Məhkəmə qərarları › İş №2(107)-2025/2020

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-2025/2020

21.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-2025/2020 21.10.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Əliyev Fərid Mehdi oğlunun katibliyi və Cavabdeh1 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun tutulması tələbinə dair ərizəsinin baxılmamış saxlanılması barədə mülki iş üzrə İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, e-2(037)-533/2020 nömrəli qərardadından iddiaçı ləğv prosesində olan "İddiaçı" ASC-nin ləğvedicisi X1 nümayədəsi Qanuni nümayəndə tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı ləğv prosesində olan "İddiaçı" ASC-nin ləğvedicisi X3 iddia ərizəsi ilə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 3154,75 manat əsas, 2175,06 manat faiz, 1878,61 manat cərimə, 484 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış faiz məbləği olmaqla, cəmi 7692,42 manat məbləğində kredit borcunun və 30 manat dövlət rüsumunun müştərək qaydada tutularaq ləğv prosesində olan "İddiaçı" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi Orxan Bayramov iddia tələbini müdafiə etdiyini bildirmiş və izahat verərək göstərmişdir ki, xx xxxx 2015-ci il tarixli 0115/15 nömrəli kredit müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh1 24 ay müddətinə illik 27 % dərəcəsi ilə 3500 (üç min beş yüz) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi İddiaçı ASC ilə Cavabdeh2 arasında xx xxxx 2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Cavabdehlər tərəfindən kredit müqaviləsinin şərtləri pozulduğundan iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuşdur. Cavabdeh yeni müqavilə bağlanılması ilə bağlı kredit təşkilatına müraciət etmiş və onun müraciəti qeydiyyata alınaraq baxılma ərəfəsindədir. Cavabdeh1 ilə yeni kredit müqaviləsi bağlanması ehtimal olunur və müraciət müsbət həll olunarsa yeni müqavilə bağlanılacaqdır. Lakin bütün bunlar ehtimal olunduğundan iddia tələbinin təmin olunaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 3154,75 manat əsas, 2175,06 manat faiz, 1878,61 manat cərimə, 484 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış faiz məbləği olmaqla, cəmi 7692,42 manat məbləğində kredit borcunun və 30 manat dövlət rüsumunun müştərək qaydada tutularaq ləğv prosesində olan "İddiaçı" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh1 izahat verərək göstərmişdir ki, xx xxxx 2015-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən ona 24 ay müddətinə illik 24% dərəcəsi ilə 3500 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi İddiaçı ASC ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. Bir müddət müqavilə şətlərinə uyğun ödənişlər etmişdir. Bank bağlanmış və kredit borcunu hara ödəyəcəyini öyrənə bilməmişdir. Prezidentin məlum Fərmanından sonra yeni kredit müqaviləsi bağlanılması barədə ona heç bir məlumat verilməmişdir. Bir müddət əvvəl yeni kredit müqaviləsi bağlamaq üçün banka ərizə və teleqramla müraciət etmişdir. Uzun müddət keçməsinə baxmayaraq müraciətlərinə cavab verilməmişdir. İddiaçı tərəfindən vaxtında və lazımı qaydada ona məlumat verilsəydi göstərilən sərfəli şərtlərlə yeni müqavilə bağlayardı. İddiaçının hazırkı tələblə ona qarşı iddia qaldırmasını əsassız hesab edərək iddia tələbinin baxılmamasını xahiş etmişdir. Cavabdeh2 birinci instansiya məhkəməsinin iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. İşə cavabdeh Ramil Cəriyevin iştirakı olmadan baxılması qərara alınmışıdır. İsmayıllı Rayon Məhkəməsinin (hakim Rəfayel Şirinov) xx xxxxxxxx 2020-ci il tarixli, e-2(037)-533/2020 nömrəli qərardadı ilə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun tutulması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. İddiаçı ləğv prosesində olan "İddiaçı" ASC-nin ləğvedicisi X1 nümayədəsi Qanuni nümayəndə şikаyət verərək İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, e- 2(037)-533/2020 nömrəli qərardadının ləğv edilməsini və icraatın təzələnməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli e-2(037)-533/2020 nömrəli qərardadı ilə İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli e-2(037)- 533 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 şikayətə etiraz edərək şikayətin təmin edilməməsini, İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli e-2(037)-533 nömrəli qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbardar edilməsinə baxmayaraq iddiaçı ləğv prosesində olan "İddiaçı" ASC-nin nümayəndəsi və Cavabdeh2 məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbаycаn Respublikаsı MPM-nin 376.2-ci mаddəsinə əsаsən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə tədqiq edib hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməməli, iş üzrə İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, e-2(037)-533/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan xx xxxx 2020-ci il tarixli ərizənin surətindən görünür ki, Cavabdeh1 3154,75 manat kredit borcunun 60 ay müddətinə restruktirizasiya olunması və hesablanmış faiz və cərimələrin silinməsinə dair ləğv prosesində olan İddiaçı ASCnin ləğvedicisi X2 müraciət etmiş, ərizə həmin tarixdə LPO İddiaçı ASC-nin “İsmayıllı” filialının müdiri Elxan Abbasov tərəfindən qəbul olunmuşdur. İşdə olan xx xxxxxx 2020-ci il tarixli teleqramdan görünür ki, Cavabdeh1 müraciəti X1 icraçı direktoru Tural Piriyev tərəfindən xx xxxxxx 2020-ci il tarixdə alınmışdır. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, hazırkı iş üzrə kredit borcu “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019cu il tarixli Fərmanının təsir dairəsinə düşmüş, Cavabdeh1 Şıxli oğlunun 3154,75 manat qalıq borcu qalmışdır. Hazırda cavabdehlərdən kredit müqaviləsi üzrə 3154,75 manat əsas, 2175,06 manat faiz, 1878,61 manat cərimə, 484 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış faiz məbləği olmaqla, cəmi 7692,42 manat məbləğində kredit borcu və 30 manat dövlət rüsumu borc tələb olunur. Cavabdeh1 ayrılmış kredit məbləği Azərbaycan Respublikası Prezdentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx xxxxxx 2019-cu il tarixli fərmanın təsir dairəsinə düşsə də, kredit borcunun restrukturizasiya olunması, bank tərəfindən qalıq borcun ödənilməsinə dair yeni müqavilə bağlanılması barədə cavabdehlərə göndərilən bildirişlərinin onlar tərəfindən alınmasını təsdiq edən sənədlər iş materiallarına əlavə olunmamışdır. İddiaçının nüayəndəsi Cavabdeh1 yeni müqavilə bağlanılması ilə bağlı kredit təşkilatına müraciət etdiyini, müraciətin qeydiyyata alındığını və yeni kredit müqaviləsi bağlanılması ehtimalı olsa da iddia tələbinin təmin olunmasını xahiş edir. Cavabdeh1 kredit borcunun ödənilməsi üçün İddiaçı ASC-nin keçmiş əməkdaşından aylıq ödənişlərin hara ödənilməsi ilə bağlı maraqlansa da, hər hansı bir məlumat əldə edə bilməmişdir. Yeni kredit müqavilə bağlanılması üçün müraciət etmiş və müraciəti qeydiyyata alınmışdır. Müraciətinə cavab verilmədiyindən X2 teleqram ünvanlamışdır və teleqram fondun rəhbərliyi tərəfindən alınmışdır. Nəticə barədə Cavabdeh1 heç bir məlumat yoxdur. Hazırkı iddia ərizəsi icraata götürüldüyündən iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilə üzrə mübahisənin məhkəmədənkənar həlli qaydası fərmanla müəyyən edildiyindən və hazırkı işdə qaydalara riayət etmək imkanları itirilmədiyindən iddia tələbi baxılmamış saxlanılmalıdır. İddiaçıya izah olunmuşdur ki, Fərmanın müəyyən etdiyi qaydalara riayət etdikdən sonra borcun ödənilməsi ilə bağlı həll edilməmiş mübahisə qalarsa, hazırkı qərardad yenidən iddia tələbi ilə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.1-cı maddəsinə əsasən məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə ərizə baxılmamış saxlanılır. Məhkəmə kollegiyası işin şərh olunan hallarına tətbiq edilməli hüquq normalarının tələblərinə uyğun qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir, şikayətin dəlilləri əsassızdır, İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, e-2(037)-533/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən apelyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessal Məcəlləsinin 263-264, 397, 398.0.1 və 400-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı ləğv prosesində olan "İddiaçı" ASC-nin ləğvedicisi X1 nümayədəsi Qanuni nümayəndə tərəfindən verilmiş şikаyət təmin edilməsin. İş üzrə İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, e-2(037)- 533/2020nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Rövşən Rəfiyev Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar