Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-203/2021 02.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər – Hüseynov Mirbahəddin Mirdamət oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi ilə İddiаçı - İddiaçı оğlunun iştirakı ilə Oğuz Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tаrixli, 2(054)-30/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq məhkəmə kollegiyası Müəyyən etdi: Oğuz Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tаrixli, 2(054)-30/2020 saylı (hakim Kamran Süleymanov) qətnaməsi ilə İddiaçı Cavabdeh1 qarşı yol nəqliyyat hadisəsi nəticəsində avtomobilə dəymiş maddi zərərə görə 2190 manat, mənəvi zərərə görə 1000 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat cəmi 3220 manat məbləğində pul tələbinə dair iddiası təmin edilməmiş, iş üzrə 100 manat ekspertiza xərcinin İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. İşin halları: İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək idarə etdiyi “Ford Transit” markalı ** TJ *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi zərərə görə 2190 manat, mənəvi zərərə görə 1000 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat - cəmi 3220 (üç min iki yüz iyirmi) manat məbləğində pulun cavabdehdən tutulması barədə qətnamə qəbul ediməsini məhkəmədən xahiş etmişdir. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, xx xxxxxxx 2019-cu il tarixdə idarə etdiyi “Ford Transit” markalı ** TJ *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhərindən Şəki rayonuna gələrkən Oğuz rayonu Padar kəndinin ərazisində bir baş inək sağ tərəfdən onun qarşısına, yolun hərəkət hissəsinə çıxaraq onun idarə etdiyi avtomobilə çırpılmışdır. O, zəng edib hadisə barədə polisə və avtomobilin sığortaçısı olan “xxxx” Sığorta Şirkətinə məlumt vermişdir. Bir qədər sonra polis əməkdaşları və sığorta şirkətinin nümayəndəsi hadisə yerinə gəlmiş və müvafiq sənədləşmə işlərini aparmışlar. İnəyin sahibini axtardıqda, onun hazırki iş üzrə cavabdeh olduğu məlum olmuşdur. Cavabdeh inəyi yolda nəzarətsiz qoyduğuna görə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.5.1 və 338.7-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Onun idarə etdiyi “FORD TRANSİT” markalı ** TJ *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyanın miqdarı ilə bağlı tərtib edilmiş qüsur aktına əsasən hadisə nəticəsində avtomobilə 2190 manat miqdarında maddi ziyan dəydiyi müəyyən edilmişdir. O, avtomobilinə dəymiş 2190 manat miqdarında maddi ziyan məbləğini cavabdehdən tələb etsə də, cavabdeh həmin məbləği ödəməmişdir. Ona görə də o, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı öz iddia tələbini müdafiə etdiyini bildirdi və məhkəmə baxışı iclasında həmin tələbin məzmununa uyğun izahat verərək göstərdi ki, xx xxxxxxx 2019-cu il tarixdə saat 22:30 radələrində “FORD TRANSİT” markalı ** TJ *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhərindən Şəki rayonuna gələrkən qarşıdan gələn nəqliyyat vasitəsinin işığı onun gözlərini qamaşdırmış və o, yolun hərəkət hissəsini görə bilməmişdir. Qarşıdan gələn avtomobil ötüb keçəndən dərhal sonra sağ tərəfdən onun qarşısına, yolun hərəkət hissəsinə bir baş inək çıxaraq onun idarə etdiyi avtomobilə çırpılmışdır. Həmin inək hadisə yerində ölmüşdür. Hadisə baş verən vaxt sutkanın qaranlıq vaxtı olmuş, ancaq hava dumanlı və ya yağışlı olmamışdır. Yolnəqliyyat hadisəsi zamanı hadisə baş verməzdən əvvəl qarşı tərəfdən əks istiqamətdən gələn nəqliyyat vasitəsinin uzaqvuran işıqları onun gözlərini qamaşdırmış və o, yolda inək olduğunu görə bilməmişdir. Həmin nəqliyyat vasitəsi onunla qarşı-qarşıya gələrək ötüb keçəndən dərhal sonra hadisə baş vermiş və o, yolda olan inəyi öz avtomobili ilə vurmuşdur. Onun idarə etdiyi avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuşdur. O, həmin vaxt avtomobili, təxminən, 70 km/saat sürətlə və yaxın vuran işıqlardan istifadə etməklə idarə etmiş, yaxın vuran işıqlar vasitəsilə, təqribən, 5 metr irəlini görmək imkanı olmuşdur. Hadisədən sonra Polis Şöbəsinə zəng edərək baş vermiş yol-nəqliyyat hadisəsi barədə məlumat vermişdir.Hadisə nəticəsində onun idarə etdiyi “Ford Transit” markalı ** TJ *** dövlət qeydiyyat nişanlı avtomobilə 2190 manat miqdarında maddi ziyan dəymişdir. Yol-nəqliyyat hadisəsi cavabdehin özünə məxsus heyvanı yolda nəzarətsiz qoyması nəticəsində baş verdiyindən cavabdeh inzibati qaydada məsuliyyətə cəlb edilmişdir. O, avtomobilinə dəymiş maddi ziyan məbləğinin ödənilməsini cavabdehdən tələb etmiş, lakin cavabdeh həmin məbləği ödəməkdən imtina etmişdir. Ona görə də o, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Hazırda o, idarə etdiyi “Ford Transit” markalı ** TJ *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi zərərə görə 2190 manat, mənəvi zərərə görə 1000 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat - cəmi 3220 (üç min iki yüz iyirmi) manat məbləğində pulun cavabdehdən tutulması barədə qətnamə qəbul ediməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh1 iddia tələbini qəbul etmədiyini bildirərək və izahat verərək göstərmişdir ki, ona məxsus inək yolda nəzarətsiz qalmamış, iddiaçı həmin inəyi diqqətsizlik üzündən və avtomobili yüksək sürətlə etdiyinə görə vurmuşdur. İddiaçının idarə etdiyi avtomobilin sürəti yüksək olmasaydı, o, hadisənin qarşısını ala bilərdi. xx xxxxxxx 2019-cu il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı araşdırma aparılarkən iş üzrə yol-nəqliyyat hadisələri ekspertizası təyin olunmamış, hadisənin baş verməsində sürücünün təqsirinin dərəcəsi müəyyən edilməmişdir. Hesab edir ki, yol-nəqliyyat hadisəsi “Ford Transit” markalı ** TJ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü İddiaçı təqsiri üzündən baş vermişdir.Ona görə də yol-nəqliyyat hadisəsində sürücünün təqsirli olub olmamasını dəqiqləşdirmək üçün ekspertiza təyin edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə qətnaməsi qəbul edilmişdir. Birinci instаnsiyа məhkəməsinin iş üzrə qətnаməsindən İddiaçı аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instаnsiyа məhkəməsinin qətnaməsini qanunsuz və əsassız hesab edir. Birinci instansiya məhkəməsinin qətnaməsində göstərilən hallarla işin materialları arasında zidiyyətlər olmuş, sübutlar əlaqəli şəkildə şərh edilməmiş, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri izah edilməmişdir. Məhkəmə yalnız ekspert rəyini və iddiaçının izahatlarını əsas götürərək qətnamə qəbul etmişdir. Halbuki, qanunvericiliyin tələbinə görə ekspertin rəyi məhkəmə üçün məcburi deyildir. Cavabdeh özünə məxsus heyvanı yol hərəkəti qaydalarını pozmaqla gecə vaxtı yolda sahibsiz və nəzarətsiz qoymuş, hətta yol-nəqliyyat hadisəsi baş verdikdən sonra da heyvanını axtarmamışdır. O, hüquqazidd, təqsirli hərəkətlər etdiyi üçün DYP əməkdaşı tərəfindən inzibati məsuliyyətə cəlb edilmişdir. Ekspertin rəyindən və məhkəmənin qənaətindən belə çıxır ki, heyvan yolun hərəkət hissəsində dayanmış, o, qarşıdan gələn avtomobilin işıqları gözünü qamaşdırana qədər və sonra heyvanı görmüş, lakin tormozlama əməliyyatı aparmamışdır. Əgər hadisə baş verməmişdən əvvəl cavabdehə məxsus inək yolun hərəkət hissəsində olsaydı, həm qarşıdan gələn avtomobilin, həm də idarə etdiyi avtomobilin işıqları inəyin üzərinə düşər və heyvan görünərdi. Lakin qarşıdan gələn avtomobil işıqları ilə gözünü qamaşdırıb keçənədək yolda heç bir heyvan olmamışdır. Cavabdehə məxsus inək qarşıdan gələn avtomobil keçdikdən sonra qəfildən yolun hərəkət hissəsinə çıxmışdır ki, bunu da görmək qeyri-mümkün olmuşdur. Heyvan ani olaraq yolun hərəkət hissəsinə çıxmasaydı bu hadisə baş verməzdi. Belə olan halda avtomobilin dayandırılması üçün texniki imkanın olmasından heç söhbət gedə bilməz. Ona görə də, Oğuz Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tаrixli, 2(054)-30/2020 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı оğlu apellyasiya şikayətini müdafiə edərək şikayətin qismən təmin edilməsini və Oğuz Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tаrixli, 2(054)-30/2020 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul ediməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsi və Oğuz Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tаrixli, 2(054)-30/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh təkrarən məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apelyаsiyа instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyаsiyа instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyаsiyа şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apelyаsiyа instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Oğuz Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tаrixli, 2(054)-30/2020 saylı qətnaməsi ləğv edilməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli icbari sığorta müqaviləsinə dair məlumatın surətindən görünür ki, iddiaçıya məxsus olan “Ford Transit” markalı ** TJ *** dövlət qeydiyyat nişanlı avtomobil həmin sığorta müqaviləsinə əsasən 1 (bir) il müddətinə sığorta edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, xx xxxxxxx 2019-cu il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi ilə bağlı hazırki iş üzrə cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.5.1 və 338.7-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilmişdir. İş materiallaından aydın olur ki, cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.5.1 və 338.7-ci maddələri ilə təqsirli bilinib 80 manat məbləöində cərimə edilmişdir və həmin məbləğin üzərinə 48 manat dəbbə pulu gəlmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixdə verilmiş AD 596964 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Ford Transit” markalı ** TJ *** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçıya məxsusdur. İş materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixdə verilmiş AE 041105 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, iddiaçının “Ford Transit” markalı ** TJ *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək hüququ vardır. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli qüsur aktında iddiaçıya məxsus olan “Ford Transit” markalı ** TJ *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyanın (təmir xərci və ehtiyat hissəsləri ilə birlikdə) miqdarının 2190 manat olduğu qeyd edilmişdir. Cavabdehin vəsatəti əsasında xx xxxxxxx 2019-cu il tarixdə Oğuz rayonu Padar kəndi ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “Ford Transit” markalı ** TJ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olub-olmadığını müəyyən etmək üçün iş üzrə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası təyin edilmişdir. Birinci instansiya məhkəməsi öz qətaməsində göstərmişdir ki, ...” “Ford Transit” markalı ** TJ *** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsi və avtomobilin sahibinə maddi zərər dəyməsi cavabdehin təqsiri üzündən deyil, iddiaçının öz təqsiri üzündən baş vermişdir. Belə ki, cavabdehə məxsus 1 (bir) baş inək yaşayış məntəqələrinin yerləşdiyi ərazidə yolu keçərkən iddiaçının idarə etdiyi avtomobillə vurulmuşdur. İnək yolda nəzarətsiz qalmış olsaydı da, iddiaçı avtomobili idarə edərkən qarşıdan gələn nəqliyyat vasitəsinin işıqları onun gözünü qamaşdırdığı halda, avtomobili saxlasaydı və hadisənin qarşısını almaq üçün digər zəruri tədbirləri görsəydi, yol nəqliyyat hadisəsi baş verməzdi. Qeyd edildiyi kimi, iddiaçının hadisənin qarşısını almaq üçün texniki imkanı da olmuş, lakin o, özünün də etiraf etdiyi kimi avtomobili dayandırmamışdır. Bununla da, məhkəmə belə nəticəyə gəlir ki, 1 (bir) baş inəyin yolda olması ilə iddiaçının törətdiyi yol nəqliyyat hadisəsi arasında səbəbli əlaqə olmamış, əksinə, həmin yolda və ya yolun kənarında digər hər hansı maneə olduğu halda da, iddiaçı tərəfindən yol-nəqliyyat hadisəsinin törədilməsi təhlükəsi real və qarşısıalınmaz olmuşdur. İş materiallarından və işin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, yol-nəqliyyat hadisəsinin baş verdiyi hava şəraitində, yəni sutkanın qaranlıq vaxtı, lakin dumanlı olmayan hava şəraitində iddiaçının avtomobilin faralarının yaxın işıqları ilə qarşı tərəfi ən azı 40-50 metr məsafədə görmək imkanı olmuşdur. Qarşıdan gələn nəqliyyat vasitəsinin işıqları iddiaçı inəyi görənədək onun gözünü qamaşdırdığı halda, o, baş verə biləcək istənilən hadisənin qarşısını almaq üçün avtomobili saxlamalı, inəyi işıq onun gözünü qamaşdırandan əvvəl gördüyü halda isə, maneədən yayınmaq üçün bütün zəruri tədbirlər görməli idi. İddiaçı isə bunların heç birinə riayət etməyərək yol-nəqliyyat hadisəsinin baş vermə təhlükəsi real olduğu halda, səhlənkarcasına özünə güvənərək yol-nəqliyyat hadisəsinin baş verməsinə bilavasitə şərait yaratmış və səbəb olmuşdur. Eyni zamanda, iddiaçı yol-nəqliyyat hadisəsi zamanı inəyin yolun hərəkət hissəsinə qəfildən çıxdığını, bu səbəbdən də onun hadisənin qarşısını almağa texniki imkanının olmadığını iddia etsə də, bu faktı təsdiq etmək üçün iddiaçı tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Əksinə, iş üzrə təyin edilmiş məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının müvafiq rəyinin nəticələrinə görə iddiaçının hadisənin qarşısını almağa texniki imkanının olduğu sübut olunmuşdur. Ona görə məhkəmə hesab edir ki, avtomobilə dəymiş maddi zərərə görə cavabdeh maddi məsuliyyət daşımır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, cavabdeh tərəfindən iddiaçıya maddi zərər vurulması faktı sübuta yetirilmədiyindən iddia tələbinin “Ford Transit” markalı ** TJ *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi zərərə görə cavabdehdən 2190 (iki min bir yüz doxsan) manat pul tutulmasına dair hissəsi təmin edilməməlidir”. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu qənaətlə razılaşmır. Belə ki, birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən həmin məhkəmə tərəfindən təyin edilərək alınmış məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının xx.xx.2020-ci il tarixli 8/750 nömrəli rəyinə istinad etmişdir. Həmin ekspert rəyinin nəticə hissəsində göstərilmişdir ki, məhkəmə tərəfindən təqdim olunan məlumatlara əsasən, “Ford Transit” markalı ** TJ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü İddiaçı hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 73-cü maddəsinin 4-cü hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü İddiaçı avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq, yəni 70 km/saat sürətlə idarə etdiyi şəraitdə onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Sutkanın qaranlıq vaxtı nəqliyyat vasitələrinin faralarının konstruktiv quruluşuna əsasən yaxın işıqlar ən azı 40-50 metr məsafəni işıqlandırır. Bu isə onu izah edir ki, havanın dumanlı və ya yağışlı olmaması şəraitində sürcünün 5 metr irəlini görmək imkanı olması real hadisə mexanizminə uyğun deyildir. Qeyd edilən rəy birinci instansiya məhkəməsi tərəfindən yol-nəqliyyat hadisəsinin baş verdiyi əraziyə yerində müayinə keçirilməsi və ölçmə işlərinin aparılmasının nəticələri əsasında verilmişdir. Yerində müayinə yol-nəqliyyat hadisəsi baş verdikdən 3 aydan çox vaxt keçdikdən sonra aparılmışdır. Eyni zamanda məhkəmə kollegiyasının iclasında iddiaçı göstərmişdir ki, təxminən 60-70 km/saat (birinci instansiya məhkəməsinin məhkəmə baxışı iclasında olduğu kimi) sürətlə hərəkət etdiyini bildirdiyi halda, nədənsə ekspert rəyində 70 km/saat sürətlə idarə etdiyi şəraitdə sürücünün (iddiaçının) hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olduğunu göstərmişdir. Digər tərəfdən, ekspert rəyində həmçinin o da göstərilmişdir ki, mövcud metodikaya əsasən, yol-nəqliyyat hadisələrinin ekspertizası yolu ilə nəqliyyat vasitəsinin hərəkət sürəti ona məxsus tormoz izinə uyğun müəyyən edilir. Lakin məhkəmə tərəfindən iş materiallarında hadisə yerində “Ford Transit” markalı avtomobilə məxsus tormoz izinin olması haqqında məlumat göstərilmədiyindən ekspertiza yolu ilə avtomobilin hərəkət sürətini müəyyən etmək mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101.7-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə görə, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 103.2-ci maddəsinə əsasən, ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. Göründüyü kimi, sözügedən ekspert rəyi hazırkı mübahisə üzrə əsas suala-hadisənin baş verdiyi zaman avtomobilin hansı sürətlə hərəkət etdiyi sualına konkret cavab verə bilməmişdir ki, baş vermiş hadisədə sürücünün iddiaçının) Belə olan halda ekspert rəyinin mötəbərliyi şübhə doğurur və onun sübutu əhəmiyyəti heçə enir. Eyni zamanda iş materialları ilə müəyyən olunur ki, cavabdeh xx xxxxxxx 2019-cu il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı İnzibati Xətalar Məcəlləsinin 338.5.1 və 338.7-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilmiş və həmin maddələrlə təqsirli bilinib 80 manat məbləğində cərimə edilmişdir. Cavabdeh barəsində olan inzibati tənbeh haqqında qərar qüvvədədir və cavabdeh həmin qərarı nə hadisənin baş verdiyi vaxt, nə də ondan sonra indiyədək mübahisələndirmişdir. Bundan əlavə, yuxarıda sözü gedən yol-nəqliyyat hadisəsi nəticəsində araşdırma aparan polis əməkdaşı da cavabdehin təqsirliyi aşkar olduğundan və hadisənin cavabdehin təqsiri üzündən baş verdiyindən sürücünün (iddiaçının) təqsirliyinin araşdırmasına lüzum görməmişdir. Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 21-ci mаddəsində zərərin ödənilməsi nəzərdə tutulmuşdur. Maddənin məzmununa görə, hüququ pozulmuş şəxs pozulmuş hüququnun bərpası üçün çəkdiyi xərcləri, əmlakından məhrum olması ilə əlaqədar və ya hüququ pozulmasaydı, əmlakı zədələnməsəydi, onun adi mülki dövrüyyə şəraitində əldə edəcəyi gəlirlərin əvəzini tələb edə bilər. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququ bərpа etmək üçün çəkdiyi və yа çəkməli olduğu xərclər, əmlаkındаn məhrum olmаsı və yа əmlаkının zədələnməsi (reаl zərər), hаbelə hüququ pozulmаsаydı, həmin şəxsin аdi mülki dövriyyə şərаitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fаydа) bаşа düşülür. Mülki Məcəllənin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1096.2-ci maddəsinin tələbinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. İş materiallarından göründüyü kimi, Cavabdeh1 ehtiyatsızlığı nəticəsində yol nəqliyyat hadisəsi baş vermiş və nəticədə İddiaçı maddi ziyan dəymişdir. xx.xx.2019-cu il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, xx xxxxxxx 2019-cu il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı hazırkı iş üzrə cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.5.1 və 338.7-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Həmin protokol əsasında xx.xx.2020-ci il tarixli qərar qəbul edilmişdir. Qanuni qüvvəyə minmiş qərar müəyyən edilmiş hallar, o cümlədən qanunsuz hərəkətin kim tərəfindən edilməsi müəyyən edildiyindən, hazırkı mülki iş üzrə bunlar sübut edilməyə ehtiyacı olmayan hallar hesab edilir. Sözügedən qərara əsasən İddiaçı zərər vuranın Cavabdeh1 olması müəyyən edilmişdir. Buna görə ziyan vurulan şəxs qarşısında mülki hüquqi məsuliyyəti qeyd edilən cavabdeh şəxs daşıyır. Maddi ziyan vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsinin baş verməsində cavabdehin təqsirli olduğu müəyyən edildiyi üçün xx.xx.2019-cu il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən o, 338.5.1 və 338.7-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, cavabdehin yol hərəkəti qaydalarını pozması nəticəsində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində iddiaçının mülkiyyətində olan avtomobilə də maddi ziyan dəymişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşırmır və hesab edir ki, birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət verməmişdir. Ona görə də məhkəmə kollegiyası qeyd edir ki, iddianın maddi zərərə dair hissəsi əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə həmçinin iddianın "cavabdehdən mənəvizərərin əvəzi olaraq 1000 ( min) manatpulun tutulması" hissəsinə hüquqi qiymət verərək hesab edir ki, iddia həmin hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmə baxışı zamanı iddiaçı iddianı bu hissədə əsaslandıra bilməmiş və məhkəməyə bu barədə mötəbər sübut növü təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyaaraşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsasdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri düzgün nəticəyə gəlməmişdir. Ona görə də, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Oğuz Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tаrixli, 2(054)- 30/2020 saylı qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməklə iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 yol nəqliyyat hadisəsi nəticəsində avtomobilə dəymiş maddi zərərə görə 2190 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat alınaraq İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməli, birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş ekspertiza təqdqiqatının dəyəri olan 100 manat ekspertiza xərci Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Oğuz Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tаrixli, 2(054)-30/2020 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi qismən təmin edilsin. Cavabdeh1 yol nəqliyyat hadisəsi nəticəsində avtomobilə dəymiş maddi zərərə görə 2190 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş ekspertiza təqdqiqatının dəyəri olan 100 manat ekspertiza xərci Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslər tələbləri təmin olunmadığı hallarda rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şəki Apelyаsiyа Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməzsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-203/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-203/2021
02.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver