Məhkəmə qərarları › İş №2(107)-2019/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-2019/2020

25.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-2019/2020 25.11.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 və Cavabdeh nümayəndəsi X2 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Zərdab Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(035)-246/2020 nömrəli qətnaməsindən İddiaçı MMC-nin İdarə heyətinin sədri Həsənov Rövşən Həsən oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Zərdab Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(035)-246/2020 nömrəli qətnaməsi ilə (hakim Tahir Qubadov) İddiaçı MMC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair iddiası təmin edilməmiş, iddia ərizəsinə məhkəmədə baxılması üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilmişdir. İşin halları: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən əsas borca görə 5024.56 manat, cərimə borcuna görə 1351.4 manat, ödənilmiş dövlət rüsumuna görə 30 manat, cəmi 6405.96 manat pulun tutularaq İddiaçı MMC-yəödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC, “MKT-Zərdab” filialı və Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli ********* saylı müqaviləyə əsasən cavabdeh 10.0 hektar sahədə pambıq əkməyi və hər hektardan 20 sentner məhsul əldə etməklə 20.0 ton xam-pambıq məhsulu istehsal edib iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Cavabdeh müqavilənin icrasına görə iddiaçıdan 8235.39 manat məbləğində avans götürmüş, müqavilə şərtlərinə görə götürdüyü avansın dəyərini xam-pambıqla ödəməli və həmin vəsait üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xampambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Lakin, cavabdeh müqavilədə nəzərdə tutulan miqdarda 20.0 ton xam-pambıq istehsal edib verməli olduğu halda, cəmi 3210.83 manat məbləğində6485.8 kq pambıq təhvil vermişdir. Müqavilənin 4.2-ci bəndinə əsasən cavabdeh müqavilədə nəzərdə tutulan miqdarda xam-pambıq vermədiyi halda yerinə yetirilməyən öhdəlik üzrə xam-pambığın 1-ci növ qiyməti ilə (1-ci növ xam-pambığın 1 tonunun qiyməti 500 manatdır) 20 faiz həcmində cəriməödəməlidir ki, bu cərimənin də məbləği 1351.4 manat təşkil edir. Bununla da cavabdehin iddiaçıya 5024.56 manat əsas borcu, cəriməyə görə 1351.4 manat, cəmi 6375.96 manat borcu yaranmışdır. Tələb olunmasına baxmayaraq borcun ödənilməsi cavabdeh tərtəfindən təmin edilməmişdir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi X4 iddia ərizəsinin məzmuna uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi X5 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, 2017-ci il mövsümü üçün pambıq əkilməsi və tədarükü ilə bağlıəvvəlcə cavabdehlə “xxxx” ATSC arasında xx.xx.2016-cı il tarixdə, daha sonra həmin münasibətin davamı olaraq İddiaçı MMC, “MKT-Zərdab” filialıilə aralarında xx.xx.2017-ci il tarixli ********* saylı müqavilə bağlanmış və həmin müqavilələrə əsasən cavabdeh 2017-ci il mövsümü üçün pambıq əkməyi və hər hektardan 20 sentner məhsul əldə etməklə xam-pambıq məhsulu istehsal edib iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Öhdəliyinə uyğun olaraq, cavabdeh Zərdab rayonunun Bəyimli kəndində 30.0 ha pambıq əkmiş və yaxşı çıxış almışdır. Lakin, xx.xx.2017-ci il tarixdə yağan güclü dolu və leysan yağışı nəticəsində pambıq sahəsi tamamilə məhv olmuşdur. Baş verən təbii fəlakət nəticəsində cavabdeh özündən aslı olmayan səbəbdən, yəni qarşısı alınmaz qüvvənin təsirindən öhdəliyini yerinə yetirə bilməmişdir. Buna baxmayaraq öhdəliyi yerinə yetirməyə səy göstərmiş, bu məqsədlə gec olsa da həmin ilin may ayının sonlarında yenidən həmin yerəçiyid səpmişdir. Lakin, ikinci səpin gec olduğundan, yəni havaların artıq isti olduğu vaxta düşdüyündən torpağın üst qatının 3-5 sm dərinliyində nəmlik (arat) havanın isti olması səbəbindən qurumuşdur. İkinci səpin zamanı torpağın üst qatına düşmüş çiyid (toxum) lazımı nəmliyin olmaması səbəbindən inkişaf etməmiş bitiş alınmışdır. Nəticədə hər hektarda lazımı bitki sıxlığı alınmamışdır ki, bu da öz növbəsində məhsul itkisinə səbəb olmuşdur. Bundan başqa bitkinin vegetasiya müddəti 150-180 gün olduğu üçün qozaların açılması soyuq hava şəraitinə düşdüyü üçün lazımi məhsuldarlıq alınmamışdır. Yuxarıda qeyd etdiyi fors-major səbəbindən cavabdeh iddiaçı qaşısında öhdəliyini yerinə yetirə bilmədiyi üçün hesab edir ki, iddiaçı qaşısında məsuliyyətdən azad olunmalıdır. Tərəflər aralarında bağlanmış xx.xx.2017-ci il tarixli ********* saylı müqavilənin 5.1-ci bəndində də fors-major şəraitində, yəni təbii fəlakət nəticəsində öhdəliyin qeyrimümkünlüyü nəzərdə tutulmuşdur. Ona görə də yuxarıda qeyd edilənlərin nəzərə alınmasını və iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn İddiaçı MMC-nin İdarə heyətinin sədri Həsənov Rövşən Həsən oğlu аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətlərinin dəlilləri: İddiaçı MMC-nin İdarə heyətinin sədri Həsənov Rövşən Həsən oğlu apellyasiya şikayətini iddia ərizəsinin dəlilləri ilə əsaslandıraraq göstərmişdir ki, məhkəmə sübutlara düzgün qiymət verməmiş, nəticədə qətnamə qəbul edərkən maddi hüquq normalarını düzgün tətbiq etməmiş, yalnız cavabdehin şifahi mülahizəsini, hüquqi əsası olmayan və toxumluq çiyidin keyfiyyətini vizual baxışla təyin edən akta istinad etmişdir. Məhkəmə tərəfindən iddia tələbinə birtərəfli qaydada, yalnız cavabdehin şifahi mülahizəsinə üstünlük verməklə baxılmışdır. Ona görə də, Zərdab Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(035)-246/2020 nömrəli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi haqqında yeni qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında İddiaçı MMC-nin nümayəndəsi X4 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi X5 apelyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Zərdab Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(035)-246/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquq məsələləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apelyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” xx xxxxxxx 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apelyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apelyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, iddiаçı İddiaçı MMC-nin İdarə heyətinin sədri Həsənov Rövşən Həsən oğlu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, iş üzrə Zərdab Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(035)-246/2020 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı MMC-nin Cavabdeh qarşı cavabdehdən əsas borca görə 5024,56 manat, cərimə borcuna görə 1351,4 manat, ödənilmiş dövlət rüsumuna görə 30 manat, cəmi 6405,96 manat pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi tələbinə dair iddiası qismən təmin edilməli, cаvаbdeh Cavabdeh əsas borca görə 5024,56 manat, cərimə borcuna görə 51,4 manat cərimə və ödənilmiş dövlət rüsumuna görə 30 manat olmaqla, cəmi 5105,96 manat alınaraq İddiaçı MMC-nin xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. İşdə olan “xxxx” ASC ilə Cavabdeh arasında bağlanmış 81 saylı, xx.xx.2016-cı il tarixli müqavilədən görünür ki, Cavabdeh 30.0 ha sahədə pambıq əkməyi və hər hektardan minimum 20 sentner pambıq təhvil verməyi öhdəsinə götürmüşdür. İşdə olan İddiaçı MMC, “MKT-Zərdab Ucar” filialı iləCavabdeh arasında bağlanmış ********* saylı, xx.xx.2017-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh istehsal etdiyi xam-pambığı tədarükçüyə satmağı öhdəsinə götürmüşdür. İşdə olan Zərdab rayon İcra Hakimiyyəti Başçısı aparatının sosial iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Namiz Rüstəmovun, “xxxx” ASC-nin nümayəndəsi Əbülfət Rəhimovun, X3 müdiri Hüseyn Hüseynovun, Zərdab rayon İcra Hakimiyyəti Başçısı aparatının Bəyimli qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Fikrət Məmmədovun və sahibkar Cavabdeh iştirakı ilə tərtib edilmiş xx.xx.2017-ci il tarixli Aktdan müəyyən olunur ki, Cavabdeh məxsus 30.0 ha pambıq sahəsi xx.xx.2017-ci il tarixdə yağan güclü dolu və leysan nəticəsində tamamilə məhv olmuşdur. İşdə olan X6 Mərkəzinin rəisi H.Hüseynov tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, xx.xx.2017-ci il tarixdə baş vermiş təbii fəlakət zamanı Cavabdeh pambıq bitkisi tamamilə məhv olduqdan sonra həmin sahədə may ayının sonuna yaxın təkrar geçikmiş səpin aparılmışdır. Sahə ziq-zaq malası ilə dirmıxlanmışdır. Bu zaman torpağın üst qatının 3-5 sm dərinliyində nəmlik (arat) küləyin və havanın isti olması səbəbindən qurumuşdur. Səpin aparılan zaman torpağın üst qatına düşmüş çiyid (toxum) lazımı nəmliyin olmaması səbəbindən inkişaf etməmiş bitiş alınmışdır. Normal məhsul almaq üçün bir hektar sahədə 100-120 min bitki sıxlığı olmalıdır. Lakin, Cavabdeh əkin sahəsində torpaqda nəmliyin olmaması çiyidin quruya düşməsi nəticəsində təqribən 60-70 min bitki sıxlığı alınmışdır ki, bu da məhsul itkisinə səbəb olmuş amillərdən biridir. Eyni zamanda bitkinin vegetasiya müddəti 150-180 gün olduğu üçün həmin sahədə gecikmiş səpin aparıldığı səbəbindən qozaların açılması dekabr ayının birinci ongünlüyünə təsadüf etmişdir. Dekabr ayında havaların soyuq və şaxtalı keçməsi inkişaf etməkdə olan qozaların açılmasına mane olmuş və ya tamamilə məhvinə səbəb olmuşdur. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 14.2, 386.1, 389.1, 390.1, 399.1, 425.1 və 556.1-ci maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmiş hesab edilmişdir ki, hazırkı Cavabdeh “xxxx” ASC və İddiaçı MMC, “MKT-Ucar” filialı ilə aralarında bağlanmış müqaviləyə əsasən 30.0 ha (iddia ərizəsində 10.0 ha göstərilmişdir) sahədə pambıq əkməyi və hər hektardan minimum 20 sentner pambıq əldə edib tədarükçüyə - iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Tərəflər ilk vaxtlar müqavilə şərtlərinə uyğun hərəkət etmiş, yəni iddiaçı cavabdehəçiyid, gübrə və s. şəkildə avans vermiş, cavabdehdə müqavilə şərtərinə uyğun pambıq əkmiş və lazımı çıxışı almışdır. Lakin, sonradan pambıq sahəsi təbii fəlakət, yəni xx.xx.2017-ci il tarixdə yağan güclü dolu və leysan yağışı nəticəsində tamamilə məhv olmuşdur. Buna baxmayaraq cavabdeh öhdəliyi yerinə yetirməyə səy göstərmiş, bu məqsədlə gec olsa da, həmin ilin may ayının sonlarında yenidən həmin yerə çiyid səpmiş, lakin, ikinci səpin gec olduğundan, yəni havaların artıq isti olduğu vaxta düşdüyündən torpağın üst qatının 3-5 sm dərinliyində nəmlik (arat) havanın isti olması səbəbindən qurumuşdur. İkinci səpin zamanı torpağın üst qatına düşmüş çiyid (toxum) lazımı nəmliyin olmaması səbəbindən inkişaf etməmiş bitiş alınmış, nəticədə hər hektarda lazımı bitki sıxlığı alınmamışdır ki, bu da öz növbəsində məhsul itkisinə səbəb olmuşdur. Bundan başqa bitkinin vegetasiya müddəti 150-180 gün olduğu üçün qozaların açılması soyuq hava şəraitinə düşdüyü üçün lazımi məhsuldarlıq alınmamışdır. Buna baxmayaraq cavabdeh iddiaçıya 3210.83 manat məbləğində 6485.8 kq pambıq təhvil vermişdir. Beləliklə, baş verən təbii fəlakət nəticəsində cavabdeh özündən aslı olmayan səbəbdən, yəni qarşısı alınmaz qüvvənin təsirindən öhdəliyini yerinə yetirə bilməmişdir. Tərəflər aralarında bağlanmış 81 saylı, xx.xx.2016-cı il tarixli müqavilənin 6.2-ci bəndinə əsasən bu müqavilə ilə tənzimlənməyən bütün münasibətlərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada tənzimlənəcəyini, xampambığın alqı-satqısına dair bağlanmış ********* saylı, xx.xx.2017-ci il tarixli müqavilənin 5.1-ci bəndinə əsasən isə Fors-major şəraitində (hərbi vəziyyət, blokada şəraiti, tərəflərdən aslı olmayan ümumi tətil, sel, daşqın, zəlzələ və s. təbii fəlakətlər) müqaviləyə əsasən götürülən öhdəliklərin yerinə yetirilməsinin qeyri-mümkünlüyünü şərtləndirmişlər. Buradan aydın olur ki, tərəflər gələcəkdə Fors-major şəraitində müqavilə öhdəliklərinin yerinə yetirilə bilməmə münkünlüyünü qabaqcadan gözönünə gətirərək öz riskləri ilə hərəkət etmişlər. Birinci instansiya məhkəməsi işin yuxarıda müəyyən olunan hallarına əsaslanaraq və yuxarıda adıçəkilən qanunvericilik normalarının müddəalarına əsasən belə nəticəyə gəlir ki, cavabdeh Fors-major - xx.xx.2017-ci il tarixdə yağan güclü dolu nəticəsində pambıq sahəsinin tamamilə məhv olması səbəbdən, yəni qarşısı alınmaz qüvvənin təsirindən müqavilə üzrə öhdəliyini yerinə yetirə bilmədiyi üçün iddiaçı qarşısında məsuliyyət daşımamalıdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, müqavilənin cavabdeh tərəfindən icrası mümkün olmadığından və icra edilməmə cavabdehin cavabdeh olmadığı haldan irəli gəldiyindən iddiaçı aralarında bağlanmış müqavilənin formal olaraq mövcud olmasına istinad edərək cavabdehdən öhdəliyin icrasını tələb edə bilməz Birinci instansiya məhkəməsi hesab etmişdir ki, tərəflər aralarında bağlanmış ********* saylı, xx.xx.2017-ci il tarixli müqavilənin 5.1-ci bəndinə əsasən isə Fors-major şəraitində (hərbi vəziyyət, blokada şəraiti, tərəflərdən aslı olmayan ümumi tətil, sel, daşqın, zəlzələ və s. təbii fəlakətlər) müqaviləyə əsasən götürülən öhdəliklərin yerinə yetirilməsinin qeyri-mümkünlüyünü şərtləndirmələrinə baxmayaraq cavabdeh birinci çiyid səpini nəticəsində alınmış çıxışın təbii fəlakət nəticəsində (Fors-major şəraitində) məhv olmasına rəğmən öhdəliyin icrasına nail olmaq üçün iddiaçının da razılığı ilə (iddiaçı təkrar çiyid verməklə və s.) ikinci səpini həyata keçirmiş, lakin səpin artıq gecikdiyindən lazımı məhsulun alınması və deməli öhdəliyin yerinə yetirilməsi obyektiv olaraq mümkün olmamışdır. Qeyd olunanlara əsasən birinci instansiya məhkəməsi xüsusi ilə qeyd etməyi lazım bilmişdir ki, cavabdeh müqavilə üzrə öhdəliyin icrasına nail olmaq üçün vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmişdir. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, cavabdeh müqavilə üzrə öhdəliyin icrasına nail olmaq üçün vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etdiyindən, iddiaçı gələcəkdə Fors-major şəraitində müqavilə öhdəliklərinin yerinə yetirilə bilməmə münkünlüyünü qabaqcadan gözönünə gətirərək öz riski ilə hərəkət etdiyindən, həqiqətən öhdəliyin icrası zamanı Fors-major şəraiti baş verdiyindən, cavabdehin öhdəliyin icrasına nail olmaq üçün vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etməsinə baxmayaraq Fors-major səbəbindən öhdəliyin icrasına nail olmaq mümkün olmadığından hazırkı iddia qanunsuzdur və təmin edilməməlidir. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsinə məhkəmədə baxılması üçün dövlət büdcəsinə 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia təmin edilmədiyi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 14.2-ci mаddəsinin tələbinə görə məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və onlаrdаn istifаdə etməlidir. Həmin Məcəllənin 77.1-ci mаddəsinə görə hər bir tərəf öz tələblərinin və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2-ci maddəsinə görə qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər qanunvericilikdə mülki hquqların və vəzifələrin əmələ gəlməsinin əsaslarından biri kimi nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsindəəmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçəşəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, beləşərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 556.1-ci maddəsinə görə icra mümkün olmadıqda, yəni icra edilməmə tərəflərin heç birinin cavabdeh olmadığı haldan irəli gəldikdə, öhdəliyə xitam verilir. Bu halda kreditor borcludan öhdəliyin icrasını tələb edə bilməz. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyasının araşdırmaları zamanı müəyyən edilmişdir ki, “xxxx” ASC ilə Cavabdeh arasında bağlanmış 81 saylı, xx.xx.2016-cı il tarixli müqaviləyə əsasən Cavabdeh 30.0 ha sahədə pambıq əkməyi və hər hektardan minimum 20 sentner pambıq təhvil verməyi öhdəsinə götürmüşdür. Daha sonra həmin münasibətin davamı olaraq iddiaçı “MKT-Zərdab” filialı və Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli ********* saylı müqaviləyə əsasən cavabdeh 10.0 hektar sahədə pambıq əkməyi və hər hektardan 20 sentner məhsul əldə etməklə 20.0 ton xam-pambıq məhsulu istehsal edib iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Cavabdeh müqavilənin icrasına görə iddiaçıdan 8235.39 manat məbləğində avans götürmüş, müqavilə şərtlərinə görə götürdüyü avansın dəyərini xam-pambıqla ödəməli və həmin vəsait üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam-pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Lakin, cavabdeh müqavilədə nəzərdə tutulan miqdarda 20.0 ton xam-pambıq istehsal edib verməli olduğu halda, cəmi 3210.83 manat məbləğində 6485.8 kq pambıq təhvil vermişdir. İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən xx.xx.2017-ci il tarixli ********* saylı müqavilə üzrə əsas borca görə 5024.56 manat, cərimə borcuna görə 1351.4 manat, ödənilmiş dövlət rüsumuna görə 30 manat, cəmi 6405.96 manat pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin cavabdehin fors-majorxx.xx.2017-ci il tarixdə yağan güclü dolu nəticəsində pambıq sahəsinin tamamilə məhv olması səbəbdən, yəni qarşısı alınmaz qüvvənin təsirindən müqavilə üzrə öhdəliyini yerinə yetirə bilmədiyi üçün iddiaçı qarşısında məsuliyyət daşımamalı olması ilə bağlı qənaəti razılaşmayaraq qeyd edir ki, cavabdehin istinad etdiyi fors-major hal, pambıq sahəsinin tamamilə məhv olması səbəb olan güclü dolu xx.xx.2017-ci ildə yağmışdır. İddiaçı “MKT- Zərdab” filialı və Cavabdeh arasında hazırki mübahisəyə səbəb olmuş ********* saylı müqavilə isə xx.xx.2017-ci ildə, yəni güclü dolu yağmasından təxminən iki ay sonra bağlanmışdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, İddiaçı MMC ümumilikdə Cavabdeh qarşı hazırki iddia ilə müraciət etməkdə haqlı olmuşdur. Lakin, məhkəmə kollegiyası İddiaçı MMC-nin Cavabdeh cərimə borcuna görə 1351.4 manat tələb etməsi razılaşmır və həmin cəriməni tənasübsüz surətdə yüksək hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci və 462.3-cü maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Yuxarıda göstərilən maddələrin tələblərini nəzərə alan məhkəmə kollegiyası cərimə borcunun məbləğinin 51,4 manat həcmində müəyyən edilməsini ədalətli hesab edir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı rədd edərkən əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apellyasiya baxışında apellyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin ləğv olunmasına və apellyasiya şikayətinin qismən təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilmişdir. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə əsаsən məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217-ci mаddəsinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Həmin Məcəllənin 218.3-cü mаddəsinə əsаsən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək bu nəticəyə gəlir ki, Zərdab Rayon Məhkəməsi iddianı rədd edərkən düzgün nəticəyə gəlmədiyindən, işin yuxаrıdа şərh olunаn hаllаrını və qаnunvericilik аktı normаlаrını səhv təfsir etdiyindən, qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulduğundan və məhkəmənin gəldiyi nəticənin işin faktiki hallarına uyğun gəlmədiyindən iddiаçı İddiaçı MMC-nin İdarə heyətinin sədri Həsənov Rövşən Həsən oğlu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, iş üzrə Zərdab Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(035)-246/2020 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı MMC-nin Cavabdeh qarşı cavabdehdən əsas borca görə 5024,56 manat, cərimə borcuna görə 1351,4 manat, ödənilmiş dövlət rüsumuna görə 30 manat, cəmi 6405,96 manat pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi tələbinə dair iddiası qismən təmin edilməli, cаvаbdeh Cavabdeh əsas borca görə 5024,56 manat, cərimə borcuna görə 51,4 manat cərimə və ödənilmiş dövlət rüsumuna görə 30 manat olmaqla, cəmi 5105,96 manat alınaraq İddiaçı MMC-nin xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəllənin 385.1.1, 385.1.3 və 385.1.4cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. Həmin Məcəllənin 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. Həmin Məcəllənin 389-cu maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. Həmin Məcəllənin 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Mülki Prosessual Məcəllənin 384.0.2-ci mаddəsinə əsаsən аpelyаsiyа instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 389-390, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı MMC-nin İdarə heyətinin sədri Həsənov Rövşən Həsən oğlu tərəfindən verilmiş apelyasiya şikаyəti qismən təmin edilsin. İş üzrə Zərdab Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(035)-246/2020 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı MMC-nin Cavabdeh qarşı cavabdehdən əsas borca görə 5024,56 manat, cərimə borcuna görə 1351,4 manat, ödənilmiş dövlət rüsumuna görə 30 manat, cəmi 6405,96 manat pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi tələbinə dair iddiası qismən təmin edilsin. Cаvаbdeh Cavabdeh əsas borca görə 5024,56 manat, cərimə borcuna görə 51,4 manat cərimə və ödənilmiş dövlət rüsumuna görə 30 manat olmaqla, cəmi 5105,96 manat alınaraq İddiaçı MMC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar