlikdə banka ödəməyi öhdəsinə götürmüşdür. Daha sonra tərəflər arasında saziş bağlanmışdır. Sazişə əsasən kredit üzrə əsas borcun məbləği xx.xx.2015-ci il tarixinə 21697,47 ABŞ dolları təşkil etmişdir, kreditin qaytarılması müddəti xx.xx.2020-ci il tarixinədək uzadılmışdır. Öhdəliyinin icrasının təminatı kimi iddiaçı ilə cavabdeh və ipoteka qoyan arasında həmin tarixdə ipoteka predmeti olan Mingəçevir şəhəri, Aydın Məmmədov küçəsində istifadəsində olan 0,16 ha torpaq sahəsində yerləşən, 15 nömrəli binanın 2-ci girişində, 4-cü mərtəbəsində 22 nömrəli mənzilin ipoteka ilə yüklü edilməsinə dair ipoteka müqaviləsi bağlanmışdır. Cavabdeh öhdəliyini lazımi qaydada yerinə yetirmədiyi üçün iddiaçı bank məhkəməyə müraciət etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 1 avqust 2017-ci il tarixli, 2(051)-859/2017 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir. Cavabdeh 21697.47 ABŞ dolları məbləğdə əsas, 4657.52 ABŞ dolları məbləğdə hesablanmış faiz və 10 ABŞ dolları cərimə olmaqla, cəmi 26364.99 ABŞ dolları məbləğdə borc qətnamə icra olunan günə manat məzənnəsi ilə hesablanıb ASC "xxxx" Bankına verilməsi, həmin borcun ödənilməsi ipotekaya qoyulmuş, X3 mülkiyyətində olan, Mingəçevir şəhərinin A.Məmmədov küçəsində olan 0.16 ha torpaq sahəsində yerləşən, 15 nömrəli binanın 2-ci girişində, 4-cü mərtəbəsində 57.67 kv.m yaşayış, 22.68 kv.m yardımçı sahədən ibarət olmaqla, ümumi sahəsi 80.35 kv.m təşkil edən 5 otaqlı, 22 nömrəli mənzilinə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 65000 manat müəyyən edilməsi və mənzilin açıq hərracda satılmasından əldə olunacaq vəsait hesabına Cavabdeh banka olan borcunun ödənilməsi, dövlət rüsumu kimi ödənilmiş 30 manat pul, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 30 manat və sənədlərin notariat qaydada təsdiq edilməsi üçün ödənilmiş 24 manat rüsum Cavabdeh alınıb ASC "xxxx" Bankının hesabına ödənilməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh nümayəndəsi X5 apellyasiya şikayəti vermişdir. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)- 2418/2017 saylı 15 noyabr 2017-ci il tarixli qətnaməsi ilə iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 01 avqust 2017-ci il tarixli, 2(051)-859/2017 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh nümayəndəsi X5 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmişdir. İddiaçı ASC "xxxx" Bank kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 07 sentyabr 2018-ci il tarixli, 2(102)-5755/18 saylı qərarı ilə iddiaçı ASC "xxxx" Bank tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 15 noyabr 2017-ci il tarixli, 2(107)-2418/17 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İş icraya yönəlmişdir. Bundan sonra cavabdeh tərəf banka olan borcunu tam şəkildə ödəmiş və icra sənədi üzrə icraata xitam verilmişdir. İddia ərizəsinin məzmunun da görünür ki, cavabdeh tərəf iddiaçı banka olan borcunu tam şəkildə ödəmişdir. Birinci instansiya məhkəməsi həmçinin müəyyən etmişdir ki, tələbin ipoteka predmetinə yönəldilməsinə və cavabdehin kredit müqaviləsi üzrə öhdəliyini tam şəkildə icra etməsinə baxmayaraq, iddiaçı bank Cavabdeh qarşı xx.xx.2014-cü il tarixli **********23914 №-li Kredit müqaviləsi üzrə borcun restrukturizasiyasına dair Saziş üzrə Cavabdeh iddiaçı ASC "xxxx" Bankı qarşısında 14 062,28 (on dörd min sıfır altmış iki ABŞ dolları 28 sent) ABŞ dolları məbləğində xx.xx.2020-ci il tarixinədək illik 19% (on doqquz faiz) dərəcəsi ilə hesablanmış və ödənilməmiş adi faizlər üzrə borc məbləği, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 5% (beş faiz) dərəcəsi ilə hesablanmış 554,84 (beş yüz əlli dörd ABŞ dolları 84 sent) ABŞ dolları məbləğində əldən çıxmış faydanın (zərər) əvəzi, xx.xx.2020-ci il tarixə qədər kredit üzrə ödənilməsi gecikdirilmiş məbləğə illik 15% (on beş faiz) dərəcəsi ilə hesablanmış 4 737,18 (dörd min yeddi yüz otuz yeddi ABŞ dolları 18 sent) ABŞ dolları məbləğində penya, cəmi 19 354,30 (on doqquz min üç yüzəlli dörd ABŞ dolları 30 sent) ABŞ dolları məbləğində pul vəsaiti Cavabdeh iddiaçı ASC "xxxx" Bankının xeyrinə tutulması və İddia ərizəsinin verilməsinə görə 189 (bir yüz səksən doqquz) manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclər Cavabdehdən İddiaçının xeyrinə tutulması tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldırmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Birinci instansiya məhkəməsi işin müəyyən olunmuş hallarına əsasən belə qənaətə gəlmişdir ki, cavabdeh kredit müqaviləsi üzrə öhdəliyini tam şəkildə icra etdikdən sonra, iddiaçı bank tərəfindən kreditin qaytarılma müddətinin bitdiyi tarixdən sonra yenidən həmin kredit müqaviləsi üzrə borcların ona hesablanmış faiz borclarının əldən çıxmış faydanın və penyanın tələb etməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələbləri ilə aşkar surətdə ziddiyyət təşkil edir. Birinci instansiya məhkəməsi öz qənaətini onunla əsaslandırmışdır ki, cavabdehin borcu ödədiyi vaxtdan cavabdeh kredit müqaviləsi üzrə öhdəliyini tam şəkildə icra etmiş sayılır və həmin hallar da tərəflər arasında mövcud olan müqavilə öhdəliklərinin xitamına səbəb olmuşdur. Belə olan halda iddiaçı bankla cavabdeh arasında öhdəlik hüquq münasibətləri başa çatmışdır. İşin müəyyən olunmuş hallarından da görünür ki, kredit borcunun tutulması və tələbin ipoteka ilə yüklü edilmiş mənzilə yönəldilməsinə dair məhkəmə qətnaməsi tam şəkildə icra olunmuş, yəni cavabdeh borcunu tam şəkildə ödəmişdir. Bununla da cavabdeh tərəf kredit müqaviləsi üzrə öhdəliyini lazımınca icra etmişdir. Ona gərə də tərəflər arasında mövcud olmuş müqavilə münasibətlərinə xitam verilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, kredit müqaviləsi üzrə öhdəlik tam icra olunduqdan sonra, iddiaçı bankın yenidən xitam olunmuş müqaviləyə istinad edərək cavabdehdən faiz borcu, əldən çıxmış fayda və dəbbə pulu tələb etməsi, açıq-aşkar hüquqdan sui-istifadədir. Eləcə də, digər tərəfi aşkar surətdə əlverişsiz vəziyyətə saldığı üçün etimad və vicdanlılıq prinsiplərinə ziddir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icraya yönəlmişdir. İcra ərəfəsində isə cavabdeh borcunu tam şəkildə ödəmişdir. Bu da onu deməyə əsas verir ki, iddiaçı bankın zərərə məruz qalması cavabdehdən asılı olmayan hallardan irəli gəlmişdir. Cavabdeh onun cavabdeh olmadığı halda kreditorun düşdüyü zərər üçün məsuliyyət daşımır və onun bu halda əlavə maliyyə sanksiyasına məruz qalması yolverilməzdir. Ona görə də birinci instansiya məhkəməsi tədqiq edilmiş sübutlardan irəli gələn həqiqi hallara əsasən belə nəticəyə gəlmişdir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 449, 560.2, 560.1-ci maddələri, Zvierzinski Polşaya qarşı iş üzrə 19 iyun 2001-ci il tarixli qərarı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarı, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən mövqeyini onunla əsaslandırmışdır ki, “cavabdehin borcu ödədiyi vaxtdan cavabdeh kredit müqaviləsi üzrə öhdəliyini tam şəkildə icra etmiş sayılır və həmin hallar da tərəflər arasında mövcud olan müqavilə öhdəliklərinin xitamına səbəb olmuşdur. Belə olan halda iddiaçı bankla cavabdeh arasında öhdəlik hüquq münasibətləri başa çatmışdır.” Hesab edirlər ki, məhkəmənin “cavabdehin borcu ödədiyi vaxtdan cavabdehin kredit müqaviləsi üzrə öhdəliyini tam şəkildə icra etmiş sayılması” ilə bağlı mövqeyi əsassızdır. Belə ki, işə məhkəmə iclasında baxılarkən Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(051)-859/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş, ipoteka predmetinin dəyərindən tutulmalı olan xx.xx.2014-cü il tarixli **********23914 №-li Kredit müqaviləsi (bundan sonra “Kredit müqaviləsi” adlandırılacaq) üzrə 21697,47 ABŞ dolları məbləğində əsas borcdan, 4657,52 ABŞ dolları məbləğində adi faizlər üzrə borcdan, 10 ABŞ dolları məbləğində penyadan ibarət olan cəmi 26364,99 ABŞ dolları məbləğində borcun ödənilməsi, Cavabdeh tərəfindən kredit müqaviləsi üzrə öhdəliklərin tam şəkildə yerinə yetirilməsi mənasına gəlmir. Qeyd edilən mülki iş üzrə Bank tərəfindən tələb edilən borc məbləği xx.xx.2017-ci il tarixinədək hesablanmış borc məbləğindən ibarət olmuşdur. Bankın hazırkı tələbi isə həmin tarixdən kreditləşmə müddətinin bitdiyi xx.xx.2020-ci il tarixinədək hesablanmış adi faiz borcunun, kreditləşmə müddətinin bitdiyi xx.xx.2020-ci il tarixindən əsas borcun tam olaraq ödənildiyi xx.xx.2021-ci il tarixinədək hesablanmış əldən çıxmış faydanın və xx.xx.2020-ci il tarixinədək kredit üzrə ödənilməsi gecikdirilmiş məbləğə hesablanmış penyanın Cavabdeh tutulması ilə bağlıdır. Qeyd olunanlardan da göründüyü kimi tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə borcun tutulması ilə bağlı məhkəmə qərarının çıxarılması tərəflər arasındakı müqavilə münasibətlərinə xitam vermir. Buna da uyğun olaraq iddiaçının kredit müqaviləsi öhdəliklərinin tam şəkildə icra edildiyi vaxtadək əsas borc məbləğinə kredit müqaviləsinə uyğun olaraq faiz hesablamaq hüququ var. Qeyd olunanlara əsasən hesab edirlər ki, onların yalnız Bankın tələb etdiyi 4737,18 ABŞ dolları məbləğində penya maliyyə sanksiyası kimi qiymətləndirilə bilərdi. Əgər, birinci instansiya məhkəməsi həmin məbləği tənasübsüz surətdə yüksək hesab edərdisə, onu MM-nin 467-ci maddəsinə müvafiq olaraq azaltmaq səlahiyyətinə malik idi. Belə ki, qeyd olunan normanın tələbinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Buradan da görünür ki, məhkəmə MM-in 467-ci maddəsinin tələblərini pozaraq Bankın penya barədə tələbini ümumiyyətlə təmin etməmişdir. İş üzrə ik dəfə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilsə də qətnamədə ekspertizanın keçirilməsi və ekspertin rəyin barədə heç bir məlumat qeyd edilməmişdir. Buradan belə bir sual çıxır “əgər məhkəmə Bankın iddia tələbini rədd edəcək idisə, o zaman, nə üçün iş üzrə iki dəfə məhkəmə-mühasibatlıq ekspertizası keçirilmişdir?”. Bundan əlavə, iddiaçı ASC "xxxx" Bankı tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/4350 №-li ekspert rəyi ilə bağlı yazılı etiraz verilsə də, məhkəmə Bankın təkrar məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə dair vəsatətini rədd etmiş və vəsatəti rədd edərkən MPM-in 102.3-cü maddəsinin də tələblərini pozmuşdur. Məhkəmə tərəfindən müəyyən edilmiş Cavabdeh tərəfindən kredit müqaviləsi üzrə öhdəliklərin tam yerinə yetirilməsinə dair hal sübut edilməmişdir. Çünki, bank tərəfindən Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktub bankın hazırkı tələbi üzrə iş aiddiyəti olmadığı üçün Cavabdeh Kredit müqaviləsi üzrə öhdəliklərini tam yerinə yetirilməsini təsdiq edən sübut hesab oluna bilməz. Qeyd edilən məktub Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(051)-859/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş ipoteka predmetinin dəyərindən tutulmalı olan kredit müqaviləsi üzrə mövcud borcun restrukturizasiyasına dair saziş üzrə cəmi 26364,99 ABŞ dolları məbləğində borcun Cavabdeh tərəfindən ödənildiyini göstərir və yalnız bu faktı təsdiq edən sübut kimi çıxış edə bilər. Başqa sözlə müvafiq məktub Cavabdeh tərəfindən Kredit müqaviləsi üzrə 21697,47 ABŞ dolları məbləğində əsas borcun, xx.xx.2017-ci il tarixinədək illik 19% (on doqquz faiz) dərəcəsi ilə hesablanmış 4657,52 ABŞ dolları məbləğində adi faizlər üzrə borcunun, 10 ABŞ dolları məbləğində penyanın ödənildiyini təsdiq edir. Bankın hazırkı tələbi isə həmin tarixdən kreditləşmə müddətinin bitdiyi xx.xx.2020-ci il tarixinədək illik 19% (on doqquz faiz) dərəcəsi ilə hesablanmış və ödənilməmiş 14062,28 ABŞ dolları məbləğində adi faizlərin, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək vaxtı keçmiş əsas borc məbləğinə illik 5% (beş faiz) dərəcəsi ilə hesablanmış 554,84 ABŞ dolları məbləğində əldən çıxmış faydanın (zərər) əvəzinin, xx.xx.2020-ci il tarixədək kredit üzrə ödənilməsi gecikdirilmiş məbləğə illik 15% (on beş faiz) dərəcəsi ilə hesablanmış 4737,18 ABŞ dolları məbləğində penyanın Cavabdeh tutulması ilə bağlıdır. Ona görədə həmin məktubun bu işə aidiyyəti yoxdur. Qeyd edilənləri nəzərə alaraq apellyasiya şikayətinin təmin edilməsini, Mingəçevir Şəhər Məhkəməsinin 11 sentyabr 2023-cü il tarixli, 2(051)- 61/2023 saylı qətnaməsinin ləğv edilməsini, bankın iddia tələblərinin tam təmin olunmasına dair yeni qətnamənin qəbul edilməsini, apellyasiya şikayətinin verilməsinə görə 94,50 (doxsan dörd manat 50 qəpik) manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclər cavabdehdən iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı "xxxx" X11 Cəmiyyətinin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini, Mingəçevir Şəhər Məhkəməsinin 11 sentyabr 2023-cü il tarixli, 2(051)-61/2023 saylı qətnaməsinin ləğv edilməsini, bankın iddia tələblərinin tam təmin olunmasına dair yeni qətnamənin qəbul edilməsini, apellyasiya şikayətinin verilməsinə görə 94,50 (doxsan dörd manat 50 qəpik) manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclər cavabdehdən iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq Cavabdehməhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəmə kollegiyasına bildirməmişdır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mükün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissəhissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443-cü maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 445.7 ci maddəsinə əsasən Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.2-ci maddəsində göstərilir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəsində göstərilir ki, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən cərimə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, cərimə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Cərimə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Hüququn tətbiqinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarı: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında qeyd edilir ki, Mülki Məcəllənin 739.2-ci maddəsində göstərilən kredit müqaviləsinə görə, bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir. Lakin kredit müqaviləsində müəyyən edilmiş qaydada və müddətdə borc alan vicdanlılıq prinsipinə sadiq qalaraq kredit öhdəliyini ardıcıl olaraq icra etmədikdə, kreditor davamlı müddət gözləmədən məhkəməyə müraciət etmək hüququndan istifadə etməyə çalışmalıdır. Həmçinin qeyd edilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 97.1-ci maddəsində qeyd olunur ki, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Həmin Məcəllənin 101.3.-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 119-cu maddəsinin 1-ci bəndinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 119.4-cü maddəsinə əsasən, işdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator Mingəçevir Şəhər Məhkəməsinin 11 sentyabr 2023-cü il tarixli, 2(051)-61/2023 saylı qətnaməsinin ləğv edilməsini, bankın iddia tələblərinin tam təmin olunmasına dair yeni qətnamənin qəbul edilməsini, apellyasiya şikayətinin verilməsinə görə 94,50 (doxsan dörd manat 50 qəpik) manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclərin cavabdehdən iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Daha sonra Kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Mingəçevir Şəhər Məhkəməsinin 11 sentyabr 2023cü il tarixli, 2(051)-61/2023 saylı qətnaməsini apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnamədə iddia tələbinin Cavabdeh xx.xx.2020-ci il tarixdən xx.xx.2021-cu il tarixədək illik 5% dərəcəsi ilə hesablanmış 554,84 ABŞ dolları məbləğində pulun alınıb iddiaçı "xxxx" X11 Cəmiyyətinə verilməsi, eyni zamanda dövlət rüsumuna aid hissədə maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamışdır. Ona görə də iddiaçı "xxxx" X11 Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Mingəçevir Şəhər Məhkəməsinin 11 sentyabr 2023-cü il tarixli, 2(051)-61/2023 saylı qətnaməsi qismən, iddianın təmin edilməyən xx.xx.2020-ci il tarixdən xx.xx.2021-cu il tarixədək illik 5% dərəcəsi ilə hesablanmış 554,84 ABŞ dollarına, eyni zmanda dövlət rüsumuna aid hissədə ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia xx.xx.2020-ci il tarixdən xx.xx.2021-cu il tarixədək illik 5% dərəcəsi ilə hesablanmış 554,84 ABŞ dolları, eyni zamanda iddiaçı tərəfindən ödənilmiş 189 matat dövlət rüsumunun yarısını təşkil edən 94,50 manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçıya ödənilməlidir. Qətnamə mübahisələndirilən digər hissələrdə apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, iddiaçı (kreditor) ASC "xxxx" Bankı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli **********23914 №-li Kredit müqaviləsinə (bundan sonra «Kredit müqaviləsi» adlandırılacaq) müvafiq olaraq iddiaçı tərəfindən Borc alana 48 (qırx səkkiz) ay müddətinə, illik 19 % (on doqquz faiz) ödəmək şərtilə 25 000 (iyirmi beş min) ABŞ dolları məbləğində kredit verilmişdir. Daha sonra Cavabdehla iddiaçı arasında «xx.xx.2014-cü il tarixli **********23914 №-li Kredit müqaviləsi üzrə mövcud borcun restrukturizasiyasına dair» xx.xx.2015-ci il tarixdə Saziş (bundan sonra «Saziş» adlandırılacaq) bağlanmışdır. Qeyd edilən Sazişlə iddiaçı və Cavabdeh sonuncunun Kredit müqaviləsi üzrə bank qarşısındakı xx.xx.2015-ci il tarixinə mövcud olan əsas borcunun, vaxtı keçmiş əsas borcunun, kreditdən istifadəyə görə hesablanmış faiz borcunun və vaxtı keçmiş əsas borc məbləğinə hesablanmış penyanın kapitallaşdırılmaqla, kreditin qaytarılma müddəti uzadılmaqla restrukturizasiyası barədə razılığa gəlmişlər. Beləliklə, Sazişə əsasən kredit üzrə əsas borcun məbləği xx.xx.2015-ci il tarixinə 21 697,47 (iyirmi bir min altı yüz doxsan yeddiABŞ dolları 47 sent) ABŞ dolları təşkil etmişdir, kreditin qaytarılması müddəti xx.xx.2020-ci il tarixinədək uzaldılmışdır. Saziş üzrə borc alan Cavabdeh öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə iddiaçı ASC "xxxx" Bankı ilə digər cavabdeh X4 arasında mülkiyyət hüququ əsasında sonuncuya məxsus Mingəçevir şəhəri, Aydın Məmmədov küçəsində istifadəsində olan 0,16 ha torpaq sahəsində yerləşən, 15 nömrəli binanın 2-ci girişində, 4cü mərtəbəsində 57,67 kv.m yaşayış, 22,68 kv.m yardımçi sahədən ibarət olmaqla, ümumi sahəsi 80,35 kv.m təşkil edən 5 otaqlı, 22 nömrəli mənzilin (bundan sonra “Mənzil” adlandırılacaq) ipoteka qoyulması barədə xx.xx.2014-cü iltarixli **********23914/ip №-li İpoteka müqaviləsi (həmin Müqaviləyə xx.xx.2015-ci il tarixli 01 №-li Əlavə Saziş nəzərə alınmaqla) bağlanmışdır. Cavabdeh tərəfindən Kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməməsinə görə iddiaçı ASC "xxxx" Bankı (bundan sonra – «Bank» adlandırılacaq) kredit müqaviləsi üzrə borcun restrukturizasiyasına dair Sazişdən irəli gələn tələblərinin təmin edilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi və satışdan sonra ipoteka predmeti olan mənzildən çıxarma haqqında iddia tələbi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin 01 avqust 2017-ci il tarixli 2(051)859/2017 №-li qətnaməsi (bundan sonra “Qətnamə” adlandırılacaq) ilə Bankın iddiası qismən təmin edilmişdir. Belə ki, qətnamə ilə Cavabdeh 21647,47 ABŞ doları məbləğində əsas, 4657,52 ABŞ dolları məbləğində hesablanmış faiz və 10 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 26364,99 ABŞ dolları məbləğində borc qətnamə icra olunan günə manat məzənnəsi ilə hesablanıb ASC "xxxx" Bankına verilməsi, həmin borcun ödənilməsi ipotekaya qoyulmuş, X3 mülkiyyətində olan Mingəçevir şəhəri, Aydın Məmmədov küçəsində istifadəsində olan 0,16 ha torpaq sahəsində yerləşən, 15 nömrəli binanın 2-ci girişində, 4cü mərtəbəsində 57,67 kv.m yaşayış, 22,68 kv.m yardımçı sahədən ibarət olmaqla, ümumi sahəsi 80,35 kv.m təşkil edən 5 otaqlı, 22 nömrəli mənzilə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 65000 manat müəyyən edilməsi, mənzilin açıq hərracda satılmasından əldə olunacaq vəsait hesabına Cavabdeh banka olan borcunun ödənilməsi, dövlət rüsumu qismində ödənilmiş 30 (otuz) manat pul vəsaitinin, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin dövlət qeydiyyatına alınmasına görə ödənilmiş 30 (otuz) manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə ödənilmiş 24 (iyirmi dörd) manat məbləğində rüsum Cavabdeh alınıb iddiaçı ASC "xxxx" Bankının hesabına ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh nümayəndəsi X6 apellyasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsindən həmin qətnamənin ləğv edilməsini xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin 15 noyabr 2017-ci il tarixli 2(107)-2418/2017 №-li qətnaməs ilə apelyasiya şikayəti təmin edilmədən, qətnamə isə dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra bank tərəfindən kassasiya şikayəti verilərək Azərbaycan Respublikasının Ali Məhkəməsindən Şəki Apellyasiya Məhkəməsinin 15 noyabr 2017-ci il tarixli 2(107)-2418/2017 №-li qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Ali Məhkəmənin 07 senyabr 2018-ci il tarixli 2(102)-5755/2018 №-li qərarı ilə kassasiya şikayəti təmin edilməmişdir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilməsi üçün Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə göndərilmiş və iş icra mərhələsində olarkən Cavabdeh tərəfindən ödənilən ödənişlər hesabına qətnamə üzrə borc məbləği tam şəkildə ödənilmiş və bununla əlaqədar olaraq, Mənzil üzərində ipotekaya xitam verilmişdir. Lakin, Cavabdeh Bank qarşısında kredit öhdəliklərini tam icra etmədiyi üçün Kredit müqaviləsi qüvvədə qalmışdır. Belə ki, cavabdehin kredit müqaviləsi üzrə iddiaçı qarşısında kreditin qaytarılma müddətinin bitdiyi xx.xx.2020-ci il tarixinədək illik 19% (on doqquz faiz) dərəcəsi ilə hesablanmış və ödənilməmiş 14 062,28 (on dörd min sıfır altmış iki ABŞ dolları 28 sent) ABŞ dolları məbləğində adi faizlər üzrə borcu qalmışdır. Bundan əlavə cavabdeh kredit üzrə ödənişlərin həyata keçirilməsinin gecikdirilməsi ilə əlaqədar olaraq Banka Sazişin 1.8ci bəndinə əsasən ödənilməsi gecikdirilmiş məbləğə illik 15% (on beş faiz) dərəcəsi ilə penya ödəməlidir. Lakin Bankın daxili qərarına əsasən Kredit müqaviləsi üzrə penyanın hesablanması xx.xx.2020-ci il tarixdən etibarən Borc alanın xeyrinə dayandırılmışdır. Beləliklə, xx.xx.2020-ci il tarixinə bu məbləğ 4 737,18 (dörd min yeddi yüz otuz yeddi ABŞ dolları 18 sent) ABŞ dolları təşkil edir. Kredit müqaviləsi üzrə Cavabdeh tərəfindən üzərinə götürdüyü öhdəlikləri kobud şəkildə pozduğuna görə onunla bir neçə dəfə əlaqə saxlanılmasına və borcun ödənilməsinin tələb edilməsinə dair xx.xx.2021-ci il tarixli, 389 №-li Xəbərdarlıq məktubunun təqdim edilməsinə baxmayaraq, onun tərəfindən borcun ödənilməsi üçün bu günə qədər heç bir əməli addım atılmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən əsaslıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı xx.xx.2020-ci il tarixdən xx.xx.2021-cu il tarixədək illik 5% dərəcəsi ilə hesablanmış 554,84 ABŞ dollarına aid hissədə təmin etməyərək əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh kredit müqaviləsi üzrə öhdəliyini tam şəkildə icra etdikdən sonra, iddiaçı bank tərəfindən kreditin qaytarılma müddətinin bitdiyi tarixdən sonra yenidən həmin kredit müqaviləsi üzrə borcların ona hesablanmış faiz borclarının əldən çıxmış faydanın və penyanın tələb etməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələbləri ilə aşkar surətdə ziddiyyət təşkil edir. Birinci instansiya məhkəməsi öz qənaətini onunla əsaslandırmışdır ki, cavabdehin borcu ödədiyi vaxtdan cavabdeh kredit müqaviləsi üzrə öhdəliyini tam şəkildə icra etmiş sayılır və həmin hallar da tərəflər arasında mövcud olan müqavilə öhdəliklərinin xitamına səbəb olmuşdur. Belə olan halda iddiaçı bankla cavabdeh arasında öhdəlik hüquq münasibətləri başa çatmışdır. İşin müəyyən olunmuş hallarından da görünür ki, kredit borcunun tutulması və tələbin ipoteka ilə yüklü edilmiş mənzilə yönəldilməsinə dair məhkəmə qətnaməsi tam şəkildə icra olunmuş, yəni cavabdeh borcunu tam şəkildə ödəmişdir. Bununla da cavabdeh tərəf kredit müqaviləsi üzrə öhdəliyini lazımınca icra etmişdir. Ona gərə də tərəflər arasında mövcud olmuş müqavilə münasibətlərinə xitam verilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, kredit müqaviləsi üzrə öhdəlik tam icra olunduqdan sonra, iddiaçı bankın yenidən xitam olunmuş müqaviləyə istinad edərək cavabdehdən faiz borcu, əldən çıxmış fayda və dəbbə pulu tələb etməsi, açıq-aşkar hüquqdan sui-istifadədir. Eləcə də, digər tərəfi aşkar surətdə əlverişsiz vəziyyətə saldığı üçün etimad və vicdanlılıq prinsiplərinə ziddir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icraya yönəlmişdir. İcra ərəfəsində isə cavabdeh borcunu tam şəkildə ödəmişdir. Bu da onu deməyə əsas verir ki, iddiaçı bankın zərərə məruz qalması cavabdehdən asılı olmayan hallardan irəli gəlmişdir. Cavabdehin onun cavabdeh olmadığı halda kreditorun düşdüyü zərər üçün məsuliyyət daşımır və onun bu halda əlavə maliyyə sanksiyasına məruz qalması yol verilməzdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, iddianı tam rədd etməkdə haqlı olmamış, eyni zamanda maddi hüquq normalarının tətbiqində səhvə yol vermiş və tərəflər arasındakı münasibətlərin xarakterini maddi hüquq normalarının tələbləri baxımından düzgün müəyyənləşdirə bilməmişdir. Kollegiya iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir; Mülki iş materiallarında olan iddiaçı (kreditor) ASC "xxxx" Bankı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli **********23914 №-li Kredit müqaviləsinə (bundan sonra «Kredit müqaviləsi» adlandırılacaq) müvafiq olaraq iddiaçı tərəfindən borc alana 48 (qırx səkkiz) ay müddətinə, illik 19 % (on doqquz faiz) ödəmək şərtilə 25 000 (iyirmi beş min) ABŞ dolları məbləğində kredit verilmişdir. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin 1 avqust 2017-ci il tarixli, 2(051)- 859/2017 saylı qətnaməsinin surətindən görünür ki, iddia tələbi qismən təmin edilmişdir. Cavabdeh 21697.47 ABŞ dolları məbləğdə əsas, 4657.52 ABŞ dolları məbləğdə hesablanmış faiz və 10 ABŞ dolları cərimə olmaqla, cəmi 26364.99 ABŞ dolları məbləğdə borc qətnamə icra olunan günə manat məzənnəsi ilə hesablanıb ASC "xxxx" Bankına verilməsi, həmin borcun ödənilməsi ipotekaya qoyulmuş, X3 mülkiyyətində olan, Mingəçevir şəhəri A.Məmmədov küçəsində olan 0.16 ha torpaq sahəsində yerləşən, 15 nömrəli binanın 2-ci girişində, 4-cü mərtəbəsində 57.67 kv.m yaşayış, 22.68 kv.m yardımçı sahədən ibarət olmaqla, ümumi sahəsi 80.35 kv.m təşkil edən 5 otaqlı, 22 nömrəli mənzilinə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 65000 manat müəyyən edilməsi və mənzilin açıq hərracda satılmasından əldə olunacaq vəsait hesabına Cavabdeh banka olan borcunun ödənilməsi, dövlət rüsumu kimi ödənilmiş 30 manat pul, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 30 manat və sənədlərin notariat qaydada təsdiq edilməsi üçün ödənilmiş 24 manat rüsum Cavabdeh alınıb ASC "xxxx" Bankının hesabına ödənilməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin bankın xx.xx.2020-ci il tarixədək hesablanmış 14062,28 ABŞ dollarına adi faiz borcunu tələb etməkdə haqlı olmasına dair dəlilini əsaslı hesab etmir və iddianın xx.xx.2014-cü il tarixli **********23914 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixinə qədər illik 19% dərəcəsi ilə hesablanmış və ödənilməmiş 14062,28 ABŞ dollarına adi faizlər üzrə borc məbləğinin Cavabdeh tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbinin həmin hissəsi əsassızdır. Belə ki, işdə olan Mingəçevir Şəhər Məhkəməsinin 1 avqust 2017-ci il tarixli, 2(051)- 859/2017 saylı qətnaməsindən görünür ki, iddiaçı ASC "xxxx" Bankı tərəfindən kredit götürən və ipoteka qoyan qismində çıxış edən Cavabdeh ipoteka predmetinə tutmanın yönəldilməsinə dair dəfələrlə bildiriş göndərilmiş, kredit müqaviləsi üzrə borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə ipoteka predmetinin 30 gün müddətində satılması tələb edilmiş, əks təqdirdə iddiaçının məhkəməyə müraciət etmək və ipoteka qoyulmuş əmlakı açıq hərracda satmaq hüququndan istifadə edəcəyi barədə ipoteka qoyan Cavabdeh xəbərdarlıq edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçı bankın nümayəndəsi cavabdehdən tələb edilən 14062,28 ABŞ dolları məbləğində illik 19 faiz dərəcəsi ilə hesablanmış faiz borcunun iddiaçı bankın kredit borcunun ödənilməsi məqsədi ilə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair əvvəlki iddia ərizəsisının birinci instansiya məhkəməsinə təqdim edilməsindən sonra hesablanan faiz məbləği olduğunu göstərmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, kreditorun borcluya bildiriş göndərərək bütün borcun qaytarılmasını tələb etməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbər verməsi kredit müqaviləsinin birtərəfli qaydada ləğv olunmasına dəlalət edir. Belə olan halda, müvafiq bildiriş verildikdən sonra faiz borcunun kredit müqaviləsindəki illik faiz dərəcəsi ilə hesablanması doğru yanaşma sayıla bilməz. Çünki, müavilə ləğv edildikdən sonra həmin əqddəki faiz şərtinə istinad edilməsi yolverilməzdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 421.2-ci maddəsində sadalanan iki əsasdan biri varsa (digər tərəfin müqaviləni əhəmiyyətli dərəcədə pozması və ya bu Məcəllədə (və ya müqavilədə) nəzərdə tutulan digər hallar) müqaviləni ləğv etmənin məhkəmədən kənar qaydada baş verməsinin mümkünlüyü, MM-in 421.3-cü maddəsinə əsasən tərəfin müqaviləni birtərəfli qaydada aradan qaldırmaq hüququna malik olması, müqavilənin ləğv edilməsinin bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarında göstərilmişdir. Həmin Qərarda kredit müqaviləsi üzrə borcun müqavilədə nəzərdə tutulan qaydada ödənişinin gecikdirilməsi nəticəsində borc verənin müqavilə müddətinin bitməsini gözləmədən bütün məbləğin ödənilməsini tələb etdiyi (müqavilədən imtina etdiyi) halda, eləcə də kreditorun tələbinin girov predmetinə yönəldildiyi təqdirdə müqavilə tərəflərinin hüquqi vəziyyəti ilə bağlı qeyd edilmişdir ki, “Kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. ... öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər”. Məhkəmə kollegiyası apellyasiya şikayətinin bankın kreditləşmə müddətinin bitdiyi xx.xx.2014-cü il tarixindən əsas borcun tam olaraq ödənildiyi xx.xx.2020-ci il tarixinədək hesablanmış 4737,18 ABŞ dolları məbləğində penyanı tələb etməkdə haqlı olmasına dair dəlilini əsaslı hesab etmir və iddianın xx.xx.2020-ci il tarixədək vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə hesablanmış 4737,18 ABŞ dolları məbləğində penyanın tutulması hissəsinə də münasibət bildirərək qeyd edir ki, iddia tələbi həmin hissədə də əsaslı deyildir. Belə ki, dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən kreditora ödənilməli olan pul məbləğidir ki, bəlli olduğu kimi müqavilənin qüvvədə olduğu müddətdə dəbbə pulu hesablana bilər. Müəyyən edildiyi kimi, tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli **********23914 saylı kredit müqaviləsinin müddəti xx.xx.2018-ci il tarixdə bitmişdir. İddiaçı müqavilə müddətinin bitməsindən sonra ödənilməsi gecikdirilmiş məbləğə illik 15% dərəcəsi ilə hesablanmış 4737,18 ABŞ dolları təşkil edən cərimə faizlərini tələb edir ki, bunda da haqlı deyildir. Belə ki, yuxarıda şərh olundu kimi, dəbbə pulu müqavilə müddətində hesablanmalı olan pul məbləğidir və müqavilə müddəti artıq bitmişdir. Bundan başqa iddiaçı müqavilə müddətinə hesabladığı dəbbə pulunu tələb etmiş və Mingəçevir Şəhər Məhkəməsinin qətnaməsi ilə 10 ABŞ dolları cərimə borcunun cavabdehdən tutulmasını qət etmişdir. Şərh olunanlara əsasən məhkəmə qeyd edir ki, iddiaçının müqavilə müddəti bitdikdən sonra müqaviləyə əsasən cavabdehdən cərimə tələb etmək hüququ yoxdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin məhkəmənin “qətnamə üzrə borcun cavabdeh tərəfindən iddiaçıya tam ödənildiyi andan, cavabdehin kredit müqaviləsi üzrə öhdəliyini tam şəkildə icra etmiş sayılması” ilə bağlı mövqeyinin əsassız olmasına dair dəlili ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnamə üzrə borcun cavabdeh tərəfindən iddiaçıya tam ödənildiyi andan, cavabdehin kredit müqaviləsi üzrə öhdəliyini tam şəkildə icra etmiş sayılmasına dair mövqeyi əsassızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər bu Məcəllədə və ya müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. İddiaçı ASC "xxxx" Bankı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli **********23914 saylı kredit müqaviləsinin 5.2-ci bəndində göstərilmişdir ki, Bu Müqaviləyə borc alan tərəfindən əsas borc, faizlər və digər pul tələbləri üzrə öhdəliklərin banka tam icra olunduğu tarixdən xitam verilir. Bu baxımdan apellyasiya şikayətinin kreditləşmə müddətinin bitdiyi xx.xx.2020-ci il tarixindən əsas borcun tam olaraq ödənildiyi xx.xx.2021-ci il tarixinədək hesablanmış 554,84 ABŞ dolları məbləğində əldən çıxmış faydanı tələb etməkdə haqlı olmasına dair dəlili ilə qismən razılaşan məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda şərh edilən normaların tələblərindən göründüyü kimi işə baxan birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.4-cü maddəsinin tələblərini, tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərini diqqətə almayaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarını səhv təhsir edərək cavabdehin banka heç bir borcunun olmaması nəticəsinə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərinin qarşılıqlı hüquq bağlılığı davam edir və MM-in 399.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Bu isə MM-in “Öhdəliklərin icra edilməməsi” adlanan 22-ci Fəslində və “Öhdəliklərin icra edilməməsi üçün məsuliyyət” adlanan 23-cü Fəslində müəyyən edilmiş müddəaların tətbiq edilməsini tələb edir. Həmin Qərarda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunu həmçinin bu nəticəyə gəlmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2009-cu il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqe bundan ibarət olmuşdur ki, öhdəliyin lazımınca icrasının, ilk növbədə, onun şərtlərinə və qanunvericiliyin tələblərinə riayət olunmasından asılı olduğunu nəzərə alaraq, «Məhkəmə qərarlarının icrası haqqında» Azərbaycan Respublikasının Qanunu ilə məhkəmə qərarının icrası ilə bağlı üzərinə düşən vəzifələrin icrasından qərəzli olaraq boyun qaçırmamaqla, onları könüllü yerinə yetirərək girov əmlakı təhvil vermiş şəxs borc və faizlərin girov əmlaka yönəldiyi andan kredit müqaviləsi üzrə öhdəliyini icra etmiş hesab olunur və buna görə, tərəflər arasındakı müqavilə münasibətlərinə xitam verildiyi üçün, o, MM-in 449.1-ci maddəsi üzrə məsuliyyətə cəlb edilə bilməz. Kollegiya qeyd edir ki, iş materiallarından müəyyən edildiyi kimi Mingəçevir Şəhər Məhkəməsinin 01 avqust 2017-ci il tarixli, 2(051)/859/2017 saylı qətnaməsində tutulması qət edilmiş xx.xx.2014-cü il tarixli **********23914 saylı kredit müqaviləsi üzrə borc məbləğləri ipoteka predmetinin boşaldılması və satışınadək, yəni Cavabdeh tərəfindən iddiaçı bankın hesabına ödənilmişdir. İddiaçı bankın hazırkı iddia ərizəsində tələb etdiyi məbləğlər isə cavabdeh tərəfindən borc məbləğinin ödənişindən sonrakı, yəni tələbi icra etdiyi vaxtdan sonrakı deyil, tələbin icra edildiyi dövrədək olan müddəti əhatə edir. Kollegiya həmçinin qeyd edir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun “İpoteka predmetinə tutmanın yönəldilməsi və ona xitam verilməsi” adlanan V fəslinin müddəalarından aydın olur ki, ipoteka predmetinə tutmanın yönəldilməsi prosesi ipoteka saxlayan tərəfindən ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərilməsi (həmin Qanunun 36-cı maddəsi) ilə başlayır və məntiqi ardıcıllıqla davam edərək ipoteka predmetinin satılmasından əldə olunan gəlirin bölüşdürülməsi ilə, o cümlədən ipoteka saxlayanın ipoteka ilə təmin olunmuş tələbinin, o cümlədən əsas borcun, faizlərin, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, yaxud icranın gecikdirilməsi nəticəsində dəbbə pulunun və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsinə yönəldilməklə (həmin Qanunun 47-ci maddəsi) başa çatır. Bu baxımdan, borcverən bankla borcalan şəxs arasında mövcud olmuş kredit münasibətləri üzrə yaranmış əvvəlki məhkəmə mübahisəsinə qanuni qüvvəyə minmiş qətnamə ilə son qoyulsa da, əvvəlki mübahisə üzrə iddiaçının əsas borc, faiz borcu, cərimə borcu tam və ya qismən təmin olunsa da və borclu tərəfindən borc məbləği tələbin ipoteka predmetinin satışınadək ödənilsə də, borcverən bank ipoteka predmeti icra qaydasında satılanadək, yəni məhkəmə qətnaməsi üzrə müəyyən edilmiş borcun ödənildiyi dövrədək əldən çıxmış fayda formasında ona dəyən zərərin əvəzini, yəni ən azından, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsini MM-in 21.2, 443.1, 443.2 və 445.7-ci maddələrinə uyğun olaraq, tələb etməkdə haqlıdır. Bu baxımdan iddiaçı həmin dövr üçün də cavabdehdən məhz illik 5 faiz dərəcəsi ilə hesablanmış məbləği tələb etməkdə haqlıdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2009-cu il tarixli Qərarındakı mövqeyi səhv təfsir etməklə yanlış mövqedən çıxış etmişdir. Bundan başqa mülki işin obyektiv, hərtərəfli və tam araşdırılması məqsədilə Şəki Apellyasiya Məhkəməsinin 18 yanvar 2024-cü il tarixli qərardadı ilə məhkəməmühasibatlıq ekspertizası, xx.xx.2023-cü il tarixli qərardadı ilə isə təkrar məhkəməmühasibatlıq ekspertizası təyin edilmiş və rəylərin verilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 19 mart 2024-cü il tarixli 3-16-16/2-9/1032/2024 nömrəli ekspert rəyində göstərilmişdir ki; faiz (illik 5%-lə hesablanmaqla)- 1.048,71 USD təşkil etmişdir. Qeyd edilir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarında göstərilir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik 5 (beş) faiz ödənilməsini tələb etmək hüququna malikdir. 2 oktyabr 2020-ci il tarixdən 20 sentyabr 2021-ci il tarixədək ödənilməmiş əsas kredit borcu məbləğinə illik 5% dərəcəsi ilə hesablanmış məbləğ 554,84 ABŞ dolları təşkil edir. Kollegiya qeyd edir ki, məhkəmə Ekspertizası Mərkəzinin 19 mart 2024-cü il tarixli 3- 16-16/2-9/1032/2024 nömrəli ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, bununla bağlı sübutlar təqdim edilməmişdir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir və iddiaçı tərəfindən ekspertiza rəyində qeyd edilənləri təkzib edə biləcək digər bir dəlil təqdim etməmişdir. Eyni zamanda kollegiya qeyd edir ki, iddiaçı tərəf tələbində xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 5% (beş faiz) dərəcəsi ilə hesablanmış 554,84 (beş yüz əlli dörd ABŞ dolları 84 sent) ABŞ dolları məbləğində əldən çıxmış faydanın (zərər) əvəzini tələb etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Kollegiya qeyd edir ki, iddiaçı tələbində 554,84 (beş yüz əlli dörd ABŞ dolları 84 sent) ABŞ dolları məbləğində əldən çıxmış faydanın (zərər) əvəzini tələb etdiyindən, hazırkı işdə müstəsna hallar aşkar edilmədiyindən iddia xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək illik 5% dərəcəsi ilə hesablanmış 554,84 (beş yüz əlli dörd ABŞ dolları 84 sent) dollarına aid hissədə təmin edilməlidir. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin iddiaçı bank qarşısında 2 oktyabr 2020-ci il tarixdən 20 sentyabr 2021-ci il tarixədək banka ödəməli olduğu illik 5 faiz dərəcəsi ilə hesablanmış məbləğin müəyyən edilməsində Məhkəmə Ekspertizası Mərkəzinin 19 mart 2024-cü il tarixli 3-16-16/2-9/1032/2024 nömrəli ekspert rəyində göstərilən illik 5 faiz dərəcəsi ilə müəyyən olunmuş məbləğ əsas götürülməlidir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni iddia tələbinin Cavabdeh xx.xx.2020-ci il tarixdən xx.xx.2021-cu il tarixədək illik 5% dərəcəsi ilə hesablanmış 554,84 ABŞ dolları məbləğində pulun alınıb iddiaçı "xxxx" X11 Cəmiyyətinə verilməsinə, eyni zamanda dövlət rüsumuna aid hissədə maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş və iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamışdır. Ona görə də iddiaçı "xxxx" X11 Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Mingəçevir Şəhər Məhkəməsinin 11 sentyabr 2023-cü il tarixli, 2(051)-61/2023 saylı qətnaməsi qismən, iddianın təmin edilməyən xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək illik 5% dərəcəsi ilə hesablanmış 554,84 (beş yüz əlli dörd ABŞ dolları 84 sent) dollarına aid hissədə ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia xx.xx.2020-ci il tarixdən xx.xx.2021-cu il tarixədək illik 5% dərəcəsi ilə hesablanmış 554,84 (beş yüz əlli dörd ABŞ dolları 84 sent) dolları Cavabdeh alınaraq iddiaçıya ödənilməlidir. Eyni zamanda iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 189 manat dövlət rüsumunun yarısını təşkil edən 94,50 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Qətnamə mübahisələndirilən digər hissələrdə apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı "xxxx" X11 Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 11 sentyabr 2023-cü il tarixli, 2(051)-61/2023 saylı qətnaməsi qismən, iddianın təmin edilməyən xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək illik 5% dərəcəsi ilə hesablanmış 554,84 (beş yüz əlli dörd ABŞ dolları 84 sent) dollarına aid hissədə ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilsin. İddia tələbi həmin hissədə təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək illik 5% dərəcəsi ilə hesablanmış 554,84 (beş yüz əlli dörd ABŞ dolları 84 sent) dolları borc icra olunduğu günə Azərbaycan manatına olan məzənnəsi ilə tutularaq iddiaçı ASC "xxxx" Bankının hesabına ödənilsin. İddiaçı tərəfindən ödənilmiş 189 manat dövlət rüsumunun yarısını təşkil edən 94,50 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilsin. Qətnamə mübahisələndirilən digər hissələrdə apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Məhkəmə-mühasibatlıq ekspertizası üzrə ekspertiza tədqiqatının cəmi dəyəri olan 50 manatın 25 manatı iddiaçı ASC "xxxx" Bankından, 25 manatı isə Cavabdeh tutularaq dövlət büdcəsi hesabına (AZ34CTRE********************; Az.MEM, VÖEN**********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22) keçirilsin. Qətnamədən, iddiaçının tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar