Məhkəmə qərarları › İş №2(107)-2024/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-2024/2020

05.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-2024/2020 05.11.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(075)-520/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: İddiacı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1-də yaşayan xx xxxx 1966cı il təvəllüdlü Cavabdeh 543,90 manat borcun, əvvəlcədən ödənilmiş 30 manat dövlət rüsumunun, 0,40 qəpik xidmət haqqının, ümumilikdə 574,30 manat borcun İddiaçı Zaqatala X4 İdarəsinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiacı İddiaçı sonradan məhkəməyə təqdim etdiyi iddia tələbinin artırılması barədə ərizəsində ünvan 1-də yaşayan xx xxxx 1966-cı il təvəllüdlü Cavabdeh 681,30 manat borcun, əvvəlcədən ödənilmiş 30 manat dövlət rüsumunun, 0,40 qəpik xidmət haqqının, ümumilikdə 711,70 manat borcun İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiacı İddiaçı iddia tələbinin artırılması barədə ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(075)-520/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, ünvan 1 ünvanında yaşayan Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 145,20 manat borc və 10 manat dövlət rüsumu olmaqla, cəmi 155,20 manat pul tutularaq İddiaçı xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissəsinin rədd edilməsi və ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı olmaqla, cəmi 30 , 40 manatın 20,40 manatı İddiaçı özünə aid edilməsi qət edilmişdir. Birinci instаnsiyа məhkəməsinin qətnаməsindən iş üzrə İddiaçı tərəfindən apelyasiya şikayəti verilmişdir. Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin hallarını tam araşdırmamış, diqqətəlayiq halları nəzərə almamış, maddi və prossesual hüquq normalarını pozmuş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, İddiaçı Zaqatala X4 İdarəsinin Şəki xidmət sahəsində isteklakçı kimi qeydiyyatda olan ünvan 2 ünvanında yaşayan Cavabdeh qaz paylayıcısı ilə fiziki şəxs arasında qazın alqı satqısı barədə müqavilə əsasında G-4 markalı, **********6 nömrəli məişət qaz sayğacı vasitəsi ilə təbii qazdan istifadə edir. Cavabdeh yaşadığı ünvan 2 ünvanında yerləşən mənzilində uzun müddət təbii qazdan istifadə edilsə də, **********00000 saylı qaz hesabında yaranmış borc tam şəkildə ödənilməmişdir. İstehlakçının G-4 markalı, **********6 nömrəli məişət qaz sayğacının 681,30 manat borcu yaranmışdır. Həmin məbləğin 145,20 manatı sayğac üzrə qazdan istifadəyə görə aparılmış hesabata əsasən yaranmış borc, 536,10 manatı isə sayğac üzrə qazdan istifadə qaydalarını pozulması nəticəsində itirilmiş təbii qaza görə aparılmış hesabata əsasən yaranmış borcun qalıq hissəsidir. Əslində, Cavabdeh qazdan istifadə qaydalarını pozulması nəticəsində 542,70 manat hesabat aparılsada, həmin məbləğin 6,60 manatı Cavabdeh tərəfindən ödənilmişdir. Yaranmış borcun dəfələrlə könüllü ödənilməsi tələbi ilə abonentə xəbərdarlıq edilsə də, bildirişlər verilsə də, bu günə kimi 681,30 manat məbləğindəki borcu ödənilməmişdir. Beləliklə də, Cavabdeh qaz paylayıcısı ilə fiziki şəxs arasında qazın alqı-satqısı barədə müqavilə əsasında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Ona görə də apelyasiya şikayəti təmin edilməli və iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia tam təmin edilməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh şikayətin təmin edilməməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməməsinin səbəblərini bildirməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(075)-520/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edlmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də kollegiya hesab edir ki, apelyasiya şikayəti təmin edilə bilməz. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı Zaqatala X4 İdarəsinin abonenti olmaqla ünvan 2-də yaşayır. O, halhazırda xx xxxxxxx 2015-ci il tarixli“qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilə əsasında fasiləsiz təbii qazdan istifadə edir. Həmin ünvanda G-4 markalı **********6 nömrəli məişət qaz sayğacı quraşdırılmış və cavabdehin adına rəsmiləşdirilmişdir. Cavabdehin mənzilində uzun müddət təbii qazdan istifadə edilsə də, G-4 markalı **********6 nömrəli sayğacın ərizə ilə məhkəməyə müraciət edildiyi dövr üçün yaranmış borcun ödənilməsi təmin edilməmişdir. Ona görə də İddiaçı hazırkı ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qaz təchizatı haqqında Azərbaycan Respublikası qanununun 13-cü maddəsinin 6-cı bəndində göstərilir ki, qaz paylayıcısı aşağıdakı hallarda qazın verilməsini dayandıra bilər: istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; istehlakçının qaz qurğusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə; paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; paylayıcı ilə müvafiq müqavilə bağlanmadıqda; məhkəmənin qərarı ilə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”-nın 5.5-ci bəndinə əsasən qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir Həmin Məcəllənin 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3 və 560.3.5.2.-ci maddələrinə görə istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. Məhkəmə kollegiyası İddiaçı apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, şikayət əsassızdır. İşdə olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli, xx xxxxxx 2019-cu il tarixdə təsdiq edilmiş aktdan görünür ki, istehlakçı Cavabdeh yaşadığı fərdi yaşayış evində İddiaçı Zaqatala X3 İdarəsinin əməkdaşları tərəfindən təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmışdır. Baxış keçirilən zaman aşkar olunmuş nöqsanlar barədə qeyddə sayğacdan əvvəl küçə xəttinə qoşulmasının olduğu göstərilmişdir. Eyni zamanda həmin aktda dəymiş ziyanın hesablanması qeyd olunmuşdur. Həmin akt əsasında tərtib edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamədə İddiaçınə 5427 kubmetr, yəni 542,70 manat məbləğində ziyan dəydiyi müəyyən edilmişdir. Aktın tərtibində cavabdehin və hal şahidlərinin iştirakları təmin edilməmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Bundan əlavə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 87 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar”ın 5.1-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Halbuki, iddiaçı təşkilatın əməkdaşları aşkar etdiklərini bildirdikləri, yəni cavabdehin yaşadığı ünvanda qaz sayğacından kənar xətt vasitəsi ilə təbii qazdan istifadə etməsi üçün onun qaz sayğacından kənar xətt vasitəsi ilə haradan və necə qoşulduğuna dair, ümumiyyətlə qaz sayğacından kənar təbii qazdan istifadə etməsinə dair iddiaçı tərəfindən məhkəməyə hər hansı bir video çəkiliş, fotoşəkil təqdim edilməmişdir. Buna görə də iddiaçı həmin akt üzrə hesablanmış zərəri Cavabdeh tələb etməkdə haqlı deyildir. Şikayətin dəlilləri birinci instansiya məhkəməsinin mülki iş üzrə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 404-1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apelyasiya şikayəti təmin edilməməli və Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(075)- 520/2020 saylı qətnаməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(075)-520/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verə bilməz. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar